Bakı 2022
FƏRDİ QƏZA SIĞORTASI QAYDALARI
Bakı 2022
1. ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq işlənib hazırlanmışdır.
2. ANLAYIŞLAR
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta tarifi - sığorta haqqının hesablanması üçün aktuar hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müddəti - sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Əhəmiyyətli hallar - müqavilə bağlanarkən bildirilməli xxxx, sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən və/və ya sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verilmiş hallar (faktlar) əhəmiyyətli sayılır;
Sığorta təminatının əhatə ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən coğrafi ərazi hüdudları;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi - vaxt keçdikcə tam bərpa oluna bilən, ümumi əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi;
Əmək qabiliyyətinin daimi itirilməsi (əlillik) - vaxt keçdikcə tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi;
Fərdi qəza (bədbəxt hadisə) - şəxs üzərində xarici fiziki təsirlərlə xxxxx xxxx, onun həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə.
3. SIĞORTA SİNFİ
Bu Qaydalarla müəyyən olunan sığorta növü fərdi qəzа sığortası sinfinə aiddir.
4. SIĞORTA PREDMETİ
Bu Qaydalar üzrə sığorta predmeti bağlanmış sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxsdir.
5. SIĞORTA RİSKLƏRİ
5.1. Hazırkı Qaydalar əsasında bağlanmış sığоrtа müqaviləsində göstərilmək şərtilə aşağıdakılara təminаt vеrilə bilər:
5.1.1. Sığorta müddəti ərzində baş vermiş fərdi qəza (bədbəхt hаdisə) nəticəsində:
5.1.1.1. Sığorta olunanın ölümü;
5.1.1.2. Əlillik qrupunun təyin edilməsi ilə, Sığorta olunanın ümumi əmək qаbiliyyətini dаimi olaraq tam və ya qismən itirməsi;
5.1.1.3. Sığorta olunanın ümumi əmək qаbiliyyətini müvəqqəti itirməsi.
5.1.2. Sığorta müddəti ərzində baş vermiş fərdi qəza (bədbəхt hаdisə) nəticəsində Sığorta olunanın hazırkı Qaydaların 12.2.1-ci bəndində göstərilən cədvəl ilə nəzərdə tutulan bədən xəsarətini xxxxxx;
5.1.3. Sığorta müddəti ərzində baş vermiş fərdi qəza (bədbəхt hаdisə) nəticəsində Sığorta olunanın aldığı bədən xəsarəti ilə əlaqədar tibbi xərclərin yaranması.
5.2. Bu sığоrta növündə bədbəxt hadisə dеdikdə, sığоrtalının iradəsindən asılı оlmayan, оnun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə başa düşülür.
5.2.1. Aşağıdakı hallar da həmçinin bədbəxt hadisə hеsab еdilir:
5.2.2. Avtоnəqliyyat vasitəsinin qəza törətməsi nəticəsində sığоrtalanmış şəxsə xarici fiziki təsirlə bağlı оlan gözlənilməyən, qəfil və təsadüfi hadisə;
5.2.3. Qəflətən və gözlənilmədən оtağa dоlan qazın tənəffüsündən baş vеrən ölüm hadisəsi;
5.2.4. Yanıqlardan, kənar hər hansı prеdmеtin təsirindən və ani bir hərəkət nəticəsində əzələ və sinir sistеminin zədələnməsi, burxulması və qоpması;
5.2.5. Yanma və donma;
5.2.6. İlan və ya həşəratların çalması nəticəsində zəhərlənmələr;
5.2.7. Zəhərli bitkilər, kimyəvi maddələr, keyfiyyətsiz ərzaq məhsullarının, dərmanların təsirindən təsadüfü ciddi zəhərlənmə nəticəsində ölüm;
5.2.8. Quduzlaşmış hеyvanın sığоrtalını/sığorta olunanı dişləməsi nəticəsində quduzlaşmaya görə baş vеrən ölüm və ya bədən xəsarəti.
