Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycan tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycanlı gənclərin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları barədə Əsasnamənin təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 dekabr tarixli 662 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş xxxxxx A. XXXXXXXX
Bakı şəhəri, 6 mart 2001-ci il
№ 56
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikanın tədris müəssisələrində, təhsil almaları işində vahid dövlət qaydasının yaradılması və Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə aldıqları təhsilin səviyyəsinə vahid dövlət tələblərinin təmin edilməsi, xarici ölkə vətəndaşlarının respublikanın tədris müəssisələrində təhsili ilə bağlı kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir.
ÜMUMİ MÜDDƏALAR
Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası xarici ölkələrə milli kadrların hazırlanmasında köməklik göstərir və öz vətəndaşlarını təhsil almaq üçün xarici ölkələrə göndərir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
xarici ölkələrdə təhsil almaq üçün Azərbaycan Respublikası vətəndaşlarının seçilməsi və onların həmin ölkələrə göndərilməsi, həmçinin dövlətlərarası razılaşmalar, o cümlədən təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət təhsil müəssisələrində (Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin tabeliyində xxxx təhsil müəssisələri istisna olmaqla) təhsil almaq üçün qəbul edilməsi ilə bağlı bütün məsələləri həll edir;
təhsil müəssisələrinin digər ölkələrin tədris müəssisələri, assosiasiyaları, ictimai təşkilatları ilə təhsil haqqında bağlanmış bütün müqavilələrinin qeydiyyatını aparır. Müqavilələr nazirlikdə qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minir;
Təhsil Nazirliyinə xxxx xxxx bütün təhsil müəssisələrinin xarici ölkələrin tədris müəssisələri ilə ödənişsiz əsaslarla həyata keçirdiyi tələbə mübadiləsi müqavilələrini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlayır.
Ali məktəblərə qəbul edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - əcnəbi tələbələr) seçdikləri elm, texnika və mədəniyyət sahəsində təhsil alıb yüksək ixtisaslı mütəxəssis olmaq üçün lazımi imkanlar yaradılır.
Əcnəbi tələbələrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etmək, o cümlədən şəxsi mülkiyyətin qorunması, ailə və digər hüquqların müdafiəsi üçün məhkəmə və dövlət orqanlarına müraciət etmək hüququ verilir.
Əcnəbi tələbələrin təhsili respublikanın tədris müəssisələrində qəbul edilmiş vahid təhsil proqramları və tədris planları əsasında həyata keçirilir. Tədris müəssisəsini bitirdikdən sonra əcnəbi tələbələrə təhsil haqqında vahid formada dövlət sənədi verilir.
I. Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xaricə göndərilməsi
1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə təhsil almağa göndərilməsi aşağıdakı əsaslara həyata keçirilir:
hökumətlərarası müqavilələr və Azərbaycan Respublikasının xarici ölkələrlə mədəni və xxxx əməkdaşlıq planları əsasında;
xarici ölkələrin tədris müəssisələrinin, qeyri-hökumət və xeyriyyə təşkilatlarının ayırdıqları təqaüdlər hesabına;
Azərbaycan Respublikası Təhsil Nazirliyinin xarici ölkələrin təhsil qurumları, təhsil müəssisələri və ictimai təşkilatları ilə bağladığı müqavilələr əsasında.
2. Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət xətti ilə təhsil almaq üçün seçilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun razılığı ilə nazirliyə xxxx xxxx tədris müəssisələri tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
3. Qeyri-dövlət xətti ilə xarici ölkələrə təhsil almağa gedən vətəndaş (və yaxud onları göndərən təşkilatlar) onun təhsil almaq üçün seçdiyi ali məktəb və ixtisas haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat verməli və bu məlumatlar nazirlikdə uçota alınmalıdır.
4. Dövlət xətti ilə xaricdə təhsil xxxx Azərbaycan Respublikası vətəndaşlarının təhsilinə nəzarətlə, onların məişət və digər məsələlərinin həlli ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi məşğul olur.
