Contract
MÜNDƏRİCAT | 2 |
ÜMUMİ ANLAYIŞLAR. | 3 |
Maddə 1. SIĞORTA SİNFİ | 5 |
Maddə 2. SIĞORTA PREDMETİ | 5 |
Maddə 3. SIĞORTA OBYEKTİ | 5 |
Maddə 4. SIĞORTA TƏMİNATI | 5 |
Maddə 5. ÜMUMİ İSTİSNALAR | 8 |
Maddə 6. SIĞORTA MÜDDƏTİ | 8 |
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİ | 8 |
Maddə 8. SIĞОRTА MÜQАVİLƏSİNİN TƏRƏFLƏRİ | 9 |
Maddə 9. SIĞORTA HAQQI | 9 |
Maddə 10. SIĞORTA ƏRAZİSİ | 9 |
Maddə 11. AZADOLMA MƏBLƏĞİ VƏ/VƏ YA GÖZLƏMƏ MÜDDƏTİ | 10 |
Maddə 12. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ | 10 |
Maddə 13. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ | 10 |
Maddə 14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ | 10 |
Maddə 15. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ | 11 |
Maddə 16. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ ÖHDƏLİKLƏRİ | 12 |
Maddə 17. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ | 13 |
Maddə 18. AŞAĞIDAKI HALDA SIĞORTAÇI SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNİ TƏXİRƏ SALA BİLƏR | 14 |
Maddə 19. İMTINАNIN ƏSASLARI | 15 |
Maddə 20. SUBROQASİYA HÜQUQU | 15 |
Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ | 16 |
Maddə 22. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI | 16 |
Maddə 23. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 16 |
QEYD-ŞƏRT 001 - Üsyan, qiyam və tətil nəticəsində itki və zərərlərə təminat | 16 |
QEYD-ŞƏRT 002 - Çarpaz məsuliyyət | 17 |
QEYD-ŞƏRT 003 - Texniki xidmət müddəti təminatı | 18 |
QEYD-ŞƏRT 004 - Genişləndirilmiş texniki xidmət müddəti təminatı | 18 |
QEYD-ŞƏRT 005 - İnşaat və montaj işlərinin vaxt cədvəli ilə bağlı xüsusi şərtlər | 18 |
QEYD-ŞƏRT 006 - İş vaxtından artıq müddət, gecə vaxtları və bayram günləri aparılan işlər və | 19 |
ekspres daşınmalar üzrə kənar xərclərə verilən təminat | |
QEYD-ŞƏRT 007 - Hava nəqliyyat vasitələri ilə daşınmaya görə əlavə xərclər | 19 |
QEYD-ŞƏRT 008 - Zəlzələ zonalarında yerləşən tikililər üzrə xüsusi şərt | 19 |
QEYD-ŞƏRT 009 - Zəlzələ səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında | 19 |
məsuliyyətin istisnası | |
QEYD-ŞƏRT 010 - Sel və daşqın səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında | 20 |
məsuliyyətin istisnası | |
QEYD-ŞƏRT 012 - Külək və ya külək ilə bağlı suyun vurduğu itki, zərər və ya üçüncü şəxslər | 20 |
qarşısında məsuliyyətin istisnası | |
QEYD-ŞƏRT 013 - İnşaat sahəsindən kənarda-anbarda yerləşən əmlak | 20 |
QEYD-ŞƏRT 100 - Maşın və avadanlıqların sınaqdan keçirilməsi təminatı | 20 |
QEYD-ŞƏRT 101 - Tunel, yeraltı yolların və ştreklərin tikintisi üzrə xüsusi şərtlər | 21 |
QEYD-ŞƏRT 102 - Yeraltı naqillər, borular və digər yeraltı qurğular üzrə xüsusi şərtlər | 21 |
QEYD-ŞƏRT 103 - Əkinlərə, meşələrə və təbii sərvətlərə dəyən itki və zərərin istisnası | 22 |
QEYD-ŞƏRT 104 - Su hovuzları və bəndlərin inşası ilə bağlı xüsusi şərtlər | 22 |
QEYD-ŞƏRT 106 - Bölmələr (Seksiyalar) üzrə xüsusi şərt | 22 |
QEYD-ŞƏRT 107 - Anbarlar və düşərgələr ilə bağlı xüsusi şərt | 22 |
QEYD-ŞƏRT 108 - İnşaat texnikası, maşın və avadanlıqları ilə bağlı xüsusi şərt | 23 |
QEYD-ŞƏRT 109 - Tikinti materialı ilə bağlı Xüsusi Şərt | 23 |
QEYD-ŞƏRT 110 - Çökmə, sel və daşqın ilə bağlı xüsusi təhlükəsizlik şərtləri | 23 |
QEYD-ŞƏRT 111 - Torpaq sürüşməsi nəticəsində meydana gələn tullantıların təmizlənməsi ilə | 23 |
bağlı xüsusi şərt | |
QEYD-ŞƏRT 112 - Yanğın söndürmə cihazları, vasitələri və yanğın təhlükəsizliyi ilə bağlı | 24 |
xüsusi şərtlər | |
QEYD-ŞƏRT 113 - Ölkədaxili daşınma | 25 |
QEYD-ŞƏRT 114 - Təkrarlanan itkilər | 25 |
QEYD-ŞƏRT 115 - Layihələşdirmə riskləri üzrə təminat | 25 |
QEYD-ŞƏRT 116 - Tikintisi başa çatmış və istismara verilmiş sığortalanan inşaat işləri | 25 |
QEYD-ŞƏRT 117 - Su təchizatı və kollektor boruları üçün xüsusi şərtlər | 26 |
QEYD-ŞƏRT 118 - Suburaxıcı buruqların qazılması işləri | 26 |
QEYD-ŞƏRT 119 - Sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində | 27 |
xxxx mövcud əmlak | |
QEYD-ŞƏRT 120 - Vibrasiya, yerdəyişmə və ya dayaqların zəifləməsi üzrə xüsusi şərtlər | 27 |
QEYD-ŞƏRT 121 - Dirəkli bünövrə və divar işləri ilə əlaqədar хüsusi şərt | 28 |
RADİOAKTİV ÇİRKLƏNMƏ QEYD-ŞƏRTİ | 28 |
BİR NEÇƏ SIĞORTALI QEYD-ŞƏRTİ | 28 |
ÇİRKLƏNMƏ VƏ YOLUXMANIN İSTİSNASI İLƏ BAĞLI QEYD-ŞƏRT | 28 |
HADİSƏ KLOZU 72 SAAT | 29 |
MÜHARİBƏ İSTİSNASI QEYD-ŞƏRTİ | 29 |
İNŞAAT VƏ MONTAJ SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 30 |
ÜMUMI ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir
halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
Maddə 1. SIĞORTA SİNFİ
1.1. Qeyri-Həyat sığorta sahəsində sığorta obyektinə görə əmlak sığortasına aid xxxx aşağıdakı sinif:
1.1.1. İnşa еdilən və ya inşa еdiləcək daşınmaz əmlakın, inşaat-montajda istifadə olunan texnikanın və avadanlıqlarının, müvəqqəti və mövcud tikililərin zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan inşaat-montaj sığortası.
1.2. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
1.2.1. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə xxxxx xxxxx məsuliyyətinin sığortası.
Maddə 2. SIĞORTA PREDMETİ
2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu inşa еdilən və ya inşa еdiləcək daşınmaz əmlak, inşaat-montajda istifadə olunan texnika və avadanlıqlar, müvəqqəti və mövcud tikililər inşaat-montaj sığortasının predmeti hesab olunur.
2.2. Əlavə olaraq bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti ola bilər.
Maddə 3. SIĞORTA OBYEKTİ
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının sığorta predmetinə sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak mənafeyidir.
3.2. Əlavə olaraq sığorta hadisəsi nəticəsində digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, iş fəaliyyətinin dayanması ilə bağlı əmlak mənafeləri sığorta obyekti ola bilər.
Maddə 4. SIĞORTA TƏMİNATI
4.1. Bu qaydalara və əlavə olunmuş qeyd-şərtlərə uyğun olaraq sığorta təminatı verilir.
Bölmə 1. Maddi ziyan
⮚ Sığortaçı və sığortalı razılaşırlar ki, sığorta müddəti ərzində sığorta şəhadətnaməsində göstərilən predmetlərə və ya onların hissələrinə bu sığorta şəhadətnaməsi ilə istisna edilən hallar xaric belə predmetlərin təmiri və ya dəyişidirilməsinə xxxxx yaradan hər hansı qəfil və gözlənilməz itki və ya zərər dəyərsə, sığortaçı sığortalıya belə itki və ya zərərə görə sığorta ödənişi həyata keçirəcək, bu şərtlə ki, nağd ödənilən, əvəzedilməyə görə və ya təmirə görə (sığortaçının seçimi ilə) sığorta ödənişi sığorta şəhadətnaməsində göstərilən predmetlərin hər birinə münasibətdə müəyyən olunan müvafiq məbləği, hər bir hadisə üçün müəyyən olunan sığorta limitini və ümumi sığorta məbləğini
aşmayacaq.
⮚ Sığortaçı sığorta şəhadətnaməsi ilə sığorta təminatı verilən hadisə nəticəsində yaranan tullantıların təmizlənməsinə görə də ödəniş həyata keçirəcək, bu şərtlə ki, bunun üçün sığorta şəhadətnaməsində ayrıca sığorta məbləği göstərilsin.