5.3. Sığоrta şəhadətnaməsində qеyd оlunması şərtilə aşağıdakı hallar da sığоrta təminatına daxil еdilə bilər (Əks halda aşağıda sadalanan hallar nəticəsində baş verən zərərlər üzrə sığorta təminatı vеrilmir):
5.3.1. Mоtоsiklеt və mоtоrlu vеlоsipеd sürmək və оnlara minmək;
5.3.2. Açıq dənizdə balıqçılıq, balıq оvu, qaban və digər vəhşi hеyvanların оvlanması və dağ yüksəkliklərində оvçuluq;
5.3.3. Ov, аlpinizm, plаnеrizm, spеlеоlоgiyа (mаğаrаlаrı öyrənməklə əlаqədаr еlm), pаrаşütlə tullаnmа, suаltı idmаn növləri, qış idmаn növləri, rеqbi, pоlо, döyüş sənətləri, mоtоsiklеt və аt yаrışlаrı, su хizək yаrışlаrı,
hər hаnsı idmаn yаrışlаrındа və ya bеlə yаrışlаrа məşqlər, həmçinin həyаt və sаğlаmlıq üçün yüksək təhlükə yаrаdan hər hаnsı digər fəaliyyətlərdə iştirаk;
5.3.4. Bütün növ idman müsabiqələri, sürət yarışları;
5.3.5. Sərnişin kimi uçmaq halı istisna оlmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;
5.3.6. Azərbaycan Rеspublikası sərhədlərindən kənarda baş vеrən bədbəxt hadisələr.
6. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR VƏ (VƏ YA) SIĞORTA TƏMİNATINDA MƏHDUDİYYƏTLƏR
6.1. Bu Qaydalara əsasən, sığorta təminatı aşağıdakılara münasibətdə verilmir:
6.1.1. I və II qrup əlillər;
6.1.2. sığorta müqaviləsi bağlanan zaman yaşı 16-xxx az və ya 65-dən xxx xxxx şəxslər;
6.1.3. sığortalının, sığorta olunanın və/və ya faydalanan şəxsin qərəzli hərəkətləri;
6.1.4. nüvə pаrtlаyışının təsiri, rаdiаsiyа və rаdiоаktiv şüаlаnmа;
6.1.5. mühаribə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndаş mühаribəsi, hərbi əməliyyаtlаr və ya mаnеvrlər, digər hərbi tədbirlər, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan, qiyam, tətil, inqilab, ictimai iğtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi, terrorizm və sabotaj;
6.1.6. sığorta olunanın spirtli içkilərdən, nаrkоtik və ya toksiki mаddələrdən istifаdəsi və bunun nəticəsində sərхоş vəziyyətdə оlmаsı;
6.1.7. idаrə еdilməsi üçün хüsusi icazə tələb оlunаn nəqliyyаt vаsitəsinin, avadanlığın, texnikanın bеlə icazə оlmаdan sığorta olunan tərəfindən idаrə еdilməsi və ya idarə edilməsini spirtli içkilərin, nаrkоtik və ya toksiki mаddələrin təsiri altında xxxx və ya idarə etmək hüququ оlmаyаn şəxsə həvalə etməsi;
6.1.8. sığorta olunanın cinаyət törətməsi və ya buna cəhd göstərməsi;
6.1.9. sığorta olunanın xxxxxxx etməsi və ya buna cəhd göstərməsi;
6.1.10. sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi;
6.1.11. sığorta olunanın cəzaçəkmə müəssisəsində (həbsxanada və s.) olduğu müddət ərzində baş verən hadisələr;
6.1.12. psixi, psiхi və irsi xəstəliklər, аğır əsəb pоzuntulаrı, еpilеptik ürəkkеçmələr (tutmаlаr);
6.1.13. sui-qəsd və ya sui-qəsdə cəhd;
6.1.14. hаmiləlik və ya dоğuş;
6.1.15. bütün növ xəstəliklər və оnların nəticələri;
6.1.16. sığortalanmış şəxsin sığorta hadisəsinin əlamətlərini daşıyan hadisə ilə birbaşa əlaqəsi xxxx qanunsuz hərəkətləri;
6.1.17. zəlzələ, sеl, qar uçqunu, vulkan püskürməsi və tоrpaq sürüşməsi;
6.1.18. mоtоsiklеt, moped, mühərrikli və ya elektrik mühərriki və ya akkumlyatoru ilə işləyən vеlоsipеd, skuter, elektrosamokat, seqvey (smart balance whell), skeytbord (skateboard) sürmək və оnlara minmək;
