SU NƏQLİYYAT VASİTƏLƏRİ SIĞORTASININ
SU NƏQLİYYAT VASİTƏLƏRİ SIĞORTASININ
QAYDALARI
1. ƏSAS ANLAYIŞLAR
1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya xxxxx xxxx “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
1.4. Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
1.6. Müqavilə və ya sığorta müqaviləsi - sığorta şəhadətnaməsindən və sığorta qaydalarından ibarət, sığortalının sığorta haqqı ödəməsi müqabilində müvafiq əmlakın (sığorta obyektinin) məruz qala biləcəyi risklərlə bağlı dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin sığorta hadisəsinin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi;
1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.12. Sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
1.13. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi.
1.14. İnzibati xərclər - sığortaçı tərəfindən işlərin aparılmasına (əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və s.) çəkdiyi xərclərinin məcmusu.
2. SIĞORTA NÖVÜNÜN AİD OLDUĞU SIĞORTA SİNFİ, SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI
2.1. Hazırkı Qaydalarla sığortalanan risklər könüllü əmlak sığortasına aid olmaqla su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası sinfinə və
sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası sinfinə aiddir.
2.2. Sığorta predmeti sığorta müqaviləsində göstərilən sığortalıya məxsus su nəqliyyatı vasitələridir.
2.3. Bu Qaydaların şərtlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta
müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta
müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir.
2.4. Sığorta müqaviləsi bir tərəfdən sığortaçı, digər tərəfdən müvafiq əmlakın mülkiyyətçisi xxxx və ya etibarnamə əsasında müvafiq səlahiyyətə xxxxx xxxx şəxs tərəfindən bağlanılır. Sığortalının əmlaka münasibətdə sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır.
2.5. Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır.
2.6. Sığorta müqaviləsində (şəhadətnaməsində) qanunvericiliyə və bu Qaydalara zidd olmayan xüsusi şərtlər də yazıla bilər.
2.7. Əgər sığorta müqaviləsi bağlanandan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yanlış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
2.8. Bu Qaydalara əsasən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisinə şamil olunur.
2.9. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta şəhadətnaməsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
3. SIĞORTA MƏBLƏĞİ VƏ REAL DƏYƏR
3.1. Sığorta məbləği sığortaçının sığortalanmış risklər üzrə öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğdə ifadə olunan son həddidir. Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.
3.2. Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirmiş hesab edilir və sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.3. Müqavilənin müddəti bir ildən artıq müddətə bağlandığı hallarda, müqavilə imzalandığı andan hər sığorta ili başa çatdıqda, sığorta müqaviləsi üzrə sığorta məbləği həmin xxx mövcud xxxx sığorta məbləğinin müqavilədə göstərilən həcmində azalır. Bu halda da azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.4. Əmlakın real dəyəri sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
3.5. Əgər sığortalı yazılı ərizəsində müvafiq əmlaka əlavə quraşdırılmış hər hansı ünsürü təsvir edərək adını, markasını, miqdarını və qiymətini göstərmişdirsə, əmlakın faktiki dəyəri əlavə ünsürün qiyməti məbləğində artır. Əks təqdirdə əlavə quraşdırılmış avadanlıq sığorta ödənişi zamanı nəzərə alınmır.
3.6. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə xxxx sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz.
3.7. Sığorta məbləği və ya sığortaçının ödəyəcəyi məbləğ əmlakın real dəyərindən artıq olarsa (sığorta hadisəsi zaman), sığorta məbləğindən artıq xxxx hissə ödənilmir.
3.8. Əgər sığorta hadisəsinin baş verdiyi anda sığorta məbləği real dəyərdən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə real dəyərin nisbətinə müvafiq surətdə ödəyir, yəni sığorta məbləğinin real dəyərə nisbəti faiz şəklində sığorta ödənişindən çıxılır.
3.9. Əgər sığorta məbləğinin artırılması sığortalının yalan məlumatı nəticəsində baş vermişdirsə, sığorta müqaviləsi etibarsız hesab edilir və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi verilmir.