Bölmə 1. üzrə xüsusi istisnalar
Sığortaçı aşağıda sadalananlar üzrə məsuliyyət daşımır:
a. hər bir sığorta hadisəsi üzrə Sığorta şəhadətnaməsində göstərilən xxxxxxx xxxxxxxx (franşiza) həcmində zərərlər;
b. hər cür dolayı itkilər, o cümlədən, dəbbə pulu, habelə, vaxtını gecikdirmə, icra etməmə, müqavilənin ləğv edilməsi nəticəsində itkilər;
c. yanlış layihələndirmə nəticəsində itkilər və ya zədələr;
d. qüsurlu materialların əvəz olunması, təmiri və ya rədd olunması, və ya inşaat işlərinin qüsurların aradan qaldırılması nəticəsində yaranan xərclər, xxxxx bu istisna yalnız qüsurlu materialın istifadəsi və ya inşaat işlərinin qüsurları nəticəsində birbaşa zərər çəkmiş hissələrə aiddir və saz hissələrin məhv olmasına və ya zədələnməsinə aid deyil;
e. köhnəlmə, korroziya, oksidləşmə və ya, istifadə edilməmə normal atmosfer şəraitinin təsiri ilə körlanma;
f. elektrik və ya mexaniki xarabolma, sınma və ya qüsurlar, su və ya digər mayelərin donması, düzgün yağlamama su və ya yanacaq çatışmamazlığı nəticəsində dəymiş itki və ziyanlar. Xxxxx belə xarabolmalar və qüsurlar nəticəsində zahirən zərər yaranarsa onda belə dolayı zərərlər üzrə sığorta ödənişi edilir;
g. ümumi yollar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, su və ya hava nəqliyyatı vasitələri;
h. sənədlər, rəsmlər, hesablar, pul əskinazları, markalar, aktlar, borc sənədləri, qeydlər, qiymətli kağızlar, qəbzlər.
i. İnventarlaşma və ya planlaşdırılmış yoxlama xxxxxx xxxxx olunmuş zərər və itkilər.
Bölmə 1. üzrə şərtlər
1. Sığorta məbləğ(lər)i
Hazırkı sığortanın tələbi ondan ibarətdir ki, Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğləri:
1. bütün materiallar, əmək haqqları, daşımalar, gömrük rüsumları, vergilər, sifarişçi tərəfindən təmin olunmuş materiallar və əşyalar daxil olmaqla, inşaat işlərinin başa çatması anındakı ümumi dəyərindən az olmamalıdır;
2. inşaat texnikası və avadanlığının əvəzedilmə dəyəri, belə əvəzedilmə dəyəri sığortalanmış predmetin eyni növdən və tutumdan xxxx digər yenisi ilə əvəzolunması xxxx xxxx düşülür.
Bundan başqa, sığortalı əmək haqqının və ya qiymətlərin dəyişdiyi halda sığorta məbləğlərini artırmağı və ya azaltmağı öhdəsinə götürür, xxxxx, bu artırma və ya azaltma yalnız sığortaçının sığorta şəhadətnaməə yazılı şəkildə etdiyi müvafiq əlavə anından qüvvəyə minir.
Ziyan əmələ gələndə müəyyən edilsə ki, sığorta məbləğləri həqiqi dəyərindən aşağıdır, bu sığorta şəhadətnamə çərçivəsində sığortalıya ödənilən məbləğin miqdarı faktiki sığorta məbləğlərinin həqiqi dəyəri nisbətinə bərabər miqdarda azaldılır. Bu müddəa hər bir əşyaya və ayrılıqda bütün xərc maddələrinə tətbiq edilir.
2. Ziyanların aradan qaldırılması üçün əsas
Hər hansı itki və zərər baş verən zaman sığorta ödənişi aşağıdakı əsasda həyata keçiriləcək:
x. xxxxx oluna bilən zədə olduğu zaman, sığortalanmış predmeti sığorta hadisəsi baş verən andan dərhal öncəki vəziyyətinə bərpa etmək üçün xxxx zədələnmiş hissənin qalıq dəyəri çıxılmaqla təmir xərcləri;
x. xxx məhv olduğu halda - sığortalanmış əşyaların tam məhv olmadan qalan hissələrini
qalıq dəyəri çıxılmaqla həqiqi dəyəri,
xxxxx, yalnız sığortalının zərər çəkdiyi məbləğ miqdarında və sığorta məbləğində göstərilən miqdarda, bu şərtlə ki, sığorta şəhadətnaməsinin qeyd-şərtləri və şərtləri yerinə yetirilmiş olsun.
Sığortaçı yalnız ona təqdim edilən lazımi hesabların və ya sənədlərin köməyilə təmirin həyata keçirilməsinə və əvəz edilməsinə əmin olandan sonra ziyanın əvəzini ödəyir. Bütün təmir edilə bilən zədələr təmir edilməlidir: xxxxx, sığorta hadisəsi baş verdikdə, təmir xərcləri sığortalanmış əşyaların dəyərindən yuxarıdırsa, itkilərin aradan qaldırılması b) bəndində göstərildiyi qaydada həyata keçirilir.
Sığortaçı ilkin təmir xərclərini yalnız yekun təmirin bir hissəsi olduğu halda və ümumi təmir xərcləri artmadığı halda ödəyir.
Bu sığorta şəhadətnamə çərçivəsində mümkün dəyişikliklər, əlavələr və/və ya təkmilləşdirmə ilə əlaqədar xərclərin əvəzi ödənilmir.
Bölmə 2. Üçüncü şəxslərə qarşısında mülki məsuliyyət
Sığortaçı sığortalıya aşağıdakı hallarda meydana çıxan ziyanı sığortaçının qanunla məsuliyyət daşıdığı məbləğlər üzrə və Sığorta şəhadətnaməsində göstərilmiş məbləğlər çərçivəsində olmaqla ödəyir:
a. (ölümlə və ya ölümsüz nəticələnən) bədbəxt hadisələr nəticəsində üçüncü şəxslərin bədən xəsarəti və ya xəstəliyi,
b. gözlənilməz itkilər (əgər bu gözlənilməz itkilər 1-ci bölmədə göstərilən inşaat və ya montaj işlərinin sığorta müddətində inşaat meydançasının özündə və ya bilavasitə onunla yaxınlıqda aparılması ilə bağlıdırsa) səbəbindən üçüncü şəxslərin əmlakına dəyən itkilər və ya zədələr.
Ödənilməsi tələb olunduğu ziyanın əvəzini ödəmək tələbi irəli sürüldüyü halda, sığortaçı, bundan başqa, sığortalı qarşısında:
x. xxxxxxx prosesi ilə əlaqədar iddiaçının çəkdiyi və əvəzi sığortalı tərəfindən ödənilən xərclər,
b. sığortaçının yazılı şəkildə təsdiqlədiyi bütün xərclər, bu şərtlə ki, sığortaçının bu bölmənin çərçivəsində məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən maksimal ödəniş limiti ilə məhdudlaşır.
Bölmə 2. üzrə xüsusi istisnalar
Sığortaçı aşağıda sadalananlar üzrə sığorta ödənişi etmir:
1. hər bir hadisə üçün sığorta şəhadətnaməsində göstərilmiş şərtsiz azadolma məbləği (Sığortalının üzərinə düşən pay) həcmində;
2. bu sığorta şəhadətnaməsinin 1-ci bölməsi çərçivəsində təminat verilən və təminat verilməli xxxx predmetlərin təmiri, əvəzolunması, düzəldilməsi ilə bağlı xərclər;
3. vibrasiya və ya daşıyıcı elementlərin çıxarılması və ya zəiflədilməsi nəticəsində əşyalara, torpağa və ya binalara dəyən ziyanlar, yaxud, Sığorta şəhadətnaməsində xüsusi olaraq şərtləndirilmiş hallar istisna olmaqla, səbəbi bu ziyanlar xxxx bədən xəsarətləri və ya əmlak itkiləri üzrə sığortaçı sığortalıya dəyən ziyanın əvəzini ödəmir.
4. Aşağıdakılar üzrə məsuliyyət:
a. Bölmə 1 üzrə sığortalanmış layihəni həyata keçirən kontraktor(ların), subkontraktor(ların) və ya sifarişçilərin və ya bu layihə ilə əlaqəli hər hansı digər müəssisənin işçiləri, qulluqçuları və ya onların ailə üzvlərinin ölümü, bədən xəsarəti və ya xəstəliyi;
b. Bölmə 1 üzrə sığortalanmış layihəni həyata keçirən Kontraktor(ların), Subkontraktor(ların), Sifarişçi(lərın) və ya bu layihə ilə əlaqəli hər hansı digər müəssisənin və ya onların işçilərinin və ya qulluqçularının mülkiyyəti himayəsi, nəzarəti, istifadəsi və ya sərəncamında xxxx bütün əmlaklar
c. yollarda istismarına icazə verilmiş avtomobil nəqliyyat vasitələri, su nəqliyyat vasitələri və təyyarələr səbəbindən baş vermiş bədbəxt hadisələr;
x. xxxxxxx əvəzini ödəmə və ya digər kompensasiyaların ödənilməsi üzrə sığortalının könüllü şəkildə verdiyi razılıqlar, o xal xaric ki, belə məsuliyyət belə razılığın olmaması zamanı da mövcud olmuş olsun.
Bölmə 2. üzrə xüsusi şərtlər
1. Sığortaçının yazılı razılığı olmadan, nə sığortalı, nə də onun adından kimsənin güzəştə getməyə, təklif irəli sürməyə, vəd etməyə, pul ödəməyə və ya məsuliyyət tanımağa haqqı yoxdur; sığortaçı öz istəyilə sığortalı adından sığortalının müdafiəsini, itkilərin aradan qaldırılmasını öz üzərinə götürə bilər və ya sığortalının adından öz xeyrinə ziyanın ödənilməsi barədə iddia irəli sürə bilər və ya ziyanın ödənilməsi barədə tələblərin əsaslı olmasını müəyyən edə bilər. İşlərin aparılmasında və ya itkilərin aradan qaldırılmasında sığortaçı tam sərbəstdir. Sığortalı sığortaçıya tələb olunan bütün sənədləri verməli və ona hər cür yardım etməlidir.