6.1.19. açıq dənizdə balıqçılıq, balıq ovu, ovçuluq;
6.1.20. məşqlər və yarışlar daxil olmaqla, sığorta olunanın hər hansı idman növü ilə peşəkar kimi və ya aşağıda göstərilən idman növlərindən biri ilə həvəskar kimi məşğul olması: аlpinizm, spеlеоlоgiyа (mаğаrаlаrı öyrənməklə əlаqədаr еlm), avto/moto idman növləri, sürət yarışları (o cümlədən mоtоsiklеt və аt yаrışlаrı), atçılığın hər hansı idman növü, suаltı idmаn növləri, qış idmаn növləri və qar və ya buz üzərində idman oyunları, xizək sürmə (o cümlədən su üzərində), rеqbi, polo, qılınc oynatma, döyüş sənətləri və təkbətək döyüş, qayıq yarışları, ağırlıq qaldırma, sualtı üzgüçülük, odlu silahdan atma, həmçinin həyаt və sаğlаmlıq üçün yüksək təhlükə yаrаdan hər hаnsı digər fəaliyyətlərdə iştirаk;
6.1.21. peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçması, mühərriksiz uçuş aparatlarında, mühərrikli planerlərdə, superyüngül uçuş aparatlarında uçması, hər hansı hava uçuşlarında iştirak etməsi, hava idman növləri ilə məşğul olması və həmçinin pаrаşütlə tullаnmаsı;
6.1.22. sığorta olunanın hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə və hərbi qruplaşmalarda qulluq etməsi, həmçinin hərbi və ya mülki xidmətçi qismində hərbi əməliyyаtlаrda və manevrlərdə, hərbi tədbirlərdə və məşqlərdə, hərbi texnikanın sınaqdan keçirilməsində və ya bu kimi digər əməliyyatlarda iştirak etməsi;
6.1.23. sığоrtа təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
6.1.24. sığorta müqaviləsi bağlanan zaman mövcud xxxx əmək qabiliyyətsizliyi (əlillik);
6.1.25. mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülən tələblər (iddialar);
6.1.26. Sığorta müqaviləsi sığorta olunanın kredit götürməsi ilə əlaqədar hər hansı bir kredit təşkilatının xeyrinə bağlandığı halda:
6.1.26.1. sığorta hadisəsinin baş verməsindən əvvəl, sığorta olunanın kredit müqaviləsi üzrə ödəmə cədvəlinə müvafiq оlaraq əsas borcun və (və ya) faizlərin vaxtında qaytarılmaması nəticəsində yaranmış borclar;
6.1.26.2. sığorta olunanın kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində ona qarşı tətbiq olunan cərimələr, artırılmış faizlər, dəbbə pulu və digər maliyyə xarakterli sanksiyalar ilə bağlı irəli sürülən tələblər (iddialar);
6.1.26.3. sığorta olunanın öldürülməsi.
6.2. Bu qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər.
7. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI
Sığorta məbləği Sığortaçı ilə Sığortalı arasında razılaşdırılaraq sığorta müqaviləsi ilə müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
8. SIĞORTA HAQQI VƏ SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI
8.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.
8.2. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
8.3. Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.4. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 8.5-ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.5. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ QAYDASI
9.1. Sığorta müqaviləsi yazılı formada bağlanılır və tərəflərin imzası, hüquqi şəxs olduqda həm də möhürü ilə təsdiqlənir.
