YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRLƏ ƏLAQƏDAR GƏLİR İTKİSİ SIĞORTASININ QAYDALARI
YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRLƏ ƏLAQƏDAR GƏLİR İTKİSİ SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
SIĞORTA MÜQAVİLƏSİNDƏ ƏKS EDİLƏN İFADƏLƏR
Aşağıda göstərilən söz və ifadələr sığorta müqaviləsinin mətnində izah edilir. Onların sığorta müqaviləsinin mətnində izah edilmədiyi hallar üçün aşağıdakı izahatlar qəbul edilir:
1. Dövriyyə - Müəssisənin müqavilədə göstərilən kommersiya fəaliyyəti ilə əlaqədar satışlardan və təklif etdiyi xidmətlərdən əldə etdiyi gəlirlərin cəmi;
2. İllik dövriyyə - Hadisə tarixindən əvvəlki 12 ay ərzindəki dövriyyə;
3. Standart dövriyyə - təminat müddətinin 12 aydan artıq olduğu hallarda illik dövriyyəyə uyğun olaraq müəyyən edilən dövriyyə;
4. Ümumi gəlir nisbəti: Hadisə tarixindən əvvəlki fəaliyyət ilində əldə olunan ümumi gəlirin dövriyyəyə nisbətini bildirir. Ümumi gəlir nisbəti, illik dövriyyə və standart dövriyyə hesablandığı zaman, müəssisənin inkişafı ilə əlaqədar dəyişikliklərin, hadisədən əvvəl və ya sonra müəssisənin fəaliyyətinə təsir göstərən digər amillərdə baş verən dəyişikliklərin və ya hadisə baş vermiş olsa da müəssisənin fəaliyyətinə təsir göstərə biləcək amillərin qiymətləndirilməsi üçün tənzimləmə aparıla bilər. Bu qayda ilə müəyyən ediləcək məbləğ, hadisədən sonrakı əlaqədar müddət ərzində hadisə baş vermədiyi təqdirdə əldə edilə bilinəcək məbləğə mümkün qədər yaxın olmalıdır.
1. SIĞORTANIN MÖVZUSU
1.1. Bu sığorta qaydaları ilə, hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara, əmlakın yanğın və digər risklərdən sığortası ilə təminat verilən risklərlə əlaqədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə, sığortaçı tərəfindən sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği həddində təminat verilir.
1.2. Sığortaçının gəlir itkisi sığortası üzrə ödəniş verməsi üçün, sığortalının kommersiya fəaliyyətini həyata keçirərkən istifadə etdiyi bina, avadanlıq, dəzgah, qurğu və əmtəələrin, qüvvədə xxxx əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi ilə təminat verilən hadisənin baş verməsi nəticəsində zərərə düşməsi və meydana gələn zərərin sığortaçı tərəfindən ödənilməsi və ya ödəniş cavabdehliyinin qəbul edilməsi əsas götürülür.
1.3. Bu sığorta qaydaları tətbiq edildiyi zaman «kommersiya fəaliyyəti» dedikdə, qazanc əldə etmək üçün həyata keçirilən bütün növ fəaliyyətlər; «gəlir itkisi» dedikdə isə, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsi nəticəsində, sığorta təminat müddətində ümumi mədaxildə baş verən azalmanın və bu azalmanın aradan qaldırılması üçün çəkilən xərclərin səbəb olduğu xalis gəlir itkisi nəzərdə tutulur.
2. SIĞORTA PREDMETİ, SIĞORTA SİNİFİ VƏ SIĞORTA TƏMİNATI
2.1. Bu Qaydalara əsasən sığorta predmeti sığortalının yangın və digər risklərə məruz qala biləcəyi gəlir itkisidir.
2.2. Sığorta müqaviləsinə əsasən gəlir itkisinin təminatı sığortalıyla sığortaçının qarşılıqlı razılığı ilə müəyyən edilir.
2.3 Bu Qaydalarla müəyyən edilən sığorta növü işin dayandırılması ilə bağlı risklərdən sığorta sinifinə aiddir.
3. SIĞORTA TƏMİNATININ MÜDDƏTİ
Sığortaçı, bu qaydaların 1.1 bəndinin müddəalarının yerinə yetirilməsi və sığorta şəhadətnaməsində göstərilən maksimum təminat müddətindən xxx olmamağı şərti ilə, hadisə baş verdiyi tarixdən, kommersiya fəaliyyətinin dayanması və ya istehsalın zəifləməsinin tamamilə aradan qaldırılacağı vaxta qədər keçəcək müddət ərzində meydana gələcək gəlir itkilərinə görə məsuliyyət daşıyır.
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR)
Əmlakın yanğın və digər risklərdən sığortası müqaviləsi və əsas qaydaların müddəalarına əsasən təminat verilməmiş risklərin səbəb olduğu gəlir itkisinə bu sığorta ilə təminat verilmir və bu sığorta növü üzrə müqavilə bağlanmır.
Bu qaydalar üzrə sığorta müqaviləsi əmlakın yanğından və digər əlavə risklərdən sığortası müqaviləsinin mövcud olduğu halda və həmin müqavilənin qüvvədə olduğu müddətə bağlanır.
5. SIĞORTAÇININ MƏSULİYYƏTİ
Sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği ilə məhdudlaşır.
6. ƏMLAKIN DƏYƏRİNDƏN AZ MƏBLƏĞDƏ XXXX (QISMƏN) SIĞORTA
6.1. Sığorta məbləği və maliyyə dövriyyəsi müəyyən edilərkən iş yerinin ümumi dövriyyəsi əsas götürülür. Ümumi maliyyə dövriyyəsinə əsasən hesablanan sığorta məbləğinə rüblər üzrə yenidən baxıla bilər. Sığorta məbləğinin illik dövriyyəyə və
ya müddəti 12 aydan artıq xxxx sığortalarda standart dövriyyəyə tətbiq edilməsi nəticəsində əldə olunan məbləğdən az olduğu hallarda, ödənişin məbləği onlar arasındakı fərq nisbətinə uyğun olaraq azaldılır.
6.2. Sığortalı sığorta müqaviləsini, sığorta məbləğindən artıq olmayan zərərin sığortaçı tərəfindən, yuxarıda göstərilən nisbət nəzərə alınmadan bütünlüklə ödəniləcəyi formasında dəyişdirə bilər. Sığortalı müqaviləni bu formada dəyişdirdiyini hadisə baş verməmişdən əvvəl sığortaçıya bildirdiyi təqdirdə, həmin tarixdən sonrakı gündən etibarən müqavilənin müddəaları öz-özlüyündən, sığortaçının sığorta məbləğindən artıq olmayan zərərin hamısına görə məsuliyyət daşıyacağı formada dəyişdirilmiş hesab edilir. Bu zaman sığortalı, sığorta haqqı fərqini əsas sığorta haqqının ödənilmə qaydalarına uyğun olaraq ödəyir.
7. ƏMLAKIN DƏYƏRİNDƏN XXX MƏBLƏĞDƏ XXXX SIĞORTA
7.1. Sığorta məbləği və ya sığortaçının zərərlə əlaqədar ödəyəcəyi məbləğin, xalis gəlir nisbətinin illik dövriyyəyə və ya müddəti 12 aydan artıq xxxx sığortalarda standart dövriyyəyə tətbiq edilməsi nəticəsində əldə olunan məbləğdən artıq olduğu hallarda, sığortanın həmin məbləğdən artıq xxxx hissəsi etibarsız sayılır.
7.2. Vəziyyəti sığorta müddəti ərzində öyrənən sığortaçı bu haqda sığortalıya məlumat verməklə sığorta məbləğini və sığorta haqını xxx xxxx məbləğ nisbətində azaldaraq artıq qalan məbləği xxxx qaytarır.
8. AZADOLMA
Sığortalının kommersiya fəaliyyətinin 72 saatdan az olaraq dayanmasına görə dəyən zərərlərə təminat verilmir. Sığortalı və sığortaçı bu müddətin uzadılması və ya gəlir itkisinin müəyyən bir məbləğə qədər xxxx hissəsinin və yaxud müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyi—azadolma haqqında razılığa gələ bilərlər.
Bu formada müəyyən edilən azadolma sığorta şəhadətnaməsində qeyd olunur.
9. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da başlayır və saat 24.00-da xxxx xxxxx.
10. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
10.1. Sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum xxxx bütün məlumatları sığortaçıya bildirməyə borcludur;
10.2. Sığortalının məlumatının yanlış və yaxud yarımçıq olması sığortaçının sığorta müqaviləsini imzalamamağına və ya daha ciddi qaydalar irəli sürməsinə imkan verir:
10.2.1. Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 3 gün ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər;
10.2.2. Sığortalı 3 iş günü ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləği qəbul etmədiyini bildirirsə, müqavilə ləğv olunmuş hesab olunur;
10.2.3. Ləğv etmənin qüvvəyə minəcəyi tarixə qədər keçən vaxt üçün sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan vəsait xxxx qaytarılır;
10.3. Sığortalının hərəkətləri qəsdən edilmişdirsə, sığortaçı hadisə baş vermiş olsa belə müqaviləni ləğv edə bilər və sığorta haqqını xxxx qaytarmaya bilər;
10.4. Sığortalının hərəkətinin qəsdən edilmədiyi müəyyən olunduğu hallarda hadisə; sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində və yaxud ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində baş verərsə, onda sığortaçı sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödəyir;
10.5. Vaxtında istifadə edilməyən ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır;
11. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
11.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya sığorta müqaviləsinin başlanğıc tarixindən maksimum 3 gün ərzində, (hissələrlə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
11.2. Sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
11.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
11.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
11.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissənin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 3 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir.
12. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
12.1. Sığortalı müqavilə imzalandıqdan sonra kommersiya fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi vasitələrin təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerləşmə ərazisində və istifadə tərzində, xüsusiyyətində və yaxud müəssisənin fəaliyyəti ilə əlaqədar amillərdə sığortaçının razılığı olmadan dəyişiklik edərsə, bu dəyişikliyi 3 gün ərzində sığortaçıya bildirməlidir.
12.2. Dəyişiklik sığortaçının müqaviləni pozmasına və ya daha ciddi qaydalar irəli sürməsinə səbəb olduğu hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 5 gün ərzində müqaviləni ləğv edə bilər və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
12.3. Sığortalı, 3 iş günü ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğin miqdarı ilə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Ləğvetmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər keçən vaxtın sığorta haqqı gün hesabı əsas götürməklə hesablanır və artıq qalan vəsait xxxx qaytarılır.
12.4. Vaxtında istifadə olunmayan, ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
12.5. Sığortalı təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən kommersiya fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi vasitələrin yerləşmə ərazisində və istifadə tərzində, xüsusiyyətində və yaxud müəssisənin fəaliyyəti ilə əlaqədar amillərdə dəyişiklik etdiyini öyrənən sığortaçı sığorta müqaviləsinin qüvvədə qalmasına razı olduğunu bildirən bir hərəkət edərsə, ləğv etmə hüququ itirilmiş hesab olunur.
12.6. Dəyişiklik, hadisə baş verməsi halının qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı alınmasını tələb edərsə, sığortaçı, bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddətin sığorta haqqı fərqini gün hesabı əsas götürülməklə hesablayır və bu fərqi sığortalıya qaytarır.
12.7. Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamağına və ya daha ciddi qaydalarla bağlanmasına səbəb olduğu zaman:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində və ya;
- ləğvetmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində;
- hadisə baş verərsə, sığortaçı ödənişi, ödənmiş sığorta haqqı ilə, həqiqətdə ödənməli xxxx sığorta haqqı arasındakı nisbətə görə ödəyir.
13. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
13.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə edənə keçir.
13.2. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra baş verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
13.3. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.
13.4. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız dərhal və ya sığortanın xxxx dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
13.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, xxxxx bu xxxx onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
14. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
14.1. Sığortalının məlumatları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet, telefon və s.) vasitəsilə bildirilir.
14.2. Sığortaçının məlumatları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, bildirilən son ünvana eyni formada çatdırılır.
14.3. Tərəflərə imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar və ya teleqraf vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
15. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri sığortalı ilə əlaqədar öyrənəcəkləri bütün iş sirlərini gizli saxlamamaqlarına görə dəyən zərərə görə məsuliyyət daşıyırlar.
ZƏRƏR VƏ ÖDƏNİŞ
16. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı hadisə baş verdiyi zaman:
16.1. Xxxxxxxxx baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 2 iş günü ərzində sığortaçıya məlumat verməlidir;
16.2. Hadisənin baş verdiyi tarixdən zərərin müəyyən edilməsinə qədər keçən müddət ərzində, müəssisədəki istehsalın zəifləməsini və ya dayanmanı aradan qaldırmaq və ya minimuma endirmək üçün lazımi tədbirlər görmək və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimat daxilində bütün imkanlardan istifadə etməlidir;
16.3. Məcburi hallar istisna olmaqla, zərər müəyyən olunana və təsdiq edilənə qədər hadisənin baş verdiyi yerlərdə zərərin məbləğinin müəyyən edilməsini çətinləşdirəcək və yaxud zərərin məbləğini artıracaq formada heç bir dəyişiklik etməməlidir;
16.4. Ödəniş tələbinin araşdırılması ilə əlaqədar sığortaçı tərəfindən tələb ediləcək mühasibat jurnalı və qeydiyyatlarını, qəbz və fakturaları, balans və digər sənədləri, lazımi məlumat və izahatları, bütün növ sübutları və zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün zəruri məlumat və sənədləri, onların hazırlanması və alınması üçün çəkiləcək xərclərin özü tərəfindən ödənməsi şərtlə sığortaçıya verməlidir;
16.5. Ödəniş cavabdehliyi və məbləği, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənməsi hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta etdirilmiş əmlak və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları tədqiqat və yoxlamalara icazə verməlidir;
16.6. Gəlir itkisinə səbəb xxxx hadisələrə təminat verən sığorta müqavilələri və əgər bu sığorta ilə əlaqədar digər sığorta müqavilələri də varsa, bu haqda sığortaçıya məlumat verməlidir;
16.7. Bu əsas qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilən təminat müddəti başa çatdıqdan, yaxud ödənişlərin dövrlər üzrə verilməsi razılaşdırılarsa, hər bir dövr başa çatdıqdan sonra maksimum 3 gün ərzində ödəniş tələbini yazılı şəkildə sığortaçıya təqdim etməlidir.
17. GƏLİR İTKİSİNİN QARŞISINI XXXX TƏDBİRLƏRİ
Sığortalı, bu müqaviləyə əsasən təminat verilən hadisə baş verdiyi zaman; kommersiya fəaliyyətini imkanı daxilində davam etdirərək gəlir itkisinin qarşısını almağa, məbləğini və ya təsirini azaltmaq üçün zəruri tədbirlərin dərhal həyata keçirilməsinə görə məsuliyyət daşıyır.
Təcili tədbirlərə və sığortaçının həyata keçirilməsini tələb etdiyi digər tədbirlərə görə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir.
18. ALTERNATİV İŞ YERİNDƏ FƏALİYYƏT
Sığortalı öz fəaliyyətini təminat verilən müddət ərzində başqa bir iş yerində davam etdirərsə və ya bu fəaliyyət sığortalının adından başqaları tərəfindən həyata keçirilərsə, əldə olunan gəlir, sığortalının təminat müddəti ərzindəki ümumi maliyyə dövriyyəsi hesablandığı zaman nəzərə alınır.
19. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Hadisə baş verdiyi zaman sığortaçı və ya səlahiyyətli nümayəndələri, gəlir itkisinin məbləğini azaltmaq məqsədilə hadisənin baş verdiyi yerlərə daxil ola bilərlər. Sığortaçının bu hərəkəti onun öz üzərinə hər hansı bir öhdəlik götürməsi və sığorta şəhadətnaməsində nəzərdə tutulmuş hüquqların hər hansı birindən məhrum olunması demək deyildir.
Sığortaçı, zərərin məbləği ilə əlaqədar sənədlər ona verildikdən sonra 30 gün ərzində lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirərək sığortalıya bildirməklə ödəməməyə görə məsuliyyət daşıyır.
20. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
20.1. Sığorta müqaviləsi ilə təminat verilən gəlir itkisinin və gəlir itkisinin qarşısını almaq və ya məbləğini azaltmaq üçün müəssisə fəaliyyətindəki xərc artımının məbləği tərəflər arasında imzalanacaq müqavilə ilə müəyyən edilir.
20.2. Tərəflər zərərin məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertə (bundan sonra mətn boyu müstəqil ekspert xxxx xxxx düşülməlidir.) müraciət etmək üçün qərar qəbul edə bilərlər.
20.3. Tərəflər, mübahisənin həlli üçün eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda tərəflər hər biri ayrılıqda öz ekspertini seçir və bunu «Əmlakın Yanğın və Digər Risklərdən Sığortasının Əsas Qaydaları»nin 20-ci bəndində göstərilən formada digər tərəfə bildirir. Tərəflərin ekspertləri təyin olunduqları tarixdən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında, onların razılığa gələ bilmədikləri hədlər daxilində olmaq şərti ilə, ayrıca və ya digər ekspertlərlə birlikdə ümumi bir rəy vermək səlahiyyəti vardır. Ekspertin rəyi və tərəflərə eyni vaxtda bildirilir.
20.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəf məlumat verdiyi tarixdən 7 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 5 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert, tərəflərdən birinin təklifi ilə hadisənin baş verdiyi ərazi üzrə məhkəmə tərəfindən seçilə bilər.
20.5. Ekspertlərə, iş qabiliyyətlərinin az olmasına görə etiraz oluna bilər. Ekspertin kimliyinin öyrənilməsindən sonra 5 gün ərzində istifadə olunmayan etiraz hüququ öz qüvvəsini itirmiş hesab olunur.
20.6. Ekspert vəfat edərsə, vəzifəsindən azad edilərsə və ya rədd edilərsə, onun əvəzinə eyni qaydalarla başqa bir ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən başlayaraq davam etdirilir.
20.7. Xxxxxxxxxxxx vəfat etməsi, təyin edilmiş eksperti öz məsuliyyətindən azad etmir.
20.8. Zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, eləcə də bu zaman istifadə olunacaq qeydləri və sənədləri tələb edə və hadisə yerində tədqiqatlar apara bilərlər.
20.9. Ekspertlərin və ya üçüncü bitərəf ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortaçı qarşısında iddia və ya tələb qaldırılması hallarında zərərin məbləği ilə əlaqədar ekspertin rəyi ödənişin müəyyən edilməsi üçün əsas götürülür. Ekspert rəylərinə, yalnız onların real vəziyyətdən açıq-aşkar fərqləndiyi
zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən 15 gün ərzində hadisənin baş verdiyi ərazidə yerləşən məhkəmə tərəfindən həyata keçirilə bilər.
20.10. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Tərəflər birlikdə seçdikləri ekspertin və üçüncü bitərəf ekspertin haqqını birlikdə ödəyirlər.
20.11. Zərər məbləğinin müəyyənləşməsi bu müqavilədə və qanunvericilikdə göstərilən tələb və qaydalarla və onların tətbiq edilməsinə təsir göstərmir.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
21.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
22. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
22.1. Sığorta müqaviləsində sığortalının kommersiya fəaliyyətinin spesifik xüsusiyyətlərinə uyğun olaraq başqa bir hesab forması və izahat nəzərdə tutulmamışdırsa, sığorta ödənişi, ümumi maliyyə dövriyyəsindəki azalma və fəaliyyət xərclərinin artması nəticəsində meydana gələn xalis gəlir itkisindən, təminat müddəti ərzində xalis gəlirdən ödənilməli xxxx, xxxxx hadisə baş verməsinə görə ödənilməyən və ya qənaət edilən fəaliyyət xərcləri çıxılmaqla hesablanır.
22.2. Ümumi maliyyə dövriyyəsinin azalması nəticəsində meydana gələn xalis gəlir itkisi: xalis gəlir nisbətinin, təminat müddəti ərzində və hadisə baş verməsinə görə azalmış xxxx dövriyyə məbləğinə (standart dövriyyə ilə əldə olunan dövriyyə arasındakı fərqə) tətbiq edilməsi yolu ilə hesablanan məbləğdir.
22.3. Müəssisənin maliyyə xərclərindəki artımın səbəb olduğu xalis gəlir itkisi: Dövriyyədəki azalmanın qarşısını almaq məqsədilə zəruri və qəbul edilə bilən maliyyə yardımıdır. Xxxxx bu xxxxx təminat müddəti ərzində baş vermiş olmalı və azalmasının qarşısı alınan dövriyyə məbləğinə xalis gəlir nisbətinin tətbiq edilməsi ilə hesablanacaq məbləğdən artıq olmamalıdır.
Sığorta şəhadətnaməsində göstərilən bütün hesablamalarda ƏDV istisna edilir.
23. SIĞORTA ÖDƏNİŞİ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA RƏDD EDİLMƏSİ
Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının ödəyəcəyi ödənişdən göstərilən səbəbə görə xxxxx məbləğ çıxılır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərər məbləğini artıracaq hərəkətlər edərsə, sığortalı müqavilədə göstərilən hüquqlarını itirir.
24. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
24.1. Gəlir itkisi üzrə ödəniş, sığortaçının bu qaydaların 3-cü bəndinə əsasən məsuliyyət daşıdığı müddət başa çatdıqdan sonra maksimum 30 gün ərzində ödənilir. Xxxxx, tərəflər ödənişin, fəaliyyətin dayandırıldığı və ya zəiflədiyi müddət ərzində müəyyən dövrlər üzrə hissə-hissə ödənilməsi haqqında da razılığa gələ bilərlər;
24.2 Sığortalıya ödənilmiş sığorta ödənişi məbləği həcmində sığortalının günahkar üçüncü şəxsə qarşı iddia qaldırmaq hüququ sığortaçıya keçir. Sığorta, sığortaçı iddia irəli sürərsə, bu iddialı məsələnin aydınlaşdırılması üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənəd və məlumatları mütləq sığortaçıya təqdim etməlidir;
25. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
25.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
25.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
25.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı
həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
25.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
25.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 25.1-ci və 25.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
25.6 . Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 25.3-cü və 25.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
25.7 . Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
DİGƏR MÜDDƏALAR
26. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
26.1 Sığortalının hüquqları:
26.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
26.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
26.2 Sığortalının vəzifələri:
26.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
26.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
26.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
26.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
26.3 Sığortaçının hüquqları:
26.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
26.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
26.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
26.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
26.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
26.4 Sığortaçının vəzifələri:
26.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
26.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
26.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
26.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
27. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Sığorta müqaviləsi ilə əlaqədar ortaya çıxan mübahisələr tərəflərin danışıqları yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
28. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
29. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində əsas qaydalara və bunlarla əlaqədar xxxx əlavə qaydalar (klozlara) zidd olmayan xüsusi şərtlər yazıla bilər.