AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4- cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 mart 2020-ci il 34-VIQ
Quru limanlar haqqında Hökumətlərarası SAZİŞ
Bu Sazişin Tərəfləri,
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının Asiyada Nəqliyyatın İnkişafı üzrə Banqkok Bəyannaməsinin icrasına dair 2010-cu il 19 may tarixli 66/4 nömrəli Qətnaməsinə və bu Qətnamədə Quru limanlar haqqında Hökumətlərarası Sazişin hazırlanması istiqamətində işin aparılmasına dair təklifə istinad edərək,
Asiyada və qonşu regionlarla beynəlxalq əlaqələndirilmiş intermodal nəqliyyat və logistika sisteminin təşviq və inkişaf etdirilməsinin zəruriliyini dərk edərək, davam edən qloballaşma prosesi çərçivəsində beynəlxalq ticarətin genişlənməsi nəticəsində beynəlxalq xxx daşımaları həcminin artmasını nəzərə alaraq, bağlılığın və yüklərin fasiləsiz hərəkətinin gücləndirilməsi, səmərəliliyin artırılması və nəqliyyat və logistik xidmətlərin xərclərinin azaldılması, eləcə də daxili və sahildən uzaq yerləşən ərazilərə çıxışın genişləndirilməsində qətiyyətli olaraq,
[1]
Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Sazişin
və Trans-Asiya Dəmiryolu Şəbəkəsi haqqında
[2]
Hökumətlərarası Sazişin qüvvəyə minməsinə səbəb xxxx xxxxxx regional əməkdaşlıqdan ruhlanaraq,
Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyanın üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq ticarətin inkişafının təşviqi üçün beynəlxalq daşımaların tələblərinə cavab verən beynəlxalq əhəmiyyətli quru limanların inkişaf etdirilməsinin vacibliyini və nəqliyyatın ətraf mühitə mənfi təsirinin azaldılmasının zəruriliyini nəzərə alaraq,
Asiya və Sakit okean regionunda intermodal daşımaların asanlaşdırılması və harmonizasiyası məqsədilə beynəlxalq
əhəmiyyətli quru limanların inkişaf etdirilməsi və istismarı üçün rəhbər prinsiplərin işlənib hazırlanması ehtiyacını etiraf edərək, səmərəli və işlək beynəlxalq əlaqələndirilmiş intermodal nəqliyyat və logistika sisteminin mühüm komponenti kimi xüsusilə,
dənizə çıxışı olmayan, tranzit və sahilyanı dövlətlərin spesifik ehtiyaclarının ödənilməsində beynəlxalq əhəmiyyətli quru limanların rolunu diqqətə çəkərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayış
Quru limanlar haqqında Hökumətlərarası Sazişin (bundan sonra - Saziş) məqsədləri üçün beynəlxalq əhəmiyyətli quru limanı (“quru limanı”), bir və ya daha artıq nəqliyyat növü ilə birləşən, beynəlxalq ticarət prosesində hərəkət edən yüklərin emalı, saxlanması və qanunla nəzərdə tutulmuş qaydada yoxlanması və tətbiq olunan gömrük nəzarət funksiyalarının və rəsmiləşdirmələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan logistik mərkəz kimi ölkə ərazisinin daxilində yerləşən məkan deməkdir.
Maddə 2
Quru limanların müəyyən olunması
Tərəflər bununla, beynəlxalq əlaqələndirilmiş intermodal nəqliyyat və logistika sistemində mühüm bağlantıların əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi üçün əsas kimi Sazişin 1-ci Əlavəsində limanların siyahısını təsdiq edirlər. Tərəflər bu quru limanları milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirmək niyyətindədirlər.
Maddə 3
Quru limanların inkişaf etdirilməsi
Sazişin I Əlavəsində sadalanan quru limanlar bu Sazişin II Əlavəsində göstərildiyi kimi quru limanların inkişaf etdirilməsi və istismarı üçün rəhbər prinsiplərə uyğun vəziyyətə gətirilməlidir.
Maddə 4
İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma
1. Saziş Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasına üzv xxxx dövlətlərə 2013-cü il 7 və 8 noyabr tarixlərində Taylandın Banqkok şəhərində və daha sonra 2013-cü il 11 noyabr tarixindən 2014-cü il 31 dekabr tarixinədək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında imzalamaq üçün açıqdır.
