Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında MÜQAVİLƏ № 00/2020
Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi Haqqında
MÜQAVİLƏ № 00/2020
Bakı şəhəri: 00.00.2020
Bakı şəhəri Nəsimi Rayonu Salatın Əsgərova Ev 130 Mənzil 0 ünvanında qeydiyyatdan keçmiş və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor Xxxxxx Xxxx Xxxxxxx xxxx şəxsində təmsil olunan, sonradan “Təmsilçi” adlandırılacaq “Master Broker” MMC (VÖEN:1404594041) bir tərəfdən, ______________________________________ ünvanında qeydiyyatdan keçmiş öz Nizamnaməsi əsasında fəaliyyət göstərən rəhbər ___________________ şəxsində təmsil olunan sonradan “Sifarişçi” adlandırılacaq __________________________ digər tərəfdən aşağıdakılar barədə hazırki müqaviləni (“Müqavilə”) bağladılar.
Bundan sonra Təmsilçi və Sifarişçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqdır.
1.Müqavilənin predmeti
1.1 Təmsilçi öz nizamnaməsinə uyğun olaraq, Xxxxxxxxxxxx tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında xxxx xxxxxxx və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində xxxx məlumatlar əsasında brokerxidmətlərini göstərir.
1.2 Sifarişçi Təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu Müqaviləyəəlavə edilmiş 1 №-li protokolda(“Protokol №1”) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir.
1.3 Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırki Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol №1-də öz əksini tapır (əlavə olunur).
2. Tərəflərin öhdəlikləri
2.1 Təmsilçinin öhdəlikləri:
2.1.1
Elektron Xxx Gömrük Bəyannaməsinin gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis tərəfindən doldurulması və Sifarişçinin
istəyinə uyğun olaraq Müqavilənin tərkib hissəsi
sayılan
Protokol №1-dəqeyd olunan digər xidmət növlərini
göstərmək;
2.1.2 Sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq və gömrük prosedurundan keçmək üçün xxxxx xxxx sənədlər siyahısı barədəSifarişçiyə məlumat vermək;
2.1.3 Sifarişçinin sənədlərini təhlil etmək və qəbul aktı üzrə icra olunmağa qəbul etmək;
2.1.4 Sifarişçiyə gömrük qanunvericiliyinintələbləri barədə məlumat vermək və məsləhət xarakterli xidmətlər göstərmək;
2.1.5 Sifarişçini onun kommersiya maraqları çərçivəsində gömrük qanunvericiliyində baş vermişson dəyişikliklər haqqında məlumatlandırmaq;
2.16 Mallların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları üçün tələb olunansənədlərin tərtib olunmasında köməklik göstərmək;
2.1.7 Xxxxxxx və nəqliyyat vasitələrinə aid xxxx sənədləri gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanlarına təqdim etmək üçün sənədləri tam şəkildə komplekləşdirmək;
2.1.8 Sifarişçi tərəfindən təqdim edilən məlumatlarda və sənədlərdə xxxx kommersiya sirrinin konfidensiallığını qorumaq.
2.2 Sifarişçinin öhdəlikləri:
2.2.1 Təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdəbank köçürməsi yolu ilə ödəmək;
2.2.2 Bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri, malı müşayiət edən və digər sənədləri (qaimə, xarici ticarət müqaviləsi, spesifikasiyalar, hesab-faktura və s.), həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda icazələr, lisenziyalar, sertifikatlar və gömrük məqsədləri üçün xxxxx xxxx digər sənədləri Təmsilçiyə təqdim etmək;
2.2.3 Sifarişçinin mallarının və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə və ödənişlərin həyata keçirilməsinə hüquq verən etibarnaməni Təmsilçiyə vaxtında və lazımi qaydada təqdim etmək;
2.2.4 Bəyan edilən xxxxxxx və nəqliyyat vasitələrinə münasibətdə AzərbaycanRespublikasının Gömrük Məcəlləsində, həmçinin digər qanunvericilik aktlarında nəzərdə tutulan gömrük ödənişlərinin və digər ödənişlərin ödənilməsini təmin etmək;
2.2.5 Bu Müqavilənin 2.2.4 bəndində qeyd olunan ödənişlərin ödənilməsini təsdiq edən sənədləri Təmsilçiyə təqdim etmək;
2.2.5 Öz niyyətindən (xxxxxxx və nəqliyyat vasitələrini keçirən şəxsin niyyətlərindən) çıxış edərək xxxxxxx və nəqliyyat vasitələrinə münasibətdə onların Azərbaycan Respublikasının gömrük ərazisində və ya bu ərazidən aparılması zamanı onun hüdudlarından kənarda istifadə olunmasına dair gömrük rejimini qeyd etmək;
2.2.6 Xxxxxxx və nəqliyyat vasitələrinə tətbiq edilən qeyri-tarif tənzimlənməsi barədə tələblərə riayət etmək;
2.2.7 Lazım gələrsə (Təmsilçinin tələbi əsasında), malların mənşə ölkəsinin və onların gömrük dəyərinin müəyyən edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirmək;
2.2.8 Təmsilçini onun tələb etdiyi məlumat və/ və ya sənədlərlətam şəkildə təmin etmək, həmçinin əvvəllər təqdim edilmiş məlumat və sənədlərdə dəyişikliklər olarsa, yaxud yeni (əlavə) məlumat və/və ya sənədlər aşkara çıxarsa, Təmsilçini bu barədə dərhal məlumatlandırmaq.
