Contract
“MPAY” elektron pul qabı və ödəniş tətbiqinin İstifadə Şərtləri və Qaydaları
Hazırkı İstifadə Şərtləri və Qaydaları “MPAY” elektron pul qabı və ödəniş tətbiqi vasitəsilə aparılan əməliyyatların (hesablaşmaların) əsas şərtlərini və qaydalarını əks etdirir və bu əməliyyatlarla bağlı “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə “MPAY” istifadəçiləri arasında yaranan münasibətləri tənzimləyir.
Hazırkı İstifadə Şərtləri və Qaydaları “MPAY” istifadəçiləri xxxx və ya müvafiq tətbiqdə qeydiyyatdan keçərək istifadə etmək niyyətində xxxx fiziki və hüquqi şəxslərə şamil olunur və elektron pul qabı və ödəniş xidmətlərinin göstərilməsi barədə “MPAY” Qapalı Səhmdar Cəmiyyətinin oferta təklifi hesab edilir.
Hazırkı İstifadə Şərtləri və Qaydaları elektron pul qabı və ödəniş xidmətlərinin göstərilməsi üçün Oferta təklifi olaraq (bundan sonra – Müqavilə) Müqavilənin şərtlərinin qəbul edilməsi qaydasında bağlanır. Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və tərəflərin fiziki iştirakı və/və ya əl ilə imzaladıqları müqaviləyə bərabər tutulur.
Əgər Müqavilənin hər hansı bəndi ilə razı deyilsinizsə, Müqavilənin qəbulundan imtina etməlisiniz.
1. Terminlər və anlayışlar
Şirkət – «MPAY» Qapalı Səhmdar Cəmiyyəti, hüquqi ünvan: AZ1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. ev 51 m. 41.
İstifadəçi – hazırkı İstifadə Şərtləri və Qaydalarının (Müqavilə) qəbul edilməsi yolu ilə İstifadəçi statusu xxxx, ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan və «MPAY» elektron pul qabı və ödəniş sisteminin qaydaları əsasında müəyyən olunan andan iştirakçı kimi tanınan «MPAY» elektron pul qabı və ödəniş tətbiqi vasitəsilə qeydiyyatdan keçərək əməliyyatlar həyata keçirmək və ödəniş xidmətlərindən istifadə etmək hüququna xxxxx xxxx fiziki və ya hüquqi şəxs.
Müqavilə - hazırkı istifadə şərtlərinin qəbul edilməsi yolu ilə «MPAY» elektron pul qabı və ödəniş xidmətlərinin göstərilməsi barədə İstifadəçi ilə Şirkət arasında bağlanan İstifadə Şərtləri və Qaydaları, o cümlədən də müvafiq İstifadə Şərtləri və Qaydalarında təsbit olunmuş və onun ayrılmaz tərkib hissəsi hesab olunan sənədlər;
Elektron pul qabı – pul vəsaitlərini elektron formatda mədaxil, məxaric, köçürmə, ödəniş və digər maliyyə əməliyyatları həyata keçirmə imkanı təmin edən elektron hesab.
Tətbiq – xxxxx://xxxx.xx/ veb saytı və iOS, Android platformaları vasitəsilə təqdim edilən MPAY elektron pul qabı və ödəniş tətbiqi.
Hesab – Tətbiqdə qeydiyyatdan keçmiş İstifadəçilər üçün nəzərdə tutulan elektron pul qabı hesabı.
Eyniləşdirmə nömrəsi (login) – Tətbiqdə qeydiyyatdan keçmək üçün istifadə olunan mobil telefon nömrəsi (İstifadəçinin elektron pul qabının nömrəsi).
Sərəncam/İstifadəçi sərəncamı – Əməliyyatların icra olunması məqsədilə İstifadəçi tərəfindən müvafiq texniki ödəniş aləti vasitəsilə təsdiq olunan və ərizə mahiyyəti daşıyan sərəncam.
Əməliyyat/Tranzaksiya –istifadəçi və vəsait xxxx arasında öhdəliyin mövcud olmasından asılı olmayaraq, İstifadəçinin sərəncamına əsasən və ya digər əsaslarla həyata keçirilən, elektron pul qabı hesabına/hesabından pul vəsaitlərinin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsinə yönəlmiş Şirkətin hərəkəti.,
Köçürmə – İstifadəçinin sərəncamına əsasən onun hesabından digər İstifadəçinin hesabına pul vəsaitlərinin onlayn rejimdə köçürülməsi.
Köçürən – Xxxxxx xeyrinə Köçürməni həyata keçirən İstifadəçi.
Xxxx – xeyrinə Köçürmənin həyata keçirildiyi İstifadəçi və ya üçüncü şəxslər.
Ödəyən – Xxxxxxxxxxx və ya digər İstifadəçinin xeyrinə ödəniş edən Xxxxxxxxxx. Komissiya – xidmətlərin göstərilməsinə görə Xxxxxx tərəfindən İstifadəçinin hesabından/ödəniş kartından tutulan xidmət haqqı.
Ödəniş terminalı – özünəxidmət rejimində çalışan və ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul və ya ödəniş hesabı vasitəsilə həyata keçirmək imkanı verən və ödəyicini ödəniş əməliyyatının həyata keçirilməsi üzrə təsdiqedici sənədlərlə təmin edən avadanlıq;
Balansın artırılması – İstifadəçinin sərəncamına əsasən ödəniş terminalı vasitəsilə nağd şəkildə və ya ödəniş kartı hesabından nağdsız şəkildə elektron pul qabı hesabı balansının artırılması.
Vauçer – İstifadəçinin sərəncamına əsasən onun hesabından digər İstifadəçinin hesabına pul vəsaitlərinin köçürülməsini təmin edən funksionallıq. Vəsaitlər vauçeri qəbul edən İstifadəçinin hesabına vauçerin nömrəsi və pin kodu daxil edilərək təsdiqləndikdən dərhal sonra köçürülür.
Hesab-faktura – mal və ya xidmətlərin ödənilməsi məqsədilə Satıcı tərəfindən tərtib olunaraq bir və ya bir neçə İstifadəçiyə ünvanlanan ödəniş sənədi.
Bonus – İstifadəçi tərəfindən həyata keçirilən əməliyyatlara görə stimullaşdırma məqsədilə Şirkət tərəfindən müstəqil olaraq birtərəfli qaydada müəyyən olunmuş bonus proqramı şərtləri əsasında təmin edilən və bonus hesabına yığılan ballar. İstifadəçi qazanılmış bonusları yalnız bonus proqramının şərtlərinə uyğun olaraq istifadə edə bilər. Bonus hesabı – bonus ballarının əks olunduğu elekton pul qabı hesablarından biri.
Biznes hesab – Tətbiqdə qeydiyyatdan keçmiş hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan elektron pul qabı hesabı. Biznes hesabın açılması üçün İstifadəçi
tərəfindən hüquqi şəxs/fərdi sahibkarın dövlət qeydiyyat sənədləri təqdim olunmalıdır. Satıcı – Tətbiqdə hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçmiş İstifadəçi. Mübadilə – İstifadəçinin hesablar arası fərqli valyutalarla xxxx məzənnələr üzrə aparacağı əməliyyatlar zamanı Şirkətin tətbiq edəcəyi daxili məzənnəyə uyğun olaraq pul vəsaitlərinin və ya bonusların dəyişdirilməsi, əvəzləşdirilməsi, dövriyyəsi və ya hər hansı bir mübadiləsi
Daxili məzənnə - bir valyutanın digəri ilə mübadilə edilməsi məqsədilə Şirkət tərəfindən təyin edilən və tətbiq edilən məzənnə. Müvafiq daxili məzənnə Şirkətin birtərəfli mülahizəsinə əsasən dəyişdirilə bilər.
Seçilmiş ödəniş – daha sürətli və rahat ödəniş etmək məqsədilə İstifadəçi tərəfindən yadda saxlanmış şablon ödəniş.
