DƏZGAH SINMASI SIĞORTASININ QAYDALARI
DƏZGAH SINMASI SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu dəzgah və qurğulardır.
Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
1.1. İş qəzaları;
1.2. Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməyi;
1.3. Düzgün yağlanmamağı;
1.4. Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb-sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
1.5. Tıxanma, kənar maddə düşməsi;
1.6. Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində xxxx parçalanmalar;
1.7. Buxar qazanlarında və buxar çənlərində su çatışmazlığı;
1.8. Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya soyuma;
1.9. Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar;
1.10. Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
1.11. İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları;
1.12. İstisna edilməyən digər hallar:
Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tros, kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla) sığorta təminatı verilmir.
1.13 Bu Qaydalarla müəyyən edilən sığorta növü əmlakın yanğın və digər risklərdən sığortası sinifinə aiddir.
2. ƏLAVƏ MÜQAVİLƏ BAĞLANMASI ŞƏRTİ İLƏ TƏMİNAT VERİLƏN HALLAR
Əlavə müqavilə bağlanması şərti ilə, aşağıdakı hallar sığorta təminatına daxil edilir:
2.1. Fiziki partlayışların səbəb olduğu ziyan və zərərlər, («fiziki partlayış» dedikdə, təzyiq altında işləyən qablardakı buxarın, qazın və ya xxxx halındakı qazın ani olaraq genişlənməsi nəticəsində meydana gələn güclü təzyiq və bunun nəticəsində qazın, buxarın və ya xxxx xxxxxxx xxxx qazın qabın divarını parçalayaraq çölə çıxması, beləliklə də qabın daxili təzyiqi ilə xarici təzyiqi arasında bərabərlik yaranması başa düşülür);
2.2. Sığorta təminatına daxil xxxx səbəblərə görə dəzgah və avadanlıqların özlərinə və ayrı-ayrı hissələrinə dəyən ziyan və zərərlər;
2.3. Sığorta təminatına daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqlar;
2.4. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərər və ziyanlar.
3. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlaklardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
3.4. Yanğın və ya yanğın baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yuma və xilasetmə əməliyyatlarının, habelə ildırımın səbəb olduğu ziyan və zərərlər;
3.5. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
3.6. Oğurluq və oğurluğa cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;
3.7. Torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, zəlzələ, sel və su basqını kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;
3.8. Dəzgahların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən aşınma və əprimələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər;
3.9. Bərk maddə və qazların ani oksidləşməsi və ya qarşılıqlı reaksiyaya girmələri nəticəsində baş verən partlayışların, atmosfer təzyiqi nəticəsində partlamaya meylli tozların partlamasının səbəb olduğu ziyan və zərərlər;
3.10. Sığorta müddəti ərzində xarab xxxx dəzgahların təmir edilmədən işlədilməsi nəticəsində baş verən ziyan və zərərlər;
3.11. Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi nəticəsində dəyən ziyan və zərərlər.
4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
Sığorta şəhadətnaməsində və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində göstərilən dəzgah və avadanlıqların sığorta məbləği, həmin dəzgah və avadanlıqların (əgər varsa, nəqliyyat, montaj, gömrük, rüsum və xərcləri də daxil olmaqla) yenisi ilə əvəz edilmə xərclərinə bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı bir dəzgahın yenisi ilə əvəz edilməsi üçün bu prinsiplə hesablanacaq məbləğ sığorta məbləğindən artıq olarsa, artıq xxxx həmin məbləğ sığortalı tərəfindən ödənilir.
Sığortalanmış dəzgah və avadanlıqların sığorta məbləğlərinin yenisi ilə əvəz edilmə xərclərindən artıq və ya əksik olduğu hadisə baş verməmişdən əvvəl müəyyən edilmiş olarsa, həmin tarixdən etibarən gün hesabı sığorta haqqı hesablanır, artıq və ya əskik alınan sığorta xxxxx xxxx qaytarılır və ya sığortalı tərəfindən ödənilir.
5. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ HÜQUQİ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, əlavə razılaşma yoxdursa, sığorta şəhadətnaməsində göstərilən başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24:00-da hüquqi qüvvəyə minir və Azərbaycan vaxtı ilə saat 24:00-da hüquqi qüvvəsini itirir.
6. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
6.1. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
6.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
6.3Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
6.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
6.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 6.3-cü və 6.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
6.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
7. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
7.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərti ilə təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumata əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
7.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni ləğv edə bilər və bu müddət ərzində sığorta hadisəsi baş verərsə, sığorta ödənişi verməyə bilər;
7.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı tələb edilən sığorta haqqı fərqini qəbul etmədiyini 15 gün ərzində bildirərsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 15 gün sonra saat 24:00-da, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 24:00-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
7.2. Vaxtında istifadə olunmayan ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək hüququ etibarsız sayılır.
7.3. Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyin tələb edə biləcəyi müddət ərzində;
- və yaxud ləğv etmənin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, onda sığortaçı verəcəyi ödənişi, sığortalının məlumatına əsasən ödənilməli sığorta haqqı ilə həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
8.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış əmlakın təklifdə, əgər təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda, əgər dəyişiklik:
- özü tərəfindən, yaxud onun açıq və ya gizli razılığı ilə başqası tərəfindən edilibsə, dərhal;
- onun açıq və ya gizli razılığı olmadan başqa bir şəxs tərəfindən edilibsə, vəziyyəti öyrənən kimi dərhal;
- hər iki halda ən gec 8 gün ərzində sığortaçıya məlumat verməlidir.
8.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində:
- müqaviləyə xitam verə bilər və ya;
- sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
8.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
8.4. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, sifarişli məktub vasitəsilə sığortalıya məlumat göndərildiyi tarixdən 8 iş günü sonra saat 24:00-da, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixin ertəsi günü saat 24:00-da hüquqi qüvvə qazanır.
8.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
8.6. Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta haqqı fərqini tələbetmə hüququ ləğv edilmiş hesab olunur.
8.7. Sığortalanmış əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
8.8. Sığortalanmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi verilmir.
8.9. Xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
8.10. Dəyişiklik, hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı hesablayır və fərqi sığortalıya qaytarır.
Bu qaydalar sığortalıya də eyni qaydada tətbiq edilir.
9. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
9.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə edənə keçir.
9.2. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra baş verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
9.3. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.
9.4. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız dərhal və ya sığortanın xxxx dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
9.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, xxxxx bu xxxx onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
10. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ MƏSULİYYƏTİNİN BAŞLANMASI
10.1. Sığorta haqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
Sığorta haqqı (ilkin hissə) ən gec sığorta şəhadətnaməsi təqdim olunan vaxt, (hissə-hissə ödənməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
10.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt ödənməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılır.
10.3. Sığorta haqqının hissə-hissə ödəniləcəyi razılaşdırıldığı zaman ardıcıl surətdə iki hissənin ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı bir dəfəyə ödənir və bu şərt sığorta şəhadətnaməsində yazılır.
10.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
11. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
11.1. Sığortalı sığortalanmış dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görməlidir.
11.2. Sığortalı sığortalanmış dəzgah və avadanlıqları normal vəziyyətdə və işlək halda saxlamaq üçün lazımi tədbirlər görməli, qəbul olunmuş həddən artıq yüklənmələrin qarşısını almalıdır, səlahiyyətli orqanlar tərəfindən qoyulan, xüsusən də dəzgah və avadanlıqların işlədilməsi və onlara qulluq edilməsi ilə əlaqədar xxxx qayda və təlimatlara tam əməl etməlidir.
11.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş dəzgah və avadanlıqlara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri həyata keçirməyə görə cavabdehdir.
12. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Zərər baş verdiyi zaman sığortalı:
12.1. Zərərin baş verdiyini öyrəndikdən sonra ən gec 5 gün ərzində sığortaçıya məlumat verməli, müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində, maksimum əməl etməlidir;
12.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən gecikdirmədən ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq məlumat və sənədləri verməlidir.
12.3. Xxxxx və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində sığortaçıya verməlidir;
12.4. Zərərin baş verdiyi yer və ya əmlaklara, zəruri hallar istisna olmaqla, heç bir dəyişiklik etməməlidir;
Xəbərdarlıq edilməklə xırda təmirlər və müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün vacib xxxx əsaslı təmirlər, təmir haqda xüsusi xəbərdarlıq edilməsi şərti ilə aparıla bilər. Sığortaçı, tədqiqat işlərini zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 7 gün ərzində həyata keçirməzsə, sığortalı bütün növ təmirlərin aparılmasında sərbəstdir;
12.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri yoxlama və tədqiqatlara icazə verməlidir;
12.6. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
13.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği bu sığorta şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, montaj işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir:
13.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəfli ekspertlərin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertləri ilə birlikdə ümumi bir rəy vasitəsilə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
13.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
– həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
– zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
– təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri.
13.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəf məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti çatan məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından seçilir;
13.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənarda seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
13.6. Xxxxxxx vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya qəbul edilməzsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
13.7. Sığortalının vəfat etməsi təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
13.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
13.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
13.10. Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəyinə, yalnız onun real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilə bilər;
13.11. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
13.12. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü, bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
13.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar bu sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlərə və onların tətbiq olunmasına təsir etmir.
14. ÖDƏNİŞ HAQQININ AZALDILMASI VƏ YA HAQQIN ÖDƏNİLMƏSİNDƏN İMTİNA HALLARI
14.1. Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi sığorta ödənişi göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır;
14.2. Sığortalı hadisəsinin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıracaq hərəkətlər edərsə, sığortaçı sığorta ödənişi verməkdən imtina edir.
15. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
15.1. Təmir edilə bilən zərər və ziyan (qismi zərər) halında:
sığorta ödənişinin məbləği, dəyişdiriləcək ehtiyat hissələrinin yenisinin alış qiymətinin, həmin hissələrin quraşdırılması üçün yerli iş saatları tarifinə görə ödəniləcək haqların və əgər varsa, normal nəqliyyat xərcləri (təyyarə istisna olmaqla), sökmə və montaj xərcləri, gömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla, dəzgah və avadanlıqların hadisədən əvvəlki vəziyyətlərinə gətirilməsi üçün xxxxx xxxx xərclərin ümumi cəmindən ibarət olur. Təmir işi ilə əlaqədar köhnə hissənin yerinə təzə hissə
qoyulmasına görə ödənişin məbləği azaldılmır. Yenidən istifadə olunması mümkün xxxx hissələrin dəyəri ödəniş məbləğindən çıxılır.
15.2. Sığorta şəhadətnaməsində göstərilən dəzgah və avadanlıqlar tamamilə zərərə düşdükləri zaman: sığorta ödənişinin məbləği, dəzgah və avadanlıqların təzəsinin hadisə baş verdiyi tarixdəki xxxx qiymətindən köhnəlmə və aşınma nisbətləri və xilas edilən hissələrin dəyərlərinin çıxılması yolu ilə əldə olunan məbləğə, sökmə xərclərinin, nəqliyyat, gömrük vergisi, digər vergi, rüsum və xərclərin və bu xüsusda müqavilədə başqa bir şərt nəzərdə tutulubsa, bu qaydaların 2.2. və 2.3. yarım bəndlərində göstərilən amillərin əlavə edilməsi yolu ilə hesablanan məbləğdən ibarət olur. Yuxarıda (14.1. yarım bəndi) göstərilən təmir xərcləri bu bəndə əsasən müəyyən edilən ödəniş məbləği ilə bərabər və ya ondan artıq olarsa, dəzgah və avadanlıq tam zərərə uğramış hesab edilir;
15.3. Sığorta şəhadətnaməsində hər bir dəzgah və ya avadanlıq üçün göstərilən minimum azadolma nisbətindən az olmamağı şərti ilə, başqa bir şərt nəzərdə tutulmazsa, hər bir zərərin 20%-i sığortalı tərəfindən ödənilir;
15.4. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən məbləğlə məhdudlaşır. Sığorta məbləği, hadisə baş verdiyi zaman sığortalanmış dəzgah və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Bu məbləğ bu qaydaların 4-cü bəndinə əsasən hesablanacaq sığorta dəyəri ilə uyğun olmadıqda ödənişin məbləği, sığorta məbləği ilə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq müəyyən edilir;
15.5. Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa, şərikli sığorta əsasları tətbiq edilir;
15.6. Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün sığortaçı ödəniş vermir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
16.2. Sığortaçı, zərər çəkmiş dəzgah və avadanlığı və ya onların zərər çəkmiş hissələrini təmir etdirə biləcəyi kimi, onların dəyərini nağd yolla da ödəyə bilər.
17. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
17.1. Sığortaçı ödədiyi sığorta ödənişinin müqabilində sığortalının günahkar şəxslərə qarşı iddia qaldırmaq hüququna malik olur. Sığortalı, sığortaçı iddia irəli sürərsə, bu iddia məsələsini aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları mütləq təqdim etməlidir.
17.2. Təminat verilən hadisə nəticəsində tam zərər meydana gələrsə, sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən verilən ödənişin məbləği qədər azaldılır.
17.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə sona çatar. Qismi zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
17.4. Sığorta məbləğinin azalması hallarında hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülərək əlavə sığorta haqqı alınmaq şərti ilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
17.5. Qismi zədələrdə, tərəflərin sığorta müqaviləsini ləğv etmək hüququ vardır. Sığortaçı ləğv etmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
18. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
18.1 Sığortalının hüquqları:
18.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
18.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
18.2 Sığortalının vəzifələri:
18.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
18.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
18.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
18.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
18.3 Sığortaçının hüquqları:
18.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
18.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
18.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
18.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
18.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
18.4 Sığortaçının vəzifələri:
18.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
18.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
18.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
18.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
19. MÜLKİYYƏT HÜQUQUNUN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər çəkmiş əmlakların mülkiyyət hüququ sığortaçıya verilmir.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
20.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
20.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
20.3. Tərəflərə imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
20.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
21. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirrinin gizli saxlamamağı səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
22. MƏHKƏMƏ AİDİYYƏTİ
Bu sığorta şəhadətnaməsi ilə əlaqədar meydana çıxacaq fikir ayrılıqları sığortaçının iddiaları zamanı onun və ya müqavilənin imzalanmasına vasitəçilik edən agentliyin yerləşdiyi ərazidə və yaxud hadisənin baş verdiyi ərazidə, sığortalının əleyhinə xxxx iddialar zamanı isə sığortalının yaşadığı ərazidə iqtisadi mübahisələri həll etməyə səlahiyyəti xxxx məhkəmə tərəfindən həll olunur.
23. İDDİA MÜDDƏTİ
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
24. XÜSUSİ ŞƏRTLƏR
Bu Qaydalara və əgər varsa, əlaqədar izahatlarla (kloz) ziddiyyət təşkil etməməyi şərti ilə xüsusi şərtlər qəbul oluna bilər.