3.10. Sığorta müqaviləsi imzalandığı zaman əmlakın real dəyəri sığortalı və sığortaçının razılığı ilə və ya onların seçdikləri mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilmişdirsə və tərəflər bununla razılaşmışlarsa, sığorta hadisəsi zamanı tərəflərin heç biri razılaşdırılmış dəyərə etiraz edə bilməz, bu şərtlə ki, sığortalanmış əmlakın dəyəri sonradan azalmış olmasın. Razılaşdırılmış dəyərin etibarlılıq müddəti yalnız bir ildir.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta müqaviləsində sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla
bilər.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir.
4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir.
4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər.
4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb- çatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır.
4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər.
4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Bakı vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur.
5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA)
5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər.
5.2. Azadolma şərtli və şərtsiz ola bilər.
5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) xxx olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir.
5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir.
5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır.
5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.
5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər.
6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, işin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqları ona qaytarılır, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, bu halda sığortaçı sığorta haqlarını sığortalıya bütünlüklə qaytarır. Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır.
6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, o, sığortalının sığorta haqlarını bütünlüklə qaytarır, əgər bu tələb sığortalının sığorta müqaviləsi və qaydaları üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı işin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə
olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.
6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.
6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır.
6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
7. SUBROQASİYA HÜQUQU
7.1. Sığortalının zərərin vurulmasında təqsirkar xxxx şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir.
7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən xxxx qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
8. İKİLİ (ÇOXQAT) SIĞORTA
Sığortalınmış əmlakın sığorta məbləği həmin əmlakın sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər. Mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
10. SIĞORTA RİSKİNİN ARTMASI
10.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır.
10.2. Bu Qaydaların 10.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
11. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
11.1. Sığortalanmış əmlakın mülkiyyətçisi dəyişdikdə, köhnə və yeni mülkiyyətçi tərəfindən 15 gün ərzində bu barədə sığortaçıya məlumat verilməli və müvafiq rəsmiləşdirmələr aparmalıdır.
11.2. Bu qaydaların 11.1. maddəsinə riayət edilmədikdə, əmlakın özgəninkiləşdirmə anından 15 günlük müddətdən sonra sığorta hadisəsi baş verərsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər.
12. MÜQAVİLƏNİN ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ BAĞLANMASI
12.1. Sığorta müqaviləsi üçüncü şəxsin – faydalanan şəxsin xeyrinə bağlanıla bilər.
12.2. Sığortalı müqavilədə göstərilmiş faydalanan şəxsi yalnız sığortaçının və xxxxxxxxxx şəxsin (əgər əmlak bu şəxsin xeyrinə girov qoyulmuşdursa) yazılı razılığı ilə digər şəxslə əvəz edə bilər.
12.3. Müqavilənin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını sığorta müqaviləsi üzrə vəzifələrinin
yerinə yetirməsi öhdəliyindən xxxx etmir.
12.4. Müqavilə xxxxxxxxxx şəxsin xeyrinə bağlanmışdırsa, sığorta ödənişini tələb etmək və / və ya almaq hüququ faydalanan şəxsə məxsusdur. Bu halda sığortalı sığorta ödənişini faydalanan şəxsin razılığı ilə ala bilər.
12.5. Xxxxxxxxxx şəxs tərəfindən sığorta müqaviləsinin şərtlərinin pozulması həmin şərtlərin sığortalı tərəfindən pozulması sayılır.
XÜSUSİ MÜDDƏALAR
13. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
13.1. Bu sığorta şərtləri ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.
13.2. Bu maddədə istifadə olunan «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termini müxtəlif xxx və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyatı vasitələri də «dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri» termininin əhatə dairəsinə daxil edilə bilər.
13.3. Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyatı vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.
14. DƏRƏCƏ (SİNİFLƏNDİRMƏ) SƏNƏDİ
Başqa bir şərt nəzərdə tutulmazsa, sığorta olunacaq gəmi və digər su nəqliyyatı vasitələri növlərə ayırma (sinifləndirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyatı vasitələrinin sığorta olnuması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır.
