HEYVANLARIN SIĞORTASININ ÜMUMİ QAYDALARI
HEYVANLARIN SIĞORTASININ ÜMUMİ QAYDALARI
«Heyvanların sığortası» qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və «Heyvanların sığortası» müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar, Sığorta Şəhadətnaməsi, Sığortalı tərəfindən doldurulmuş Ərizə forması və müvafiq Əlavələr bütövlükdə bir müqavilə hesab edilirlər.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
Bu Qaydalarla müəyyən olunan “Heyvanların sığortası” növü heyvanların sığortası sinifinə aid edilir.
1. SIĞORTA TƏMINATININ ƏHATƏ DAİRƏSİ
A) Bu sığorta qaydaları ilə, (B) bəndində növ və xüsusiyyətləri göstərilən heyvanların;
a) Bütün növ adi və keçici xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatı aparılması nəticəsində,
b) Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi nəticəsində,
v) Gün vurması, şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması, zəhərli otlar yeməsi və ya dərmanlanmış sahədə otlaması nəticəsində,
q) Fırtına, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya sürüşməsi nəticəsində, ğ) Yanğın və ya partlayış nəticəsində,
məcburən kəsdirilməsi də daxil olmaqla, tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə təminat verilir.
B) Sığorta oluna bilən heyvanlar və onların yaş həddləri;
a) 1 yaşından 12 yaşına qədər (12 yaş da daxil olmaqla) at, uzunqulaq və qatırlar,
b) 1 yaşından 9 yaşına qədər (9 yaş da daxil olmaqla) inəklər, öküzlər; 1 yaşından 14 yaşına qədər (14 yaş da daxil olmaqla) camışlar,
v) 1 yaşından 4 yaşına qədər (4 yaş da daxil olmaqla) yerli və merenos qoyunlar, anqor keçisi,
q) 6 aylığından 3 yaşına qədər (3 yaş da daxil olmaqla) donuzlar,
ğ) 1 yaşından 8 yaşına qədər (8 yaş da daxil olmaqla) ev, ov, gözətçi və çoban itləri.
Uzun müddətli sığortalar zamanı, sığorta müddəti ərzində sığorta etdirilmiş heyvanın yaşı yuxarıda göstərilmiş həddini aşdıqda, həmin heyvana verilən təminat başa çatmış olur.
2. ƏLAVƏ MÜQAVİLƏ BAĞLANMAQLA TƏMINATA DAXİL EDİLƏN HALLAR
Aşağıdakı hallara yalnız əlavə müqavilə bağlanması şərtilə təminat verilir:
a) Dəniz, hava və avtomobil yollarında mühərrikli və ya mühərriksiz nəqliyyat vasitələrilə həyata keçirilən daşımalar zamanı baş verən tələf olma və ya kəsilmə halları,
b) Tətil, lokaut, qarışıqlıq və xalq hərəkatları və bunlarla əlaqədar əsgəri və inzibati tədbirlər nəticəsində dəyən hər cür ziyan və zərərlər.
3.TƏMINATA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil edilmir:
a) Manqo, saqqo, at vəbası, heyvan vəbası, vərəm, bruselyoz, keçici ciyər ağrısı nəticəsində,
b) Oğurlanma, itmə və dəyişdirmə halları,
v) Yarış, oyun və ya güc sınaqları nəticəsində,
q) Bütün növ yarış atları və xxxx heyvanlarında,
d) Müharibə, hər cür hərbi hərəkətlər, istila, xarici düşmən hərəkətləri, savaş (müharibə elan edilib edilməməsindən asılı olmayaraq) vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbir nəticəsində,
n) Hər hansı bir nüvə yanacağı və ya nüvə yanacağının yanması nəticəsində nüvə tullantılarını və bunlara aid edilən səbəblərdən meydana gələn toplayıcı radiasiyaların və radiaktiv maddələrin bulaşmalarının və bunlarla əlaqədar hərbi və inzibati tədbir nəticəsində (bu bənddə qeyd olunan yanma anlayışı öz-özünə çoxalan hər hansı bir nüvə ayrılması (fission) hadisəsini də əhatə edəcəkdir),
t) Səlahiyyətli orqanların sığortalı heyvanlardan istifadə etməsi nəticəsində, baş verən tələf olma və ya kəsilmələr.
