AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2012-ci il
№ 535-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ
VƏBOSNİYA VƏ HERSEQOVİNA NAZİRLƏR ŞURASI
ARASINDA DİPLOMATİK VƏ XİDMƏTİ PASPORTLARA XXXXX
XXXX ŞƏXSLƏRİN VİZA TƏLƏBİNDƏN AZAD EDİLMƏSİ HAQQINDA
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası, hər iki ölkənin dostluq əlaqələrinin möhkəmləndirilməsinə xxxx marağını nəzərə alaraq, və Tərəflərin dövlətlərinin diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının gediş-gəlişini və səyahətini asanlaşdırmağı arzulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Hər bir Tərəfin dövlətinin etibarlı diplomatik və ya xidməti pasporta xxxxx xxxx vətəndaşlarından digər Tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək, oradan tranzitlə keçmək və ya orada otuz (30) gündən artıq olmayan müddətdə qalmaq üçün vizanın əldə edilməsi tələb olunmur.
Maddə 2
Digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik missiya, konsulluq və ya beynəlxalq təşkilatda nümayəndəliyin üzvləri xxxx hər bir Tərəfin dövlətinin diplomatik və ya xidməti pasportlara xxxxx xxxx vətəndaşları, o cümlədən onlarla birgə yaşayan və etibarlı diplomatik və ya xidməti pasportlara xxxxx xxxx ailə üzvləri onların iş müddəti ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada qala və xxxx tərk edə bilərlər.
Maddə 3
Tərəflərdən birinin dövlətinin etibarlı diplomatik və ya xidməti pasportlarına xxxxx xxxx vətəndaşları beynəlxalq səyahət üçün açıq xxxx hər hansı dövlət sərhədindən buraxılış məntəqəsindən digər Tərəfin dövlətinin ərazisinə daxil ola və oranı tərk edə bilərlər.
Maddə 4
Bu Saziş Tərəflərdən hər birinin vətəndaşlarının digər Tərəfin ərazisində hazırda qüvvədə xxxx qanun və qaydalara riayət etmək öhdəliyinə təsir etmir.
Maddə 5
1. Tərəflərdən hər birini digər Tərəfin dövlətinin arzuolunmaz hesab etdiyi istənilən vətəndaşının öz dövlətinin ərazisinə daxil olmasından imtina etmək və ya onun orada qalma müddətini qısaltmaq hüququnu özündə saxlayır.
2. Tərəflərdən birinin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində öz diplomatik və ya xidməti pasportunu itirdiyi təqdirdə, o müvafiq tədbirin görülməsi üçün digər Tərəfin dövlətinin səlahiyyətli qurumlarını məlumatlandırır. Müvafiq diplomatik nümayəndəlik və ya konsulluq öz vətəndaşına yeni səyahət sənədini verəcək və qəbul edən Tərəfin səlahiyyətli qurumlarım məlumatlandıracaqdır.
Maddə 6
1. Hər bir Tərəf bu Sazişin məqsədləri üçün onun imzalanmasından sonra 30 (otuz) gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə öz diplomatik və xidməti pasportlarının nümunələrini, o cümlədən hazırda istifadə edilən belə sənədin ətraflı təsvirini digər Tərəfə ötürəcəkdir.
2. Hər bir Tərəf həmçinin öz yeni və ya dəyişdirilmiş diplomatik və xidməti pasportlarının nümunələrini, o cümlədən belə sənədlərin ətraflı təsvirini onların təqdim edilməsindən ən azı 30 (otuz) gün əvvəldən diplomatik kanallar vasitəsilə digər Tərəfə ötürəcəkdir.
Maddə 7
1. Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədi ilə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır. Bu Sazişin tətbiqini dayandırmaq və ya onun dayandırılmasını ləğv etmək haqqında qərar onun qüvvəyə minməsindən 72 (yetmiş iki) saatdan gec olmayaraq digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildirişlə ötürülür.
2. Tərəflərdən hər birinin bu Sazişin tətbiqini dayandırması artıq digər Tərəfin dövlətinin ərazisində xxxx vətəndaşlarının bu Sazişin 1-ci və 2-ci maddələrində qeyd olunmuş hüquqlarına təsir etmir.
Maddə 8
Bu Sazişə Tərəflərin qarşılıqlı yazılı razılığı ilə istənilən zaman dəyişiklik edilə bilər. Tərəflərin razılığa gəldiyi hər hansı dəyişiklik bu Sazişin 10-cu maddəsində müəyyən olunan qaydada qüvvəyə minir.
Maddə 9
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yaranan fikir aynlığı və ya mübahisə Tərəflər arasında məsləhətləşmə və ya danışıqlar yolu ilə həll edilir.
Maddə 10
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
2. Tərəflərdən hər biri digər Tərəfə istənilən vaxt diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu halda Xxxxx digər Tərəfin belə bildirişi aldığı tarixdən 90 (doxsan) gün sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 2012-ci il 18 oktyabr tarixində, iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, bosniya/xorvat/serb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından |
Bosniya və Herseqovina |