Bank və Bank əməliyyatları Sığortası qaydaları
Bank və Bank əməliyyatları Sığortası qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı
mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını
müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə
ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta
müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta
olunana verilən sənəd;
Sığortanın müddəti - sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği - Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə
olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar - Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
Xüsusi anlayışlar
Bina (ofis otaq və s.) - Sığorta olunanın iş apardığı baş ofis və istənilən filial və ya idarələrdir. Bu termin Sığorta olunanın öz işlərini həyata keçirmək üçün müvəqqəti istifadə etdiyi istənilən binalara (ofis otaq və s.) da aid edilir.
İşçi – Sığortalının, onun tərəfindən işə cəlb edilmiş bir və ya bir neçə vəzifəli şəxsi, yaxud hər hansı digər işçisini ifadə edir.
Əmlak - Sığortalının öz fəaliyyətində istifadə etdiyi nağd vəsaitlər (valyuta, sikkə və bank biletləri), külçələr (qızıl və gümüş), istənilən növ və istənilən formada qiymətli metallar, həmçinin onlardan düzəldilmiş predmetlər, brilyant (emal olunmuş qiymətli və yarımqiymətli daşlar), səhm sertifikatları, istiqrazlar, kupon və qiymətli kağızların sair növləri, konosamentlər, anbar qəbzləri, çeklər, trattlar, akseptlər, veksellər, depozit sertifikatları, akkredetivlər, sadə veksellər, pul köçürmələri, xəzinə vekselləri haqqında sərəncamlar, markalar, sığorta şəhadətnamələri, torpaq sahələrinə sahiblik hüququnu təsdiq edən sənədlər və bütün verilə bilən və verilə bilməyən digər sənədlər, yaxud baratlar və mühasibat kitabları və digər uçot sənədləri də daxil olmaqla Sığortalının gəlir götürdüyü, yaxud istənilən keyfiyyətdə saxladığı (təmənnalı və ya təmənnasız, bunlara görə məsuliyyət daşıyıb-daşımamaqla saxlanılmasından asılı olmayaraq) digər qiymətli kağızlar.
Çek - banka yazılmış və tələb üzrə ödənilən barat vekselləridir (tratt)
Tratta - şərtlərlə məhdudlaşmayan, bir şəxsin digərinə ünvanlandığı, təqdim edən tərəfindən imzalanan yazılı əmrdir. Onun ünvanlandığı şəxs müəyyən vaxtda göstərilən məbləği müəyyən şəxsə, yaxud tələb əsasında üçüncü şəxsə ödəməlidir.
Aksept - Trassatın trassantın əmrini yetirməyə razılığı xxxx xxxxx vekselidir.
Ödəniş tapşırığı - Sığortalının baş ofis və ya digər ofislərində ödəməyə görə bank tərəfindən verilən tapşırıqdır.
Depozit sertifikatı - bankın, əmanətçiyə və ya əmanətçinin əmri ilə hər hansı şəxsə ödəniş vermə öhdəliyi ilə əmanəti yazılı surətdə
təsdiq etməsini ifadə edir.
Akkreditiv - Sığortalının bir və ya bir neçə banka müştərinin hesabına akkreditivdə göstərilmiş məbləğin qədəri nəzərə alınmaq şərtilə ödəmə öhdəliyidir.
Götürmə qəbzi - Əmanətçinin Sığorta olunanda açdığı əmanət hesabından vəsait almasını təsdiq edən sənəddir.
Sadə veksel - bir şəxsin digər şəxsə təqdim edən tərəfindən imzalanmış xxxx, gələcəkdə müəyyən vaxtda müəyyən məbləğdə pul vəsaitinin müəyyən şəxsə, yaxud onun göstərişi ilə üçüncü şəxsə verməyə şərtsiz yazılı öhdəliyi ifadə edir.
1. Sığorta sinfi
1.1. Sığortanın növü Bank və bank əməliyyatları sığortası olub Qeyri-Həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
2. Sığorta predmeti
2.1.Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak sığortanın predmeti hesab
olunur.
3. Sığorta obyekti
3.1.Bu qaydalara əsasən sığorta obyekti, sığortalının sığorta predmetinə sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak mənafeyidir.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
4.2. Sığorta məbləği tərəflərin razılığına əsasən, sığortalının nizamnamə kapitalını və aktivlərində xxxx pul vəsaitlərini nəzərə almaqla müəyyən edilir.
4.3. Sığorta şəhadətnaməsinin qüvvədə olma müddətində aşkar olunan zərər və itkilərə görə, məhkəmə-təhqiqat rüsumları və xərcləri daxil olmaqla, sığortaçının ümumi məsuliyyəti, bu cür zərər və itkilərin ümumi məbləğindən asılı olmayaraq, sığorta şəhadətnaməsinin sığorta məbləği bəndində göstərilən ümumi aqreqat limitindən yuxarı ola bilməz.
4.4. Tətbiq olunan hər hansı qeyd-şərtlər üzrə sığorta məbləği, ümumi aqreqat limitinin bir hissəsini təşkil edir və ona əlavə ola bilməz və həmin sığorta məbləğləri bu cür qeyd-şərtlərə aid xxxx sığortaçının məhkəmə-təhqiqat rüsumları və xərcləri də daxil olmaqla, bütün zərər və itkilər üçün ümumi ödəniş, bu limit məbləği həcmində məhdudlaşdırılır.
5. Sığorta riskləri
5.1. Bu Qaydalara əsasən imzalanmış sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Sığortaçı Sığortalıya aşağıdakılar nəticəsində baş vermiş sığorta hadisəsinə sığorta təminatı verir:
5.1.1. İşçilərin dələduzluğu
Sığortalının işçiləri tərəfindən, harada törədilməsindən, başqa şəxslərlə əlaqəli edilib-edilməməsindən asılı olmayaraq, bilavasitə qeyri-qanuni şəxsi mənfəət əldə etmək məqsədilə həyata keçirildiyi bir və ya bir neçə dələduzluq aktları ilə zərər yetirilməsi, o cümlədən istənilən belə hərəkətlər nəticəsində əmlakın itirilməsi. Əmək haqqı artımı və vəzifədə irəli çəkilmək daxil olmaqla, əmək haqqı, qonorar, komisyon mükafatları və s. bunu kimi gəlirlər qeyri-qanuni şəxsi mənfəət hesab olunmur.
5.1.2. Bina (otaq, ofis) və xxxxxx saxlanılanlar
a) Əmlakın oğurluq, soyğunçuluq, sındırma yolu ilə oğurluq, quldurluq, yaxud izah edilə bilməyən sirli yoxa çıxma nəticəsində və ya əmlakın Sığortalının binasında, yaxud digər bankın ofisində (ofislərində) olduğu zaman, istənilən halda zədələnməsi və itkisi
b) Sığorta olunanın ofisində əmlakın, müştəridə və ya müştərinin hər hansı nümayəndəsində olduğu zaman sığortalının bu itkiyə görə məsuliyyətli olub-olmamasından asılı olmayaraq yuxarıdakı (a) bəndində göstərilən təhlükələr nəticəsində, müştəri və ya onun hər hansı nümayəndəsinin səbəb olduğu zərər istisna olmaqla dəyən itki və zərər.
Xüsusi istisna:
Bu sığorta əmlakın poçt vasitəsilə göndərildiyi vaxtda və onun hər hansı mühafizə və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman itkisi və zədələnməsi üzrə yaranan zərərlərə təminat vermir.
5.1.3. Daşıma
Sığortalının göstərişi ilə, onun hər hansı işçisinin, yaxud hər hansı mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkətin məsuliyyətində olduğu zaman daşıma müddətində istənilən səbəbdən əmlakın itkisi və ya zədələnməsi.
Xüsusi istisnalar
Bu sığorta, poçt vasitəsi ilə göndərilən zaman yaxud hər hansı mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə kompaniyanın məsuliyyətində olduğu zaman Sığortalının aşağıdakılar əsasında ala biləcəyi məbləğ həddində əmlakın itkisi və ya zədələnməsinə təminat vermir:
1) Sığortalının mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkəti arasında bağlanmış müqavilədə göstərilmiş məbləğ həcmində:
2) Yuxarıda qeyd olunan mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkətin bu kimi xidmətlər göstərilməsi ilə əlaqədar onun
müştərilərinin xeyrinə bağlanmış sığorta müqavilələri həcmində;
3) Qeyd olunan mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkətinin müştərilərinə, yaxud onların xeyrinə bütün digər növ sığorta və istənilən normada ödənişlər həcmində.
Belə halda bu sığorta yuxanda göstərilən məbləğlərdən artıq hissəsinə, xxxxx sığorta müqaviləsi ilə nəzərdə tutulmuş daşıma bəndi üzrə məsuliyyət həddi limitindən artıq olmamaq şərti ilə təminat verir.
4) Daşınma zamanı, Sığortalının hər hansı işçiləri yaxud mühafizə şirkətinin işçiləri tərəfindən təlimatların şərtlərinə riayət etmədikdə.
