AZƏRBAYCAN RESPUBLIKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 04 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
AZƏRBAYCAN RESPUBLIKASININ GƏNCLƏR FONDU TƏRƏFİNDƏN
GƏNCLƏRİN MƏŞĞULLUĞUNUN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ GƏNCLƏRİN ƏMƏK HAQQININ QİSMƏN MALİYYƏLƏŞDİRİLMƏSİ
QAYDASI
I. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Gənclər Xxxxx tərəfindən Gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə gənclərin əmək haqqının qismən maliyyələşdirilməsi Qaydası” (bundan sonra - bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 8-ci bəndinə və “Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.11-ci yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qayda 16-29 yaş arasında xxxx və iş təcrübəsi olmayan Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur.
1.3. Fond gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, aşağıdakı tələblər nəzərə alınmaqla, gənclərin əmək haqqının qismən maliyyələşdirilməsini həyata keçirmək üçün maliyyə vəsaiti ayırarkən aşağıdakı qrup işaxtaran və ya işsiz gənclərə üstünlük verir:
1.3.1. iş təcrübəsi olmayan yeni məzun olmuş gənclər;
1.3.2. fiziki məhdudiyyəti xxxx gənclər;
1.3.3. valideynlərindən birini və ya hər ikisini itirmiş gənclər, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları;
1.3.4. məcburi köçkün ailələrindən xxxx gənclər;
1.3.5. gənc ailədən olanlar;
1.3.6. aztəminatlı ailədən xxxx gənclər;
1.3.7. şəhid və milli qəhrəmanların övladları;
1.3.8. I qrup əlil valideyni xxxx və hər iki valideyni əlil xxxx (I, II və III qrup) gənclər.
1.4. Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edlir.
II. Müraciətin forması və şərtləri
2.1. Proqramda iştirakla bağlı müraciət etmək istəyən şəxs Fondun rəsmi internet səhifəsində (xxx.xxxxxxxxxxxxxxx.xx və ya xxx.xxx.xx) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.
2.2. Proqramda yalnız 16-29 yaş həddində xxxx Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
2.3. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri əlavə etməlidir.
2.4.Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
2.4.1. şəxsiyyət vəsiqəsinin surəti;
2.4.2. Müraciət edən şəxsin ali və ya xxxx ixtisas təhsili müəssisəsini bitirməsini təsdiq edən sənəd (əgər varsa);
2.4.3. işə götürən tərəfindən tələb oluna biləcək digər sənədlər.
2.5. Müraciət edən şəxs, yalnız Fondun rəsmi internet səhifəsində, proqram üçün elan edilmiş dövrdə dərc edilmiş müəssisələrdə işə düzəlməklə bağlı müraciət edə bilər.
2.6. Müraciətlər bir qayda olaraq vakansiyanın elan edildiyi gündən 15 təqvim günündə təqdim edilə bilər. Zərurət olduğu halda, icraçı direktorun qərarı ilə həmin müddət dəyişdirilə bilər.
2.7. Fondla işəgötürən arasında bağlanmış razılaşma müqaviləsinin müddətinin bitməsindən əvvəl əmək haqqı qismən maliyyələşdirilən iş yerinə götürülən gəncin təşəbbüsü ilə xitam verildikdə və ya işəgötürəndən asılı olmayan səbəblərdən iş yeri bağlanarsa, həmin gəncin bu cür maliyyələşmədə iştirakı dayandırılır.
2.8. Proqram çərçivəsində maliyyələşdiriləcək şəxslərin siyahısı Fondun rəsmi internet səhifəsi və kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır.
2.9. Gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi 3 (üç) aydan az, 12 (on iki) xxxxx xxx olmayan müddəti əhatə edir.
2.10. Fond gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində əməkdaşlıq məqsədilə, son 1 (bir) ildə fəaliyyətdə xxxx və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 (bir) ildə iş yerlərini ixtisar və ya ləğv etməyən, kiçik və xxxx sahibkarlıq subyekti hesab olunan işəgötürənlərə üstünlük verilir.
2.11. Fond Nizamnaməyə uyğun olaraq, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, aşağıdakı tələblər nəzərə alınmaqla, gənclərin əmək haqqının qismən maliyyələşdirilməsi zamanı maliyyə vəsaiti ayırarkən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq etmək hüququna malikdir.
2.12. Gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsinə dair Fondla işəgötürən arasında bağlanmış razılaşma müqaviləsində aşağıdakı məlumatlar əks olunur:
2.12.1. Fondun vəsaiti hesabına əmək haqqının qismən maliyyələşdirilməsinə razılıq verilmiş iş yerləri;
2.12.2. əmək haqqının Fondun vəsaiti hesabına maliyyələşdirilən hissəsi;
2.12.3. əmək haqqının Fondun vəsaiti hesabına maliyyələşdiriləcəyi müddət;
2.12.4. tərəflər arasında məlumat mübadiləsi və hesabat;
2.12.5. tərəflərin hüquq və vəzifələri;
2.12.6 razılaşma müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilməsi qaydaları və nəticələri.
