Fiziki şəxslərlə alqı-satqı müqаviləsi (oferta)
Fiziki şəxslərlə alqı-satqı müqаviləsi (oferta)
1.Ümumi müddəalar
1.1. Satıcı - “Smarton" MMC, Ünvan: Bakı şəhəri, Xxxxx Xxxxxxx küçəs18A, VÖEN: 1502324881, Malların satılmasına dair Ümumi Oferta müqaviləsini dərc edir.
1.2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən bu sənəd ümumi oferta hesab edilir, və aşağıda qeyd edilən şərtlərin gəbul edildiyi təqdirdə, bu ofertanın akseptini həyata keçirən fiziki şəxs hazırki müqavilənin şərtlərinə əsasən Satıcıdan Mal alışına görə ödəniş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.4 maddəsinə uyğun olaraq Satıcının Malın satılmasına görə ödəniş ofertanın Aksepti hesab edilir, və bu ofertada qeyd edilən şərtlər ilə Müqavilə bağlanmış hesab olunur. Satıcı ilə Alıcı arasında müqavilə elektron sənəd formasında bağlanılır.
1.3 Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Alıcı ümumi ofertanın mətni ilə diqqətlə xxxxx old bilər, və əgər onun hər-hansı şərti ilə razı deyilsə, Alıcı Satıcıdan Mal alınmasından imtina edə bilər.
1.4 Bu ümumi ofertada qeyd edilən terminlərin açıqlaması aşağıdakı kimidir:
"Oferta" – Satıcının, Müqavilədə qeyd edilən şərtlər əsasında, Malın satılması ilə bağlı, Alıcıya ünvanlanmış müqavilə bağlamaq təklifidir.(bundan sonra "Müqavilə").
1.5. Alıcı - sifariş vermək və ya almaq, həmçinin sifariş vermək niyyətində xxxx, sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan və fərdi sahibkar statusuna malik olmayan və yalnız şəxsi, ailə, məişət ehtiyaclar üçün bu açıq ofertanı (razılaşmanı) bu Müqavilədə göstərilən şərtləri qəbul etmiş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli fiziki şəxsdir.
1.6."Aksept" – Xxxxx tərəfindən Müqavilə şərtlərinin tam və şərtsiz gəbulu.
1.7.Bu Müqavilənin məqsədləri üçün Mal/Mallar dedikdə əsasən məişət texnikası başa düşülür. Xxxxx, Xxx/Mallar mənasına digər əşyalar da aid ola bilər.
2. Müqavilənin predmeti
2.1 Satıcı özünün İnternet səhifəsində yerləşdirdiyi (xxxxx bunlarla məhdudlaşmamaqla) Mallarını satır. Satılan Malların çeşidi, xüsusiyyətləri, texniki göstəriciləri, s. parametrləri və qiymətləri Satıcının internet səhifəsində qeyd edilibdir.
2.2 Alıcı Malı/Mallarını dəyərini ödəyərək onları özünün mülkiyyətinə qəbul edir və bu Müqavilədə qeyd edilmiş zəmanət şərtlərini (qeyd edilən istisnalarla) əldə edir.
2.3 Bu Müqavilə və xxx xxxx əlavələr Müəllifin rəsmi sənədidir və Ofertanın tərkib hissəsidir. Bu Müqavilənin istifadə edilən nüsxəsi Satıcının internet səhifəsində yerləşdirilibdir.
3. Ofertanin aksepti və ödənişin edilməsi
3.1. Alıcı Satıcının internet səhifəsində yerləşdirilmiş Malı/Xxxxxxx baxıb, bəyənib seçir və ona/onlara mülkiyyət hüququnun əldə edilməsi üçün ödəniş edir və bu ödəniş ilə Ofertanın Aksepti baş verir. Müqavilə Müəllifin ona aksept aldığı andan bağlanmış hesab olunur.
3.2. Ödənişin baş verməsi tarixi Satıcının hesabına və ya xəzinəsinə pul vəsaitlərinin daxil edilməsi hesab Olunur.
3.3. Malların alışı ödəniş kartları vasitəsilə nağdsız qaydada da həyata keçirilə bilər.
3.4. Alıcı Satıcının hesabına ödəniş edərkən ödəniş kartının aid olduğu bank və elektron ödəniş sistemləri tərəfindən tutulan komissiya və köçürmə ilə xxxxx xxxx xidmət haqqlarını özü ödəməlidir.
3.5. Alıcı etdiyi ödənişlərin doğruluğuna görə özü məsuliyyət daşıyır.
3.6. Bu Müqavilə tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
4. Tərəflər arasında hesablaşma şərtləri
4.1.Malın qiyməti Azərbaycan manatı ilə nağd və ya nağdsız qaydada aparıla bilər. Malın dəyəri tam ödənildikdən sonra Mal Alıcıya verilir.
5. Servis xidməti və zəmanət
5.1.Satıcı tərəfindən Alıcıya satılan xxxxxxx dair zəmanət, bu Müqavilədə nəzərdə tutulan şərtlər, habelə hər bir Mal üçün ayrıca verilən zəmanət talonlarında qeyd olunan şərtlər əsasında təmin ediləcəkdir. Alıcı Malıın (məhsulun) istifadə kitabçası ilə nəzərdə tutulmuş qaydalara (kitabçada Malın istifadə qaydaları nəzərdə tutulmadıqda, nəzərdə tutulmuş qaydalar dedikdə – bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlər
nəzərə alınmaqla Malın mahiyyətinə uyğun normal istifadəsi və istehlakı başa düşülür) əməl etdikdə, zəmanət xidməti almaq üçün zəmanət talonunu təqdim etdikdə bu Müqavilənin şərtləri və zəmanət müddətlərində Malın təmirinə zəmanət verilir.