Xüsusi şərtlər
- Daşınma işçi və ya mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkəti əmlakı Sığortalıdan, yaxud onun göstərişi ilə təhvil aldığı andan başlayır və təyinat yerində onun işçisi və ya mühafizə və ya zirehli avtomobillə daşımalar üzrə şirkəti tərəfindən təhvil verildiyi xxxx xxxx çatmış hesab olunur.
- Sığortalı, müştərinin göstərişi üzrə pul ödəmələrinin verilməsini və ya digər uyğun əməliyyatları həyata keçirilməsini öz üzərinə götürdüyü hallarda, daşıma müştərinin binasına çatdıqda dərhal bitmiş hesab olunur.
5.1.4. Saxta çeklər və s.
a) Çeklərdə, hesablarda, veksellərdə, akseptlərdə, trattlarda (barat veksellərində), depozit sertifikatlarında, akreditivlərdə, eləcə də fonlardan pulların köçürülməsinin xxxx çağırılması zamanı hesabdan silinmə haqqında qəbzlərdə və dövlət xəzinəsi veksellərində saxtakarlıq.
b) Saxtalaşdırılmış və ya dəyidirilmiş borc öhdəliyi üzrə qiymətli kağızlarda Sığortalı tərəfindən ödəniş.
Yuxarıda qeyd olunan sənədlər bu sənədlərlə məşğul xxxx işçiyə xxxxx xxxx istənilən xətlə icra edilə bilər. İmzaların mexaniki həyata keçirilmiş faksimil, teleqram, kabloqram, teleks test və digər oxşar test qurğuları surətlərinə əlyazma imzalar kimi baxılır.
Xüsusi istisnalar
- Bu sığorta, yuxarıda sadalanan sənədlərdəki imzaların həqiqi, məzmunun isə yanlış, qeyri-düzgün olması ilə əlaqədar yaranan hər hansı zərərin ödənilməsinə təminat vermir. Bu istisna mətnləri yanlış, qeyri-düzgün və imzaladı «Saxta», «Saxtalaşdırılmış» xxxx sənədlərə şamil olunmur.
- Borc öhdəliyinin «Ödəmə» ifadəsi, Sığortalının müvafiq borc öhdəliyini yerinə yetirilməsini ifadə edir və alış, güzəşt, satış, suda və ya xxxxx əməliyyatlarına şamil olunmur.
5.1.5. Saxtalaşdırılmış valyuta
Sığortalı tərəfindən, Sığortalının ofisinin yerləşdiyi ölkədə xxxx xxxxxx ödəniş vəsaiti adı altında buraxılmış saxta və ya
saxtalaşdırılmış kağız pullarının və ya sikkələrin bilməyərəkdən qəbulu nəticəsində dəymiş itki və ziyanlar.
5.1.6. Ofis və onun tərkibində xxxx avadanlıqlara dəyən itki və ziyan
a) Sığortalının ofisində hər hansı mebelin, avadanlığın (kompyuter və periferiya avadanlıqları istisna olunur), dəftərxana ləvazimatların və ya materiallarının, həmçinin yanmayan seyf və şkafların sındırma ilə oğurluq, soyğunçuluq, quldurluq, oğurluq, qarət, vandalizm və ya pis niyyətlə edilən hərəkətlər nəticəsində itkisi, yaxud zədələnməsi.
b) Sığortalının hər hansı ofisinin sındırma yolu ilə oğurluq, soyğunçuluq, basqın və bu hərəkətlərə cəhd nəticəsində yaxud hər hansı belə ofisin interyerinin vandalizm və ya pis niyyətli hərəkətlər nəticəsində zədələnməsi ilə əlaqədar yaranan zərərlər.
Bu sığortaya sığortalının belə ofislərə, mebelə, vasitələrə, avadanlığa, dəftərxana ləvazimatlarına, seyf və yanmayan şkaflarına sahibi
olduğu, yaxud bunların itkisi və ya zədələnməsinə görə məsuliyyət daşıdığı hallarda təminat verilir
Xüsusi istisna
Bu sığorta yanğın nəticəsində yaranan itki və zədələnmələr üzrə zərərlərin ödənilməsinə təminat vermir.
6. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa aşağıdakı ümumi istisnalar tətbiq olunur:
6.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşkar edilməyən, eləcə də sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş istənilən zərər.
6.2. Sığortalının əməkdaşı olub-olmamasından asılı olmayaraq, sığortalının idarə heyəti və ya müşahidə şurasının üzvləri öz öhdəliklərini qismən və ya tam yerinə yetirməməsi və ya səhlənkarlığı nəticəsində hər hansı bir zərər;
onun və ya onların Sığortalının əməkdaşı olub-olmamasından asılı olmayaraq.
