Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında 2007-ci il avqustun 16-da Bakı şəhərində imzalanmış Qrant Müqaviləsi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci
№ 450-IIIQ
QRANT MÜQAVİLƏSİ
Bu Qrant Müqaviləsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (Qrant Xxxx) ilə Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi (ABŞ TİA) vasitəsilə fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları Hökuməti arasında bağlanır. ABŞTİA bu Müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycan Respublikasına (Sahib Ölkə) birləşəcək təklif olunan Trans-Xəzər Neft və Qaz Xxxx Kəmərləri layihəsinə dair texniki-iqtisadi əsaslandırma (Tədqiqat) ilə bağlı tələb olunan materialların və xidmətlərin dəyərini maliyyələşdirmək üçün Qrant Alana 1,700,000 ABŞ dolları (ABŞTİA Qrantı) məbləğində vəsait ayırmağa razılaşır.
1. ABŞTİA-nın maliyyələşdirmə qaydaları
Bu Qrant Müqaviləsi əsasında həyata keçiriləcək maliyyələşdirmə Qrant Xxxx ilə onun seçmiş olduğu ABŞ şirkəti (Podratçı) arasında Podratçının yerinə yetirəcəyi Tədqiqat işlərinə dair müqavilənin (Müqavilə) dəyərinin ödənilməsinə istifadə olunacaqdır. Podratçıya ödəniş Qrant Xxxxxx adından bu Qrant Müqaviləsinə əsasən ayrılmış ABŞTİA- nın Qrant fondundan birbaşa ABŞTİA tərəfindən ediləcəkdir.
2. Səlahiyyətlər dairəsi
Bu Qrant Müqaviləsi əsasında səlahiyyətlər dairəsi (Səlahiyyətlər dairəsi) 1 xxxxx əlavə kimi əlavə edilmişdir və bu Qrant Müqaviləsinin tərkib hissəsi hesab olunur. Bu Tədqiqat
işləri çərçivəsində nəzərdə tutulmuş layihənin texniki, maliyyə, ekoloji və digər vacib aspektləri nəzərdən keçiriləcəkdir. Tədqiqat işlərinə dair Səlahiyyətlər Dairəsi həmçinin Müqaviləyə daxil edilməlidir.
3. Davranış standartları
Qrant Xxxx və ABŞTİA müvafiq olaraq öz ölkələrində rəsmi şəxslər və kommersiya birlikləri üçün davranış standartlarının mövcudluğunu etiraf edirlər. Bu Qrant Müqaviləsinin tərəfləri və Podratçı, Tədqiqat işləri ilə əlaqə-dar hər hansı bir tərəf üçün əlverişli xxxx hər hansı bir hərəkət də daxil olmaqla, pul və ya hər hansı bir qiymətli əşya şəklində ödənişin bilavasitə və ya bilavasitə ilə hər hansı bir şəxsdən qeyri-qanuni və ya qeyri-düzgün formada qəbul etməməyi özündə ehtiva edən bu standartlara riayət etməlidirlər.
4. Qrant Xxxxxx vəzifələri
Qrant Xxxx yerli nəqliyyat vasitələri, ofis və katiblik xidmətləri kimi məsələlərdə Podratçıya müvafiq yardım göstərməyi öz öhdəsinə götürür.
5. ABŞTİA maliyyələşdirici kimi
(A) ABŞTİA-nın müsabiqəli seçmə qaydalarını təsdiq etməsi
ABŞ Podratçılarının seçilməsi tədarük barədə əvvəlcədən bildirişi "Federal Business Opportunities" (xxx.xxxxxxxxxx.xxx) internet səhifəsində yerləşdirməklə Qrant Xxxx tərəfindən podratçıların rəqabət əsaslı seçilməsinə dair tətbiq etdiyi qaydalara uyğun olaraq həyata keçirilir. Tələb olunduğu təqdirdə, Qrant Xxxx bu müqavilə qaydalarını və onlarla bağlı sənədləri məlumat və /və ya təsdiq olunmaq üçün ABŞTİA-ya təqdim etməlidir.
(B) ABŞTİA-nın Podratçı Seçimini təsdiq etməsi
Tədqiqat işlərini yerinə yetirmək üçün Podratçı seçildikdə Xxxxx Xxxx tərəfindən ABŞTİA-nm 17-ci maddədə göstərilmiş ünvanına bildiriş göndərilməlidir. Həmin seçim ABŞTİA tərəfindən təsdiq edildikdən sonra Qrant Xxxx və Podratçı Tədqiqat İşlərinin yerinə yetirilməsi üçün müqavilə bağlamalıdır. Qrant Xxxx Xxxxxxxx işlərinin yerinə yetirilməsi üçün uğursuz təkliflər təqdim etmiş ABŞ şirkətlərini seçilməmələri barədə yazılı şəkildə xəbərdar etməlidir.
