Tam maddi məsuliyyət haqqında müqavilə №______
Xxx xxxxx məsuliyyət haqqında müqavilə №______
Bakı şəhəri «___» ________ 20___-cı il
1. Bu xxx xxxxx məsuliyyət müqaviləsi, (bundan sonra «Xxx xxxxx məsuliyyət müqaviləsi»), «Sifarişçi» “XXXXXXXXX” MMC (VÖEN: 000000000) adından direktor şəxsində XXX XXX XXX oğlu və «İcraçı» XXX XXX XXX xxxx (şəx.vəs. seriya AZE № _____________; verilib: __________ tərəfindən _____________ tarixdə verilmişdir) arasında (həmçinin bundan sonra birlikdə “Tərəflər”, ayrılıqda “Tərəf adlandırılacaq) Tərəflər arasında bağlanmış «___» ________ 20___-cı il tarixli, ________ №-li Xidmət müqaviləsinin (“Əsas Müqavilə”) şərtlərinə və mövcud qanunvericiliyə müvafiq olaraq bağlanmışdır.
2. «İcraçı» XXX XXX XXX xxxx (həmçinin bundan sonra “Maddi məəsul şəxs”) “XXX” MMC-nə _______________________- xidməti göstərdiyi müddət ərzində bu müqavilə bağlandığı gündən Azərbaycan Respublikasının mövcud qanunvericiliyi üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi sərvətləri, pul vəsaitlərini, mal-materialları, maşın-mexanizmlər və avadanlıqları və digər maddi qiymətliləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlayır.
3. Bu müqavilə bağlanan gündən yaranmış mülki münasibətlər, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
I. TƏRƏFLƏRİN HÜQUQ VƏ CAVABDEHLİYİ
1.1. «Sifarişçi» aşağıdakı tələbləri yerinə yetirməyə borcludur:
- «İcraçı»ya göstəriləcək xidmətlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalı;
- «İcraçı»nın peşə hazırlığını və sağlamlıq vəziyyətini nəzərə alaraq, buna imkan verdiyi halda, istifadəsinə avtonəqliyyat vasitəsi, onun sənədləri, ləvazimatlarını və xidmət göstərilməsi üçün zəruri xxxx digər zəruri əşyaları (maddi dəyərliləri) istifadəyə yararlı (saz) vəziyyətdə təqdim etmək;
- «İcraçı»nı maddi sərvətlərin qorunub saxlanılması və xxx xxxxx ziyanın ödənilməsinə dair qüvvədə xxxx xxx maddi məsuliyyət barədəki qanunvericiliklə, həmçinin müəssisəyə, idarəyə, təşkilata dəyən ziyanın maddi məsul şəxs tərəfindən ödənilməsi barədə təlimatlarla, normativlərlə və eyni zamanda saxlama, qəbul etmə, emal etmə, satış (buraxılış), daşınma, yaxud verilmiş maddi sərvətlərin istehsala məsrəfi və başqa qaydalarla əvvəlcədən xxxxx etməli;
- qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir.
1.2. «İcraçı» ona «Sifarişçi» tərəfindən Əsas müqaviləsi üzrə yaranan münasibətlər prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur:
- ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı;
- xidmət göstərilməsi zamanı şəxslərlə etik davranış qaydaları çərçivəsində münasibət yaratmalı, qanunvericilik və peşəkarlıq tələbləri baxımından ondan xxxxx xxxx bütün tədbirləri görməli;
- müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində xxxx xxxxx sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı;
- «Sifarişçi»nin iş yerində xxxx, «İcraçı»nın istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməli, zədələnməsinə, məhv olmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etməli;
- ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etməli;
- ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir.
1.3. Maddi məsul şəxsin təqsiri səbəbindən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi Əsas müqaviləyə və mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
1.4. «İcraçı», xidmət göstərilməsi ilə əlaqədar ona təhkim olunmuş əşyaların, həmçinin avtonəqliyyat vasitəsi və onun ləvazitları, daşınması etibar olunan şəxsin sağlamlığına və əşyaların keyfiyyətli və tam olmasına, həmçinin hər hansı qəza nəticəsində 3-cü şəxslərin həyatı və sağlamlığına, əmlaklarına öz səhlənkarlığı, qeyri-peşəkarlığı, etinasız münasibəti, eləcə də, özünün tətbiq etdiyi uğursuz, şəxsin və əşyaların sağlamlığına (tamlığına) mənfi təsir edən və ya onun fiziologiasında və keyfiyyətində arzuolunmaz izlər buraxan hərəkət nəticəsində belə şəxs tərəfindən «Sifarişçi»yə qarşı verilən istənilən iddialara görə «Sifarişçi» qarşısında maddi məsuliyyət daşıyır. Belə məsuliyyət, «Sifarişçi»nin, yaxud müvafiq şikayət və ya iddia ilə müraciət etmiş şəxsin tələbləri «İcraçı» tərəfindən tam ödənildikdən sonra bitmiş hesab olunur.
1.5. «İcraçı» səbəbkarı olmadığı zərərin əvəzinin ödənilməsinə görə cavabdehlik daşımır. Baş vermiş faktın səbəbinin araşdırılması «Sifarişçi», yaxud onun səlahiyyət verdiyi şəxs tərəfindən, eləcə də qanunvericiliyə uyğun olaraq, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilə bilər.
1.6. Bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlanıldığı bütün dövr ərzində etibarlıdır (qüvvədədir).
II. ƏLAVƏ ŞƏRTLƏR
2.1. Tərəflər arasında ziyanın ödənilməsi ilə əlaqadər mübahisələr (əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qanuna müvafiq qaydada həll edilir.
2.2. Bu müqavilə üzrə «İcraçı»nın «Sifarişçi»yə vurduğu ziyanın məbləği faktiki işlər üzrə müəyyən edilir.
2.3. Ziyan vurulduqdan sonra «İcraçı»nın əsas müqavilə üzrə münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir.
2.4. Bu müqavilə üzrə «İcraçı» vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur.
2.5. «İcraçı»ya «Sifarişçi»nin razılığı ilə vurduğu ziyanın könüllü surətdə tam və ya qismən ödənilməsinə yol verilir.
2.6. Bu müqavilə Azərbaycan dilində, 2 nüsxədən ibarət tərtib edilməklə, bir nüsxə «İcraçı»da, digər nüsxə müəssisədə saxlanılır.
2.7. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Əsas müqavilə və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları ilə tənzimlənir.
2.8. Bu müqaviləyə görə maddi məsul şəxs 18 yaşına çatmış şəxslər ola bilər.
III. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI
3.1. «Sifarişçi» |
3.2. «İcraçı»
|
“XXXXXXXXXXXXXXXX” MMC
VÖEN: 000000000 Ünvan: _________________________________ ________________________________________
Etibarnamə əsasında səlahiyyətli nümayəndə:
XXX XXX XXX oğlu
İmza : ____________________________
MY |
YYY YYY YYY oğlu
Ş/V: ____________________ Ünvan: ______________________________ ______________________________________
İmza : __________________________
|
«Xxx xxxxx məsuliyyət haqqında» müqavilənin nüsxəsini aldım.
«İcraçı»: ____________________________ imzası: _______________ «___» ______ 20___-cı il
Sifarişçi ____________________ İcraçı _____________________