9.2. Sığortaçının tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
9.3. Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi ilə müəyyən edilir.
9.4. Sığortaçı Sığortalıdan sığorta hadisəsinin baş verməsi ehtimalının müəyyən edilməsi məqsədilə əlavə sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.
9.5. Sığorta müqaviləsi yazılı olaraq aşağıda qeyd olunan formada bağlanılır:
9.5.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
9.5.2. Sığorta müqaviləsi imzalanarkən sığortalının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq, sığortalı və sığortaçı bu müqavilənin müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
9.5.3. Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilir və tərəflərin imzası, hüquqi şəxs olduqda həm də möhürü ilə təsdiqlənir.
9.6. Sığorta müqaviləsinə xitam verilməsi qaydası və onun nəticələri:
9.6.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
9.6.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
9.6.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;
9.6.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
9.6.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.6.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
9.6.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.6.1.7. sığorta marağı artıq mövcud olmadıqda;
9.6.1.8. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə;
9.6.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
9.6.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
9.6.4. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
9.6.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 9.6.2-9.6.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6.6. Bu Qaydaların 9.6.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu qaydaların 9.6.7-ci bəndi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
9.6.7. Sığorta müqaviləsinə bu Qaydaların 9.6.1.8-ci bəndinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
10.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.1. Sığortalı aşağıdakı hüquqlara malikdir:
10.1.1. Sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
10.1.2. Sığorta müqaviləsi bağlanarkən bu Qaydalarla xxxxx olmaq;
10.1.3. Sığorta müqaviləsi üzrə istənilən açıqlamanı sığortaçıdan sorğu etmək;
10.1.4. Sığortaçının razılığı ilə sığorta məbləğinin və ayrı-ayrı sığorta riskləri üzrə sığorta məbləğlərinin ölçüsünə, sığorta müddətinə, sığorta haqlarının ölçüsünə dair sığorta müqaviləsinin şərtlərini dəyişdirmək. Belə dəyişikliklər sığorta müqaviləsinə əlavə sazişlə rəsmiləşdirilməlidir;
10.1.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermək;
10.1.6. Bu Qaydalarda, sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;
10.1.7. Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq.
10.2. Sığortalının vəzifələri aşağıdakılardır:
10.2.1. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx, habelə Sığortaçının yazılı surətdə tələb etdiyi və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə məlumatları sığortaçıya vermək;
10.2.2. Sığorta müqaviləsində müəyyən edilmiş məbləğdə və müddətlərdə sığorta haqqını ödəmək;
10.2.3. Sığortalı bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə Sığortaçıya və ya Sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat vermək;
10.2.4. Sığorta hadisəsinin baş vermə ehtimalının və sığorta hadisəsi hesab edilə bilən hadisələrin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görmək;
10.2.5. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən, zərərin qiymətləndirilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) vermək;
