AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2012-ci il noyabrın 21-də həyata keçirilmiş notalar mübadiləsi təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2013-cü il
№ 564-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİ
№ 5/11-2662/03/12
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə öz ehtiramını ifa edir və 9 iyun 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu”na (bundan sonra “Anlaşma Memorandumu” adlandırılacaq) onun 9-cu maddəsinə uyğun olaraq aşağıdakı dəyişikliyin edilməsini təklif etməkdən şərəf duyur:
1. Başlıqda və mətn boyu “diplomatik pasportlar” anlayışı “diplomatik və xüsusi/xidməti pasportlar” anlayışı ilə əvəz edilsin.
2. Bu dəyişiklik Anlaşma Memorandumunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Yuxarıda qeyd olunan təklif Birləşmiş Ərəb Əmirliklərinin Hökuməti tərəfindən qəbul edildiyi təqdirdə, bu nota və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin müvafiq cavabı iki hökumət arasında bu məsələ üzrə saziş təşkil edəcəkdir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə öz ehtiramını bir daha izhar edir.
Bakı, 13 noyabr 2012.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinə. Abu-Dabi. |
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN
XARİCİ İŞLƏR NAZİRLİYİ
Konsulluq İşləri İdarəsi
Sənədin nömrəsi: q.n. l/3/103-h.ş/2915
Tarix: 07.01.1434 (xxxxx xxxxxxx ilə): 21.11.2012 (miladi təqvimi ilə).
XXX TƏCİLİ
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi ölkədəki Azərbaycan Səfirliyinə ən səmimi salamlarını yetirir.
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış diplomatik pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumuna düzəlişin edilməsi ilə bağlı Səfirliyin 2012-ci il 13 noyabr tarixli 5/11-2662/03/12 nömrəli notası ilə əlaqədar olaraq Nazirlik Səfirliyin notasında göstərilən Anlaşma Memorandumuna hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahiblərinə vizasız gediş-gəliş rejiminin tətbiq olunmasını nəzərdə tutan düzəlişin həyata keçirilməsinə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin razılığını hörmətli Səfirliyin diqqətinə çatdırır.
Nazirlik 9 iyun 2010-cu il tarixində imzalanmış Anlaşma Memorandumunun 10-cu maddəsinə müvafiq olaraq qeyd edilən düzəlişin qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların başa çatdırılması məqsədi ilə hörmətli Səfirlikdən Azərbaycanda istifadə olunan xüsusi və xidməti pasportların nümunələrinin nazirliyə təqdim olunmasını xahiş edir.
Nazirlik yaranmış fürsətdən istifadə edərək, hörmətli Səfirliyə öz yüksək hörmət və ehtiramını çatdırır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə. |
"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası höküməti və Birləşmiş Ərəb Əmirlikləri höküməti arasında diplomatik və xüsusi/xidməti pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad edilməsi haqqında" 2010-cu il iyunun 9-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
№ 1062-IIIQ
Azərbaycan Respublikası Hökuməti
və
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında
diplomatik və xüsusi/xidməti pasportlara xxxxx xxxx şəxslərin giriş vizasından azad
edilməsi haqqında [1]
ANLAŞMA MEMORANDUMU
Bundan sonra 'Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti,
iki dost ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafım təşviq etmək arzusunda olaraq,
hər iki ölkənin diplomatik və xüsusi/xidməti pasportlarına xxxxx xxxx vətəndaşlarının bir-birinin dövlət ərazisinə daxil olmaq üçün ilkin giriş vizasından azad edəcəklərinə hazır olduqlarını vurğulayaraq,
I961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını və 1963-cü il Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Anlaşma Memorandumuna uyğun olaraq giriş vizasından azad edilən pasportlar ölkələrin etibarlı diplomatik və xüsusi/xidməti pasportlarıdır.
Maddə 2
1- Tərəflər bir-birinin diplomatik və xüsusi/xidməti pasportlarına xxxxx xxxx vətəndaşlarına öz dövlət ərazilərinə ilkin giriş vizasız və rüsumsuz daxil olmağa, tərk etməyə və tranzit keçməyə icazə verəcəklər.
2- Tərəflərin diplomatik və xüsusi/xidməti pasportlarına xxxxx xxxx vətəndaşlarına bir-birinin dövlət ərazisində 90 (doxsan) gündən artıq olmayan müddətə qalmağa icazə veriləcəkdir.
Maddə 3
1- Tərəflər öz diplomatik və xüsusi/xidməti pasportlarının nümunəsini bu Anlaşma Memorandumun qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallarla mübadilə edəcəklər.
2- Tərəflərdən biri öz diplomatik və xüsusi/xidməti pasportlarına hər hansı dəyişiklikləri etdiyi təqdirdə, onların tətbiq olunması tarixdən 30 (otuz) gün əvvəl yeni pasportların nümunəsi digər Tərəfə ötürülməlidir.
Maddə 4
1- Tərəflərdən birinin vətəndaşları digər Tərəfin dövlət ərazisinə yalnız beynəlxalq sərnişin daşınması üçün müəyyən edilmiş sərhəd məntəqələrindən daxil ola bilərlər.
2- Diplomatik pasporta xxxxx xxxx bir Tərəfin vətəndaşları qalma müddətləri ərzində digər Tərəfin dövlət ərazisində qüvvədə xxxx qanun və qaydalarına riayət edəcəkdir.
Maddə 5
1- Hər bir Tərəf digər Tərəfin diplomatik pasporta xxxxx xxxx istənilən vətəndaşını "persona non grata" və ya arzuolunmaz hesab edərsə, onun öz dövlət ərazisinə daxil olmasına və ya orada qalmasına imtina etmək hüququnu özündə saxlayır.
2- Əgər bir Tərəfin vətəndaşı digər Tərəfin dövlət ərazisində öz pasportunu itirərsə, o həmin Tərəfin aidiyyəti qurumlarını məlumatlandırmalıdır. Aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluq öz vətəndaşına yeni pasport və ya səyahət sənədi verəcək və qəbul edən dövlətin aidiyyəti qurumlarını məlumatlandıracaqdır.
Maddə 6
1-ci Maddədə qeyd olunan diplomatik və xüsusi/xidməti pasportlara xxxxx xxxx şəxslər hər hansı əmək fəaliyyəti ilə məşğul olmağa və ya peşə təhsili almağa cəlb olunmasına hər iki ölkədə bu fəaliyyətlərlə bağlı tətbiq olunan qaydalara və qanunlara riayət etmədən icazə verilməyəcəkdir.
Maddə 7
Bu Anlaşma Memorandumu Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrindən və sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yaranan hər hansı fikir aynlığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə diplomatik kanallarla həll ediləcəkdir.
Maddə 9
1- Bu Anlaşma Memorandumuna Tərəflər arasında qarşılıqlı razılaşma əsasında və diplomatik kanallarla rəsmi notalar mübadiləsi ilə düzəlişlər edilə bilər.
2- Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Anlaşma Memorandumunun tətbiqini tam və ya qismən dayandıra bilər. Bu dayandırma barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə dərhal məlumat verilməlidir.
Maddə 10
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün milli qanunvericilikdə tələb olunan müvafiq proseduraların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə yazılı şəkildə məlumat verməsinə qədər qeyri-müəyyən müddətə qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu Tərəflərdən hər hansı birinin bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvədən düşəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində " 9 " iyun 2010-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir aynlığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından |
|
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti adından |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 22 fevral 2013-cü il tarixli 564-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti, 14 aprel 2013-cü il, № 78; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 350)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 fevral 2013-cü il tarixli 564-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 aprel 2013-cü il, № 75, “Azərbaycan” qəzeti, 14 aprel 2013-cü il, № 78; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 350) ilə Başlıqda və mətn boyu “diplomatik pasportlar” anlayışı “diplomatik və xüsusi/xidməti pasportlar” anlayışı ilə əvəz edilmişdir.