BAKI 2016
Daşınar və ya daşınmaz əmlakın istimarı ilə xxxxx xxxxx məsuliyyətin sığortası QAYDALARI
BAKI 2016
Maddə 1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.
1.2. Bu Qaydalar əsasında bundan sonra mətn üzrə «Sığortaçı» adlanacaq təşkilat, bundan sonra mətn üzrə «Sığortalı» adlanacaq istənilən təşkilati-hüquqi formada xxxx hüquqi şəxslərlə, qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar kimi qeydiyyatdan keçmiş fəaliyyət qabiliyyətli fiziki şəxslərlə və qanuni əsasla əmlakı istifadə edən digər şəxslərlə əmlakın istismarı zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, və/və ya əmlakına zərər dəyməsi nəticəsində yaranan öhdəliklərə görə mülki məsuliyyətin könüllü sığortası müqaviləsini (bundan sonra mətn üzrə «sığorta müqaviləsi») bağlayır.
1.3. Sığorta müqaviləsinə görə həm Sığortalının özünün mülki məsuliyyəti, həm də üzərinə belə bir məsuliyyət qoyula bilən, Sığorta müqaviləsində adı çəkilən digər şəxsin (bundan sonra mətn üzrə «Sığorta olunan») mülki məsuliyyəti üzrə risk sığortalana bilər. Xxxxx, zərər vurmağa görə məsuliyyət riskinin sığorta müqaviləsi üzrə Sığortalıdan başqa şəxsin məsuliyyəti sığortalanırsa, Sığortalı, əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, sığorta hadisəsi baş verənə qədər istənilən vaxt bu şəxsi Sığortaçıya yazılı bildirməklə başqası ilə əvəz etmək hüququna malikdir.
1.4. Daşınar və ya daşınmaz əmlakın istismarı ilə xxxxx xxxxx məsuliyyətin sığortası müqaviləsi, hətta müqavilə zərər vurmağa görə məsuliyyət daşıyan Sığortalının və ya digər Sığorta olunanin xeyrinə bağlansa da, yaxud müqavilədə onun kimin xeyrinə bağlanması göstərilməsə də, zərərə məruz qala bilən şəxsin xeyrinə bağlanmış hesab olunur. Zərər vurmağa görə məsuliyyət riski sığortalanmış Sığorta olunan sığorta müqaviləsində göstərilməlidir, belə olmadıqda, Sığortalının öz məsuliyyət riski sığortalanmış hesab olunur.
1.5. Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli şəxs; Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət; Sığorta tarifi – sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Mühüm şərtlər –Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta predmetinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
Maddə 2. Sığorta sinifi
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu əmlak sığortasına aid xxxx ümumi mülki məsuliyyətin sığortası sinifinə aiddir.
Maddə 3. Sığortanın predmeti və sığorta ərazisi
3.1. Bu Qaydalara əsasən sığortanın predmeti əmlakın (daşınar və daşınmaz əmlak) istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyətdir.
3.2. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalara əsasən sığorta ərazisi Azərbaycan Respublikası hesab edilir.
Maddə 4. Sığorta riskləri
4.1. Bu Qaydalara əsasən Sığortaçı Sığortalıya aşağıdakı sığorta risklərindən təminat verir:
4.1.1. elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
4.1.2. qaz partlayışı;
4.1.3. elektrik naqillərində baş verən qısa qapanma;
4.1.4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
4.1.5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
4.2. Bu qaydaların 4.1. bəndində nəzərdə tutulanlardan əlavə digər risklər tərəflər arasında razılaşmaya əsasən müqaviləyə daxil edilə bilər.
