DƏZGAH SINMASI SIĞORTASININ ƏSAS QAYDALARI
DƏZGAH SINMASI SIĞORTASININ ƏSAS QAYDALARI
«Dəzgah sınması sığortasının əsas qaydaları» (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və “Dəzgah sınması sığortası” müqaviləsinin (bundan sonra mətndə
«sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Bu Qaydalar, Sığorta Şəhadətnaməsi, Sığortalı tərəfindən doldurulmuş Ərizə forması və müvafiq Əlavələr bütövlükdə bir müqavilə hesab edilirlər.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
Bu Qaydalar üzrə müəyyən olunan “Dəzgah sığortası növü” əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aid edilir.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və əvəz etmə xərclərinə təminat verilir:
1.1. İş qəzaları;
1.2. Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi;
1.3 Düzgün yağlanmaması;
1.4. Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb-sönmə, cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
1.5. Tıxanma, kənar maddə düşməsi;
1.6. Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində xxxx parçalanmalar;
1.7. Buxar qazanlarında və buxar çənlərində su çatışmamazlığı;
1.8. Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və soyuma;
1.9. Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar;
1.10. Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
1.11. İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları;
1.12. İstisna edilməyən digər hallar:
Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara , standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tross, kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri xxxx kömür fırçası və xxxxx xxxx hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla) sığorta təminatı verilmir.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN HALLAR.
Əlavə sığorta haqqı müqabilində aşağıdakı hallar sığorta təminatına daxil edilir:
2.1. Fiziki partlayışların səbəb olduğu ziyan və zərərlər, («fiziki partlayış» dedikdə, təzyiq altında işləyən qablardakı buxarın, qazın və ya xxxx halındakı qazın ani olaraq genişlənməsi nəticəsində meydana gələn güclü təzyiq və bunun nəticəsində qazın, buxarın və ya xxxx xxxxxxx xxxx qazın qabın divarını parçalayaraq çölə çıxması, beləliklə də qabın daxili təzyiqi ilə xarici təzyiqi arasında bərabərlik yaranması başa düşülür);
2.2. Sığorta təminatına daxil xxxx səbəblərə görə dəzgah və avadanlıqların özlərinə və ayrı-ayrı hissələrinə dəyən ziyan və zərərlər;
2.3. Sığorta təminatına daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normaldan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqqlar ;
2.4. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərər və ziyanlar.
3. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR (İSTİSNALAR)
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq ), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlaklardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
3.4. Yanğın və ya yanğın baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yuma və xilasetmə əməliyyatlarının, habelə ildırımın səbəb olduğu ziyan və zərərlər;
3.5. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
3.6 Oğurluq və oğurluğa cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;
3.7. Torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, zəlzələ, sel və su basqını kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;
3.8. Dəzgahların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən aşınma və ərimələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər;
3.9. Bərk maddə və qazların ani oksidləşməsi və ya qarşölöqlö reaksiyaya girmələri nəticəsində baş verən partlayışların, atmosfer təzyiqi nəticəsində partlamaya meylli tozların partlamasının səbəb olduğu ziyan və zərərlər;
3.10. Sığorta müddəti ərzində xarab xxxx dəzgahların təmir edilmədən işlədilməsi nəticəsində baş verən ziyan və zərərlər;
3.11. Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi(ehtiyatsızlığı) nəticəsində dəyən ziyan və zərərlər.
Bu bənddə sadalanan bəzi istisnalara, qarşılıqlı razılıq əldə olunarsa, əlavə sığorta haqqının ödənilməsi şərti ilə təminat verilə bilər.
4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
Sığorta şəhadətnaməsində və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində göstərilən dəzgah və avadanlıqların sığorta məbləği, həmin dəzgah və avadanlıqların (əgər varsa,
nəqliyyat, montaj, gömrük, rüsum, və xərcləri də daxil olmaqla) əvəz edilmə xərclərinə bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı bir dəzgahın əvəz edilməsi üçün bu prinsiplə hesablanacaq mələğ sığorta məbləğindən artıq olarsa, artıq xxxx həmin məbləğ sığortalı tərəfindən ödənilir.