(C) Qrant Xxxx ilə Podratçı arasında bağlanacaq müqavilənin ABŞTİA tərəfindən təsdiq edilməsi
Tədqiqat işlərinin yerinə yetirilməsi üçün Qrant Xxxx və Podratçı müqavilə bağlamalıdır. Müqavilə və onunla bağlı hər hansı düzəlişlər, o cümlədən Səlahiyyətlər Dairəsindəki təyinatlar və dəyişikliklər ABŞTİA tərəfindən yazılı şəkildə təsdiq olunmalıdır. Bu təsdiqetmə prosesini tezləşdirmək üçün Qrant Xxxx (yaxud Qrant Xxxxxx adından Podratçı) imzalanmış müqavilənin ingilis dilində xxxx versiyasının fotosurətini və ya müqavilənin son razılaşdırılmış layihə variantını ABŞTİA-nın 17-ci maddədə göstərilmiş ünvanına göndərəcəkdir.
(D) ABŞTİA Müqavilənin Tərəfi deyildir
Tərəflər anlayırlar ki, ABŞTİA aşağıdakı, xxxxx bununla məhdudlaşmayan, müqavilənin şərtlərini və onunla bağlı hər hansı düzəlişləri, o cümlədən təyinatları, bütün podratçıların seçilməsini, Səlahiyyətlər Dairəsini, Yekun Hesabatlarını və Qrant Müqaviləsi çərçivəsində maliyyələşdirilən hər hansı bir müqavilə ilə bağlı hər hansı bir, yaxud bütün sənədləri təsdiq etmək kimi müəyyən hüquqları özündə saxlayır. Bununla Tərəflər anlayır və razılaşırlar ki, ABŞTİA yalnız maliyyələşdirici bir birlik olaraq, Amerika Birləşmiş Ştatları Hökumətinin fondlarının düzgün istifadə olunmasını təmin etmək məqsədilə yuxarıda göstərilən hər hansı bir və ya bütün təsdiqetmə hüquqlarını özündə saxlamışdır və ABŞTİA bu təsdiqetmə hüquqlarından istifadə etmək, yaxud imtina etmək haqqında hər hansı bir qərarını bir maliyyəçi kimi Tədqiqat işlərinin yerinə yetirilməsi dövründə verəcəkdir və bu, ABŞTİA-nı müqavilənin tərəflərindən biri etmək kimi anlaşılmamalıdır. Tərəflər bununla anlayır və razılaşır ki, ABŞTİA vaxtaşırı yuxarıda göstərilmiş hüquqlardan istifadə edə bilər, yaxud bu hüquqlarla və Tədqiqat işləri ilə bağlı məsələləri müqavilənin və ya hər hansı bir submüqavilənin tərəfləri ilə birgə, yaxud ayrılıqda, bununla belə Tərəflərin üzərinə hər hansı bir öhdəlik və məsuliyyət qoymadan, müzakirə edə bilər. ABŞTİA-nın hər hansı bir təsdiqi və ya təsdiq-dən imtinası Qrant Alanın, yaxud ABŞTİA-nın Podratçıya qarşı irəli sürə biləcəyi hər hansı bir tələbin qarşısında maneə olmayacaqdır, yaxud Podratçını Qrant Xxxx və ya ABŞTİA qarşısında xxxxx xxx biləcəyi hər hansı bir öhdəlikdən azad etməyəcəkdir.
(E) Qrant Müqaviləsinə nəzarət
ABŞTİA-nın təsdiqindən asılı olmayaraq, müqavilənin və submüqavilənin hər hansı bir tərəfinin hüquq və vəzifələri bu Qrant Müqaviləsinə uyğun ol-malıdır. Qrant Müqaviləsi ilə Qrant Müqaviləsi tərəfındən maliyyələşdirilən hər hansı bir müqavilə və ya submüqavilə arasmda uyğunsuzluq olduğu təq-dirdə Qrant Müqaviləsi əsas götürüləcəkdir.
6. Ödəniş qaydaları
(A) Müqavilənin ABŞTİA tərəfindən təsdiqi zəruridir
ABŞTİA Qrant fondundan ödənişləri Podratçrya birbaşa yalnız Qrant Xxxxxx Xxxxxxxx arasında bağlanmış müqavilə ABŞTİA tərəfindən təsdiq edildik-dən sonra həyata keçirəcəkdir.