Maddə 5. Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər
5.1. Sığorta təminatı aşağıdakılarla bağlı məsüliyyəti əhatə etmir:
5.1.1. Daimi, mütəmadi və ya uzunmuddətli termik təsirin, yaxud qazın, buxarın, şüanın, mayenin, nəmişliyin təsiri, həmçinin istənilən, o cümlədən qeyri-atmosfer çöküntülərinin (qurum, his, tüstü, toz və s.) təsiri;
5.1.2. Sığortalının və ya Sığorta olunanın əmlakın təyinatından kənar məqsədlərlə istifadə edilməsi
5.1.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sığortalının və ya Sığorta olunanın icarəyə (kirayəyə, lizinqə), girova və ya məsul saxlamağa götürdüyü predmetlərin zədələnməsi, məhv olması və ya korlanması ilə bağlı zərərin əvəzinin ödənilməsi barədə tələblər;
5.1.4. Müqavilə əsasında və ya Sığortalının və ya Sığorta olunanın razılığı ilə bəyan edilən zərərin əvəzinin ödənilməsi, həmçinin öhdəliklərin natura ilə yerinə yetirilməsinin əvəzinə edilən ödənişlər və ya müqavilə üzrə cərimə sanksiyaları kimi edilən ödənişlər;
5.1.5. Qarantiya və analoji öhdəliklər və ya qarantiya müqaviləsi üzrə tələblər;
5.1.6. Sığorta müqaviləsində nəzərdə tutulmuş həcmdən və məbləğdən yuxarı xxxx zərərin əvəzinin ödənilməsi barədə tələblər;
5.1.7. Mənəvi ziyanın kompensasiyası üzrə iddialar;
5.1.8. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə iddialar.
5.1.9. Hərbi əməliyyat, üsyan, qiyam, xalq iğtişaşları, silahlı qruplaşmaların və terrorçuların fəaliyyəti nəticəsində dəyən zərərin ödənilməsi ilə bağlı istənilən tələb;
5.1.10. Radioaktiv çirklənmədən, şüalanmadan və nüvə yanacağının istifadəsi ilə xxxxx xxxx fəaliyyətin digər nəticələrindən baş verən hallar;
5.1.11. Təbii fəlakətlər - zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi;
5.1.12. Cərimələr və ya nümunəvi formada maliyyə cərimələri, cəzalar, kompensasiyaların hasili, ödənişlər haqqında qərarlar formasındakı cəzalar və zərərlər;
5.2. Baş verən hadisə aşağıdakı hallarda sığorta hadisəsi hesab edilmir:
5.2.1. Üçüncü şəxsin tələbi Sığortalının və ya Sığorta olunanın, onların əməkdaşlarının, sığortalanmış ünvanda xxxx şəxslərin, həmçinin Sığortalının və ya Sığorta olunanın razılığı ilə onlara məxsus binalarda alkoqollu, narkotik sərxoş vəziyyətdə işləyən şəxslərin fəaliyyətinin nəticəsi olarsa;
5.2.2. Üçüncü şəxsin tələbinin predmeti həmin üçüncü şəxsin qəsdən etdiyi hərəkətin nəticəsində yaranan zərərin əvəzinin ödənilməsi olduqda;
5.2.3. Üçüncü şəxsin tələbinin predmeti Sığortalının və ya Sığorta olunanın, onların işçilərinin, sığortalanmış ünvanda xxxx şəxslərin, həmçinin Sığortalının və ya Sığorta olunanın razılığı ilə onlara məxsus binalarda işləyən şəxslərin kobud ehtiyatsızlığı üzündən üçüncü şəxslərin əmlakına dəyən zərərin əvəzinin ödənilməsidirsə.
5.2.4. Üçüncü şəxsin tələbinin predmeti mənəvi zərərin əvəzinin ödənilməsidirsə;
5.2.5. Üçüncü şəxsin tələbinin predmeti həmin şəxsin aşağıdakı əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı olarsa: əntiq və nadir əşyalar, qiymətli metallardan, qiymətli, yarımqiymətli daşlardan hazırlanmış məmulatlar, dini ayinlərin predmetləri, kolleksiyalar, incəsənət əsərləri, rəsm əsərləri, pul nişanları, qiymətli kağızlar, sənədlər və fotoşəkillər.