Sığortalanmış dəzgah və avadanlıqların sığorta məbləğlərinin əvəz edilmə xərclərindən artıq və ya əksik olduğu hadisə baş verməmişdən əvvəl müəyyən edilmiş olarsa, həmin tarixdən etibarən gün hesabı sığorta haqqı hesablanır, artıq və ya əksik alınan sığorta xxxxx xxxx qaytarılır və ya sığortalı tərəfindən ödənilir.
5. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ HÜQUQİ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, əlavə razılaşma yoxdursa, sığorta şəhadətnaməsində göstərilən başlanğıc və sona çatma tarixlərində saat 24.00 – da hüquqi qüvvəyə minir və saat 24.00-da hüquqi qüvvəsini itirir.
6. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
6.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərtilə sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumata əsasən bağlayır. Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya bilər və ya:
6.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən bir ay ərzində müqaviləni ləğv edə bilər və bu müddət ərzində sığorta hadisəsi baş verərsə, sığorta ödənişi verməyə bilər.
6.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı tələb edilən sığorta haqqı fərqini qəbul etmədiyini 15 gün ərzində bildirərsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 30 gün sonra saat 24.00-da, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 24.00-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
6.2. Vaxtında istifadə olunmayan ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək hüququ etibarsız sayılır
6.3. Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda sığorta hadisəsi:
-sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
-sığortaçı müqaviləni ləğv etməyin tələb edə biləcəyi müddət ərzində;
- və yaxud ləğv etmənin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində baş verərsə, onda sığortaçı verəcəyi ödənişi, sığortalının məlumatına əsasən ödənilməli sığorta haqqı ilə həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
7. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
7.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış əmlakın ərizə formasında , sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda , əgər dəyişiklik:
-özü tərəfindən, yaxud onun açıq və ya gizli razılığı ilə başqası tərəfindən edilibsə, dərhal;
-onun açıq və ya gizli razılığı olmadan başqa bir şəxs tərəfindən edilibsə , vəziyyəti öyrənən kimi dərhal;
-hər iki halda ən geci 7 gün ərzində sığortaçıya məlumat verməlidir.
7.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində:
-müqaviləyə xitam verə bilər və ya;
-sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
7.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
7.4. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, sifarişli məktub vasitəsilə sığortalıya məlumat göndərildiyi tarixdən 30 gün sonra saat 24.00-da , sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixin ertəsi günü saat 24.00-da hüquqi qüvvə qazanır.
7.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
7.6. Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta haqqı fərqini tələbetmə hüququ ləğv edilmiş hesab olunur.
7.7. Sığortalanmış əmlakın ərizə formasında, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
7.8. Sığortalanmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi verilmir.
7.9. Xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
7.10. Dəyişiklik, hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı hesablayır və fərqi sığortalıya qaytarır.
Bu şərtlər sığortalıya da eyni qaydada tətbiq edilir.
8. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ MƏSULİYYƏTİNİN BAŞLANMASI
8.1 Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
Sığorta haqqı (ilkin hissə) ən geci sığorta şəhadətnaməsində və müvafiq hesabda göstərilən vaxt, (hissə-hissə ödənməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
8.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt ödənməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır.
8.3 Sığorta haqqının hissə-hissə ödəniləcəyi razılaşdırıldığı zaman ardıcıl surətdə iki hissənin ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı bir dəfəyə ödənir.
8.4. Sığortaçı, ümumi sığorta haqqı borcunu vaxtında ödəməyən sığortalıya borcunun 30 gün ərzində ödəməyəcəyi təqdirdə müqavilənin ləğv olunacağını sifarişli məktubla bildirir. Göstərilən müddət ərzində borc ödənməzsə, müqavilə qüvvədən düşmüş heasb edilir və
sığortalı çəkilən xərcləri və ləğv etmə tarixinə qədər keçən vaxt üçün, qısa müddətli sığorta kimi hesablanan sığorta haqqının sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
9. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
9.1. Sığortalı sığortalanmış dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görməlidir.
9.2. Sığortalı sığortalanmış dəzgah və avadanlıqları normal vəziyyətdə və işlək halda saxlamaq üçün lazımi tədbirlər görməli, qəbul olunmuş həddən artıq yükləmələrin qarşısını almalı, səlahiyyətli orqanlar tərəfindən qoyulan, xüsusən də dəzgah və avadanlıqların işlədilməsi və onlara qulluq edilməsi ilə əlaqədar xxxx qayda və təlimatlara tam əməl etməlidir.
9.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş dəzgah və avadanlıqlara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri həyata keçirməyə görə cavabdehdir.
10. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Zərər baş verdiyi zaman sığortalı:
10.1. Zərərin baş verdiyini öyrəndikdən sonra ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli, müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində maksimum əməl etməlidir;
10.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən gecikdirmədən ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən, müvafiq məlumat və sənədləri verməlidir.
10.3. Xxxxx və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində sığortaçıya verməlidir;
10.4. Zərərin baş verdiyi yer və ya əmlaklara, zəruri hallar istisna olmaqla, heç bir dəyişiklik etməməlidir;
Xəbərdarlıq edilməklə xırda təmirlər və müəsisənin fəaliyyətinin davam etdirilməsi üçün vacib xxxx əsaslı təmirlər, təmir haqda xüsusi xəbərdarlıq edilməsi şərti ilə aparıla bilər. Sığortaçı, tədqiqat işlərini zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 5 gün ərzində həyata keçirməzsə, sığortalı bütün növ təmirlərin aparılmasında sərbəstdir;
10.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri yoxlama və tədqiqatlara icazə verməlidir;
10.6. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
11. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
11.1. Sığorta ödənişi sığorta müqaviləsinə müvafiq olaraq Sığortalının yazılı ərizəsinə və sığorta hadisəsinin baş vermə faktını, dəymiş maddi zərərin məbləğini təsdiq edən sənədlərə, sığorta aktına və zərərin qiymətləndirilməsi barədə sənədə əsasən Sığortaçı tərəfindən ödənilir.
Sığortalı dəymiş zərərin məbləğini müəyyən etmək üçün layihə-smeta sənədlərini, inşaat kitablarından çıxarışı, hesab-fakturaları Sığortaçıya təqdim etməlidir.
Tərəflər zərərin məbləği ilə bağlı razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği,
montaj işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir:
11.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 5 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəflərin ekspertlərinın razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertləri ilə birlikdə ümumi bir rəy vasitəsilə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
11.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
-həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
-zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
-təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və dəyəri.
11.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəf məlumat verdiyi tarixdən etibarən 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 5 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti çatan məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından seçilir ;
11.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən, istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənarda seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
11.6. Xxxxxxx vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya qəbul edilməzsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
11.7. Sığortalının vəfat etməsi təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən etibarən 5 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
11.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla da məhdudlaşmır;
11.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
11.10. Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəyinə, yalnız onun real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilə bilər;
11.11. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
11.12. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
11.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar bu sığorta şəhadətnaməsində və qanunvericikdə göstərilən hökm və şərtlərə və onların tətbiq olunmasına təsir etmir.
12. SIĞORTA ÖDƏNİŞİNİN AZALDILMASI VƏ ÖDƏNİLMƏSİNDƏN İMTİNA EDİLMƏSİ ÜÇÜN ƏSASLAR
12.1. Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır;
12.2. Sığortalı hadisəsinin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıracaq hərəkətlər edərsə, Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etmək hüququnu əldə edir.
13. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
13.1. Təmir edilə bilən zərər və ziyan (qismi zərər) halında:
Sığorta ödənişinin məbləği, dəyişdiriləcək ehtiyat hissələrinin alış qiymətinin, həmin hissələrin quraşdırılması üçün yerli iş saatları tarifinə görə ödəniləcək haqqların və əgər varsa, normal nəqliyyat xərcləri (təyyarə istisna olmaqla), sökmə və montaj xərcləri, gömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla, dəzgah və avadanlıqların hadisədən əvvəlki vəziyyətlərinə gətirilməsi üçün xxxxx xxxx xərclərin ümumi cəmindən ibarət olur. Yenidən istifadə olunması mümkün xxxx hissələrin dəyəri ödəniş məbləğindən çıxılır.