3. Hesablaşma qaydası
3.1
Təmsilçi Sifarişçiyə Müqaviləyə əlavə Protokol №1-də
göstərdiyi xidmət növünə əsasən
hesab- faktura təqdim
edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab
fakturada göstərilən məbləğ 3 (üç) iş günü ərzində
köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir.
3.2 Sifarişçi hesab-faktura ona təqdim edildikdən sonra hesab-faktura üzrə tam məbləği 3 (üç) bank günü ərzində köçürmə yolu ilə My Brokerin hesabına ödəyir. Ödənişin hər gecikdirilmiş gününə görə Sifarişçi mübahisəsiz ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulu ödəyir.
3.3 Təmsilçinin göstərəcəyi əlavə xidmətlər Sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir.
3.4 Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda Müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır.
3.5 Göstərilən xidmət və onların haqqı Müqaviləyə əlavə Protokol №1-də öz əksini tapır.
4.Tərəflərin məsuliyyəti
4.1. Təmsilçinin məsuliyyəti:
4.1.1 Təmsilçi gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır;
4.1.2 Tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol №2-yəəsasən Sifarişçidən tələb olunan zəruri sənədlər toplusu Təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən Sifarişçiyə məxsus yükün 12 iş saatı (istirahət vəbayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və Sifarişçinin ünvanına çatdırılmasına görə Təmsilçi məsuliyyət daşıyır;
4.1.3 Xxxxx Xxxxxxxx tərəfindən Sifarişçinin ünvanına çatdırılması xxxxxx xxxxx sığortalanmaması halında yükün zədələnməsi, xarab olması, itkisi və məhvinə görə Təmsilçi məsuliyyət daşımır;
4.1.4 Təmsilçi tərəfindən Sifarişçiyə bu Müqavilə üzrə hər hansı xidmətin göstərilməsi zamanı vurulmuş zərərin məbləği Sifarişçi tərəfindən sifariş verilmiş müvafiq xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş və ya ödəniləcək məbləğ ilə məhdudlaşdırılır;
4.1.5 Təmsilçi Sifarişçinin Azərbaycan Respublikası qanunvericiliyinə əməl etməməsi nəticəsində yaranmış itki və ya zərərə görə məsuliyyət daşımır;
4.1.6 Sifarişçinin, onun rəhbər işçilərinin və ya digər aidiyyəti xxxx şəxslərin səhlənkarlığı və ya etinasızlığı, saxtakarlığı, səhv təqdimatı, yaxud qəsdən və ya ehtiyatsızlıqdan öhdəliklərini yerinə yetirməməsi nəticəsində Sifarişçiyə dəymiş zərərə görə Təmsilçi məsuliyyət daşımır.Təmsilçi eyni zamanda onun işçiləri olmayan şəxslərin səhlənkarlıqları, səhvləri və ya hər hansı hərəkətləri nəticəsində törətdikləri hərəkətlərdən irəli gələn zə6rər üçün məsuliyyət daşımır;
4.1.7 Təmsilçi digər dövlət orqanları da daxil olmaqla, gömrük orqanının və ya onun vəzifəli şəxslərinin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində Sifarişçiyə vurulmuş zərərə görə məsuliyyət daşımır;
4.1.8 Sifarişçi tərəfindən Təmsilçiyə təqdim olunan müşayiət sənədləri (hesab faktura) ilə mala faktiki baxış zamanı hər hansı bir uyğunsuzluq olduqda və ya AzərbaycanRespublikası ərazisinə idxal və ixracına qadağa qoyulmuş mallar aşkar olunarsa, buna görə Təmsilçi məsuliyyət daşımır.