2. Saziş onu imzalayan dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq olunmalıdır.
3. Saziş Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının üzvü xxxx, onu imzalamayan digər dövlətlərə qoşulmaq üçün açıqdır.
4. Sazişin ratifikasiyası, qəbulu, təsdiqi və ya ona qoşulma sənədləri lazımi forma və müvafiq qaydada saxlanmaq üçün BMT- nin Baş katibinə təqdim edilir.
Maddə 5
Qüvvəyəminmə
1. Saziş ratifikasiya, qəbuletmə, təsdiq və ya Sazişə qoşulma haqqında 8-ci sənədin Sazişin 4-cü maddəsinin 4-cü bəndinə uyğun olaraq saxlanmağa təqdim olunduğu tarixdən 30 gün sonra qüvvəyə minir.
2. Ratifikasiya, qəbuletmə, təsdiq və ya Sazişə qoşulma haqqında 8-ci sənədin təqdim olunduğu tarixdən sonra ratifikasiya, qəbuletmə, təsdiq və ya Sazişə qoşulma haqqında sənədini saxlamaq üçün təqdim etmiş hər bir Dövlətə münasibətdə Xxxxx bu sənədi təqdim etdikdən 30 gün sonra qüvvəyə minir.
Maddə 6
Quru limanlar üzrə işçi qrup
1. Sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən Quru limanlar üzrə İşçi qrup (“İşçi qrup”) yaradılır. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının üzvü xxxx bütün dövlətlər işçi qrupun üzvüdür.
2. İşçi qrupun iclasları iki ildə bir dəfə keçirilir. İstənilən Tərəf katibliyi xəbərdar etməklə, İşçi qrupun xüsusi iclasının çağırılması ilə bağlı müraciət edə bilər. Katiblik işçi qrupun bütün üzvlərinə bu müraciət barədə məlumat verir və Xxxxxxxxxx məlumatından sonra Tərəflərdən ən azı üçdə biri (1/3) 4 (dörd) ay müddətində bu müraciətə razılığım bildirərsə, İşçi qrupun
xüsusi iclasını çağırır.
Maddə 7
Sazişin əsas mətninə düzəlişlərin edilməsi proseduru
1. Sazişin əsas mətninə düzəlişlər bu maddədə göstərilmiş qaydada edilir.
2. Sazişə düzəlişləri istənilən Tərəf təklif edə bilər.
3. Təklif olunan istənilən düzəlişin mətni, təsdiq olunması təklif olunan İşçi qrupun iclasının keçirilməsinə ən azı 45 gün qalmış Xxxxxxxx tərəfindən İşçi qrupun bütün üzvlərinə göndərilir.
4. Düzəliş İşçi qrupun iclasında iştirak edən və səs verən Saziş Tərəflərinin üçdə iki 2(/3) çoxluğu ilə təsdiq olunur. Düzəliş təsdiq edildikdən sonra Xxxxxxxx tərəfindən onu qəbul etmək üçün bütün Tərəflərə göndərəcək Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilir.
5. Bu maddənin 4-cü bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş təsdiq olunan zaman Sazişin Tərəfləri xxxx dövlətlərin
üçdə iki (2/3) çoxluğu ilə qəbul olunduqdan 30 gün sonra qüvvəyə minir. Düzəliş, onu qəbul etməyən Tərəflər istisna olmaqla, bütün Tərəflərə münasibətdə qüvvəyə minir. Bu maddəyə uyğun olaraq təsdiq olunmuş düzəlişi qəbul etməyən istənilən Tərəf sonradan istənilən vaxt belə düzəlişi qəbul etməsi barədə sənədi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanmaq üçün
təqdim edə bilər. Bu Dövlət üçün düzəliş göstərilən sənədin saxlanmaq üçün verildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.
Maddə 8
Əlavəyə düzəlişlərin edilməsi proseduru
1. Sazişin I Əlavəsinə düzəlişlər bu maddədə göstərilmiş qaydada edilir.
2. Təklif olunan düzəlişin predmeti ərazisində yerləşən istənilən Tərəf dəyişiklikləri təklif edir.
3. Təklif olunan istənilən düzəlişin mətni təsdiq olunması təklif olunan İşçi qrupun iclasının keçirilməsinə ən azı 45 gün qalmış Xxxxxxxx tərəfindən İşçi qrupun bütün üzvlərinə göndərilir.