5. Xaricdə təhsil almış vətəndaşların diplomları, xxxx dərəcələri və digər təhsil sənədlərinin tanınması məsələsini müvafiq qanunvericiliyə və beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
6. Azərbaycan Respublikasının vətəndaşları ölkədən kənarda ümumi xxxx təhsil, texniki- peşə təhsili, bakalavr, magistr və digər pillələrdə, həmçinin doktoranturada təhsil ala bilər.
II. Xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil xxxxxx Ümumi müddəalar
Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil ala bilərlər.
Təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə və bu Əsasnaməyə uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin təhsili Azərbaycan dilində aparılır. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla təhsil xarici dillərdə də aparıla bilər.
1. Təhsil müəssisələrinə qəbul şərtləri
1.1. Azərbaycan Respublikasının təhsil və xxxx-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;
təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;
təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.
1.2. Əcnəbi tələbələrin dövlət hesabına təhsili təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.
1.3. Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.
1.4. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil ödənişlidir.
1.5. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərini bitirmiş və müvafiq təhsil sənədi almış Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.
1.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrinə hazırlıq kurslarını bitirib təhsil haqqında müvafiq dövlət sənədi aldıqdan sonra qəbul edilirlər.
1.7. Hazırlıq müvafiq hazırlıq kursları vasitəsilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə xxxxx xxxx əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət sənədi təqdim edilir.
1.8. Ödənişli əsaslarla təhsil almaq hüququ qazanmış əcnəbi tələblər təhsil müəssisəsi ilə bu Əsasnamənin əlavəsinə uyğun olaraq müqavilə bağlayırlar.
1.9. Əcnəbilər üçün ümumtəhsil proqramları Azərbaycan məktəbləri üçün müəyyən edilmiş yaş məhdudiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil etdiyi ümumtəhsil məktəblərində həyata keçirilir.
1.10. Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali məktəblərin bakalavr pilləsinin məzunu xxxx əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra və ya təlim dilini bilərsə eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verildikdən sonra magistr pilləsinə qəbul oluna bilərlər.
1.11. Aspiranturaya qəbul mövcud qaydalara əsasən ali təhsil və xxxx-tədqiqat müəssisələrində həyata keçirilir.
1.12. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mövcud qaydalara əsasən Azərbaycan Respublikasının təhsil və xxxx-tədqiqat müəssisələrində stajkeçmə, ixtisasartırma və yenidən hazırlanma kurslarını keçirlər.
1.13. Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər: təhsil müəssisəsi rəhbərinin adına ərizə;
keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
sağlamlıq və GİÇS haqqında arayışlar;
milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
tərcümeyi-hal;
4x3 ölçüdə 8 ədəd fotoşəkil.
2. Əcnəbi tələbələrin ixtisasını dəyişməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət xxxxxx, bir təhsil müəssisəsindən
başqasına köçürülməsi, xaric olunması və bərpası
2.1. Dövlət xətti ilə təhsil xxxx əcnəbi tələbələrin ixtisasının dəyişdirilməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət xxxxxx, bir təhsil müəssisəsindən başqasına köçürülməsi, xaric olunması və bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsi tərəfindən həyata keçirilir.
2.2. Ödənişli əsaslarla dövlət təhsil müəssisələrində təhsil xxxx əcnəbi tələbələrin ixtisasının dəyişdirilməsi, təkrar kursda saxlanması, təhsil müddətinin uzadılması, akademik məzuniyyət xxxxxx, xaric olunması və bərpası ümumi qaydalara əsasən təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi şəkildə bildirilməklə həyata keçirilir.
2.3. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa əcnəbi tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinə köçürülməsi (bərpası) ümumi qaydalara uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsi tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Köçürülən tələbə müvafiq dil hazırlığı kursunu bitirməsi haqqında dövlət sənədi təqdim etməlidir. Təlim dilini bilməyən əcnəbi tələbə müvafiq dil hazırlığı kursu keçdikdən və şəhadətnamə aldıqdan sonra ali məktəbə köçürülə (bərpa oluna) bilər. Təlim dilini bilən əcnəbi tələbə təhsil müəssisəsində dil hazırlığı üzrə imtahan verməlidir. Əcnəbilərin ödənişli əsaslarla
bir təhsil müəssisəsindən başqasına köçürülməsi (bərpası) zamanı müvafiq baza təhsil proqramının birinci bölümünə daxil xxxx fənlər (humanitar və sosial iqtisadi fənlər) akademik fərq sayılmır.