4.2. Sifarişçinin məsuliyyəti:
4.2.1 Aşağıdakı hallar baş verdiyi zaman Sifarişçi hazırki Müqavilə üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır:
(i) malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün xxxxx xxxx məlumatların vaxtında verilməməsi və ya Təmsilçiyə yanlış məlumatların verilməsi;
(ii) gətirilməsi və aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş malların Sifarişçi tərəfindən göndərilməsi və ya alınması;
(iii) Təmsilçinin xidmətlərinin haqqının razılaşdırılmış müddətdə ödənilməməsi və ya ödənilməsindən imtina olunması;
(iv) bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi.
4.2.2 Elektron Gömrük Bəyannaməsini doldurulması üçün gömrük rəsmiləşdirilməsi zamanı zəruri hesab olunan Xxxxxxxxx tərəfindən Təmsilçiyə təqdim olunmalıolan sənədlərin sihahısı(təsnifatı) Müqavilənin tərkib hissəsi sayılan Protokol №2-də öz əksini tapır (əlavə olunur).
4.2.3 Gömrük rüsumununödənişi Xxxxxxxxx tərəfindən Təmsilçinin hesabına köçürmə yolu iləödənildikdə yükün çıxarılması və çatdırılmasını 1 (bir) gün gecikdirmə ilə qəbul edir.
5. Fors-major
5.1 Qarşısıalınmaz qüvvə halları Tərəflərin əvvəlcədən görə bilmədikləri və ya görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları elə hadisələrdir ki, Tərəflər onların meydana gəlməsinə görə məsuliyyət daşımırlar. Məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, bu Müqavilənin yerinə yetirilməsinə mane xxxx hər hansı bir xarakterli hərbi əməliyyatlar, üsyanlar, təxribatlar, terror aktları və s.
5.2
Qarşısıalınmaz qüvvə hallarına istinad edən Tərəf bu
halların baş verdiyi haqqında digər Tərəfə dərhal yazılı
məlumat verməlidir. Əgər qarşısıalınmaz qüvvə halları tez
başa çatmazsa, Tərəflər
10 (on) günlük öhdəliklərini
müvəqqəti olaraq yerinə yetirmirlər. Əgər bu hal 10 (on)
gündən artıq davam edərsə, hər bir Tərəf digər Tərəfə
yazılı müraciət etməklə birtərəfli qaydada müqaviləni ləğv
etmək hüququna malikdir.
6. Mübahisələrin həll edilməsi
6.1 Tərəflər hazırki müqavilə üzrə mübahisələrin həll edilməsi ilə bağlı bütün lazımı tədbirləri danışıqlar yolu ilə həyata keçirirlər.
6.2
Əgər Tərəflər öz aralarında danışıqlar yolu ilə razılığa
gəlməzlərsə, mübahisələr
Azərbaycan Respublikasının
müvafiq məhkəmələrindəAzərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həll edilir.
7. Müqavilənin fəaliyyət müddəti
7.1 Hazırki Müqavilə Tərəflərinonu imzaladığı andan qüvvəyə minir və 00.00.2022 tarixədək qüvvədə olacaqdır.Hazırki Müqaviləyəxitam verilməsi barədə yazılı bildiriş Müqavilənin qüvvəsinin bitməsi tarixinə 2(iki) ay qalanadək göndərilməlidir.
7.2 Müqavilənin müddətinin bitməsinə2 (iki)ay qalanadək Tərəflərdənbiri digər Tərəfə Müqavilənin xitamına dair yazılı bildiriş təqdim etməzsə, bu Müqavilə eyni şərtlərlə növbəti bir il müddətinə uzadılmış hesab olunur.
7.3 Müqaviləyə Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilə bilər. Müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən Tərəf bu barədə qarşı Tərəfə 2 (iki) ay əvvəlcədən yazılı bildiriş verməlidir.
7.4 Müqaviləyə xitam verilməsi Tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir.
8. Digər şərtlər
8.1 Hazırki Müqavilənin müddəaları Tərəflərin yazılı şəkildə tərtib etdiyi qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər.
8.2 Müqaviləyə edilən bütün dəyişikliklər və əlavələr yalnız onlar yazılı şəkildə tərtib edildikdə və Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqda etibarlı sayılır. Əlavə razılaşmalar Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.
8.3 Hazırki Müqavilə Tərəflərin hər biri üçün bir nüsxədə olmaqla, eyni hüquqi qüvvəyə xxxxx xxxx, iki nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.