Avtomatik ödəniş – İstifadəçinin öncədən təsdiq etdiyi ödəniş sərəncamı əsasında təyin etdiyi parametrlərə əsasən müəyyən vaxt aralıqları ilə dövri olaraq sistem tərəfindən icra edilən ödəniş.
Hesabın təsdiqlənməsi (eyniləşdirmə) – İstifadəçinin şəxsiyyətinin, hüquq qabiliyyətinin, təmsilçilik səlahiyyətinin və işgüzar fəaliyyətinin müəyyən edilməsi üçün həyata keçirilən tədbirlər.
Xidmət – Şirkət tərəfindən Tətbiq vasitəsilə təqdim edilən maliyyə xidməti.
Provayder – Şirkət tərəfindən Tətbiq vasitəsilə təqdim edilən xidmətin təminatçısı.
Əqli mülkiyyət hüquqları – bütün əqli və sənaye mülkiyyət hüquqları və bütün müəlliflik hüquqları, məlumat bazasından istifadə hüquqları, dizayn hüquqları, müdafiə olunan nişanlar (ticarət nişanları), domen adları, digər qeyri-maddi aktivlər (qudvil), yayım hüquqları, brend adları, loqoları, vizual təsvirə dair hüquqlar, fərqlənmə nişanları və / və ya məxfi məlumata dair hüquqlar (həmçinin, müvafiq olduğu hallarda, genişləndirmə, əvvəlki vəziyyətinə qaytarma, yeniləmə), o cümlədən qeydiyyata alınmış və ya alınmamış istənilən belə hüquqların qorunmasına dair bütün müraciətlər (və müraciət hüquqları) və hal-hazırda mövcud xxxx və ya gələcəkdə dünyanın istənilən yerində mövcud olacaq bütün oxşar və ya ekvivalent hüquqlar və ya müdafiə formaları;
Bu fəsildə müəyyən edilməyən terminlər hazırkı Müqavilənin mətninə və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq izah edilir.
2. Ümumi müddəalar.
2.1. Hazırkı İstifadə Şərtləri və Qaydaları burada qeyd olunan şərtlərlə Müqavilənin bağlanması üçün Şirkətin oferta təklifidir. İstifadə Şərtləri və Qaydaları-nın 13-cü maddəsində nəzərdə tutulan və Müqavilənin bütün şərtlərinin hər hansı bir istisna və ya məhdudlaşdırma olmadan tam şəkildə və qeyd-şərtsiz qəbul edilməsini ifadə edən əməliyyatların İstifadəçi tərəfindən həyata keçirilməsi anından etibarən bağlanmış hesab edilir və qüvvəyə minir.
2.2. Tərəflər bu İstifadə Şərtləri və Qaydalarında qeyd olunan şərtlərin Tərəflər arasında razılaşdırılmış Müqavilə kimi qiymətləndirməklə bu əqddən (oferta təklifindən) irəli gələn bütün hüquq və öhdəliklərə əməl edəcəyini bəyan edir.
2.3. İstifadə şərtlərinə uyğun olaraq Müqavilə bağlayarkən, İstifadəçi həmçinin təsdiq edir ki:
• Qeyd olunan şərtlərlə xxxxx olmuş, burada qeyd olunan bütün müddəalarla qeyd- şərtsiz razıdır və imperativ qaydada onlara riayət etməyi öz öhdəsinə götürür,
• Onun fəaliyyət qabiliyyəti məhdud deyil, qəyyumluq, zaminlik, eləcə də himayəçilik altında deyil, sağlamlıq vəziyyətinə görə müstəqil şəkildə öz hüquqlarını həyata keçirə və müdafiə edə, vəzifələrini yerinə yetirə bilər, bağlanmış Müqavilənin və onun bağlanması şərtlərinin mahiyyətini dərk etməyə mane ola biləcək xəstəliklərdən əziyyət çəkmir.
3. Müqavilənin predmeti
3.1. Hazırkı Müqavilə İstifadəçiyə aşağıdakı xidmətlərin göstərilməsi şərtlərini və qaydalarını müəyyən edir:
3.1.1. elektron pul qabı hesabının açılması;
3.1.2. elektron pul qabı hesabı üzrə (o cümlədən də bonus hesabları üzrə) əməliyyatların aparılması;
3.1.3. nağdsız hesablaşmalar;
3.1.4. nağdsız ödənişlər;
3.1.5. nağdsız köçürmələr;
3.2. Göstərilən xidmətlərin siyahısı bunlarla məhdudlaşmır və Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə və / və ya yeni xidmətlər və funksional əlavələr edilə bilər.
3.3. Təklif edilən xidmətlərin siyahısı İstifadəçinin eyniləşdirmə prosedurundan keçib keçməməsindən asılı olaraq dəyişə bilər.
4. Eyniləşdirmə
4.1. Eyniləşdirilmiş İstifadəçi – Şirkətə aşağıdakı sənədləri bu Müqaviləin 4.4-cü bəndində qeyd olunmuş müvafiq qaydada təqdim edən və eyniləşdirmə prosedurundan keçən şəxslər İstifadəçi statusu qazanmış hesab olunur:
• fiziki şəxs üçün – soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin (pasportun) məlumatları, yaşadığı (qeydiyyatda olduğu) və ya daimi yaşayış ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (əgər varsa);
• hüquqi şəxs üçün - adı, təşkilati-hüquqi forması, dövlət qeydiyyatı nömrəsi və ya xarici hüquqi şəxsin qeydiyyat nömrəsi, dövlət qeydiyyatı yeri və olduğu (yerləşdiyi) yerin ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və ya xarici təşkilatın/şirkətin/korporativ subyektin dövlət qeydiyyatını təsdiq edən (identifikasiya) kodu;
4.2. Tətbiqdə qeydiyyatdan keçən zaman Şirkət İstifadəçiyə eyniləşdirmə keçməmiş istifadəçilər üçün nəzərdə tutulan elektron pul qabı hesabı açmaq imkanı verir.
4.3. Elektron pul qabı hesabı aktivləşdirildikdən sonra İstifadəçi aşağıda qeyd olunan şəxsi məlumatlarını:
(1) adını, soyadını, atasının adını;
(2) doğum tarixini
(3) tələb oluna biləcək istənilən digər məlumatları şəxsi məlumatlar səhifəsindəki müvafiq xanalarda qeyd etməyi öz öhdəsinə götürür.
4.4. İstifadəçilər aşağıdakı üsullarla eyniləşdirmə prosedurunu keçə bilərlər:
4.4.1. tələb olunan sənədləri Şirkətin Bakı şəhəri, Albert Aqarunov xxxxxx, xx 0X ünvanında yerləşən baş ofisinə təqdim etməklə.
Müştəri xidmətlərinin əlaqə məlumatları: x000 00 000 00 00, xxxxxxx@xxxx.xx;
4.4.2. tələb olunan sənədləri Tətbiqə yükləməklə (xxxxx Şirkət müvafiq sənədlərin bu qaydada yüklənməsini məqbul hesab etmədiyi təqdirdə sənədlərin 4.4.1-ci bənddə qeyd olunmuş qaydada təqdim olunmasını tələb etmək hüququna malikdir);
4.4.3. tətbiqdə Asan imza vasitəsilə qeydiyyatdan keçməklə.
4.5. Təqdim olunan sənədlər Şirkət tərəfindən yoxlandıqdan sonra eyniləşdirmə prosedurunu uğurla keçən İstifadəçilərin hesablarına müvafiq status verilir.
4.6. Eyniləşdirilmiş İstifadəçilərə təqdim olunan xidmətlərin siyahısı, ödəniş və köçürmə limitləri, komissiyalar və digər şərtlər eyniləşdirilməmiş İstifadəçilərə təqdim olunan şərtlərdən fərqlənə bilər. Şirkət xidmətlərin siyahısına və İstifadə şərtləri və Qaydalarına əlavə və dəyişiklikləri etmək hüququna malikdir.