(B) Podratçının hesab-fakturalarına qoyulan tələblər
Qrant Xxxx, 2 xxxxx əlavədə göstərilən ABŞTİA-nın Məcburi Şərtlərində əks olunmuş qaydalara müvafiq hesab-faktura təqdim etməklə, Tədqiqat işlərinin yerinə yetirilməsinə görə Podratçıya ABŞTİA tərəfindən ödənişlərin hə-yata keçirilməsini xahiş edəcəkdir.
7. Qüvvəyə minmə tarixi
Bu Qrant Müqaviləsi Amerika Birləşmiş Ştatları Hökumətinə münasibətdə hər iki tərəfin onu imzaladığı andan qüvvəyə minir. Bu Qrant Müqaviləsi Qrant Xxxxx münasibətdə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların başa çatması barədə Azərbaycan Respublikasının yazılı bildirişinin diplomatik kanallar vasitəsilə ABŞTİA tərəfindən alındığı tarixdən və ya 30 sentyabr 2007- ci il tarixində, onların hansının tez baş verməsindən asılı olaraq qüvvəyə minir (qüvvəyə minmə tarixi).
8. Tədqiqat işlərinin yerinə yetirilmə cədvəli
(A) Tədqiqat işlərinin tamamlanma tarixi
Tədqiqat işlərinin yerinə yetirilməsinin tamamlanma tarixi xxxx 30 iyun 2009-cu il Tədqiqat işlərinin tamamlana biləcəyi barədə Tərəflərin proqnozlaşdırdıqları tarixdir.
(B) ABŞTİA-nın Qrant Fondlarının ödənişinə qoyulan vaxt məhdudiyyəti
ABŞTİA-nın başqa cür razılaşa biləcəyi hallar istisna olmaqla: (a) Qrant Müqaviləsinin Qüvvəyə minmə tarixindən qabaq təqdim edilmiş material və xidmətlərə görə bu Qrant Müqaviləsinə əsasən heç bir ABŞTİA-nın ödənişi həyata keçirilə bilməz; və (b) Qrant Müqaviləsinə əsasən ayrılmış pul vəsaiti Qrant Müqaviləsinin qüvvəyə minmə tarixindən dörd (4) il müddətinə ödənilməlidir.
9. ABŞTİA-nın Məcburi Şərtləri
Bu Qrant Müqaviləsinə əsasən maliyyələşdirilən bütün müqavilələrə bu Qrant Müqaviləsinə 2 nömrəli əlavədə təsbit olunmuş ABŞTİA-nın Məcburi Şərtləri daxil edilməlidir. ABŞTİA-nm Qrant fondları vasitəsilə tam və ya qismən maliyyələşdirilən bütün
submüqavilələrə B(l), G, H, İ və J şərtləri istisna olmaqla, ABŞTlA-nın Məcburi Şərtləri daxil edilməlidir.
10. ABŞ nəqliyyat vasitələrindən istifadə
(A) Hava
Qrant Müqaviləsinə əsasən maliyyələşdirilən mülkiyyət və ya şəxslərin hava yolları ilə daşınması, belə hava nəqliyyat vasitələri imkan daxilində olduğu təqdirdə, ABŞ Hökumətinin qanunlarına müvafiq olaraq, ABŞ bayrağı altında, 49 U.S.C 40118 nömrəli Uçuşlara dair Amerika Aktına uyğun surət-də yerinə yetiriləcəkdir.
(B) Dəniz
Qrant Müqaviləsinə əsasən maliyyələşdirilən mülkiyyətin dəniz ilə daşınması Birləşmiş Ştatların yüklərin prioritetliyi haqqında qanununa uyğun olaraq ABŞ gəmiləri ilə həyata keçiriləcəkdir.