4.SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ SONA ÇATMASI
Sığorta müqaviləsi, başqa şərtlər nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində başlama və sona çatma tarixləri yazılan günlərdə, Bakı vaxtı ilə saat 2400-da başlayır, müddətin axırında saat 2400-da xxxx xxxxx.
5.SIĞORTALININ MƏLUMAT VERMƏ ÖHDƏLİYİ, HEYVANIN MÜAYİNƏ EDİLMƏSİ VƏ NİŞANLANMASI
Sığortaçı bu sığorta müqaviləsini, sığortalının, hadisənin həqiqi vəziyyətini tam bildirməsi şərtilə təklifnamədə, təklifnamə yoxsa sığorta şəhadətnaməsi və ya əlavələrində yazılmış məlumatına əsasən bağlamışdır.
Sığortalı, heyvanın sağlamlığı ilə əlaqədar ərazi üzrə baytar həkimindən öz vəsaiti hesabına bir arayış (heyvanın yaşı da göstərilir) alaraq sığortaçıya təqdim etməlidir.
Sığortalı heyvanlar, sığortaçının məsləhət bildiyi formada nişanlanır. Nişanlanması (damğa vurulması, qulağına halqa taxılması və s.) qeyri-mümkün xxxx digər heyvanların nəzərə çarpan və dəyişməz əlamətləri sığorta şəhadətnaməsinə yazılır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması, sığortaçının sığorta müqaviləsini imzalamamasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olduğu hallarda:
a) sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni poza bilər və həmin müddət ərzində bir hadisə baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçının sığorta haqqını qaytarmamaq hüququ vardır;
b) sığortalı, bu hərəkəti qəsdən etməmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
Sığortalı 15 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləği ödəməkdən imtina edərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sifarişli məktub vasitəsilə məlumat verildiyi tarixdən 15 iş günündən sonra saat 2400-da, sığortalı tərəfindən həyata keçirilən ləğv
etmə isə bu haqda məlumatın xxxxx verildiyi tarixin səhərisi gün saat 2400-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün hesabı, sığortalı tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
v) Şərtləri pozma, ləğv etmə və sığorta haqqının fərqini tələb etmə hüququndan vaxtında istifadə olunmazsa, etibarsız sayılır;
q) Sığortalı hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda;
1. sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
2.və ya sığortaçı müqavilənin ləğv olunmasını tələb edə biləcəyi müddət ərzində;
3.və yaxud ləğv etmə qərarının hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində;
hadisə baş verərsə, sığorta ödənişi, sığortalı məlumatına əsasən hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir.
q) Məlumat vermə qaydaları, bu ümumi şərtələrə əsasən sığorta təminatı verilməyən heyvanlarla əlaqədar istər yaş, istər növ, istərsə də hadisənin mahiyyəti baxımından pozulduğu hallarda həmin heyvanlara görə heç bir ödəniş verilmir və vəziyyətin, hadisə baş verməsindən əvvəl və ya sonra bilinməsindən asılı olmayaraq sığorta haqqı sığortadıya qaytarılır.
6.SIĞORTA MÜQAVİLƏSİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ XƏBƏRDARLIQ ETMƏ MƏSULİYYƏTİ VƏ NƏTİCƏLƏRİ
Müqavilə imzalandıqdan sonra sığortalı heyvanların təklifnamədə, təklifnamə yoxdursa, sığorta şəhadətnaməsi və əlavələrində göstərilən yer və vəziyyəti, sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu dəyişikliyi:
a) Xxx tərəfindən və ya onun razılığı ilə başqa birisi tərəfindən həyata keçirilərsə, dərhal;
b) Özünün razılığı olmadan başqa şəxs tərəfindən həyata keçirilərsə, vəziyyəti öyrənən kimi dərhal;
və hər iki halda ən geci 8 gün ərzində sığortaçıya məlumat verməlidir.