5. Elektron maliyyə xidmətlərindən istifadə qaydaları
5.1. Sistemdə əməliyyatların həyata keçirilməsi üçün hər bir İstifadəçi üçün elektron pul qabı hesabı açılır. Elektron pul qabı İstifadəçinin mobil telefonun nömrəsi ilə ilkin identifikasiya olunur. İstifadəçinin sərəncamına əsasən aparılan bütün ödəniş əməliyyatları elektron pul qabı hesabı üzərindən həyata keçirilə bilər. Hazırkı İstifadə şərtləri və Qaydalarını qəbul edən İstifadəçi bununla bəyan edir, qəbul edir və zəmanət verir ki, Tətbiqdə birdən artıq telefon nömrəsi ilə qeydiyyatdan keçərək, qanunvericiliklə müəyyən olunmuş normativ tələblərə əməl etməyəcəyi təqdirdə və o cümlədən də nağdsız hesablaşmalara tətbiq olunan limitləri keçərsə, Şirkət tərəfindən müvafiq hal(lar) aşkar edilən andan İstifadəçinin Tətbiqdən istifadəsi məhdudlaşdırıla, dayandırıla, müvafiq əməliyyatın icrasından imtina oluna bilər. Şirkət müvafiq hallarla bağlı heç bir üçüncü şəxs və ya müvafiq icra hakimiyyəti orqanı qarşısında məsul deyil. İstifadəçi hazırkı İstifadə şərtləri və Qaydalarını qəbul etməklə etiraz etmir ki, Şirkət müvafiq səlahiyyətli qurumun tələbi ilə qanunvericiliklə müəyyən olunmuş nomativ tələblərə əməl etməyən istifadəçi və müvafiq əməliyyatlar barədə tələb olunan məlumatları təqdim edə bilər.
5.2. İstifadəçi elektron pul qabından istifadə edərkən bu qaydalara riayət etməlidir:
• təhlükəsiz şifrə təyin etməlidir, kənar şəxslərə öz şifrə və fərdi eyniləşdirmə nömrəsini açıqlamamalıdır;
• öz şifrə və fərdi eyniləşdirmə nömrəsini kompyuterdə və ya digər elektron daşıyıcılarda saxlamamalıdır;
• dövri olaraq şifrəni dəyişdirməli, ad və ya doğum tarixi kimi asan şifrələrdən istifadə etməməlidir.
• şəxsi məlumatların məxfiliyini qorumalıdır
• telefon, pasport nömrəsi və ya elektron poçt ünvanı kimi şəxsi məlumatları kənar şəxslərə açıqlamamalıdır.
• əməliyyatlar haqqında məlumatları saxlamalıdır;
• istifadə etdiyi veb-səhifənin düzgünlüyünü və təhlükəsizliyini yoxlamalıdır:
- hər hansı bir əməliyyatı həyata keçirməzdən və ya şəxsi məlumatları təqdim etməzdən əvvəl doğru elektron pul qabı veb-səhifəsindən istifadə etdiyindən əmin olmalıdır. Fırıldaqçılıq məqsədi ilə yaradılmış saxta veb-səhifələrə qarşı ehtiyatlı olmalıdır;
- “https” ilə başlayan Xxxxx Resurs Lokatorunun (URL) mövcudluğunu yoxlayaraq, veb- səhifənin təhlükəsizliyindən əmin olmalıdır, internet-brauzerin statusunda qorunan bağlantı işarəsi əks olunmalıdır;
- veb-səhifənin URL-ni hər zaman bilavasitə internet-brauzerə daxil etməlidir. Başqa istiqamətə yönəlməkdən və digər etibarlı olmayan səhifələrə keçiddən çəkinməlidir;
- mümkün olduqca, elektron əməliyyatların həyata keçirilməsi prosesində şəxsi məlumatları avtomatik şəkildə şifrələyən və ya kodlaşdıran proqramdan istifadə etmək tövsiyə olunur.
• öz kompyuterini və smartfonunu icazəsiz girişdən və zərərli proqramlardan qorumalı, antivirus proqramının müntəzəm şəkildə yenilənməsinə və onun davamlı işləməsinə nəzarət etməlidir;
• kompyuter qısa müddət ərzində nəzarətsiz qalsa belə elektron əməliyyatların həyata keçirildiyi saytdan dərhal çıxmalıdır;
• elektron əməliyyatlar həyata keçirdikdən sonra sistemdən çıxmalıdır;
• elektron əməliyyatın həyata keçirildiyi mobil telefondan başqalarının istifadə etməsinə icazə verməməlidir;
• mobil telefon itirildiyi və ya oğurlandığı təqdirdə dərhal Şirkətə məlumat verməlidir;
• mobil telefon nömrəsindən imtina etdiyi və ya istifadəsini dayandırdığı təqdirdə dərhal Şirkətə məlumat verməlidir;
• şəxsi məlumatları, xüsusilə də şifrə və fərdi eyniləşdirmə nömrəsini elektron poçt, messencer, sosial şəbəkələr və digər elektron mübadilə vasitələri ilə paylaşmamalıdır;
• elektron pul qabının təhlükəsizliyi ilə bağlı istənilən sualların meydana gəldiyi təqdirdə dərhal Şirkətə müraciət etməlidir.
5.2.1. Yuxarıda qeyd olunan hallar nəticəsində İştifadəçiyə dəymiş zərərə görə Şirkət birbaşa və ya dolayı olaraq heç bir məsuliyyət daşımayacaqdır və bu hallar baş verəcəyi
təqdirdə Şirkət yalnız öz imkanları çərçivəsində İstifadəçiyə müvafiq dəstək göstərmək hüququna malikdir.
5.3. Şirkət xxxxx://xxxx.xx/ saytında müvafiq informasiyanın yerləşdirilməsi vasitəsilə İstifadəçilərə məlumat verməklə təqdim edilən xidmətlərin siyahısını və onlardan istifadə şərtlərini dəyişdirmək hüququna malikdir.
5.4. Elektron pul qabı üzrə əməliyyatlar İstifadəçinin Əməliyyat üçün Sərəncamı əsasında həyata keçirilir. Əməliyyatlar hazırkı Müqavilədə, xxxxx://xxxx.xx/ saytında yerləşdirilən Şirkətin müvafiq normativ sənədlərində və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər əsaslarla həyata keçirilə bilər.
5.5. Əlavə olaraq elektron pul qabı üzrə əməliyyatlar aşağıdakı hallarda İstifadəçinin Sərəncamı olmadan Şirkət tərəfindən həyata keçirilə bilər:
5.5.1. Şirkətin Tariflərinə (o cümlədən xidmətlərin göstərilməsi Tarifləri və ya şərtlərinə) və/və ya hazırkı Müqavilə üzrə İstifadəçiyə xidmət göstərilməsi nəticəsində Şirkət tərəfindən çəkilmiş və sənədli şəkildə təsdiq edilmiş digər xərclərə uyğun olaraq, İstifadəçi tərəfindən ödənməli xxxx Komissiyaların silinməsi;
5.5.2. Şirkətin təqsiri ucbatından baş vermiş səhv və ya texniki xəta nəticəsində mədaxil edilən məbləğin İstifadəçinin elektron pul qabı hesabından birbaşa və müstəsna qaydada silinməsi;
5.5.3. Aşağıdakı hallar (daxil olmaqla, ancaq məhdudlaşmayaraq) nəticəsində yaranmış borc məbləğlərinin İstifadəçinin hesabından/ödəniş kartından silinməsinə yol verilir:
• ödəniş uğurlu olduğu halda vəsaitin hesabdan/ödəniş kartından çıxılmaması və o cümlədən də off-line əməliyyatlar baş verdiyi təqdirdə;
• elektron pul qabı hesabına pul vəsaitlərinin mədaxil olunması əməliyyatı Köçürən tərəfindən mübahisələndirildiyi təqdirdə Köçürənə qaytarılması üçün vəsaitlərin Şirkət tərəfindən tutulması;
• texniki overdraft (artıq xərcləmə);
• ödəyənin razılığı olmadan həyata keçirilən Əməliyyat məbləğinin Ödəyənə qaytarılması məqsədilə silinməsi;
• qanunvericiliklə, Şirkətin normativ aktları və ya Tərəflərin razılaşması ilə nəzərdə tutulan digər hallarda.
