Contract
“Azərbaycan Milli QHT Forumu” və
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında M E M O R A N D U M
Gələcəkdə "Tərəflər" adlandırılan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr.529 ünvanında fəaliyyət göstərən və qurumun prezidenti Xxxxx Xxxx Xxxxxx xxxx tərəfindən təmsil edilən “Azərbaycan Milli QHT Forumu” və Bakı şəhəri, Nəsimi rayonu, X.X.Xxxxxxxxx 13 ünvanında fəaliyyət göstərən və sədr müavini Xxxxxxx Xxxxx Xxx xxxx tərəfindən təmsil edilən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900069391) Cəmiyyətin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması məqsədi ilə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
Tərəflər Cəmiyyətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Cəmiyyətin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədilə əməkdaşlığı aşağıdakı istiqamətlərlə həyata keçirəcəklər:
1. İctimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – mərkəzi icra hakimiyyəti orqanları), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması;
2. İctimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması (öyrənilməsi) üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərlə müzakirələr;
3. İctimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı- ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, hüquqi şəxslər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin dinlənilməsi;
4. İctimai nəzarət – Cəmiyyət tərəfindən göstərilən xidmətlərə ictamai nəzarətin aparılması, həmçinin sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;
5. Hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi;
6. Yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün həmin orqanlar tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi.
Maddə 2
Hazırkı Sazişin çərçivəsində “Azərbaycan Milli QHT Forumu” yuxarıda qeyd olunan istiqamətdə əməkdaşlığın həyata keçirilməsi üzrə müvafiq qanunvericiliyin tələblərinə, müvafiq normativ standartlara uyğun icra edilməsinə nəzarət funksiyasını həyata keçirə və bu istiqamətdə müvafiq tövsiyyələr verə bilər.
Maddə 3
“Azərbaycan Milli QHT Forumu” yuxarıda göstərilən sahələr üzrə əvəzsiz olaraq ictimai nəzarətin, monitorinqin keçirilməsini təmin edir. Digər sahələr üzrə isə işlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini gələcəkdə müqavilə əsasında müəyyənləşdirəcəklər.
Maddə 4
Hazrkı Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və dəyişikliklər edilə bilər. Hazırkı Sazişin fəaliyyət dairəsinə aid xxxx məsələlər üzrə mübahisələr və fikir ayrılıqları Tərəflər arasında ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 5
Hazırkı Saziş imzalandığı andan qüvvəyə minir və 3 il müddətinə bağlanır. Hazırkı Xxxxx bir Tərəfin onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı xəbərdarlığın digər Tərəfdən alındığı andan 1 ay müddətinə qüvvədədir.