AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 604-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ KÜVEYT DÖVLƏTİ HÖKUMƏTİ ARASINDA GÖMRÜK İŞİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI YARDIM HAQQINDA
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti,
Gömrük qanunvericiliyinin pozulmasının onların iqtisadi, ticari, maliyyə, ictimai və mədəni maraqlarına ziyan vurduğunu nəzərə alaraq;
İdxal və ya ixrac zamanı toplanan gömrük rüsumları və digər vergilərin dəqiq müəyyən edilməsinin və xüsusi qadağan, məhdudiyyət və nəzarət tədbirlərinin düzgün tətbiqinin təmin olunmasının əhəmiyyətini nəzərə alaraq;
Gömrük qanunvericiliyinin tətbiq olunması və həyata keçirilməsi ilə bağlı məsələlərdə beynəlxalq əməkdaşlığın zəruriliyini qəbul edərək;
Gömrük hüquqpozmalarına qarşı görülən tədbirlərin onların gömrük idarələri arasında aydın hüquqi normalara əsaslanan sıx əməkdaşlıq yolu ilə daha səmərəli ola biləcəyinə inanaraq;
Ümumdünya Gömrük Təşkilatı “Gömrük Əməkdaşlıq Şurası” tərəfindən ardıcıl olaraq 1953-cü ilin dekabr ayında və 2000-ci ilin iyul ayında qəbul olunmuş Qarşılıqlı İnzibati Yardım Haqqında Tövsiyəni və Gömrük Əməkdaşlığının və Qarşılıqlı İnzibati Yardımın Təkmilləşməsinə dair Bəyannaməni (Kİpr Bəyannaməsini) nəzərə alaraq;
Həmçinin, xüsusi mallarla əlaqədar qadağanları, məhdudiyyətləri və xüsusi nəzarət tədbirlərini özündə əks etdirən beynəlxalq konvensiyaları nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
ANLAYIŞLAR
Maddə 1
Bu Sazişin məqsədləri üçün:
1. “Gömrük İdarəsi” - Azərbaycan Respublikasında - Dövlət Gömrük Komitəsini, Küveyt Dövlətində - Baş Gömrük İdarəsini;
2. “Gömrük qanunvericiliyi” - malların idxalı, ixracı, yüklənməsi, tranziti, saxlancı və hərəkəti ilə bağlı hər bir Gömrük İdarəsi tərəfindən tətbiq olunan və ya həyata keçirilən qanuni və tənzimləyici müddəaları, o cümlədən, qadağan, məhdudiyyət və nəzarət tədbirlərinə aid hüquqi və inzibati müddəaları;
3. “Gömrük hüquqpozması” - gömrük qanunvericiliyinin hər hansı şəkildə pozulmasını və ya pozulmasına cəhdi;
4. “Gömrük rüsumları və vergiləri” - göstərilən xidmətlərin təqribi dəyərinin məbləği ilə məhdudlaşan yığımlar və ödənişlər istisna olmaqla, malların idxalı və ya ixracı zamanı, yaxud bununla bağlı toplanılan gömrük rüsumlarını və bütün digər vergiləri, yığımları və ya digər ödənişləri;
5. “Vəzifəli şəxs” - hər bir gömrük idarəsi tərəfindən təyin olunan hər hansı gömrük əməkdaşını və ya digər hökumət nümayəndəsini;
6. “Narkotik vasitələr” - Birləşmiş Millətlər Təşkilatının 1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyasının I və II siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni;
7. “Psixotrop maddələr” - Birləşmiş Millətlər Təşkilatının 1971-ci il tarixli Psixotrop maddələr haqqında Konvensiyasının I, II, III və IV siyahılarına daxil edilmiş hər hansı təbii və ya sintetik maddəni;
8. “Prekursorlar” - Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Konvensiyasının I və II siyahılarına daxil edilmiş narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən nəzarət altında xxxx kimyəvi maddələri;
9. “Nəzarətli göndəriş” - bu ölkələrin səlahiyyətli orqanlarının məlumatı daxilində və ya onların nəzarəti altında, gömrük hüquqpozmasını törədən və ya törədilməsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi və aşkar edilməsi məqsədi ilə tərkibində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların və ya onları əvəz edən digər maddələrin olması şübhə doğuran, yaxud qanunsuz göndərilmiş malların bir və ya bir neçə ölkənin ərazisindən aparılması, həmin ərazilərə gətirilməsi, yaxud o ərazilərdən keçirilməsi prosesinə nəzarət prosedurlarını;
10. “Şəxs” - həm fiziki, həm də hüquqi şəxsi;
11. “Şəxsi məlumat” - müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxslərə dair hər hansı məlumatı;
12. “Məlumat” - emal və ya təhlil olunub-olunmamasından asılı olmayaraq hər hansı məlumatı və təsdiqlənmiş və ya autentik surətləri də daxil olmaqla istənilən formatda sənədləri, hesabatları və digər yazışmaları;
13. “Sorğu göndərən Gömrük İdarəsi” - yardım üçün sorğu göndərən Gömrük İdarəsini;
14. “Sorğu xxxx Gömrük İdarəsi” - yardım üçün sorğu xxxx Gömrük İdarəsini bildirir.