4. Təklif olunan düzəlişin predmeti ərazisində yerləşən Tərəf müvafiq təklifi İşçi qrupun iclasında baxıldıqdan sonra bir daha təsdiq edərsə, təklif olunan düzəliş qəbul edilmiş sayılır. Qəbul edildikdən sonra düzəliş Xxxxxxxx tərəfindən onu bütün Tərəflərə göndərəcək Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilir.
5. Bu maddənin 4-cü bəndinə uyğun olaraq təsdiq olunmuş düzəliş Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dövri bildirişinin göndərildiyi tarixdən 45 gün sonra qəbul olunmuş və bütün Tərəflər üçün qüvvəyə minmiş hesab olunur.
Maddə 9
Əlavəyə düzəlişlərin edilməsi proseduru
1. Xxxxxxx XX Əlavəsinə düzəlişlər bu maddədə göstərilmiş qaydada edilir.
2. İstənilən Tərəf düzəlişləri təklif edə bilər.
3. Təklif olunan istənilən düzəlişin mətni təsdiq olunması təklif olunan İşçi qrupun iclasının keçirilməsinə 45 gün qalmış Xxxxxxxx tərəfindən İşçi qrupun bütün üzvlərinə göndərilir.
4. Düzəliş İşçi qrupun iclasında iştirak edən və səs verən Saziş Tərəflərinin üçdə iki (2/3) çoxluğu ilə təsdiq olunur. Düzəliş təsdiq olunduqdan sonra Xxxxxxxx tərəfindən onu bütün Tərəflərə göndərəcək Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilir.
5. Bu maddənin 4-cü bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş bildirişin göndərildiyi tarixdən 90 gün ərzində Tərəflərdən azı üçdə biri (1/3) Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bu düzəlişə xxxx etirazını bildirməzsə, qəbul olunmuş hesab olunur.
6. Bu maddənin 5-ci bəndinə uyğun olaraq qəbul olunmuş düzəliş bu maddənin 5-ci bəndində göstərilmiş 90 günlük müddət bitdikdən 30 gün sonra bütün Tərəflər üçün qüvvəyə minir.
Maddə 10
Qeyd-şərtlər
Sazişin 13-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sazişin istənilən digər müddəaları ilə bağlı qeyd-şərtlər edilə bilməz.
Maddə 11
Sazişdən çıxma
İstənilən Tərəf Birləşmiş Millətlər Təşkilatının Baş katibinin adına yazılı surətdə bildiriş göndərməklə Sazişdən çıxmaq hüququna malikdir. Sazişdən çıxma Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən bu bildirişin alındığı tarixdən 12 ay sonra qüvvəyə minir.
Maddə 12
Qüvvəsinin dayandırılması
Əgər istənilən ardıcıl 12 ay müddətində Tərəflərin sayı səkkizdən az olarsa, Sazişin qüvvəsi dayandırılır. Tərəflərin sayı səkkizə çatdıqdan 30 gün sonra Sazişin müddəalarının qüvvəsi yenidən bərpa olunur. Bu kimi hallarda Birləşmiş Millətlər Təşkilatının Baş katibi Tərəfləri məlumatlandırır.
Maddə 13
Mübahisələrin həlli
1. Sazişin təfsiri və ya tətbiqi ilə bağlı danışıqlar və ya məsləhətləşmələr yolu ilə həll oluna bilməyən iki və ya daha artıq Tərəf arasında istənilən mübahisə bu Tərəflərdən hər hansı birinin müraciəti ilə mübahisə Tərəflərinin qarşılıqlı razılığı əsasında seçilən bir və ya bir neçə vasitəçiyə ötürülür. Əgər müraciət verildiyi tarixdən 90 gün ərzində mübahisə Tərəfləri vasitəçinin və ya vasitəçilərin seçimində razılığa gəlməzlərsə, bu Tərəflərdən hər xxxxx xxxx mübahisənin həlli ötürüləcək vahid müstəqil vasitəçinin təyin edilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilər.
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin olunan vasitəçi və ya vasitəçilərin tövsiyələri məcburi xarakter daşımır, xxxxx mübahisə Tərəflərinin yenidən baxması üçün əsas kimi çıxış edir.
3. Mübahisə Tərəfləri əvvəlcədən öz aralarında vasitəçi və ya vasitəçilərin tövsiyəsinin məcburi qüvvəyə malik olmasını qəbul etmək barədə razılığa gələ bilərlər.
4. Bu maddənin 1-ci, 2-ci və 3-cü bəndləri mübahisə Tərəflərinin mübahisələrin həllinə dair qarşılıqlı razılaşdırdığı digər tədbirləri istisna edən kimi şərh olunmur.
