BANK RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
BANK RİSKLƏRİNİN SIĞORTASI QAYDALARI
“Bank risklərinin Sığortası” Qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və Bank risklərinin sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar üzrə müəyyən olunan «Bank risklərinin sığortası» növü əmlakın yanğın və digər risklərdən sığortası sinifindən,işçilərin dələduzluğunun sığortası sinifindən və pul və pul sənədlərinin
saxtalaşdırılmasından sığorta siniflərinə aid edilir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar əsasında sığorta şirkəti bank əmlakının, eləcə də əmlakın itirilməsi ilə əlaqədar risklərin (müştərilər tərəfindən banka verilən pul vəsaitlərinin və bankın digər əmlakı) sığortasını həyata keçirir.
1.2. Sığorta müqaviləsinə əsasən tərəflər aşağıdakılardır:
- Sığortaçı
- Sığortalı
Bu Qaydalara əsasən sığortalılar bank fəaliyyətini həyata keçirməyə lisenziyası xxxx hüquqi şəxslər ola bilərlər. Sığortalılar özlərinə məxsus, eləcə də səhmlərin nəzarət paketi Sığortalıda xxxx törəmə bankların əmlak maraqları üzrə sığorta müqavilələri bağlaya bilərlər.
1.3. Bu sığorta Qaydalarına Əlavədə istifadə olunan bəzi terminlərə (bax Əlavə № 1 –
«Qaydalarda və müqavilədə istifadə olunan terminologiya») sığorta müqaviləsi və ya sığorta şəhadətnaməinin mətnində rast olunarsa, onların mənası Əlavədə qeyd olunduğu qaydada qəbul edilməlidir.
1.4. Sığortaçı xxxxxx bir hissəsini təkrarsığortaya verə bilər.
II. SIĞORTA OBYEKTLƏRİ, SIĞORTA RİSKLƏRİ, SIĞORTA HADİSƏLƏRİ.
2.1. Bu sığortanın obyekti Sığortalının, ona mülkiyyət hüququ əsasında məxsus xxxx əmlaka sahiblik, ondan istifadə etmə, sərəncam vermə, habelə ona müqavilə və/və ya qanunvericiliklə nəzərdə tutulmuş digər qaydada, o cümlədən ona bank lisenziyası çərçivəsində fəaliyyət göstərməsi məqsədilə müştəriləri və ya tərəfdaşları tərəfindən verilmiş pul vəsaitləri (qiymətli kağızlar və s.) ilə əlaqədar xxxx əmlak maraqlarıdır.
Sığortaya qəbul edilən əmlak və risklərin növləri müvafiq 2№-li Əlavədə göstərilmişdir (bax.
Bölmə № 1-6).
2.2. Tərəflər müqavilə bağlandığı zaman sığortalanan əmlakın siyahısını, şərtləri əsasında sığorta müqaviləsi bağlanılan siyahı əsasında müəyyən edirlər.
2.3. Bu Qaydalara əsasən Sığortaçı aşağıda göstərilən sığorta hadisələri ilə əlaqədar sığorta ödənişi verməyə təminat verir:
a) Sığortalı ona məxsus binalarda (otaqlarda, ofislərdə və s.), eləcə də daşıma zamanı xxxxx xxxx əmlakının (o cümlədən ofisinin) oğurluq, soyğunçuluq, sındırma ilə oğurluq, yandırma və digər səbəblərlə əlaqədar itkisi və ya zədələnməsi. (Qeyd: şərtlərdə müəyyən olunan hallar istisna olunur);
b) Sığortalının aşağıdakı hallarla əlaqədar düşdüyü zərərlər:
1. Sığortalı tərəfindən 2№-li Əlavənin 5 və 6 Bəndlərində qeyd olunan saxta valyuta, həmçinin çek, veksel, depozit sertifikatları və digər qiymətli kağız və sənədlər;
2. Qiymətli kağız və sənədlərdə, o cümlədən ödəniş sənədlərində (çek, veksel) edilmiş saxtakarlığın nəticələri.
3. Sığortalının işçilərinin dələduzluğu, qeyri-düzgün hərəkətləri (yalanı), fəaliyyətsizliyinin nəticələri.
Sığortalı sığorta müqaviləsinin bağlandığı zaman əmlakın və (əmlak mənafelərinin) sığortalanacağı risklərin 1-6 bölmələr əsasında konkret siyahısını müəyyən etmək hüququna malikdir. (Bax. Əlavə №2 –
«Sığortaya qəbul edilən əmlak və risklərin növləri»).
III. SIĞORTAÇININ MƏSULİYYƏT HƏDLƏRİ (SIĞORTA MƏBLƏĞİ)
3.1. Sığorta məbləği tərəflərin razılığı əsasında sığorta müqaviləsi ilə müəyyən olunur.
Sığorta müqaviləsinin bağlanıldığı zaman tərəflərin müəyyən etdikləri sığorta məbləği, bir qayda olaraq Sığortalıya məxsus əmlakın onun olduğu yerdə, sığorta müqaviləsinin bağlandığı günə malik olduğu dəyərdən, eləcə də 2№-li Əlavənin 1, 4 və 5-ci Bölmələrində sadalanan sığorta hadisələrinin baş verəcəyi təqdirdə bunlarla əlaqədar Sığortalının məruz qala biləcəyi mümkün ziyanın məbləğindən artıq ola bilməz.
Sığorta müqaviləsi 2№-li Əlavənin bir neçə bölməsi (1-6) əsasında bağlanarsa, bu halda sığorta məbləği hər bir əmlak və risk üzrə ayrılıqda, haqqında sığorta müqaviləsi bağlanan sığorta obyeklərinin sığorta dəyəri nəzərə alınmaqla müəyyən ediləcəkdir.
3.2. Sığortaçı bağlanılmış sığorta müqaviləsi üzrə yalnız müqavilə ilə müəyyən edilmiş sığorta məbləği həddində məsuliyyət daşıyır.
Bir neçə sığorta hadisəsi üzrə verilən sığorta ödənişinin ümumi məbləği sığorta məbləğindən artıq ola bilməz.
