GƏNCLƏRİN BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏ PROQRAMLARINDA İŞTİRAK XƏRCLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 04 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
GƏNCLƏRİN BEYNƏLXALQ TƏŞKİLATLARIN TƏCRÜBƏ PROQRAMLARINDA İŞTİRAK XƏRCLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
QAYDASI
I. Ümumi müddəalar
1.1. “Gənclərin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi Qaydası” (bundan sonra - bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 9-cu bəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra–Fond) Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Fond hər il beynəlxalq təşkilatlarda təcrübə keçmək müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə Fondun internet səhifəsində və mətbuatda məlumatlar çap etdirir.
1.3. Beynəlxalq təşkilatların (beynəlxalq qeyri-hökümət təşkilatları və beynəlxalq hökümətlərarası təşkilatlar) təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün seçilən gənclərin siyahısı Fondun rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır.
1.4. Ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısı hazırlanır və Fondun internet səhifəsində yerləşdirilir.
1.5. Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edilir.
II. Müraciətin forması və şərtləri
2.1. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün müraciət yalnız Fondun müraciət üçün açıq elan etdiyi müddətdə edilə bilər.
2.2. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üçün müraciət etmək istəyən şəxs Fondun rəsmi internet səhifəsində
(xxx.xxxxxxxxxxxxxxx.xx və ya xxx.xxx.xx) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.
2.3. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını Azərbaycan dilində elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, dəvət məktubu və s.) əlavə etməlidir.
2.4. Şəxs müraciət edəcəyi təşkilatın təcrübə proqramındakı iştirak istəyini əsaslandırmalı və təhsil aldığı müəssisədən tövsiyə məktubu əlavə etməlidir;
2.5 Müraciət edən şəxsin yaşı 18-dən aşağı olduğu təqdirdə valideynlərin səfərdə iştitak edəcək gənclə bağlı notarial təsdiq qaydasında razılıq məktubu əlavə edilməlidir;
2.6. 3 aydan xxx xxxx təcrübə proqramlarında iştirak Fond tərəfindən maliyyələşdirilmir. Fond yalnız müddəti 3 aya qədər xxxx təcrübə proqramlarında iştirakı maliyyələşdirir.
III.Təcrübə proqramları üçün ümumi seçim meyarları
3.1.Təcrübə proqramında iştirak etmək üçün 16-29 yaş arasında xxxx və aşağıda göstərilən şərtlərə xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşları (gənclər) müraciət edə bilər:
3.1.1. Xxxx təhsilini bitirmiş və ən az bakalavr təhsilinin 2-ci və daha yuxarı kurs tələbələri xxxx 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları;
3.1.2. Müraciət etdiyi təşkilatın işçi dilini bilən gənclər.
IV. Müraciətin qiymətləndirilməsi
4.1. Müraciətin qiymətləndirilməsi 3 mərhələdə həyata keçirilir:
4.1.1. müraciətin bu Qaydalara uyğunluğunun araşdırılması;
4.1.2.müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması;
4.1.3.yekun qərarın qəbul edilməsi.
4.2.Müraciətin bu Qaydalara uyğunluğunun yoxlanılması, müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması Fond tərəfindən həyata keçirilir.
4.3.Fond aşağıda qeyd edilən vəzifələri icra edir:
4.3.1.müraciətin qeydiyyatını aparır;
4.3.2.ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğunu, verilmiş məlumatların dəqiqliyini yoxlayır;
4.3.3. bir şəxsin il ərzində beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakla bağlı neçə dəfə Fonddan vəsait əldə etdiyini və səfər üçün digər mənbələrdən maliyyə vəsaiti əldə edib-etmədiyini müəyyənləşdirir;
4.3.4.müraciətçinin əvvəllər Fonddan aldığı maliyyənin hesabatlılıq vəziyyətini araşdırır;
4.3.5.müraciət edən şəxsi müsahibəyə dəvət edir;
4.3.6. müraciət edən şəxsin proqramla bağlı məlumatlılıq səviyyəsini və xarici dil biliklərini müəyyənləşdirir;
4.3.7.səfərlə bağlı tələb olunan digər məsələləri aydınlaşdırır.
4.4. Müraciətlə bağlı Fondun Müşahidə Şurası sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən yekun qərar qəbul edilir. Yekun qərar barədə məlumat müraciət edənə elektron və ya məktub formasında göndərilir.
4.5. Maliyyələşdirilməsi barədə qərar qəbul edildikdən sonra müraciət üzrə tərəflər arasında “Maliyyə dəstəyinin göstərilməsi haqqında qrant müqavilə”si bağlanılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydaları”na uyğun olaraq qeydiyyat orqanına müraciət edilir. Qrant müqaviləsi tərəflərə və qeydiyyat orqanına təqdim olunması üçün müvafiq xxxxx imzalanır. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, Xxxx onunla müsahibəni telefon və ya digər əlaqə vasitələri ilə həyata keçirir. Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, “Maliyyə dəstəyinin göstərilməsi haqqında qrant müqavilə”sinin imzalanması, təsviri və maliyyə hesabatlarının təqdim olunması həmin şəxsin notarial təsdiq qaydasında etibarnamə verdiyi digər şəxs tərəfindən həyata keçirilir (Əlavə 1).
4.6. Müraciətlə bağlı qərar səfərin başlanmasından azı 15 (on beş) təqvim günü əvvəl qəbul edilir. Səfərlə bağlı vəsaitin köçürülməsi səfər tarixindən çoxu 5 (beş) iş günü əvvəl həyata keçirilir.