5. İstənilən dövlət, ratifikasiya, qəbuletmə, təsdiq və ya qoşulma haqqında sənədi saxlanmaq üçün təqdim etdiyi zaman, özünü bu maddənin vasitəçiyə dair müddəaları ilə bağlı hesab etmədiyinə dair qeyd-şərt vermək hüququna malikdir. Digər Tərəflər bu kimi qeyd-şərt vermiş istənilən Tərəfə münasibətdə bu maddənin vasitəçiyə dair müddəaları ilə bağlı öhdəlik daşımırlar.
Maddə 14
Tətbiqində məhdudiyyətlər
1. Sazişin heç bir müddəası Tərəfin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilmiş müddəalara müvafiq və özünün daxili və xarici təhlükəsizliyinin təmin olunması üçün vacib hesab etdiyi məhdud vəziyyətlərdə uyğun hərəkət etməsində maneə kimi təfsir olunmur.
2. Hər bir Tərəf milli qanun və qaydalarına müvafiq olaraq, Sazişə uyğun şəkildə quru limanları inkişaf etdirmək üçün bütün mümkün səyləri göstərəcək. Bununla belə, bu Sazişin heç bir müddəası hər hansı Tərəfin yüklərin öz ərazisindən hərəkətinə dair öhdəlik götürməsi kimi təfsir olunmamalıdır.
Maddə 15
Əlavələr
Sazişə edilmiş I və II Əlavələr Sazişin ayrılmaz tərkib hissələridir.
Maddə 16
Katiblik
Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası Sazişin Katibliyi təyin olunur.
Maddə 17
Depozitari
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Sazişin depozitarisi təyin olunur.
Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyət almış aşağıda imzalayanlar, bu Sazişi Çin, ingilis və rus dillərində olmaqla, bir nüsxədə imzalamışlar, hər üç mətn bərabər autentikdir.
I Əlavə
Beynəlxalq əhəmiyyətli quru limanlar
1. Quru limanlar bir qayda olaraq: (a) ölkə ərazisinin daxilində yerləşən paytaxt, əyalət / ştat mərkəzləri; və / və ya (b) mümkün hallarda Asiya Avtomobil Yolları və / və ya Trans-Asiya Dəmir Yolları da daxil olmaqla, avtomobil və / və ya dəmir yollarına çıxışı xxxx mövcud və / və ya potensial istehsal və istehlak mərkəzləri yaxınlığında yerləşir.
2. Quru limanlar digər quru limanları, sərhəd məntəqələri / yerüstü gömrük məntəqələri / kompleks nəzarət-buraxılış məntəqələri, dəniz limanları, daxili su yollan terminalları və / və ya hava limanları ilə nəqliyyat bağlantısına malikdirlər.