Bir neçə risk və ya əmlak növü üzrə bağlanmış sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyəti həddi aşağıdakı qaydada müəyyən edilir:
a) Sığorta müqaviləsi üzrə sığortaçının hər hansı ziyanın ödənilməsi ilə əlaqədar verdiyi sığorta ödənişi, həmin müqavilə üzrə digər zərərin ödənilməsində onun məsuliyyətini azaltmır (Sığortaçının bütün zərər üzrə məsuliyyətinin illik məbləğlə məhdudlaşdıran, Qeyd-şərtlərlə nəzərdə tutulan hallardan başqa) və hər zaman aşağıdakı şərtlər əsasında təmin edilir.
i. İstər sığortalının işçilərinin, istərsə də qeyrilərinin hərəkətləri və ya nöqsanları, yaxud belələrinin iştirakçı və ya əlaqəli olduğu hadisələr, yaxud nöqsanlar nəticəsində yaranan istənilən zərər və ya zərərlər, yaxud bir neçə zərər üzrə Sığortaçının məsuliyyət həddi (bütün belə zərərə onun aşkar edildiyi xxx qədər bir hadisə kimi baxılır) sığorta riski üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi həddindən yüksək olmamalıdır;
ii. Əgər bir başa və ya dolayısı ilə belə hərəkət, yaxud nöqsanlar baş vermiş olmazsa, Sığortaçının bir hadisədən törəyən hər hansı digər istənilən zərər, zərərlər və ya zərərlər qrupu tam məsuliyyət sığortalanan risk üzrə sığorta müqaviləsində göstərilən sığorta ödənişi həddindən yuksək olmamalıdır; və
iii. Bir neçə risk və əmlak növlərinin sığortalandığı hallarda Sığortaçının tam məsuliyyəti tətbiq olunan Qeyd-şərtlərindən biri üzrə, müqavilədə göstərilən ödənişin həddindən yüksək olmamalıdır və ayrı-ayrı sığorta riskləri üzrə həddləri məbləğlərinin toplanması hallarına əsla yol verilmir.
b) Öhdəliyin artmayan məbləği
Sığorta müqaviləsinin neçə il davam etməsindən və bunlarla əlaqədar ödənilmiş və ödənilməkdə xxxx sığorta mükafatlarından asılı olmayaraq Sığortaçının öhdəliyi ildən ilə və ya müddətdən müddətə yığılmayacaqdır və sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məsuliyyəti həddindən yüksək olmayacaqdır;
c) Azadolma (Şəxsi tutum)
Sığortaçı yalnız müvafiq sığorta riski üzrə sığorta müqaviləsi ilə müəyyən olunan azadolma həcmindən artıq xxxx zərər üzrə məsuliyyət daşıyır. Bir neçə risk və ya əmlak növünün sığortalandığı hallarda sığortalanan riskə aid ən böyük azadolma tətbiq olunmalıdır. Azadolma Sığortalının son təmiz zərər məbləğindən geriyə qüvvəsi xxxx tarixdən tutulur;
d) «Son təmiz zərər» - zərər vurandan subroqasiya qaydasında alınmış və zədələnmiş əmlakın satışından əldə olunmuş məbləğ çıxılmaqla (xxxxx təqsirkar tərəfdən tutula bilən azadolma çıxılmır) Sığortalının təmiz zərərini ifadə edir və bura Sığortalının zərərin səbəblərinin araşdırılmasına və ya üçüncü şəxlərin iddialarının tənzimlənməsinə görə məvacib xxxx işçilərinin xərcləri və işin aparılması üzrə inzibati xərclər daxil edilmir, bir şərtlə ki, Sığortaçı ilə xüsusi razılaşma olmasın.
Son təmiz zərər müəyyən edilməyənədək, Sığortalı sığorta müqaviləsi üzrə hər hansı bir iddianı ödənilə bilməyən hesab edə bilməz.
3.3. Bu qaydalar əsasında bağlanmış sığorta müqaviləsi, aşkar edildiyi anda hər hansı başqa qüvvədə xxxx müqavilə və ya müqavilələr üzrə sığortalanmış xxxx zərərlər üzrə sığorta ödənişinin verilməsinə təminat vermir. Belə sığorta müqavilələrinin olduğu hallarda Sığortaçı yalnız zərərin həmin müqavilələr üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq xxxx hissəsi üzrə, bu sığorta limitindən artıq olmamaq şərtilə və bu sığortanın olmadığı halda tətbiq edilə biləcək istənilən tutulmalar çıxılmaqla sığorta ödənişi verəcəkdir.
IV. SIĞORTA MÜQAVİLƏSİ, SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI VƏ XİTAM EDİLMƏSİ QAYDASI
4.1. Sığorta müqaviləsinin bağlanılması üçün Sığortalı Sığortaçıya aşağıdakı sənədləri təqdim
edir:
a) Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx məlumatlar, o cümlədən xxxxxx səviyyəsinə təsir edən halları göstərməklə ərizə;
b) Sığortaçı tərəfindən müəyyən olunmuş forma üzrə doldurulmuş sorğu vərəqəsi;
c) Sığorta müqaviləsinin bağlanması üçün Sığortaçının tələb etdiyi digər zəruri sənədlər.
4.2. Sığortalının ərizəsində və ərizə ilə birlikdə təqdim etdiyi sənədlərdən xxxx məlumatlar əsasında Sığortaçı müəyyən olunmuş sığorta tarifləri əsasında sığorta haqqının məbləğini müəyyən edir və tərəflər sığorta müqaviləsini imzalayırlar. Sığortalı sığorta haqqını (onun müəyyən hissəsini) ödədikdən sonra 3 gündən gec olmayaraq ona müəyyən olunmuş formada sığorta şəhadətnaməsi təqdim olunur.
4.3. Sığorta haqqının ödənilməsi qaydası tərəflərin razılığı əsasında müəyyən edilir – birdəfəlik, yaxud hissə-hissə (sığorta haqları hər ay, hər rüb və s. qaydada ödənilə bilər), Sığortaçının hesablaşma hesabına qeyri-nəğdi köçürmə və ya kassasına nəğdi mədaxil etməklə.
Əgər sığorta müqaviləsi ilə başqa şərt nəzərdə tutulmamışdırsa, sığorta haqqı (ilk sığorta haqqı) Sığortaçının hesablaşma hesabına, müqavilənin imzalandığı tarixdən 14 gün müddətində köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin tam olmayan ayı üçün sığorta xxxxx xxx ay üçün nəzərdə tutulmuş məbləğdə ödənilir.
4.4. Sığorta müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən olunur, xxxxx bir ildən az və 5 ildən artıq ola bilməz.
4.5. Bağlanılmış müqavilənin hər hansı bir şərtinin tərəflərin hər xxxxx xxxx tərəfindən birtərəfli qaydada pozulmasına yol verilmir.
Sığorta müqaviləsinə edilmiş dəyişikliklər yazılı qaydada tərtib edilmiş əlavə razılaşma ilə rəsmiləşdirilir.
4.6. Sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə Sığortaçını xxxxxx səviyyəsindəki dəyişikliklər haqqında məlumatlandırmalı-dır. Sığorta riskinin səviyyəsinin dəyişməsi sığorta haqqının həcminin artırılmasını tələb etdiyi hallarda, Sığortaçı sığorta müqaviləsinə müvafiq əlavəni əlavə sığorta haqqına hesabla birlikdə Sığortalıya göndərir. Sığortalı əlavə sığorta haqqına hesabı və sığorta müqaviləsinə əlavənin mətinini aldıqdan sonra 3 bank günü ərzində əlavə sığorta haqqını ödəməli və müqaviləyə əlavəni imzamalı, yaxud da sığorta müqaviləsinə xitam verilməsini tələb etməlidir.
Əgər Sığortalı qeyd olunan tələbləri yerinə yetirməzsə, Sığortaçı sığorta müqaviləsinə xitam verilməsini və xitamla əlaqədar meydana çıxan zərərlərin ödənilməsini Sığortalıdan tələb etmək hüquna malikdir.