2. Hər hansı hadisə zamanı sığortaçı hər bir hadisə üzrə sığortalıya sığorta məbləğini tam həcmdə (artıq ödənilmiş sığorta ödənişləri tutmaqla) və ya hər hansı hadisə üzrə tələb(lər) tam şəkildə yerinə yetirildiyi təqdirdə daha az məbləğ ödənilə bilər. Bu halda bu hadisə üzrə bu bölmə çərçivəsində sığortaçı sonrakı məsuliyyətlərdən azad olur.
Maddə 5. ÜMUMİ İSTİSNALAR
Əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığortaçı sığortalıya dolayı və ya birbaşa olaraq aşağıdakılar ilə bağlı yaranan itki, zərər və ya 3-cü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirmir:
a. müharibə, işğal, xarici düşmən tərəfin hərəkətləri, hərbi əməliyyatlar (müharibənin elan edilib- edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, tətil, lokaut, iğtişaşlar, hərbiçilər tərəfindən hakimiyyətin ələ alınması və ya hakimiyyətin qanunsuz ələ keçirilməsi, siyasi təşkilatların və ya onlarla əlaqədə xxxx şəxslərin tapşırığı ilə bir qrup cinayətkarların və/vəya şəxslərin hərəkətləri, qəsd, müsadirə, məcburi özgəninkiləşdirmə, hər xxxxx xx-xxxx və ya de-fakto mövcud xxxx hökumətin və ya hökumət orqanının sərəncamı ilə rekvizisiya və ya dağıntı və ya zədə;
b. nüvə reaksiyası, nüvə şüalanması və ya radioaktiv çirklənmə;
x. xxxxxxxxxxxx və ya onun nümayəndələrinin qərəzli hərəkətləri və ya qəsdən və/və ya qərəzli ehtiyatsızlıq;
d. işlərin tamamilə və ya qismən dayandırılması
İstisna: a) üzrə baş verən itki, zərər, dağıntı və ya 3-cü şəxslər qarşısında məsuliyyətin bu sığorta şəhadətnaməsi ilə əhatə olunmadığı sığortaçı tərəfindən bəyən edildiyi bütün iddia, proses və ya digər işlər çərçivəsində, belə itki, zərər, dağıntı və ya 3-cü şəxslər qarşısında məsuliyyətin bu sığorta ilə təminata alınması faktının sübuta yetirilməsi zərurəti sığortalının üzərinə qoyulur.
Maddə 6. SIĞORTA MÜDDƏTİ
6.1. Sığorta şəhadətnaməsində başqa vaxtın göstərilib - göstərilməməsindən asılı olmayaraq, sığortaçının məsuliyyəti birbaşa iş başlayandan və ya Sığorta şəhadətnaməsində sadalanan əşyaların inşaat meydançasında boşaldılmasından sonra başlayır.
6.2. Məsuliyyət hissə-hissə qəbul edilmiş və ya istismara təhvil verilmiş sığortalanmış inşaat işləri üzrə bitir.
6.3. Sığorta müddəti Sığorta şəhadətnaməsində göstərilən vaxtdan gec olmamaq şərtilə bitir. Sığorta müddətinin uzadılması üçün sığortaçının ilkin yazılı razılığı tələb olunur.
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİ
7.1. Sığorta müqaviləsinin bağlanması
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
Maddə 8. SIĞОRTА MÜQАVİLƏSİNİN TƏRƏFLƏRİ
8.1. Sığortaçı
8.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Azərbaycan Sənaye Sığorta” ASC-dir.
8.2. Sığortalı
8.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta predmetinə münasibətdə sığorta xxxxxx xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
8.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8.3. Faydalanan şəxs
8.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
8.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
8.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
8.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
Maddə 9. SIĞORTA HAQQI
9.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
9.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
9.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
9.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
9.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir.
9.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 9.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
9.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
Maddə 10. SIĞORTA ƏRAZİSİ
10.1. Sığorta ərazisi – sığоrtа müqаviləsi ilə rаzılаşdırılmış ərаzi hüdudlаrındа təminatda hеsаb оlunur.
10.2. Sığortalanmış inşaat-montajda istifadə olunan texnika və avadanlıqları sığorta ərazisindən çıxarıldıqda sığorta təminatı dayandırılır.
Maddə 11. AZADOLMA MƏBLƏĞİ VƏ/VƏ YA GÖZLƏMƏ MÜDDƏTİ
11.1. Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti Sığortalı ilə Sığortaçı arasındakı razılığa əsasən müəyyən oluna bilər.
11.2. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
11.3. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
11.4. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta
ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də xxxxx edilir.
11.5. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
11.6. Sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində bir neçə sığorta hadisəsi baş verdikdə azadolma məbləği və/və ya gözləmə müddəti hər bir hadisə üzrə tətbiq olunur.
Maddə 12. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
12.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir və öz hesabına yaranmış vəziyyətdə xxxxx xxxx əlavə tədbirlər görür.
12.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
12.2.1. Sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
12.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
12.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsinə xitam vermək.
12.3. Hazırkı sığorta şəhadətnamə çərçivəsində sığorta təminatının davamı sığortaçı tərəfindən yazılı şəkildə təsdiqlənməsə, sığortalının risk dərəcəsini artıran heç bir düzəliş etməyə haqqı yoxdur və ya düzəlişin edilməsinə yol verməməlidir.
Maddə 13. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
13.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığоrtаlı və Sığоrtаçı müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
Maddə 14. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
14.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
14.1.1. Müqavilənin müddəti bitdikdə;
14.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
14.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
14.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
14.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
14.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
14.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
14.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
14.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
14.3. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
14.4.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
14.4.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış
müddəti üçün sığorta haqlarını qaytarır.
14.4.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 14.4.1-ci və 14.4.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
14.4.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 14.4.3.-cü və 14.4.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
Maddə 15. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
15.1. Sığortalının aşağıdakı hüquqları var:
15.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
15.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
15.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
15.1.4. sığorta müqaviləsinə xitam vermək;
15.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
15.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
15.2. Sığortalının aşağıdakı vəzifələri var:
15.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
15.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
15.2.3. sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir, xxxxxx dərəcəsinin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat verməli;
15.2.4. sığortalanmış obyektə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
15.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
15.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
15.3. Sığortaçının aşağıdakı hüquqları var:
15.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
15.3.2. sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
15.3.3. sığortalanan predmetə məntiqə uyğun dərəcədə istənilən vaxt baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək, sığortalı isə risklərin qiymətləndirilməsi üçün xxxxx xxxx bütün məlumatları sığortaçının nümayəndələrinə verməlidir;
15.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
15.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
15.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
15.4. Sığortaçının aşağıdakı vəzifələri var:
15.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
15.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 17.11-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
15.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
15.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
15.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr
Maddə 16. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ ÖHDƏLİKLƏRİ
16.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
Sığortaçı heç bir halda sığorta hadisəsi baş verdikdən sonra 14 gün ərzində barəsində xəbər almadığı itki, zərər və ya 3-cü şəxslər qarşısında məsuliyyətə görə cavabdeh deyil.
16.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş sığorta predmetinin xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
16.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş sığorta predmetini xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
16.1.3. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
16.1.4. İnşaat sığortası müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş sığorta predmetini sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
16.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş sığorta predmetini hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
16.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş sığorta predmetinə baxış keçirmədikdə;
16.1.4.3. digər hallarda zərər sığorta predmetinə sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
16.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
Maddə 17. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
17.1. Sığortaçı sığorta hadisələrinin səbəb olduğu aşağıdakı zərərləri ödəyir:
17.1.1. Sığorta predmetinə dəyən rеal zərərləri;
17.1.2. Sığortaçı tərəfindən ödəniləcək itkilərin həcminin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü хərcləri;
17.2. Zərərin azaldılması üçün çəkilən хərclər:
17.2.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi хərclər, həmin хərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq (hər bir halda 5%-dən yuхarı olmamaqla) sığortaçı tərəfindən ödənilir, o şərtlə ki, bеlə хərclər zərurət və ya sığortaçının göstərişlərini yеrinə yеtirmək məqsədilə ortaya çıхmış olsun.
17.2.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə bilərəkdən Sığortalının mümkün (səmərəli) və ağlabatan tədbirləri görməməsi nəticəsində ortaya çıхan zərərləri ödəmək öhdəliyi daşımır.
17.3. Natamam sığorta zamanı – sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat vеrilir;
17.4. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda - azadolma məbləğinın miqdarı çıхılmaqla zərərlərə təminat vеrilir;
17.5. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
17.6. Sığorta şəhadətnaməsi ilə təminat vеrilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat vеrilmiş olarsa və bu təminat barədə Sığortaçıda sığorta müqaviləsi bağlanmazdan əvvəl məlumat olarsa şərikli sığorta əsasları tətbiq еdilir;
17.7. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
17.8. Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
17.9. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
17.10.Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
17.11.Sığorta ödənişi Sığortaçı Sığortalıdan zərər faktını, onun səbəblərini və həcmini təsdiq edən bütün zəruri sənədləri aldıqdan sonra 15 gün ərzində verilməlidir. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır. Tələb olunmuş sənədlərin təqdim olunmaması Sığortaçıya zərəri ödəməmək hüququ verir.
⮚ sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
⮚ sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
⮚ sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər.
⮚ sığorta hadisəsinin baş verməsini təsdiqləyən əməllər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər ağlabatan sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
17.12.Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Xxxxx imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа və yахud еhtiyаt hissələrinə оlаn hüquqlаrı Sığоrtаçıyа kеçir. Bütün qаlıqlаr Sığоrtаçıyа vеrilməlidir. Sığоrtаlı həmin hüquqlаrın Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. Itmiş əmlаkın sоnrаdаn tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа mаlikdir. Ikinci hаldа əmlаkа görə аlınmış sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
17.13.Sığortalı və ya Xxxxxxxxxx şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ
arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
17.14.Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
Maddə 18. AŞAĞIDAKI HALDA SIĞORTAÇI SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNİ TƏXİRƏ SALA BİLƏR
18.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 19. İMTİNАNIN ƏSASLARI
19.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
19.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 16.1.4-cü maddəsinə riayət edilmədikdə;
19.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
19.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
19.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
19.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 16.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
19.1.6. bu qaydaların 19.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
19.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
19.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
19.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 9.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
19.1.10.sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
19.2. Bu qaydalarınn 15.2.3-ü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta
müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
Maddə 20. SUBROQASİYA HÜQUQU
20.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
20.2. Sığortalının (Xxxxxxxxxx şəxsin) zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20.3. Sığortalı (Faydalanan şəxs) sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
20.4. Sığortalı (Xxxxxxxxxx şəxs) şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ya artıq həyata keçirilmiş sığorta ödənişinin qaytarmasını tələb edə bilər.