III. Müraciətlərin qiymətləndirilməsi
3.1. Müraciətlər Fondun müəyyən etdiyi vaxt ərzində qiymətləndirilir və rəy Müşahidə Şurasının sədrinə təqdim olunur.
3.2. Proqrama təqdim olunmuş müraciətlərin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir:
3.2.1. Müraciətlərin ilkin ekspertizası və qiymətləndirilməsi;
3.2.2. Fondun Müşahidə Şurasının sədri tərəfindən müraciətlərin yekun qiymətləndirilməsi və Proqramın nəticələri üzrə qərarın qəbul edilməsi.
3.3. Müraciətlərin texniki seleksiyası və ekspertizası Fond tərəfindən həyata keçirilir. Fond:
3.3.1. Müraciətlərin qeydiyyatını apararaq onları işə götürən və müəssisələr üzrə qruplaşdırır;
3.3.2. Müraciətlərin və əlavə olunmuş sənədlərin bu Qaydaya uyğunluğunu yoxlayır;
3.3.3. Müraciət təqdim etmiş gəncin əvvəllər Fondun maliyyə dəstəyini alib almaması və hesabatlılıq vəziyyətini araşdırır;
3.3.4. Müraciətin müvafiq işə götürənlə birgə qiymətləndirilməsi aparılır;
3.3.5. Zəruri hallarda layihələrin qiymətləndirmə işinə kənar ekspertlər (məs. Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və s. nümayəndəsi) cəlb oluna bilər.
3.4. Bu Qaydaya uyğun olmayan müraciətlər növbəti mərhələyə buraxılmır.
3.5. Fond növbəti mərhələyə buraxılan müraciətlərin ekspertizasının nəticələri ilə bağlı arayış hazırlayır və Müşahidə Şurasının sədrinə təqdim edir.
3.6. Müşahidə Şurasının sədri Xxxxxx təqdim etdiyi arayışlar əsasında yekun qiymətləndirmə aparır.
3.6.1. Müşahidə Şurasının sədri:
3.6.2. müraciətin bu Qaydalara uyğunluğunu;
3.6.3. müraciət edənin təklif olunan iş yerlərinə uyğunluğuna baxır;
3.7. Hər bir müraciət üzrə yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edlir.
IV. Maliyyələşdirmə
4.1. Maliyyələşdirmə “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitlərindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq, Fondla işə götürən müəssisə arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.
4.2. Gənclərin əmək haqqının Fondun vəsaiti hesabına maliyyələşən hissəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əvvəlki il üçün müəyyən etdiyi xxxx aylıq əməkhaqqından xxx, xxxxx minimum aylıq əmək haqqından az olmamaq şərtilə, işəgötürənin ştat xxxxxx üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) və əmək haqqına əlavələrin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta
haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizədək təşkil edir;
4.3. Ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı (AZN) ilə ödənilir.
4.4. Proqram çərçivəsində təklif edilən maliyyələşmənin müddəti 3 aydan az, 12 xxxxx xxx olmamalıdır.
4.5. Fond, işə götürən və proqramın iştirakçısı arasında maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilələrin imzalanması Müşahidə Şurasının sədrinin qərarından ötən 30 iş günü müddətində həyata keçirilir. Həmin müddətdə müqaviləni imzalamamış gəncin müraciətlərinə xitam verilir. Xüsusi hallarda və əsaslandırılmış səbəblərlə Müşahidə Şurasının sədrinin razılığı ilə imzalanma müddəti uzadıla bilər.
V. Hesabatlıq
5.1. Fond maliyyələşdirilmiş işə götürülənlərə nəzarət məqsədi ilə monitorinqlər təşkil edir və müvafiq arayışlar hazırlayır.
5.2. İşə götürülənlər hər ayın sonunda, işə davamiyyət və xidməti fəaliyyətlə bağlı işə götürən tərəfindən verilən arayışı Xxxxx təqdim edirlər.
5.3. Fond tərəfindən maliyyələşdirilən dövrü əhatə edən əmək müqaviləsi bitdikdə hesabatlar müəyyən edilmiş formalara uyğun olaraq, işə götürülən tərəfindən tərtib edilir.
5.4. Fond hesabatların yoxlanılması prosesində daha ətraflı təsəvvür əldə etmək üçün işə götürüləndən əlavə məlumat və sənədlər tələb edə bilər.
5.5. Fond hesabatları müvafiq qaydada yoxladıqdan sonra onları təsdiq edir və bu barədə işə götürüləni məlumatlandırır.
VI.Yekun müddəalar
6.1. Məşğulluqla bağlı müsabiqə haqqında gənclərin məlumatlandırılması üçün Xxxx tərəfindən maarifləndirmə və digər tədbirlər təşkil edilir.
6.2. Proqramla bağlı məlumatlar Fondun rəsmi internet səhifəsində yerləşdirilir.