AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman
Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4- cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında” 2013-cü il fevralın 27-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2013-cü il 656-IVQ
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman
Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında MÜQAVİLƏ
1-ci fəsil Preambula
Beynəlxalq Hərbi İdman Şurasının (bundan sonra - BHİŞ) bütün tədbirlərinin BHİŞ-in nəzarəti altında təşkil edildiyini, Birinci Dünya Futbol Kubokunun BHİŞ-in müstəsna mülkiyyəti olduğunu və onun bununla bağlı bütün hüquqlara, xüsusilə də onların təşkili, səhnələşdirilməsi, tətbiqi, yayılması və hər hansı yollarla reproduksiyası ilə bağlı hüquqlara malik olduğunu nəzərə alaraq,
BHİŞ-in Azərbaycan Respublikasını rəsmi adı “2013-cü ildə keçiriləcək BHİŞ-in Birinci Dünya Futbol Kuboku” xxxx, 2013-cü ildə Bakı şəhərində keçiriləcək BHİŞ-in Birinci Dünya Futbol Kubokunun təşkilatçısı kimi tanıdığını nəzərə alaraq,
BHİŞ-in və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BHİŞ-in Birinci Dünya Futbol Kubokunun 2013-cü ilin 30 iyun - 16 iyul tarixlərində keçirilməsi barədə razılığa gəldiklərini nəzərə alaraq,
BHİŞ-in Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BHİŞ-in Dünya Futbol Kubokunun tənzimləndiyi BHİŞ-in nizamnamələrinə, ümumi qanun və qaydalarına riayət edəcəyi ilə bağlı öhdəliyini nəzərə aldığım və xüsusilə də ona güvəndiyini nəzərə alaraq,
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tədbirdə iştirak etmək üçün seçilmiş BHİŞ-in 16 üzv dövlətlərinin rəsmi siyahısında qeydə altlığını, o cümlədən siyahının dəyişdirilməsi ehtimalmı və bütün sözügedən BHİŞ-in üzv dövlətlərinin BHİŞ-in Birinci Dünya Futbol Kubokunda iştirak etmək hüququna malik olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin BHİŞ-in Birinci Dünya Futbol Kubokunun akkreditasiya olunmuş hər bir iştirakçısının pulsuz yemək və qalma, o cümlədən ölkədaxili nəqliyyat ilə təmin edilməsinə rəsmən zəmanət verdiyini, akkreditasiya olunmuş hər bir iştirakçıya göstəriləcək yardımın miqdarına və nəyi əhatə etməsinə daha sonra BHİŞ və Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında qarşılıqlı müzakirə yolu ilə qərar veriləcəyini nəzərə alaraq,
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu öhdəliklərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi çərçivəsində yerinə yetirəcəyini nəzərə alaraq,
BHİŞ-in üzv dövlətlərinin hərbi atletlərinin faydalanması üçün, eləcə də BHİŞ ideallarının və dəyərlərinin bütün dünyada, xüsusilə də Qafqazda və Xəzər regionunda inkişafı məqsədilə BHİŞ-in Birinci Dünya Futbol Kubokunun mümkün qədər yaxşı tərzdə təşkil olunmasının və ən yaxşı şərtlər daxilində icra edilməsinin BHİŞ-in və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qarşılıqlı arzusu olduğunu nəzərə alaraq.
