Broker xidməti göstərilməsi haqqında müqavilə №35
Broker xidməti göstərilməsi haqqında müqavilə №35
Bakı ş. 14 yanvar 2020-cu il
Bir tərəfdən “ MY HELPER” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Xxxxx Xxxxxxxxx şəxsində (bundan sonra "Təmsilçi" adlanacaq), digər tərəfdən “Yusi Ko” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor müavini Xxxxxxx Xxxx (bundan sonra "Sifarişçi" adlanacaq) aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar.
Müqavilənin predmeti
“Təmsilçi” tərəfindən, “Sifarişçi”nin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi.
Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi xxxx “Qiymətlərin razılaşdırılması protokolu”nda müəyyən edilmişdir (əlavə olunur).
Tərəflərin öhdəlikləri
2.1 “Sifarişçi”:
malın mülkiyyətçisinin gömrük prosedurları altında yerləşdirilməli xxxx malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini və gömrük əməliyyatlarını həyata keçirmək məqsədilə “Təmsilçi”ni tələb olunan bütün zəruri müşaiyət sənədləri ilə təmin edir;
qanunvericilikdə nəzərdə tutulan elektron gömrük xidmətlərindən istifadə etməklə elektron gömrük bəyannamələrini doldurmaq, elektron imza ilə təsdiq etmək və onun adından elektron sənədi gömrük orqanlarına göndərmək hüququnu “Təmsilçi”yə həvalə edir;
müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən göstərilən xidmətlərin dəyərini vaxtında ödəməyi öz öhdəsinə götürür.
2.2 “Təmsilçi”
gömrük orqanlarında “Sifarişçi”ni təmsil edir;
gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək hər hansı bir ortaya çıxan məsələ haqqında “Sifarişçi”ni vaxtında məlumatlandırır;
müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən göstərilən xidmətlərin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür.
“təmsilçi” təmsil etdiyi şirkətdə yarana biləcək hər hansı bir borca görə məsuliyyət daşımır !
Tərəflərin məsuliyyəti
3.1. “Sifarişçi” “Təmsilçi”yə təqdim etdiyi sənədlərin və xxxx xxxx məlumatların düzğünlüyünə görə məsuliyyət daşıyır.
3.2. “Təmsilçi” “Sifarişçi”yə ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyyanməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır.
3.3. Müqavilənin şərtləri pozulduğu halda, yarana biləcək mübahisəli məsələlər danışıqlar yolu ilə, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında həll olunur.
3.4. Müqavilədə, eləcə də onun əlavəsində hər hansı bir dəyişiklik 10 gün ərzində hər iki tərəfin razılığı ilə həyata keçirilir və hər iki tərəfin imzası ilə təsdiq olunur.
4. Müqavilədə nəzərdə tutulmayan hallar
4.1. Tərəflərdən hər biri hazırkı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tərəflərin iradəsindən asılı olmayaraq, hazırkı Müqavilə imzalandıqdan sonra fövqəladə və fors-major hallar ilə əlaqədar yerinə yetirmədikdə digər tərəfin qarşısında məsuliyyət daşımır.
4.2. Öz öhdəliklərini həyata keçirməyən tərəf maneə və müqavilənin öhdəliklərinin həyata keçirilməsinə təsiri barədə digər tərəfə bildiriş verməlidir.
5. Digər şərtlər
5.1. Bu Müqavilə tərəflərin hərəsində bir nüsxə olmaqla eyni hüquqa malik iki nüsxədən ibarət tərtib olunmuşdur.
5.2. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.
6. Tərəflərin rekvizitləri və imzaları
"Sifarişçı"
|
"Təmsilçi" |
“ Yusi Ko”MMC X.Xxxxxxx,224 VÖEN 1400539891 Hesablaşma hesabı: XX00XXXX00000XXXXX0000000000 XX00XXXX00000000000000000000 XXXXXX00 “PAŞA Bank” ASC kod 505141 Bankın VÖEN-i 1700767721 “Yusi Ko” MMC-nin Baş direktor müavini_______________ Qasımov Fuad C.O.
M.Y |
“ MY HELPER “ MMC Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi X. Xxxxxxx xxx. 39a VÖEN 1804020211 Hesap: XX00XXXX00000000000000000000 M/m XX00XXXX00000000000000000000 Bank: “Kapital Bank” ASC badamdar filialı Kod: 201207 SWIFT:XXXXXX0X VÖEN: 9900003611 CİF:0800755 "MY HELPER" MMC-nin
Direktoru :X. Xxxxxxxxx
M.Y |
14 yanvar 2020– ci il tarixli 35 xxxxx müqaviləyə 1 xxxxx əlavə
Qiymətlərin razılaşdırılması protokolu
№ |
Xidmətin adı |
Ölçü vahi- di |
Sayı |
Qiyməti (XXX-xxx) |
||||
1 |
Gömrük rəsmiləşdirilməsi məqsədi üçün gömrük təmsilçisi, təmsil etdiyi şəxsdən qəbul etdiyi mal və nəqliyyat vasitələrinə aid müşaiyət sənədlərində xxxx məlumatların yoxlanılması, onun əsasında 1 ədəd (tranzit istisna olmaqla) elektron gömrük bəyannaməsi və onun əlavə vərəqlərini doldurulması,elektron bəyannamənin və hazır sənədlərin gömrük orqanına ötürülməsi, rəsmləşdirilmə başa çatdıqdan sonra isə hazır sənədlərin gömrük orqanlarından təhvil alıb təmsil etdiyi şəxsə çatdırılması xidməti. |
ədəd |
1 |
20.00 |
||||
2 |
Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Elektron qısa idxal bəyannaməsinin doldurulması xidməti (əsas vərəq ödənişli, əlavə vərəqlər ödənişsiz). |
ədəd |
1 |
12.00 |
||||
3 |
Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilirsə Elektron qısa idxal bəyannaməsi və onun əlavə vərəqlərini doldurulması xidməti. (əsas vərəq və əlavə vərəqlər ödənişlidir). |
ədəd |
1 |
20.00 |
||||
4 |
İdxal, ixrac yüklü xxxxxxx aid BYDM – nin doldurulması xidməti |
ədəd |
1 |
12.00 |
||||
5 |
Yükləmə spesifikasiyası, mal müşaiyət sənədlərinin doldurulması xidməti |
ədəd |
1 |
12.00 |
||||
6 |
Sifariş əsasında nümunələrin gömrük ekspertizasına göndərilməsi xidməti |
ədəd |
1 |
30.00 |
||||
7 |
Hava yolu ilə Sifarişçinin adına gələn yüklərin gömrük nəzarəti başa çatdıqdan sonra anbarlardan və ya terminallardan Sifarişçiyə təhvil verilməsi xidməti. |
kq
hər kq |
100 kq-a qədər 000-000 000-0000 1001-2000 2001-3000 3001-4000 4001-5000 5000 kq+ |
37.00
60.00 75.00 90.00 165.00 230.00 330 .00 0,03 |
||||
8 |
Digər nəqliyyat vasitələri ilə (avtomobil, dəmir yolu, gəmi) Sifarişçinin adına gələn yüklərin gömrük nəzarəti başa çatdıqdan sonra anbarlardan və ya terminallardan Sifarişçiyə təhvil verilməsi xidməti |
- |
Çəkilən xərclərin 10 % həcmində xidmət haqqının tutulması |
- |
Qeyd: Sifarişçiyə göstərilən xidmətlərə görə ödəniş bankla və ya nağd şəkildə həyata keçirilir.
"Sifarişçı"
|
"Təmsilçi" |
|
"Təmsilçi" |
“ Yusi Ko”MMC X.Xxxxxxx,224 VÖEN 1400539891 Hesablaşma hesabı: XX00XXXX00000XXXXX0000000000 XX00XXXX00000000000000000000 XXXXXX00 “PAŞA Bank” ASC kod 505141 Bankın VÖEN-i 1700767721 “Yusi Ko” MMC-nin Baş direktor müavini_______________ Qasımov Fuad C.O.
M.Y. |
“ MY HELPER “ MMC Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi X. Xxxxxxx xxx. 39a VÖEN 1804020211 Hesap: XX00XXXX00000000000000000000 M/m XX00XXXX00000000000000000000 Bank: “Kapital Bank” ASC badamdar filialı Kod: 201207 SWIFT:XXXXXX0X VÖEN: 9900003611 CİF:0800755 "MY HELPER" MMC-nin
Direktoru : X. Xxxxxxxxx
M.Y.
|
|
|
|
|
|
|