15. SIĞORTA HADİSƏSİ BAŞ VERƏN ZAMAN TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
15.1. Hadisə baş verən zaman tərəflərin bütün hüquqlarının qorunması şərti ilə, sığortalı, hər cür mühafizə tədbirlərinin görülməsinə və ya görülməsini tələb etməyə, bunları nəzarətə götürməyə və qorumağa, bu işlərə müdaxilə etməyə və yaxud icrasına başlamağa borcludur, sığortaçının isə bütün bunları etmək səlahiyyəti vardır. Sığortaçının bu səlahiyyətdən istifadə etməsi, onun ödəniş öhdəliyini qəbul etməsi xxxx xxxx düşülməməlidir.
15.2. Sığortalı bu sahədə sığortaçı ilə səmərəli əməkdaşlıq etməyə, bu tədbirlərin həyata keçirilməsinə kömək göstərməyə, əldə edilən bütün sənəd və məlumatları sığortaçıya verməyə borcludur. Bundan başqa, sığortalı zərərin ödənilməsi üçün sığortaçı tərəfindən üçüncü şəxslərə qarşı iddia qaldırması, mülki məsuliyyət sığortasının ödənilməsi hüququndan istifadə edilməsi üçün bütün zəruri tədbirlərin və lazımi əməliyyatların vaxtında həyata keçirilməsi sahəsində sığortaçı ilə qeyri-şərtsiz əməkdaşlıq etməyə borcludur.
15.3. Sığortalı bu bənddə göstərilən vəzifələri yerinə yetirməzsə və bunun nəticəsində zərərin məbləği
artarsa, həmin xxxxx məbləğ sığortaçının verəcəyi ödənişindən çıxılır.
16. SIĞORTA HADİSƏSİ HAQQINDA MƏLUMAT VERİLMƏSİ VƏ HADİSƏ İLƏ ƏLAQƏDAR TƏLƏB OLUNAN SƏNƏDLƏR
16.1. Sığortalı hadisənin baş verdiyini öyrənən kimi dərhal sığortaçıya məlumat verməyə borcludur.
16.2. Sığorta müqaviləsindən irəli gələn sığorta ödənişinin verilməsi üçün sığorta etdirən hesablanmış zərər ödənişini göstərən zərərin siyahısını və digər aşağıdakı sənədləri təqdim etməlidir:
- Dəniz raportu;
- Qəza ilə əlaqədar göyərtə və gəmi jurnallarının təsdiqli nüsxələri;
- Gəminin dənizə çıxması üçün əlverişli şəraitin olması haqqında sənəd;
- Qəza ilə əlaqədar növlərə ayırma təşkilatının məlumatı;
- Etibarlılıq müddəti başa çatmamış növ (dərəcə) sənədi;
- Ekspert və/ və ya dispaşa arayışı;
- Gəminin işçi heyəti komplektləşdirildiyi zaman maksimum təhlükəsizlik sənədi;
- Gəminin işçi heyətinin siyahısı;
- Zərərlə əlaqədar proforma faktura, qəbz və digər bu kimi sənədlər;
- Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
“A-Qroup Sığorta Şirkəti” ASC
Su nəqliyyatı vasitələri sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələrinin əsaslandırılması “Qeyri-həyat sığortası sahəsi üzrə sığorta tariflərinin hesablanması haqqında” Metodikadan istifadə edilməklə aparılır. Tarif dərəcəsini hesablayarkən əvvəlcə netto-dərəcəni hesablayırlar. Netto-dərəcənin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 800 000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) – 100 000 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 100.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100q Sö/So = 0,02*100*100 000 / 800 000 = 0,25 manat.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr = 1,2 Tə.a. ((1 - q)/(nq))1/2 = 0,25*1,2*2*((1-0,02)/(0,02.100)) 1/2 = 0,42 manat.
Tn = Tə + Tr = 0,25 + 0,42 = 0,67 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri - 28%, qarşısıalnma tədbirləri fonduna ayırma - 1%, tarif mənfəəti - 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn /(1-f) = 0,67/(1-0,3) = 0,96 manat.
Reysə görə zədələnmə, reysə görə məhv olma və sığortanın hansı variantlarda aparılmasından asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,5% - 5% aralığında dəyişir.