2-ci fəsil
BHİŞ-in Birinci Dünya Futbol Kubokunun təşkilati qurumları
1. Ev sahibi ölkə
BHİŞ, BHİŞ-in Birinci Dünya Futbol Kubokunun təşkilini sahib ölkə kimi Azərbaycan Respublikasına həvalə etməyə qərar vermişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi BHİŞ-in Birinci Dünya Futbol Kubokuna ev sahibliyi edən qurum kimi qarşısında xxxxx öhdəliklərin vaxtında və BHİŞ-in qanunlarının, BHİŞ-in ümumi qaydalarının, bu Müqavilənin və BHİŞ- in Birinci Dünya Futbol Kubokunun Ümumi Qaydalarının (əlavə olunur) müddəalarının tam şəkildə yerinə yetiriləcəyini öhdəsinə götürür.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Müqavilənin imzalanmasından sonra 3 (üç) aydan gec olmayaraq BHİŞ-in Birinci Dünya Futbol Kubokunun Təşkilat Komitəsini yaradacaqdır. Təşkilat Komitəsi BHİŞ-in Birinci Dünya Futbol Kubokunun planlaşdırılması və həyata keçirilməsi ilə bağlı bütün məsələlərə cavabdeh olacaqdır. O, BHİŞ qərargahı səviyyəsində yaradılmış BHİŞ-in Birinci Dünya Futbol Kubokunun Koordinasiya Komitəsinin (DFK KK) əsas danışıq aparan iştirakçısı olacaqdır.
Təşkilat Komitəsi öz təşkilati qrafikini və bütün aidiyyəti vəzifə borcu ilə bağlı açıqlamalarını və vəzifə bölgülərini bu Müqavilənin imzalanmasından sonra 3 (üç) aydan gec olmayaraq DFK KK-yə göndərəcəkdir.
Nümayəndə heyətlərinin üzvləri və turnir iştirakçılarının sahib ölkəyə girişi üçün sadələşdirilmiş viza prosedurları tətbiq ediləcəkdir.
2. BHİŞ-in Birinci Dünya Futbol Kubokunun Koordinasiya Komitəsi (DFKKK)
BHİŞ-i BHİŞ-in Birinci Dünya Futbol Kuboku ilə bağlı bütün məsələlərlə əlaqədar BHİŞ-in DFK KK təmsil edəcəkdir. DFK KK aşağıdakı daimi üzvlərdən ibarət olacaqdır:
· BHİŞ Prezidenti Polkovnik Xxxxx Xxxxxxx Xxxxxx,
· BHİŞ Baş Xxxxxx Xxxxxxxxx Xxxxxxxxx Xxxxxx,
· 2013-cü ildə keçiriləcək BHİŞ-in Birinci Dünya Futbol Kubokunun layihə meneceri cənab Xxxxxx Xxxxxxxx.
BHİŞ, DFK KK-nin tərkibini öz ehtiyacına müvafiq olaraq dəyişmək hüququna malik olacaqdır. Belə ki, oyunların təşkili ilə bağlı spesifik sahədə malik olduqları təcrübəyə və verdikləri texniki töhfəyə görə BHİŞ Prezidenti tərəfindən digər üzvlər təyin oluna bilərlər. DFK KK-nin tərkibində hər hansı dəyişiklik barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi dərhal məlumatlandırılmalıdır.
BHİŞ, Təşkilat Komitəsinin BHİŞ-in Birinci Dünya Futbol Kubokunu planlaşdırması, təşkil etməsi və həyata keçirməsi ilə bağlı fəaliyyətinə yardım etmək məqsədilə, əvvəllər keçirilmiş hərbçilər arasında dünya oyunları və dünya çempionatlarının təşkilini müşahidə edərək son illər ərzində əldə etdiyi xxxxx və təcrübəni paylaşacaqdır.
DFK KK və Təşkilat Komitəsi BHİŞ-in Birinci Dünya Futbol Kubokunun dolğun şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək üçün ehtiram, ədalət və düzgünlük ruhunda əməkdaşlıq edəcəklər.
3-cü fəsil
BHİŞ-in Birinci Dünya Futbol Kubokunun işıqlandırılması və yayımı hüququ
1. BHİŞ adının, BHİŞ loqotipinin və BHİŞ Birinci Dünya Futbol Kubokunun mühafizəsi
BHİŞ adı, BHİŞ loqotipi və BHİŞ-in Birinci Dünya Futbol Kubokunun konsepsiyası qeydiyyatdan keçmiş lisenziyalı ticarət nişanlandır. Bu adların BHİŞ-in Birinci Dünya Futbol Kubokunun inkişaf etdirilməsi ilə birbaşa bağlılığı olmayan hər hansı mövzu üzrə istifadəsinə dair istənilən təklif DFK KK-nin icazəsinin subyekti olacaqdır.