13.2. Sığorta şəhadətnaməsində göstərilən dəzgah və avadanlıqlar tamamilə zərərə düşdükləri zaman:
Sığorta ödənişinin məbləği, dəzgah və avadanlıqların hadisə baş verdiyi tarixdəki xxxx qiymətindən köhnəlmə və aşınma nisbətləri və xilas edilən hissələrin dəyərlərinin çıxılması yolu ilə əldə olunan məbləğə, sökmə xərclərinin, nəqliyyat, gömrük vergisi, digər vergi, rüsum və xərclərin və bu xüsusda müqavilədə başqa bir şərt nəzərdə tutulubsa, bu qaydaların 2.2. və 2.3. yarım bəndlərində göstərilən amillərin əlavə edilməsi yolu ilə hesablanan məbləğdən ibarət olur. Yuxarıda (13.1. yarım bəndi) göstərilən təmir xərcləri bu bəndə əsasən müəyyən edilən ödəniş məbləği ilə bərabər və ya ondan artıq olarsa, dəzgah və avadanlıq tam zərərə uğramış hesab edilir;
13.3. Sığorta şəhadətnaməsində hər bir dəzgah və avadanlıq üçün göstərilən minimum azadolma (sığorta ödənişindən qismən azadolma) nisbətindən az olmaması şərtilə, başqa bir şərt nəzərdə tutulmazsa, hər bir zərərin 20%-i sığortalı tərəfindən ödənilir;
13.4. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən məbləğlə məhdudlaşır. Sığorta məbləği, hadisə baş verdiyi zaman sığortalanmış dəzgah və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Bu məbləğ bu qaydaların 4-cü bəndinə əsasən hesablanaq sığorta dəyəri ilə uyğun olmadıqda ödənişin məbləği, sığorta məbləği ilə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq müəyyən edilir;
13.5. Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa, şərikli sığorta əsasları tətbiq edilir;
13.6. Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün sığortaçı ödəniş vermir.
14. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
Sığortaçı, zərər çəkmiş dəzgah və avadanlığı və ya onların zərər çəkmiş hissələrini təmir etdirə biləcəyi kimi, onların dəyərini nağd yolla da ödəyə bilər.
Sığorta ödənişi 15 gün ərzində həyata keçirilir. Qeyd edilən müddət bu qaydaların 11.1-ci bəndində göstərilən sənədlərin təqdim edilməsindən sonra, ekspertiza keçirildikdə isə ekspertin yekun qərarından sonra hesablanır.
15. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
15.1. Sığortaçı ödədiyi sığorta ödənişinin müqabilində sığortalının günahkar şəxslərə qarşı iddia qaldırmaq hüququna malik olur. Sığortalı, sığortaçı iddia irəli sürərsə, bu iddia məsələsini aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları mütləq təqdim etməlidir.
15.2. Təminat verilən hadisə nəticəsində tam zərər meydana gələrsə, sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən verilən ödənişin məbləği qədər azaldılır.
15.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə xxxx xxxxx. Qismən zərər halında isə hər bir vahid (növ və qrup) üçün müəyyən edilmiş xxxx sığorta məbləği , zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
15.4. Sığorta məbləğinin azalması hallarında hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülərək əlavə sığorta haqqı alınmaq şərtilə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
16. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
16.1. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlüklə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
16.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
16.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 16.1-ci və 16.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
17.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsilə bildirilir.
17.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
17.3. Tərəflərə imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
17.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq qabaqcadan teleqramla bildirilməlidir.
18. KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirlərini gizli saxlamaması səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
19. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
19.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımı qaydada yerinə yetirilməlidir.
19.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
19.3. Sığorta müqaviləsi əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
20. ƏRİZƏ FORMASI
20.1. Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
20.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
21. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçт və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları və/və ya rekvizitləri dəyişdiyi halda onlar bir birinə bu barədə əvvəlcədən məlumat göndərməlidirlər. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvan və ya rekvizitlərinin dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana
göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
22. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
22.1 Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
23. MÜBAHİSƏLƏRİN HƏLL EDiLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.