3. Quru limanların siyahısı aşağıda göstərilmişdir.
4. Quru limanın adı yerləşdiyi yerin və ya ən yaxın yaşayış məntəqəsi / şəhərin adı ilə birlikdə göstərilir.
5. Potensial quru limanlar böyük mötərizələrdə göstərilmişdir.
Quru limanların SİYAHISI
Əfqanıstan
Xxxxxxx, Xxxxxx Xxxxxxxx Xxxx Xxxxxx, Məzari-Şərif
İslam Qala, Herat Kabil Quru Limanı, Kabil
Şirxan Bəndər Quru Limanı, Kondoz Speenboldake Çaman Quru Limanı, Torxam Quru Limanı, Cəlalabad Qəndəhar Turqundi, Herat
Ermənistan
Axuryan Logistika Mərkəzi Gümrü Xxxx Xxxxxx
Karmir Blur / Apaven Xxx Terminalı Zvarnots Beynəlxalq Logistika Mərkəzi
Azərbaycan
Xxxxxx Xxxxxx Beynəlxalq Hava Limanının Xxxx Xxx Terminalı, Bakı Balakən Xxx Terminalı, Azərbaycan-Gürcüstan sərhədi
Biləsuvar Xxx Terminalı, Azərbaycan-İran İslam Respublikası sərhədi Qəbələ Beynəlxalq Xxxx Xxxxxx, Qəbələ
Gəncə Beynəlxalq Xxxx Xxxxxx, Gəncə Xxxxxx Xxxxxx Beynəlxalq Xxxx Xxxxxx, Bakı
Xxxxx Xxx Terminalı, Azerbaycan-İran İslam Respublikası sərhədi Lənkəran Beynəlxalq Xxxx Xxxxxx, Lənkəran
Naxçıvan Beynəlxalq Xxxx Xxxxxx, Naxçıvan Muxtar Respublikası Silk Way Xxx Terminalı, Bakı
Zaqatala Beynəlxalq Xxxx Xxxxxx, Zaqatala [Bakı Şəhər Xxx Deposu, Xırdalan Stansiyası]
[Dövlət sərhədi keçid məntəqəsində xxx terminalı, Samur] [Dövlət sərhədi keçid məntəqəsində xxx terminalı, Sımq Körpü] [Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Xxx Terminalı, Bakı] [Gəncə Stansiyası, Gəncə]
[Beynəlxalq Logistika Mərkəzi, Ələt] [Keşlə Stansiyası, Bakı]
[Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt]
[Dövlət sərhədi keçid məntəqəsində cənub xxx terminalı, Astara] [Sumqayıt Stansiyası, Sumqayıt]
Banqladeş
Xxxxxx, Brahmanbaria Benapole, Cessore
Bibirbazar, Komilla Burimari, Lalmonirhat
Hili, Dinacpur Kalmapur Daxili Konteyner Deposu, Dəkkə
Sonamascid, Çapai Navanganc Deknaf, Koks Bazar
[Banqlabandli, Pançaqarq] [Bhomra, Satxira]
[Xxxxxxx, Feni] [Dirasram Daxili Konteyner Deposu, Qacipur]
[Qobrakura, Mımensinqx] [Koritali, Mımensinqx]
[Nukuqao, Şerpur] [Ramqarh, Xaqraçari] [Tamabil, Silhet]
Butan
Fuentşolinq Quru Limam, Fuentşolinq [Gelepu, Sarpang]
[Qomtu, Samtse] [Nqanqlam, Samdrupconxar]
[Samdrupconxar, Samdrupconxar] [Samtse, Samtse]
Kamboca
CWT Quru Limanı, Pnompen Oleyr Ümumdünya Quru Limanı, Pnompen
Pnompen Beynəlxalq Limanı, Pnompen
Pnompen Xüsusi İqtisadi Zonası, Pnompen
Su Nqon Quru Limanı, Buvet Xxx Xxxx Quru Xxxxxx, Pnompen Teng Lay Quru Limanı, Pnompen
Çin
Çançun Lunsin Beynəlxalq Bond Erenhot Beynəlxalq Cənub Logistika Logistika Limam, Sinlun Mərkəzi, Erenhot
Harbin Magistral Xxx Stansiyası (Harbin Hekou Port Nəqliyyat-Logistika Lyonqun Logistika Parkı), Harbin Parkı, Hekou
Xorqos Beynəlxalq Logistika Parkı, Xunçun Beynəlxalq Logistika Parkı, Xorqos Xunçun
Tzinxun Menyan Beynəlxalq Logistika Kaşi Beynəlxalq Logistika Parkı, Kaşi Ticarət Mərkəzi, Tzinxun
Tenjun Beynəlxalq Yerüstü Liman, Xxxx Xxxxxxx Beynəlxalq Xxx Parkı, Kunmin Xxxxxxx
Xxxx Logistika Mərkəzi, Nannin Pisyan Sərhəd Ticarət Logistika Mərkəzi (Yui Kuan)
Juyli Xxx Mərkəzi, Juyli Suyfenxe Xxx Mərkəzi, Suyfenxe