6.3. Bu qaydaların, 5.1.1.-ci bəndində qeyd olunanlar istisna olmaqla, zərər və itkilərin, bilavasitə və ya dolayısı ilə Sığortalının hər hansı əməkdaşlarının dələduzluğu və ya saxtakarlığı nəticəsində baş verməsi.
6.4. Aşağıdakılar nəticəsində və ya ödənişin tam və ya qismən ödənilməməsindən yaranan hər hansı bir zərər:
Düzgün yolla yaxud hiyləgərliklə və ya yalanla alınıb alınmamasından asılı olmayaraq:
a) Sığortalı tərəfindən, yaxud onun adından verilmiş borc, yaxud buna oxşar digər əməliyyatlar;
b) Satılma, güzəştə gedilmə, razılaşma və digər yolla sığortalı tərəfindən əldə olunmuş bildiriş, hesab, saziş və s
Əgər sığorta təminatının 5.1.1-ci yaxud 5.1.4-cü bəndinə (harda ki, zərər məbləği qabacadan ödənilmiş pul məbləği həcmində yaxud haqqlar, komissiyalar və bunun kimi digərləri daxil olmaqla, xxxx ödənilməyən, hər hansı mənbədən qəbul edilmiş bütün xxxxxx həcmində müəyyən olunur), təminat verilərsə bu istisna öz qüvvəsini itirir.
6.5. Düzgün yolla və ya sığortalının işçilərin dələzduzluğu daxil olmaqla, hiyləgərliklə, saxtakarlıqla, edilməsindən asılı olmayaraq, əmanətçinin hesabından sığortalı tərəfindən pul vəsaitlərini kredit verməsi nəticəsində, əmanətlərin yığıla bilməməsi ilə bağlı
zərərlər.
6.6. Bu qaydaların, sığorta təminatının 5.1.1-ci bəndində qeyd olunanlar istisna olmaqla, əmanətçinin hesabından pul vəsaitlərin sığortalı tərəfindən səhvən kredit verməsi nəticəsində, belə hesabda ödəniş və silinmələr ilə əlaqədar baş verən itki və zərər.
6.7. Hər hansı kassirin nağd vəsaitində onun səhvi nəticəsində məbləğindən asılı olmayaraq, pul vəsaiti;
6.8. Bu qaydaların, sığorta təminatının 5.1.1-ci bəndində qeyd olunanlar istisna olmaqla, müştərilərin seyflərində xxxx hər hansı əmlakın itkisi və ya zədələnməsi;
6.9. Sığortalının ərazisindən kənarda xxxx təhlükə nəticəsində, aşağıdakılar nəticəsində əmlakın təhvil verilməsi ilə əlaqədar hər hansı bir itki:
a) Tranzitdə, sığortalının işçisinin himayəsində xxxx əmlak istisna olmaqla, sığortalının rəhbərinə və ya digər hər hansı işçisinə yaxud hər hansı bir şəxsə bədən xəsarəti yetirməklə,.
b) Sığortalının və ya hər hansı bir şəxsin əmlakına zərər vurmaqla.
6.10. Bu qaydaların, sığorta təminatının 5.1.1-ci bəndində qeyd olunanlar istisna olmaqla, birbaşa və ya dolayı yolla sığortalıya məxsus və istifadəsində xxxx və ya birgə payı xxxx ofisdən kənarda xxxx kompyuter sisteminə edilmiş manipulyasiya nəticəsində baş vermiş hər-hansı zərər və itkilər.
6.11. Bu qaydaların, sığorta təminatının 5.1.1-ci, 5.1.4-cü yaxud 5-ci bəndində qeyd olunanlar istisna olmaqla dələduzluq və ya saxtakarlıq ilə dəyişikliklər birbaşa və ya dolayı yolla dəymiş zərərlər.
6.12. Bu qaydaların, sığorta təminatının 5.1.1-ci bəndində qeyd olunanlar istisna olmaqla, yol çeklərinin, yol akkreditivlərinin, güzəşt və ya alış çeklərinin, konosementlərin, anbarda istifadə olunan qəbzlərin, hesabatların və bu kimi məqsədlər üçün istifadə olunan xxxx hesab və qəbzlərin saxtalaşdırılması və ya qeyri-qanuni dəyişdirilməsi nəticəsinə baş verən birbaşa və ya dolayı itki
6.13. Satılmaq hüququ xxxx, Sığortalının nəzarətində saxlanılan satılmayan yol çekləri ilə bağlı hər hansı itki və zərərlər.