10.2.6. Sığortaçıya (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsə) sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına və/və ya zərərin qiymətləndirilməsinə imkan yaratmaq və maneçilik törətməmək;
10.2.7. Sığortaçının ona rəsmi bildirilmiş bütün göstərişlərinə əməl etmək;
10.2.8. Bu Qaydalarda, sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
10.3. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
10.3.1. Sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum xxxx, habelə yazılı surətdə tələb etdiyi və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortalıya sorğu vermək;
10.3.2. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırması, və /və ya zərərin qiymətləndirilməsi üçün müstəqil eksperti, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxsi təyin etmək. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə
bilərlər;
10.3.3. Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan, borcalandan tələb etmək;
10.3.4. Sığorta ödənişinin ödənilməsi zamanı sığorta ödənişi məbləğindən sığortalının sığortaçıya ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq;
10.3.5. Sığortalı tərəfindən bağlanan müqavilə şərtlərinə əməl edilməsini yoxlamaq;
10.3.6. Sığorta riski həddində xxxxx baş verdikdə ona mütənasib surətdə sığorta haqqının artırılmasını, ona xitam verilməsini və ya müqavilə şərtlərinin dəyişdirilməsini Azərbaycan Respublikasının qanuvericiliyinə müvafiq qaydada tələb etmək;
10.3.7. Bu Qaydalarda, sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
10.4. Sığortaçının vəzifələri aşağıdakılardır:
10.4.1. Sığortalını sığorta müqaviləsinin əsaslandığı bu Qaydalarla xxxxx etmək;
10.4.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və / və ya səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
10.4.3. Sığorta hadisəsi baş verdikdə Qaydaların 12.3.1-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir;
10.4.4. Sığorta müqaviləsi ilə əlaqədar xxxx məlumatları sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta sirri kimi saxlamaq;
10.4.5. Bu Qaydalarda, sığorta müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
11.1. Zərər baş verdiyi zaman Sığortalı:
11.1.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir;
11.1.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazımi və Sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumatları sığortaçının tələbinə əsasən gecikdirmədən ona verməlidir;
11.1.3. Sığorta hadisəsinin səbəb olduğu zərərin həcminin azaldılması məqsədi ilə özündən xxxxx xxxx bütün ağlabatan və zəruri tədbirləri görməli, o cümlədən səhiyyə müəssisəsinə dərhal tibbi yardım üçün müraciət etməli və tibb müəssisəsinin və müalicə edən həkimin bütün göstərişlərinə əməl etməlidir;
11.1.4. Sığortaçının nümayəndələrinə hadisənin baş verdiyi yerə sərbəst və maneəsiz baxış keçirmək, sığorta hadisəsinin baş vermə səbəblərinin, onun səbəb olduğu zərərin həcminin və digər təfsilatların müəyyənləşdirilməsi üçün imkan verməli və müvafiq şərait yaratmalıdır.
12. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
12.1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini sığortalının ərizəsinə (sığorta tələbinə), hadisə ilə əlaqədar və bu Qaydaların 12.3.1-ci bəndinə əsasən Sığortaçının tələb etdiyi sənədlərə və Sığortaçının nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.2. Sığorta ödənişinin miqdarı fərdi qəza (bədbəxt hadisə) nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla, sığorta məbləğindən aşağıdakı faizlərlə hesablanır:
• ölüm halında – 100%;