SAZİŞİN ƏHATƏ DAİRƏSİ
Maddə 2
Bu Saziş aşağıda göstərilən məqsədlərə nail olmağı nəzərdə tutur:
1. Razılığa gələn Tərəflər Gömrük İdarələri vasitəsilə bu Sazişdə müəyyən edilmiş şərtlərə uyğun olaraq, gömrük qanunvericiliyinin düzgün tətbiq olunması və gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və onlara qarşı mübarizə aparılması məqsədilə bir-birinə inzibati yardım göstərirlər.
2. Bu Sazişə uyğun olaraq göstərilən bütün növ yardımlar milli qanunvericiliyə uyğun və öz Gömrük İdarələrinin səlahiyyətləri və mövcud imkanları daxilində göstərilir.
3. Bu Sazişin müddəaları heç bir şəxsə, iş üçün vacib xxxx hər hansı sübutu əldə etmək, gizlətmək və ya istisna etmək, yaxud sorğunun icra olunmasına mane olmaq hüququ vermir.
4. Hər iki Gömrük İdarəsi bir-birinə sorğu əsasında və ya öz təşəbbüsləri ilə gömrük hüquqpozmalarının qarşısının alınmasına, araşdırılmasına və onlara qarşı mübarizə aparılmasına və gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsinə imkan verən məlumatları, aşağıdakılar da daxil olmaqla, təmin edirlər:
a) gömrük rüsumlarının və vergilərinin düzgün müəyyən olunmasına zəmanət verilməsi;
b) gömrük məqsədləri üçün malların dəyərinin düzgün müəyyən olunması;
c) malların tarif təsnifatının müəyyən edilməsi;
d) malların mənşəyinin düzgün müəyyən edilməsi.
5. Hər bir Gömrük Xxxxxxx digər Gömrük Xxxxxxx adından öz dövlətinin ərazisində araşdırma apararkən o, bu araşdırmanı özü və ya həmin Razılığa gələn Tərəfdə xxxx digər yerli orqanın sorğusu əsasında həyata keçirdiyi kimi aparır.
YARDIMIN ÜMUMİ PROSEDURLARI
Maddə 3
Hər iki Razılığa gələn Tərəf aşağıdakı sahələrdə bir-birinə texniki yardım göstərir:
a) müasir texniki nəzarət avadanlıqlarının istifadə olunmasına dair məlumat və təcrübə mübadiləsi;
b) malların rəsmiləşdirilməsi sahəsində gömrük prosedurlarını asanlaşdıran yeni üsullar;
c) gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və təlimi;
d) gömrük məsələləri üzrə ekspertlərin mübadiləsi;
e) gömrük qanunvericiliyinin səmərəli tətbiq olunması ilə bağlı xüsusi, xxxx və texniki məlumat mübadiləsi;
f) xarici ticarətə dair statistik məlumatların mübadiləsi.
Maddə 4
1. Sorğu əsasında, sorğu xxxx idarə həmin Razılığa gələn Tərəfdə tətbiq olunan gömrük qanunvericiliyi və prosedurlarla bağlı və xüsusi gömrük hüquqpozmaları ilə əlaqədar araşdırmalara dair bütün məlumatları təmin edir.
2. Hər iki Gömrük İdarəsi sorğu əsasında və ya öz təşəbbüsləri ilə aşağıdakılarla bağlı hər hansı mövcud məlumatı ötürür:
a) gömrük qanunvericiliyinin tətbiq olunması sahəsində öz səmərəliliyini təsdiq etmiş ən son üsullar barədə;
b) gömrük hüquqpozmalarının törədilməsində yeni meyllər, vasitələr və ya metodlar barədə.
YARDIMIN XÜSUSİ NÖVLƏRİ
Maddə 5
Sorğu əsasında, sorğu xxxx idarə, sorğu göndərən idarəni aşağıdakılara dair məlumatlarla təmin edir:
a) sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə idxal edilmiş malların sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən qanuni ixrac olunub-olunmaması;
b) sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən ixrac olunmuş malların sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə qanuni idxal olunub-olunmaması və əgər mövcuddursa, malların yerləşdirildiyi gömrük proseduru;
c) Gömrük İdarələrinin hər birinin dövlətinin ərazisindən tranzit malların qanuni keçirilib-keçirilməməsi.
Maddə 6
Sorğu əsasında, sorğu xxxx idarə mümkün xxxx dərəcədə və mövcud imkanları daxilində aşağıdakılar üzərində xüsusi nəzarəti həyata keçirir və sorğu göndərən idarəni aşağıdakılarla bağlı məlumatlarla təmin edir:
a) sorğu göndərən idarəyə sorğu göndərən Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində gömrük hüquqpozmasını törətməsi məlum xxxx və ya törədəcəyində şübhəli bilinən, xüsusilə sorğu xxxx Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə daxil xxxx və ya o ərazini tərk edən şəxslər;
b) sorğu göndərən idarə tərəfindən daxilində qadağan edilmiş əşyalar olması və onun gömrük ərazisinə istiqamətlənməsi şübhəli bilinən daşınan və ya saxlancda xxxx xxxxxx;
c) sorğu göndərən idarə tərəfindən hər iki Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində hüquqpozma törədilməsində istifadəsi şübhəli bilinən nəqliyyat vasitələri;
d) sorğu göndərən idarə tərəfindən hər iki Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində hüquqpozma törədilməsində istifadəsi şübhəli bilinən yerlər.
Maddə 7
1. Hər iki Gömrük İdarəsi bir-birini sorğu əsasında və ya öz təşəbbüsləri ilə, Razılığa gələn Tərəflərə qarşı gömrük hüquqpozması təşkil edən və ya etməsi xxxxx edilən, tamamlanmış və ya planlaşdırılan sövdələşmələrə dair məlumatlarla təmin edir.
2. Razılığa gələn Tərəflərdən birinin iqtisadiyyatına, əhalisinin sağlamlığına, ictimai təhlükəsizliyinə və ya hər hansı digər mühüm maraqlarına əhəmiyyətli dərəcədə zərər vura biləcək ciddi hallarda, digər Razılığa gələn Tərəfin Gömrük İdarəsi məlumatı öz təşəbbüsü ilə təmin edir.
HƏSSAS MALLARIN QANUNSUZ DÖVRİYYƏSİNƏ DAİR MƏLUMATLAR
Maddə 8
1. Hər iki Gömrük İdarəsi sorğu əsasında və ya öz təşəbbüsləri ilə, Razılığa gələn Tərəflərdən hər hansı birinin gömrük qanunvericiliyini pozan və ya ona qarşı hüquq pozuntusu təşkil edən aşağıdakıların qanunsuz dövriyyəsi ilə əlaqədar
planlaşdırılan, yaxud həyata keçirilmiş hər hansı fəaliyyətə dair bütün müvafiq məlumatlarla bir-birini təmin edirlər:
a) silahlar, raketlər, partlayıcı maddələr və nüvə materialları;
b) mühüm tarixi, mədəni və ya arxeoloji dəyərə malik incəsənət əsərləri;
c) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, zəhərli maddələr, eləcə də ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükəli xxxx maddələr;
d) yüksək gömrük rüsumu və vergi dərəcəsi tətbiq edilən mallar.
2. Bu maddəyə əsasən alınmış məlumatlar sorğu göndərən tərəfin müvafiq dövlət idarəsinə ötürülə bilər, onlar üçüncü ölkələrə ötürülmür.