11. Milliyyət, mənbə və mənşə
ABŞTİA-nın başqa cür razılaşa biləcəyi hallar istisna olmaqla, bu Qrant Müqaviləsinə əsasən ABŞTİA-nın maliyyələşdirdiyi mal və xidmətlərin çatdırılması aşağıdakı şərtlər altında mümkün olacaqdır: (a) professional xidmətlər üçün Podratçı ya ABŞ şirkəti, ya da ABŞ fərdi olmalıdır; (b) Podratçı ABŞ subpodratçılarından məhdudiyyət qoyulmadan istifadə edə bilər, xxxxx Sahib ölkənin, Qazaxıstanın, Gürcüstanın və Türkiyənin subpodratçılarından istifadə olunması ABŞTİA-nın Qrant məbləğinin iyirmi faizindən (20%) artıq olmamalıdır və yalnız submüqavilədə müəyyənləşdirilmiş Səlahiyyətlər dairəsindəki xüsusi xidmətlər üçün istifadə oluna bilər; (c) ABŞ Podratçılarının və ya ABŞ subpodrat şirkətlərinin professional xidmətlər üçün cavabdeh xxxx işçiləri ABŞ vətəndaşları, yaxud ABŞ-da daimi yaşaması üçün qanuni icazəsi xxxx qeyri-ABŞ vətəndaşları olmalıdır; (d) Tədqiqat işlərinin yerinə yetirilməsi üçün xxx-xxx materiallar və onlarla bağlı çatdırılma xidmətləri (məsələn, beynəlxalq daşınma və sığorta) milli mənsubiyyət, mənbə və mənşəcə Amerika Birləşmiş Ştatlarına məxsus olmalıdır; (e) Sahib ölkədə, Qazaxıstan, Gürcüstan və ya Türkiyədə işlərin yerinə yetirilməsi ilə bağlı istifadə olunacaq az əhəmiyyətli yardımçı material və xidmətlərə (məsələn, yaşayış yeri, ərzaq, yerli nəqliyyat) yuxarıda göstərilən məhdudiyyətlər qoyulmur. Tələb olunduğu təqdirdə, ABŞTİA bu müddəalara dair müfəssəl məlumat verəcəkdir.
12. Vergilər
Bu Qrant Müqaviləsi əsasında ödənilən fondlardan Sahib Ölkənin qüvvə-də xxxx qanunlarına əsasən qoyulan heç bir vergi, tarif, rüsum, ödəniş və di-gər bu kimi haqların
ödənilməsi üçün istifadə olunmamalıdır. Nə Qrant Xxxx, nə də Podratçı belə vergi, tarif, rüsum, ödəniş və digər bu kimi haqların ABŞTİA tərəfindən əvəzinin ödənilməsini iddia etməməlidir.
13. Tərəflər arasında əməkdaşlıq və şərtlərə əməl edilməsi
Tərəflər Qrant Müqaviləsinin məqsədlərinin həyata keçirilməsini təmin etmək üçün əməkdaşlıq edəcəklər, ABŞTİA-ya Yekun hesabatı (2 xxxxx əlavənin 1-ci Müddəasında müəyyənləşdirildiyi kimi) təqdim olunanadək beş (5) il müddətində Qrant Xxxx Tədqiqat işlərinin statusu haqqında ABŞTİA-nın müvafiq sorğularına cavab verməyə razılaşır.
14. Tətbiq məktubları
Tədqiqat işlərinin yerinə yetirilməsində Qrant Xxxxx kömək məqsədilə, ABŞTİA Qrant Müqaviləsinin əhatə etdiyi məsələlər barədə vaxtaşırı tətbiq məktubları hazırlaya bilər. Həmçinin Tərəflər Qrant Müqaviləsinin əhatə etdiyi məsələlər barədə öz qarşılıqlı anlaşmalarını təsdiq etmək və qeydiyyat apar-maq üçün birgə razılaşdırılmış tətbiq məktublarından istifadə edə bilərlər.
15. Mühasibat hesabatı və audit
Qran xxxx razılaşır ki, Qrant Müqaviləsinə əsasən üzərinə düşən məsuliyyətin yerinə yetirilməsini, o cümlədən podratçıların seçilməsi, müqavilə ilə əlaqədar təchiz olunmalı malların təsdiq olunması və alınması, ABŞTlA tərəfindən ödəniləsi podratçı hesab- fakturalarının təsdiq edilməsi və ya edilməməsini nümayiş etdirə bilməsi üçün Tədqiqat işləri ilə bağlı mühasibat kitab-ları, qeydləri (akt, protokol) və digər sənədləri lazımi səviyyədə saxlayacaqdır. Belə mühasibat kitabları, qeydlər (akt, protokol) və digər sənədlər ABŞTİA tərəfindən son ödəniş həyata keçirildiyi tarixdən sonra üç (3) il müddətində ayrıca saxlanılmalıdır. Qrant Xxxx imkan yaratmalıdır ki, ABŞTİA, yaxud onun səlahiyyət verdiyi nümayəndəsi müvafiq vaxtlarda texniki-iqtisadi əsaslandırma işlərinə və Qrant Müqaviləsinə aidiyyəti xxxx mühasibat kitablarını, hesabatlarını və digər sənədləri nəzərdən keçirsin.
16. Tərəflərin təmsil olunması
Qrant Müqaviləsi ilə bağlı məqsədlər üçün Amerika Birləşmiş Ştatları Hökumətini ABŞ-ın Sahib ölkədəki səfiri və ya ABŞTİA təmsil edəcəkdir və Qrant Xxxx onun Prezidenti tərəfindən təmsil olunacaqdır. Tərəflər yazılı xəbərdarlıq etməklə, Qrant Müqaviləsi ilə bağlı bütün məqsədlər üçün əlavə nümayəndələr təyin edə bilərlər.
17. Tərəflərin ünvanları
Qrant Müqaviləsi ilə bağlı Tərəflərdən birinin digərinə təqdim etdiyi hər hansı bir bildiriş, təklif, sənəd və ya digər məlumat yazılı formada, yaxud teleqramın, faksın ötürülməsinin dürüst qeydiyyatını aparan teleqraf və ya elektron vasitələrlə olmalıdır və aşağıdakı ünvanlar üzrə müvafiq tərəfə çatdırılma qaydasında göndərilmiş və ya verilmiş hesab olunmalıdır:
Kimə: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Neftçilər Prospekti, 73 Bakı, Azərbaycan Respublikası Azərbaycan
Telefon: x000-00-000-0000
Faks: x000-00-000-0000
Kimə: U.S. Trade and Development Agency 0000 Xxxxxx Xxxxxxxxx, Xxxxx 0000
Arlington, Virginia 00000-0000 USA
Telefon: (000) 000-0000
Fax: (000) 000-0000
Tərəflər yazılı surətdə başqa cür razılaşdırmasalar, bütün məlumatlandırma sənədləri ingilis dilində olmalıdır. Bundan başqa, Qrant Xxxx ABŞTİA-ya göndərilən məlumatın surətini Sahib ölkədəki ABŞ səfirliyinin Kommersiya Şöbəsinə təqdim etməlidir.
Bu Qrant Müqaviləsinə aidiyyəti xxxx hər bir məlumat aşağıdakı fiskal göstəriciləri əhatə etməlidir:
Appropriation No.: 116/71001 (Təyinat nömrəsi) Activity No.: 2006-81023F (Fəaliyyət nömrəsi)
Reservation No.: 2007810027 (Rezervasiya nömrəsi)
Grant No.: GH2007810004 (Qrant nömrəsi)
18. Müqaviləyə xitam verilməsi maddəsi
Tərəflərdən hər biri digər tərəfə otuz (30) gün öncədən yazılı şəkildə xəbərdarlıq etməklə Qrant Müqaviləsinə xitam verə bilər. Qrant Müqaviləsinə xitam verilməsi, müqaviləyə xitam verilməsi haqqında yazılı bildirişdən əvvəl Tərəflərin üçüncü tərəflərə münasibətdə ləğv edilməz öhdəliklərinə əsa-sən yerinə yetirməli olduqları ödənişlər istisna olmaqla,
Tərəflərin Tədqiqat işləri üçün maliyyə və digər resurslarla təmin etməyə dair öhdəliklərinə son qoyur.
19. Hüquqlardan və hüquqların müdafiə vasitələrindən imtina edilməməsi
Qrant Müqaviləsi ilə bağlı Tərəflərə verilən hüquqların və hüquqlarını müdafiə vasitələrinin həyata keçirilməsində ödənilməsindəki heç bir gecikmə halı bu hüquq və ziyanın ödənilməsindən imtina xxxx xxxx düşülməməlidir.
20. ABŞ texnologiyası və avadanlığı
Bu Tədqiqat işlərini maliyyələşdirməklə ABŞTİA texnologiyası, xxxxxxx və xidmətlərindən istifadə etməklə Sahib Ölkənin məqsədlərini həyata keçirməyə kömək etməyə cəhd göstərir. Bu cəhdi qəbul edərək, Qrant Xxxx Xxxxxxxxxxx yerinə yetirilməsi üçün tələb olunan texnologiyanın, malların və xidmətlərin təchizatında ABŞ təchizatçılarının iştirakına icazə verəcəyinə razılıq verir.
Bunun təsdiqi olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatları Hökuməti hər biri öz müvafiq səlahiyyətli nümayəndəsi vasitəsilə fəaliyyət göstərərək, bu Müqavilənin Azərbaycan və ingilis dillərində aşağıda qeyd olunmuş gün və ildə imzalanmasına qərar vermişdir. Qrant Müqaviləsinin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti adından (imza) Tarix: 16.08.2007 | Amerika Birləşmiş Ştatları Hökuməti adından (imza) Tarix: 16.08.2007 |