5.6. Elektron pulların köçürülməsi eyni zamanda Şirkətin Əməliyyat üçün Sərəncamı qəbul etdiyi, Köçürənin elektron pul qabı balansının azaldıldığı və Xxxxxx elektron pul qabı balansının köçürmə məbləği qədər artırıldığı anda yekunlaşır.
5.7. Tətbiqə daxil olmaq üçün İstifadəçi tərəfindən müəyyən edilmiş Şifrənin daxil edilməsi yolu ilə İstifadəçi tərəfindən tərtib edilən Əməliyyat üçün Sərəncam İstifadəçinin müvafiq Əməliyyatı həyata keçirmək niyyətinin və Əməliyyat üçün göndərilən Sərəncamın həqiqiliyinin lazımi və kafi qaydada təsdiq edilməsi kimi qəbul edilir.
5.8. Tərəflər şifrəni şəxsən çəkilmiş imzanın analoqu kimi tanıyırlar. Şifrədən istifadə edilməsi Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri çərçivəsində, şəxsən çəkilmiş imzaların istifadəsi ilə analoji hüquqi nəticələr doğurur.
5.9. Şifrədən istifadə edilməsi, şifrənin həqiqiliyi, Şirkətə göndərildikdən sonra Əməliyyat üçün Sərəncama və ya digər sənədə dəyişiklik edilməsi, Əməliyyat üçün Sərəncamın Şirkət tərəfindən alınması və digər faktlarla bağlı İstifadəçi tərəfindən Şirkətə qarşı pretenziya irəli sürüldüyü təqdirdə, İstifadəçi yuxarıda göstərilən faktları təsdiq edən sübutları öz iddia tələbinə əlavə etməyi öz öhdəsinə götürür.
6. Tariflər
6.1. Elektron pul qabının bəzi xidmətləri, Şirkət tərəfindən təyin edilən və xxxxx://xxxx.xx/ saytında yerləşdirilən, Tariflərə uyğun olaraq komissiya məbləğinin İstifadəçinin elektron pul qabı hesabından/ödəniş kartından akseptsiz silinməsi yolu ilə ödənişli əsaslarla təqdim edilir.
6.2. Tariflərdə öz əksini tapmayan əməliyyatlar üzrə komissiyalar haqqında məlumat Tətbiq vasitəsilə Əməliyyat həyata keçirilərkən İstifadəçiyə təqdim edilir və akseptsiz olaraq İstifadəçinin elektron pul qabı hesabından və ya ödəniş kartından silinir.
6.3. Komissiya haqqı Əməliyyatın məbləğindən əlavə olaraq tutula bilər və ya Əməliyyatın məbləğinə daxil edilə bilər.
6.4. İstifadəçi tərəfindən yanlış Əməliyyat həyata keçirildiyi təqdirdə, xidmət göstərilmiş hesab olunur və məbləğ (o cümlədən komissiya məbləği) xxxx qaytarılmır.
6.5. Şirkət Tarifləri birtərəfli qaydada tam və ya qismən dəyişdirmək (artırmaq, azaltmaq), yenilərini müəyyən etmək və mövcud Tarifləri ləğv etmək hüququna malikdir. Bu zaman qeyd edilən dəyişikliklər, Şirkət tərəfindən, digər hallar nəzərdə tutulmadığı təqdirdə, onların Şirkətin xxxxx://xxxx.xx/ saytında dərc edildiyi gündən etibarən qüvvəyə minir.
6.6. İstifadəçi yeni Tariflərin tətbiq edilməsi ilə razılaşmadığı təqdirdə hazırkı Müqaviləyə birtərəfli qaydada xitam verməklə hesabını bağlamaq hüququna malikdir.
7. Tərəflərin hüquqları
7.1. Şirkətin hüquqları:
7.1.1. aşağıdakı hallarda əməliyyatların həyata keçirilməsindən imtina etmək:
• yalnız eyniləşdirilmiş İstifadəçi üçün nəzərdə tutulan Əməliyyatın eyniləşdirilməmiş İstifadəçi tərəfindən aparılmasına cəhd göstərildiyini müəyyən edən zaman;
• pul qabı hesabı və ya ödəniş kartı balansında əməliyyatın aparılması və Şirkətin Tariflərlə nəzərdə tutulan komissiya haqqının ödənilməsi üçün kifayət qədər vəsait olmadığı təqdirdə;
• ödəniş və / və ya digər rekvizitlərin göstərilməsi zamanı Xxxxxxxxxx tərəfindən səhvə yol verildiyi təqdirdə;
• əməliyyatın həyata keçirilməsi üçün Şirkətə xxxxx xxxx sənədlər toplusu (rekvizitlər) Xxxxxxxxxx tərəfindən təqdim edilmədiyi və ya tam olaraq təqdim edilmədiyi və ya səhv/qüsurlu təqdim edildiyi təqdirdə;
• cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliklə nəzərdə tutulan məlumatların qeydə alınması üçün xxxxx xxxx sənədlər toplusunun (rekvizitlərin) İstifadəçi tərəfindən təqdim edilmədiyi və ya tam olaraq təqdim edilmədiyi təqdirdə;
• əməliyyat Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Müqavilənin şərtləri ilə ziddiyyət təşkil etdiyi təqdirdə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi, müvafiq qaydada akkreditasiya olmamış şirkətlər tərəfindən təqdim edilən idman və mərc oyunlarında iştirak, maliyyə cinayətləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hər hansı digər qanuna zidd əməliyyatlar (hərəkət və ya hərəkətsizlik) da daxil olmaqla və bununla məhdudlaşmayan bütün qanuna zidd əməliyyatlar);
• hazırkı Müqavilə, Şirkətin daxili normativ sənədləri, daxili siyasəti və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.1.2. İstifadəçi qeydiyyat prosedurunu lazımi qaydada keçmədiyi təqdirdə qeydiyyata almaqdan imtina etmək;
7.1.3. Hazırkı Müqavilə və / və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda, eləcə də Şirkətin mülahizəsinə görə elektron pul qabı ilə həyata keçirilən bütün əməliyyatların və ya onların bir hissəsinin bloklanması zərurəti yarandığı təqdirdə, Şirkət müvafiq əməliyyatları icra etməkdən imtina etməklə yanaşı elektron pul qabının bloklaya bilər. Elektron pul qabının bloklanması onun bloklanmasının səbəbləri aradan qaldırılana qədər davam edir.