4.7. Mülkiyyətin və ya müəssisələrə idarəçiliyin birləşməsi və dəyişməsi nəticəsində müqaviləyə xitam verilməsi və ya davam etdirilməsi şərtləri (Ümumi şərtlər № 1):
a) Sığortalının istənilən formada ləğvi halında sığorta müqaviləsi üzrə sığorta təminatı dayandırılır.
b) Sığortalı aşağıdakılar barədə Sığortaçıya dərhal məlumat verilməsini təmin etməlidir:
i) Başqa müəssisələrlə hər hansı qaydada birləşmə, yaxud müəssisənin mülkiyyətində və idarəçiliyində, maliyyəsində və s. dəyişikliyin yaranmasına səbəb olmuş aktivlərin və ya səhmlərin alınması, yaxud satılması;
ii) Sığortalının hökümət və ya yerli hakimiyyət orqanları tərəfindən təyin edilmiş hər hansı təşkilat, yaxud dövlət məmuru tərəfindən nəzarətə götürülməsi, Sığorta müqaviləsinin fəaliyyətinin davam etdirilməsi şərti olaraq, Sığortalı tələb olunan zəruri əlavə məlumatı verməli və Sığortaçının belə dəyişikliklərə görə zəruri hesab edib əlavə sığorta haqqını ödəməlidir.
Xxxxx, Sığortalı belə əməliyyat haqqında onların başlandığı andan 30 gün müddətində məlumat verməzsə, bu, onun 30 günlük müddət başlandığı andan sığorta müqaviləsinin fəaliyyətini dayandırmaq niyyətində olması kimi qəbul ediləcəkdir. Əməliyyat haqqında məlumatın alınması Sığortaçı tərəfindən yazılı surətdə təsdiq edilməzsə, bu şərt yerinə yetirilmiş hesab edilə bilməz.
4.8. Sığorta müqaviləsinə xitam verilməsinin ümumi şərtləri Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- Müqavilənin tərəflərin müəyyən etdiyi müddəti bitdikdə;
- Sığortaçı müqavilə üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;
- Sığortalı sığorta haqqının növbəti hissəsini müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
- Sığortalanmış əmlak məhv olduqda, yaxud sığorta hadisəsinin baş vermə ehtimalı aradan qalxdıqda və sığorta riski itdikdə;
4.9. Bundan əlavə, sığorta müqaviləsinə, sığorta haqqının müqavilənin qüvvəsinin başa çatmadığı dövr üzrə hissəsi ödənilməklə, yaxud aşağıdakı hallarda ödənilməməklə xitam verilə bilər («Sığorta şəhadətnaməsinin ləğvi» kimi də adlanır).
1. Dərhal, o hallarda ki, əgər:
a) Sığortaçı 4.7. paraqrafında göstərildiyi kimi müəssisənin sahibi və ya mülkiyyətçinin dəyişilməsi ilə əlaqədar sığorta təminatını davam etdirməkdən imtina edərsə;
b) Sığortalı 5.1. paraqrafında göstərildiyi kimi, müəssisənin idarəçiliyi və ya mülkiyyətində hər hansı birləşmə, yaxud dəyişiklik haqqında müəyyən edilmiş vaxt intervalında Sığortaçıya məlumat verməzsə;
c) Dərhal Sığortalının hər hansı rəhbərinə və ya işçisinə Sığortalının hər hansı digər rəhbərinin və ya işçisinin vicdansız və dələduz hərəkətləri məlum olduqda,hərəkətin törədildiyi vaxtdan
asılı olmayaraq.
Sığortalının bu rəhbərinin və ya işçisinin sözügədən şəxslə gizli sövdələşməsi olmamalıdır. Bu hərəkətlərin bu qaydaların 2 xxxxx Əlavəsinin 1-ci bəndinə müvafiq təminat verilməsindən asılı olmayaraq xitam veriləcək,xxxxx heç bir halda sözügedən şəxsin cavabdehliyində xxxx daşınmada xxxx əmlak üzrə təminata təsir etməyəcəkdir.
2. Sığortaçı, sığorta müqaviləsinə müqavilə ilə müəyyən olunmuş müddətdə xitam verilməsi haqqında Sığortalının xahişini aldıqdan sonra.
3. Sığortalı, sığorta müqaviləsinə xitam verilməsi haqqında Sığortaçının qərarı haqqında yazılı məlumatı aldıqdan sonra 30 gün müddətində. Belə məlumat müəyyən olunmuş qaydada poçt vasitəsilə o halda alınmış hesab olunacaqdır ki, həmin məlumat ödənilmiş sifarişli məktubla Sığorta olunanın düzgün ünvanı üzrə onun ünvanına göndərilmiş olsun.
4.10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqinin hesablanması:
1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 4.10 maddənin 1-ci və 2-ci bəndləri ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.11. Sığorta müqaviləsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda xitam verilə bilər.
V. MÜQAVİLƏ ÜZRƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ
5.1. Sığortalı sığorta hadisəsi baş verənədək aşağıdakı tələblərə əməl etməyə börcludur:
- Sığorta müqaviləsinin başlandığı zaman sığorta müqaviləsinin əsaslandırılmasını təsdiq edən və sığorta müəyyən etməyə imkan verən bütün tələb olunan məlumatları Sığortaçıya təqdim etmək;
- Sığorta haqqlarını sığorta müqaviləsilə müəyyən olunmuş müddətlərdə və qaydada vaxtı-vaxtında
ödəmək;
- Sığorta riskinin səviyyəsində edilmiş dəyişikliklər barədə Sığortaçını dərhal məlumatlandırmaq (bu Qaydaların 4.6. bəndi);
- Sığorta obyekti üzrə bağlanmış bütün müqavilələr (o cümlədən sığorta müqavilələri) haqqında Sığortaçıya dərhal məlumat vermək.
Bundan əlavə, Sığortalı öz fəaliyyətində bütün aşağıda sadalanan şərtlərə və yaxud bu şərtlərə analoci xxxx şərt, qaydalara və normativ sənədlərə əməl etməlidir:
1) Sığortalının fəaliyyətinə aid xxxx bütün qaydalar külliyyatı, yaxud kitablar və ya təlimatlar qüvvədə olmalı və yerinə yetirilməlidir.Bunlar bütün işçilərin vəzifələrini aydın müəyyən etməli və onların (işçilərin) hər biri bunlarla və müvafiq funksi-yaları ilə xxxxx olmalıdır;
2) Hər bir işçinin vəzifəsi elə müəyyən edilməlidir ki, onların heç biri hər hansı sövdələşməyə əvvəldən axıra kimi nəzarət edə bilməsin;
3) Birgə mühafizə təşkil edilməli və saxlanılmalıdır:
a) Şkaf və seyflərdə xxxx qiymətlilər;
b) Şkaf və seyflərin bütün açarları;
c) Kodlar, şifrlər və kod açarları.
«Birgə mühafizə» - yuxarıda sadalananlar üzərində ən azı bir əməkdaşın iştirakı və müşahidəsi ilə nəzarəti ifadə edir. Bu əməkdaş elə bu səviyyədə də müxtəlif predmetlər və ya hesabat sənədlərinin qorunub- saxlanılması və mühafizəsinə cavabdehlik daşımalıdır.