Sintzyan Beynəlxalq Dəmiryolu İu daxili liman stansiyası, İu Logistika Parkı, Urumçi
Beynəlxalq Logistika Mərkəzi, Janqmu limanı, Janqmu
Gürcüstan
Poti Azad Sənaye Zonası, Poti [Tbilisi Beynəlxalq Logistika Mərkəzi,
Tbilisi]
Hindistan
Ajni, Naqpur, Maxaraştra Aminqaon, Quvahati, Assam
Aroor, Kerala Ballabqarh, Faridabad, Haryana
Badohi, Sen Ravide Naqar, Varanasi Uttar-Pradeş
Baqat Ki Koti, Codpur, Racastan Çexreta, Amritsar, Poncab
Dadri, Noida, Uttar-Pradeş Daulatabad, Avranqabad, Maxaraştra
Dandarikalan, Pəncab Dannad Xxx, Indore, Madya-Pradeş
Dronaqiri Node, Navi Mumbay, Durqapur, Qorbi Benqal Maxaraştra
Qarhi, Harsaru, Qurqaon Haryana Iruqur, Koimbatore, Tamianad Camşedpur, Carhand Canori, Nasik, Maharaştra
Kanakpura, Caypur, Racastan Kanpur, Uttar-Pradeş
Xodiyar, Qidcarat Loni, Qaziabad, Uttar-Pradeş Madcerat, Kəlküttə, Qərbi Benqal Mandidip, Bhopal, Madhya-Pradeş Morabad, Uttar-Pradeş Path, Qurqaon, Haryana
Pitamput, Dar, Madhya-Pradeş Raypur, Çattisqarh
Saxin, Surat, Qudcarat Sanatnaqar, Haydarabad, Xxxxx-Pradeş
Seneval, Ludyana, Pəncab Tondiarpet, Çennay, Tamilnad
Tuqlakabad, Dehli Vadodara, Qudcarat Uaytfild, Banqalor, Kariataka
İndoneziya
Qedebage Quru Limanı, Bandunq Sikapanq Quru Limanı, Bekasi
İran (İslam Respublikası)
Xxxx Xxxxxxx adına beynəlxalq xxxx xxxxxx, Tehran əyaləti Motahari dəmiryolu stansiyası, Məşhəd, Xorasan-Rezavi əyaləti Salafçeqan xüsusi iqtisadi zonası, Qum əyaləti
Sircan xüsusi iqtisadi zonası, Kerman əyaləti [Arvand xüsusi sənaye zonası, Xuzistan əyaləti]
[Sahlan xüsusi iqtisadi zonası, Təbriz, Şərqi Azərbaycan əyaləti] [Sərahs xüsusi iqtisadi zonası, Xorasan-Rezavi əyaləti]
[Şəhid Dəstqeyb beynəlxalq aeroportu, Şiraz, Fars əyaləti] [Zahedan logistika mərkəzi, Sistan və Bəlucistan əyaləti]
Qazaxıstan
Aktobe nəqliyyat-logistika mərkəzi, Almatı Damu sənaye-logistika mərkəzi,
Aktobe Almatı
[High Tech Logistics, Almatı vilayəti] [Xorqos beynəlxalq sərhədyanı
əməkdaşlıq mərkəzi, Almatı vilayəti]
Tau terminalı, Almatı vilayəti]
Qırğızıstan
Alamedin, Bişkek Oş stansiyası, Oş
Laos Xalq Demokratik Respublikası
Txanalenq, Vyentyan [Xxxxxxx Xxxxx]
[Laksao, Borikxamsay] [Luanqtrabanq, Luanqtrabanq]
[Xxxxxx, Luanqnamtxa] [Xxxxxxx, Maunqsay]
[Pakse, Çampasak] [Xxxx, Savannaxket] [Taxek, Kammouane]
Malayziya
Kontena Nasional daxili gömrük Daxili gömrük anbarı,
anbarı, Pray Padanq Besar
Seri Setia daxili gömrük xxxxxx, Xxxxx daxili xxxxxx, Xxxxx Kuala-Lumpur Xxxx xxx terminalı, [Pulau Sebanq daxili anbarı, İpox Tebedu daxili limanı, Saravak Pulau Sebanqj]
Monqolustan
Altanbulaq Saynşand
Xxxx-Xxxxx Xxxxx-Xxx
[Çolbaysan]
Myanma
[Baqo] [Mandalay]
[Mavlamıin] [Moniva]
[Muz] [Pya]
[Tamu] [Yanqon]
Nepal
Bhayrahava daxili gömrük anbarı, Biratnaqar daxili gömrük anbarı, Bhayrahava Biratnaqar
Birqanc gömrük daxili anbarı, Birqanc Kakarbhitta daxili gömrük anbarı,
Kakarbhitta
[BTatopani daxili gömrük anbarı, Larça]
Pakistan
Gömrük quru limanı, Haydarabad Gömrük quru limanı, Peşəvər Faysalabad quru limanı şirkəti, Lahor quru limanı, Muqalpura Faysalabad