Sığortaçı vəziyyəti öyrəndikdən sonra, bu dəyişiklik müqavilənin ləğv edilməsini və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sifarişli məktub vasitəsilə məlumat verildiyi tarixdən 8 iş günü sonra, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sifarişli məktub vasitəsilə məlumat verildiyi tarixin səhəri gün saat 2400-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün hesabı, sığortalı tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta fərqini tələb etmə hüququ etibarsız sayılır.
Sığortalı heyvanın təklifnamədə, təklifnamə yoxdursa sığorta şəhadətnaməsində və əlavələrində göstərilən yer və vəziyyətinin dəyişməsini öyrənən sığortaçı, sığorta haqqını tələb edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirən hansısa başqa bir hərəkət edərsə ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
Sığortalı, sığortalı heyvanların yer və vəziyyətinin, hadisənin baş vermə ehtimalını artıra biləcək şəkildə dəyişdirilməsini, xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddətindən sonra baş verən zərərlərlə əlaqədar ödəniş tələb etmək hüququ ləğv olunur. Xəbərdarlıq qaydaları
qəsdən pozulmamış olarsa, ödəniş, alınan sığorta haqqı ilə həqiqətdə alınmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir. Dəyişiklik hadisənin baş vermə ehtimalını azaldarsa və daha az sığorta haqqı alınmasını tələb edərsə, bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün, gün hesabı əsas götürülməklə hesablanan sığorta haqqı fərqi sığortalıya qaytarılır.
Bu maddənin şərtləri eyni qaydada sığortalı üçün də tətbiq edilir.
7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.MÜLKIYYƏT SAHIBININ DƏYIŞMƏSI.
Sığortalı heyvanın hüquqi sahibi dəyişdikdə sığorta müqaviləsi ləğv edilir. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
Sığortalı vəfat etdikdə, bu sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələr heç bir dəyişiklik edilmədən yeni mülkiyyət sahiblərinə keçir. Bu zaman, sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibləri vəziyyəti 15 gün içində sığortaçıya bildirməlidir.
Bu şərtə əməl olunmazsa, sığortaçı məsuliyyətdən azad olur.
Sığortaçı dəyişikliyi, yeni mülkiyyət sahibi də sığortanın mövcud olduğunu öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta müqaviləsini ləğv edə bilər.
Vaxtında istifadə olunmayan ləğv etmə hüququ etibarsız sayılır.
Sığorta müqaviləsinin sığortaçı tərəfindən ləğv edildiyi hallarda, ləğv etmə haqqında məlumat xxxxx verildiyi tarixdən 8 gün sonra saat 2400-da, yeni mülkiyyət sahibləri tərəfindən ləğv edildiyi hallarda isə ləğv etmə haqqında məlumatın xxxxx verildiyi günün sabahı saat 2400-da qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün, yeni mülkiyyət sahibləri tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artığı yeni mülkiyyət sahiblərinə qaytarılır.
9 .SIĞORTA HAQQININ ÖDƏNMƏSİ VƏ SIĞORTAÇININ CAVABDEHLİYİNİN
BAŞLAMASI
Sığorta haqqı bütövlüklə və ya hissə-hissə ödənməsi razılaşdırılıbsa, xxxxx xxxx ən xxxx sığorta şəhadətnaməsi təqdim olunan vaxt, qalan hissəsi isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində ödənməlidir.
Sığorta haqqı bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırılıbsa xxxxx xxxx vaxtında ödənməzsə, sığortaçı sığorta müqaviləsilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd edilir.
Sığorta haqqı hissə-hissə ödənildiyi zaman hissələrdən ikisi ardıcıl olaraq ödənməzsə və ya hadisə baş verərsə, haqqların hamısı bir dəfəyə ödənilir və bu şərt sığorta şəhadətnaməsində qeyd edilir.