5.2.6. Sığorta müqaviləsində qeyd edilən sığorta predmetinin yerləşdiyi ünvandan kənarda baş vermiş hadisə nəticəsində dəyən zərərin ödənilməsi barədə tələb;
5.2.7. Sığortalı və Sığorta olunan da daxil olmaqla, qəsdən zərər vurmuş istənilən şəxsin tələbi və ya iddiası. Bu zaman qəsdən vurulmuş zərərə itkinin baş verməsinin mümkünlüyünün kifayət qədər böyük ehtimalla gözlənilməsi və belə hərəkətə görə məsuliyyət daşıyan şəxsin bilərəkdən ona yol verməsi ilə müşayət olunan hərəkət və ya hərəkətsizlik aid edilir;
5.2.8. eyni müqavilə üzrə biri-birinə qarşı məsuliyyətləri sığortalanmış Sığortalı və ya Sığorta olunan tərəfindən irəli sürülən tələb;
5.2.9. xxxxxx dərəcəsini əhəmiyyətli dərəcədə artıran, Sığortaçı tərəfindən Sığortalıya ümumqəbuledilmiş qaydalara görə aradan qaldırılması tapşırılan halların Sığortaçı ilə razılaşdırılmış müddət ərzində Sığortalının aradan qaldırmaması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə tələb;
5.2.10. qurğu və avadanlığın köhnəlməsinin birbaşa nəticəsində baş verən hallar;
5.2.11. Sığortalı tərəfindən qanunların, qərarların, müəssisə və istehsalat qaydalarının, normalarının və normativ sənədlərin tələblərinin qəsdən pozulması nəticəsində baş verən hallar.
5.2.12. Hər hansı bir müqavilənin şərtlərinə və ya xüsusi anlaşmaya əsaslanaraq sığortalının qanuni məsuliyyət həddini aşması.
5.2.13. Mühərrikli nəqliyyat vasitələri və onlara qoşulan yedəklər, mühərrikli velosipedlərin (mopedlərin) və hər növ hava nəqliyyat vasitələrini idarə edənlər və ya sahiblərinə qarşı irəli sürülən tələblər.
Maddə 6. Sığorta hadisəsi
6.1. Sığorta hadisəsi Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydalarda nəzərdə tutulmuş, mülki qanunvericiliyin normalarına uyğun olaraq üçüncü şəxslərin onlara dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortalıya və ya Sığorta olunmuş şəxsə qarşı tələb irəli sürməsi üçün əsas xxxx haldır.
6.2. Bu Qaydalar üzrə əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində Maddə 4-də qeyd edilən hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
6.3. Əgər zərər dəyməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə və ya Sığortaçının yazılı razılığı əsasında üçüncü şəxsin sağlamlığına və ya əmlakına dəyən zərəri Sığorta olunanın ödəməsi barədə maddi iddianın Sığortalı, yaxud Sığorta olunan tərəfindən qəbul olunması ilə təsdiqlənərsə, baş vermiş hadisə sığorta hadisəsi sayılır.
Maddə 7. Sığorta təminatı
7.1. Əgər Sığortalının və ya Sığorta olunanın sığortalanmış əmlakın istismarı nəticəsində sığorta hadisəsi aşağıdakılarla nəticələnərsə, Sığortaçının öhdəliyi yaranır:
7.1.1. zərərçəkənin ölümü, əmək qabiliyyətini itirməsi, şikəst olması (fiziki zərər);
7.1.2. üçüncü şəxsə məxsus əmlakın məhv olması və ya zədələnməsi (maddi zərər).
7.2. Əgər sığorta müqaviləsində razılaşdırılmışdırsa, Sığortaçı şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirlilik dərəcəsinin aydınlaşdırılması üzrə əsaslandırılmış xərcləri, həmçinin zərərin səbəbi olması ehtimal edilən hadisə ilə əlaqədar məhkəmə orqanlarında işin aparılması üzrə çəkilən xərcləri Sığortalıya ödəyir.
7.3. Sığortaçı həmçinin sığorta hadisəsi nəticəsində zərərə məruz qalan şəxsin həyatının və ya əmlakının xilas edilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin azaldılması məqsədilə Sığortalının və ya Sığorta olunanın lazımi və məqsədəuyğun xərclərinin əvəzini ödəyir.
7.4. Bu sığorta müstəsna olaraq, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə şamil olunur.
Maddə 8. Sığorta məbləği və onun müəyyən edilmə qaydası
8.1. Sığorta məbləği (öhdəliyin həddi) Sığorta müqaviləsində razılaşdırılan elə pul məbləğidir ki, onun əsasında sığorta haqqının və sığorta ödənişinin həcmi müəyyən edilir.