Marqalla quru limanları, İslamabad Multan quru limanı şirkəti, Multan Konteyner dəmir yolu stansiyasının
milli logistika mərkəzi, Lahor
Quru limanı milli logistika mərkəzi, Pakistan dəmiryollarının Prem-Naqar
Kvetta quru limanı, Kusar
Dəmir yolu quru limanı, Kvetta Sambrial quru limanı, Sialkot “İpək Yolu” quru limanı. Sost, Gilgit, Baltistan
Xxxxxxxx
Xxxxx, Anceles, Pampanqa, Luzon Davao Siti, Şərqi Mindanao Koronadal, Cənubi Kotabato
Laquindinqan, Şərqi Misamis, Şimali Mindanao Zamboanqa Siti, Qərbi Mindanao
Koreya Respublikası
Uiyvan daxili konteyner deposu, Uiyvan
Rusiya Federasiyası Yanino logistika parkı, Leninqrad vilayəti
“Rostov Universal Limanı” multimodal logistika kompleksi, Rostov vilayəti “Baltiyskiy” terminal logistika mərkəzi, Leninqrad vilayəti
“Kleşixa” terminal logistika mərkəzi, Novosibirsk
“Doskino” terminal logistika mərkəzi, Nijniy Novqorod [Dmitrovskiy multimodal mərkəzi, Moskva vilayəti] [Kalininqrad] [Kazan]
[“Cənub Primorskiy Terminalı” multimodal logistika kompleksi, Primorskiy kray] [Sviaj multimodal logistika mərkəzi, Tatarıstan]
[Ussuriyskin “Primorskiy” terminal logistika mərkəzi, Primorskiy kray]
[“Tamanskiy” terminal logistika mərkəzi, Krasnodar vilayəti ] [“Beliy Rast” terminal logistika mərkəzi, Moskva vilayəti] [Volqoqrad] [Yekaterinburq]
Şri-Lanka
[Pelyaqoda, Kolombo] [Telanqapata, Kolombo]
Tacikistan
Düşənbə, Düşənbə Karamıs, Cirgital
Xudcand, Xxxxxxx Xxxxxx-Xxxx, Kurqan-Tübe,
Aşağı Pənc, Xxxxxxxxx Xxxxxxxxxx, Xxxxxxxxxx Xxxxxx, Vaxdat
Tayland
Latkrabanq daxili gömrük anbarı, [Çiankok, Çianqray]
Banqkok
[Nata, Nonqkay]
Türkiyə
Gelemen, Samsun Kazan, Ankara
[Boğazköprü, Kayseri] [Bozüyük, Bilecik]
[Gökköy, Balıkesir] [Habur]
[Halkalı, İstanbul] [Hasanbey, Eskişehir]
[Kaklık, Denizli] [Kars]
[Kayacık, Konya] [Köşeköy, İzmit]
[Mardin] [Palandöken, Erzurum]
[Sivas] [Türkoğlu, Kahramanmaraş]
[Uşak]
[Yeşilbayır, İstanbul] [Yenice, Mersin]
Vyetnam
Xxx Xxx Xxxxxx Konteyner Sonq Tan Daxili Konteyner Terminalı
Terminalı, Lao Kai Əyaləti Bin Duonq Əyaləti
Tan Kan-Lonq Xxxx Daxili Tien Son Daxili Konteyner Terminalı,
Konteyner Terminalı, Bak Nin Əyaləti
Donq Nai Əyaləti [Hanoy] [Xxx Xxx Xxxxxx Xxxxxxxxx Terminalı Xxx Xxx Əyaləti]
[Xxxx Phuk Daxili Konteyner [Lang Son] Terminalı Xxxx Xxxx Əyaləti]
I Əlavə
Quru limanların inkişafı və istismarı üçün rəhbər prinsiplər
1. Ümumi hissə
Sazişin I Əlavəsində sadalanan quru limanların inkişafı və istismarı aşağıdakı rəhbər prinsiplər əsasında tənzimlənir. Tərəflər quru limanların tikintisi, təkmilləşdirilməsi və istismarı zamanı bu prinsiplərə əməl edilməsi üçün bütün mümkün səyləri göstərəcəklər.
2. Funksiyalar
Quru limanların əsas funksiyalarına beynəlxalq ticarət prosesində daşınan yüklərin emalı, saxlanması və qanunla nəzərdə tutulmuş qaydada yoxlanması və tətbiq olunan gömrük nəzarəti və rəsmiləşdirmələri daxildir. Quru limanların əlavə funksiyaları, göstərilənlərlə məhdudlaşmayaraq, aşağıdakı funksiyaları da ehtiva edə bilər:
(a) Qəbul və göndərilmə;
(b) komplektləşdirmə və paylanma;
(c) ambarlanma;
(d) yükaşırma.