Sığortaçı sığorta haqqı borcunu vaxtında ödəməyən sığortalıya sifarişli məktub vasitəsilə borcun bir ay ərzində ödənilməli olmasını, əks təqdirdə müqavilənin ləğv ediləcəyini bildirir. Sığorta haqqı borcu göstərilən müddət ərzində də ödənilməzsə, müqavilə etibarsız hesab edilir və sığortalı çəkilən xərclərin və ləğv olma tarixinə qədər keçən vaxtın qısa müddət hesabı ilə hesablanan sığorta haqqının sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
Sığorta haqqının sərbəst dönərli valyuta ilə ifadə olunması borcun mahiyyətini dəyişdirmədiyi kimi, Sığorta Qanunu ilə müəyyən edilən hüquq və səlahiyyətlərə də təsir etmir.
10.SIĞORTAÇININ HÜQUQLARI VƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
A) Sığortaçı, istədiyi vaxt öz nümayəndələri və ya təyin edəcəyi baytar həkimləri vasitəsilə sığortalı heyvanların sağlamlığını və vəziyyətini yoxlamaq hüququna malikdir.
Sığortalı tövləni baxımsız və natəmiz saxlaması, heyvanla pis davranması və ona əziyyət verməsi, pis baxması, lazımi qaydada yemləməməsi, həddindən artıq işlətməsi, sığorta müqaviləsində göstərilməyən məqsədlər üçün istifadə etməsi və digər bu kimi nöqsanlı hərəkətləri sübut edilərsə, sığortaçı 8 gün ərzində müqaviləni ləğv edə və ya baytarlıq qayda və qanunlarında göstərilən tədbirlərin müəyyən bir vaxt ərzində yerinə yetirilməsini tövsiyyə edə bilər. Sığortalı bu tövsiyyələri qəbul etməzsə və ya vaxtında yerinə yetirməzsə, sığortaçı yenə də 8 gün ərzində ləğv etmə hüququndan istifadə edə bilər. Sığorta müqaviləsinin ləğv edildiyi hallarda istifadə edilməyən müddətin sığorta haqqı gün hesabı ilə hesablanaraq sığortalıya qaytarılır.
B) Sığortalı heyvanlarda yoluxucu xəstəlik əlamətləri aşkar edildikdə xəstə heyvanlarla sağlam heyvanları bir-birindən ayırmağa, xəstəlik haqqında məlumat verməyə, baytarlıq qanun və qaydalarına əsasən əlaqədar orqanlar tərəfindən məsləhət bilinən tədbirləri həyata keçirməyə, eləcə də heyvanlardan yalnız sığorta müqaviləsində göstərilən məqsədlər üçün istifadə etməyə, imkanı daxilində onlara yaxşı baxmağa, sığortaçının bu maddənin (A) bəndinə uyğun olaraq həyata keçirdiyi yoxlamaların nəticəsinə əsasən vacib hesab etdiyi tədbirlərin icrasına görə məsuliyyət daşıyır.
11.SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdiyi zaman sığortalı aşağıdakıları yerinə yetirməlidir:
a) Sığorta olunmuş heyvanın xəstələnməsi, qəzaya düşməsi və ya tələf olması barədə ən qısa vaxt ərzində sığortaçıya məlumat verməlidir,
b) Sığorta olunmuş heyvan xəstələndiyi və ya qəzaya düşdüyü hallarda, əlaqədar xərcləri özü ödəməsi şərtilə bir baytar həkiminə müraciət etməli və onun məsləhət bildiyi tədbirləri həyata keçirməlidir,
v) Tələf xxxx, məhv edilən və ya kəsdirilən sığortalı heyvanın tələf olma səbəbi haqqında sığortaçının təyin edəcəyi baytar həkimindən, əlaqədar xərclərin sığortaçı tərəfindən ödənilməsi şərtilə rəsmi arayış almalıdır,
q) Baytar həkiminin ölümün baş vermə səbəbini aydınlaşdırmasına kömək etməli və lazım olduqda münasib tədbirləri həyata keçirməlidir.
12.ÖDƏNİŞİN MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA TAMAMİLƏ LƏĞV EDİLMƏSİ.
Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərər və ziyan məbləği artarsa, həmin məbləğ sığortaçının verəcəyi sığorta ödənişdən çıxılır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya ziyan və zərər miqdarını qəsdən artırarsa, sığorta müqaviləsi ilə nəzərdə tutulan hüquqları etibarsız sayılır.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Bu sığorta müqaviləsinə əsasən sığortalanmış heyvanın tələf olması nəticəsində dəyən zərərlərə görə veriləcək ödənişin məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə zərərin məbləği bu işin mütəxəssisi və ya ekspert tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
a) Tərəflər müştərək bir ekspert seçilməsində razılığa gələ bilməzlərsə, tərəflərdən hər biri ayrılıqda öz ekspertini təyin edir və bu haqda digər tərəfə məlumat verir. Tərəfli ekspertlər işə başlamamışdan əvvəl, seçildikləri tarixdən etibarən 7 gün ərzində bir nəfər 3-cü bitərəf ekspert seçir və bunu protakolla rəsmiləşdirirlər. Bitərəf ekspertin yalnız, tərəfli ekspertlərin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy bildirmək hüququna malikdir. Bitərəf ekspert öz rəyini ayrıca bir protakolla və digər ekspertlərlə birlikdə ümumi bir protakolla da bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda bildirilir.
b) Tərəflərdən biri digər tərəfin məlumatından sonra 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin ekspertləri üçüncü bitərəf ekspertin seçilməsi haqqında 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəfli ekspert və ya üçüncü bitərəf ekspert tərəflərdən birinin müraciətinə əsasən, zərər baş verdiyi ərazidəki iqtisadi mübahisələri həll etmək səlahiyyətinə xxxxx xxxx məhkəmə sədri tərəfindən peşəkar və bitərəf şəxslər arasından seçilir.
v) Hər iki tərəf, üçüncü bitərəf ekspertin – həmin şəxs istər tərəfli ekspertlər, istərsə də məhkəmə sədri tərəfindən seçilmiş olsun – sığortaçının və ya sığortalının yaşadığı və ya zərərin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir.
q) Ekspert vəfat edərəsə, vəzifəsindən istefa verərsə və ya qəbul edilməzsə, eyni qaydada yeni ekspert seçilir və araşdırma işi yarımçıq qaldığı yerdən davam etdirilir.
Sığortalının vəfat etməsi təyin edilmiş ekspertlərin işinin dayandırılmasına səbəb ola bilməz. Ekspertlərə, ixtisas səviyyəsinin azlığına görə ediləcək etiraz hüququ, onların kimliyi öyrənildiyi tarixdən etibarən 7 gün ərzində istifadə olunmazsa etibarsız sayılır.
ğ) Ekspertlər öz fəaliyyətlərində sərbəstdirlər və onların hüquqları qanunlarla məhdudlaşdırılmır.
d) Ekspertlər zərərin məbləğini hesablamaq üçün lazım bildikləri dəlilləri, heyvanların hadisə tarixindəki saylarının və dəyərinin müəyyən edilməsi üçün xxxxx xxx biləcək qeyd və sənədləri tələb edə və hadisə yerində araşdırmalar apara bilərlər.
e) Ekspert və ya ekspertlərin, eləcə də üçüncü bitərəf ekspertin zərərin məbləğilə əlaqədar verdikləri qərar qətidir və tərəflər buna əməl etməlidirlər. Ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb oluna və ona qarşı iddia irəli sürülə bilməz.
Ekspert qərarına, yalnız, qərarın real vəziyyətdən əsaslı surətdə fərqləndiyi hallarda etiraz edilə və onun ləğv olunması qərarın bildirildiyi tarixdən etibarən bir həftə ərzində, hadisənin baş verdiyi ərazilərdəki iqtisadi mübahisələri həll etmək səlahiyyətinə malik yerli məhkəmədən tələb oluna bilər.