8.2. Sığorta müqaviləsində göstərilmiş hədd, əgər müqavilədə məsuliyyətin hədləri aşağıdakı kimi razılaşdırılmayıbsa, həm fiziki, həm də maddi zərər üçün vahid məbləğdə müəyyən edilmiş hesab olunur:
8.2.1. məhkəmə xərclərinin kompensasiyası da daxil olmaqla, sığortaya qəbul edilmiş hər bir risk üzrə (bu Qaydaların 7.2-ci bəndi);
8.2.2. bir sığorta hadisəsi üzrə;
8.2.3. bir sığorta hadisəsi nəticəsində zərər çəkən bir şəxsə verilən ödəniş üzrə.
8.3. Hər illik sığorta müddətində baş vermiş bütün sığorta hadisələri üzrə verilən sığorta ödənişinin ümumi məbləği öhdəliyin müəyyən edilmiş illik ümumi məbləğini aşa bilməz.
Maddə 9. Sığorta haqqının ödənilməsi qaydası
9.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
9.2. Sığorta haqqı birdəfəlik ödənilir, xxxxx Sığorta müqaviləsi bağlanarkən tərəflər sığorta haqqının müəyyən müddət ərzində ödənilməsi barədə razılığa gələ bilərlər. Bu zaman sığorta müqaviləsində tərəflər ödəmə müddətlərinin konkret qaydasını, həmçinin ödəmə müddətləri və sığorta haqqının ayrı-ayrı hissələrinin miqdarı üzrə məhdudiyyətləri və tələbləri, müddətli ödəmələrlə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edirlər.
9.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 9.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
9.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
9.5. Sığorta haqqının ödənilmə günü sığorta haqqının Sığortaçının hesabına daxil olduğu gün və ya sığorta haqqının nağd pulla ödənildiyi gün hesab olunur.
Maddə 10. Sığorta müqaviləsinin bağlanması, ona əlavə və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
10.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizədə sığorta olunan obyekt haqqında bütün lazımi məlumatlar göstərilməlidir. Ərizə Sığorta müqaviləsi bağlandıqdan sonra onun tərkib hissəsi sayılır.
10.2. Müqavilə bağlanarkən Sığortalı Sığortaçının sığorta riskini qiymətləndirmək üçün verdiyi bütün suallarına cavab verməlidir.
10.3. Sığorta müqaviləsi yazılı şəkildə aşağıdakı kimi bağlanır:
10.3.1. tərəflərin müəyyən bir sənədi - sığorta müqaviləsini tərtib etməsi və qarşılıqlı imzalaması yolu ilə;
10.3.2. Sığortalının Sığortaçının müvafiq sığorta qaydaları ilə razılaşmasını təsdiq etməsi şərtilə ona, həmin qaydalarda nəzərdə tutulan sığorta təminatından istisnaların və (və ya) belə təminata əlavələrin də əks olunduğu sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
10.3.3. Sığorta müqaviləsi onun qüvvədə olduğu müddət ərzində itərsə, Sığortalıya onun yazılı ərizəsi əsasında dublikat verilir.
10.4. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
10.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi günü saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
10.6. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
10.7. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
10.7.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
10.7.2. Aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:
10.7.2.1. Əmlak sığortası müqaviləsini bağlamış Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
10.7.2.2. Qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
10.7.2.3. Sığortalı xxxx hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri müvafiq hüquqi varisinə keçir;
10.7.3. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
10.7.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
10.7.5. Sığorta marağı artıq mövcud olmadıqda;
10.7.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.7.7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
10.8. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
10.9. Aşağıdakı müddəalar nəzərə alınmaqla sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər:
10.9.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu zaman bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
10.9.1.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
10.9.1.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
10.9.1.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
10.9.1.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 10.9.1.1. və 10.9.1.2.-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10.10. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa işlərin aparılması xərci müqavilə üzrə sığorta haqqının 25%-ni təşkil edir.
10.11. Sığorta müqaviləsinə sığortalının ölümü ilə əlaqədar xitam verildikdə, Sığortaçı ödənilmiş sığorta haqlarının sığorta müqaviləsinin qalan müddətinə müvafiq hissəsini ölmüş Sığortalının qanuni vərəsəsinə qaytarır.