3. İnstitusional, inzibati və normativ hüquqi mexanizmlər
Tərəflər maraqlı Tərəfin milli qanunlarına və normativlərinə uyğun olaraq qanunla nəzərdə tutulmuş qaydada yoxlama və tətbiq olunan gömrük nəzarəti və rəsmiləşdirməsi prosedurları da daxil olmaqla, quru limanların inkişafı və fasiləsiz fəaliyyətinə müsbət şərait yaradan institutsional, inzibati və normativ hüquqi mexanizmlər yaradırlar. Bu Sazişin I Əlavəsində sadalanan quru limanlar nəqliyyat və gömrük sənədlərində göndərilmə və təyinat məntəqəsi kimi göstərilə bilər. Tərəflər quru limanların rəsmi tanınmasını təmin etmək məqsədilə müvafiq nəqliyyat xidmətləri, beynəlxalq təşkilatlar və qurumlarla qarşılıqlı fəaliyyət göstərirlər. Quru limanlara mülkiyyətçilik dövlət, özəl və ya dövlət-özəl sektor tərəfdaşlığı şərtləri ilə ola bilər.
4. Konstruksiya, tərtibat və yükaşırma qabiliyyəti
Quru limanlar konteynerlərin, yüklərin və nəqliyyat vasitələrinin quru limanı ərazisi daxilində və ərazisindən keçməklə təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün müvafiq yükaşırma qabiliyyəti və tərtibata malik olmalı və xidmət göstərilən nəqliyyat növləri, quru limanı istifadəçilərinin tələbləri və konteyner və yüklərin gələcək həcmlərini nəzərə alaraq, zəruri olduqda, yükaşırma qabiliyyətinin artırılmasını nəzərdə tutmalıdır.
5. İnfrastruktur, avadanlıq və istehsalat gücü
Quru limanlar Tərəflərin mülahizələrinə əsasən milli qanunları, qaydaları və təcrübəsinə uyğun olaraq, mövcud və gələcək daşımaların həcminə müvafiq infrastruktura, avadanlıq və işçi qüvvəsinə malikdir. Bu müddəa tövsiyə xarakteri daşıyır və aşağıdakılara münasibətdə öhdəlik yaratmır:
(a) giriş və çıxış üçün nəzərdə tutulmuş qapılara malik mühafizə olunan ərazi;
(b) idxal, ixrac, yükaşırma üçün və tez korlanan mallar, qiymətli yüklər, zərərli maddələr də daxil olmaqla, təhlükəli yüklər üçün ayrılmış qapalı və açıq anbar meydançaları;
(c) gömrüyə aid xxxx anbarlar daxil ola bilən anbar qurğuları;
(d) gömrük nəzarəti, nəzarət müfəttişliyi və anbar qurğuları;
(e) xxx və konteynerlərin emalı üçün müvafiq avadanlıq;
(f) əməliyyat və anbar zonalarında istifadə üçün daxili yardımçı yollar və yol örtüyü;
(g) xxx nəqliyyat vasitələri üçün kifayət qədər dayanacaq yerinə malik nəqliyyat vasitələri meydançası;
(h) gömrük xidməti, xxx ekspeditorları, xxx göndərənlər, gömrük brokerləri, banklar və digər müvafiq agentliklər üçün inzibati bina;
(i) elektron məlumat mübadilə sistemləri, skanerlər və nəqliyyat vasitəsi tərəzisi avadanlığı daxil xxxx informasiya və kommunikasiya sistemləri;
(j) uyğun olduğu yerlərdə konteynerlər, nəqliyyat vasitələri və avadanlıqlar üçün təmir emalatxanaları.
“Quru limanlar haqqında Hökumətlərarası Saziş”ə dair Azərbaycan Respublikasının
QEYD-ŞƏRTİ
Azərbaycan Respublikası “Quru limanlar haqqında Hökumətlərarası Saziş”in 13-cü maddəsinin beşinci bəndinə uyğun olaraq 13-cü maddənin barışdırma ilə bağlı müddəalarına münasibətdə özünü öhdəlikli hesab etmir.
“Quru limanlar haqqında Hökumətlərarası Saziş”ə dair Azərbaycan Respublikasının
BƏYANATI
Azərbaycan Respublikası bəyan edir ki, “Quru limanlar haqqında Hökumətlərarası Saziş”in müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir.
Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) “Quru limanlar haqqında Hökumətlərarası Saziş”in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).