20.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
21.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 22. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
22.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır
Maddə 23. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
QEYD-ŞƏRT 001
Üsyan, qiyam və tətil nəticəsində itki və zərərlərə təminat
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə təminat genişləndirilərək, üsyan, qiyam və tətil nəticəsində baş verən itki və zərərlərə, bu qeyd- şərtin məqsədi kimi sığortalanmış əmlaka bir-başa olaraq aşağıdakı hallar nəticəsində dəyən itki və ziyanlara təminat verilir:
1. Hər hansı bir şərsin başqaları ilə birgə ictimai asayişin pozulmasında (tətil və ya lokaut ilə əlaqəsinin olmasından asılı olmayaraq) iştirakı ilə və bu qeyd-şərtin xüsusi şərtlər bölməsinin 2-ci bəndində göstərilən hal istisna olmaqla törətdiyi hərəkətləri,
2. Qanunla səlahiyyətli hər hansı orqanın ictimai asayişin pozulmasının qarşısını xxxx və ya qarşısını almağa cəhdləri vəya bu cür pozulmaların nəticələrinin azaldılamasıda gördüyü tədbirlər,
3. Tətil edən vəya lokaut işçisinin tətilə yardımda vəya lokauta müqavimətdə törətdiyi qərəzli hərəkətləri,
4. Qanunla səlahiyyətli hər hansı orqanın bu cür hərəkətlərin qarşısını almaq vəya qarşısını
almağa cəhdləri vəya bu cür hərəkətlərin nəticələrinin minimallaşdırılmasında gördüyü tədbirlər,
xxxxx həm də nəzərə alınır və razılaşdırılır ki:
1. Sığorta şəhadətnaməsinin bütün şərtləri, müddəaları və istisnaları və aşağıdakı xüsusi şərtlərin tətbiq edilməsi ilə bunlara baş verən dəyişikliklər bu qeyd-şərt ilə genişləndirilmiş təminata xx xxx olaraq şamil olunur və sığorta şəhadətnaməsinin qaydalarında göstərilən zərərlər və itkilər uyğun olaraq bu qeyd-şərtlə təminat verilən riskləri də əhatə etmiş hesab olunur.
2. Aşağıdakı Xüsusi Şərtlər yalnız bu qeyd-şərt ilə müəyyənləşdirilən genişlənmiş təminata şamil olunur, və sığorta şəhadətnaməsinin bütün qaydaları bu sığorta şəhadətnaməsi ilə müəyyənləşən sığortaya sanki bu qeyd-şərt olmamış kimi tətbiq olunur.
Xüsusi Şərtlər:
1. Bu sığorta ilə təminat verilmir:
a. İşdə yaranan tam vəya qismi fasilə vəya hər hansı fəaliyyət və prosesin yubanması, buna maneə və fasilə nəticəsində yaranan itki və zərərlər Qanunla səlahiyyətli hər hansı orqanın müsadirəsi, rekvizisiyası vəya əmri ilə mülkiyyət hüququndan daimi və müvəqqəti məhrum olma nəticəsində baş verən itki və zərərlər
b. Hər hansı bir binanın hər hansl bir şəxs tərəfindən qanunsuz zəbt olunması səbəbilə bu xxxxxx mülkiyyət hüququnun daimi və müvəqqəti itirilməsi nəticəsində baş verən itki və zərərlər
c. Hər hansı xarakterli vəya növ Dolayı itki vəya məsuliyyət, əmlaka dəyən zərər üzrə bu qeyd-şərtdə nəzərdə tutulan şəkildən və zərərdən artıq ödənişlər, xxxxx bu müddəaların b) və c) bəndləri üzrə sığortaçı sığortalı qarşısında sığortalanmış əmlaka sığortalının mülkiyyət hüququndan məhrum olmasından əvvəl və müvəqqəti məhrum olması zamanı dəyən fiziki zərərə görə məsuliyyətdən azad edilmir.
2. Bu sığorta ilə aşağıda adları çəkilən hallar nəticəsində vəya bu hallar yolu ilə bir-başa vəya dolayısı ilə baş verən itki və zərərlərə təminat verilmir:
a. Müharibə (elan olunub olunmamasından asılı olmayaraq), işğal, xarici düşmənin təcavüzü, döyüş əməliyyatları və vətəndaş müharibələri.
b. Hərbi qiyam, inqilab, hərbi vəya qəsbkar güctətbiq etmə həddinə çatan üsyan, iğtişaş və qiyam
c. Hökuməti devirməyə və ona terrorizm vəya zorakılıqla təsir etməyə yönəlik fəaliyyətli hər hansı bir təşkilatın adından çıxış edən vəya onunla əlaqəli şəxsin hərəkətləri
Hər hansı bir iddia və məhkəmə və ya digər istintaq prosesində sığortaçı dəymiş zərər və itkinin bu qaydaların müddəalarına əsasən sığorta təminatına daxil olmamasını bildirərsə, bu cür zərər və ya itkinin təminata daxil olmasını sübut etmək öhdəliyini sığortalı daşıyacaq.
3. Sığоrtaçı, sığоrtalının bildirilən sоn ünvanına sifarişli məktubla bildiriş göndərməklə, sığоrta şəhadətnaməsinə istədiyi vaxt xitam verə bilər. Bu zaman sığоrtaçı sığоrta şəhadətnaməsinə xitam verildiyi tarixdən sığorta müqaviləsinin başa çatma tarixinə qədər оlan müddət üçün sığorta haqqının qalıq hissəsini sığоrtalıya xxxx qaytarmalıdır.
4. Bu qeyd-şərt ilə təminat verilən zərər və itkilər üçün müəyyənləşən «hər bir hadisəyə görə hesablanacaq ödəniş limiti» fasiləsiz оlaraq 168 saatlıq bir müddət ərzində meydana gələn zərərlərin cəmi məbləği qədərdir.
İstənilən halda, sığоrtaçının sığоrta müddəti ərzində məsuliyyət daşıyacağı maksimum ödəniş məbləği (limit), hər bir hadisəyə görə müəyyənləşən limitin 2 mislindən artıq оla bilməz.
Ödəniş limiti: Hər bir hadisəyə görə Şərtsiz azadolma: Hər bir hadisəyə görə
QEYD-ŞƏRT 002
Çarpaz məsuliyyət
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə təminat o şəkildə verilir ki, sanki
sığorta şəhadətnaməsində göstərilən sığortalı şəxslərin hər biri üçün ayrıca sığorta şəhadətnaməsi tərtib edilmişdir, xxxxx sığortalı aşağıdakı hallar üzrə yaranan üçüncü şəxlər qarşısında məsuliyyətə təminat verilmir:
⮚ Sığorta şəhadətnaməsində Bölmə 1 ilə sığortalanmalı xxxx və ya sığortalanmış (şərtsiz azadolmaya və ya ödəniş limitinə görə təminata düşməməsindən belə asılı olmayaraq) əmlaklara dəyən itki və ziyan
⮚ İşçilərin və ya fəhlələrin ölümcül və ya ölümcül olmayan xəsarətləri və ya xəstəlikləri, hansılar ki, işçilərin təzminatı və/və ya işəgötürənin məsuliyyəti sığortası ilə sığortalana bilərdi.
Sığortalının ümumi məsuliyyəti bütün sığortalı şəxslərə münasibətdə hər bir sığorta hadisəsi və bütün sığorta hadisələri üçün sığorta şəhadətnaməsində göstərilən limitdən artıq olmayacaq.
QEYD-ŞƏRT 003
Texniki xidmət müddəti təminatı
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə sığorta təminatı genişləndirilərək, sığorta şəhadətnaməsində göstərilən texniki xidmət müddəti ərzində sığortalı kontraktorlar tərəfindən kontraktın texniki xidmət üzrə müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirmək məqsədilə gördükləri işləri zəmnində və sığortalı kontraktorlar səbəbindən baş verən və istisnasız, yalnız kontrakt işlərinə dəyən itki və zərərlərə təminat verilir.
Texniki xidmət müddəti: QEYD-ŞƏRT 004
Genişləndirilmiş texniki xidmət müddəti təminatı
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə sığorta təminatı genişləndirilərək, sığorta şəhadətnaməsində göstərilən texniki xidmət müddəti ərzində kontrakt işlərinə dəyən o itki və zərərlərə təminat verilir, hansılar ki:
⮚ Sığortalı kontraktorlar tərəfindən kontraktın texniki xidmət üzrə müddəalarından irəli gələn öhdəliklərini yerinə yetirmək məqsədilə gördükləri işlər zəmnində və sığortalı kontraktorlar səbəbindən baş vermişdir.
⮚ Texniki xidmət müddəti ərzində baş vermişdir və o şərtlə ki, bu itki və zərərlər inşaat sahəsində və itki və zərərlər təhvil-təslim aktı təqdim olunandan əvvəlki inşaat müddəti ərzində səbəb olmuşdur və təhvil-təslim aktı təqdim olunmayan inşaat bölməsinə dəymişdir.
Texniki xidmət müddəti: QEYD-ŞƏRT 005
İnşaat və montaj işlərinin vaxt cədvəli ilə bağlı xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə aşağıdakılar bu sığortaya şamil olunacaq:
⮚ Sığortalı tərəfindən təqdim olunan İnşaat və ya Montaj İşlərinin Vaxt Cədvəli və sığortalının sığorta təminatı əldə etmək məqsədilə yazılı təqdim etdiyi istənilən ərizələr, o cümlədən sığortaçılara təqdim oluanan istənilən texniki məlumat bu qeyd şərtin məqsədi kimi sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi və istinad olunacaq mənbə hesab olunur.
⮚ Sığortaçı İnşaat və ya Montaj İşlərinin Vaxt Cədvəlindən aşağıda göstərilən həftə sayından xxx xxxx müddət qədər yayınmalar (vaxtla xxxx qalmalar və ya cədvəli qabaqlamalar) səbəbindən və ya nəticəsində baş verən və ya təsirindən xxxxx itki və zərərlərə görə, əgər bu cür itki və zərərlərin baş verməsindən əvvəl belə yayınmalara sığortaçıların yazılı razılığı verilməmişdirsə, məsuliyyət daşımır.
Vaxt Cədvəlindən yayınmalar: həftə QEYD-ŞƏRT 006
İş vaxtından artıq müddət, gecə vaxtları və bayram günləri aparılan işlər və ekspres daşınmalar
üzrə kənar xərclərə verilən təminat
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığorta təminatı genişləndirilərək İş vaxtından artıq müddət, gecə vaxtları və bayram günləri aparılan işlər və ekspres daşınmalar (hava daçınmaları istisna olmaqla) üzrə kənar xərclərə təminat verilir.
O şərtlə ki, belə kənar xərclər sığorta şəhadətnaməsində sığortalanan əmlaklara dəyən itki və zərərlərlə bağlı olsun.
Əgər itkiyə və ya zərərə məruz qalan əmlak(lar) sığortalanmaq üçün bu əmlaka(lara) xxxxx xxxx sığorta məbləğindən (sığorta obyektinin real dəyərindən) azdırsa, bu Qeyd-şərt üzrə belə kənar xərclərə ödəniləcək sığorta ödənişi eynən mütənasib olaraq azaldılacaq.
Ödəniş limiti: hər bir hadisə üzrə QEYD-ŞƏRT 007
Hava nəqliyyat vasitələri ilə daşınmaya görə əlavə xərclər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığorta təminatı genişləndirilərək hava daşınmaları üzrə kənar xərclərə təminat verilir.
O şərtlə ki, belə kənar xərclər sığorta şəhadətnaməsində sığortalanan əmlaklara dəyən itki və zərərlərlə bağlı olsun.
Həm də o şərtlə ki, bu qeyd-şərt üzrə hava daşınmaları ilə bağlı maksimum ödəniş məbləği bütün sığorta müddəti ərzində ümumən aşağıdakı məbləğdən artıq olmayacaq.
Şərtsiz azadolma: Hər bir sığorta hadisəsi üçün kənar xərclərin 20 %-i, minimum
Maksimum ödəniş məbləği: QEYD-ŞƏRT 008
Zəlzələ zonalarında yerləşən tikililər üzrə xüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı zəlzələ nəticəsində baş verən itki və zərərlərə və ya üçüncü şəxslər qarşısında yaranan məsuliyyətə üzrə sığorta ödənişini o halda həyata keçirəcək ki, sığortalı sübut etsin ki, zəlzələ riski dizaynda rəsmi inşaat normalarına əsasən nəzərə alınmışdır və materialların və işlərin keyfiyyəti və bütün hesablaşmaların üzərində aparıldığı ölçmələr gözlənilmişdir.
QEYD-ŞƏRT 009
Zəlzələ səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı zəlzələ səbəbilə və ya bunun nəticəsində dolayı və ya birbaşa yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirməyəcək.
QEYD-ŞƏRT 010
Sel və daşqın səbəbilə yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sel, daşqın və subasması səbəbilə və ya bunun nəticəsində dolayı və ya birbaşa yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata
keçirməyəcək.
QEYD-ŞƏRT 012
Külək və ya külək ilə bağlı suyun vurduğu itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətin istisnası
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlərə, müddəalara, istisnalara baxmayaraq, sığortaçı Bofort cədvəli ilə 8 və bundan yüksək xxxxx baş verən külək (sürəti 62 km/saat-xxx yüksək xxxx külək) və ya belə külək ilə əlaqədar suyun vurduğu zərər səbəbilə və ya bunların nəticəsində dolayı və ya birbaşa yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişi həyata keçirməyəcək.
QEYD-ŞƏRT 013
İnşaat sahəsindən kənarda-anbarda yerləşən əmlak
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar və ya razılaşdırılmış Qeyd-şərtlər nəzərə alınmaq şərtilə, sığorta şəhadətnaməsinin Bölmə 1-üzrə sığorta təminatı genişləndirilərək, aşağıda göstərilən təminat ərazisi daxilində inşaat sahəsindən kənarda- anbarda saxlanılan əmlakı da (emalda, istehsalda xxxx və ya istehsalçının, distributorun və ya təchizatçının ərazisində saxlanılan əmlak istisna olmaqla) əhatə edəcək.
Anbarlar üçün zərər və itkilərin qarşısının alınması təhlükəsizliyi şərtlərinə əməl olunmaması və ya bu şərtlərə ehtiyatsızlıq və tədbirsizlik nəticəsində baş verən itki və zərərlərə sığortaçı sığorta ödənişi həyata keçirməyəcək. Bu şərtlər aşağıdakıları əhatə edir:
⮚ anbar ərazisinin bağlı olmasını (bina və ya ən azından hasarlanması), mühafizə olunmasını, müəyyən növ saxlanılan əmlak və ya yer üçün yanğına qarşı müvafiq olaraq müdafiə olunmasının təmin etmək.
⮚ Anbarları bir-birindən yanğına qarşı arakəsmələr və ya ən azından 50 metr məsafədə ayırmaq.
⮚ Anbarların elə yerləşdirilməsi və proyektləşdirilməsi ki, bunun köməyi ilə 20 ildən aşağı bir statistik periodda baş vermə ehtimalı xxxx yağış və sellər səbəbilə baş verən sel və su yığılamsının qarşısının almaq olsun.
⮚ Hər bir anbar üçün əmlak dəyərinin məhdudlaşdırılması.
Təminat ərazisi:
Hər bir anbar üçün maksimum ümumi əmlak dəyəri:
Ödəniş limiti: hər bir hadisə üzrə Şərtsiz Azadolma:
QEYD-ŞƏRT 100
Maşın və avadanlıqların sınaqdan keçirilməsi təminatı
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, təminat müddəti genişləndirilərək, sınağın başlanmasından 4 həftədən xxx olmayan müddət ərziində olmaqla sınaq əməliyyatları və ya sınaq yükləmələrini də əhatə edəcək.
Xxxxx əgər texnikanın bir hissəsi və ya maşın(ların) sınağı başa çatmış və/və ya istismara verilmiş və/və ya təhvil verilmişdirsə, texnikanın bu hissəsi və ya bu maşın(lar) üçün belə təminat və ya bunlardan əmələ gələn məsuliyyət dayandırılır.
Bundan əlavə razılaşdırılır ki, sınaq prosesində xxxx xxxxx və avadanlıqlar üçün, Bölmə 1 - ə tətbiq olunan İstisnaların c) və d) bəndləri öz qüvvəsini itirmiş hesab olunur və aşağıdakı ilə əvəz olunur:
“montajdakı səhvlər xaric, dizaynda yol verilən səhvlər, defektiv material və ya tökmə, işlərin keyfiyyətsiz aparılması səbəbindən baş verən itkilər və zərərlər:”
İşlənmiş və кöhnə maşın və avadanlıqlar üçün bu təminat, sınağın başladığı anda xxxx xxxxx.
QEYD-ŞƏRT 101
Tunel, yeraltı yolların və ştreklərin tikintisi üzrə xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar yaxud bu şəhadətnaməyə əlavə olunan qeyd-şərtlər nəzərə alınmaq şərtilə, Sığortaçı aşağıdakılarla əlaqədar sığorta ödənişinin həyata keçirilməsində məsuliyyət daşımır:
⮚ Gözlənilməz yumşaq süxurlar və ya maneələr nəticəsində tikinti metodunda dəyişikliklər,
⮚ Zəruri hallarda, yumşaq süxurların təkmilləşdirilməsi və ya stabilləşdirilməsi yaxud suyun daxil olmasının qarşısını almaq üçün sementləşdirmə. Əgər belə hallar sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
⮚ Plan və layihədə qazma üçün nəzərdə tutulmuş minimal tələbdən artıq qazılmış yerlərdən materialların çıxarılması yaxud artıq qazma və ya bu cürə qazılmış yerlərin doldurulması üçün çəkilmiş əlavə xərclər,
⮚ Suyun qurudulması. Əgər belə hal, sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
⮚ Suyun kənara axıdan sistemin sıradan çıxması nəticəsində, zərər və ikilər, bir şərtlə ki, müvafiq ehtiyat qurğuların tikilməsi ilə belə sıradan çıxmanın qarşısı alına bilərdi,
⮚ Tunel qazan maşınların baxımsızlığı və ya bərpası,
⮚ Yerüstü və yeraltı suların qarşısını almaq üçün əlavə izolasiya və qurğulara çəkilən xərclər. Sığorta ödənişinin həyata keçirilməsi zamanı bu sığorta şəhadətnaməsi ilə ödəniləcək maksimium məbləğ sığortalanmış əmlakın sığorta hadisəsi baş verəndən dərhal əvvəl mövcud xxxx texniki vəziyyətinə bərpa olunması xərcləri ilə məhdudlaşacaq, xxxxx zərər dəyən ərazinin hər bir metri üçün xxxx ortalama orijinal inşaat dəyərinin aşağıda göstərilən faiz məbləğindən artıq olmamaq şərtilə.
Maksimum ödəniləcək məbləğ (faizlə): %
QEYD-ŞƏRT 102
Yeraltı naqillər, borular və digər yeraltı qurğular üzrə xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı mövcud yeraltı naqillərə və/və ya borulara və ya digər yeraltı qurğulara dəyən zərər və itkiyə görə yalnız o halda, sığorta ödənişi həyata keçirəcək ki, işlər başlanmazdan əvvəl sığortalı müvafiq səlahiyyətli orqanlardan bu cür naqil, xxxx və ya digər yeraltı qurğuların dəqiq mövqeləri barədə məlumat alsın və zərərin baş verməsinin qarşısını almaq məqsədilə bütün lazimi tədbirləri görsün.
Yeraltı xəritələrdə (yeraltı qurğuların yerləşdiyi mövqeləri göstərən planlarda) həqiqi mövqeləri düzgün göstərilmiş bu cür yeraltı qurğulara dəyən itki və zərərlərə aşağıda a) bəndində göstərilən şərtsiz azadolma məbləğləri tətbiq olunacaq.
Yeraltı xəritələrdə həqiqi mövqeləri səhv göstərilən yeraltı qurğulara dəyən zərər və itkilərə isə aşağıda b) bəndində göstərilən şərtsiz azadolma məbləğləri tətbiq olunacaq.
Bu təminat üzrə sığorta ödənişinin məbləği belə naqillərə, borulara və ya digər yeraltı qurğuların təmir xərcləri ilə məhdudlaşacaq, hər hansı dolayı itki və ya cərimələr bu sığorta təminatından istisna edilir.
Xxxxxxx xxxxxxxx:
a) hər bir hadisə üzrə minimum olmaqla, zərərin 20 %-i həcmində b)
QEYD-ŞƏRT 103
Əkinlərə, meşələrə və təbii sərvətlərə dəyən itki və zərərin istisnası
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı əkinlərə, meşələrə və/və ya təbii sərvətlərə tikinti işlərinin aparıldığı zaman birbaşa və ya dolayı yaranan itki, zərər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta
ödənişi həyata keçirməyəcək.
QEYD-ŞƏRT 104
Su hovuzları və bəndlərin inşası ilə bağlı xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, Sığortaçı aşağıdakılara görə Sığortalıya sığorta ödənişi verməyəcək:
⮚ yumşaq süxurlu ərazilərin bərkidilməsi və/və ya digər təhlükəsizlik tədbirləri, hətta baxmayaraq ki, belə tədbirlərə ehtiyac yalnız tikinti müddətində yaranarsa,
⮚ drenajlama üçün xərclər, hətta baxmayaraq ki, suyun əvvəlcədən gözlənilən miqdarı əhəmiyyətli dərəcədə artarsa,
⮚ drenaj sisteminin sıradan çıxması, əgər bundan lazımi dayaq vasitələri vasitəsilə qaçıla bilərdisə,
⮚ əlavə germetizasiya və ya hidroizolyasiya üçün xxxx xərclər və axmanın və/və ya qrunt sularının qarşısının alınması üçün əlavə vasitələr
⮚ zəif bərkidilmə səbəbilə sürüşmə nəticəsində dəyən itki və ya zərər
⮚ çatlar və sızma
QEYD-ŞƏRT 106
Bölmələr (Seksiyalar) üzrə xüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sığortalıya dambalar (bəndlər), xəndəklər, xxxxx platformaları, qanovlar, kanallar və ya yollar üzrə işlər səbəbilə və ya bunlara dəyən birbaşa və ya dolayı itki və ya zərər və ya bunlar nəticəsində yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə sığorta ödənişini yalnız o halda həyata keçirəcək ki, sığortalanmış işlərin bitmə durumundan asılı olmayaraq, bu dambalar (bəndlər), xəndəklər, xxxxx platformaları, qanovlar, kanallar və ya yollar üzrə işlər ümumilikdə aşağıda göstərilən uzunluğu aşmayan bölmələrlə aparılsın, və bu zaman hər bir sığorta hadisəsi üçün sığorta ödənişi bu bölmələrin təmir olunması xərcləri ilə məhdudlaşacaqdır.
Bölmələr üzrə maksimum uzunluq: metr QEYD-ŞƏRT 107
Anbarlar və düşərgələr ilə bağlı xüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı düşərgə və anbarlara dolayı və ya birbaşa olaraq yanğın, sel və ya daşqın nəticəsində dəyən itki, zərər və ya yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, belə düşərgə və anbarlar son 20 ildə inşaat sahəsində qeydə alınan, dəniz səviyyəsindən ən yüksək yerdə yerləşsin və ayrı-ayrı anbarlar bir-birilərindən ən azı 50 m uzaqlıqda olsun və ya yanğına qarşı divarlarla ayrılsınlar.
QEYD-ŞƏRT 108
İnşaat texnikası, maşın və avadanlıqları ilə bağlı xüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sel, su basma və daşqın nəticəsində inşaat texnikası, maşın və avadanlıqlarına birbaşa və ya dolayı dəyən itki və zərərlərə görə və ya yaranan üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, işlərin yekunlaşmasından sonra və ya işlərdə yaranan hər hansı fasilə və ya dayanma zamanı belə inşaat texnikası, maşın və avadanlıqları sel və daşqınlara minimum 20 il məruz qalmayan ərazilərdə saxlanılsın.
QEYD-ŞƏRT 109
Tikinti materialı ilə bağlı Xüsusi Şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sel, su basması və daşqın səbəbilə tikinti materialına dolayı və birbaşa dəyən itki, zərər və məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, belə tikinti materialı 3 günlük tələbatdan artıq olmasın və artıq xxxx say isə sel və daşqınların baş vermə tsikli 20 ildən az olmayan ərazilərdə saxlanılsın.
QEYD-ŞƏRT 110
Çökmə, sel və daşqın ilə bağlı xüsusi təhlükəsizlik şərtləri
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı çökmə, sel və ya daşqın nəticəsində dolayı və ya birbaşa dəyən itki və zərərlərə və ya üçüncü şəxslər qarşısında məsuliyyətə görə yalnız o halda sığorta ödənişi həyata keçirəcək ki, dizaynda və işlərin icrasında bütün adekvat təhlükəsizlik tədbirləri görülsün.
Bu qeyd-şərtin məqsədi kimi, adekvat təhlükəsizlik tədbirləri dedikdə, sığortalanmış ərazi üçün 20 ildən aşağı bir periodda təkrarlanma ehtimalı xxxx sel və daşqınların meteoroloji orqanlar tərəfindən hazırlanan statistik məlumatlar bazasında sığorta müddəti boyu bütün vaxtlarda nəzərə alınması və əməl olunması başa düşülür.
Sığortalının suyun sərbəst axınını təmin etmək üçün inşaat sahəsində xxxx maneələri (məsələn: ağac, qum və s.) su axını üzərindən dərhal yığışdırmaması nəticəsində yaranan itki, zərərlər və ya üçüncü şəxslər qarşısında məsuliyyətə təminat verilmir.
QEYD-ŞƏRT 111
Torpaq sürüşməsi nəticəsində meydana gələn tullantıların təmizlənməsi ilə bağlı xüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı aşağıdakılara görə sığorta ödəniçi verməkdən azaddır:
⮚ Torpaq sürüşməsi nəticəsində mеydana gələn və uçqunların altında qalan sığortalanmış matеrialların oradan çıхarılması хərclərindən artıq xxxx dağıntıları təmizləmə хərcləri,
⮚ Zəruri və lazımi tədbirlərin vaхtında görülməməsi nəticəsində maili ərazilərdə sürüşən və хarab xxxx şəbəкələrin yеnidən bərpa olunması хərcləri
QEYD-ŞƏRT 112
Yanğın söndürmə cihazları, vasitələri və yanğın təhlükəsizliyi ilə bağlı xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sığortalıya dolayı və birbaşa olaraq yanğın və ya partlayış nəticəsində əmələ gələn itki və zərərlərə görə sığorta ödənişi o şərtlə həyata keçirəcək ki:
1. İşlərin gedişi və inkişafı ilə paralel olaraq adekvat və münasib xxxxx xxxxxx söndürmə cihazları və yanğın söndürmə vasitələri həmişə işlək və istifadəyə hazır vəziyyətdə olsun.
Tam işlək vəziyyətdə xxxx təzyiqli yanğın söndürmə kranları xxxx işlərin aparıldığı ən yüksək səviyyədən bir səviyyə aşağıda quraşdırılmalı və müvəqqəti klapanlarla bağlanmalıdır.
2. Barabanlı yanğın söndürmə şlanqları xxxx şkaflar və portativ yanğın söndürmə cihazları ən azı həftədə 2 dəfə olmaqla mütəmadi yoxlanılsın.
3. Taxta hörgülər yığışdırılandan dərhal sonra ən qısa müddət ərzində yerli yanğın təhlükəsizliyi qaydalarına əsasən yanğın söndürmə qovşaqları quraşdırılmalıdır.
Lift şaxtasl üçün giriş-çıxışlar (dəliklər), mühəndislərin əlaqəsi üçün kanallar və digər boşluqlar ən qısa müddət ərzində dərhal müvəqqəti olaraq, və xüsusilə montaj işləri başlanmamışdan əvvəl bağlanmış olmalıdır.
4. Tullantılar mütəmadi olaraq təmizlənməli. Işlərin davam еtdiyi mərtəbələrdə/sahələrdə yığılmış tеzalışan tullantılar isə, hər bir iş gününün sonunda mütləq təmizlənməlidir.
5. Aşağıdakılardan barət olunan, xxxxx bunlarla məhdudlaşmayan yanğıntəhlükəli işlərlə məşğul xxxx bütün podratçılar/kontraktorlar üçün “işlərə icazə və səlahiyyət” sisteminin tətbiq olunmalıdır:
⮚ itiləmə, kəsmə və ya qaynaq etmə işləri,
⮚ lehm lampalarının və cihazlarının istifadəsi,
⮚ qaynar bitumların tətbiqi
və ya istiliyin ayrılması ilə müşayət olunan digər işlər
Yanğıntəhlükəli işlər yanğın söndürən ilə silahlanmış və yanğınla mübarizə təlimatı keçmiş ən azı bir işçinin iştirakı ilə aparılmalıdır.
Yanğıntəhlükəli iş bitdikdən bir saat sonra həmin ərazi yoxlanılmalıdır.
6. İnşaat və montaj materialları saxlanılan anbarlar inşaat materiallaırının həcminin hər bir anbar üçün aşağıda göstərilən məbləği keçməmək şərtilə bölüşdürülməlidir. Hər bir anbar bir-birindən ən azı 50 m aralı yerləşməli və ya yanğına davamlı divarlarla (arakəsmələrlə) ayrılmalıdır.
Bütün yanar maddələr və xüsusilə bütün yanar mayelər və qazlar inşşaat və montajda xxxx əmlakdan və yanğın təhlükəli işlərdən lazımi qədər uzaq məsafədə, aralı yerləşməlidir.
7. İnşaat sahəsi təhlükəsizlik koordinatoru təyin olunmalıdır.
Etibarlı bir yanğın siqnalizasiya sistеmi quraşdırılmalı və, mümkün qədər, ən yaхın yanğınsöndürmə idarəsi ilə birbaşa əlaqə хətti olmalıdır.
Yanğın Təhlükəsizliyi Planı və Tikinti Sahəsi Yanğın Tədbirləri Planı mütəmadi olaraq yerinə yetirilməli və yenilənməlidir.
Kontraktorun personalı yanğın söndürmə ilə bağlı təlimləndirilmiş olmalı və hər həftə yanğın söndürmə üzrə təlimlər keçirilməlidir.
Dərhal məlumatlandırmaq imkanını saxlamaq üçün daim ən yaxında yerləşən yanğın söndürmə idarəsi ilə inşaat sahəsi arasında əlaqə təmin olunmalıdır.
8. İnşaat sahəsi hasarlanmalı və giriş-çıxışlar nəzarətdə saxlanılmalıdır.
Hər bir anbar üçün məbləğ: QEYD-ŞƏRT 113
Ölkədaxili daşınma
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığorta şəhadətnaməsinin Bölmə 1-üzrə sığorta təminatı genişləndirilərək, su
nəqliyyatı və hava nəqliyyatı istisna olmaqla, inşaat sahəsinə hüdudları
daxilində daşınma zamanı sığortalanmış əmlaka dəyən itiki və zərərləri də əhatə edəcək, o şərtlə ki, bu qeyd-şərt üzrə hər bir daşınma üçün maksimum ödəniş məbləği -xxx xxx olmasın.
Əmlakın ümumi dəyəri:
Xxxxxxx xxxxxxxx:
QEYD-ŞƏRT 114
Təkrarlanan itkilər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, aşağıdakı xüsusi şərt bu sığortaya şamil olunacaq:
Səhv proyektləşdirmə (əgər xüsusi olaraq qeyd-şərt ilə təminat verilmişdirsə), defektiv material və/və
ya işlərin səhv aparılması ilə bağlı eyni səbəb üzündən, eyni növdən xxxx tikililər, tikililərin hissələri, maşın və avadanlıqlara dəyən itki və zərərə görə sığortaçı sığorta ödənişini şərtsiz azadolma hər bir zərərə ayrılıqda tətbiq olunandan sonra aşağıdakı cədvələ əsasən həyata keçirəcək:
İlk iki zərərdə zərərin 100 %-i 3-cü zərərdə zərərin 80 %-i 4-cü zərərdə zərərin 60 %-i 5-ci zərərdə zərərin 50 %-i
Daha sonrakı zərərlərə təminat verilmir.
QEYD-ŞƏRT 115
Layihələşdirmə riskləri üzrə təminat
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, bölmə 1 üzrə xüsusi istisnaların c) bəndi tamamilə ləğv olunur və d) bəndi aşağıdakı redaksiyada verilir:
“d)” defektiv material ilə bağlı və/və ya işləri qüsurlu yerinə yetirilmiş və/və ya yanlış proyektləşdirilmiş predmetlərə dəyən zərər və itkilərin təmir olunması, dəyişdirilməsi və ya qaydaya salınması xərcləri, xxxxx bu istisna belə qüsurlu materialların istifadəsi, inşaat işlərinin qüsurları və ya yanlış proyektləşdirmə nəticəsində düzgün inşa edilmiş predmetlərə dəyən zərərə şamil edilmir.
QEYD-ŞƏRT 116
Tikintisi başa çatmış və istismara verilmiş sığortalanan inşaat işləri
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, bu sığorta təminatı genişləndirilərək, aşağıdakını da əhatə edəcək:
⮚ İnşaat işlərinin artıq başa çatmış və ya istismara verilmiş hissələrinə dəyən zərər və ya itki, bu şərtlə ki, belə itki və zərər Bölmə 1 üzrə sığortalanan sığorta predmetinin tikintisindən yaransın və sığorta müddəti ərzində baş versin.
QEYD-ŞƏRT 117
Su təchizatı və kollektor boruları üçün xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə Sığortaçı, aşağıda qeyd olunan maksimum uzunluqda qismən və ya tam qazılmış açıq xəndəklərin və boruların daşması və ya lillənməsi nəticəsində hər hansı itkiyə və ya zərərə görə təminat verir.
Sığortaçı yalnız aşağıdakı hallarda məsuliyyət daşıyır:
1. Borular quraşdırıldıqdan dərhal sonra, elə tərzdə bərkidilməlidir ki, xəndək daşarsa onlar yer dəyişə bilməsin.
2. Borular quraşdırıldıqdan dərhal sonra suyun, lilin sızmasının qarşısını almaq üçün bağlanmış olsun.
3. Sınaqdan keçirilmiş xxxx bölmələrinin yerləşdiyi xəndəklər təzyiq sınağı bitdikdən dərhal sonra doldurulmalıdır.
Maksimum uzunluq: metr
QEYD-ŞƏRT 118
Suburaxıcı buruqların qazılması işləri
Razılaşdırılmış və yəqin edilmişdir ki, başqa halda qaydalarda göstərilmiş, yaxud onunla təsdiq olunmuş istisnalar, müddəalar və şərtlərə uyğun olaraq quyunun qazılması işlərinin sığortası aşağıda qeyd olunmuş təhlükə nəticəsində baş vermiş itki və zərərlərlə məhdudlaşacaqdır:.
⮚ Zəlzələ, vulkan, tsunami;
⮚ Tufan, qasırğa, daşqın, basma, sürüşmə;
⮚ Çuxurun tullanması yaxud əmələ gəlməsi;
⮚ Yanğın və partlayış;
⮚ Artezian suların axını;
⮚ Verilməsi məlum üsullarla bərpa edilə bilinməyəcək buruq məhlulun itkisi
⮚ Uçuq şist süxurların qabarması yaxud geyri-normal təzyiq sayəsində quyunun dağılması, həmçinin borunun əyilməsi, hansı ki əldə edilmiş təcrübə əsasında öhdəsindən gəlmək mümkün deyil.
Sığorta ödənişin xəcmi quyunun qazılmasına çəkilən xərclərə (material xərcləri daxil olmaqla) əsasən o xxx gədər hesablanacaq, nə zaman ki yuxarıda göstərilən təhlükələrdən biri yaranan və buruq sığortalanmış təhlükə səbəbindən tərk olunmalıdır. Sığortalı itki məbləğinin 10% həcmində məsuliyyət daşıyır, aşağıda geyd olunmuş kimi minimum həcmində.
Xüsusi istisnalar:
Sığortaçılar aşagıda geyd olunanlara görə məsuliyyət daşımır:
⮚ Quyu qurğusunun və buruq avadanlığın itkisi və yaxud zədələnməsi (bu risk üzrə podratçı xüsusi sığorta əldə edə bilər)
⮚ Hər növ mədən əməliyyatları
⮚ Bərpa etmı Quyunun əvvəlki vəziyyətinin bərpa olunması üçün aparılan bərpa işləri və əsaslı təmirə çəkilən xərclər, bütün növ intensivləşdirilmə işləri daxil olmaqla (turşu emalı və çatların əmələ gəlməsi)
Xxxxxxx xxxxxxxx: itki məbləğinin 10% həcmində, hər bir hadisə üzrə minimal
QEYD-ŞƏRT 119
Sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində xxxx mövcud əmlak
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, Sığorta şəhadətnaməsinin Bölmə 1 üzrə sığorta təminatı genişləndirilərək, sığortalıya məxsus və ya onun himayəsi, mülkiyyəti və ya nəzarətində xxxx mövcud əmlaka, Bölmə 1 üzrə sığortalanan sığorta predmetlərinin inşası və ya montajı nəticəsində dəyən itki və ya zərəri də əhatə edəcək.
Sığortalanan əmlak:
Sığorta məbləği:
Sığortaçı sığortalanan əmlaka dəyən itki və ya zərərə görə yalnız o şərtlə sığorta ödənişi həyata keçirəcək ki, inşaat başlanmazdan əvvəl sığortalanan əmlak saz vəziyyətdə olsun və bütün lazımi təhlükəsizlik tədbirləri görülmüş olsun.
Vibrasiya və ya dayaqların çıxarılması və ya zəiflədilməsi səbəbilə dəyən itki və ya zərərə münasibətdə sığortaçı yalnız sığortalanan əmlakın tam və ya hissəvi dağılması nəticəsində dəyən itki və ya zərərə görə sığorta ödənişi həyata keçirəcək, sığotalanan binanın dayanıqlılığını korlamayan və ya istifadəçilərin həyatını təhlükəyə məruz qoymayan xarici səthi zədələnməyə deyil.
Sığortaçı sığortalıya aşağıdakına görə sığorta ödənişi verməyəcək:
⮚ İnşaat işinin xarakteri və ya onun icra olunması tərzi baxımından başverməsi əvvəlcədən görüləbilən itki və zərərlər
⮚ Zərərin qarşısının alınması və ya onun azadılması tədbirləri, hansılara ki, inşaat müddəti ərzində ehtiyac yaranmışdır
Xxxxxxx xxxxxxxx: QEYD-ŞƏRT 120
Vibrasiya, yerdəyişmə və ya dayaqların zəifləməsi üzrə xüsusi şərtlər
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar yaxud bu şəhadətnaməyə əlavə olunan qeyd-şərtlər nəzərə alınmaq şərtilə,Sığortalının əlavə ödədiyi sığorta haqqı müqabilində Bölmə 2 üzrə məsuliyyət sığortası genişləndirilərək vibrasiya, yerdəyişmə və ya dayaqların zəifləməsi nəticəsində dolayı zərər və itkilər üzrə sığorta təminatı verilir, bir şərtlə ki:
⮚ Sığoraçı yalnız o halda məsuliyyət üzrə, sığorta ödənişi edir ki, 3-cü şəxslərə məxsus əmlak qismən və ya tam dağılsın,
⮚ Sığoraçı yalnız o halda məsuliyyət üzrə, sığorta ödənişi edir ki, inşaat başlamazdan əvvəl üçüncü şəxslərə məxsus əmlak qüsursuz olsun və zədələnməyə qarşı lazımi tədbirlər görülsün,
⮚ Əgər tələb olunarsa, Sığortalı öz hesabına inşaat başlamazdan əvvəl hər-hansı təhlükəyə məruz qalan əmlak barədə hesabat hazırlayır.
Sığortaçı aşağıda sadalanalar ilə bağlı məsuliyyət üzrə sığorta ödənişi etmir:
⮚ İnşaat işləri və ya icrası ilə bağlı zərər və ya itki əvvəlcədən bilinən olsun,
⮚ İstifadçilərə təhlükə yaratmayan, əmlakın sabitliyini pozmayan səthi zərərlər,
⮚ Sığorta müddəti ərzində zərərlərin qarşısının alınması və minimumlaşdırılması üçün zəruri xxxx xərclər
⮚ Suyun qurudulması. Əgər belə hal, sığorta təminatı verilmiş zərər və itkilərin bərpasında ehtiyac olarsa, bu istisna tətbiq olunmur,
⮚ Suyun kənara axıdan sistemin sıradan çıxması nəticəsində, zərər və ikilər, bir şərtlə ki, müvafiq ehtiyat qurğuların tikilməsi ilə belə sıradan çıxmanın qarşısı alına bilərdi,
⮚ Tunel qazan maşınların baxımsızlığı və ya bərpası,
⮚ Yerüstü və yeraltı suların qarşısını almaq üçün əlavə izolasiya və qurğulara çəkilən xərclər
Məsuliyyət həddi (hər bir hadisədə) Ümumi məsuliyyət həddi:
Xxxxxxx xxxxxxxx:
Əlavə sığorta haqqı: QEYD-ŞƏRT 121
Dirəkli bünövrə və divar işləri ilə əlaqədar хüsusi şərt
Bununla razılaşdırılır ki, sığorta şəhadətnaməsi ilə bütün şərtlər, müddəalar, istisnalar nəzərə alınmaq şərtilə, sığortaçı sığortalıya aşağıdakı xərclərə görə sığorta ödənişi vermir:
1. O dirəklərin və ya dayaq divarlarının dəyişdirilməsi və ya düzəldilməsi:
a) hansılar ki, inşası zamanı səhv yerləşdirilmiş, səhv düzülmüş və ya sıxılmış,
b) vurulma və ya çıxardılma zamanı itkiyə məruz qalmış və ya yıxılmış və ya zədələnmiş, və ya
c) hansılara ki, çıxış dirək vuran avadanlığın və ya ətraf boruların zədələnməsi nəticəsində bağlanmışdır.
2. Qarmaqlarından çıxmış, bir-birindən ayrılmış palplanşların düzəldilməsi
3. Hər hansı bir matеrialın sızması və ya axmasının aradan qaldırılması
4. boşluqların doldurulması və ya itkiyə məruz qalmış bentonitin dəyişdirilməsi
5. Hər hansı bir dirəyin və ya özülün elementlərinin yükə davamlılıq sınağından keçməməsi və ya proyektləşdirilmiş yükə davamlılıq tutumuna çatmaması nəticəsində yaranan,
6. profil və qabaritlərin bərpa olunması
Bu qeyd-şərt təbii fəlakətlər səbəbindən baş verən itki və zərərlər şamil olunmayacaq. Bu cür zərər və ya itkinin təminata daxil olmasını sübut etmək öhdəliyini sığortalı daşıyacaq.
RADİOAKTİV ÇİRKLƏNMƏ QEYD-ŞƏRTİ
Bunanla razılaşdırılır ki, bu sığorta ilə aşağıdakılar səbəbilə, nəticəsində və ya hər hansı təsiri ilə dolayı və ya birbaşa yaranan itki, zərər və ya xərclərə görə təminat verilmir:
⮚ Hər hansı nüvə yanacağından və ya nüvə nüvə tullantılarından və ya nüvə yanacağının yanmasından xxxx radioaktivliyin təsirilə ionlaşdırıcı radiasiya və ya çirklənmə
⮚ Hər hansı nüvə qurğularının, reactor və ya digər nüvə qurğusu və ya nüvə komponentinin radioaktiv, toksik, partlayıcı və ya digər təhlükəli və ya çirkləndirici əmlakları
⮚ Atom və ya nüvə bölünməsi və/və ya birləşməsi və ya digər buna bənzər reaksiya və ya radioaktiv hadisə və ya qüvvə tətbiq olunan hər xxxxx xxxxx və ya cihazlar
BİR NEÇƏ SIĞORTALI QEYD-ŞƏRTİ
Bununla razılaşdırılır ki, əgər sığorta şəhadətnaməsinin sığortalı bəndində hər biri ayrı-ayrı şəxs və ya tərəf kimi fəaliyyət göstərən bir neçə sığortalı göstərilərsə, bu sığorta təminatı belə sığortalıların hər biri üçün sanki ayrı-ayrı fərdi sığorta şəhadətnamələrinin imzalandığı kimi eyni dərəcədə və şəkildə tətbiq olunacaq, bu şərtlə ki, sığortaçının bu sığorta şəhadətnaməsi üzrə bütün sığortalıların cəmi qarşısında ümumi məsuliyyəti sığorta şəhadətnaməsindəki sığorta məbləği və ödəniş limitlərindən, o cümlədən qeyd-şərtlərlə müəyyən olunan sub-limtlərdən artıq olmayacaq.
ÇİRKLƏNMƏ VƏ YOLUXMANIN İSTİSNASI İLƏ BAĞLI QEYD-ŞƏRT
Bu sığorta ilə aşağıdakılar səbəbilə sığortalanmış əmlakın zədələnməsi və ona dəyən zərər xaric (hər hansı digər şəkildə istisna edilməmişdirsə) Çirklənmə və Yoluxmadan yaranan itki səbəbilə, nəticəsində və ya əlaəqdar yaranan itki, zərər və ya xərclərə görə təminat verilmir:
⮚ Sığortalanmış xxxxxx baş verməsi nəticəsində yaranan çirklənmə və ya yoluxma
⮚ Çirklənmə və ya yoluxma nəticəsində hər hansı sığortalanmış xxxxxx baş verməsi
Tullantı və ya zibillər və ya tullantı qalıqları ilə əlaqədar sığortalının hər hansı məsuliyyəti də istisna edilir.
HADİSƏ KLOZU 72 SAAT
Bununla razılaşdırılır ki, aşağıdakı səbəblərdən hər hansı fasiləsiz, ardıcıl 72 saat müddət ərzində baş verən zərər:
⮚ qasırğa və/və ya siklon və/və ya tufan və/və ya fırtına və/və ya dolu
⮚ sel və/və ya daşqın
⮚ zəlzələ
⮚ qiyam və/və ya tətil və/və ya üsyan
bir, vahid hadisə hesab olunacaq və bununla da, sığorta şəhadətnaməsində müəyyən olunan şərtsiz azadolmaya münasibətdə də bir hadisə kimi tətbiq olunacaq. Yuxarıda qeyd olunanların məqsədi üçün, belə 72 saatlıq bir periodun başlanğıcı Sığortalının mülahizəsinə əsasən qərarlaşdırılacaq, xxxxx nəzərə almaqla ki, daha uzun bir period ərzində zərər baş verərsə, bu zaman 2 və daha artıq 72 saatlıq periodlar bir-birini üstələyəməyəcək.
MÜHARİBƏ İSTİSNASI QEYD-ŞƏRTİ
Bu sığortaya və ya onun istənilən qeyd-şərtinə baxmayaraq, bununla razılaşdırılır ki, bu sığorta təminatı aşağıdakılar səbəbilə, nəticəsində və ya əlaqədar baş verən və hər hansı digər hadisə və ya səbəbin paralel və ya nəticə etibarilə təsirindən asılı olmayaraq istənilən xarakterli birbaşa və ya dolayı yaranan itki, zərər və ya xərcləri istisna edir:
⮚ Müharibə, işğal, xarici düşmənin hərəkətləri, hərbi və ya müharibə əməliyyatları (müharibə elan olunub-olunmamasından asılı olmayaraq) vətəndaş müharibəsi. Qiyam, hərbi qiyam, üsyan, lokaut,inqilab, hərbi və ya qəsbkar qüvvələr.
Bu qeyd-şərt eyni zamanda yuxarıdakılara nəzarət olunması, onların qarşısının alınması, dayandırılmasında və ya əlaqəli görülən istənilən tədbirlər səbəbilə, nəticəsində və ya əlaqədar dolayı və ya birbaşa yaranan istənilən xarakterli itki, zərər və ya xərcləri istisna edir.