7.1.4. Pul vəsaitləri ilə əməliyyatlar haqqında, eləcə də elektron pul qabında pul vəsaitlərinin yaranması mənbəyini, əməliyyatların həyata keçirilməsinin əsasını təsdiq edən əlavə məlumatları və sənədləri, həmçinin mənfəət əldə edəni (benefisiarı) müəyyən etməyə imkan verən məlumatlar və sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq İstifadəçidən tələb etmək;
7.1.5. Şirkətin məlumatlar bazasında nasazlıq yarandığı təqdirdə əməliyyatlar üzrə qeydlərə düzəlişlər etmək, eləcə də İstifadəçi tərəfindən həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların bərpa edilməsi üçün bütün zəruri hərəkətləri etmək;
7.1.6. Elektron pul qabından istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün birtərəfli qaydada məhdudiyyətləri (limitləri) müəyyən etmək və dəyişdirmək (artırmaq, azaltmaq). Bu cür dəyişikliklər haqqında məlumatlar xxxxx://xxxx.xx/ saytında yerləşdirilir. Şirkət tərəfindən digər hallar nəzərdə tutulmadığını təqdirdə dəyişikliklər xxxxx://xxxx.xx/ saytında yerləşdirildiyi andan etibarən qüvvəyə minir;
7.1.7. Hazırkı Müqavilə çərçivəsində Tərəflərin qarşılıqlı fəaliyyəti zamanı istifadə edilən interfeyslərin və proqram təminatının modifikasiyasını həyata keçirmək;
7.1.8. Elektron pul qabına əvvəllər icazə verilmiş əməliyyatlar və o cümlədən də müraciətləri istənilən an qadağan etmək, eləcə də formalaşdırılmış istənilən məlumatların qəbulunu dayandırmaq;
7.1.9. Eyniləşdirilmiş İstifadəçilər üçün nəzərdə tutulan elektron pul qabı istifadə edən və qanunvericiliklə müəyyən edilmiş fəaliyyət qabiliyyəti olmayan şəxslərdən müəyyən edilmiş forma üzrə özünün qanuni təmsilçisinin, qəyyumunun və ya himayəçisinin yazılı razılığını təqdim etməsini tələb etmək. Bu cür yazılı razılıq İstifadəçinin qanuni təmsilçisi, qəyyumu və ya himayəçisi tərəfindən şəxsiyyət vəsiqəsi və həmin İstifadəçiyə münasibətdə qanuni təmsilçilik, qəyyumluq və ya himayəçilik statusunu təsdiq edən sənədin əsli ilə birlikdə Şirkətin struktur bölməsinə şəxsən təqdim edilməlidir;
7.1.10. Müqavilənin yerinə yetirilməsi və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, eləcə də elektron pul qabına giriş üçün istifadə edilən proqram-aparat vasitələrinin konfiqurasiyası və səciyyəvi xüsusiyyətləri haqqında məlumatların üçüncü şəxslərə ötürülməsi zərurəti yaranan zaman, o cümlədən İstifadəçinin proqram-aparat vasitələri ilə qarşılıqlı fəaliyyət prosesində Şirkət tərəfindən avtomatik şəkildə ötürülən istənilən digər məlumatların istənilən üsulla toplanması, saxlanması, emal edilməsini həyata keçirmək;
7.1.11. Müqavilə bağlandığı zaman və Müqavilənin qüvvədə olduğu müddət ərzində Xxxxxxxxxx tərəfindən şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən İstifadəçinin istənilən fərdi məlumatlarını Müqavilənin yerinə yetirilməsi məqsədilə istənilən üsulla emal etmək;
7.1.12. Şirkət İstifadəçi tərəfindən təqdim edilmiş məlumatları istənilən üsulla yoxlamaq hüququna malikdir, bunun üçün o, İstifadəçi ilə bağlı mövcud məlumatların toplanması və araşdırılmasını həyata keçirə bilər və İstifadəçi müvafiq məlumatların Şirkət tərəfindən yoxlanmasına etiraz etmir
7.1.13. Əməliyyatın həyata keçirildiyi gündən etibarən 14 (on dörd) təqvim günü keçdikdən sonra Xxxxxxxxxx tərəfindən irəli sürülən əməliyyat üzrə pretenziyaları qəbul etməmək.
7.1.14. Hazırkı Müqavilənin 5.5.-ci bəndinə uyğun olaraq İstifadəçinin Sərəncamı olmadan elektron pul qabı üzrə müvafiq əməliyyatların həyata keçirilməsi.
7.1.15. Səlahiyyətli orqanın lazımi qaydada tərtib edilmiş sənədini xxxx xxxxx həmin orqanın tələblərinin Şirkət tərəfindən yerinə yetirilməsi anına qədər İstifadəçinin elektron pul qabını bloklamaq;
7.1.16. Həbsin qoyulması haqqında səlahiyyətli orqanların lazımi qaydada tərtib edilmiş sənədlərini xxxx xxxxx, bu sənəddə göstərilən məbləğ həcmində pul vəsaitlərinin qalığına, məbləğ göstərilmədikdə isə pul vəsaitlərinin bütün qalığına həbs qoymaq;
7.2. İstifadəçinin hüquqları:
7.2.1. Elektron pul qabından istifadə edilməklə həyata keçirilən əməliyyatlar haqqında bildirişlər, məlumatlar, çıxarışlar almaq;
7.2.2. Hazırkı Müqavilə ilə nəzərdə tutulan hallarda və qaydada Şirkətə pretenziya və digər ərizələri təqdim etmək;
7.2.3. Mübahisəli əməliyyat üzrə pretenziyaları əməliyyatın həyata keçirildiyi gündən etibarən 14 təqvim günü ərzində Şirkətə təqdim etmək. Pretenziya Şirkət tərəfindən müəyyən edilmiş formaya müvafiq olaraq, yazılı şəkildə tərtib edilməlidir.
7.2.4. Şirkətə müəyyən edilmiş formada müraciət edərək, hazırkı Müqaviləyə xitam vermək. İstifadəçinin Şirkət qarşısında borcu olduğu təqdirdə borc məbləği pul qabı hesabına köçürüldükdən və Şirkət tərəfindən silindikdən sonra Müqaviləyə xitam verilir.
8. Tərəflərin öhdəlikləri
8.1. Şirkətin öhdəlikləri:
8.1.1. Hazırkı Müqaviləyə dəyişikliklərin daxil edilməsi (Tariflər və / və ya əlavə xidmətlərin istifadə şərtləri də daxil olmaqla) haqqında bildirişin xxxxx://xxxx.xx/ saytında yerləşdirilməsi və yaxud Şirkətin mülahizəsinə əsasən digər üsulla İstifadəçinin xəbərdar edilməsi;
8.1.2. İstifadəçinin elektron pul qabı və onun vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatlara kənar şəxslərin icazəsiz girişinin qarşısını almaq üçün tədbirlər görmək;
8.1.3. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatların və İstifadəçi haqqında məlumatların gizliliyinin qorunması üzrə bütün mümkün tədbirləri görmək. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatlar və İstifadəçi haqqında məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda digər şəxs və ya orqanlara İstifadəçinin razılığı olmadan təqdim edilə bilər.
8.2. İstifadəçinin öhdəlikləri:
8.2.1. Hazırkı Müqavilənin şərtlərinə riayət etmək, Şirkətin tələblərini lazımi şəkildə yerinə yetirmək;
8.2.2. Eyniləşdirmə prosedurunu keçərkən Şirkətə doğru məlumatlar təqdim etmək;
8.2.3. İstifadəçi Şirkətə təqdim edilmiş bütün məlumatların doğruluğu və dəqiqliyinə zəmanət verir və təqdim edilmiş məlumatların Şirkətin sistemində işlənməsi üçün Şirkətə səlahiyyət verir.
8.2.4. İstifadəçi təqdim edilmiş məlumatları elektron pul qabı sistemində istənilən vaxt dəqiqləşdirmək və düzəliş etmək hüququna malikdir və məlumatlarda edilmiş istənilən dəyişikliklər haqqında 3 iş günü ərzində Şirkətə məlumat verməlidir.