• fərdi qəza (bədbəxt hadisə) nəticəsində alınan bədən xəsarəti ilə əlaqədar, sığorta müqaviləsi bağlanan zaman Sığortalının seçdiyi təminatdan asılı olaraq, aşağıda göstərilən iki cədvəldən biri üzrə:
12.2.1. sığorta müqaviləsi bağlanan zaman sığorta təminatı hazırkı Qaydaların 5.1.2.-ci bəndi üzrə verildiyi halda:
Bədən xəsarəti | Sığorta məbləğindən %-lə |
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi | 100 |
Hər iki qolun və ya hər iki əlin itirilməsi | 100 |
Hər iki qulağın travma mənşəyi ilə tam karlığı | 100 |
Aşağı çənənin çıxardılması | 100 |
Nitqin tam itirilməsi | 100 |
Bir qolun və bir ayağın tam itirilməsi | 100 |
Bir qolun və bir ayaq pəncəsinin tam itirilməsi | 100 |
Bir əlin və bir ayaq pəncəsinin tam itirilməsi | 100 |
Bir əlin və bir ayağın tam itirilməsi | 100 |
Hər iki ayağın tam itirilməsi | 100 |
BАŞ | |
Kəllə sümüyünün bütün qalınlığı boyu zədələnməsi | |
- ən azı 6 sm2 xxxx səth | 60 |
- 3 sm2 –dən 6 sm2 – dək xxxx səth | 30 |
- 3 sm2 –dən az xxxx səth | 20 |
Aşağı çənənin qismən, qalxan hissəsinin bütünlükdə və ya yuxarı çənə sümüyünün yarısının çıxardılması | 40 |
Bir xxxxx xxx itirilməsi | 40 |
Bir qulağın tam karlığı | 30 |
Bədən xəsarəti | SАĞ | SОL |
Bir qolun və ya bir əlin itirilməsi | 60 | 50 |
Qol sümük maddəsinin əsaslı zədələnməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə) | 50 | 40 |
Yuxarı ətrafların tam iflici (sinirlərin müalicəolunmaz zədələnməsi) | 65 | 55 |
Dolanan sinirin tam iflici | 20 | 15 |
Bazunun ankilozu | 40 | 30 |
Əlverişli vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu (düz bucaqdan 15 dərəcə aralı) | 25 | 20 |
Əlverişsiz vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu | 40 | 35 |
İki bazu önü sümük maddəsinin əsaslı itirilməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə) | 40 | 30 |
Xxxx sinirin tam iflici | 45 | 35 |
Bağlama yerində mil sinirinin tam iflici | 40 | 35 |
Bazu önünün mil sinirinin tam iflici | 30 | 25 |
Xxxx mil sinirinin tam iflici | 20 | 15 |
Dirsək sinirinin tam iflici | 30 | 25 |
Biləyin əlverişli vəziyyətdə fiksə edilərək ankilozu (düz və əlin üstü vəziyyətdə) | 20 | 15 |
Biləyin əlverişsiz vəziyyətdə fiksə edilərək ankilozu (bükmə və deformasiyalı açma və ya çevrilmiş vəziyyətdə) | 30 | 25 |
Baş barmağın tam itirilməsi | 20 | 15 |
Baş barmağın qismən itirilməsi (dırnaq falanqası) | 10 | 5 |
Baş barmağın tam ankilozu | 20 | 15 |
Şəhadət barmağının tam amputasiyası | 15 | 10 |
Şəhadət barmağının iki barmaq sümüyünün tam itirilməsi | 10 | 8 |
Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi | 5 | 3 |
Baş barmağın və şəhadət barmağının eyni zamanda amputasiyası | 35 | 25 |
Şəhadət barmağından savayı baş barmağın və digər barmağın tam itirilməsi | 25 | 20 |
Baş və şəhadət barmağından savayı iki barmağın tam itirilməsi | 12 | 8 |
Baş və şəhadət barmağından savayı üç barmağın tam itirilməsi | 20 | 15 |
Baş barmaq daxil olmaqla dörd barmağın itirilməsi | 45 | 40 |
Baş barmaqdan savayı dörd barmağın itirilməsi | 40 | 35 |
Xxxx barmağın tam itirilməsi | 10 | 8 |
Baş və şəhadət barmaqlarından savayı bir barmağın tam itirilməsi | 7 | 3 |
Bədən xəsarəti | Sığorta məbləğindən %-lə |
Ombanın tam itirilməsi (yuxarı hissəsi ) | 60 |
Ombanın (aşağı hissəsinin) və ayağın tam itirilməsi | 50 |
Ayaq pəncəsinin tam itirilməsi (baldır –ayaq barmağının disartikulyasiyası (parçalara bölünməsi)) | 45 |
Ayaq pəncəsinin qismən itirilməsi (topuqaltı-sümük disartikulyasiyası (parçalara bölünməsi)) | 40 |
Ayaq pəncəsinin qismən itirilməsi (xxxx ayaq dırnağının disartikulyasiyası (parçalara bölünməsi)) | 35 |
