BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ ARASINDA
BAKI FRANSIZ LİSEYİ TƏHSİL KOMPLEKSİ İLƏ TƏHSİLALANIN VALİDEYNİ ARASINDA
TƏHSİLİN TƏŞKİLİ MÜQAVİLƏSİ №
Bakı şəhəri “ ” 2018
Bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən Bakı Fransız Liseyi Təhsil Kompleksi (bundan sonra BFL) menecer Xxxxxxxx Xxxxx xxxx Xxxxxxxxx şəxsində və digər tərəfdən, təhsil alacaq (bundan sonra Təhsilalan) valideyni (qanuni nümayəndəsi)
(bundan sonra Xxxxxxxx) arasında birgə Tərəflər, ayrı-ayrılıqda isə Tərəf adlanmaqla,
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının digər müvafiq hüquq normalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə ilə BFL məktəbəqədər təhsilin dövlət standartı və proqramı, siniflər üzrə homoloqasiya verən Fransa Milli Təhsil Nazirliyinin tədris proqramlarına uyğun olaraq (liseyin kodu: n° UAI/RNE 2530001B), həmçinin Fransanın və Azərbaycanın tədris planları və proqramları əsasında (Fransa milli kurikulumu), BFL-in Daxili təlimatına uyğun şəkildə, dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın tərbiyəsini və təhsilə hazırlanmasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində BFL-ə Müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür.
1.2. Bu Müqavilə fasiləsiz milli təhsilin həyata keçirilməsində ümumtəhsil pilləsini əhatə etməklə, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, BFL-də təhsil xxxx şagirdlərin ümumi təhsilinin həyata keçirilməsi zamanı Tərəflər arasında yaranan münasibətləri tənzimləyir.
1.3. BFL dünyəvi məktəbdir, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də fransız təhsil sistemi təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafına xidmət edir.
2. Tərəflərin hüquq və öhdəlikləri
2.1. BFL-in hüquq və öhdəlikləri:
2.1.1. Valideyndən bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, BFL-in qayda və tələblərinə, xüsusilə də məktəbin “Daxili Təlimatına” riayət edilməsini tələb etmək;
2.1.2. Xxxxxxxxxxx bu Müqavilənin şərtlərinə riayət olunmasını tələb etmək;
2.1.3. Xxxxxxxx tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində təhsil haqqı ödənilmədikdə, Təhsilalanı BFL-ə gəlməsinə icazə verməmək;
2.1.4. Valideynləri (yaxud bir valideyni) Azərbaycan Respublikasının vətəndaşı xxxx Təhsilalanda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onu vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
2.1.5. Təhsilalanın BFL-də tərbiyə və təhsil aldığı dövrdə mədəni, intellektual tərbiyəsini təşkil etmək, fiziki və psixi sağlamlığının qorunub inkişaf etdirilməsini, məktəbəqədər hazırlıq prosesinin, bədən tərbiyəsinin təşkili və s. bu sahədə digər bütün zəruri tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin etmək;
2.1.6. Təhsilalanın yaradıcı qabiliyyətlərinin və maraqlarının inkişaf etdirilməsi üçün zəruri şərait yaratmaq;
2.1.7. Təhsilalanın oyun, oyuncaq, təlim vəsaitlərindən və avadanlıqlarından istifadə etməsi üçün bütün zəruri şəraiti yaratmaq;
2.1.8. Yaşına və fərdi inkişaf xüsusiyyətlərinə uyğun olaraq, fizioloji tələblərinin ödənilməsi məqsədi ilə Təhsilalanı qidalanma, yuxu və istirahətlə təmin etmək;
2.1.9. Təhsilalanda Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
2.1.10. Pedaqoji etika və əxlaq normalarına riayət etmək;
2.1.11. Tədris vaxtı ərzində Təhsilalanın tədris müəssisəsində və ya BFL-in ərazi hüdudlarında və BFL-in Təhsilalan üçün təşkil etdiyi digər tədbirlərdə tədbir müddətində onun həyat və sağlamlığını qorumaq və bunun üçün bütün zəruri tədbirləri həyata keçirmək;
2.1.12. Təhsilalanın şərəf və ləyaqətinə hörmət etmək;
2.1.13. Təhsilalanı fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onu zərərli vərdişlərdən çəkindirmək;
2.1.14. Təhsilalanın təlim-tərbiyəsi məsələləri ilə bağlı Valideynlə əməkdaşlıq etmək.
2.1.15. Təhsilalanı gündə iki dəfə səhər və xxxxx yeməkləri ilə təmin etmək. Əgər axşama qədər qalarsa xxx yeməyi ilə təmin etmək.
2.2. Xxxxxxxxxx hüquq və öhdəlikləri:
2.2.1. BFL-də təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, Təhsilalanın dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
2.2.2. BFL-də təhsilin Azərbaycan və Fransız təhsil standartlarına uyğun təşkil edilməsini tələb etmək;
2.2.3. Təhsilalanın həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin yaradılmasını tələb etmək;
2.2.4. BFL-lə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
2.2.5. Bu Müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətlərdən gec olmayaraq tam ödəmək;
2.2.6. BFL əməkdaşlarının şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
2.2.7. Valideyn iclaslarında iştirak etmək;
2.2.8. BFL-in daxili intizam və davranış qaydalarına, standartlarına riayət etmək;
2.2.9. BFL-in əmlakı Təhsilalanın və ya Valideynin təqsiri üzündən yararsız hala düşərsə, yaxud BFL-in əmlakına bu və ya digər şəkildə zərər yetirilərsə, BFL-ə dəymiş zərəri ödəmək;
2.2.10. Təhsilalanın bağçada olduğu hər gün onu təmiz dəyişək paltar (o cümlədən uşaq bezləri), yüngül ev ayaqqabısı ilə təmin etmək;
2.2.11. Təhsilalanın təmizliyini və sanitariya-gigiyena tələblərinə riayət edilməsini təmin etmək. Təhsilalanı bağçaya təmiz paltarda, təmiz saçlar və kəsilmiş dırnaqlarla, bijuteriyasız ,sırğasız gətirmək.
2.2.12. Təhsilalanın sağlamlıq vəziyyəti barədə hər gün səhər Xxxxx həkiminə və ya müəlliməyə düzgün məlumat vermək;
2.2.13. Təhsilalanın BFL tərəfindən təşkil olunan sinifdənxaric, məktəbdənkənar (düşərgə, ekskursiya və s.) tədbirlərdə iştirakına yardım etmək;
2.2.14. BFL tərəfindən tələb olunan aidiyyəti sənədləri yazılı sorğunu aldığı tarixdən 7 (yeddi) iş günü müddətində və ya yaxud sənədin üzərində göstərilən tarixədək təqdim etmək;
2.2.15. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BFL-ə 5 (beş) təqvim günü müddətində məlumat vermək.
3. Təhsil haqqı və ödəniş qaydası
3.1. Təhsilalanın xxxx tədris ili üçün illik təhsil haqqının məbləği 8000 (səkkiz min) AZN təşkil edir və ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə xxxx satış məzənnəsinə uyğun olaraq manatla ödənilir. Eyni qayda həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilir.
-1 iyuladək depozit qismində illik təhsil haqqının 30%-nin (2400 azn) ödənilməsi;
- 1 oktyabradək 3200 azn-in ödənilməsi;
- 1 fevraladək 2400 azn-in ödənilməsi.
3.2. Təhsil haqqı Təhsilalanın təqvim ayı ərzində neçə gün üzrlü və ya üzrsüz səbəbdən dərsə gəlib-gəlməməsindən asılı olmayaraq, eləcə də dərs ili ərzində tətil, istirahət, bayram və s. iş günü hesab edilməyən günlərin sayından asılı olmayaraq tam şəkildə ödənilir. Valideynlər ödənişi həyata keçirdiklərini təsdiq edən bank sənədini liseyə təqdim etməlidirlər. Əks təqdirdə ödəniş yerinə yetirilmiş hesab olunmur.
3.3. Əgər Valideyn tədris ayı qurtarmadan Təhsilalanı BFL-dən çıxararsa, xxxx tədris ayı üçün ödədiyi məbləğ saxlanılmaq (faktiki neçə gün bağçaya gəlməsindən asılı olmayaraq) şərtilə, növbəti aylar üçün əvvəlcədən ödənilmiş məbləğ (varsa) xxxx qaytarılır.
3.4. Qeydiyyat haqqı 600 (altı yüz) AZN təhsil haqqına daxil deyil və Təhsilalanın BFL-də neçə gün oxumasından asılı olmayaraq, xxxx qaytarılmır. Qeydiyyat haqqı yalnız Tədrisalanın Liseyə qəbul olunduğu birinci ildə ödənilir və növbəti illərdə ödənilmir.
3.5. Kitab və dərs ləvazimatlarının dəyəri təhsil haqqına daxil deyil.
4. Fors-major
4.1. Qarşısıalınmaz qüvvənin təsirinə Tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.
4.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
4.2.1. qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin Tərəflərin Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;
4.2.2. həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər Tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən Tərəf müvafiq xərcləri ödəməlidir.
4.3. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən Tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər Tərəfi Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.
5. Müqavilənin ləğv edilməsi qaydası
5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni aşağıda qeyd olunan şərtlər çərçivəsində birtərəfli qaydada ləğv edə bilər:
5.2. Valideyn, BFL-i yazılı xəbərdarlıq etməklə, Müqaviləyə xitam verə bilər. Bu valideyni BFL qarşısında mövcud xxxx öhdəliklərindən azad etmir;
5.3. BFL Təhsilalanı aşağıdakı hallarda Liseydən xaric edə və Müqaviləyə xitam verə bilər:
5.3.1. Xxxxxxxxxx ərizəsinə əsasən;
5.3.2. Tibbi göstərişlərə əsasən;
5.3.3. Bağçaya şagirdlərin qəbulu saat 08:00-xxx 08:30-dəkdir. Saat 08:30-xxx sonra gələn şagirdlər gecikmiş hesab olunacaq. Xxxxx gecikmiş şagirdlərin valideynlərini bu barədə məlumatlandıracaq. Punktuallıq zəruridir (liseyə giriş və çıxış saatları). Bir rüb ərzində üç gecikmə halı olduqda (liseyin darvazası bağlandıqdan sonra gəldikləri zaman) Təhsilalanın liseyə girişinə icazə verilməyəcək. Günün sonunda valideyn gecikdikdə (15 dəqiqə gecikməyə icazə verilir) və bu barədə liseyi məlumatlandırmadıqda bu gecikməyə görə yazılı şəkildə xəbərdarlıq alacaq. Saat 15:15-dən sonra şagirdlər növbətçi müəllimlərlə qalacaqlar.
5.3.4. Xxxxxxxx tərəfindən Müqavilədə nəzərədə tutulan müddətədək təhsil haqqı ödənilmədikdə;
5.3.5. Xxxxxxxx tərəfindən Müqavilənin şərtlərini yerinə yetirilmədikdə, ona ilk xəbərdarlıq edildikdən sonra övladının liseydən xaric edilməsi barədə yazılı bildiriş göndəriləcək .
6. Müqavilənin müddəti
6.1. Bu Müqavilə Tərəflərin onu imzaladıqları gündən asılı olmayraq, Tərəflər arasında öhdəliklərin başladığı 03.09.2018-ci il tarixindən qüvvəyə minir. Müqavilə 2018-2019-cu tədris ili üçün bağlanır və tədris ilinin sonunda qüvvədən düşür.
7. Mübahisəli məsələlərin həlli
7.1. Tərəflər Müqavilə üzrə yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
8.2. Tərəflərdən hər hansı birinin rekvizitlərində dəyişiklik olarsa, digər Tərəfi dərhal məlumatlandırmalıdır.
9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi
Tərəflər qarşılıqlı razılıq əsasında Müqaviləyə əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər Tərəflər imzaladıqdan sonra Müqavilənin ayrılmaz hissəsi hesab olunurlar.
10. Digər şərtlər
Bu Müqavilə azərbaycan və fransız dillərində eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib olunmuşdur və Tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
11. TƏRƏFLƏRİN BANK REKVİZİTLƏRİ və İMZALARI
BFL:
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, Xxxxx xxxxxxxxx, 00 Xxxxx: XX00XXXX00000000000000000000
VÖEN: 1701555121
«RabitəBank» ASC Kodu: 506399
VÖEN: 9900001061
M/hesab: XX00XXXX00000000000000000000 S.W.İ.F.T. BİK: RBTAAZ22
Menecer
Mirsahib Xxxxx oğlu Xxxxxxx
Valideyn: Ünvan:
Tel. 012-
Mob. 050- Pasport: