Dəmiryol nəqliyyatı vasitələrinin sığortası qaydaları
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası qaydaları
Bakı – 2021
ANLAYIŞLAR
Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:
Sığortaçı | «Meqa Sığorta» ASC; |
Sığortalı | Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi; |
Sığorta olunanlar | Bu Qaydaların məqsədləri üçün sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsində xxxx və ya ona minən, yaxud ondan çıxan (düşən) səlahiyyətləndirilmiş sürücü və (və ya) sərnişinlər; |
Sığorta obyekti | Sığortalının yaxud sığorta olunanın sığortalanmış avtonəqliyyat vasitəsi ilə bağlı qanunazidd olmayan əmlak mənafeyi; |
Sığorta predmeti | Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak; |
Xxxxxxxxxx şəxs | Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs; |
Sığorta ödənişi | Sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; |
Azadolma məbləği | Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi; |
Mühüm şərtlər | Sığorta müqaviləsində, yaxud sığorta şəhadətnaməsində göstərilmiş və sığortalı tərəfindən yerinə yetirilməməsi sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya sığorta müqaviləsini yaxud sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər; |
Sərnişin | Sığorta hadisəsi zamanı nəqliyyat vasitəsində xxxx, xxxxx onun idarə edilməsinə aidiyyatı olmayan şəxs; |
Tam məhv оlma | Sığorta predmetinin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin onun bazar dəyərinin 90 %-ni və ya daha xxx hissəsini təşkil etməsi; |
Ərizə | Sığorta olunmaq məqsədilə sığortalı tərəfindən doldurulan ərizə forması: ərizə formasında sığorta predmetinə dair sığortalı tərəfindən göstərilən bütün məlumat və halların həqiqətə uyğun və dolğun olması bu sığorta müqaviləsinin mühüm şərtidir; |
Assistans şirkəti | Sığorta sahəsində yardımçı hüquqi şəxs. |
Maddə 1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Bu qaydalar ilə Nizamnamə əsasında fəaliyyət göstərən “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Sığortaçı” adlandırılacaq) dəmir yolu nəqliyyatı vasitələrinin (dartıcı vasitələr, vaqonlar və s.) sığortasını həyata keçirir.
1.2. Dəmiryol nəqliyyatı vasitələri üzrə sahibkarlıq fəaliyyəti göstərmək hüququna xxxxx xxxx fiziki və hüquqi şəxslər bu qaydalara uyğun olaraq Sığortaçı ilə dəmiryol nəqliyyatı vasitələri üzrə sığorta müqavilələrini bağlamaq hüququna malikdir (bundan sonra “Sığortalı” adlandırılacaq).
1.3. Bu qaydalar onun əsasında bağlanılan müqavilələrin ayrılmaz hissəsi sayılır və qaydalara zidd olmayaraq sığorta müqaviləsi üzrə müəyyən edilmiş şərtlər nəzərə alınnmaqla, Sığortalı ilə Sığortaçı üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir.
Maddə 2. SIĞORTA PREDMETİ, SIĞORTA SİNFİ VƏ NÖVÜ
2.1. Bu qaydalar üzrə zədələnmə, məhv olma, həmçinin qaçırılma və ya oğurlanma risklərindən sığortalanmış dəmiryol nəqliyyatı vasitəsi sığorta predmeti hesab olunur.
2.2. Bu Qaydalara əsasən aşağıdakı dəmiryol nəqliyyatı vasitələri sığortalana bilər:
2.2.1. Vaqon və yarımvaqonlar;
2.2.2. Sisternlər;
2.2.3. Refrijeratorlar;
2.2.4. Dəmir yolu nəqliyyatına aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri.
2.3. Bu Qaydalara əsasən aşağıdakı dartıcı dəmir yolu vasitələri sığortalana bilər:
2.3.1. Elektrovozlar;
2.3.2. Teplovozlar;
2.3.3. Parovozlar;
2.3.4. Elektrik qatarları;
2.3.5. Dizel qatarları;
2.3.6. Qazotrubovozlar;
2.3.7. Dartıcı dəmir yolu vasitələrinə aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri (avtonom hərəkət edə bilən vasitələr).
2.4. Sığortanın növü qeyri-həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
2.5. Qeyri-həyat sığortası sahəsində sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
- dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində Sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin sığortası.
Maddə 3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin sığorta müqaviləsi (Şəhadətnaməsi) ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
3.2. Sığorta məbləği sığortalanmış risklər üzrə Sığortaçı və Sığortalı arasında sığorta müqaviləsinə əsasən müəyyənləşdirilir.
3.3. Bu Qaydalara əsasən dəmiryol nəqliyyatı vasitəsinin sığorta müqaviləsinin bağlanılma gününə xxxx real dəyəri sığorta pedmetinin dəyəri sayılır.
3.4. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, xxxxx sığorta müqaviləsi üzrə təminat qismən sığorta təminatı sayılmır. Bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
Maddə 4. SIĞORTA RİSKLƏRİ
4.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə hərəkətdə olub-olmamasından asılı olmayaraq, dəmiryol nəqliyyatı vasitələrinin və ya onun hissələrinin aşağıda göstərilən səbəblərdən zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi hesab olunur:
4.1.1. Yanğın və/və ya partlayış;
4.1.2. Üçüncü şəxslərin qanunizidd hərəkətləri;
4.1.3. Təbii fəlakətlər;
4.1.4. Dəmiryol nəqliyyatı vasitəsinin relsdən çıxması, aşması, hər-hansı başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər hansı predmetin düşməsi.
4.2. Təbii fəlakətlər anlayışı altında aşağıdakılar başa düşülür:
4.2.1. Su daşqını, yeraltı suların fəaliyyəti;
4.2.2. Zəlzələ;
4.2.3. Vulkan püskürməsi;
4.2.4. Sel, yer sürüşməsi, uçqun;
4.2.5. Qasırğa, tufan;
4.2.6. Yerli ərazi üçün qeyri xxx xxxx yağmurlar, şaxtalar və ya başqa təbii hadisələr.
Maddə 5.SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR
5.1. Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
5.1.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
5.1.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
5.1.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib-edilməməyindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanları və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
5.1.4. Dövlət orqanlarının qərarı ilə dəmiryol nəqliyyatı vasitəsinin ləğvi, müsadirə edilməsi, üzərinə həbs qoyulması;
5.1.5. Dəmiryol nəqliyyatı vasitəsinin gedişə buraxılmasına qədər onun hərəkətə yararsızlığı haqqında sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
5.1.6. Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri (yəni, sığorta predmeti ilə toqquşmanın birbaşa təsiri olmayan hər hansı digər predmetlərin toqquşmasından yaranan zərbə dalğasının, habelə səs sürətinin aşması nəticəsində yaranan dalğanın vurduğu zərər);
5.1.7. Dəmiryol nəqliyyatı vasitəsinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi, təyinatı üzrə istifadə edilməməsi və texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
5.1.8. Dəmiryol nəqliyyatı vasitəsini idarə etmə səlahiyyəti olmayan şəxslər tərəfindən idarə edilməsi;
5.1.9. Maşinistin, sığortalının və ya onun nümayəndəsinin yanğına qarşı təhlükəsizlik və dəmiryol hərəkəti üzrə təhlükəsizlik qaydalarına riayət etməməsi;
5.1.10. Dəmiryol nəqliyyatı vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
5.1.11. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, dəmiryol nəqliyyat vasitəsinin hissələrinin sınması;
5.1.12. Dəmiryol nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə xxxx maşinist tərəfindən idarə edilməsi.
Maddə 6. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ
6.1. Sığorta müqaviləsinə görə Sığortaçı sığorta hadisəsi zamanı Sığortalıya sığorta ödənişi verməyi, Sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən Sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır.
6.2. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
6.3. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
6.4. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
6.5. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
6.6. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
6.7. Sığortalı Sığortaçının səlahiyyətli nümayəndəsinə dəmiryol nəqliyyatı vasitələrinə baxış keçirmək üçün lazımi köməklik göstərməlidir.
6.8. Sığortalı dəmiryol nəqliyyatı vasitələrinin olduğu yerlərinin (dəmiryollarının) və belə nəqliyyat vasitəsinin yerləşdiyi xxxxxx baxış keçirmək üçün şərait yaratmalıdır;
6.9. Sığortalı dəmiryol nəqliyyatı vasitələrinin real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etməlidir. Bu ekspertiza Sığortaçının vəsaiti hesabına keçirilir.
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
7.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
7.1.2. Qanunla müəyyən edilən hallar istisna olmaqla, Sığortalı hüquqi şəxs ləğv olunduqda;
7.1.3. Sığorta müqaviləsi üzrə Sığortalı olmayan sığorta olunan vəfat etdikdə, Sığortalının onun başqası ilə əvəz olunması təklifinə Sığortaçı etiraz etdikdə;
7.1.4. Sığortalanmış əmlak özgəninkiləşdirilərkən, Sığortaçı Sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;
7.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
7.1.6. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
7.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
7.1.8. Sığorta marağı artıq mövcud olmadıqda;
7.1.9. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
7.1.10. Sığortalı və ya Sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə;
7.1.11. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
7.2. Sığorta müqaviləsinə sığortaçı tərəfindən vaxtından əvvəl xitam verildikdə:
7.2.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
7.2.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti
üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda Sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
7.2.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
7.2.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 8. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
8.1. Sığortaçının hüquqları:
8.1.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını tələb edir;
8.1.2. Sığorta risklərini və bu risklərin istisnalarını müəyyən edir;
8.1.3. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
8.1.4. Bu qaydalarda nəzərdə tutulan şərtlərə Sığortalı tərəfindən əməl edilməsini tələb edir;
8.1.5. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
8.1.6. Sığortalıdan sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
8.1.7. Sığorta predmeti və hadisəsi barəsində Sığortalıdan doğru və aydın məlumat verməsini tələb edir;
8.1.8. Bu qaydalarda nəzərdə tutulan şərtlərin Sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
8.2. Sığortaçının vəzifələri:
8.2.1. Sığorta hadisəsinin baş verməsi barədə Sığortaçıya məlumat vermiş Sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, Sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
8.2.2. Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirməlidir;
8.2.3. Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etməlidir;
8.2.4. Sığorta müqaviləsi bağlanarkən yaddaş vərəqəsini sığortalıya vermək;
8.2.5. Bu qaydalardan və sığorta qanunvericiliyindən irəli gələn digər vəzifələr.
8.3. Sığortalının hüquqları:
8.3.1. Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
8.3.2. Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;
8.3.3. Sığorta müqaviləsinin şərtləri və bu qaydalar barədə sığortaçıdan yaddaş vərəqəsi
və izahatlar almaq;
8.3.4. Sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
8.3.5. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
8.3.6. Sığorta qanunvericiliyində və bu qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
8.4. Sığortalının vəzifələri:
8.4.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
8.4.2. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
8.4.3. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
8.4.4. Sığorta predmeti və hadisəsi barədə sığortaçıya doğru və aydın məlumat verir;
8.4.5. Sığortalı bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir;
8.4.6. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir;
8.4.7. Sığorta qanunvericiliyindən və bu qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirir.
Maddə 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
9.1. Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
9.2. Sığorta hadisəsi zamanı Sığortalı zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
9.3. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
9.4. Sığortalı, sığorta olunan və ya üçüncü şəxs qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə Sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.
9.5. Təmirin yeri təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır.
9.6. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
9.7. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına və Sığortalının razılığı ilə Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
9.8. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək Sığortalının vəzifəsidir.
9.9. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və Qaydaların 10.8-ci bəndinə müvafiq olaraq əldə etməli sənədləri sığortaçıya təqdim etməyə borcludur.
Maddə 10. SIĞORTA ÖDƏNİŞİ
Dəymiş zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
10.1. Qismən sığorta halında – əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda, sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
10.2. Sığorta şəhadətnaməsində azadolma nəzərdə tutulduqda – sığorta ödənişinin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir.
10.3. Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
10.4. Sığorta ödənişinin ödənilməsi zamanı Sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının
ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
10.5. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və dəyişilmiş hissələri xxxx hüquqları Sığortaçıya keçir.
10.6. Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
10.7. İtmiş əmlakın sonradan tapılması halında sığortaçının qərarına əsasən əmlakı özündə saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, sığortaçı sığortalıya həmin zərərin əvəzini ödəyir.
10.8. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
10.8.1. Sığortalıya verilən sığorta şəhadətnaməsi;
10.8.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
10.8.3. Dəmiryol nəqliyyatı vasitəsinə vurulan zərərin həcmi (məhv olmuş əmlakın dəyəri) və zərərlə əlaqədar birbaşa xərclər barədə sənədlər;
10.8.4. Sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
10.8.5. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın belə hadisələrin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənəd.
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA
11.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
11.1.1. bu Qaydaların 9.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
11.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
11.1.3. Müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
11.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
11.1.5. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Qaydaların 9.4-cü maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi (xxxxx xxxxx faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edilə bilməz);
11.1.6. Bu Qaydaların 11.2-ci bəndinin tələbləri nəzərə alınmaqla sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
11.1.7. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
11.1.8. Baş vermiş hadisənin sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
11.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının
müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
11.2. Bu Qaydaların 6.6-cı bəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ VƏ ÖDƏNİŞİN VERİLMƏSİNDƏN İMTİNA BARƏDƏ QƏRAR
12.1. Sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalının bu qaydaların 10-cu maddəsində qeyd olunmuş sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
Maddə 13. SIĞORTANIN ƏRAZİSİ
Dəmiryol nəqliyyatı vasitələri ancaq sığorta müqaviləsində göstərilmiş ərazidə (sığorta ərazisi/gediş marşrutu) sığortalanmış sayılır.
Maddə 14. AZADOLMA
Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
Maddə 15. SIĞORTA HAQQI
15.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləğidir.
15.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən edilir.
15.3. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
Maddə 16. XXXXXX ARTMASI
16.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
16.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
16.3. Əgər sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Maddə 17. ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
17.1. Sığorta predmetinə dəyən birbaşa zərər:
17.1.1. Dəmiryol nəqliyyatı vasitəsinə dəyən real zərər;
17.2. Dəmiryol nəqliyyatı vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
17.2.1. Tam məhv olduqda – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
17.2.2. Təmir olunduqda -
17.2.2.1. Əgər dəmiryol nəqliyyatı vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində;
17.2.2.2. Əgər dəmiryol nəqliyyatı vasitəsi qismən təmir edilərsə – təmir xərcləri həmçinin dəmiryol nəqliyyatı vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
17.2.2.3. Əgər sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsi təmir edilməz və xarab vəziyyətdə satılmazsa – dəmiryol nəqliyyat vasitəsinin tam təmiri xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
17.3. Sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
17.4. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
17.5. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri və ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
17.6. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
17.7. Sığortaçı üçüncü şəxsə vurulmuş zərərə görə məsuliyyətlə bağlı sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləği ödəmir:
17.7.1. Əldən çıxmış fayda və ya digər dolayı zərər.
17.8. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərəri azaltmaq məqsədilə sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
17.9. Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
17.10. Əgər dəmiryol nəqliyyat vasitəsinin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
MADDƏ 18. SUBROQASİYA
18.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
18.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir.
18.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
18.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Sığorta müqaviləsinə görə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.
Maddə 20. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 21. Dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə baza sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması
Qeyr-həyat sığortasına aid xxxx sığorta sinfi üzrə sığorta tarifinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir:
B = N / (1 - f)
Burada:
B - sığorta tarifidir;
N - xalis sığorta tarifidir;
f - yüklənmədir (sığorta haqqından faizlə ifadə edilir). N = (M [X] + √ D[X] ɸ-1(γ))/n x (1/S)
Burada:
n – sığortalanması nəzərdə tutulan predmetlərin (sığorta predmetlərinin) sayıdır;
S – bircins sığorta portfelini təşkil edən sığorta predmetlərinin hər biri üzrə sığorta məbləğidir; X - bircins sığorta portfeli üzrə ümumi zərəri ifadə edən təsadüfi kəmiyyətdir;
M[X] - X təsadüfi kəmiyyətinin riyazi gözləməsidir; D[X] - X təsadüfi kəmiyyətinin dispersiyasıdır;
γ - xalis sığorta haqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalıdır (təminat ehtimalı);
ɸ-1(γ))– təminat ehtimalına uyğun əmsaldır. Hesablama üçün aşağıdakı rəqəmlər götürlür :
M [X] = 50 000
√ D[X] = 15 810
ɸ-1(0.95) =1,645
n = 10
S = 5 000 000
N = (50 000 + 15 810 x 1,645)/10 x (1/5 000 000) = 0,15 % f = 30 %
B = 0,15 % / (1- 30 %) = 0,22 %
Sığоrtаçı müəyyən mаliyyə nəticələri və bаzаr münаsibətləri mülаhizələrini əsаs tutаrаq tаrif dərəcələrini və bruttо-dərəcənin strukturunа dахil оlаn yüklənmə fаizini fərqli müəyyən еdə bilər.