MƏLUMAT
Maddə 9
1. Məlumatın əsli yalnız təsdiq olunmuş və ya autentik surətlər kifayət etmədikdə sorğu edilir və mümkün qədər tez xxxx qaytarılır. Bununla əlaqədar, sorğu xxxx idarənin və ya üçüncü tərəfin bütün hüquqları toxunulmaz olaraq qalır.
2. Bu Sazişə uyğun olaraq mübadilə ediləcək istənilən məlumat, onun şərhi və ya istifadəsi üçün xxxxx xxxx bütün müvafiq məlumatlarla müşayiət edilir.
EKSPERTLƏR VƏ ŞAHİDLƏR
Maddə 10
Sorğu əsasında, sorğu xxxx idarə öz vəzifəli şəxslərinə, digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində gömrük hüquqpozmasına aid işlə əlaqədar olaraq məhkəmə qarşısında ekspert və ya xxxxx qismində çıxış etmək səlahiyyəti verə bilər.
SORĞULARIN VERİLMƏSİ
Maddə 11
1. Bu Sazişə uyğun olaraq, yardım aidiyyəti Gömrük İdarələri arasında birbaşa göstərilir.
2. Bu Sazişə əsasən, yardım üçün sorğular yazılı formada verilir və faydalı hesab edilən hər hansı sənədlərlə müşayiət edilir. Şəraitin tələb etdiyi hallarda, sorğular şifahi şəkildə də verilə bilər. Bu cür sorğular dərhal yazılı formada təsdiq olunur.
3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq verilən sorğularda aşağıdakı məlumatlar əks olunur:
a) sorğu göndərən idarənin adı;
b) baxılan məsələ və sorğunun səbəbləri;
c) işin qısa təsviri, hüquqi elementlər və işin mahiyyəti;
d) əgər məlumdursa, işlə əlaqədar şəxslərin adları və ünvanları;
e) əgər mövcuddursa, sorğu edilən tədbirlər və prosedurlar.
4. Bu Sazişdə istinad olunan məlumatlar hər bir Gömrük Xxxxxxx tərəfindən bu məqsəd üçün xüsusi təyin olunmuş vəzifəli şəxslərə verilir. Həmin vəzifəli şəxslərin siyahısı bu Sazişin 19-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq digər Razılığa gələn Tərəfin Gömrük İdarəsinə təqdim olunur.
SORĞULARIN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 12
1. Əgər sorğu xxxx idarə sorğu edilən məlumatlara malik deyilsə, özünün milli qanunvericiliyinə uyğun olaraq aşağıdakıları həyata keçirir:
a) sorğu edilən məlumatları əldə etmək məqsədilə araşdırmalara başlamaq;
b) sorğunu dərhal müvafiq quruma ötürmək;
c) aidiyyəti orqanların adlarını bildirmək.
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq hər hansı araşdırmaya gömrük hüquqpozması ilə əlaqədar məlumata xxxxx xxxx şəxslərin ifadələri və ekspertlərin rəyləri də daxil edilə bilər.
Maddə 13
1. Yazılı sorğu əsasında və sorğu xxxx idarənin icazəsi və müəyyən etdiyi şərtlərə uyğun olaraq gömrük hüquqpozmasının araşdırılması məqsədilə, sorğu göndərən idarənin təyin etdiyi vəzifəli şəxslər aşağıdakıları yerinə yetirə bilərlər:
a) gömrük hüquqpozması ilə bağlı hər hansı məlumatı əldə etmək üçün sorğu xxxx idarənin ofislərində sənədlərdən, qeydiyyat jurnallarından və digər müvafiq məlumatlardan istifadə etmək;
b) həmin gömrük hüquqpozması ilə bağlı sənədlərin, qeydiyyat jurnallarının və digər müvafiq məlumatların surətlərini çıxartmaq;
c) sorğu xxxx idarə tərəfindən onun gömrük ərazisində sorğu göndərən idarə ilə bağlı keçirilən hər hansı bir araşdırmada iştirak etmək.
2. Sorğu göndərən idarənin vəzifəli şəxsləri digər Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisində olduğu müddətdə və bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq, istənilən zaman rəsmi səlahiyyətlərinin sübutunu təqdim etmək iqtidarında olmalıdırlar.
3. Qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq sorğu göndərən idarənin vəzifəli şəxsləri, digər Razılığa gələn Tərəfin gömrük əməkdaşlarına verilən eyni mühafizədən yararlanır və törədə biləcəkləri hər hansı hüquqpozmaya görə məsuliyyət daşıyırlar.
MƏLUMATLARIN KONFİDENSİALLIĞI
Maddə 14
1. Bu Sazişə uyğun olaraq inzibati yardım çərçivəsində alınmış hər hansı məlumat, bu cür məlumatı təqdim edən Gömrük İdarəsinin, bu məlumatlardan digər orqanların başqa məqsədlər üçün istifadəsinə açıq şəkildə razılıq verdiyi hallar istisna olmaqla, yalnız bu Sazişin məqsədləri üçün və müvafiq Gömrük İdarələri tərəfindən istifadə olunur, yaxud;
2. Bu Sazişə uyğun olaraq alınmış hər hansı məlumat konfidensial məlumat kimi qəbul edilir və ən azı sorğu xxxx idarənin milli qanunvericiliyinə uyğun olaraq oxşar məlumatlara şamil edilən mühafizəyə və konfidensiallığa malik olur.
Maddə 15
Bu Sazişə uyğun olaraq şəxsi məlumat mübadilə edildiyi zaman digər Razılığa gələn Tərəf bu Sazişin Əlavəsinin həyata keçirilməsinin nəticələrinə uyğun şəkildə məlumatın qorunması standartını təmin edir.
NƏZARƏTLİ GÖNDƏRİŞ
Maddə 16
1. Razılığa gələn Tərəflər öz imkanları daxilində gömrük hüquqpozmalarının araşdırılması məqsədilə nəzarətli göndərişin müvafiq şəkildə istifadəsinə icazə vermək üçün zəruri tədbirlər görürlər.
2. Nəzarətli göndərişin həyata keçirilməsinə dair qərarlar hər bir hal üzrə və sorğu xxxx Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun şəkildə, yaxud xüsusi
vəziyyətlə əlaqədar onlar arasında xxxx hər hansı razılaşmalara və ya müqavilələrə uyğun qəbul olunur.
3. Nəzarətli göndərişi razılaşdırılmış qanunsuz mal partiyalarının səlahiyyətli orqanların qarşılıqlı razılığı əsasında dayandırılmasına və malların toxunulmaz və ya yerindən götürülmüş, yaxud tam və ya qismən yeri dəyişdirilmiş halda yoluna davam etdirilməsinə icazə verilə bilər.
İSTİSNALAR
Maddə 17
1. Bu Sazişə uyğun olaraq sorğu edilən hər hansı yardım Razılığa gələn Tərəfin suverenliyinə, təhlükəsizliyinə, dövlət siyasətinə və ya digər mühüm milli marağına zərər gətirərsə, yaxud qanuni sənaye, ticarət və ya peşə sirrini pozarsa və ya onun milli qanunvericiliyinə zidd olarsa, həmin yardımın göstərilməsindən imtina edilə bilər.
2. Əgər sorğu göndərən idarə, sorğu xxxx idarənin oxşar sorğusunu yerinə yetirə bilmirsə, o öz sorğusunda bu faktı nəzərə çatdırır. Belə sorğunun yerinə yetirilməsi sorğu xxxx idarənin ixtiyarındadır.
3. Sorğu xxxx idarə, davam edən təhqiqata, məhkəmə araşdırmasına və ya proseslərə müdaxilə edəcəyi təqdirdə yardımı təxirə sala bilər. Belə halda, sorğu xxxx idarə, özünün müəyyənləşdirdiyi şərtlər əsasında yardımın göstərilməsinin mümkün olub-olmayacağını müəyyən etmək üçün sorğu göndərən idarə ilə məsləhətləşir.
4. Yardım imtina edildikdə və ya təxirə salındıqda bunun səbəbləri bildirilir.
XƏRCLƏR
Maddə 18
1. Hər iki Gömrük İdarəsi hökumət məmurları olmayan ekspertlərə, şahidlərə və tərcüməçilərə çəkilən və sorğu göndərən idarə tərəfindən ödənilən xərclər istisna olmaqla, bu Sazişin icrası ilə bağlı çəkilmiş xərclərin əvəzinin ödənilməsi üçün bütün iddialardan imtina edir.