8.2.5. Tətbiqdə avtorizasiya üçün istifadə edilən məlumatların saxlanması üzrə tədbirlər görmək, üçüncü şəxslərə ötürməmək, onları əldə edilməsi xxxx xxxx və əlçatan məlumat bazalarına və elektron daşıyıcılara yerləşdirməmək;
8.2.6. Qeyri-qanuni sahibkarlıq fəaliyyəti həyata keçirməmək və digər qanuna zidd hərəkətlər etməmək, ictimai təhlükəsizlik və əxlaq normalarının pozulmasına yönələn tədbirlərin dəstəklənməsi ilə bağlı əməliyyatlar aparmamaq;
8.2.7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi, müvafiq qaydada akkreditasiya olmamış şirkətlər
tərəfindən təqdim edilən idman və mərc oyunlarında iştirak, maliyyə cinayətləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hər hansı digər qanuna zidd fəaliyyətlə məşğul olmamaq;
8.2.8. Şirkətə doğru və aktual (hazırkı zaman mövcud xxxx) məlumatlar təqdim etmək;
8.2.9. Fərdi məlumatlarda və eyniləşdirmə üçün təqdim edilən digər məlumatlarda, rekvizitlərdə, həmçinin bildirişlərin göndərilməsi üçün məlumatlarda dəyişikliklər olduğu təqdirdə, Şirkətə vaxtı-vaxtında xəbər vermək;
8.2.10. Hazırkı Müqavilənin yerinə yetirilməsi çərçivəsində Şirkət tərəfindən tələb olunan məlumatları və sənədləri Şirkətə təqdim etmək;
8.2.11. Şirkətin tələbinə əsasən məlumatları, eləcə də elektron pul qabındakı pul vəsaitlərinin yaranması mənbəyini, əməliyyatların həyata keçirilməsinin əsasını təsdiq edən sənədləri Şirkətə təqdim etmək;
8.2.12. İstifadəçi Müqavilə bağlandığı zaman və ya Müqavilənin qüvvədə olduğu müddət ərzində şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilən istənilən fərdi məlumatların hazırkı Müqavilənin yerinə yetirilməsi məqsədi ilə Şirkət tərəfindən istənilən üsulla emal edilməsi üçün öz razılığını verir. Qeyd edilən razılıq hazırkı Müqavilənin qüvvədə olduğu müddət ərzində qüvvədədir və hazırkı Müqavilənin yerinə yetirilməsindən birtərəfli qaydada imtina edilməsi yolu ilə İstifadəçi tərəfindən ləğv edilə bilər. Hazırkı müqavilənin yerinə yetirilməsi zamanı İstifadəçi Şirkətə üçüncü şəxslərin fərdi məlumatlarını təqdim edərsə, İstifadəçi onların qanuniliyinə və bu fərdi məlumatların subyektlərinin bu məlumatların təqdim edilməsi üçün razılığının olmasına təminat verir, eləcə də qeyd edilən məlumatların qanuniliyi və həqiqiliyi üçün məsuliyyəti öz üzərinə götürür;
8.2.13. Hazırkı Müqavilə ilə və qanunvericiliklə nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.
9. Tərəflərin qarşılıqlı fəaliyyət qaydaları
9.1. xxxxx://xxxx.xx/ saytı Müqavilə, Tariflər və Xidmətlərin şərtləri haqqında rəsmi informasiya mənbəyi və İstifadəçinin xəbərdar edilməsinin əsas vasitəsidir. Bununla Xxxxxxxxxx təsdiq edir ki, xxxxx://xxxx.xx/ saytında yerləşdirilən bütün tələblərə sözsüz riayət olunmalı və onlar tam həcmdə yerinə yetirilməlidir.
9.2. Şirkət İstifadəçinin məlumatlandırılmasını öz mülahizəsinə əsasən aşağıda sadalanan üsullardan biri vasitəsilə həyata keçirir:
• məlumatların saytda yerləşdirilməsi yolu ilə;
• SMS–lərin göndərilməsi yolu ilə;
• Push bildirişlərin göndərilməsi yolu ilə;
• İstifadəçi tərəfindən göstərilən nömrəyə edilən telefon zəngləri vasitəsilə;
• İstifadəçi tərəfindən göstərilən ünvana məktubun göndərilməsi yolu ilə;
• İstifadəçi tərəfindən göstərilən elektron poçt ünvanına elektron məktubun göndərilməsi yolu ilə;
• İstifadəçi tərəfindən göstərilən nömrəyə faksın göndərilməsi yolu ilə.
İstifadəçi onun tərəfindən təqdim edilən əlaqə məlumatlarının aktuallığı üçün məsuliyyət daşıyır. Yuxarıda sadalanan fəaliyyətlərdən istənilən birinin həyata keçirilməsi İstifadəçinin lazımi qaydada məlumatlandırılması hesab edilir, bu zaman Şirkət göndərilmiş bildirişin İstifadəçi tərəfindən alınması və ya alınmaması üçün məsuliyyət daşımır.
9.3. İstifadəçi elektron pul qabında aparılan bütün Əməliyyatların onun şəxsi sərəncamına əsasən həyata keçirilməsinə zəmanət verir.
9.4. İstifadəçinin müraciətləri yazılı şəkildə tərtib edilməli və elektron pul qabı sistemində lazımi qaydada qeydiyyata alınmış elektron poçt ünvanından elektron məktubun göndərilməsi yolu ilə Şirkətə ötürülməli və ya eyniləşdirilmiş İstifadəçi tərəfindən bilavasitə Şirkətin nümayəndəsinə (struktur bölmələrinə) təqdim edilməlidir.
9.5. Eyniləşdirmə nömrəsi itirildiyi təqdirdə və ya elektron pul qabına icazə verilməyən girişlə bağlı şübhələr meydana gəldiyi zaman İstifadəçi müvafiq ərizə ilə dərhal Şirkətə müraciət etməlidir. Şirkət də öz növbəsində həmin ərizəyə baxmağı və elektron pul qabının şəxsiyyətinin və eyniləşdirilməmiş İstifadəçiyə məxsus olmasının müəyyənləşdirilməsinə qədər və yaxud eyniləşdirilmiş İstifadəçi tərəfindən şifrənin dəyişdirilməsinə qədər elektron pul qabını bloklamağı öz öhdəsinə götürür.
9.6. Elektron pul qabının şəxsiyyətinin və eyniləşdirilməmiş İstifadəçiyə məxsus olmasının müəyyənləşdirilməsi aşağıdakı üsullardan biri vasitəsilə həyata keçirilir:
9.6.1. şifrənin bərpa edilməsi kodunun SMS vasitəsilə İstifadəçinin elektron pul qabına bağlanmış mobil telefon nömrəsinə göndərilməsi;
9.6.2. müəyyən edilmiş formada tərtib edilmiş ərizənin Şirkətin Struktur bölməsinə təqdim edilməsi və İstifadəçinin eyniləşdirilməsi üçün xxxxx xxxx sənədlərin təqdim edilməsi, eləcə də girişin bərpa edildiyi elektron pul qabına sahib olmaq və ondan istifadə etmək hüququ ilə bağlı sübutların təqdim edilməsi. Sübutların kafiliyi müstəsna olaraq Şirkətin mülahizəsinə əsasən müəyyən edilir;
9.6.3. Şirkət tərəfindən müəyyən edilən digər üsulla.
9.7. Şirkət İstifadəçilər arasında və ya İstifadəçilər ilə Provayderlər arasında bağlanmış sazişin tərəfi deyildir, bununla əlaqədar:
9.7.1. Əqdin qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil etməməsi halında sazişin bağlanması, yerinə yetirilməsi və ləğv edilməsinin istənilən nəticələrinə görə, o cümlədən bu cür əqd üzrə ödənişin xxxx qaytarılmasına görə məsuliyyət daşımır;
9.7.2. Provayderlərin əqd üzrə öhdəliklərinin yerinə yetirilməməsi (lazımi qaydada yerinə yetirilməməsi) ilə bağlı İstifadəçinin pretenziyalarına baxmır.
9.8. Şirkətin birbaşa günahı, hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməmiş səbəblərdən əməliyyatların və ya digər xidmətlərin həyata keçirilməsi mümkün olmadıqda (elektrik enerjisinin, internet qoşulmanın təminatı dayandırıldıqda və s.) Şirkət xidmətlərin təqdim edilməməsinə görə məsuliyyət daşımır.
10. Pretenziyalar üzrə iş
10.1. Təqdim edilən xidmətlərlə bağlı İstifadəçilərdə pretenziyalar (şikayətlər) meydana gəldikdə İstifadəçilər onları MPAY müştəri xidmətlərinə ünvanlayırlar. Şikayətlər qeydiyyata alınır və Şirkətin daxili reqlamenti və prosedurlarına müvafiq olaraq baxılır. İstifadəçinin şikayətinin əsaslılığı Şirkət tərəfindən araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. Araşdırma İstifadəçidən şikayətin daxil olduğu hər bir fakt üzrə həyata keçirilir. Şikayətin mahiyyətinə dair tələb olunan sənədlərin, məlumatların, informasiyanın İstifadəçiyə sorğunun göndərildiyi andan etibarən 3 (üç) iş günü ərzində Şirkət tərəfindən alınmadığı təqdirdə, İstifadəçinin pretenziyadan (şikayətdən) imtina etdiyi hesab olunur.
10.2. Hazırkı Müqavilə çərçivəsində pretenziya dedikdə Şirkətə qarşı mülki-hüquqi xarakter daşıyan tələbi özündə ehtiva edən hazırkı Müqavilə üzrə Şirkətin öz öhdəliklərini yerinə yetirməməsi və yaxud lazımi qaydada yerinə yetirməməsi nəticəsində tərtib edilmiş İstifadəçinin ərizəsi başa düşülür.
10.3. Əgər həyata keçirilmiş araşdırmanın nəticələrinə əsasən Şirkət pretenziyanın əsaslılığını qəbul edərsə, bu zaman Şirkət pretenziyanın tam və ya qismən təmin edilməsi haqqında qərar qəbul edir. Pretenziyanın tam şəkildə təmin edildiyi təqdirdə Şirkət pretenziyanın təmin edilməsi haqqında cavabı ərizəçiyə göndərmədən müvafiq hərəkətləri etmək hüququna malikdir. Pretenziyanın qismən təmin edildiyi və ya pretenziyanın təmin olunmasından imtina edildiyi təqdirdə Şirkət özünün mülahizəsinə əsasən Müqavilədə nəzərdə tutulan üsullardan biri ilə İstifadəçiyə müvafiq bildiriş göndərir.
11. Məsuliyyət
11.1. Şirkət Əməliyyatların həyata keçirilməsi üçün İstifadəçinin lazımi şəkildə rəsmiləşdirilmiş Sərəncamlarının lazımi qaydada və vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
11.2. Xxxxxx Xxxxxxxxxxxxx şəxsi məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kommersiya sirri təşkil edən məlumatlara və o cümlədən də fərdi məlumatlara aid edilən istənilən digər məxfi informasiyanın 5 ilə qədər dövr üzrə qorunmasına görə məsuliyyət daşıyır.
11.3. Şirkət İstifadəçinin elektron pul qabından daxil xxxx bütün Sərəncamları yerinə yetirir və İstifadəçinin elektron pul qabına icazəsiz giriş və onun vəsaitləri üzərində sərəncam verilməsinə görə məsuliyyət daşımır.
11.4. Şirkət İstifadəçinin elektron pul qabı ilə həyata keçirilən Əməliyyatlar məsələsi ilə bağlı istənilən üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. İstifadəçi bu cür üçüncü şəxslərin iddialarını daxili mümkün xxxx imkanlar çərçivəsində müstəqil şəkildə nizamlamağa cəhd edəcəkdir.
11.5. Şirkət aşağıdakı hallara görə məsuliyyət daşımır:
11.5.1. İstifadəçinin elektron pul qabından daxil xxxx Sərəncam Şirkət tərəfindən dəqiq yerinə yetirildiyi halda yanlış həyata keçirilən Əməliyyatlara görə;
11.5.2. Poçt, elektrik təchizatı, internet, rabitə şəbəkələrinin işində Şirkətdən asılı olmayan səbəblərdən meydana gəlmiş və/və ya Şirkətin bildirişlərinin İstifadəçi tərəfindən vaxtında alınmamasına və ya ümumiyyətlə alınmamasına gətirib çıxaran nasazlıqlara görə;
11.5.3. Şirkət tərəfindən Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə gətirib çıxaran texniki nasazlıqlar (elektrik enerjisi və rabitə ilə təminatın dayandırılması/zədələnməsi, prosessinq mərkəzinin proqram təminatında nasazlıq və ya ödəniş sistemlərində texniki nasazlıq) baş verdiyi təqdirdə;
11.5.4. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, İstifadəçinin məlumatları haqqında informasiyanın rabitə kanallarından istifadə zamanı dinləmə və ya ələ keçirmə nəticəsində digər şəxslərə məlum olduğu təqdirdə;
11.5.5. Elektron pul qabından istifadə etməklə həyata keçirilən əməliyyatlar haqqında, İstifadəçinin məlumatları haqqında informasiyanın, İstifadəçi tərəfindən hazırkı Müqavilənin pozulması və ya müvafiq məlumatların saxlanması və istifadə edilməsi şərtlərinə İstifadəçi tərəfindən riayət olunmaması nəticəsində, digər şəxslərə məlum olduğu təqdirdə;
11.5.6. İstifadəçidə elektron pul qabından istifadəni və hazırkı Müqavilə çərçivəsində Şirkətlə qarşılıqlı fəaliyyəti təmin edən rabitə vasitələrinə çıxışın müvəqqəti olmamasına, eləcə də bununla bağlı zərərlərə görə;
11.5.7. Elektron pul qabının bloklanması nəticəsində İstifadəçidə meydana gələn zərərlərə görə;
11.5.8. Elektron pul qabından istifadənin qeyri-mümkünlüyü nəticəsində və baş vermis halın səbəblərindən asılı olmayaraq İstifadəçinin və / və ya üçüncü şəxslərin üzləşdikləri maddi və ya mənəvi zərərlərə görə;
11.5.9. Əməliyyatların həyata keçirilməsi haqqında sərəncamların İstifadəçi tərəfindən yanlış tərtib edilməsi nəticəsində meydana gələn zərərlərə görə;
11.5.10. Pul vəsaitlərinin hesaba mədaxil edilməsi və ya köçürülməsi zamanı elektron pul qabı nömrəsinin yanlış göstərilməsi və pul vəsaitlərinin Şirkət tərəfindən göstərilmiş elektron pul qabına mədaxil edilməsi/köçürülməsi, bundan sonra pul vəsaitlərinin elektron pul qabına mədaxil edildiyi/köçürüldüyü İstifadəçi tərəfindən istifadə edilməsi nəticəsində meydana gələn zərərlərə görə;
11.5.11. Pul vəsaitlərinin mədaxil edilməsinin müəyyən olunmuş qaydasının İstifadəçi tərəfindən pozulması nəticəsində meydana gələn zərərlərə görə;
11.5.12. Elektron pulların qalığının limitinin aşılması ilə bağlı daxil edilməsi mümkün olmayan pul vəsaitlərinin İstifadəçi tərəfindən daxil edilməsi nəticəsində meydana gəlmiş zərərlərə görə;
11.5.13. Bildirişlərin göndərilməsi üçün İstifadəçi tərəfindən yanlış məlumatların təqdim edilməsi nəticəsində meydana gəlmiş zərərlərə görə;
11.5.14. İstifadəçi tərəfindən yanlış eyniləşdirmə məlumatlarının təqdim edilməsi nəticəsində meydana gəlmiş zərərlərə görə;
11.5.15. Bildirişlərin və / və ya eyniləşdirmə məlumatlarının göndərilməsi üçün məlumatların İstifadəçi tərəfindən yenilənməməsi nəticəsində meydana gəlmiş zərərlərə görə;
11.6. İstifadəçi aşağıdakı hallara görə məsuliyyət daşıyır:
11.6.1. Elektron pul qabından istifadə ilə bağlı üçüncü şəxslərin Şirkətə və ya İstifadəçiyə qarşı istənilən tələbləri, pretenziyaları və iddiaları üzrə;
11.6.2. Login və şifrənin təhlükəsizliyinin təmini və məxfi olaraq qorunması üzrə;
11.6.3. Əməliyyatların həyata keçirilməsi üçün sərəncamların lazımi qaydada rəsmiləşdirilməməsinə görə;
11.6.4. Düzgün və aktual əlaqə məlumatlarının təqdim edilməməsinə görə;
11.6.5. Şirkətin tələblərinin lazımi qaydada yerinə yetirilməməsinə görə;
11.7. Tərəflər hazırkı Müqavilədə nəzərdə tutulmayan məsələlər üzrə öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
12. Mübahisələrin həll edilməsi
12.1. Tətbiqdən istifadə ilə bağlı istənilən məsələlər üzrə İstifadəçi Şirkətə müraciət etmək hüququna malikdir. Bunun üçün İstifadəçi aşağıdakı üsullarından istifadə edə bilər:
• müvafiq yazılı ərizəni Şirkətin faktiki ünvanına (AZ1075, Bakı şəhəri, Albert Xxxxxxxx xxxxxx, 0X) xxxxxx edərək/göndərərək;
• hazırkı Müqavilədə müəyyən edilmiş hallarda Müştəri xidmətlərinə telefon (x000 00 000 00 00) və ya elektron poçt (xxxxxxx@xxxx.xx) vasitəsilə müraciət edərək.
12.2. Tətbiqdən və o cümlədən də Şirkət tərəfindən təqdim olunan müvafiq xidmətlərdən qanun çərçivəsində istifadə etməyən və Şirkət tərəfindən müəyyən edilmiş qaydalara və hazırkı əqdin tələblərinə əməl etməyən və o cümlədən də bu oferta təklifi üzrə öz öhdəliklərini pozan şəxslərə münasibətdə Şirkət müvafiq xidmətləri dərhal dayandırmaq, məhdudlaşdırmaq və ya bu əqdə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Xidmətlər dayandırıldığı təqdirdə Şirkət bu barədə özünün mülahizəsinə əsasən Müqavilədə nəzərdə tutulan üsullardan biri ilə İstifadəçiyə müvafiq bildiriş göndərir.
12.3. Əks təqdirdə Tərəflər hazırkı Müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələrin, o cümlədən hazırkı Müqavilənin bağlanması, pozulması, dayandırılması, ləğv edilməsi və etibarsız sayılması ilə əlaqədar mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində həll edilməli olduğu ilə razılaşır və bunu qəbul edirlər.
13. Müqavilənin bağlanması
13.1. Hazırkı Müqavilə Şirkət və İstifadəçilər arasında oferta müqaviləsi formasında bağlanır.
13.2. İstifadəçi tərəfindən aşağıdakı hərəkətlərin və o cümlədən də hərəkətsizliklərin həyata keçirilməsi Müqavilə şərtlərinin qəbul edilməsi kimi qiymətləndiriləcəkdir
• MPAY tətbiqində qeydiyyat prosedurundan keçmək;
• Hazırkı Müqavilənin şərtləri ilə xxxxx olmaq və qeydiyyat formasının müvafiq xanasında onlarla razılaşmaq haqqında qeyd etmək və ya iradə ifadəsini bildirmək.
13.3. Hazırkı Müqavilənin şərtlərinin qəbul edilməsi bu Müqavilənin bütün şərtlərinin İstifadəçi tərəfindən heç bir istisna və / və ya məhdudiyyət olmadan tam şəkildə və qeyd- şərtsiz qəbul edilməsini bildirir və tərəflər arasında ikitərəfli yazılı sazişin bağlanması ilə eyni hüquqi qüvvəyə malikdir.
13.4. Müqavilə şərtlərinin etibarlılıq müddəti qeyri-məhduddur.
14. Müqavilənin qüvvədə olma müddəti
14.1. Müqavilənin qəbul edilməsi üçün bütün hərəkətlərin İstifadəçi tərəfindən həyata keçirildiyi andan etibarən hazırkı Müqavilə qüvvəyə minir və yerinə yetirilməsi məcburi hesab olunur.
14.2. Müqavilənin etibarlılıq müddəti qeyri-məhduddur.
15. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi
15.1. Hazırkı Müqavilə, o cümlədən Tariflər, təqdim edilən xidmətlərin siyahısı, xidmətlərin təqdim edilməsi və onlardan istifadə edilməsi qaydaları, eləcə də hazırkı Müqavilə çərçivəsində Tərəflərin qarşılıqlı fəaliyyətlərinin digər şərtləri Şirkət tərəfindən istənilən an dəyişdirilə bilər. Müvafiq dəyişikliklər xxxxx://xxxx.xx/ saytında yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
15.2. İstifadəçi hazırkı Müqavilənin istənilən şərtini dəyişdirmək, ondan imtina etmək və ya hər hansı bir üsulla onu pozmaq hüququna malik deyildir.
15.3. Şirkət İstifadəçini ən azı 10 təqvim günü əvvəlcədən xəbərdar etməklə hazırkı Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
15.4. İstifadəçinin Şirkət qarşısında ödənilməmiş borcunun olduğu və ya onun elektron pul qabının hazırkı Müqavilədə nəzərdə tutulmuş əsaslara görə bloklandığı hallar istisna olmaqla İstifadəçi Şirkəti xəbərdar edərək hazırkı Müqaviləni istənilən an ləğv etmək hüququna malikdir.
15.5. Müqavilənin ləğv edildiyi an üçün elektron pulların qalığının məbləği, qalığın köçürülməsi üçün bank rekvizitlərinin İstifadəçidən alındığı tarixdən etibarən 10 iş günü ərzində İstifadəçi tərəfindən göstərilən bank hesabına köçürülməlidir.
16. Yekun müddəalar
16.1. İstifadəçi hazırkı Müqavilənin bütün şərtlərinin xxx xxxxx olduğunu və onları qeyd- şərtsiz və tam həcmdə qəbul etdiyini təsdiq edir.
16.2. İstifadəçi hazırkı Müqavilə üzrə hüquqi münasibətlərə daxil olmaq, yuxarıda qeyd edilən bütün hüquqları həyata keçirmək və öhdəlikləri yerinə yetirmək üçün bütün zəruri hüquqlara malik olduğuna və hazırkı Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün heç bir maneənin olmadığına zəmanət verir.
16.3. Hazırkı Müqavilənin və ya onun əlavələrinin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməsinin mümkün olmaması onun digər hissələrinin etibarsızlığına və ya yerinə yetirilməsinin mümkün olmamasına gətirib çıxarmır.
16.4. Vaxtın müəyyən edilməsinin digər qaydasının əlavə olaraq razılaşdırılmadığı təqdirdə, elektron pul qabından istifadə etməklə bütün əməliyyatların yerinə yetirilməsinin vaxtı əməliyyatlar haqqında informasiyanı emal edən Şirkətin serverinin məlumatlarının əsasında müəyyən edilən vaxtdır.
16.5. Hazırkı Müqavilənin şərtlərində öz əksini tapmayan bütün digər məsələlərdə Tərəflər İstifadəçinin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyini rəhbər tutacaqlar.
16.6. Tərəflər hazırkı Müqavilənin yerinə yetirilməsinin gedişində ehtimal edilən (nəzərdə tutulan) dəyişikliklər haqqında bir-birini müntəzəm surətdə xəbərdar etməyi və Tərəflərin hazırkı Müqavilənin şərtlərini yerinə yetirməsinə bilavasitə təsir göstərən əlavə olaraq meydana gəlmiş hallar haqqında məlumat verməyi öz öhdəsinə götürür.
16.7. Tərəflərin yazılı razılığı olduğu hallar istisna olmaqla, hazırkı Müqavilə üzrə hüquqların üçüncü şəxslərə ötürülməsinə yol verilmir.