6.14. Sığortalı və ya digər şəxs tərəfindən buraxılan və ya buraxılması nəzərdə tutulan hər hansı bir kredit və ya borc kartları ilə bağlı hər hansı zərər
6.15. Bu müqavilə ilə təminat verilən birbaşa maliyyə itkisi üçün ödənilən ödənişlərlə bağlı zərərlər istisna olmaqla, sığortalı tərəfindən qanunvericiliklə məsuliyyət daşıdığı (cərimə və s. bunu kimilər) bütün zərərlər;
6.16. Bu müqavilə ilə təminat verilən risklər nəticəsində gəlir və dividentlər daxil olmaqla, xxxxx bunlarla məhdudlaşmayan potensial
gəlir itkisi;
6.17. Aşınma, tədricən köhnəlmə, güvə və ya həşəratlar nəticəsində hər hansı əmlaka dəymiş itki və ziyan.
6.18. Birbaşa və ya dolayı xxxxx xxxxx, qasırğa, siklon, yeraltı yanğın, vulkan püskürməsi, zəlzələ və digər təbii fəlakətlər nəticəsində və ya bunlarla eyni zamanda yanğın və talanetmə nəticəsində əmələ gəlmiş itki və ziyanlar
6.19. Müharibə, terrorizm, üsyan, xarici düşmənlərin basqını, hərbi hərəkətlər yaxud hərbi əməliyyatlar (müharibə elan olunub- olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, xalq hərəkatı, hakimiyyətin hərbi və güc yolu ilə zəbt edilməsi, hərbi vəziyyət, kütləvi iğtişaşlar, tətil nəticəsində birbaşa və ya dolayı yolla baş vermiş hər hansı itki və zərər; Sığortalı bu növ sığorta üzrə sığorta hadisəsi zamanı itki və ziyanın yuxarıda sadalanan həmin hallar nəticəsində baş vermədiyini sübut etməlidir.
6.20. a) Hər hansı əmlakın itkisi və ya məhv olması yaxud məhv olma və sonrakı itkilər nəticəsində hər hansı xərclər
b) Hər hansı hüquqi məsuliyyət birbaşa və ya dolayısı ilə aşağıdakılar nəticəsində baş verərsə
- İonlaşdırma şüası yaxud hər hansı nüvə yanacağından törəyən radioaktivlik nəticəsində çirklənmə yaxud nüvə yanacağının yanması nəticəsində əmələ gələn tullantılar
- Partlayıcı nüvə qurğusu və ya onun komponentlərinin radioaktiv, zəhərli, partlayıcı və digər təhlükəli faktorları.
7. Sığorta müqaviləsi
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq
edilir.
7.2. Sığorta müqaviləsinin tərəfləri
7.2.1. Sığortaçı
7.2.1.1 .Bu Qaydalara əsasən Sığortaçı ‘‘Paşa Sığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Şəhadətnamədə adı Sığortalı kimi göstərilən və Ərizə formasında göstərilən və Sığortalının nəzarətində xxxx Xxxxxx Filialları.
7.2.3. Faydalanan şəxs
Sığorta müqaviləsi üzrə fayda götürən yalnız şəhadətnamədə adı çəkilən Sığortalıdır və heç bir zaman Sığortalıdan başqa digər şəxs(lər) bu sığorta müqaviləsi üzrə hər hansı tələb ilə çıxış edə bilməz.
8. Sığorta haqqı
8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər.
8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün
saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir.
8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir.
8.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
8.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
9. Sığorta ərazisi.
9.1. Sığorta ərazisi - sığorta müqaviləsi ilə razılaşdırılmış ərazi hüdudlarında təminatda hesab olunur.
9.2. Sığortalanmış əmlak sığorta ərazisindən çıxarıldıqda sığorta təminatı dayandırılır.
10. Sığorta müddəti
10.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da
başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
11. Azadolma məbləği və / və ya gözləmə müddəti
11.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
11.2 Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
11.4. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
11.5. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
11.6. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.
11.7. Zərər bu sığorta təminatına daxil xxxx xxx neçə risk nəticəsində baş verdiyindən bu risklər üzrə nəzərdə tutulan maksimal franşiza tətbiq olunmalıdır.
12. Dəyişikliklər haqqında məlumat
12.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
12.2. Sığortalı, 12.1. bəndində qeyd olunanlara əlavə olaraq, aşağıdakılar barədə də Sığortaçıya dərhal məlumat verilməsini təmin etməlidir:
12.2.1. Başqa müəssisələrlə hər hansı qaydada birləşmə, yaxud müəssisənin mülkiyyətində və idarəçiliyində, maliyyəsində və s. dəyişikliyin yaranmasına səbəb olmuş aktiv və ya səhmlərin alınması, yaxud satılması;
12.2.2. Sığortalı hökumət və ya yerli hakimiyyət orqanları tərəfindən təyin edilmiş hər hansı təşkilat, yaxud dövlət məmuru tərəfindən nəzarətə götürülməsi
12.3.Sığortaçı dəyişikliklər barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.3.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
12.3.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.3.3 . belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
13. Təhlükəsizlik normalarının pozulması
13.1. Sığortaçı Sığortalının qanunların və ya digər normativ aktların müəyyən etdiyi yanğın əleyhinə təhlükəsizlik, binaların, avadanlığın və əmlakın mühafizəsi, işlərin icra üzrə təhlükəsizlik qaydaları və normalarını və ya digər analoji normaları pozmasının səbəb olduğu sığorta hadisələri üzrə sığorta ödənişi verməkdən imtina edə bilər.