Şkaf və seyflərin şifrələrinin saxlanılması elə qaydada təşkil edilməlidir ki, heç xxx təklikdə bunları aça bilməsin
4) Aşağıdakılar üzrə iş üçün ikiqat nəzarətin müəyyən edilib saxlanılması zəruridir:
a) Qiymətli kağızların bütün növləri, dövriyyə sənədləri (təqdim etmə və ya indossament vasitəsilə verilən) və verilməyən sənədlər, həmçinin adları qeyd olunan sənədlərin blankları;
b) Rəsmi çeklər, köçürülən veksellər və buraxılmayan yol çekləri;
c) Qeyri-aktiv depozit hesablar;
d) Kodlar, şifrlər və kod açarları.
«İkiqat nəzarət» – ikinci əməkdaş tərəfindən, digər əməkdaşın vəsaitləri düzgün köçürməsi, onların ümumi təhtəl-hesabları və maddi məsuliyyəti üzərində yoxlamanın həyata keçirilməsini ifadə edir.
5) Hər bir işçinin hər təqvim ilində minimum ikihəftəlik fasiləsiz məzuniyyət götürməsi zəruridir və məzuniyyət dövründə işçi heç bir vəzifə icra etməməli və Sığortalının ofisində olmamalıdır.
6) Hesablar və iş kitablarının Sığortalıdan asılı olmayan adi audit və müfəttişlər tərəfindən yoxlanılmasından əlavə, Sığortalı tam daxili audit – yoxlamasına aid xxxx iş sənəd və hesabatlarının saxlanıldığı, işlər aparılan kompyuter mərkəzləri və zalları (otaqları) da daxil olmaqla, Sığortalının bütün binalarında ildə ən azı bir dəfə daxili nəzarət sisteminin yoxlanılması və yenidən qimətləndirilməsini həyata keçirməlidir.
5.2. Sığorta hadisəsi baş verdikdə Sığortalı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Zərərin qarşısının alınması və ya azaldılması üçün bütün tədbirləri görmək;
- Baş vermiş hadisə barəsində aiydiyyatı üzrə müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanlarına (polis, yanğından mühafizə alayı, qəza xidmətləri və s.) məlumat verməlidir;
- Zərər aşkar edildikdə dərhal, xxxxx 30 gündən gec olmayaraq Sığortaçıya məlumat vermək;
- Sığortalı həmçinin zərəri təsdiq edən kəsərli dəlilləri bütün detalları ilə, zərərin aşkar edildiyi gündən 6 ay ərzində Sığortaçıya təqdim etməlidir;
- Sığorta hadisəsi baş verməsi halları və zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx bütün məlumatları və sənədləri Sığortaçıya təqdim etmək.
5.3. Sığortaçı aşağıdakıları yerinə yetirməyə borcludur:
- Sığortalını bu qaydalarla xxxxx etmək;
- Sığortalı və onun əmlak vəziyyəti haqqında malik olduğu məlumatları yaymamaq;
- Sığorta hadisəsi baş verdikdə Sığortalıdan zərərin baş verməsi halları və məbləğinin müəyyən edilməsi üçün zəruri xxxx bütün sənədləri aldıqdan sonra, konkret müqavilə ilə müəyyən olunmuş müddətdə sığorta aktı tərtib etmək;
- Sığorta aktı tərtib edildikdən sonra 10 gün ərzində Sığortalıya sığorta ödənişi vermək.
VI. ZİYANIN HƏCMİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığorta müqaviləsi üzrə müstəsna ödəniş.
Sığorta ödənişi sığorta müqaviləsində adı müstəsna çəkilən Sığortalıya ödənilir və Sığortalıdan başqa hər hansı bir bağlanılmış sığorta müqaviləsi çərçivəsində əsla fəaliyyət göstərə bilməz.
6.2. Zərər məbləği
Sığorta hadisəsi üzrə yaranan zərərin məbləği Sığorta hadisəsi nəticəsində Sığortalının əmlakına və əmlak mənafelərinə vurulmuş faktiki zərərin məbləğindən xxx olmamaqla müəyyən edilir.
Zərərin həcmi bu Qaydaların 3.2. (d) bəndi əsasında «Son təmiz zərər» kimi müəyyən olunur.
Sığorta məbləğinin sığorta olunmuş obyektinin sığorta zərərindən az olduğu hallarda sığorta ödənişinin məbləği sığorta məbləğinin sığortalanmış obyektin sığorta dəyərinə xxxx nisbətinə proporsional surətdə azaldılır.
6.3. Zərərin bəzi növlərinin qiymətləndirilməsi əsası
a) Qiymətli kağızların və xarici valyutanın qiymətləndirilməsi
İtkisi üzrə tələb irəli sürülən istənilən qiymətli kağızlar və ya xarici valyutanın dəyəri, onların bazarda əməliyyatların başa çatdığı axırıncı zərərin aşkar edildiyi günə analoji xxxx gün üzrə bazar qiyməti ilə müəyyən olunur. Zərərin bazarda əməliyyatlar başa çatdıqdan sonra müəyyən edildiyi hallarda isə – zərərin müəyyən edildiyi günə bazar bağlanarkən onların dəyəri üzrə müəyyənləşdirilir.
Əgər zərərin aşkar edildiyi gün bazar qiymətləri haqqında məlumat olmazsa, bu halda zərər məbləği Sığortalı ilə Sığortaçı arasındakı razılaşma əsasında, onların arasında razılaşma baş tutmadığı hallarda isə məhkəmə qaydasında müəyyən olunur. Xxxxx əgər belə qiymətli kağızlar və ya xarici valyuta Sığortaçının razılığı ilə Sığortalı tərəfindən ödənilərsə, bu zaman onların dəyəri faktiki ödəmə məbləği əsasında müəyyən ediləcəkdir.
b) Mühasibat kitabı və sənədlər
Sığortalının işlərin aparılması üçün istifadə etdiyi mühasibat kitabı və digər sənədlərdən ibarət əmlakın itkisi və ya zədələnməsi hallarında, Sığortalı bu Qaydaların şərtləri əsasında yalnız o halda məsuliyyət daşıyır ki, belə kitab və sənədlərin surətləri Sığortalıda qalmış olsun və bu halda Sığortaçı sığorta ödənişini yalnız doldurulmamış kitab və sənədlərin dəyəri üstəgəl belə kitab və sənədlərin bərpası üçün Sığortalının təqdim etdiyi məlumatların yığılması və çoxaldılmasına kompyutor saatları üzrə əməyin dəyərindən xxx olmamaqla verəcəkdir.
6.4. Zədələnmiş əmlakın satışından əldə olunan vəsait və təqsirkar tərəfindən subroqasiya qaydasında alınan ödəniş.
Sığorta olunmuş, sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak satıldıqda, satışdan əldə olunan vəsaitlərdən aşağıdakı qaydada bölüşdürülən işin aparılması xərcləri çıxılır. (Xxxxx Sığortalının şəxsi xərcləri və zərərin müəyyən olunması ilə əlaqədar xərclər hesablamaya daxil edilmir);
i) İlk növbədə Sığortalıya zərərin sığorta məbləğindən artıq xxxx hissəsi ödənilir (Ekssedent sığorta və ya azadolma nəzərə alınmır);
ii) Sonra, əgər vəsait qalmışdırsa və Sığortalının düşdüyü zərərin məbləği sığorta məbləğindən artıq olmadığı hallarda, qalan məbləği Sığortalıya sığorta ödənişin verilməsi ilə əlaqədar çəkilən xərclərin azaldılması məqsədilə Sığortaçı alır;
iii) Son növbədə, Sığortalıya zərərin əlavə sığorta müqavilələri və azadolmanın fəaliyyəti ilə əhatə olunan hissə ödənilir.
6.5. Sığorta müqaviləsinin bağlanıldığı zaman dələduzluq
Əgər Sığortalı yalan və dələduzluq xarakterli olduğunu qabaqcadan bilərək sığorta ödənişi və s. ilə əlaqədar Sığortaçıya qarşı hər hansı iddialar ləğv ediləcəkdir.
6.6. Sığorta ödənişinin verilmə müddəti
Sığortaçı sığorta ödənişini bu Qaydaların 5.3. bəndi ilə müəyyən olunmuş müddətdə ödəməyə borcludur.
Əgər zərər, Sığortalının təqdim etdiyi sənədlər əsasında müəyyən edilməsi mümkün olmayan hallarda baş verərsə, Sığortaçı zərərin həqiqi səbəblərinin və məbləğinin müəyyən edilməsi üçün ekspertiza (təhqiqat) aparmaq hüququnu saxlayır. Bu halda sığorta aktı Sığortaçı tərəfindən ekspertiza və ya təhqiqat başa çatdıqdan sonra 3 gündən gec olmayaraq, xxxxx zərərin baş verdiyi tarixdən 6 aydan gec olmamaqla imzalanır.
6.7. Zərərin azaldılması üzrə xərclər
Zərərin məbləğinə həmçinin sığorta hadisəsinin aradan qaldırılması üçün məqsədyönlü xərclər də daxil edilə bilər, xxxxx ödənişlərin ümumi məbləği sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta məbləğindən xxx xxx bilməz.
6.8. Subroqasiya tələb hüququ
Sığortaçı sığorta ödənişini verdikdə, Sığortalının və ya ödəniş almış başqa şəxsin zərər vuran şəxsə qarşı tələb etmək hüququ Sığortaçıya, onun (Sığortaçının) ödədiyi məbləğ həddində keçir.
Sığortalı, Sığortaçının özünün bu hüququnu həyata keçirməsini təmin edə bilməsi məqsədilə özündə xxxx bütün sənəd və sübutları ona (Sığortaçıya) verməli və zəruri formallıqları yerinə yetirməlidir. Əgər Sığortalılar özlərinin zərər vuran şəxsdən tələb etmə hüquqlarından imtina edərlərsə və ya bu hüququn həyata keçirilməsi onların (Sığortalıların) təqsiri ucbatından qeyri-mümkün olarsa, bu halda Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad olur; Sığortaçı bu kimi hallarda sığorta ödənişi vermiş olduqda isə, Sığortalı (yaxud sığorta ödənişi almış şəxs) sığorta ödənişi məbləğini, onu almış olduğu tarixdən hesablanmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada faizlərlə birlikdə Sığortaçıya xxxx qaytarmalıdır.
6.9. Əvvəllər verilmiş ödənişin qaytarılması
Əgər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ya bu Qaydalara əsasən sığorta ödənişindən imtina etməyə əsas verən hallar müəyyən edilərsə, Sığortalı ona ödənilmiş sığorta ödənişini Sığortaçıya xxxx qaytarmalıdır.
VII. SIĞORTA ÖDƏNİŞİ VERMƏKDƏN İMTİNA EDƏN ƏSASLAR (QEYD ŞƏRTLƏR\İSTİSNALAR)
7.1. Bu Qaydalara müvafiq olaraq aşağıda «Ümumi istisnalar» adı altında göstərilən hallar üzrə sığorta təminatı verilmir.
Ümumi istisnalar
1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşkar edilməyən, eləcə də sığorta müqaviləsi ilə nəzərdə tutulmuş xxxx, geriyə güvvəsi xxxx tarixədək aşkar edilməyən istənilən zərər.
2. Sığortalının direktoru və ya direktorları tərəfindən öhdəliklərin yerinə yetirilməsinin qismən və ya tam nəticəsi xxxx istənilən zərər; onun (onların) Sığortalının əmək xxxxx xxxx və ya almayan əməkdaşı olmasından asılı olmayaraq.
3. Sığortalının, yaxud onun əməkdaşlarının dələduzluq və ya qeyri-səmimi (yalan) hərəkətləri nəticəsində yaranan zərərlər; əgər belə zərərlər 1. Qeyd-şərtinin fəaliyyəti ilə əhatə olunursa.
4. Aşağıdakılar əsasında öhdəliklərin qismən və ya tam yerinə yetirilməsi və ödəməmə ilə əlaqədar zərərlər:
a) Sığortalı tərəfindən, yaxud onun adından həyata keçirilən istiqrazlar, yaxud istiqraz məbləğində digər uyğun əməliyyatlar;
b) Düzgün yolla, yaxud hiyləgərliklə, yalanla alınmış olmasından asılı olmayaraq verilmiş, yaxud satılmış istənilən veksel, hesab, müqavilə və ya borcların digər sübutları; Əgər bunlar 1 və 4 Qeyd-şərtlərinin fəaliyyəti ilə əhatə olunmurlarsa. Bu halda zərər məbləği, faiz və komision mükafatlarının və s. ödənilməsi və alınması daxil olmaqla hər hansı mənbədən əldə edilmiş məbləğlər çıxılmaqla hesabdan çıxarılmış məbləğlər, behlər üzrə müəyyən edilir.
5. Sığortalı tərəfindən, müvafiq hesablarda inkossasiya edilmiş kreditə məbləğlər yazılması səbəblərindən payların götürülməsi; veksel və çeklər üzrə pulların alınması (bu məbləğlərin Sığortalının və ya onun hər hansı işçisinin dələduzluq və ya qeyri-səmimi hərəkətləri daxil olmaqla, düzgün, yaxud saxtakarlıq, hiyləgərlik və s. yollarla əldə edilməsindən asılı olmayaraq) ilə əlaqədar zərərlər.
6. Sığortalı tərəfindən inkossasiya edilməmiş məbləğin səhfən müvafiq hesaba yazılması səbəbindən əmanətçilərin hər hansı birinin hesabından əmanətlərin götürülməsi və ya vəsaitlərin verilməsi ilə əlaqədar zərərlər (Əgər belə zərərlər 1 Qeyd şərti ilə nəzərdə tutulmamışdırsa).