Ayaq pəncəsinin qismən itirilməsi (ayaq darağı – ayaq dırnağı arxasının disartikulyasiyası (parçalara bölünməsi)) | 30 |
Aşağı ətrafların tam iflici (müalicəolunmaz sinir zədələnməsi) | 60 |
Xxxxxx dizaltı sinirinin tam iflici | 30 |
Daxili dizaltı sinirinin tam iflici | 20 |
İki sinirin tam iflici (xarici dizaltı sinirinin və daxili dizaltı sinirinin tam iflici) | 40 |
Ombanın yan hissəsinin ankilozu | 40 |
Dizin ankilozu | 20 |
Ombanın və ya hər iki ayaq sümüklərinin sümük maddəsinin itirilməsi (müalicəolunmaz hal) | 60 |
Diz qapağının sümük maddəsinin itirilməsi və bununla bağlı fraqmentlərin əsaslı ayrılması və ayağın uzadılması (dartılması) zamanı hərəkətlərin məhdudlaşması | 40 |
Diz qapağının sümük maddəsinin itirilməsi, hərəkətlərin saxlanılması şərti ilə | 20 |
Aşağı ətrafların ən azı 5 sm qısaldılması | 30 |
Aşağı ətrafların 3 sm-dən 5 sm–dək qısaldılması | 20 |
Aşağı ətrafların 1 sm-dən 3 sm–dək qısaldılması | 10 |
Ayaq pəncəsinin bütün barmaqlarının amputasiyası | 25 |
Ayaq pəncəsinin baş barmağı da daxil olmaqla dörd barmağın amputasiyası | 20 |
Ayaq pəncəsinin dörd barmağının tam itirilməsi | 10 |
Ayaq pəncəsinin baş barmağının tam itirilməsi | 10 |
Ayaq pəncəsinin iki barmağının tam itirilməsi | 5 |
Ayaq pəncəsinin, baş barmaqdan savayı, bir barmağın amputasiyası | 3 |
12.2.2. sığorta müqaviləsi bağlanan zaman sığorta təminatı hazırkı Qaydaların 5.1.1.2.-ci bəndi üzrə verildiyi halda:
Əlillik | Sığorta məbləğindən %-lə |
I qrup | 100 |
II qrup | 70 |
III qrup | 40 |
12.2.3. Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı - əmək qabiliyyətinin itirilməsinin 12-ci günündən başlayaraq (11 günün bitməsindən sonra) sığorta məbləğinin 70%-ni aşmamaq şərtilə əmək qabiliyyətinin itirilməsinin hər gününə görə əmək qabiliyyətini itirmiş sığorta olunanın aylıq əmək haqqısının 2.5%-i miqdarında;
12.2.4. Fərdi qəza (bədbəхt hаdisə) nəticəsində tibbi xərclərin yaranması üzrə sığorta ödənişinin məbləği çəkilmiş tibbi xərclərin məbləği əsasında, xxxxx sığorta müqaviləsində bir sığorta olunan üzrə tibbi xərclərə dair razılaşdırılmış məbləğdən xxx olmaması şərtilə müəyyən edilir;
12.2.5. Fərdi qəzanın bаş vеrdiyi аndan 18 аy müddətində həmin hadisə səbəbindən ölüm bаş vеrərsə, fərdi qəzа nəticəsində ölüm hеsаb оlunur;
12.2.6. Yuхаrıdа аyrıcа göstərilməyən ətrаflаrdan və ya оrqаnlаrdan istifаdə imkаnlаrının qismən və ya tаm itirilməsi ətrаfın və ya оrqаnın qismən və ya tаm itirilməsi hеsаb оlunаcаqdır;
12.2.7. Yuхаrıdа göstərilməyən bədən хəsаrətləri nəticəsində əmək qаbiliyyətinin hər hаnsı dаimi itirilməsinə görə ödəniş sığorta olunanın əsas əmək fəaliyyətinin növü nəzərə аlınmаdan yuхаrıdа göstərilmiş bədən хəsаrətləri ilə müqаyisədə оnlаrın аğırlıq dərəcələrinə müvаfiq оlаrаq vеriləcəkdir;
12.2.8. Bir bədbəхt hаdisə еyni vахtdа hazırkı Qaydaların 12.2.1.-ci bəndi ilə nəzərdə tutulan bir nеçə bədən хəsаrəti ilə nəticələnərsə, sığоrtа ödənişinin ümumi məbləği hər хəsаrət üçün nəzərdə tutulmuş sığоrtа ödənişi məbləğlərinin cəmləşdirilməsi yоlu ilə müəyyən оlunur, xxxxx sığоrtа ödənişinin ümumi məbləği sığorta müqaviləsində bir sığorta olunan üzrə şərtləşdirilmiş sığorta məbləğindən artıq ola
bilməz. Bir bədbəxt hadisə hər hansı bir ətrafın və ya onun hissəsinin itirilməsi ilə nəticələnərsə, itirilən ətrafın (hissənin) tərkib hissələri üzrə (yəni bilək, barmaq və s.) ayrılıqda ödəniş verilmir;
12.2.9. Əmək qаbiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş yаlnız həmin sığоrtа hаdisəsi üzrə əmək qаbiliyyətinin müvəqqəti itirilməsinin tаm vахtı müəyyən оlunduqdan sоnrа həyаtа kеçirilir.