5.2. Satıcı aşağıdakı müddətdə və qaydada satılan Xxxxxxx zəmanət verir:
5.2.1.Paltaryuyan maşın – 1 il; 5.2.2.Mobil telefon – 1 il; 5.2.3.Soyuducu – 1 il; 5.2.4.Televizor – 1 1 il;
5.2.5.Kiçik məişət texnikası (hava təmizləyicisi, tozsoran, mikrodalğalı soba) – 3 il; 5.2.6.Audio-video texnika – 1 il;
5.2.7.Kondisioner – 3 il;
5.2.8.Qazın qovulması, qaz sobası, soba – 1 il; 5.2.9.Monitor – 1 il;
5.2.4.İnformasiya displeyləri – 1 il;
5.2.Otellər (mehmanxanalar) üçün televizorlar – 1 il. 5.3.Zəmanət aşağıdakı hallarda ver aid deyil:
5.3.1. Məhsulun zavod nömrəsi silinib, dəyişdirilib və ya zədələndikdə; 5.3.2.Məhsulun istifadə qaydaları pozulduqda və təyinatı üzrə istifadə edilmədikdə; 5.3.3.Məhsulda gözlə görünən zədələr olduqda;
5.3.4.Elektrik nasazlığı, nəmlik, təbii fəlakət, təbii köhnəlmə və ya istifadəçinin səhvi nəticəsində zədələndikdə;
5.3.5.Məhsulun təmiri İshehsalıçı şirkətin səlahiyyətlinxidmət mərkəzlərində aparılmadıqda və qeyri- peşəkar olunmuş iş nəticəsində zədələnəndə;
5.3.6.Məhsul istifadəçi tərəfindən daşınan zaman zədələnəndə;
5.3.7. Məhsul yaxınlığında yerləşən başqa avadanlığın təsirindən zədələndikdə; 5.3.8.Məhsul ticarət fəaliyyəti nəticəsində zədələndikdə;
5.3.9.Zəmanət talonu ödəmə qəbzi və ya onu əvəz edən sənədlə müşayiət olunmadıqda; 5.3.4.Zəmanət talonundakı məlumatlar pozulduqda və ya dəyişdirildikdə;
5.3.11.Cihaz təmir üçün (və ya hər hansı başqa məqsəd üçün) açıldıqda;
5.3.12.Kompyuter virusları və ya qeyri-müvafiq falların əmələ gətirdiyi zədələnmələr zamanı; 5.3.13.Yaddaş kartına, elektrik doldurma elementlərinə, dinamikə, kabelə (həmçininonların sonluqlarına), mikrofona, qulaqcıqlara, məsafədən idarəetmə pultuna, TV və monitor piksellərinə (3 piksel daxil olmaqla), kompyuter siçanına, klaviaturaya, tozsoranın borularına və digər aksessuarlara;
5.3.14.Zəmanət müddəti bitdikdən sonra Alıcı Satıcıya Malı təmir etmək və ya Xxxx xxxxxx xidmət alınması üçün Satıcıaya xidmət haqqı ödəməlidir;
5.3.15. Zəmanət talonu zədələndikdə və itirildikdə.
5.4.Zəmanət digər şəxsə ötürülə bilməz və yalnız faktiki Alıcının xeyrinə fəaliyyət göstərir. Zəmanət xidmətindən yararlanmaq üçün Alıcı tələb olunan xüsusi formanı dolduraraq qəbz ilə birgə Satıcıya (və ya Servis Mərkəzinə) təqdim etməlidir.
5.5. Xxxx xxxxxx xidmət göstərilməsi ödənişlidir və zəmanətə daxil deyil.
5.6. Satılan kondisioner Satıcı tətəfindən quraşdırılmdıqda kondisionerə zəmanət verilmir.
6. Müqаvilənin bağlanması
6.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
7. Tərəflərin məsuliyyəti
7.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
8. Fors-major
8.1. Tərəflərdən biri və ya hər ikisi hökumət tədbirləri, müharibə, yanğın, zəlzələ, ümumilikdə qarşısı alınmaz hallar adlandırılan digər təbii fəlakətlər, hərbi əməliyyatlar, blokadalar, idxal-ixrac qadağaları və
Tərəflərin ağlabatan qaydada gözləyə və qarşısını ala bilmədikləri digər hallar nəticəsində bu Müqavilədə göstərilən öhdəlikləri icra edə bilmədikdə, Müqavilə öhdəliklərinin icrası belə hallar aradan qalxanadək təxirə salınır.
8.2. Əgər Tərəflərdən hər xxxxx xxxx yuxarıdakı maddədə göstərilmiş hallara görə öz Müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, o dərhal belə hallar barədə ikinci Tərəfi xəbərdar etməlidir.
8.3. Fors-major halı 30 (otuz) gündən artıq davam edərsə, hər hansı Tərəf bu Müqaviləni ləğv etmək hüququna malik olacaq.
9. Mübahisələrin həlli
9.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir.
9.2. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.