7. Məbləğindən asılı olmayaraq səhf nəticəsində kassada çatışmamaz-lıqla əlaqədar yaranan
zərərlər;
8. Müştərilərin seyflərində xxxx hər hansı əmlakın itkisi və ya zədələnməsi; əgər belə itki və
zədələnmə 1 Qeyd-şərti ilə nəzərdə tutulmursa;
9. Sığortalının binasında (ofisində) xxxx əmlaka aşağıdakı təhlükələr nəticəsində təminatlarla əlaqədar zərərlər:
a) Sığortalı direktoru və ya hər hansı işçisinə bədən xəsarəti yetirilməsi. Hər hansı işçinin mühafizəsi altında əmlakın yolda olduğu zaman itkisi halları istisna olunur; Əgər daşınma başlanmazdan əvvəl belə təhlükənin baş verəcəyindən Sığortalının məlumatı olmamışdırsa;
b) Sığortalının binasına (ofisinə) və ya hər hansı digər əmlakına, yaxud hər hansı digər
şəxsə zərər yetirilməsi;
10. Sığortalıya məxsus xxxx, istifadə edilən, onun tərəfindən xidmət olunan və binasından (ofisindən) kənarda yerləşən kompyuterlər vasitəsilə manipulyasiyalarının bir başa və ya dolayı nəticəsi ilə əlaqədar zərər 1 №-li sığorta riski ilə əhatə olunmursa;
11. Mətnin saxtakarlıq və ya dələduzluq yolu ilə dəyişdirilməsinin bir başa və ya dolayı nəticəsi ilə əlaqədar zərər; Əgər belə zərər 1,4 və ya 5 №-li risklərlə əhatə olunmursa;
12. Hər hansı yol çekləri, yol akkreditivləri, konosamentlər, əmlakın alınması haqqında qəbzləri və yaxud uyğun məqsədlər üzrə istifadə olunan hesab və digər qəbzlərdə saxtakarlıq və ya dələduzluq dəyişikliklərinin nəticəsi ilə əlaqədar zərərlər; Əgər bu zərərlər 1 №-li sığorta riskində nəzərdə tutulmamışdırsa;
13. Satma hüququ əsasında Sığortalıda saxlanılan satılmayan yol çeklərinin itkisi; Əgər sığortalı belə üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımırsa və ya belə çeklər sonralar çekverən tərəfindən ödənilmirsə;
14. Sığortalının, yaxud hər hansı digər şəxsin buraxmasından asılı olmayaraq kredit və ödəniş kartları üzrə istənilən zərərlər;
15. Sığortalının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı (bir başa maliyyə zərərinə görə sığorta müqaviləsi üzrə ödənişlə əlaqədar zərərlərdən başqa) hər hansı zədələnmə vəya istənilən növ itki;
16. Potensial gəlirin alınmaması ilə əlaqədar istənilən zərərlər (zərər nəticəsində kapital və ya dividentlərə faizlərdə daxil olmaqla);
17. Müharibə, aşınma, tədrisən korlanma, givə və digər canlı orqanizmlərin təsiri nəticəsində hər hansı əmlakın zədələnməsi və ya itkisi;
18. Hər hansı əmlakın tayfun, uraqan, siklon, vulkan püskürməsi, zəlzələ, yeraltı yanğın və ya digər təbii fəlakətlərin birbaşa və ya dolayı təsiri nəticəsində zədələnməsi, yaxud itkisi və ya bunlarla eyni zamanda, yaxud nəticəsi kimi baş verən yanğın, talan etmə ilə əlaqədar zərərlər;
19. Müharibə, hərbi müdaxilə, xarici rəqibin və ya düşmənin hərəkətləri, döyüş və ya hərbi əməliyyatlar, vətəndaş müharibəsi, qiyam, tətil, inqilab, küçə yürüşləri, qiyam, üsyan, içtimai qarışıqlıqlar, hərbi və ya saxta hökümətin, hərbi vəziyyətin elan edilməsi, qanuni hökümətin qeyd olunanlarla əlaqədar gördüyü tədbirlərin bilavasitə və ya dolayı təsiri nəticəsində baş vermiş istənilən itki və zərərlər;
Sığorta obyekti ilə əlaqədar istənilən iddiaya istənilən məhkəmə baxışında Sığortalı sığorta obyekti ilə bağlı hadisənin yuxarıda sadalanan həmin hallar nəticəsində baş vermədiyini sübut etməlidir.
20.
a) Xxxxxxx belə itki, zərər və ya zədələnmələrlə əlaqədar yaranan istənilən itkisi, zərəri və ya zədələnməsi;
b) Aşağıdakıların bilavasitə və ya dolayı təsiri nəticəsində yaranan hər hansı hüquqi məsuliyyət:
1) İstənilən növ nüvə yanacağı ilə və ya nüvə yanacağının yanması nəticəsində ayrılan tullantılardan ionlaşdırıcı radiasiya və ya radioaktiv zəhərlənmə;
2) Partlayıcı nüvə qurğusu və ya onun komponentlərinin radioaktiv, zəhərli, partlayıcı və digər təhlükəli faktorları.
7.2. Sığortaçının sığorta ödənişi verməkdən imtina əsasları həmçinin aşağıdakılardır:
- Sığortalının, yaxud onun hər hansı işçisinin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qərəzli hərəkətləri;
- Sığortalı, xeyrinə sığorta müqaviləsi bağlanmış hər hansı bir şəxs, yaxud onların işçilərinin bilavasitə sığorta hadisəsi baş veməsi ilə əlaqədar xxxx cinayətkar əməlləri;
- Sığortalı tərəfindən Sığortaçıya sığorta obyekti barəsində qəsdən yalan məlumat verməsi;
- Sığortalının ziyanın vurulmasında təqsirkar xxxx şəxsdən ödəniş xxxxxx;
- Sığortalının bağlanılmış müqavilə üzrə xxxxxx səviyyəsinin artması barədə Sığortaçını məlumatlandırmaması;
- Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
7.3. Sığortaçı sığorta ödənişi verməkdən imtina etməsi haqqında qərarını Sığortalıya, səbəbi göstərilməklə sığorta aktını tərtib etmək üçün müəyyən olunmuş müddətdə göndərir.
8. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ. DİGƏR ŞƏRTLƏR
8.1. Xxxxx müddəti
8.2. Məhkəmə xərcləri və məhkəmə xərclərinin aparılması. Sığorta müqaviləsi üzrə hər hansı zərərlərin ödənilməsi üçün tələblərə, onların aşkar edildiyi andan 2 il keçməyincə baxılmır. Sığortaçının xeyrinə olmayan hər hansı qərar əsasında zərərlərin ödənilməsi üzrə istənilən hərəkət və ya araşdırmaların belə iş üzrə qəti və son qərar qəbul etdiyi andan 2 il ərzində başlanması hallarından başqa. Əgər göstərilən ikiillik məhdudiyyətlər bu Qaydalar əsasında müqavilənin bağlanılmasını tənzimləyən hər hansı qanunvericilik aktları ilə qadağan olunarsa, bu məhdudiyyətlər elə dərəcədə deyişilmiş hesab ediləcəkdir ki, belə qanunvericiliklə həll edilən məhdudiyyətlərin minimal dövrünə uyğun gəlsinlər.