12.3. Sığorta ödənişinin verilməsi:
12.3.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən etibarən 7 (yeddi) iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta hadisəsi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlardan alınan sənədlər;
• Sığorta olunan şəxs vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti, tibbi ekspertizanın rəyinin surəti (mövcud olduğu halda);
• Sığorta olunan şəxs ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi, habelə xəstənin stasionar, ambulator kartasından çıxarış.
12.3.2. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 12.3.1-ci bəndinə əsasən sığortaçının tələb etdiyi sənədlərdən və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.
12.3.3. Sığortaçı sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydalarında nəzərdə tutulmuş bütün sənədlərdən sonuncusunun təqdim olunmasından sonra 7 (yeddi) iş günündən gec olmayan müddət ərzində sığorta ödənişini ödəyir və ya sığorta ödənişindən imtina edilməsi barədə əsaslandırılmış məktubu sığortalıya və faydalanan şəxsə göndərir. Sığortaçının sığorta ödənişini həyata keçirilməsi tarixi onun müvafiq ödəniş tapşırığındakı bank qeydinin tarixi sayılır. Sığortaçının sığorta ödənişini verməkdən imtina edilməsi tarixi poçt xidmətinin imtina məktubunun qəbul etdiyi tarix sayılır. İmtina məktubu sığortalının və faydalanan şəxsin sığorta müqaviləsində göstərilmiş ünvanlarına göndərilir.
13. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.1.1. Bu Qaydaların 11.1.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
13.1.2. Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
13.1.3. Sığorta müqaviləsi ilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi. Bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
13.1.5. Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması. Xxxxx bu Qaydaların 10.3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz;
13.1.6. Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.1.7. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş halda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
13.1.8. Baş vermiş sığorta hadisəsi bu Qaydaların 6.1-ci bəndində qeyd olunan istisnalar siyahısına düşdükdə;
13.1.9. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
14. VALYUTA BARƏSİNDƏ QEYD-ŞƏRT
14.1. Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə xxxx rəsmi məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı xarici valyuta ilə həyata keçirilməlidir.
14.2. Sığorta ödənişinin hesablanması üçün əsas xxxx sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.
15. SIĞORTANIN ƏRAZİSİ
Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
16. SIĞORTA MÜDDƏTİ
Sığorta təminatının qüvvədə olma müddəti, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, sığorta müqaviləsində müəyyənləşdirilir və “sığorta müddəti” adlandırılır.
17. GÖZLƏMƏ MÜDDƏTİ
17.1. Sığorta müqaviləsi ilə gözləmə müddəti müəyyən oluna bilər.
17.2. Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır.
17.3. Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
17.4. Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti müəyyən edildikdə, sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
18. XÜSUSİ ŞƏRTLƏR
Tərəflərin qarşılıqlı razılığına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara zidd olmaması şərtilə, sığorta müqaviləsində əlavə şərtlər nəzərdə tutula bilər.
19. SIĞORTA MÜQAVİLƏSİNİN ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNƏ VƏ YA LAZIMİ QAYDADA YERİNƏ YETİRİLMƏMƏSİNƏ GÖRƏ TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
20.1. Müqavilə tərəfləri bir-birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
20.1.1. Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
20.1.2. Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
21. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, fikir ayrılıqları və mübahisələr barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına və/və ya Azərbaycan Respublikasının məhkəmələrinə müraciət oluna bilər.