BHİŞ adı və BHİŞ-in Birinci Dünya Futbol Kubokunun konsepsiyasının silahlar, spirtli içkilər və tütün məmulatları ilə bağlılığı olmayacaqdır. Buna baxmayaraq, pivə və maya məmulatlarının hər biri ilə əlaqədar DFK KK-nin icazəsi olacaqdır.
Bu təlimatın istənilən halda pozulması məhkəmə məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəkdir.
BHİŞ adı, BHİŞ loqotipi və BHİŞ-in Birinci Dünya Futbol Kubokunun konsepsiyasının istənilən halda hər hansı siyasi təbliğatla əlaqəsi olmayacaqdır.
2. Marketinq planı və gəlirlərin bölüşdürülməsi
2.1. Marketinq planı
BHİŞ bu Müqavilənin imzalanmasından sonra, BHİŞ-in marketinq, lisenziya və sponsorluq üzrə tərəfdaşı olmaq üçün müqavilə imzalamış şirkət haqqında Təşkilat Komitəsinə məlumat verəcəkdir.
BHİŞ-in Birinci Dünya Futbol Kubokunun marketinq, lisenziya və sponsorluq strategiyasını işləyib hazırlamaq üçün Təşkilat Komitəsi sözügedən şirkətlə əməkdaşlıq edəcəkdir. Heç bir şirkətin istənilən yolla oyunların marketinq, lisenziya və sponsorluq strategiyası ilə bağlı hər hansı müzakirə və ya danışıqlar aparmaq hüququ olmayacaqdır.
DFK KK tərəfindən BHİŞ-in Birinci Dünya Futbol Kubokunun rəsmi sponsoru kimi təsdiq edilmiş hər hansı milli, və ya beynəlxalq şirkət avtomatik olaraq təsdiq edilmiş marketinq, lisenziya və sponsorluq strategiyasının direktivi çərçivəsində fəaliyyət göstərəcəkdir.
Hər hansı anlaşılmazlığa yol verməmək üçün sponsor - tədbirlə bağlı rəsmi hüquq əldə etmək üçün dəyər ödəmiş və ya sponsorluq, yaxud təminatçı hüququ qazanmış hər hansı bir şirkət deməkdir.
BHİŞ-in Birinci Dünya Futbol Kubokunun təşkili çərçivəsində, BHİŞ-in, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tədbirin təşkili və səhnələşdirilməsi üçün sponsorlar tərəfindən verilmiş məhsullardan və/və ya göstərilən xidmətlərdən yararlanmaq hüququnu verir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhsulla və ya xidmətlə bağlı büdcənin ayrılmasını təmənnasız və ya azaldaraq güzəştlə təmin edən bütün qurumlar tədbirin rəsmi təminatçısı kimi tanınacaqlar. Bu təminatçılar tədbirin loqotipindən istifadə etmək və özlərini tədbirin rəsmi təminatçısı kimi elan etmək hüququna xxxxx xxx bilərlər. Təşkilat Komitəsi tərəfindən hər hansı rəsmi kommersiya razılaşması olmasından əvvəl bu məhsullar və/və ya xidmət kateqoriyaları və onların spesifik təşkilati maliyyə vəsaiti ilə verdikləri müvafiq töhfə üçün DFK KK-nin rəsmi təsdiqi lazım olacaqdır.