V. Maliyyələşdirmə
5.1. Beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi üzrə təcrübə proqramlarında iştirak edənlərin xərcləri təcrübəyə dəvət edən beynəlxalq təşkilatın ödəmədiyi ehtiyac üzrə (vizaların, qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış-yataqxana və digər xərclər, gündəlik qida, zəruri təminat, tibbi sığorta, qəbul edən ölkəyə bir dəfə gediş-gəliş xərcləri təşkilati xərclər və s.) Fondun vəsaiti hesabına ödənilir.
5.2. Müraciətçinin təcrübə proqramında iştirak edəcəyi ölkə üçün yaşayış xərci Nazirlər Kabinetinin 17 avqust 2012-ci il, 185 nömrəli Xaricdə Təhsil Dövlət Proqramı üçün hesablanmış “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra - cədvəl) əsasən hesablanır.
5.3. Təcrübə proqramında iştirak edənlərin təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada təcrübə proqramında iştirak edənlərin özləri və yaxud onların xaricdə təcrübə proqramında iştirakını təmin edəcək tərəfdaş şirkət tərəfindən təqdim olunmuş sənədlər (müvafiq beynəlxalq təşkilata təcrübəçi kimi işə qəbul olunmasına dair rəsmi sənəd,dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi sığorta və digər xərclərin ödənilməsini və ya ödənilməməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təşkilat ilə Fond arasında bağlanmış müqavilə əsasında rəsmiləşdirmə aparılır.
5.4. Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayırır.
5.5. Müraciətçinin beynəlxalq təşkilatın təcrübə proqramında iştirakı zamanı dəvət edən təşkilat tərəfindən xərclərin ödənilmədiyi təsdiq edildiyi halda aşağıdakı xərcləri Fond tərəfindən maliyyələşdirilir:
5.5.1. iştirak haqqı (tələb edildiyi təqdirdə);
5.5.2. viza və qəbul edən ölkədə proqramda iştirak edənlərin qeydiyyata alınması xərcləri;
5.5.3. yaşayış (yataqxana, gündəlik qida və digər) xərcləri;
5.5.4. tibbi sığorta xərcləri;
5.5.5. yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərcləri.
5.6. Yaşayış xərclərinə təcrübə proqramında iştirak edənlərin yataqxana və digər (şəhərdaxili nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları və s.) xərcləri aiddir və bu xərclər təcrübə proqramında iştirak edənin ölkəyə daxil olduğu tarixdən etibarən, müqavilədə göstərilən dövrü əhatə edir;
5.6.1 Yaşayış xərcinin verilməsi 2 mərhələdə həyata keçirilir. Səfərdən əvvəl vəsaitin 70 xxxxx, səfər başa çatdıqdan və xxxxx hesabat təqdim edildikdən sonra isə qalıq 30 faiz ödənilir.
5.7 Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən təcrübəçiyə maliyyə vəsaiti əvəzsiz olaraq ödənilir.
5.8. Tibbi sığorta xərclərinə təcrübə proqramında iştirak edənin təcrübəçi kimi çalışdığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir.
5.9. Yol (bir dəfə ölkəyə gediş-gəliş (aviabilet)) xərclərinə təcrübə proqramında iştirak edənin təcrübəçi kimi çalışdığı ölkəyə gediş-gəlişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait təcrübə proqramında iştirak edənin təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.
5.10. Təcrübə proqramında iştirak edənin fəaliyyəti mütəmadi olaraq Xxxx tərəfindən monitorinq edilir.
5.11. Aşağıdakı hallarda Fond beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:
5.11.1. beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxs üzrlü səbəb olmadan təcrübə proqramından kənarlaşdırıldıqda;
5.11.2 beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
5.11.3. beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Xxxxx təqdim etmədikdə.
5.12. Ödəniş edilən zaman, beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak ilə bağlı yazılı qərar qəbul edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının qüvvədə xxxx məzənnəsi əsas götürülür və ayrılmış vəsait Azərbaycan manatı (AZN) ilə ödənilir.
5.13. Səfər baş tutmadıqda və ya təxirə salındıqda, ödənilmiş vəsait Xxxxx qaytarılır.
VI. Hesabatlılıq
6.1. Beynəlxalq təşkilatlarda təcrübə proqramları başa çatdıqdan sonra 7 (yeddi) iş günündən gec olmayaraq, müvafiq təsviri və maliyyə hesabatı təsdiqləyici sənədlərlə birlikdə Xxxxx təqdim edilməlidir.
6.2. Hesabatlar Fond tərəfindən təsdiq edilmiş formalara uyğun olaraq, Azərbaycan dilində tərtib edilir.
6.3. Qrup şəklində beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak edən şəxslərin hesabatları ayrı-ayrılıqda qəbul edilir.
6.4. Ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ Xxxxx qaytarılır.
6.5. Fond hesabatların yoxlanılması prosesində səfər və onun nəticələri barədə daha ətraflı təsəvvür əldə etmək üçün müraciətçidən əlavə məlumat və sənədlər tələb edə bilər.
6.6. Fond təqdim olunmuş hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə gənci məlumatlandırır.
VII. Yekun müddəalar
7.1. Fond ayrılmış maliyyənin təyinatı üzrə xərclənmədiyini, gəncin beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 (iki) il müddətinədək məhdudlaşdırır, ciddi pozuntular aşkar edilərsə vəsaitin xxxx qaytarılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlər görür
7.2. Beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakın maliyyələşdirilməsi ilə bağlı məlumat Fondun internet səhifəsində yerləşdirilir.