Sığortalı hər hansı ziyanın baş verməsinə səbəb olmuş müəyyən əməl və ya hərəkətlərlə əlaqədar irəli sürülən istənilən tələb və iddianın araşdırılması, yaxud məhkəmə baxışı zaman belə əməl və hərəkətlərin sığorta müqaviləsi əsasında sığorta ödənişi verilməsinə əsas verdiyini müəyyən edərsə, bu halda Sığortaçı belə tələb, iddia və ya məhkəmə baxışı ilə əlaqədar Sığortalı çəkdiyi xərcləri ona əlverişli məbləğlər həddində ödəyəcəkdir. Belə ödəniş, sığorta müqaviləsi ilə müəyyən olunmuş sığorta limitinə əlavə hesab olunur.
Sığortaçı Sığortalıya qarşı irəli sürülən hər hansı belə tələb, iddia və ya məhkəmə baxışının müdafiəsini istənilən vaxt öz üzərinə götürməklə Sığortalının adından həyata keçirə bilər. Bu halda nəzərə alınır ki, Vəkilin (Sığortalı və Sığortaçının birgə razılığı ilə təyin edilmiş) hər hansı məhkəmə prosseduruna etiraz edilməsini məsləhət bildiyi hallardan başqa, hər hansı iddia icraatına etiraz etməsi Sığortalıdan tələb olunmayacaqdır. Xxxxx bu xxxxx da nəzərdə tutulur ki, əgər belə itki, zərər iddia və ya zədələnmənin həcmi tətbiq olunan istənilən tutulmaların (azadolma və s.) məbləğindən artıq olmazsa, bu halda Sığortaçı belə hüquqi xərclərə görə cavabdehlik daşımır.
Xxxxx belə itki zərər, iddia və ya zədələnmənin həcmi tətbiq olunan azadolmadan artıq olarsa, bu halda Sığortaçı belə itki, zərər, iddia və ya zədələnmələrin sığorta müqaviləsinin nəzərdə tutduğu hissəsi çərçivəsində cavabdehlik daşıyacaqdır.
Sığortaçı, Sığortalının sığorta müqaviləsinin təmin etdiyi hər hansı zərər faktı və ya onun məbləğinin müəyyən edilməsi ilə əlaqədar çəkdiyi xərcləri ona ödəməyəcəkdir.
8.3. Terminlərin izahı
Bu Qaydaların və sığorta müqaviləsinin terminləri, istisnaları, məhdudiyyətləri və şərtlərinin tərkibi, izahı və mənası bu Qaydalarda, eləcə də, əgər konkret müqavilə ilə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunur.
8.4. Qəza sanksiyaları
Əgər sığorta ödənişi müəyyən olunmuş vaxtdan gec verilmişdirsə, Sığortaçı Sığortalıya gecikdirilmiş hər gün üçün sığorta məbləğinin qanunvericiliklə müəyyən olunmuş məbləğində cərimə ödəyir.
8.5. Yurisdiksiya
Sığorta müqavilələri üzrə iddiaların verilməsi və mübahisələrin həll edilməsi Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə həyata keçirir.
8.6. Məxfilik
Sığortaçı və Sığortalı biri birlərindən almış olduqları məlumatların məxfiliyinə əməl etməyə borcludurlar.
Bank risklərinin Sığortası Qaydalarına
ƏLAVƏ № 1
SIĞORTA QAYDALARI VƏ MÜQAVİLƏSİNDƏ TƏTBİQ OLUNAN TERMİNOLOQİYA
«Bina (ofis, otaq və s.)» – Sığortalının iş apardığı baş kontor və istənilən filial və ya idarələrdir. Bu termin Sığortalının öz işlərini həyata keçirmək üçün müvəqqəti istifadə etdiyi istənilən binalara (ofis otaq və s.) da aid edilir.
«İşçi» – Sığortalının, onun tərəfindən işə cəlb edilmiş bir və ya bir neçə fəzifəli şəxsi, yaxud hər hansı digər işçisini ifadə edir.
«Əmlak» – Sığortalının öz fəaliyyətində istifadə etdiyi nəğd vəsaitlər (valyuta, sikkə və bank biletləri), gülçələr (qızıl və gümüş), istənilən növ və istənilən formada qiymətli metallar, həmçinin onlardan düzəldilmiş predmetlər, brilliant (emal olunmuş qiymətli və yarımqiymətli daşlar), səhm sertifikatları, istiqrazlar, kupon və kağızların sair növləri, konosamentlər, anbar qəbzləri, çeklər, trattlar, akseptlər, veksellər, depozit sertifikatları, akkredetivlər, sadə veksellər, pul köçürmələri, xəzinə vekselləri haqqında sərəncamlar, markalar, sığorta polisləri, torpaq sahələrinə sahiblik hüququnu təsdiq edən sənədlər və bütün verilə bilən və verilə bilməyən digər sənədlər, yaxud baratlar və mühasibat kitabları və digər uçot sənədləri də daxil olmaqla Sığortalının gəlir götürdüyü, yaxud istənilən keyfiyyətdə saxladığı (təmənnalı və ya təmənnasız, bunlara görə məsuliyyət daşıyıb daşımamaqla saxlanılmasından asılı olmayaraq) digər qiymətli kağızlar.
«Çek» – banka yazılmış və tələb üzrə ödənilən barat vekselləridir (tratt)
«Tratta» – şərtlərlə məhdudlaşmayan, bir şəxsin digərinə ünvanlandığı, təqdim edən tərəfindən imzalanan yazılı əmrdir. Onun ünvalandığı şəxs müəyyən vaxtda göstərilən məbləği müəyyən şəxsə, yaxud tələb əsasında üçüncü şəxsə ödəməlidir.
«Aksept» – Trassatın (tratt təqim edilən şəxs) trassantın (trattı təqdim edən) əmrini yetirməyə razılığı xxxx xxxxx vekselidir.
«Depozit sertifikatı» - bankın, əmanətçiyə və ya əmanətçinin əmri ilə hər hansı şəxsə ödəniş vermə öhdəliyi ilə əmanəti yazılı surətdə təsdiq etməsini ifadə edir.
«Götürmə qəbzi» – Əmanətçinin Sığortalıda açdığı əmanət hesabından vəsait almasını təsdiq edən sənəddir.
«Sadə veksel» – bir şəxsin digər şəxsə təqdim edən tərəfindən imzalanmış xxxx, gələcəkdə müəyyən vaxtda müəyyən məbləğdə pul vəsaitinin müəyyən şəxsə, yaxud onun göstərişi ilə üçüncü şəxsə verməyə şərtsiz yazılı öhdəliyi ifadə edir.
Qaydalarına ƏLAVƏ № 2
SIĞORTAYA QƏBUL EDİLƏN ƏMLAK VƏ RİSK NÖVLƏRİNİN SİYAHISI
I. Işçilərin dələduzluğu
Sığortalı işçiləri tərəfindən, harada törədilməsindən, başqa şəxslərlə əlaqəli edilib-edilməməsindən asılı olmayaraq, bilavasitə qeyri-qanuni şəxsi mənfəət əldə etmək məqsədilə həyata keçirildiyi bir və ya bir neçə dələduzluq aktları ilə zərər yetirilməsi, o cümlədən istənilən belə hərəkətlər nəticəsində əmlakın itirilməsi. Əmək haqqı, qonorar, komision mükafatları və s. gəlirlər (əmək haqqının artırılması və xidmətdə irəli çəkilmə) qeyri-qanuni şəxsi mənfəət hesab olunmur.
II. Bina (otaq, ofis) və xxxxxx saxlanılanlar
x.Xxxxxxx yandırılma, oğurluq, soyğunçuluq, sındırma yolu ilə oğurluq, yalan, quldurluq, yaxud izah edilə bilməyən sirli yoxa çıxma nəticəsində və ya əmlakın Sığortalının, yaxud harda yerləşməsindən asılı olmayaraq digər bankın ofisində (ofislərində) olduğu zaman zədələnməsi, məhv edilməsi və ya əsassız olaraq olmayan şəxsə etibar edilməsi (səbəbinin xxx və ya nə olmasından asılı olmayaraq) ilə əlaqədar itkisi.
b. Əmlakın Sığortalının ofisində müştəridə və ya müştərinin hər hansı nümayəndəsində olduğu zamanan yuxarıdakı (a) bəndində göstərilən təhlükələr nəticəsində itkisi. (Sığortalının belə itki üzrə qanunvericiliklə nəzərdə tutulmuş və Ümumi Şərtlərin 8 Bəndi ilə müəyyən olunmuş qaydada cavabdehlik daşımasından asılı olmayaraq). Bu bənd müştərinin və ya onun hər hansı nümayəndəsində yaranan itkiləri nəzərdə tutmur.
Xüsusi istisna:
Bu sığorta əmlakın poçt vasitəsilə göndərildiyi vaxtda və onun hər hansı mühafizə və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman itkisi və zədələnməsi üzrə yaranan zərərlərə aid edilmir.
III. Daşıma
Əmlakın daşınması yaxud Sığortalının maraqlarında daşımanın həyata keçirilməsi məqsədilə hər hansı mühafizə və ya inkassator kompaniyasının məsuliyyətində olduğu zaman istənilən səbəbdən itkisi və ya zədələnməsi
Xüsusi istisna
Bu sığorta, poçt vasitəsi ilə göndərilən və ya istənilən mühafizə, yaxud inkassator kompaniyasının məsuliyyətində olduğu zaman əmlakın itkisi və ya zədələnməsi üzrə zərərləri, belə itki və zərərlərin Sığortalının aşağıdakılar əsasında ala biləcəyi məbləğdən artıq olmadığı hallarda təmin etməyəcəkdir:
1) Sığortalının mühafizə və ya inkassator kompaniyası ilə müqaviləsi:
2) Yuxarıda qeyd olunan mühafizə və inkassator kompaniyasının onun müştərilərinin maraqında xxxx sığorta müqavilələri;
3) Qeyd olunan mühafizə və inkassator kompaniyasının müştərilərinə, yaxud onların marağına şamil olunan bütün növ sığorta və istənilən normada ödənişlər. Bu halda sığorta müqaviləsi məsuliyyət həddi limitindən artıq məbləği yalnız şərtləşdirilmiş məbləğ həddində təmin edir.
Xüsusi şərtlər
Daşınma, mühafizə və ya inkassator kompaniyası işçisinin əmlakı Sığortalıdan, yaxud onun göstərişi ilə təhvil aldığı andan başlayır və təyinat yerində onun mühafizə və ya inkassator kompaniyasının işçisi tərəfindən təhvil verildiyi xxxx xxxx çatmış hesab olunur.
Sığortalının, müştərinin göstərişi üzrə pul ödəmələrinin verilməsini və ya digər uyğun əməliyyatları həyata keçirilməsini öz üzərinə götürüldüyü hallarda, daşıma müştərinin binasına çatdıqdan bilavasitə sonra bitmiş hesab olunacaqdır.
IV. Saxta çeklər və s.
a.Çeklərdə, hesablarda, veksellərdə, akseptlərdə, trattlarda (barat veksellərində), depozit sertifikatlarında, akreditivlərdə, eləcə də fonlardan pulların köçürülməsinin xxxx çağırılması zamanı hesabdan silinmə haqqında qəbzlərdə və dövlət xəzinə vekselləri üzrə əmrlərdə saxtakarlıq.
b. Saxtalaşdırılmış sadə veksellərin və ya saxta indossamentli sadə veksellərin Sığortalı tərəfindən ödənilməsi. Yuxarıda qeyd olunan sənədlər bu sənədlərlə məşğul xxxx işçiyə xxxxx xxxx istənilən xətlə icra edilə bilər. İmzaların mexaniki həyata keçirilmiş faksimil surətlərinə əlyazma imzalar kimi baxılır.
Xüsusi istisnalar
Bu sığorta Qeydşərti, yüxarıda sadalanan sənədlərdəki imzaların həqiqi, məzmunun isə yalnış, qeri- düzgün olması ilə əlaqədar yaranan hər hansı zərərin ödənilməsinə təminat vermir. «Saxta»,
«Saxtalaşdırılmış» sözləri üzərindəki imzalar həqiqi, mətnləri isə yalnış, qeyri-xxxxxx xxxx sənədlərə şamil olunmur. «Ödəmə» sözü sadə vekseldə Sığortalının müvafiq borc öhdəliyini yerinə yetirilməsini ifadə edir və bu sadə veksel üzrə xxxx, güzəşt, satış, suda və ya xxxxx əməliyyatlarına şamil edilmir.
V. Saxta valyuta
Sığortalının, aldatma nəticəsində Sığortalının ofisinin yerləşdiyi zərərlə məruz qalan ölkənin güya tədavül vasitəsi olması adı altında buraxılmış saxta və ya dəyişiklik edilmiş valyuta, yaxud sikkələr xxxxxx.
a.Sığortalının ofisində hər hansı mebel, vasitələr, avadanlıq (kompyutor və mərkəzdən uzaq xxxx avadanlıqlar istisna olunur), dəftərxana ləvazimatları və ya materiallarının, həmçinin yanmayan seyf və şkafların sındırma ilə oğurluq, soyğunçuluq, quldurluq, oğurluq və ya bu hərəkətlərə suiqəst nəticəsində itkisi, yaxud zədələnməsi.
b. Sığortalının hər hansı ofisinin sındırma yolu ilə oğurluq, soyğunçuluq, quldurluq, yandırma, və ya belə hadisələrə sui qəst; yaxud ofisin inter yerinin (Sığortalının burada xxxx xxxxx, vasitələr, avadanlıq, dəftərxana ləvazimatları, seyf və yanmayan şkafların sahibi olduğu, yaxud bunların itkisi və ya zədələnməsinə görə məsuliyyət daşıdığı hallarda) vandalizm və ya qərəzli hərəkətlər nəticəsində zədələnməsi ilə əlaqədar yaranan zərərlər.
Xüsusi istisna
Bu sığorta Qeydşərti yanğın nəticəsində yaranan itki və zədələnmələr üzrə zərərlərin ödənilməsinə təminat vermir.