2. Əgər sorğunun icrası üçün əlavə və ya əvvəlcədən nəzərdə tutulmamış xərclər tələb olunarsa, Razılığa gələn Tərəflər sorğunun icra edilmə şərtlərini, o
cümlədən xərclərin hansı qaydada ödəniləcəyini müəyyən etmək üçün məsləhətləşirlər.
SAZİŞİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 19
1. Hər iki gömrük idarəsi gömrük hüquqpozmalarının araşdırılması və ya onlara qarşı mübarizədə məsul xxxx vəzifəli şəxslərin bir-biri ilə şəxsi və birbaşa əlaqələr qurmasına imkan yaratmaq üçün lazımi tədbirlər görürlər.
2. Hər iki gömrük idarəsi bu Sazişin tətbiqini asanlaşdırmaq üçün ətraflı tədbirlər barədə qərar qəbul edirlər.
3. Hər iki gömrük idarəsi bu Sazişin təfsiri və ya tətbiqindən irəli gələn hər hansı problem və ya şübhənin aradan qaldırılması üçün cəhd göstərirlər.
4. Həlli tapılmayan mübahisələr diplomatik kanallar vasitəsilə həll edilir.
TƏTBİQ EDİLMƏ
Maddə 20
Bu Saziş hər iki Razılığa gələn Tərəfin milli qanunvericiliyində müəyyənləşdirildiyi şəkildə onların gömrük ərazilərində tətbiq edilir.
DİGƏR RAZILAŞMALAR
Maddə 21
Hər iki Razılığa gələn Tərəfin səlahiyyətini və fəaliyyət dairəsini nəzərə alaraq, bu Sazişin müddəaları onların hər hansı digər beynəlxalq saziş və ya konvensiyadan irəli gələn öhdəliklərinə təsir etmir.
QÜVVƏYƏ MİNMƏ VƏ LƏĞV ETMƏ
Maddə 22
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün bütün dövlətdaxili tələblərin yerinə yetirilməsi haqqında Razılığa gələn Tərəflərdən birinin digərinə sonuncu bildirişi göndərdiyi tarixdən qüvvəyə minir.
2. Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca Protokollarla rəsmiləşdirilən və Sazişin 22-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
ƏLAVƏ
MƏLUMATLARIN QORUNMASININ ƏSAS PRİNSİPLƏRİ
1. Avtomatik olaraq işlənib hazırlanan şəxsi məlumatlar:
a) müvafiq qaydada və qanuni olaraq əldə edilir və işlənib hazırlanır;
b) müəyyən olunmuş və qanuni məqsədlər üçün saxlanılır və həmin məqsədlərə uyğun olmayan şəkildə istifadə edilmir;
c) onların saxlanıldığı məqsədlərə münasibətdə kifayət miqdarda və uyğun olur, lazım olandan artıq olmur;
d) dəqiq olur və zəruri hallarda yenilənir;
e) məlumat subyektlərinin müəyyən edilməsinə imkan verən şəkildə bu məlumatların saxlandığı məqsəd üçün tələb olunandan artıq olmayan müddət üçün saxlanılır.
2. İrqi mənşəyi, siyasi baxışları, yaxud dini və ya digər inancları açıqlayan şəxsi məlumatlar, o cümlədən sağlamlığa və ya cinsi həyata dair şəxsi məlumatlar, milli qanunvericilik müvafiq təhlükəsizliyə təminat vermirsə, avtomatik olaraq işlənib hazırlana bilməz. Eyni prinsip cinayət məsuliyyəti ilə bağlı şəxsi məlumatlara tətbiq olunur.
3. Avtomatlaşdırılmış məlumat fayllarında saxlanılan şəxsi məlumatın icazəsiz məhv edilmədən və ya təsadüfi itirilmədən, o cümlədən icazəsiz daxil olmadan, dəyişdirilmədən və ya yayılmadan qorunması üçün müvafiq təhlükəsizlik tədbirləri görülür.