Təşkilat Komitəsi aşağıdakı sponsorluq tələblərini irəli sürəcəkdir:
· təmiz yerlər. Rəsmi sponsorlardan başqa heç kimin rəsmi tədbir yerlərində reklam yerləşdirməsinə icazə verilməyəcəkdir;
· sponsorların reklamları: sponsorların reklam tələbləri üçün bütün rəsmi tədbir yerlərində sahələr ayrılacaqdır;
· korporativ qonaqpərvərlik: sponsorların qonaq qəbul etmələri üçün bütün müvafiq rəsmi tədbir yerlərində sahələr ayrılacaqdır. Bu cür sahələr Təşkilat Komitəsi və seçilmiş BHİŞ tərəfdaşı ilə birlikdə razılaşdırılmalıdır;
· sponsorların öz məhsullarını bütün müvafiq rəsmi tədbir yerlərində nümayiş etdirə, sata və sərgiləyə bilmələri üçün sahələr ayrılacaqdır;
· rəsmi sponsorların məhsullarının ticarət köşklərinin yerləşdirilməsi üçün sahə ayrılacaqdır;
· sponsorların, lazım gələrsə, rəsmi tədbir yerindən kənarda öz məhsullarını sərgiləmələri üçün sahə ayrılacaqdır. Belə yerlərə digər hərbi aerodromlar və/və ya dəniz limanları aiddir;
· rəsmi sponsorların tədbir yerinə münasib və yaxın qonaq qəbul etmə şəhərciyi üçün sahə ayrılacaqdır;
· sponsorlar müvafiq otellərdə yerləşdiriləcəklər. Yataq xərcləri sponsorluq vəsaiti hesabına ödəniləcəkdir;
· sponsorların tədbirə cəlb olunmaları haqqında maksimum şəkildə məlumat vermək üçün rəsmi marketing strategiyasına ictimai yerlərdə tez-tez təkrarlanan reklamların yerləşdirilməsi və sponsorların ticarət nişanlarının göstərilməsi daxil olmalıdır. Bu reklamların yerləşdirilməsi ilə bağlı xərclər sponsorluq vəsaiti hesabına ödəniləcəkdir;
· sponsorlara əsas tədbir yerlərində, o cümlədən açılış və bağlanış mərasimlərində tribunada yer tutmaq üçün VİP tədbir biletləri veriləcəkdir. Bundan başqa sponsorlar şəxsi istifadələri üçün tədbir biletləri ilə təmin olunacaqlar;
· sponsorlar sponsorluğun rəsmi yayım mərkəzində yerləşdiriləcəklər. Bunun dəyəri sponsorluq vəsaitindən tutulmalıdır və bura açılış və bağlanış afişaları və ekran üzərində künc loqotipləri daxil olacaqdır. Hər bir sponsora aşağı qiymətə hər hansı digər kommersiya xarakterli reklamla bağlı təklif irəli sürüləcəkdir;
· BHİŞ ilə Təşkilat Komitəsi arasında əldə edilmiş razılıqdan asılı olaraq, sponsorların tədbirin rəsmi film və foto
şəkillərindən pulsuz istifadə etmək imkanı olacaqdır;
· sponsorların hər bir rəsmi mətbuat konfransında iştirak etməsi üçün icazəsi və müəyyən razılaşdırılmış mətbuat konfranslarındakı ümumi press-relizləri yaymaq hüququ olacaqdır. Mətbuat konfranslarında rəsmi sponsorların arxa fon lövhələri də olacaqdır;
· sponsorlar öz müştərək loqotiplərini tədbirin rəsmi internet səhifəsində nümayiş etdirmək hüququna malik olacaqlar;
· sponsorlar plan tərtib etmək, tədbirin fərdi və eksklüziv proqrammı həyata keçirmək hüququna malik olacaqlar;
· uyğun olarsa, sponsorlar, öz məhsullarmı, avadanlıqlarını və/və ya xidmətlərini tədbirə inteqrasiya etmək hüququna malik olacaqlar;
· sponsorlar tədbirin rəsmi xxx yeməyinə dəvət olunacaqlar;
· sponsorlar tədbirin rəsmi proqramında tam səhifədə, tam rəngli reklam vermək hüququna malik olacaqlar.
Sponsorluq haqqına xxxxx xxxx hüququ, ətraf mühitlə bağlı və digər məhdudiyyətlər çərçivəsində, Təşkilat Komitəsi və BHİŞ tərəfdaşları arasında aparılan məsləhətləşmə və razılaşma əsasında mümkün olacaqdır. Bu haqların xərci sponsorluq hüquqlarının reallaşdırılması üçün xüsusi olaraq ayrılmış sponsorluq gəlirlərindən əldə olunan pay ilə ödəniləcəkdir (sponsorluqdan gələn gəlirin maksimum 20%-i).
Gəlirlərin bölüşdürülməsi.
Gəlirlərin bölüşdürülməsində Beynəlxalq Olimpiya Komitəsinin, FİFA-nın və digər bənzər təşkilatların tərtib edilmiş beynəlxalq vergi qaydalarına uyğun formalaşdırılmış aşağıdakı prinsiplərə riayət olunacaqdır:
BHİŞ-in milli sponsorluq proqramından əldə olunan sponsorluq gəliri aşağıdakı kimi bölüşdürüləcəkdir:
- gəlirin 70%-i Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçün;
- gəlirin 30%-i BHİŞ üçün.
Beynəlxalq şirkətlərdən əldə olunan sponsorluq gəliri aşağıdakı kimi bölüşdürüləcəkdir:
- gəlirin 30%-i Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçün;
- gəlirin 70%-i BHİŞ üçün.
Qlobal sponsorluğa gəlincə, qeyd etmək lazımdır ki, əgər sponsor Azərbaycan şirkətidirsə, Təşkilat Komitəsi yuxanda qeyd olunduğu kimi gəlirin yalnız 30%-ni götürür. Əks təqdirdə bütün sponsorluq gəlirləri BHİŞ-ə gedir.
Qurumun komisyon haqqı və sponsorluq haqlarının çatdırılması ilə bağlı xərclər, gəlirlər BHİŞ və Təşkilat Komitəsi arasında bölüşdürülməzdən əvvəl ümumi sponsorluq gəlirindən tutulacaqdır.
Bilet satışından əldə olunan gəlirin 100%-i Təşkilat Komitəsinə aiddir.
BHİŞ-in, həm milli, həm də beynəlxalq sponsorluq proqramlarından əldə edilən sponsor gəlirinin maksimum 30%-i müvafiq olaraq, hər iki sponsorluq proqramında verilən icazəni əks etdirən sponsorluq haqlarının tətbiqi ilə bağlı dəyəri ödəmək üçün istifadə ediləcəkdir.
3. Malların satışı planı
Bu Müqavilənin rəsmi şəkildə imzalanmasından sonra, Təşkilat Komitəsi 6 ay müddətində DFK KK-yə təfərrüatlı şəkildə tərtib edilmiş lisenziya və malların satışı planını təqdim edəcəkdir. Bu planda oyunlarla əlaqədar malların satışı ilə bağlı layihələrin siyahısı göstəriləcəkdir. Malların satışından əldə olunan hər hansı təmiz gəlir tam olaraq Azərbaycan Respublikasının, Müdafiə Nazirliyi tərəfindən götürüləcəkdir. Rəsmi baxımdan, BHİŞ-in adı və BHİŞ-in Birinci Dünya Futbol Kubokunun konsepsiyasının silahlar, spirtli içkilər və tütün məmulatları ilə bağlılığı olmayacaqdır. Xxxxx, pivə və
maya məmulatlarının hər birinin istifadəsi ilə bağlı DFK KK-nin icazəsi olacaqdır.
4-cü fəsil
Radio, televiziya və yayım
4. Radio, televiziya və yayım hüququ
4.1. Hüquq və öhdəliklər
BHİŞ, BHİŞ-in Birinci Dünya Futbol Kuboku ilə əlaqədar bütün hüquqların yeganə mülkiyyət sahibi olacaqdır. Aşağıda göstərilən hüquqlar BHİŞ-in müstəsna mülkiyyəti olacaqdır:
BHİŞ-in Birinci Dünya Futbol Kuboku zamanı bütün televiziya görüntülərini satmaq, ötürmək və yenidən nümayiş etdirmək, o cümlədən istənilən vasitə ilə (o cümlədən mövcud xxxx ənənəvi və gələcək yayım üslubları və telekommunikasiya peyki, kabel, ATM bağlı dövrəsi, internet və ya hər hansı digər ötürmə üslubları) bütün teleyayımı həyata keçirmək, video və filmlər lentə almaq, fotoşəkil çəkmək və əks təqdirdə istənilən vasitə ilə BHİŞ-in Birinci Dünya Futbol Kubokunu lentə almaq.
Bu Müqavilənin imzalanmasından sonra, BHİŞ, 3 ay ərzində, BHİŞ-in Birinci Dünya Futbol Kubokunun bu Şuranın mandatı və nəzarəti altında sahib yayımçısı kimi fəaliyyət göstərəcək və BHİŞ-in TV tərəfdaşı olacaq şirkətin adını rəsmi şəkildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edəcəkdir.
BHIŞ-in TV tərəfdaşı Təşkilat Komitəsi və onun tərəfindən seçilmiş yerli televiziya yayımçısı ilə tam şəkildə əməkdaşlıq edəcəkdir.
Sahib yayımçının işinin asanlaşdırılması məqsədi ilə ən əlverişli şəraitin yaradılması üçün hər iki Tərəf BHİŞ-in cavabdehliyi altında əməkdaşlıq edəcəklər.
Hər iki Tərəf Beynəlxalq Olimpiya Komitəsinin müvafiq məsələlər üzrə adət və təcrübəsinə uyğun olaraq televiziya ilə bağlı bütün xidmətlərin dolğun şəkildə təşkilini təmin etmək üçün BHİŞ-in nəzarəti altında aşağıdakı məsələlərə dair Kontraktın texniki və maliyyə protokolunu imzalayacaqdır:
- BHİŞ-ə üzv dövlətlərin dövlət və özəl televiziya stansiyalarının xeyrinə həyata keçirilən fəaliyyətlər;
- peyk sifarişi;
- beynəlxalq yayım mərkəzinin qurulması və idarə edilməsi;
- studiya fəaliyyətlərinin idarə edilməsi;
- şərhçi yerlərinin avadanlıqla təmin olunması və idarə edilməsi;
- audio görüntünün spesifik sahəsi ilə birbaşa xxxxx xxxx hər hansı digər fəaliyyət.
4.2. Redaksiya proqramı
Redaksiya proqramı final idman tədbirlərinin zaman qrafikinə uyğun olaraq, BHİŞ-in seçilmiş TV tərəfdaşı ilə razılaşdırılaraq hazırlanacaqdır.
4.3. Sınaq tədbiri
Təşkilat Komitəsi BHİŞ-in TV tərəfdaşı ilə razılaşdıraraq, oyunların rəsmi açılış tarixinə yaxın real ölçüdə sınaq tədbiri təşkil edəcək və göstərəcəkdir. Bu son fəaliyyət ümumi proses zamanı yaranan və meydana gələ biləcək nasazlıqları düzəltməyə, yaxud avadanlıqlardan optimal şəkildə istifadə etməyə və ya texniki avadanlıqların istifadəsi üçün nəzərdə tutulmuş heyətin yenidən təşkilatlanmasına xidmət edəcəkdir.
4.4. Televiziya və zaman qrafiki
Yarışlarla bağlı ləngimiş televiziya verilişlərinin canlı yayımı fəaliyyətləri üzrə mükəmməl ahəngdarlığı təmin etmək və oyun günləri, yerlər arasındakı fərqdən və disproporsiyalardan, o cümlədən, yarışların axınının dayanmasından yayınmaq üçün Təşkilat Komitəsi BHİŞ-in TV tərəfdaşı və BHİŞ ilə yaxından məsləhətləşərək yarışların zaman qrafikini işləyib hazırlayacaqdır.
5-ci fəsil
Təşkil haqqında Müqavilənin ləğv edilməsi
1. Müqavilənin ləğv edilməsi
BHİŞ aşağıdakı hallarda bu Müqaviləni ləğv etmək və oyunları nümayəndəlikdən xxxx çəkmək hüququna malik olacaqdır:
a) sahib ölkə açılış mərasimindən əvvəl və ya oyunlar zamanı müharibə vəziyyətində, mülki asayişin pozulması, yaxud rəsmi şəkildə tanınmış döyüş vəziyyətində olarsa;
b) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bu Müqavilənin preambulasında göstərilənlərə riayət edilmədikdə;
c) bu Müqavilədə qeyd olunan hər hansı maddi öhdəliyin və ya hüququn tətbiqi zamanı Təşkilat Komitəsi tərəfindən pozuntuya yol verilərsə.
BHİŞ bu Müqavilədə razılaşdırılan öhdəliklərə riayət etmədikdə Müqavilə ləğv edilə bilər.
2. Prosedurlar
BHİŞ Müqaviləni ləğv etməli və oyunları xxxx çəkməli olarsa, onlar aşağıdakı şəkildə həyata keçiriləcəkdir:
a) Əgər DFK KK hər hansı öhdəliyin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya Təşkilat Komitəsi tərəfindən pozulduğunu və ya pozulmaqda olduğunu aşkar edərsə, o, bu barədə hər hansı tərəfə və ya tərəflərin hamısına qeydiyyatdan keçmiş poçt vasitəsilə bildiriş göndərdikdən sonra qeyd olunan pozuntuların aradan qaldırılmasını və bu barədə məlumatın 60 (altmış) gün ərzində bildirilməsini tələb etmək hüququna malikdir. Ancaq tarix bildirişin göndərildiyi gündən etibarən hesablanır və oyunların açılış mərasiminə 120 (yüz iyirmi) gündən az müddət qalarsa, yuxarıda qeyd olunan 60 (altmış) gün bildirişin göndərildiyi tarixdən açılış mərasiminə qədər xxxx müddətin yarısına qədər azaldılır.
b) Əgər bundan sonra, bildirişə yuxarıda qeyd olunan (a) bəndinə müvafiq olaraq əməl olunarsa, BHİŞ tərəfindən aşkarlanmış (a) bəndində göstərilən pozuntu(lar), qarşıya qoyulmuş son müddət ərzində bu Xxxxxx qane edəcək səviyyədə aradan qaldırılmadıqda, o zaman BHİŞ, əlavə bildiriş olmadan oyunların təşkilini Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən dərhal xxxx almaq səlahiyyətinə malik olacaqdır.
Oyunlar BHİŞ tərəfindən xxxx alındığı təqdirdə və ya bu Müqavilədə nəzərdə tutulan hallarda BHİŞ tərəfindən ləğv edildikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bununla istənilən iddianın və zərərə görə hər hansı kompensasiya formasının ödənilməsi ilə bağlı hüququn yerinə yetirilməsini tələb etməyəcək və bununla da kompensasiyanı ödəməyi və BHİŞ-in, onun zabitlərinin, üzvlərinin, direktorlarının, məsləhətçilərinin, agentlərinin və digər nümayəndələrinin toxunulmazlığını üçüncü tərəfin bu cür xxxx çəkmə və ya ləğvlə bağlı iddialarından, əməllərindən və ya mühakimələrindən qorumaq cavabdehliyini üzərinə götürəcəkdir.
3. Digər məsələlər
Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və BHİŞ-in Birinci Dünya Futbol Kuboku turnirinin sona çatdığı tarixədək qüvvədə qalacaqdır.
Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcək və təfsir olunacaqdır. Bu Müqavilənin etibarlılığı, təfsiri və ya həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikası qanunvericiliyi ilə həll ediləcəkdir. Tərəflər bu Müqavilənin həyata keçirilməsi zamanı hər hansı mübahisəni qarşılıqlı məsləhətləşmələr yolu ilə, dostcasına həll etməyə çalışacaqlar.
Hər bir Tərəf onların adından bu Müqaviləni icra edən şəxslərin bu Müqaviləni həyata keçirməkdə düzgün və dolğun səlahiyyətə malik olduqlarına və bununla bağlı xxxxx xxxx bütün rəsmiləşdirmə işlərinin düzgün və dolğun şəkildə həyata keçiriləcəyinə zəmanət verir.
Bu Müqavilə 2013-cü il 27 fevral tarixində Bakı şəhərində(Azərbaycan Respublikası) iki əsl nüsxədə hər biri Azərbaycan və. ingilis dillərində imzalanmış, hər iki mətn bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.