Kazus
Kazus
Belçikada fəaliyyət göstərən A şirkəti işlənmiş təkərlərin yenidən emalı və istifadə üçün yararlı vəziyyətə salınması ilə məşğuldur. Qazaxıstan dövlətinin iki nəfər vətəndaşı A şirkəti ilə müqavilə bağlayaraq, ondan 10 konteyner yenidən istehsal olunmuş təkər alıb, Qazaxıstana gətirir. Müqavilənin şərtlərinə görə, alınmış təkərlərə görə haqq konteynerlər təyinat məntəqəsinə çatan anda ödəniləcəkdi və xxxx xxx ödənilənədək, təkərlər üzərində mülkiyyət hüququ A şirkətində qalırdı.
Qazaxıstan hökuməti 1 il əvvəl tullantı rezindən yeni təkər hazırlanmasını təhlükəsizlik baxımından uyğun olmamasına görə ölkə ərazisinə gətirilməsini qadağan edən qanun qəbul etmişdi. Bu əsasla da, ölkəyə gətirilən təkərlər müsadirə edildi, həmin şəxslər isə, qaçaqmalçılıqda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edildilər.
A şirkəti qeyd edilən malların hələ də onun mülkiyyətində olmasını bildirərək, Qazaxıstan dövlətindən onları geriyə göndərməsini tələb etdi. Qazaxıstan dövlət isə buna etiraz edərək, müsadirənin milli qanunvericilikdə nəzərdə tutulduğunu, mülkiyyətçisinin kimin olmasından asılı olmayaraq, dövlət nəfinə keçirilməli olmasını bildirdi.
A şirkəti Qazaxıstan dövlətinin milli məhkəmələrində iş başlamadan, birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərdi.
Sual 1. Qəbuledilənlik şərtlərinə riayət olunubmu? Sual 2. Mülkiyyət hüququna müdaxilə olubmu?
Hazırladı: Xxxxx Xxxxxxx