4. Hər bir şəxsə:
a) avtomatlaşdırılmış şəxsi məlumatlar faylının mövcudluğunu, onun əsas məqsədlərini, o cümlədən faylın nəzarətçisinin şəxsiyyətini və daimi yaşayış yerini və ya əsas iş yerini müəyyən etməyə;
b) ona aid şəxsi məlumatın avtomatlaşdırılmış məlumat faylında saxlanıb- saxlanmadığının təsdiqinə münasib vaxtda, əlavə gecikmə və ya xərc olmadan, o cümlədən belə məlumatın xxx xxxxx şəkildə çatdırılmasına nail olmağa;
c) şəraitdən asılı olaraq, belə məlumatın, bu Əlavənin 1 və 2-ci prinsiplərində müəyyən edilən əsas prinsiplərin qüvvəyə minməsini təmin edən daxili qanunvericiliyin müddəalarına zidd olaraq işləndiyi təqdirdə, onun düzəldilməsinə və ya məhv edilməsinə nail olmağa;
d) şəraitdən asılı olaraq, bu prinsipin b) və c) bəndlərində qeyd olunduğu kimi məlumatı əldə etmə, təsdiqləmə, düzəltmə və ya məhv etmə ilə bağlı sorğu həyata keçirilmədiyi təqdirdə qanuni yollara müraciət etməyə imkan verir.
5.1. Bu prinsipdə müəyyənləşdirilən çərçivə istisna olmaqla, bu Əlavənin 1, 2 və 4-cü prinsipləri əsasında bu müddəalarda heç bir istisnaya icazə verilmir.
5.2. Bu Əlavənin 1, 2 və 4-cü prinsipləri əsasında müddəaların hüquqi qüvvəsinin qismən dayandırılmasına, Razılığa gələn Tərəfin qanunvericiliyində belə dayandırma nəzərdə tutulduğu və demokratik cəmiyyətdə aşağıdakılar naminə zəruri tədbir təşkil etdiyi zaman icazə verilir:
a) Məlumat təhlükəsizliyinin, ictimai təhlükəsizliyin, dövlətin valyuta maraqlarının qorunması, yaxud cinayət hüquqpozmalarının qarşısının alınması;
b) Məlumat subyektinin, yaxud digərlərinin hüquqları və ya azadlıqlarının qorunması.
5.3. Bu əlavənin 4-cü qaydasının b), c) və d) bəndlərində müəyyən olunan hüquqların həyata keçirilməsinə dair məhdudiyyətlər, məlumat subyektlərinin özəl həyatına açıq şəkildə müdaxilə riskinin olmadığı hallarda, statistika və ya xxxx araşdırma məqsədləri üçün istifadə olunan avtomatlaşdırılmış şəxsi məlumat faylları ilə bağlı qanunvericiliklə təmin oluna bilər.
6. Hər bir Razılığa gələn Tərəf bu Əlavədə müəyyənləşdirilən əsas prinsiplərin qüvvəyə minməsini təmin edən milli qanunvericiliyin müddəalarının pozulmasına görə müvafiq sanksiya və tədbirlər görməyi öz üzərinə götürür.
7. Bu Əlavənin heç bir müddəası Razılığa gələn Tərəf üçün məlumat subyektlərinə bu Əlavədə müəyyən olunan qorumadan daha geniş qorumanın təmin olunması mümkünlüyünün məhdudlaşdırılması və ya başqa cür təsir etməsi kimi şərh olunmur.
8. Bu Saziş beş il müddətində qüvvədədir və bundan sonra Razılığa gələn Tərəflərdən biri onun faktiki ləğv edilmə tarixindən ən azı üç ay əvvəl yazılı formada və ya diplomatik kanallar vasitəsilə bu Sazişin ləğv edilməsi niyyəti barədə bildiriş göndərməzsə, Saziş avtomatik olaraq eyni müddətə uzadılır.
9. Ləğv etmə zamanı davam edən işlər sona çatdırılır.
Buna təsdiq olaraq, müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bir preambula, 22 maddə və bir Əlavədən ibarət xxxx bu Sazişi imzaladılar.
Bakı şəhərində 14 fevral 2013-cü il tarixdə Azərbaycan, ərəb və ingilis dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
AZƏRBAYCAN RESPUBLİKASI | KÜVEYT DÖVLƏTİ |
HÖKUMƏTİ ADINDAN | HÖKUMƏTİ ADINDAN |