Maddə 4. Məşğul şəxslər
Maddə 4. Məşğul şəxslər
4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
4.1.6. ödənişli fəaliyyətlə məşğul xxxx xxx və xxxx ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul xxxx əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul xxxx Azərbaycan Respublikasının vətəndaşları.
4.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır.
4.3. Məşğul şəxslərin reyestrində bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
4.4. Bu Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:
4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər
istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;
[10]
4.4.5. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota aldıqları gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.6. bu Qanunun 4.1.4-cü maddəsində göstərilən məşğul şəxslər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.7. bu Qanunun 4.1.5-ci maddəsində göstərilən məşğul şəxslər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla;
[11]
4.4.8. bu Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
[12]
4.4.9. bu Qanunun 4.1.7-ci maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.10. bu Qanunun 4.1.8-ci maddəsinə göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında.
[13]
4.5. Bu Qanunun 4.1.3-cü maddəsində göstərilən, bu Qanun qüvvəyə minənədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar məşğul şəxslərin reyestrinin fəaliyyətə başladığı tarixdən, bu Qanun qüvvəyə mindikdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər isə daşınmaz əmlakın dövlət reyestrindən bu barədə müvafiq sənədləri əldə etdikdən sonra 1 (bir) ay müddətində mülkiyyətlərində xxxx kənd təsərrüfatına yararlı torpaq paylarına dair bütün məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) təqdim etməlidirlər.
4.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslər barəsində bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.
[14]
4.8. Bu Qanunun 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət
[15]
4.9. Bu Qanunun 4.7-ci və 4.8-ci maddələrinin tələblərini pozan dövlət və yerli özünüidarəetmə orqanları, habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı xxxx şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
[16]
[10] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
№ 9, maddə 1136) ilə 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü və 4.4.4-cü maddələr yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
4.4.3. bu Qanunun 4.1.2-ci maddəsində göstərilən məşğul şəxslər və 4.1.3-cü maddəsində göstərilən sahibkarlar barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı xxxx məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən bu Qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri məlumatlar əsasında;
[11] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci və 4.6-cı maddələr ləğv edilmişdir.
[12] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.4.8-ci maddədə “orqan (qurum) tərəfindən yaradılan qurumun” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.
[13] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.4.10-cu maddədən “məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdikləri” sözləri çıxarılmışdır.
[14] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.7-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.7. Bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrində nəzərdə tutulmuş dövlət orqanları və 4.4.5-ci maddəsində nəzərdə tutulmuş yerli özünüidarəetmə orqanları məşğul şəxslərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə bu Qanunun 4.5-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı xxxx şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.
[15] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.8-ci maddədə “4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu” sözləri “4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci” sözləri ilə əvəz edilmişdir.
[16] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 sentyabr 2020-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1136) ilə 4.9-cu maddədə “4.6-4.8-ci” sözləri “4.7-ci və 4.8-ci” sözləri ilə əvəz edilsin və həmin maddədən “, habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı xxxx şəxslər” sözləri çıxarılmışdır.