13.2. Sığortaçı, səbəbi yalnız təhlükəsizlik normalarının pozulması xxxx sığorta hadisələri üzrə sığorta ödənişi verməkdən imtina edə bilər. Xxxxx bu normaların pozulması sığorta hadisəsinin baş vermə səbəbləri ilə bağlılığı olmadıqda sığorta ödənişi verilir.
14. Şərikli sığorta
14.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
14.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış
paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
14.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
14.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz
15. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
15.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığortaçı, faydalanan şəxsin (əgər varsa) yazılı razılığı ilə müqavilənin şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
16. Sığorta müqaviləsinə xitam verilməsi
16.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
16.1.1. Müqavilənin müddəti bitdikdə;
16.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
16.1.3. Sığortalı sığorta haqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
16.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
16.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
16.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
16.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
16.1.8. Sığortaçı, bu qaydaların, 12.2.1 və 12.2.2.bəndlərində göstərildiyi kimi müəssisənin sahibi və ya mülkiyyətçinin dəyişilməsi ilə əlaqədar sığorta təminatım davam etdirməkdən imtina edərsə;
16.1.9. Sığortalı bu qaydaların, 12.2.1 bəndində göstərildiyi kimi, müəssisənin idarəçiliyi və ya mülkiyyətində hər hansı birləşmə, yaxud dəyişiklik haqqında 30 gün ərzində Sığortaçıya məlumat verməzsə;
16.1.10.Sığortalının hər hansı işçinin dələduzluq və ya fırıldaq hərəkətləri Sığortalıya məlum olduğu an dərhal, xxxxx əmlakın itkisi
onun həmin işçinin mühafizəsi altında tranzitdə olduğu zaman baş verdiyi hallar istisna olunur.
16.1.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
16.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
16.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
16.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
16.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
16.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır
16.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya
ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 16.4.1 -ci və i 6.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 16.4.3.-cü və 16.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
17. Tərəflərin hüquq və öhdəlikləri
17.1. Sığortalının aşağıdakı hüquqları var:
17.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
17.1.2. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
17.1.3. sığorta müqaviləsinə xitam vermək;
17.1.4. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
17.1.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.2. Sığortalının aşağıdakı vəzifələri var:
17.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
17.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
17.2.3 sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir, xxxxxx dərəcəsinin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
17.2.4. sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
17.2.5. sığorta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
17.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
17.3. Sığortaçının aşağıdakı hüquqları var:
17.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
17.3.2. sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
17.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, auditor yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
17.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
17.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
17.4. Sığortaçının aşağıdakı vəzifələri var:
17.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli,
17.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 19.5 ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
17.4.3. qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
17.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
17.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
18. Sığorta hadisəsi baş verdikdə Sığortalının öhdəlikləri:
18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
18.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməlidir;
18.1.2. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
19. Zərərin müəyyən edilməsi və sığorta ödənişinin verilməsi:
19.1.Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların
nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
19.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi
sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
19.3.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert yaxud auditorlar tərəfindən aparılır.
19.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər yaxud auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
19.5. Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmini təsdiq edən bütün zəruri sənədləri aldıqdan sonra 60 gün ərzində verilməlidir. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır. Tələb olunmuş sənədlərin təqdim olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir.
- Sığortalının sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
- Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlum hadisə ilə bağlı məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
- Sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
19.7. Zərərin həcmi aşağıdakı kimi müəyyən edilir:
19.7.1. Xxxx xxx məhv olduqda - köhnəlmə nəzərə alınmaqla sığorta hadisəsi baş verdiyi tarixə onun həqiqi dəyərinin həcmində, xxxxx sığorta məbləğindən artıq olmamaqla.
19.7.2. Bina qismən zədələndikdə - bərpa xərcləri həcmində.
19.7.2.1. Bərpa xərclərinə aşağıdakılar daxildir:
- təmir üçün material və ehtiyat hissələri xərcləri;
- təmir üzrə işlərin ödənilməsi xərcləri;
- materialların təmir yerinə çatdırılması və sığortalanmış predmetlərin bilavasitə sığorta hadisəsi baş verməmişdən əvvəl olduğu vəziyyətdə bərpa etmək üçün tələb olunan digər xərclər.
Ancaq xüsusi olaraq sığorta müqaviləsi ilə nəzərdə tutulduqda, aşağıdakılara təminat verilir:
- istirahət və bayram günlərində, gecə və işdən sonrakı vaxtda təmir üzrə icra olunan təcili işlərin ödənilməsi üzrə əlavə xərclər;
- təcili çatdırılmanın ödənilməsi üzrə əlavə xərclər;
- təyyarə ilə daşınmanın ödənilməsi üzrə əlavə xərclər.
19.7.2.2. Bərpa xərclərinə aşağıdakılar daxil deyil:
- sığortalanmış obyektin dəyişdirilməsi və ya yaxşılaşdırılmasının səbəb olduğu əlavə xərclər;
- müvəqqəti təmir və ya köməkçi təmir və ya bərpanın səbəb olduğu əlavə xərclər;
- sığorta məbləği müəyyən edilərkən nəzərə alınmamış və sığorta müqaviləsi bağlanarkən ona daxil edilməmiş xərclər;
- tələb olunandan artıq çəkilmiş digər xərclər.
19.7.3. Qiymətli kağızların və xarici valyuta aşağıda qeyd olunmuş qaydada qiymətləndirilir:
Itkisi üzrə tələb irəli sürülən istənilən qiymətli kağızlar və ya xarici valyutanın dəyəri, onların belə itki aşkar olunduğu tarixədək son iş günə xxxx axır bazar dəyəri, bazarda əməliyyatların başa çatdığı halda isə zərər aşkar edildiyi günə son bazar dəyəri ilə müəyyən olunur.
Əgər zərərin aşkar edildiyi gün bazar qiymətləri haqqında məlumat olmazsa, bu halda zərər məbləği Sığortalı ilə Sığortaçının arasındakı razılaşma əsasında, onların arasında razılaşma baş tutmadığı hallarda isə məhkəmə yolu ilə müəyyən olunur. Xxxxx əgər belə qiymətli kağızlar və ya xarici valyuta Sığortaçının razılığı ilə Sığortalı tərəfindən bərpa olunarsa, bu zaman isə faktiki ödəmə məbləği onların bərpa qiyməti əsasında müəyyən ediləcəkdir.
19.7.4. Mühasibat kitabı və sənədlər aşağıda qeyd olunmuş qaydada qiymətləndirilir:
Sığortalının işlərin aparılması üçün istifadə etdiyi mühasibat kitabı və digər sənədlərdən ibarət əmlakın itkisi və ya zədələnməsi hallarında, Sığortalı bu Qaydaların şərtləri əsasında yalnız o halda məsuliyyət daşıyır ki, belə kitab və sənədlərin surətləri Sığortalıda qalmış olsun və bu halda Sığortaçı sığorta ödənişini yalnız doldurulmamış kitab və sənədlərin dəyəri əlavə olaraq belə kitab və sənədlərin bərpası üçün Sığortalının təqdim etdiyi məlumatların yığılması üçün iş saatları üzrə əməyin dəyəri ödəyəcəkdir.
19.8. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər:
19.8.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu
iş üzrə yekun qərarından sonra qəbul edir.
19.8.2. Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Xxxxx imtina edərsə, Sığortaçı sığortalanmış əmlakın məhv olmasına görə müvafiq ödəniş verdikdən və ya onun ehtiyat hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və yaxud ehtiyat hissələrinə xxxx hüquqları Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir. Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur. İtmiş əmlakın sonradan tapılması halında əmlaka Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya xxxx qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı Sığortalıya həmin zərərlərin əvəzini ödəyir.
19.8.3 Sığortalı zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
19.8.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və
ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
20. Ödənişdən imtinanın əsasları
20.7. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
20.7.2. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
20.7.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi
olması;
20.7.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
20.7.5. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
20.7.6. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
20.7.7. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 8.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
20.7.8. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
21. Subroqasiya hüququ
21.1 Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
21.2 Sığortalının zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq bu sığorta növü üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
21.3 Sığortalı sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
21.4 Sığortalı şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin qaytarmasını tələb edə bilər.
21.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
22. Tərəflərin məsuliyyəti
22.1. Bu qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
23. İkili sığorta
23.1. Bu növ sığortaya itki və zərərlər baş verdiyi an bu müqavilədən başqa qüvvədə xxxx hər hansı digər sığorta müqaviləsi və ya müqavilələri ilə təminat verilmişdirsə, istənilən franşiza daxil olmaqla zərərin digər sığorta müqaviləsi və ya müqavilələri üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq xxxx hissəsi (bu sığorta müqaviləsində göstərilən sığorta məbləğindən artıq olmamaq şərtilə üzrə) istisna olmaqla belə itki və zərərlərə təminat verilmir.