Maddə 11. Azadolma məbləği
11.1. Sığorta müqaviləsi ilə zərərlərin ödənilməsində Sığortalının öz payı – Sığortaçının azad olduğu hissə (azadolma) müəyyən edilə bilər. Bu halda sığorta ödənişi azadolma
məbləğindən yuxarı həddə həyata keçirilir (şərtsiz azadolma). Azadolma məbləğini aşmayan zərərlərin əvəzi ödənilmir.
11.2. Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta müqaviləsi məsuliyyət həddinin 1%-i həddində azadolma məbləği ilə bağlanmış hesab edilir.
11.3. Azadolma hər bir sığorta hadisəsi üzrə müəyyən edilir. Əgər bir neçə sığorta hadisəsi baş verərsə, azadolma onların hər biri üzrə hesablanır.
Maddə 12. Tərəflərin hüquq və vəzifələri
12.1. Sığortalının hüquqları:
12.1.1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
12.1.2. sığortaçıdan sığortanın aparılması qaydaları və şərtləri, həmçinin sığortalının hüquq və vəzifələri barədə məlumat almaq;
12.1.3. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;
12.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
12.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
12.2. Sığortalının vəzifələri:
12.2.1. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
12.2.2. Sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçını məlumatlandırmaq;
12.3. Sığortaçının hüquqları:
12.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
12.3.2. sığorta müqaviləsi bağlayarkən, sığorta riskini qiymətləndirərkən xxxxx xxxx müvafiq məlumatları və sənədləri sığortalıdan tələb etmək, habelə sığorta müqaviləsinin aid olduğu əmlaka baxış keçirmək;
12.3.3. sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq;
12.3.4. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
12.4. Sığortaçının vəzifələri:
12.4.1. Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi riskini və sığorta predmetinə dəyə bilən mümkün zərərlərin həcmini azaldan tədbirlər həyata keçirildikdə və ya sığorta predmetinin həqiqi dəyəri artdığı halda, Sığortalının ərizəsi əsasında bu hallar nəzərə alınmaqla Sığorta müqaviləsini yenidən bağlamaq;
12.4.2. Sığorta hadisəsi baş verdikdə, sığorta predmetinə dəyən zəzərin aradan qaldırılması və ya azaldılması üçün Sığortalının çəkdiyi xərclərin əvəzini ödəmək;
12.4.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı yaymamaq.
12.4.4. Sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda:
12.4.4.1. Sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktı tərtib etmək və Sığortalının təqdim etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;
12.4.4.2. Sığorta ödənişi məbləğinin hesablanmasını həyata keçirmək;
12.4.4.3. Bu Qaydalarda müəyyən edilmiş müddətdə, sığorta aktı və zərərin həcminin hesablanması əsasında sığorta ödənişini həyata keçirmək.
Maddə 13. Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri
13.1. Sığortalı sığorta hadisəsi baş verərkən aşağıdakıları yerinə yetirməlidir:
13.1.1. Sığorta hadisəsinin səbəblərini, gedişini və nəticələrini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görmək;
13.1.2. Hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (faktların obyektiv şəkildə qeyd olunmasına imkan
verən malik olduğu vasitələrlə Sığortaçıya və səlahiyyətli dövlət orqanına dərhal məlumat vermək);
13.1.3. Sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülmüş bütün tələblər barədə Sığortaçıya dərhal məlumat vermək;
13.1.4. İtkilərin azaldılması və təhlükəyə məruz qalan şəxsin həyatının xilas edilməsi üçün bütün mümkün və məqsədəuyğun tədbirləri həyata keçirmək;
13.1.5. Sığortalı öz imkanları daxilində, zədələnmiş əmlaka baxış keçirilməsində və dəymiş zərərin həcminin müəyyənləşdirilməsində Sığortaçının iştirakını təmin etməlidir;
13.1.6. Sığorta hadisəsinin səbəbləri, gedişi və nəticələri, dəymiş zərərin xarakteri və həcmi barədə nəticə çıxarmağa imkan verən, əlində xxxx bütün informasiyanı və sənədləri Sığortaçıya təqdim etmək;
13.1.7. Sığortaçının razılığı olmadan zərərin əvəzini ödəməmək, sığorta hadisəsi ilə xxxxx xxx qarşı irəli sürülmüş tələbləri nə tam, nə də qismən qəbul etməmək, həmçinin belə tələblərin tənzimlənməsi üzrə hər hansı birbaşa və ya dolayı öhdəlikləri öz üzərinə götürməmək;
13.1.8. Sığortalı müqavilənin şərtlərinə əsasən hər hansı pretenziyanm yaranmasına səbəb ola bilən hadisə haqqında mümkün xxxx ən qısa zamanda yazılı şəkildə məlumat verməli və Sığortaçının tələb etdiyi bütün əlavə məlumatı Sığortaçıya təqdim etməlidir. Hər hansı pretenziya, iddia, məhk əm ə çağı rışı və ya məhkəmə prosesi və bunlara aid xxxx bütün sənədlər al ınan kimi Sığortaçıya verilməlidir.
13.1.9. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.Sığortaçı Sığortalı adından hər hansı pretenziyanın müdafiə olunması və həll edilməsi, yaxud Sığortalı adından ziyanın ödənilməsi və onun xeyrinə məhkəməyə iddianı qəbul etmək və təmin etmək hüququna malikdir.Sığortalı Sığortaçının ehtiyac duyduğu bütün məlumatı ona təqdim etməlidir.
13.1.10. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarina məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
Maddə 14. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı
14.1. Sığorta ödənişi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə zərərin əvəzinin ödəilməsi üçün nəzərdə tutulmuş həcmdə hesablanır.
14.2. Sığorta hadisəsinin baş verməsi, zərərçəkənin sığorta ödənişi almaq hüququnun və Sığortalının onu ödəmək vəzifəsinin olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.
14.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın (tibb müəssisəsinin, həkim-əmək ekspert komissiyasının, sosial təminat orqanlarının və s.) sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər.
Yuxarıda sadalanan sənədlər əsasında Sığortaçı, Sığortalı və zərərçəkən tərəfindən imzalanan ödəniş haqqında razılaşma tərtib olunur.
Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.
14.4. Bu Qaydaların 14.2-ci bəndində sadalanmış hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
14.5. Sığorta ödənişinin verilməsi üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
14.5.1. Sığorta hadisəsi haqqında yazılı ərizə;
14.5.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd
14.5.3. Üçüncü şəxsə zərər dəyməsinə səbəb olmuş sığorta hadisəsinin səbəblərini və mümkün nəticlərini əhatə edən ekspert komissiyası tərəfindən tərtib olunmuş akt;
14.5.4. Sığorta müqaviləsi.
Sığortalının sığorta hadisəsi ilə bağlı Sığortaçı ilə razılaşdırılmış əlavə xərclərinin (məhkəmə xərclərinin) əvəzinin ödəniməsi halları istisna olmaqla, Sığortaçı sığorta ödənişini bu Qaydalarə əsasən zərər çəkmiş üçüncü şəxsə verir.
14.6. Sığorta ödənişinin məbləğinə aşağıdakılar daxildir:
14.6.1. Fiziki şəxsin sağlamlığına zərər dəydikdə və ya o öldükdə:
14.6.1.1. Əmək qabiliyyətinin itirilməsinə və ya şikəstlik, yaxud səhhətinə dəyən digər zərər nəticəsində azalmasına görə zərərçəkənin itirdiyi qazanc;
14.6.1.2. Səhhətin bərpası üçün xxxxx xxxx əlavə xərclər (gücləndirilmiş qidalanma, sanatoriya-kurort müalicəsi, kənar qulluq, protezləşdirmə, nəqliyyat xərcləri, ödənişli tibbi xidmətlərə çəkilən xərclər və s.)
14.6.1.3. Qazancın elə bir hissəsi ki, zərərçəkənin ölümü nəticəsində onun himayəsində xxxx və ya ondan təminat almaq hüququna xxxxx xxxx əmək qabiliyyətsiz şəxslərin ondan məhrum olmuşlar;
14.6.1.4. Şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin müəyyənləşdirilməsi üzrə çəkilən məqsədəuyğun xərclər;
14.6.1.5. Əgər sığorta müqaviləsində razılaşdırılmışdırsa, məhkəmə orqanlarında xxxxx edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;
14.6.1.6. Sığorta hadisəsi nəticəsində zərər çəkən şəxsin həyatının və əmlakının xilas edilməsi və ya zərərin azaldılması üçün çəkilən lazımi və məqsədəuyğun xərclər;
14.6.2. Fiziki və ya hüquqi şəxsin əmlakına zərər dəydikdə:
14.6.2.1. Əmlakın məhv olması və ya zədələnməsi nəticəsində dəyən, əmlakın tam məhv olması zamanı onun həqiqi dəyəri həcmində (Sığortaçının mülahizələrinə əsasən köhnəlmə çıxılmaqla), qismən zədələnməsi zamanı isə, onun sığorta hadisəsindən əvvəlki vəziyyətinə qaytarılması üçün zəruri xərclər həcmində birbaşa həqiqi zərər.
Həqiqi dəyər aşağıdakı kimi müəyyən edilir:
- avadanlıq, inventar, ev məişəti əşyası və şəxsi istifadə olunan əşyalar üçün – onları əvəz edən tam anoloji predmetin əldə edilməsi üçün xxxxx xxxx məbləğ (Sığortaçının mülahizələrinə əsasən köhnəlmə çıxılmaqla);
- bina və qurğular üçün – bina və ya qurğunun yerləşdiyi yerdə bərpası üçün xxxxx xxxx, köhnəlmə və istismar-texniki vəziyyəti nəzərə alınmaqla, tam anoloji şəkildə tikilməsi dəyərinin həcmində;
14.6.2.2. Əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin müəyyənləşdirilməsi üçün məqsədəuyğun xərclər;
14.6.2.3. Əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, məhkəmə orqanlarında xxxxx edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;
Maddə 15. Sığorta ödənişinin verilməsindən imtina əsasları
15.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşağıdakılar baş verərsə, Sığortaçı Sığortalıya sığorta ödənişini verməkdən imtina edə bilər:
15.1.1. Sığortalının, Sığorta olunanın və ya zərərçəkmiş üçüncü şəxsin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
15.1.2. Sığortalının və ya xeyrinə sığorta müqaviləsi bağlanılmış şəxsin sığorta hadisəsi ilə birbaşa əlaqədə xxxx qəsdən cinayətlər törətməsi;
15.1.3. Sığortalının Sığortaçıya sığorta predmeti, sığorta riskindəki dəyişiklik və zərərin həcmi haqqında bilə-bilə yalan məlumat verməsi;
15.1.4. Sığorta hadisəsi barədə Sığortaçıya məlumat vermə müddətləri barədə tələblərin pozulması və ya dəymiş zərər faktını və həcmini təsdiq edən sənədlərin təqdim olunmaması;
15.1.5. Sığortalının və ya Sığorta olunanın mümkün itkiləri azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı və ya sığorta olunan mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
15.2. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ilkin və ya birdəfəlik sığorta haqqının ödənilməsinədək sığortaçı öz vəzifələrinin icrasından azaddır.
15.3. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqla yazılı formada bildirilir.
Maddə 16. İkili (çoxqat) sığorta
16.1. Sığortalı Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığortaçılarla bağladığı sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmalıdır.
16.2. Əgər sığorta hadisəsi baş verdiyi an Sığortalının Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığorta müqavilələri də qüvvədə olarsa, sığorta hadisəsinə görə ödəniş məsuliyyətin sığortalandığı hər bir sığortaçı ilə bağlanmış sığorta
müqaviləsində müəyyən edilən sığorta məbləğlərinə mütənasib olaraq bölüşdürülür və Sığortaçı sığorta ödənişinin yalnız öz payına düşən hissəsini ödəyir.
Maddə 17. Valyuta barəsində qeyd-şərt
17.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
17.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
Maddə 18. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə isə, məhkəmə qaydasında həll olunur.
Maddə 19. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti
Bu Qaydaların 14.5-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
Maddə 20. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazimi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Maddə 21. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər.