Contract
RAZILAŞDIRILMIŞDIR Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Xxxxx Xxxxxxx N. Xəlilov “ ” 2015-ci il | TƏSDİQ EDİRƏM “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri X.Xxxxxxxxx “ ” 2015-ci il |
DƏMİRYOL NƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
Maddə 1. ÜMUMİ MÜDDƏALAR.
1.1. Bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta Haqqında» Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Bu qaydalar ilə Nizamnamə əsasında fəaliyyət göstərən “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “SIĞORTAÇI” adlandırılacaq) dəmiryol nəqliyyatı vasitələrinin (dartıcı vasitələr, vaqonlar və s.) sığortasını həyata keçirir.
1.2. Dəmiryol nəqliyyatı vasitələri üzrə sahibkarlıq fəaliyyəti göstərmək hüququna xxxxx xxxx fiziki və hüquqi şəxslər bu qaydalara uyğun olaraq sığortaçı ilə dəmiryol nəqliyyatı vasitələri üzrə sığorta müqavilələrini bağlamaq hüququna malikdir (bundan sonra “SIĞORTALI” adlandırılacaq).
1.3. Bu qaydalar əsasında bağlanılan müqavilələrin ayrılmaz hissəsi sayılır və sığortalı ilə sığortaçı üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir.
Maddə 2. SIĞORTA PREDMETİ, SIĞORTANIN SİNFİ VƏ NÖVÜ
2.1. Bu qaydalar üzrə zədələnmə, məhv olma, həmçinin qaçırılma və ya oğurlanma risklərindən sığortalanmış dəmiryol nəqliyyat vasitəsi sığorta predmeti hesab olunur.
2.2. Sığortanın növü qeyri-həyat sığorta sahəsi üzrə əmlak sığortasına aiddir.
2.3. Qeyri-həyat sığortası sahəsində sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin sığortası.
Maddə 3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği sığortalanmış risklər üzrə Sığortaçı və Sığortalı arasında sığorta müqaviləsinə əsasən müəyyənləşdirilir.
3.2. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
Maddə 4. SIĞORTA RİSKLƏRİ.
4.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə hərəkətdə olub-olmamasından asılı olmayaraq, dəmiryol nəqliyyatı vasitələrinin və ya onun hissələrinin aşağıda göstərilən səbəblərdən zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi hesab olunur:
4.1.1. Yanğın və/və ya partlayış;
4.1.2. Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri;
4.1.3. Təbii fəlakətlər;
4.1.4. Dəmiryol nəqliyyat vasitəsinin relsdən çıxması, aşması, hər-hansı başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər-hansı predmetin düşməsi.
4.2. Təbii fəlakətlər anlayışı altında aşağıdakılar başa düşülür:
4.2.1. Su daşqını, yeraltı suların fəaliyyəti;
4.2.2. Zəlzələ;
4.2.3. Vulkan püskürməsi;
4.2.4. Sel, yer sürüşməsi, uçqun;
4.2.5. Qasırğa, tufan;
4.2.6. Yerli ərazi üçün qeyri xxx xxxx yağmurlar, şaxtalar və ya başqa təbii hadisələr.
4.3. Sığorta şəhadətnaməsinə əsasən Tərəflər arasında daha geniş sığorta təminatı razılaşdırıla bilər.
Maddə 5. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR.
5.1. Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakılar nəticəsində sığorta obyektinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
5.1.1. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi;
5.1.2. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
5.1.3. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib-edilməməyindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, hər cür xalq ixtişaşları, tətillər, qiyam, tədricən xalq üsyanları və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
5.1.4. Dövlət orqanlarının sərəncamı ilə dəmiryol nəqliyyat vasitəsinin ləğvi, müsadirə edilməsi, üzərinə həbs qoyulması;
5.1.5. Dəmiryol nəqliyyat vasitəsinin zəbt edilməsi və ya qaçırılması;
5.1.6. Dəmiryol nəqliyyat vasitəsinin gedişə buraxılmasına qədər onun hərəkətə yararsızlığı haqqında sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
5.1.7. Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri;
5.1.8. Dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
5.1.9. Dəmiryol nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olmayan şəxslər tərəfindən idarə edilməsi;
5.1.10. Maşinistin, sığortalının (Faydagötürənin) və ya onun nümayəndəsinin yanğına qarşı təhlükəsizlik və dəmiryol hərəkəti üzrə təhlükəsizlik qaydalarına riayət olunmaması;
5.1.11. Sığorta olunmuş dəmiryol nəqliyyatı vasitələrindən təyinatı üzrə istifadə edilməməsi;
5.1.12. Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
5.1.13. Dəmiryol nəqliyyat vasitəsinin onun texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
5.1.14. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, dəmiryol nəqliyyat vasitəsinin hissələrinin sınması;
5.1.15. Dəmiryol nəqliyyat vasitəsinin toksik, spirtli və narkotik qəbul edərək, sərxoşluq vəziyyətində xxxx maşinist tərəfindən idarə edilməsi.
5.2. Sığorta şəhadətnaməsinə əsasən Tərəflər arasında digər istisnalar da müəyyənləşdirilə bilər.
Maddə 6. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİL MƏSİ.
6.1. Sığorta müqaviləsinə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, Sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanır.
6.2. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
6.3. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
6.4. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
6.5. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
6.6. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
6.6.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
6.6.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
6.6.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
6.6.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
6.6.5. Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
7.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
7.1.2. Qanunla müəyyən edilən hallar istisna olmaqla, sığortalı hüquqi şəxs ləğv olunduqda;
7.1.3. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə, sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
7.1.4. Sığortalanmış əmlak özgəninkiləşdirilərkən, sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə;
7.1.5. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
7.1.6. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
7.1.7. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
7.1.8. Sığorta marağı artıq mövcud olmadıqda;
7.1.9. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
7.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 8. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.
8.1. Sığortaçının hüquqları:
8.1.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını tələb edir;
8.1.2. Sığorta risklərini və bu risklərin istisnalarını müəyyən edir;
8.1.3. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
8.1.4. Bu qaydalarda nəzərdə tutulan şərtlərə sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
8.1.5. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
8.1.6. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
8.1.7. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
8.1.8. Sığorta obyekti və hadisəsi barəsində sığortalıdan doğru və aydın məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
8.1.8.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər. Belə xxxx xxxxx bu qaydaların 8.1.11.1 və 8.1.11.2-ci maddəsinin tələblərinə əsasən ödəniş həyata keçirilir.
8.1.8.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta şəhadətnaməsini ləğv edə bilər, həmçinin sığorta şəhadətnaməsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
8.1.9. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
8.1.10. Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
8.1.11. Sığorta müqaviləsinə bu qaydaların 7-ci maddəsinin tələblərinə əsasən sığortaçı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
8.1.11.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
8.1.11.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
8.1.11.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
8.1.11.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 8.1.11.1-ci və 8.1.11.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.1.11.5. Sığorta müqaviləsinə bu qaydaların 7.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu qaydaların 8.1.11.3-cü və 8.2.11.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
8.1.12. Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
8.2.Sığortaçının vəzifələri:
8.2.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
8.2.2. Bu qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirir və ya yerinə yetirilməsini tələb edir.
8.3. Sığortalının hüquqları:
8.3.1. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
8.3.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
8.4.Sığortalının vəzifələri:
8.4.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
8.4.2. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
8.4.3. Sığortalı xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya verir;
8.4.4. Sığorta obyektinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
8.4.4.1. Sığortaya alınan dəmiryol nəqliyyatı vasitələrinə baxış keçirmək;
8.4.4.2. Dəmiryol nəqliyyatı vasitələrinin olduğu yerlərinin (dəmir yollarının) və belə nəqliyyat vasitəsinin yerləşdiyi yerin yaxılığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
8.4.4.3. Dəmiryol nəqliyyatı vasitələrinin real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
8.4.4.4. Bu ekspertiza sığortaçının vəsaiti hesabına keçirilir.
8.4.5. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
8.4.6. Sığorta obyekti və hadisəsi barədə sığortaçıya doğru və aydın məlumat verir;
8.4.7. Sığortalı bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin sığortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
8.4.8. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
8.4.9. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
8.4.10. Bu qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirir və ya yerinə yetirilməsini tələb edir.
Maddə 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ.
9.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta şəhadətnaməsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
9.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu maddənin 1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
9.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
9.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
9.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
9.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
9.7. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.
9.8. Təmirin yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
9.9. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
9.10. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
9.11. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
9.12. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
9.13. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
Maddə 10. SIĞORTA ÖDƏNİŞİ.
Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
10.1. Qismən sığorta zamanı – zərərin sığorta məbləğini sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsi müəyyən edilir.
10.2. Sığorta şəhadətnaməsində azadolma nəzərdə tutulduqda – zərərin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir.
10.3. Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
10.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
10.5. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və dəyişilmiş hissələri xxxx hüquqları sığortaçıya keçir. Bütün qalıqlar sığortaçıya verilməlidir.
10.6. Sığortalı həmin hüquqların sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
10.7. İtmiş əmlakın sonradan tapılması halında sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, sığortaçı sığortalıya həmin zərərin əvəzini ödəyir.
10.8. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər.
10.8.1. Sığortalıya verilən sığorta şəhadətnaməsi;
10.8.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
10.8.3. Dəmiryol nəqliyyat vasitəsinə vurulan zərərin həcmi (məhv olmuş əmlakın dəyəri) və zərərlə əlaqədar birbaşa xərclər barədə sənədlər.
10.8.4. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
10.8.5. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
10.8.6. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarının belə hadisələrin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənəd;
10.9.Sığortaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq Sığortalıdan istənilən sənədləri tələb etmək hüququna malikdir.
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA.
11.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
11.1.1. bu Qaydaların 9.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
11.1.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
11.1.3. Müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
11.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
11.1.5. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 9.7-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
11.1.6. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
11.1.7. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
11.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
11.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5- ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
11.1.10. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
11.2. Sığortalının bu qaydaların 11.1.1.-11.1.10-cu bəndlərində qeyd olunan hərəkətləri qəsdən etdiyi müəyyən olarsa, sığortaçı sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
11.3. Sığortaçı bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirməkdən imtina edir.
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ VƏ ÖDƏNİŞİN VERİLMƏSİNDƏN İMTİNA BARƏDƏ QƏRAR.
12.1.Sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalının bu qaydaların 10-cu maddəsində sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
12.2.Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 13. SIĞORTANIN OBYEKTİ.
13.1.Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
13.2.Bu qaydalara əsasən aşağıdakı dəmiryol nəqliyyatı vasitələri sığortalana bilər:
13.2.1. Vaqon və yarımvaqonlar.
13.2.2. Sisternlər.
13.2.3. Refrijeratorlar.
13.2.4. Dəmiryol nəqliyyatına aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri.
13.2.5. Bu qaydalara əsasən aşağıdakı dartıcı dəmiryol nəqliyyatı vasitələri sığortalana bilər:
13.2.6. Elektrovozlar.
13.2.7. Teplovozlar.
13.2.8. Parovozlar.
13.2.9. Elektrik qatarları.
13.2.10. Dizel qatarları.
13.2.11. Qazotrubovozlar.
13.2.12. Dartıcı dəmiryol vasitələrinə aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri (avtonom hərəkət edə bilən vasitələr).
13.3. Dəmir yolların inventar parklarında, dəmiryol nəqliyyatı sənaye müəssisələrində və Azərbaycan Respublikasının dövlət dəmir yolları sisteminə daxil olmayan və təyin olunmuş qaydada xüsusi icazə almış fiziki və hüquqi şəxslərin sahələrində yerləşən, dəmiryol nəqliyyatı vasitələrinin qeydiyyat bazasında rəsmiləşdirilmiş və istismara hazır olan nəqliyyat vasitələri o cümlədən elektrovozlar, teplovozlar, parovozlar, motorvaqon və dizel qatarları sığortalana bilər.
Maddə 14. SIĞORTANIN ƏRAZİSİ.
Dəmiryol nəqliyyatı vasitələri ancaq sığorta müqaviləsində göstərilmiş ərazidə (sığorta ərazisi/gediş marşrutu) sığortalanmış sayılır.
Maddə 15. AZADOLMA.
Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
Maddə 16. SIĞORTA HAQQI.
16.1.Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 16.2.Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada
sığorta müqaviləsi qanunları ilə müəyyən edilir.
16.3.Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 16.4.Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk
hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
16.5.Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 16.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
16.6.Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
16.7.Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
Maddə 17. XXXXXX ARTMASI.
17.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
17.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
17.3. Əgər sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
Maddə 18. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ.
Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
18.1. Sığorta obyektinə dəyən birbaşa zərər:
18.1.1. Dəmiryol nəqliyyat vasitəsinə dəyən real zərər;
18.2. Dəmiryol nəqliyyat vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
18.2.1. Məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
18.2.2. Təmir olunduqda -
18.2.2.1. Əgər dəmiryol nəqliyyat vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində;
18.2.2.2. Əgər dəmiryol nəqliyyat vasitəsi qismən təmir edilərsə – təmir xərcləri həmçinin dəmiryol nəqliyyat vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
18.2.2.3. Əgər sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsi təmir edilməz və xarab vəziyyətdə satılmazsa – dəmiryol nəqliyyat vasitəsinin tam təmiri xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
18.3. Sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
18.4. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
18.5. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri və ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
18.6. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
18.7. Sığortaçı üçüncü şəxsə vurulmuş zərərə görə məsuliyyətlə bağlı sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləği ödəmir:
18.7.1. Əldən çıxmış fayda və ya digər dolayı zərər;
18.7.2. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərəri azaltmaq məqsədilə sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
18.8. Sığortaçı zərərin qarşısını almaq və ya azaltmaq məqsədilə sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərəri ödəmək öhdəliyindən azad edilir.
18.9. Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
18.10. Əgər dəmiryol nəqliyyat vasitəsinin sığorta məbləği onun sığorta dəyərindən (sığorta müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, sığortaçı vurulmuş zərərin, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətinə mütənasib hissəsini ödəyir.
MADDƏ 19. SUBROQASİYA.
19.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
19.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
19.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər
Maddə 20. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI.
Sığorta müqaviləsinə görə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.
Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
21.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 22. QEYD-ŞƏRTLƏR
22.1. Sığorta qaydalarına əlavə və dəyişikliklər edilməsi məqsədilə, bu qaydalara qeyd-şərtlər də yazıla bilər.
“PAŞA Sığorta” ASC
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə baza sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılması
Sığorta tarifi (brutto) aşağıdakı düsturla hesablanır:
L + LAE + E f
tarif
= X X , 1− V − Q
Burada,
L - sığorta ödənişləri
LAE - zərərlərin tənzimləmə xərcləri Xx - xxxxx xərclər
X - sığorta məbləğləri V - dəyişən xərclər
Q - arzuolunan mənfəət
Nəzərə alaraq ki, bu sığorta sinifi “PAŞA Sığorta” ASC üçün yenidir, baza tariflərin hesablanmasında biz ölkə sığorta bazarının statistikasından istifadə edirik.
Hesablamaları iki 12-aylıq dövr üçün aparaq. I dövr - 2012-ci il
II dövr - 01.07.2012-01.07.2013
Etibarlıq əmsalları bu dövrlər üçün müvafiq olaraq 0.4 və 0.6 seçək. O zaman yekun tarif üçün alırıq:
tarif = 0.4×tarif1 + 0.6×tarif 2
Birinci dövr üçün statistik məlumatlara əsasən:
L | = | 0 |
LAE | = | 0 |
Qazanılmış sığorta haqları = 51166.41 Xərc əmsalı = 36.26%
Ef | = | 18552.92 |
X | = | 45616263.00 |
Hesablanmış sığorta haqları = 247371.37 Komisyon muzdu = 790
Komisyon muzdu (faizlə) = 0.32% V = 0.62%
İkinci dövr üçün statistik məlumatlara əsasən:
L | = | 0 |
LAE | = | 0 |
qazanılmış sığorta haqları = 113045.04 xərc əmsalı = 27.57%
Ef | = | 31166.52 |
X | = | 50273291.16 |
Hesablanmış sığorta haqları = 64420.52 Komisyon muzdu = 790
Komisyon muzdu (faizlə) = 2.64% V = 2.94%
Qeydlər:
• Bütün rəqəmlər manatla göstərilir
• Hər iki dövr üçün götürürük Q = 10%
• Sığorta haqqından tutulan vergi = 0.3%
• Ef = qazanılmış sığorta haqları × xərc əmsalı
• komisyon muzdu (faizlə) = komisyon muzdu / hesablanmış sığorta haqları
• V = komisyon muzdu (faizlə) + sığorta haqqından tutulan vergi
Bu məlumatlardan istifadə edib alırıq: tarif1 = 0.041%
tarif2 = 0.060% Nəticədə:
tarif = 0.4×tarif1 + 0.6×tarif 2 = 0.052 %
Beləliklə, baza sığorta tarifi 0.052% təşkil edir.
Qeyd:
• Baxılan xxxxxx xüsusiyyətləri və sığorta hadisəsinin baş vermə ehtimalına və ehtimal olunan zərərin məbləğinə təsir edə biləcək amillər barədə Sığortalı tərəfindən təqdim olunan məlumatlara əsasən hesablanmış baza tariflərinə yüksəldirici və azaldırıcı əmsallar tətbiq oluna bilər.