24. Sığorta iddiaları ilə bağlı şərtlər
24.1. Sığortalının aşağıda qeyd olunanlara riayət etməsi bu müqavilə üzrə sığorta iddiaları ilə bağlı şərtləri əhatə edir: |
a) Sığortalının bütün iş fəaliyyətini əhatə edən təlimatlar, qaydalar kitabı(ları) səlahiyyəti xxxx hər bir işçi tərəfindən saxlanılmalı və idarə edilməlidir və hər bir işçi bu təlimatlara uyğun olaraq öz vəzifəsini düzgün yerinə yetirməlidir.
b) Hər bir işçinin öhdəliyi elə qurulmalıdır ki, heç bir işçiyə hər hansı əməliyyata əvvəldən sona qədər nəzarət etməsinə icazə verilməməlidir.
c) Birgə mühafizə yaradılmalıdır və aşağıdakıları mühafizə etməlidir
1) Seyfdə və saxlancda xxxx əmlak
2) Seyfin və saxlancın bütün açarları
3) Kodlar və şifrələr
“Birgə mühafizə” dedikdə, yuxarıda qeyd olunanlar ən azı bir digər şəxsin (hansı ki, adı çəkilən əşya və yazılara fiziki olaraq bərabər məsuliyyət daşıyır) müşahidəsi və iştirakı ilə nəzarət etməsidir. Seyf elə bağlanılmalıdır ki, heç bir şəxs onu tək aça bilməsin.
d) İkiqat nəzarət aşağıdakıları nəzarət etməlidir:
1) Bütün növ qiymətli kağızlar, dövriyyədə xxxx və yaxud olmayan sənədlər və burada qeyd olunanların blank formaları.
2) Çeklər, ödəniş tapşırıqları və çap olunmamış yol çekləri
3) Əmanətçinin aktiv hesabı
4) Kod, açar və şifrələr
“İkiqat nəzarət” dedikdə, bir şəxsin işinin iş prosesində ikinci şəxs tərəfindən yoxlanılması və hər iki şəxsin məsuliyyətinin bölüşdürülməsi
e) Hər işçi il ərzində ən azı iki həftəlik fasiləsiz məzuniyyət tələb etməlidir və bu müddət ərzində həmin işçi heç bir öhdəlik yerinə yetirməməli və Sığortalının ofisindən kənar olmalıdır.
f) Sığortalının işi ilə əlaqədar hesabların və hesabatların yığımına kənardan müstəqil auditorlar tərəfindən audit yoxlamaları aparılmalıdır. Sığortalı iş fəaliyyəti ilə əlaqədar kompyuter sistemi daxil olmaqla bütün əmlakında azı ildə bir dəfə daxili audit yoxlamalarını həyata keçirməyə göstəriş verməlidir. Sığortalı bu auditlə bağlı bütün yazıları və sənədləri özündə saxlamalıdır.
25. İş sirlərinin gizli saxlanılması
25.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığortalıya dəyən maddi
və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
26. Mübahisələrin həlli qaydası
26.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“PAŞA SIĞORTA” ASC
BANK VƏ BANK ƏMƏLİYYATLARI SIĞORTASI
üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) - 400 000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 40 000 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) - 7.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək.
Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır: Tə = 100qSö/So = 100.0,01 40 000 /400 000 = 0,1 manat.
Təsəvvür edək ki, toplanmış sığorta haqları sığorta ödənişinə verilməsinə 0.9 ehtimalı kifayət edir.
Cədvələ əsasən bu ehtimala uyğun əmsal 1,3 olar. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
l/2 1/2
Tr=l,2Tə.a.((l-q)/(nq)) = 0,1.1,2.1,3.((l-0,01)/(7.0,01)) = 0,59 manat.
Tn = Tə + Tr = 0,1 + 0,59 = 0,69 manat.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%, yüklənmə -50%. O cümlədən işlərin aparılması xərcləri-44%, məcburi ödəmələr-0,3%, tarif mənfəəti-5.7%.
BRUTTO-DƏRƏCƏNİ TB İLƏ İŞARƏ EDƏK. ONDA BRUTTO-DƏRƏCƏNİN HESABLANMASI DÜSTURUNA ƏSASƏN
Tb = Tn /(1-f) = 0,69/(1-0,5) = 1,38 manat.
Sığortanın şərtlərindən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,1 %-10%, aralığında dəyişir.