ə) Tərəflər ödənişin məbləğilə əlaqədar razılığa gələ bilməzlərsə, həmin məbləğ ekspert rəyinə əsasən müəyyən edilir və müddət qəti qərarın tərəflərə bildirildiyi tarixdən hesablanır. Bu zaman, ekspertlərin təyin edildiyi tarix ilə qanunda göstərilən xəbərdarlıq müddəti arasında 3 illik müddət keçmiş olmalıdır.
i) Tərəflərdən hər biri öz ekspertinin haqq və xərclərini ödəyir. Üçüncü bitərəf ekspertin və ya müştərək ekspertin haqq və xərclərini tərəflər bərabər şəkilədə ödəyirlər.
y) Zərər məbləğinin hesablanması, təminat verilən hadisələr, sığorta dəyəri, sığorta məbləği, əmlakın dəyərindən xxx və ya az məbləğdə xxxx sığorta, məsuliyyətin başlanğıc tarixi hüquqları məhdudlaşdıran və hüquqdan məhrum edən səbəblərlə əlaqədar bu sığorta şəhadətnaməsi və qanunlarda nəzərdə tutulan hökm və şərtlərə təsir edə bilməz.
14. ÖDƏNİŞİN HESABLANMASI
a) Sığorta olunmuş heyvan tələf olduğu, məhv edildiyi və ya kəsdirildiyi zaman onun ətindən, dərisindən və digər hissələrindən istifadə edilə bilinəcəyi hallarda həmin hissələrin dəyəri və heyvan doğum zamanı tələf olarsa, xilas edilən balanın dəyəri sovtac (istifadə edilən yararlı hissə) olaraq qəbul edilir.
b) Ödənişin məbləği, sığorta dəyərinin 80%-dən xxx olmamaq şərtilə, sığortalı heyvan qəflətən tələf olarsa – həmin hadisədən bir gün əvvəlki, heyvan hər hansı bir xəstəlik nəticəsində tələf olarsa – xəstələndiyi tarixdən bir gün əvvəlki bazar qiymətinin 80%-i qədərdir.
Sığorta ödənişindən, əgər varsa bu maddənin (a) bəndində göstərilmiş istifadə və ya yararlı hesab edilən hissələrin (sovtacın) sığorta dəyərinin 80%-i ilə sığortalı heyvanın xxxx xxxxx qiyməti arasındakı fərq nisbətinə bərabər xxxx miqdar çıxılmaqla hesablanan məbləğ bu ümumi şərtlərin 11-ci maddəsinin (v) bəndində göstərilən sənədlərin sığortaçıya təqdim edilməsindən sonra maksimum 15 gün ərzində sığortalıya ödənilir.
15.ZƏRƏR VƏ SIĞORTA ÖDƏNİŞİNİN NƏTİCƏLƏRİ
Sığortalının zərər vurulmasında təqsirkar şəxsə qarşı xxxx iddia hüququ ödənilmiş sığorta ödənişi məbləği müqabilində sığortaçıya keçir.
Sığortalı sığortaçının irəli sürə biləcəyi iddianın təmin edilməsi üçün xxxxx xxxx və əldə oluna bilən məlumat və sənədləri mütləq təqdim etməlidir.
Təminat daxil edilən hadisə baş verdiyi zaman sığorta təminatı xxxx xxxxx.
Sığorta məbləği sığorta müqaviləsində hər bir heyvan üzrə ayrı-ayrılıqda göstərilərsə və bu heyvanlardan biri və ya bir neçəsi ölərsə, həmin heyvanlara verilən sığorta təminatına, hadisə tarixindən etibarən xitam verilir. Bu zaman istifadə edilməyən müddətin sığorta xxxxx xxxx qaytarılmır.
16.VERGİ, RÜSUM VƏ XƏRCLƏR
Sığorta müqaviləsi, məbləği və ya sığorta haqqı ilə əlaqədar mövcud xxxx və gələcəkdə tətbiq edilə biləcək vergi, rüsum və xərclər qanunvericiliklə tənzimlənir.
17. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinəyetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
ığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
18. ƏRİZƏ FORMASI
Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
19. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
20. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
21. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.