Contract
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2004‐cü il aprelin 13‐də Ankara şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2004‐cü il
№ 709‐IIQ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
SAZ İŞ
Bundan sonra ʺTərəflərʺ adlandırılan Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti
ticarət‐iqtisadi və xxxx‐texniki əməkdaşlığı inkişaf etdirmək məqsədilə və sənaye mülkiyyətinin qarşılıqlı olaraq effektiv və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,
sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquq sahiblərinin hüquqlarının mühafizəsi üçün qarşılıqlı əlverişli şərait yaradılmasının zəruriliyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Bu Sazişin məqsədləri üçün ʺsənaye mülkiyyətiʺ anlayışı 1883‐cü il 20 mart tarixində qəbul olunmuş, 1967‐ci il 14 iyul tarixində Stokholmda yenidən baxılmış sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının birinci maddəsində göstərilən mənada başa düşülür.
Tərəflər bu Sazişə və dövlətlərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda və mənafelərdə bərabərlik əsasında ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə və sənaye mülkiyyətinin digər obyektlərinə aid hüquqların mühafizəsi və istifadəsi sahəsində əməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.
M a d d ə 2 Tərəflərin əməkdaşlığı aşağıdakılara yönəldiləcəkdir:
sənaye mülkiyyəti obyektlərinin hüquqlarının mühafizəsi, istifadəsi və informasiya texnologiyaları ilə bağlı məsələlərin qarşılıqlı şəkildə tənzimlənməsirıə və təkmilləşdirilməsinə;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində milli qanunvericiliyin hər iki Tərəfin dövlətinin iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələblərinə uyğunlaşdırılmasına;
hər iki Tərəfin səlahiyyətli orqanları tərəfindən sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınması və mühafizə sənədlərinin verilməsi ilə bağlı vətəndaşlara qarşılıqlı şəkildə kömək göstərilməsinə;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya, normativ və başqa müvafiq sənədlər, həmçinin iş təcrübəsi üzrə mübadiləyə.
M a d d ə 3
Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir Tərəfin fiziki və hüquqi şəxsləri digər Tərəfin ərazisində milli qanunvericiliyə uyğun olaraq həmin Tərəfin fiziki və hüquqi şəxslərinə verilmiş hüquqlardan istifadə edəcəklər.
M a d d ə 4
Tərəflər aralarında iqtisadi, xxxx və texniki əməkdaşlıq haqqında imzalanacaq ikitərəfli sazişlərdə sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin təmin edilməsi məsələlərini nəzərə alacaqlar.
Tərəflərin iddiaçıları iddia sənədlərinin digər Tərəfin səlahiyyətli orqanına təqdim edilməsini öz milli qanunvericilikləri çərçivəsində həyata keçirəcəklər.
M a d d ə 6
Tərəflərin qüvvədə xxxx qanunvericiliyi əsasında nəzərdə tutulan sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı işlərə görə ödənişlər dövlətlərin qüvvədə xxxx normativ hüquqi aktları ilə müəyyən edilən qaydada və məbləğdə ödəniləcəkdir.
M a d d ə 7
Bu Sazişin həyata keçirilmə prosesində Tərəflərin bir‐birinə ünvanladıqları bütün sənədlər Azərbaycan və türk dillərində təqdim ediləcəkdir.
M a d d ə 8
Tərəflər bu Sazişin həyata keçirilməsi və şərhi ilə bağlı mübahisələri məsləhətləşmələr və danışıqlar yolu ilə diplomatik kanallar vasitəsilə həll edəcəklər.
Mübahisəli məsələlər diplomatik kanallar vasitəsilə həll edilmədiyi halda, hər iki Tərəfin razılığı ilə seçilən məhkəməyə müraciət olunacaq.
Beynəlxalq hüquq normalarına uyğun olaraq məhkəmənin qərarı hər iki Tərəf üçün qəbul olunacaq.
M a d d ə 9
Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına maneçilik yaratmır.
Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakı səlahiyyətli orqanlar məsuldur:
Azərbaycan Respublikasında ‐ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi;
Türkiyə Respublikasında ‐ Türkiyə Patent İnstitutu.
Onların əməkdaşlıq qaydası və şərtləri göstərilən təşkilatlar arasında razılaşdırılmış Sazişin həyata keçirilmə Reqlamenti ilə təyin ediləcəkdir.
M a d d ə 1 1
Bu Xxxxx, onun qüvvəyə minməsi üçün zərəri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin bir‐birinə diplomatik kanallar vasitəsilə göndərdikləri yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən biri diplomatik kanallar vasitəsilə Xxxxxxx qüvvəsinin başa çatmasına altı ay qalmış onu xitam etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə bildiriş verməzsə, onun qüvvəsi növbəti beş il müddətinə uzadılır.
Bu Sazişin ləğv edilməsi, onun ləğv edilənədək hər iki dövlətin fiziki və hüquqi
şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin qüvvəsinə toxunmur.
Bu Saziş Ankara şəhərində 2004‐cü il 13 aprel tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan və türk dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası | Türkiyə Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |