«Atəşgah» Sığorta Şirkəti ASC
«Atəşgah» Sığorta Şirkəti ASC
AVTONƏQLIYYAT VASITƏLƏRININ KÖNÜLLÜ SIĞORTASI
Qaydaları
MÜNDƏRICAT:
Anlayışlar
I Fəsil. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası Maddə 1. Sığorta riskləri
Maddə 2. Sığorta predmeti
Maddə 3. I Fəslə aid xxxx Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər Maddə 4. Sığorta ödənişi
Maddə 5. Sığorta məbləği və sığorta dəyəri
Maddə 6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan Maddə 7. Qismən sığorta
Maddə 8. Qalıqlara xxxx hüququn keçməsi II Fəsil. Mülki məsuliyyətin sığortası
Maddə 9. Sığorta predmeti və sığorta riski Maddə 10. II Fəslə aid xüsusi istisnalar Maddə 11. Sığorta ödənişi
III Fəsil. Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası Maddə 12. Sığorta predmeti və sığorta riski
Maddə 13. III Fəslə aid xüsusi istisnalar Maddə 14. Sığorta ödənişi
Maddə 15. Fərdi qəzanın nəticələrinin təzahür müddəti
IV Fəsil.Sərnişinlərin və səlahiyyətləndirilmiş sürücülərin tibbi xərcləri Maddə 16. Sığorta predmeti və sığorta riski
Maddə 17. Sığorta ödənişi
V Fəsil. Bütün fəsillərə aid xxxx ümumi qaydalar Maddə 18. Sığorta sinifləri
Maddə 19. Sığortalının fəaliyyəti, üçüncü şəxslər Maddə 20. Sığorta təminatı
Maddə 21. Bütün Fəsillərə aid xxxx Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər
Maddə 22. Sığortanın əhatə etdiyi ərazi
Maddə 23. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 24. Sığorta müqaviləsinə əlavələr, dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 25. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
Maddə 27. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması Maddə 28. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri Maddə 30. Sığorta haqqının hesablanması və ödənilməsi
Maddə 31. Sığorta haqqının vaxtında ödənilməməsi Maddə 32. Xxxxxxx haqqında qeyd-şərt
Maddə 33 Sığortaçı tərəfindən nəzarət
Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
Maddə 35. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 36. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
Maddə 37. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti
Maddə 38. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları Maddə 39. İtkilərin qarşısının alınması və azaldılması
Maddə 40. Zərərin azaldılması məqsədilə çəkilən xərclər Maddə 41. Subroqasiya hüququ
Maddə 42. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Maddə 43. Mübahisələrin həlli qaydası Maddə 44. Marağın keçməsi
Maddə 45. Məlumatın təhrif edilməsi və aldatma
ANLAYIŞLAR
Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:
Sığortaçı - «Atəşgah» Sığorta şirkəti;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunanlar –bu Qaydaların məqsədləri üçün, sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində xxxx və ya ona minən, yaxud ondan çıxan (düşən) Səlahiyyətləndirilmiş sürücü və (və ya) sərnişinlər;
Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın sığortalanmış Avtonəqliyyat vasitəsi ilə bağlı qanunazidd olmayan əmlak mənafeyi;
Sığorta predmeti - Sığorta müqaviləsi üzrə sığortalanmış Avtonəqliyyat vasitəsi, mülki məsuliyyət, həyat və sağlamlıq;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Mühüm şərtlər – Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Səlahiyyətləndirilmiş sürücü – Sığorta müqaviləsində göstərilmiş və ya Sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyiə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna xxxxx xxxx şəxs;
Avtonəqliyyat vasitəsi – Sığorta müqaviləsində göstərilən, bu Qaydalara uyğun olaraq sığortalanmış və ya istismarı ilə əlaqədar sığorta təminatının verildiyi nəqliyyat vasitəsi;
Avtonəqliyyat vasitəsinin istismar olunması – Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərə müvafiq olaraq istismar olunması;
Avtonəqliyyat vasitəsinin tam məhv olması – Sığorta hadisəsi nəticəsində Avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması (təmiri) ücün tələb olunan pul vəsaitinin ümumi məbləğinin sığorta məbləğinin 75%-ni və ya ondan daha artıq məbləği təşkil etməsi halında Avtonəqliyyat vasitəsi tam məhv olmuş sayılır.
Sərnişin - Sığorta hadisəsi zamanı Avtonəqliyyat vasitəsində xxxx, xxxxx onun idarə edilməsinə aidiyyəti olmayan şəxs;
Tibbi xərclər – Avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində sığorta olunanın zəruri olaraq məruz qaldığı və sənədləşdirilmiş sığorta hadisəsi ilə xxxxx xxxx tibbi xərclər;
Цмуми ямяк габилиййятинин даими итирилмяси - вахт кечдикжя бярпа олуна билмяйян, цмуми ямяк габилиййятинин там вя йа гисмян итирилмяси (ялиллик);
Ərizə - Sığorta olunmaq məqsədilə Sığortalı tərəfindən doldurulan ərizə forması; ərizə formasında sığorta predmetinə dair Sığortalı tərəfindən göstərilən bütün məlumat və halların həqiqətəuyğun və dolğun olması bu Sığorta müqaviləsinin Mühüm şərtidir;
Assistans şirkəti - sığorta sahəsində yardımçı hüquqi şəxs.
I Fəsil
Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası Maddə 1. Sığorta riskləri
Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıda qeyd olunan sığorta risklərinin təsiri nəticəsində Avtonəqliyyat vasitəsi həmin Avtonəqliyyat vasitəsinin təmir edilməsini və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və yə oğurlanarsa və belə zədələnmə, məhv olma və ya oğurluq bütün Fəsillərə aid xxxx ümumi istisnalar və 1-ci Fəslə aid xxxx xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhv olmanın və ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarda nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş Avtonəqliyyat vasitəsinin əvəz edilməsi və ya təmir edilməsi (Sığortaçının öz mülahizəsi əsasında) yolu ilə, Sığorta müqaviləsində hər bir Avtonəqliyyat vasitəsi üçün nəzərədə tutulan sığorta məbləği çərçivəsində ödəyəcək:
1.1. Yol-nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə);
1.2. Yanğın, öz-özünə alışma;
1.3. Təbii fəlakət;
1.4. Avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması; Avtonəqliyyat vasitəsinin oğurlanması, qaçırılması zamanı Avtonəqliyyat vasitəsinə ziyan vurulması; Avtonəqliyyat vasitəsinin ön və arxa şüşələrinin və yan pəncərələrinin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri;
1.5. Avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi.
Maddə 2. Sığorta predmeti
2.1. Bu Fəsil üzrə sığorta predmeti sığortalanmış Avtonəqliyyat vasitəsidir.
2.2. Avtonəqliyyat vasitəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün komplekti ilə birlikdə sığortalanmış hesab olunur.
2.3. Sığorta müqaviləsində ayrıca olaraq göstərildiyi hallar istisna olmaqla, maqnitofonlar, radioötürücü vasitələr, telefonlar, radar detektorları və ya hər hansı digər rabitə vasitələri və ya onların köməkçi aksessuarları, skanlaşdırma cihazları, televizorlar və stereo sistemləri də daxil olmaqla bütün aksessuarlara və cihazlara münasibətdə bu sığorta ilə təminat verilmir (Avtonəqliyyat vasitəsinin istehsalı zamanı istehsalçı tərəfindən quraşdırıldığı hallar istisna olmaqla).
Maddə 3. I Fəslə aid xxxx Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakılara münasibətdə sığorta təminatı verilmir:
3.1.Sığorta hadisəsinin nəticəsində Avtonəqliyyat vasitəsinin digər hissələrinin də eyni vaxtda zədələnməsinin baş verdiyi hallar istisna olmaqla, Avtonəqliyyat vasitəsinin hərəkəti zamanı təkər şinlərinin və disklərinin zədələnməsi;
3.2.Dəyərdən düşmə;
3.3.Avtonəqliyyat vasitəsinin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
3.4.Əldən cıxmış fayda və digər dolayı itkilər;
3.5.Avtonəqliyyat vasitəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissə və qovşaqlarının təbii aşınması, onun əmtəə görünüşünün itməsi, istehsalat və ya təmir zamanı büraxılmış nöqsanlar;
3.6.Avtonəqliyyat vasitəsinin hissələrinin nasazlığının yağlama vasitələrinin sızması, nəqliyyat vasitəsinin daxilinə xarici əşyaların və maddələrin düşməsi (hidrozərbə və s.) nəticəsində baş verdiyi hallar da daxil olmaqla, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində onun hissələrinin, qovşaqlarının və ya aqreqatlarının sınması, sıradan cıxması və ya nasaz vəziyyətə düşməsi;
3.7.Tentin zədələnməsi və ya oğurlanması - xxx avtomobillərinin, minik avtomobillərinin xxx daşıyan modifikasiyalarının, qoşqu və yarımqoşquların sığortası zamanı;
3.8.Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin üçüncü şəxslərə könüllü verilməsi nəticəsində, belə könüllü vermənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq Sığortalıya dəyən zərər;
3.9.Sığortalının, Səlahiyyətləndirilmiş sürücünün və ya Sərnişinlərin sığorta hadisəsinin baş vermə xxxxxx nəqliyyat vasitəsində xxxx əmlakına vurulan ziyan və ya belə əmlakın məhv olması.
3.10.Hər hansı təmir vasitəsinin və ya alətinin oğurlanması;
3.11.Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı vəziyyətdə saxlanılmadığı hallarda, Avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində Avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya xxx xxxxx ziyanın dəyməsi nəticəsində yaranan zərər:
3.11.1.Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə qapadılması və açarların həmin vasitələrdən aralı və təhlükəsiz yerdə saxlanılması;
3.11.2.Belə birbaşa maddi ziyan və ya oğurluq ilə əlaqəli xxxx hər hansı sığorta vəsatətinin (tələbinin) zorakı daxilolmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması;
3.11.3.Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, Sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və (və ya) Avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemlərinin işlək vəziyyətdə olması və istifadə edilməsi;
3.12.Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər müqavilə və yaxud hər hansı razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya Avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata kecirən digər şəxs tərəfindən saxlanılan Avtonəqliyyat vasitəsinin qeyri-qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi.
Maddə 4. Sığorta ödənişi
4.1. Sığortaçı sığorta hadisəsi nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:
4.1.1. Avtonəqliyyat vasitəsinə qismən ziyan vurulması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.1.1. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin texniki və xarici vəziyyətinin ziyanın vurulduğu andan əvvəl xxxx vəziyyətinə qaytarılması ücün zəruri xxxx təmir xərcləri;
4.1.1.2. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin zədələnmiş müvafiq hissələrinin eyni növlü və eyni keyfiyyətli hissələrlə dəyişdirilməsi xərcləri;
Sığorta müqaviləsində aşınma xxxxx təsbit edildiyi hallarda, ehtiyat hissələrinin əvəzinin ödənilməsi xərcləri aşınma faizinə müvafiq olaraq azaldılır.
4.1.2. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.2.1. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlarından imtina etməsi şərtilə, Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti;
4.1.2.2. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlarından istifadə etməsi şərtilə, ziyan dəymiş Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli və işlək vəziyyətli digər Avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya:
4.1.2.3. Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqların Sığortaçıya keçməsi şərtilə, Sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği;
4.1.2.4. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlarından istifadə etmək qararına baxmayaraq Sığortalı bu Qaydalara əsasən tam məhv olmuş sayılan Avtonəqliyyat vasitəsini öz sərəncamında saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli xxxx sığorta ödənişi sığorta məbləğinin 75% təşkil edəcəkdir.
4.1.3. Avtonəqliyyat vasitəsinin oğurlanması halında aşağıdakı məbləğlərdən ən az olanı:
4.1.3.1. Oğurlanmış Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli digər Avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi xərcləri;
4.1.3.2. Sığorta müqaviləsində göstərilmiş Avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.
4.2. Avtonəqliyyat vasitəsinin təmir xərcləri Sığortaçının, yaxud Sığortaçının təyin etdiyi Assistans şirkətinin seçdiyi təmir emalatxanası tərəfindən aparılmış hesablamalar əsasında müəyyən edilir.
Maddə 5. Sığorta məbləği və sığorta dəyəri
5.1. Sığorta məbləği Sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
5.2. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasında razılaşma əsasında müəyyənləşdirilir və Avtonəqliyyat vasitəsinin Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə xxxx həqiqi dəyərindən - sığorta dəyərindən artıq ola bilməz.
5.3. Sığorta məbləği sığorta obyektinin sığorta müqaviləsi bağlanan andakı pul formasında qiymətləndirilməsindən irəli gələn həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya xxx qat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır. Bu halda sığorta haqqının artıq ödənilmiş hissəsi xxxx qaytarılmır, Sığorta müqaviləsində sığorta məbləğinin xxx göstərilməsi Sığortalının yalan məlumat verməsi nəticəsində yaranarsa, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini və ona dəyən zərərin ödənilməsini tələb edə bilər.
5.4.Sığorta müqaviləsində göstərilən sığorta obyekti Xxxxxxxxx tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır.
5.5.Sığortalının Sığorta müqaviləsində əhatə olunan risklərlə bağlı zərərlər ücün digər sığortaçı(lar)xxx ödəniş almaq hüququ varsa, Sığortaçı zərərə görə Sığortalı qarşısında digər sığortaçı(lar) ilə birgə, hər birinin məsuliyyət həddinə mütənasib olaraq məsuliyyət daşıyır.
Maddə 6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan
6.1. Sığortaçı sığortalanmış Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş ziyanin əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir:
6.1.1.Ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış Avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq.
6.1.2.Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir.
6.2.Bu maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.
Maddə 7. Qismən sığorta
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Maddə 8. Qalıqlara xxxx hüququn keçməsi
8.1.Avtonəqliyyat vasitəsinin tam məhv olması halında Avtonəqliyyat vasitəsinin qalıqlarına xxxx hüquqlardan istifadə etmək seçimi Sığortaçıya məxsusdur. Sığortalı Sığortaçının razılığı olmadan əmlaka xxxx hüquqlarından ikincinin xeyrinə imtina etmək hüququna malik deyil.
8.2.Avtonəqliyyat vasitəsinin tam məhv olması və ya onun oğurlanması nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini ödəmiş və yaxud onun ayrı-ayrı hissələrini dəyişdirmiş Sığortaçı qalıqlara xxxx hüquqlarından istifadə etmək qərarına gələrsə, Sığortalının Avtonəqliyyat vasitəsinə və ya onun dəyişdirilmiş hissəsinə xxxx hüquqları Sığortaçıya keçir. Bu halda Sığortalı həmin hüquqların Sığortaçıya kecməsi ücün bütün zəruri tədbirləri, o cümlədən müvafiq orqanlarda Avtonəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılması və Sığortaçının adına qeydiyyata salınması ilə xxxxx xxxx işləri öz hesabına görməlidir.
8.3.Oğurlanmış Avtonəqliyyat vasitəsi sığorta ödənişinin verilməsindən əvvəl və ya sonra aşkar edilərsə, Sığortaçının öz mülahizəsi əsasında Avtonəqliyyat vasitəsini özündə saxlamaq və yaxud onu Sığortalıya qaytarmaq hüququ vardır. Sonuncu halda Avtonəqliyyat vasitəsinə görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Bu halda Sığortaçı Avtonəqliyyat vasitəsinə yalnız oğrunun və ya oğruların vurduğu zərərə görə bu Qaydaların müddəalarına və istisnalarına müvafiq olaraq məsuliyyət daşıyacaq.
II Fəsil
Mülki məsuliyyətin sığortası
Maddə 9. Sığorta predmeti və sığorta riski
9.1. Bu Fəsil üzrə sığorta predmeti Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətidir.
9.2. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsi bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və II Fəslə aid xxxx Xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən ücüncü şəxsə bədən xəsarəti yetirilməsi, onun ölümü və ya onun əmlakına ziyanın dəyməsi ilə nəticələnən və Sığortalının hüquqi məsuliyyətinin yaranmasına səbəb xxxx qəza törədərsə, Sığortaçı Sığorta müqaviləsində təsbit edilmiş məsuliyyət həddi cərcivəsində Sığortalıya, onun ödəməyə hüquqi məsuliyyət daşıdığı və bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və II Fəslə aid xxxx Xüsusi istisnaların qüvvəsi altına düşməyən zərərlərin əvəzini aşağıda göstərilən qaydada ödəyəcəkdir:
Sığortaçı hətta Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddiaların əsassız, saxta və ya yalan olması halında belə ölüm, bədən xəsarəti və ya əmlaka ziyan vurulması ilə əlaqədar olaraq Sığortalıya qarşı irəli sürülmüş tələb və ya iddialarla bağlı Sığortalını müdafiə etmək hüququna və belə tələb və iddiaların araşdırılması və həllində tam sərbəstliyə malikdir. Xxxxx Sığortaçı həyata kecirilmiş sığorta ödənişlərinin nəticəsində Sığorta müqaviləsində təsbit olunmuş və onun məsuliyyət həddini ifadə edən məbləğin bitməsi halında, hər hansı tələb və ya məhkəmə qərarları ilə bağlı məbləği, yaxud iddianın müdafiəsi ilə əlaqədar məhkəmə xərclərini və digər xərcləri ödəməyəcək.
9.3. Bu Qaydalara əsasən bağlanmış Sığorta müqavilələri üzrə mülki məsuliyyətin sığortası Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tələb olunan məsuliyyət hədlərindən artıq xxxx məsuliyyətə qarşı sığorta təminatı verir.
9.4. Avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisindən kənarda, xxxxx Sığorta müqaviləsində göstərilmiş ərazi hüdudları çərçivəsində yerləşdikdə, sığorta təminatı hər hadisə ücün 500 manat məbləğində azadolma məbləğinin tətbiq edilməsi şərtilə verilir.
9.5.Məsuliyyəti sığortalanan şəxsin hüquqi şəxs olması halında, həmin hüquqi şəxslə yanaşı Sığorta müqaviləsində Səlahiyyətləndirilmiş sürücü kimi göstərilən onun işcilərinin məsuliyyəti də sığortalanmış hesab edilir.
9.6.Bu Fəsil üzrə sığorta riskinə Sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış Avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə zərər dəyməsi daxildir.
Maddə 10. II Fəslə aid xüsusi istisnalar
10.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
10.1.1.Sığortalının işcisinin Avtonəqliyyat vasitəsinin sərnişini olarkən Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya bədən xəsarəti xxxxxx nəticəsində yaranan məsuliyyət;
10.1.2.Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyət;
10.1.3.Sığortalının hər hansı müqavilə ilə öz üzərinə götürdüyü və belə müqavilənin mövcud olmaması halında yarana bilməyən hər hansı məsuliyyət;
10.1.4.Avtonəqliyyat vasitəsinin altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə Avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan.
10.1.5.Əldən cıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
10.1.6.Cərimələr və ya mənəvi zərərlər ücün təzminat ödəmək öhdəliyi ;
10.1.7.Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.
Maddə 11. Sığorta ödənişi
11.1. Sığortaçı Sığortalının aşağıdakı xərclərinin əvəzini ödəyir:
11.1.1.Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında məhkəmədən kənar razılaşma əsasında müəyyən edilmiş təzminat öhdəliklərinin məbləği;
11.1.2.Üçüncü şəxslərə zərər vurulması ilə əlaqədar olaraq, məhkəmə qərarı ilə Sığortalının üzərinə qoyulan təzminat ödənişlərinin məbləği;
11.1.3.Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq və bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının cəkdiyi bütün xərclər;
11.1.4.Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi ücün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış, ağlabatan və sənədləşdirilmiş xərclər.
11.2. Yuxarıda sadalanan bütün xərclərə münasibətdə sığortaçıların məsuliyyətinin ümumi həcmi heç bir halda Sığorta müqaviləsində təsbit edilmiş müvafiq məsuliyyət həddini aşa bilməz.
III Fəsil
Sərnişinlərin və səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası Maddə 12. Sığorta predmeti və sığorta riski
12.1. Bu Fəsil üzrə sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.
12.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid xxxx ümumi istisnalarda, habelə I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi daxildir
12.3. Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid xxxx Ümumi istisnalar və I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə və belə ziyan I və III Fəsillərə aid xxxx xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə bu Qaydaların 14-cü maddəsinə müvafiq olaraq zərərin əvəzini ödəyəcəkdir.
Maddə 13. III Fəslə aid Xüsusi istisnalar
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıda sadalananların nəticəsi olaraq Sığorta olunanların ümumi əmək qabiliyyətini itirməsi və ya ölümü hallarına təminat verilmir:
13.1.Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
13.2.Avtonəqliyyat vasitəsini idarə edən Səlahiyyətləndirilmiş sürücünün xxxx pozğunluq vəziyyətində olması;
13.3.İnsan həyatını xilas etmək məqsədilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü təhlükə altına
atma.
Maddə 14. Sığorta ödənişi
14.1.Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:
14.1.1.Ölüm halında – 100 %;
14.1.2.Fərdi qəzanın nəticəsi olaraq aşağıdakı bədən xəsarətləri nəticəsində ümumi əmək qabiliyyətinin daimi itirilməsi:
Hər hansı bir ətrafın (ayaq, pəncə, əl və ya bilək) itirilməsi | 100 % |
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi | 100 % |
Carpayı və ya əlil arabasına bağlılıqla nəticələnən iflic | 100 % |
Xxx xxxx pozğunluq | 100 % |
Yüxarıda göstərilənlərdən başqa əmək qabiliyyətinin tam və daimi itirilməsi | 100 % |
Nitqin tam və bərpa olunmaz şəkildə itirilməsi | 75 % |
Hər iki qulaqda eşitmə qabiliyyətinin tam və bərpaolunmaz şəkildə itirilməsi | 75 % |
Bir gözün görmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi | 50 % |
Bir qulaqda eşitmə qabiliyyətinin tam və bərpa olunmaz şəkildə itirilməsi | 50 % |
Budun və ya çiynin tam hərəkətsizliyi | 40 % |
Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi | 25 % |
Əlin baş barmağının itirilməsi | 10% |
Əlin şəhadət barmağının itirilməsi | 5% |
Əlin hər hansı digər barmağının itirilməsi | 2% |
Ayağın baş barmağının itirilməsi | 10% |
Ayağın hər hansı digər barmağının itirilməsi | 3% |
14.2.Əgər fərdi qəzanın nəticələri Sığorta olunanın həmin hadisənin baş verməsindən əvvəl mövcud olmuş hər hansı vəziyyəti və ya fiziki catışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli xxxx ağlabatan məbləğə bərabər olur.
14.3.Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyət növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.
14.4.Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə Sığorta müqaviləsi üzrə bir Sığorta olunan ücün ödənilən məbləğ bir şəxs ücün müəyyən edilmiş ümumi sığorta məbləğini aşa bilməz.
Maddə 15. Fərdi qəzanın nəticələrinin təzahür müddəti
15.1.Fərdi qəza anından 12 (on iki) ay müddətində baş verən və həmin fərdi qəzanın səbəb olduğu bədən xəsarətinin nəticəsi xxxx xxxx, fərdi qəza nəticəsində baş verən ölüm sayılır.
15.2.Əmək qabiliyyətinin daimi itirilməsinə görə ödənişlər, belə əmək qabiliyyətinin itirilməsinin fərdi qəza hadisəsinin nəticəsində baş vermiş olması, belə fərdi qəzanın baş vermə tarixindən 12 (on iki) ay ərzində təzahür etməsi və 12 (on iki) ay ərzində davam etməsi halında həyata kecirilir.
15.3.Əmək qabiliyyətinin daimi itirilməsi dedikdə, Sığorta olunanın hər hansı peşəkar və ya işguzar fəaliyyətlə məşğul olmasına tam mane xxxx və 12 (on iki) ay davam edən və bu müddətin bitməsindən sonra bərpa olunması mümkün olmayan əmək qabiliyyətinin itirilməsi başa düşülür.
IV Fəsil
Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərcləri Maddə 16. Sığorta predmeti və sığorta riski
16.1. Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə sığorta predmeti Sığorta olunanların həyat və sağlamlığıdır.
16.2. Bu Fəsil üzrə sığorta riskinə Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid xxxx ümumi istisnalar və I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyməsi ilə bağlı tibbi xərclərə məruz qalması daxildir 16.3.Bu Qaydaların «Sərnişinlərin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası» Fəsli üzrə sığorta təminatının Sığortalı tərəfindən əldə edilməsi şərtilə Sığortaçı Sığortalı ilə razılaşır ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsinin bütün Fəsillərə aid xxxx ümumi istisnalarda və I və III Fəsillərə aid xxxx xüsusi istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən qəza törətməsi nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan vurularsa, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə belə qəzanın nəticəsində onların məruz qaldığı tibbi xərclərin əvəzini, həmin tibbi xərcləri
təsdiq edən müvafiq sənədlərin Sığortaçıya təqdim edilməsi şərtilə ödəyəcəkdir.
Maddə 17. Sığorta ödənişi
Belə tibbi xərclər ücün bir nəfərə ödənilməli xxxx məbləğ, bunlardan hansının daha az olmasından asılı olaraq ya bu Qaydaların III Fəslinə müvafiq olaraq Sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta məbləğinin 5 xxxxx həddində, yaxud da 1.500 manat təşkil edəcək. Sığorta müqaviləsinin III və IV Fəsilləri ilə ödənilməli xxxx xxx nəfərlik ümumi məbləğ Sığorta müqaviləsinin III Fəsli üzrə Sığorta müqaviləsində təsbit edilmiş bir nəfərlik ümumi sığorta məbləği ilə məhdudlaşır.
Xxxxx bu tibbi xərclər ücün Sığortalı başqa sığorta üzrə ödəniş almaq hüququna malikdirsə, Sığortaçı yuxarıda göstərilən hədlərə müvafiq olaraq yalnız belə ödəniş məbləğilə ümumi tibbi xərclər arasındakı fərqə görə məsuliyyət daşıyır.
V Fəsil
Bütün Fəsillərə aid xxxx ümumi qaydalar
Maddə 18. Sığorta sinifləri
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu aşağıdakı sinifləri əhatə edir:
18.1. Avtonəqliyyat vasitələrinin sığortası;
18.2. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;
18.3. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin fərdi qəza sığortası
18.4. Avtonəqliyyat vasitələrinin Sərnişinlərinin və Səlahiyyətləndirilmiş sürücülərin tibbi xərclərinin sığortası.
Maddə 19. Sığortalının fəaliyyəti, üçüncü şəxslər
19.1. Bu Qaydaların Sığortalıya aid xxxx bütün müddəaları Sığorta müqaviləsində göstərilmiş Səlahiyyətləndirilmiş sürücüyə, Sığorta olunanlara və Faydalanan şəxsə da eyni dərəcədə aid edilir.
19.2. Bu sığortanın məqsədləri ücün Sığortalının fəaliyyətinə qanunvericiliyə, Sığorta müqaviləsinə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalının adından cıxış etmək ücün səlahiyyətləndirilmiş onun işçilərinin, vəzifəli şəxslərinin və digər nümayəndələrinin hərəkətləri də aid edilir.
19.3. Aşağıdakılardan başqa (bu Qaydaların 19.4-cü bəndində nəzərdə tutulan hal istisna olmaqla) bu Qaydaların məqsədləri üçün sığorta və daşıma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər, habelə onların qanuni vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər sayılırlar:
• Avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü;
• Öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər vuran Avtonəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;
• Avtonəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən işçisi.
19.4. Yol hərəkəti zamanı iki və daha artıq avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.
Maddə 20. Sığorta təminatı
Bu Qaydaların yalnız Sığorta müqaviləsində göstərilmiş Fəsilləri üzrə verilmiş sığorta təminatı etibarlı hesab olunur.
Maddə 21. Bütün Fəsillərə aid xxxx Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər
Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir:
21.1. Sığortalının qəsdli hərəkətləri;
21.2. İonlaşma, radiasiya, yaxud nüvə yanacağının və ya nüvə tullantılarının istifadəsindən, həmçinin bu istisnanın məqsədləri ücün özünü dəstəkləyən hər hansı atom nüvəsinin parçalanması prosesini daxil edərək, nüvə yanacağının alovlanmasından ortaya çıxan radioaktivlik nəticəsində ətraf mühitin çirkləndirilməsindən bilavastiə, yaxud dolayı yolla yaranan hər hansı məsuliyyət, zərər və ya ziyan;
21.3. Bu Qaydalara əsasən aşağıda göstərilən hər hansı bir hadisə nəticəsində hər hansı vəsatətin (tələbin) ortaya çıxması hallarında, Sığortalı bədbəxt hadisənin, itkinin, zərərin və ya məsuliyyətin (qanunvericiliyin tələblərinin bunu tələb etdiyi dərəcədə yerinə yetirilməsi halları istisna olmaqla) aşağıda göstərilən hər hansı hadisələrdən və ya onların nəticələrindən asılılığının, əlaqəsinin və onların nəticəsi olmamasını sübut etməlidir. Zəruri sübutların olmaması halında, Sığortaçı belə vəsatətə görə heç bir məsuliyyət daşımır:
Yuxarıda göstərilən hadisələrə daxildir: müharibə, düşmən ölkələrinin əməlləri, düşmən aktları, hərbi əməliyyatlar (müharibənin elan olunub-olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyamlar, buntlar, tətillər, ictimai intizamsızlıqlar, əmək iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları etməyə cəhd və ya yuxarıda sadalanan hadisələrdən hər hansı birinin bilavasitə və ya dolayı nəticələri, qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı
qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət edən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş verən hadisələr.
Bu istisnanın məqsədləri ücün:
«qanunsuz təşkilat» - terrorçuluq fəaliyyəti ilə məşğul xxxx və sığortanın əhatə etdiyi ərazidə qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;
«terrorçuluq» - cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi də daxil olmaqla siyasi məqsədlərlə zor tətbiqi deməkdir.
21.4. Avtonəqliyyat vasitəsinin məcburi qanunsuz zəbt etmə halları istisna olmaqla, Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx xxxxxx tərəfindən idarə edilməsi;
21.5. Avtonəqliyyat vasitəsinin təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə ücün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin satışı ilə bağlı hər hansı məqsədlə istifadə edilməsi;
21.6. Avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən Səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi;
21.7. Sunami, zəlzələ və ya vulkan püskürməsi ;
21.8. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla Avtonəqliyyat vasitəsinin onun texniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilməsi;
21.9. Qanunvericiliyə əsasən avtonəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə əsas verən nasazlıqları xxxx Avtonəqliyyat vasitəsinin istismar olunması;
21.10. Sığortalıya məxsus xxxx və ya ona etibar edilmiş, digər şəxslərə məxsus xxxx və Sığortalının məsuliyyət daşıdığı iş və ya hər hansı digər təyinatlı paltarlara və Sığortalıya və ya digər şəxslərə məxsus xxxx digər əmlaka onların Avtonəqliyyat vasitəsinin daxilində və ya üzərində daşınması xxxxxx xxxxx dəyməsi və ya həmin paltarların və ya əmlakın məhv olması və ya oğurlanması;
21.11.Avtonəqliyyat vasitəsinin hər hansı digər Avtonəqliyyat vasitəsini yedəkləməsi zamanı baş verən hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət;
21.12. Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsinə yüklənməsi və ya həmin nəqliyyat vasitəsindən boşaldılması və ya Avtonəqliyyat vasitəsinin hər hansı digər nəqliyyat vasitəsilə daşınması zamanı yaranan zərər və ya məsuliyyət;
21.13. Avtonəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması zamanı yaranan zərər və ya məsuliyyət;
21.14. Avtonəqliyyat vasitəsinin Sığortanın əhatə etdiyi ərazidən kənar istismar olunması halında. Sığortanın əhatə etdiyi ərazi Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi və onun yazılı formada razılığının alınması şərtilə genişləndirilə bilər.
21.15. Sərnişinlərin ödənişli daşınması;
21.16. Avtonəqliyyat vasitəsinin hər hansı qeyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə edilməsi;
21.17. Xidmət və ya iş vaxtı baş verməsindən asılı olmayaraq, Avtonəqliyyat vasitəsinin Sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması, oğurlanması və ya bunlara cəhd edilməsi;
21.18. Avtonəqliyyat vasitəsinin təyyarələrin enib qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazanın ərazisində istifadə edilməsi;
21.19. Aşağıdakı məqsədlər üçün hər hansı Avtonəqliyyat vasitəsinə sahiblik, texniki xidmət, onun istismarı və saxlanması ilə əlaqədar baş verən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
a) nitroqliserin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
b) mayeləşdirilmiş neftin və ya neft məhsullarının tarasız daşınması;
c) xxxx, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
d) ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.
Maddə 22. Sığortanın əhatə etdiyi ərazi
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) təsbit olunduğu hallar istisna olmaqla, bu sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Maddə 23. Sığorta müqaviləsinin bağlanması qaydası
23.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
23.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Xxxxxxxxx özünə məlum xxxx, Sığortaçının sığorta riskinin dərəcəsini müəyyənləşdirməsinə təsir edə biləcək halları özündə əks etdirən, müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab edilir.
23.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
23.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
23.3.2. sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı;
23.3.3. Xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
23.4. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
23.4.1. Tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
23.4.2. Bu Qaydalar ilə Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
23.5. Sığorta şəhadətnaməsi tərtib olunduğu halda, sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
23.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
23.7. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
23.8 Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 24. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
24.1.Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
24.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
24.2.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
23.2.2.Aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:
24.2.2.1.Sığorta müqaviləsini bağlamış Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış Avtonəqliyyat vasitəsini qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış Avtonəqliyyat vasitəsini qəbul edən şəxsə keçir;
24.2.2.2. Qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx Avtonəqliyyat vasitəsinin yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
24.2.2.3. Sığortalı xxxx hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir;
24.2.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
24.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
24.2.5. Sığorta marağı artıq mövcud olmadıqda;
24.2.6.Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
24.3. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 25. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
25.1. Bu Qaydaların 24.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
25.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (Sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
25.3. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi ücün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.
Maddə 26. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
26.1. Sığorta müqaviləsinə Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını aşağıdakı cədvəl əsasında Sığortalıya qaytarır:
Sığorta müqaviləsinin qurtarmamış müddəti (ümumi sığorta müddətindən faizlə) | Sığorta haqqının Sığortalıya qaytarılan hissəsi (ümumi sığorta haqqından faizlə) |
92% və daha xxx olduqda | 68.10% |
83%-dən – 92%-dək | 58.48% |
75%-dən - 83%-dək | 50.48% |
67%-dən - 75%-dək | 43.38% |
58%-dən - 67%-dək | 36.88% |
50%-dən - 58%-dək | 30.83% |
42%-dən - 50%-dək | 25.12% |
33%-dən - 42%-dək | 19.69% |
25%-dən - 33%-dək | 14.50% |
17%-dən - 25%-dək | 9.50% |
8%-dən - 17%-dək | 4.67% |
8 % və daha az olduqda | 0% |
Qeyd: Müqaviləyə vaxtından əvvəl xitam verildikdə sığorta haqqının Sığortaçı tərəfindən tutulan hissəsi hər bir halda 50 manatdan az olmamalıdır.
26.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqının Sığortalıya qaytarılması bu Qaydaların 26.1-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
26.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
26.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 26.1-ci və 26.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
26.5. Sığorta müqaviləsi bu Qaydaların 24.3-cü bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, Sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqqını, bu Qaydaların 26.1., 26.3 və 26.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, Sığortalıya qaytarır.
26.6. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 27. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər
Maddə 28. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Maddə 29. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
29.1.Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, sığorta riskinin artması ilə bağlı bütün hallar, xüsusən də aşağıdakı hallar barədə Sığortaçıya təxirə salınmadan məlumat verməlidir:
29.1.1.İcarə və ya hər hansı digər mülki-hüquq müqaviləsi əsasında Avtonəqliyyat vasitəsinin və (və ya) onun əlavə avadanlığının üçüncü şəxslərə verilməsi, həmçinin girov müqaviləsinə əsasən Avtonəqliyyat vasitəsinin yüklü edilməsi;
29.1.2.Avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun ücüncü şəxslərə keçməsi;
29.1.3.Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi hesab olunmayan hadisə nəticəsində ciddi zədələnməsi və ya məhv olması;
29.1.4.Avtonəqliyyat vasitəsinin ərizə formasında göstərilmiş məqsədlərdən fərqli məqsədlər ücün istifadə edilməsi;
29.1.5.Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan çıxarılması və ya Avtonəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında təkrar qeydiyyata salınması;
29.1.6.Avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi; 29.1.7.Avtonəqliyyat vasitəsinin gövdəsinin və ya mühərrikinin dəyişdirilməsi; 29.1.8.Avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi;
29.1.9.Sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, Səlahiyyətləndirilmiş sürücülərin siyahısında dəyişikliklərin edilməsi;
29.1.10. Avtonəqliyyat vasitəsinə aid xxxx və Ərizə formasında Sığortalı tərəfindən göstərilən məlumat və halların dəyişməsi;
29.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı :
29.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
29.2.2. Əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
29.2.3. Bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 30. Sığorta haqqının hesablanması və ödənilməsi
30.1.Sığorta haqqının məbləği və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi ilə müəyyən edilir.
30.2.Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir.
30.3.Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
30.4. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
Maddə 31. Sığorta haqqının vaxtında ödənilməməsi
31.1.Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 31.2-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
31.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
Maddə 32. Xxxxxxx haqqında qeyd-şərt
32.1. Sığorta məbləğinin, azadolma məbləğinin və tələblərin Sığorta müqaviləsində xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər ya Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata kecirildiyi tarixə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
32.2. Əgər sığorta ödənişinin verilməsi ücün əsas xxxx sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata kecirilir.
Maddə 33. Sığortaçı tərəfindən nəzarət
33.1. Əgər sığortanın qüvvədə olduğu müddət ərzində Avtonəqliyyat vasitəsi məhv olarsa və ya xxx xxxxx ziyan dəyərsə, Sığortalı Sığortaçıya həmin Avtonəqliyyat vasitəsi təmir edilməmişdən və maddi ziyanın fiziki sübutları itməmişdən əvvəl Avtonəqliyyat vasitəsini yoxlamaq üçün lazımı qədər vaxt və imkan verməlidir.
33.2. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
Maddə 34. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
34.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya Sığorta olunan şəxs, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
34.2.Sığortalı sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir.
34.3.Sığortalı Sığortaçıya sığorta hadisəsi üzrə araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq imkanını verməlidir;
34.4. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği xxxx qaytarmalıdır.
34.5. Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
34.6. Avtonəqliyyat vasitəsinin oğurlanması və ya qaçırılması hallarında Sığortalı Sığortaçıya Avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və Avtonəqliyyat vasitəsinin açarlarını (bütün komplektləri) təhvil verməlidir. Sığortalı bunları Sığortaçıya təhvil vermədiyi təqdirdə səbəbləri göstərməklə yazılı surətdə izahat verməlidir.
Maddə 35. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
35.1.Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
35.1.1.Sığorta hadisəsi haqqında yazılı ərizə;
35.1.2. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) əsli; 35.1.3.Sığorta hadisəsinin baş verməsini təsdiq edən arayış; 35.1.4.Zərərin həcmini müəyyənləşdirən sənədlər;
35.1.5.Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
Maddə 36. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
36.1. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
36.2. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu Qaydalara əsasən bağlanan Sığorta müqaviləsi ilə müəyyən edilir.
36.3. Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu halda, sığorta ödənişi azadolma məbləği çıxılmaqla Sığortalıya ödənilir. Sığorta müqaviləsində azadolma məbləği kimi göstərilmiş məbləğ Sığortaçı tərəfindən əsaslı kimi qəbul edilən hər bir sığorta vəsatətinin (tələbinin) və (və ya) bir hadisə üzrə irəli sürülən bir necə vəsatətin yekun məbləğindən cıxılır və Sığortaçı belə vəsatətin və ya vəsatətlərin azadolma məbləğinin cıxılmasından sonra qalan məbləği ücün məsuliyyət daşıyır. Azadolma məbləğinin tətbiqindən əvvəl Sığortaçı tərəfindən əsaslı kimi qəbul edilən hər bir vəsatətə və ya eyni hadisə üzrə bir necə vəsatətə münasibətdə ödəniləcək sığorta ödənişinin məbləği Sığorta müqaviləsinin müvafiq Fəslində göstərilmiş müvafiq sığorta məbləğini və məsuliyyət hədlərini aşmamalıdır.
36.4. Sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində Sığortalıya dəyən real zərərin miqdarından xxx xxx bilməz.
36.5. Sığorta müqaviləsində sığorta məbləği sığorta dəyərindən aşağı səviyyədə müəyyənləşdirilərsə, Sığortaçı sığorta hadisəsi baş verdiyi zaman axırıncı tərəfindən vurulan ziyanın bir hissəsini Sığortalıya sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq ödəniş verməlidir.
36.6. Sığorta müqaviləsində real zərərin ödənildiyi an zərərin natural formada ödənilməsi qaydası Sığortaçı tərəfindən nəzərdə tutula bilər.
36.7. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra, sığorta ödənişinin verilməsi Sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə bilər:
36.7.1. Zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
36.7.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün Sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
36.8.Sığorta ödənişinin verilməsi zamanı Sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
36.9. Sığortalının üçüncü tərəfdən təzminat xxxxxx xxxxxxx, bu təzminatın məbləği azadolma məbləğinin tətbiqindən əvvəl sığorta ödənişi məbləğindən çıxılmalıdır.
Maddə 37. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişinin verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti
37.1. Qanunvericilikdə və bu Qaydalarda nəzərdə tutulan sığorta ödənişindən imtina halları istisna olmaqla, Sığortaçı bu Qaydaların 34-cü maddəsində sadalanan sənədləri aldıqdan sonra 15 iş günü ərzində ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi (sığorta aktı, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırılması üçün bu sənədi Sığortalıya və (və ya Sığorta olunana, yaxud üçüncü səxsə) təqdim edir, yaxud sığorta ödənişinin verilməsindən imtina olunduğu halda imtinanın səbəblərini əsaslandırmaqla Sığortalıya yazılı məlumat verir.
37.2. Sığorta ödənişinin verilməsi sığorta aktı həm Sığortaçı, həm də Sığortalı tərəfindən imzalandıqdan sonra 10 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azaldılır.
37.3. Qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar olunduqda və ya əmələ gəldikdə, Sığortaçı verilmiş sığorta ödənişinin xxxx qaytarılması tələbini irəli sürmək hüququna malikdir.
Maddə 38. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
38.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir:
38.1.1. bu Qaydaların 29.1 və 34.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
38.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
38.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
38.1.4. Sığortalının sığortalanmış Avtonəqliyyat vasitəsinə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
38.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
38.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
38.1.7. baş vermiş hadisənin qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
38.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
38.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
38.1.10. sığorta hadisəsinin bu Qaydaların 31.1-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
38.1.11. bu Qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
38.1.12. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib cıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortacının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;
38.1.13. Sığortaçının nümayəndəsi hadisə yerinə gəlib çıxanadək, Səlahiyyətləndirilmiş sürücünün, aşağıda göstərilən səbəblərdən hadisə yerini tərk etməsi halları istisna olmaqla, hadisə yerini tərk etməsi:
38.1.13.1. bədən xəsarəti xxxxxx ilə əlaqədar Səlahiyyətləndirilmiş sürücünün tibb müəssisəsinə aparılması;
38.1.13.2. Səlahiyyətləndirilmiş sürücünün hadisə nəticəsində bədən xəsarəti almış sərnişinləri və ya üçüncü şəxsləri tibb müəssisəsinə aparması;
38.1.13.3. yol-nəqliyyat hadisəsinin rəsmiləşdirilməsi ilə əlaqədar Səlahiyyətləndirilmiş sürücünün səlahiyyətli dövlət orqanları tərəfindən aparılması.
Maddə 39. İtkilərin qarşısının alınması və azaldılması
Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir. Avtonəqliyyat vasitəsini xilas etmə, bərpa etmə və ya onun qorunub saxlanması məqsədilə görülən
bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Maddə 40. Zərərin azaldılması məqsədilə çəkilən xərclər
40.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, Sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya Sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
40.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə Sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.
Maddə 41. Subroqasiya hüququ
41.1. Xxxxxxxxxxx hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
41.2.Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
41.3.Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir.
41.4.Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
41.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sığortalının hər hansı məhkəmədənkənar razılışma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının Sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
Maddə 42. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 43. Mübahisələrin həlli qaydası
Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı arasında arasında danışıqlar yolu ilə, tərəflər razılığa gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
Maddə 44. Marağın keçməsi
44.1. Avtonəqliyyat vasitəsinin satılması və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi halında, Sığortacının razılığı olmasa, Sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat vasitəsinə hüquqları xxxx hər hansı digər şəxsə aid edilmir. Bu halda Sığortaçı ilə Sığortalı və ya Avtonəqliyyat vasitəsi xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni Sığorta müqaviləsi bağlanıla bilər.
44.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı vəfat etdikdə qanuni vərəsələrin və ya icraçıların Sığortalının ölümündən kecmiş 30 (otuz) gün müddətində Sığortaçı ilə razılaşdırılması halında, Sığorta müqaviləsi, həmin müqavilənin qüvvədən düşmə müddətinə qədər Sığortalının varisləri və ya miras qoyulan əmlakın üzərində nəzarəti həyata keçirən icraçılar üçün öz etibarlılığını saxlamağa davam edəcək.
Maddə 45. Məlumatın təhrif edilməsi və aldatma
Sığortalı və ya onun hər hansı nümayəndəsi Sığorta müqaviləsi və ya Sığortaçı və (və ya) hər hansı digər Sığortaçı ilə bağlanmış və artıq öz qüvvəsini itirimiş Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən
şərait və ya məlumatı gizlədər, yaxud təhrif edərsə və ya bilə-bilə aldatma yolu ilə belə aldatmanın zərərin həcmi və digər məsələlərə aid olmasından asılı olmayaraq, yalan vəsatət (tələb) irəli sürərsə, Sığorta müqaviləsi və bütün tələblər etibarsız hesab ediləcək.