9. Tərəflərin rekvizitləri
“TƏMSİLÇİ” |
|
“Master Broker” MMC |
|
Ünvan: Bakı şəhəri Nəsimi Rayonu Salatın Əsgərova Ev 130 Mənzil 0 |
|
VÖEN: 1404594041 |
|
H/H: XX00XXXX00000000000000000000 |
|
Bankın
adı:"BANK RESPUBLIKA” A SC |
|
Kodu:509716 |
|
M\H: XX00XXXX00000000000000000000 |
|
S.W.I.F.T BİK.: XXXXXX00 |
|
Direktor: Xxxxxx Xxxx |
|
|
|
M.Y. __________________ |
|
Müqaviləyə əlavə
00.00.2020 tarixli, 00/2020№-li müqavilənin qiymətlərinin razılaşdırılması protokolu № 1
Bakı
Baş Gömrük İdarəsi |
||||
№ |
Xidmətin adı |
Ölçü xxxxxx |
Xxxxxxx sayı |
Qiyməti AZN |
|
Yükün müşayiət sənədlərinin daşıyıcı təşkilatdan təhvil alınması və çatdırılması (kuryer xidməti) |
ədəd |
1 |
? |
|
Gömrük
rəsmiləşdirilməsi məqsədi üçün gömrük təmsilçisi
təmsil etdiyi şəxsdən və ya hüquqi şəxsdən qəbul
etdiyi mal müşayiət sənədlərində xxxx məlumatların
yoxlanılması, onun əsasında (əsas və əlavə vərəqlər ödənişlidir) |
ədəd |
1 |
? |
|
Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Elektron qısa idxal bəyannaməsinin doldurulması xidməti(əsas və əlavə vərəqlər ödənişlidir) |
ədəd |
1 |
? |
|
Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilirsə Elektron qısa idxal bəyannaməsinin doldurulması xidməti ( əsas və əlavə vərəqlər ödənişlidir ) |
ədəd |
1 |
? |
|
Gömrük rəsmiləşdirilməsi (Broker xidməti) Əməliyyat müddəti 2-4 iş günü |
|
1 |
? |
|
İdxal və İxrac zamanı icazəsi tələb olunan yüklərə aidiyyəti üzrə müvafiq dövlət orqanlarından icazə sənədlərinin alınması |
ədəd |
1 |
? |
Qeyd : Ödənişlər xidmətlərin ölçü vahidlərinə görə hər biri üçün ayrı-ayrılıqda hesablanır
TƏRƏFLƏRİN İMZASI
|
|
“TƏMSİLÇİ” |
|
“Master Broker” MMC-nin |
|
direktoru: Xxxxxx Xxxx Xxxxxxx xxxx |
|
|
|
M.Y. ____________ |
|
Müqaviləyə əlavə
00.00.2020 tarixli, 00/2020№-li müqavilənin zəruri sənədlərin adları (təsnifatı)
protokolu № 2
№ |
Sənədin adı, təsnifatı. |
Sənədin zəruriliyi |
1 |
Broker xidmətləri göstərilməsinə dair ikitərəfli müqavilə və ya birdəfəlik müqavilə(sifariş) |
Zəruri |
2 |
Broker xidmətləri göstərilməsinə dair etibarnamə (fiziki şəxslər notarial qaydada təsdiq olunmuş) |
Zəruri |
3 |
Nəqliyyat daşınma sənədi (Avia qaimə, Tır-karnet, CMR və s.) |
Zəruri |
4 |
Malların dəyərini təsdiq edən sənəd (İnvoys, (Hesab-faktura)) Müvafiq gömrük idarəsi tərəfindən təsdiqlənən (sistemə daxil olunan) |
Zəruri |
5 |
Mənşə sertifikatı − Malın mənşəyini (istehsal edən ölkə) təsdiq edən sənəd(Mənşə sertifikatının alınması mümkün olmadığı hallarda malın mənşəyinin invoysda qeyd edilməsi lazımdır) |
Zəruri |
6 |
Alıcı ilə satıcı arasında razılaşma(müqavilə, saziş, sifariş) və Azərbaycan dilində tərcüməsi (təsdiq edilmiş) |
Zəruri |
7 |
Malın daşınma fakturası: (invoys) (Faktura olmadığı hallarda malın daşınma məbləği malın invoysunda ayrıca qeyd edilməlidir) |
Zəruri |
8 |
Malın
çəkisi barədə sənəd |
Zəruri |
9 |
İdxal - İxrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri (İcazə, rəy, sertifikat və s.) |
Zəruri |
10 |
İdxal xxxxxx xxx göndərən ölkə tərəfindən malların İxrac bəyannaməsinin surəti (İxrac GB) |
Tövsiyə |
TƏRƏFLƏRİN İMZASI
|
|
“TƏMSİLÇİ” |
|
“Master Broker” MMC-nin |
|
direktoru: Xxxxxx Xxxx Xxxxxxx xxxx |
|
|
|
|
|
M.Y. ____________ |
|
6