2.4. Müqavilə şərtlərini pozan əcnəbi tələbələr təhsil müəssisələrindən xaric edilirlər.
2.5. Təhsil müəssisəsinin rəhbərliyi 2 həftə ərzində xaric olunmuş tələbə haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və digər müvafiq təşkilatlara məlumat verməlidir.
3. Azərbaycanda təhsil xxxx əcnəbilərin əsas hüquq və vəzifələri
3.1. Azərbaycan Respublikasında təhsil xxxx əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
3.2. Azərbaycan Respublikasında təhsil xxxx əcnəbi tələbələr:
tədris müəssisəsinin kitabxanasından, oxu zalından, laboratoriya və təcrübə bazasından, idman kompleksindən istifadə edə bilərlər;
kafedralarda xxxx - xxxx-tədqiqat işində, tələbələrin xxxx, ictimai və mədəni tədbirlərində, tələb özünüidarə orqanlarının işində iştirak edə bilərlər;
tədris müəssisəsinin tibb məntəqəsindən pulsuz istifadə edə bilərlər; tələbə yataqxanasında yaşaya bilərlər.
3.3. Əcnəbi tələbəyə dərs vaxtı ölkəni tərk etmək üçün icazə üzürlü səbəb olduqda təhsil müəssisəsinin rəhbərinin vəsatəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
3.4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əcnəbi tələbələrin ölkə ərazisində dini təbliğat və siyasi fəaliyyətlə məşğul olması qadağandır.
3.5. Əcnəbilərin tələbəlik hüququ qazandıqdan sonra onlar üçün şəxsi iş tərtib olunur və təhsil aldıqları müddətdə o həmin təhsil müəssisəsində saxlanılır.
Əcnəbi tələbələrin şəxsi işlərinin tərtibi və saxlanılması üçün təhsil müəssisəsi tərəfindən məsul şəxs təyin edilir. Tələbələrin şəxsi işləri vətənlərinə döndükdən iki il sonra arxivə verilir.
3.6. Təhsil müəssisələrinin əcnəbi tələbələrin təhsili və digər problemləri ilə bağlı xarici ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrini Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə, Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə isə bilavasitə Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.
4. Maddi təminat şərtləri
4.1. Dövlət xətti ilə təhsil almağa gəlmiş əcnəbi tələbələrin maddi təminatının növü və həcmi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Ödənişli əsaslara təhsil xxxx əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maddi təminatı tədris müəssisəsinin rəhbərliyi ilə bağlanmış müqavilə əsasında tənzimlənir.
4.2. Müqavilə yolu ilə təhsil xxxx tələbələrin yataqxanada qalma şərtləri bağlanmış müqavilədə razılaşdırılır.
4.3. Dövlət xətti ilə təhsil xxxx tələbələrə akademik məzuniyyət müddətində təqaüd verilmir.
4.4. Mədəni-kütləvi tədbirlərin (milli bayramlar, festivallar, idman tədbirləri və s.) keçirilməsi üçün tədris müəssisəsinin rəhbərliyi şərait yaradır.
Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnaməyə
ƏLAVƏ
Azərbaycan Respublikasının Təhsil Nazirliyində
qeydə alınmışdır
200 -ci il
Azərbaycan Respublikası təhsil müəssisəsi ilə xarici ölkə vәtәndaşı arasında onun ödənişli təhsil xxxxxx haqqında
MÜQAVİLƏ №
Bakı şəhəri
200 -ci il
Bundan sonra "təhsil müəssisəsi" adlandırılan Azərbaycan Respublikası təhsil müəssisəsinin rəhbəri şəxsində bir tərəfdən və "əcnəbi tələbə" adlandırılan
vətəndaşı digər tərəfdən aşağıdakı məzmunda müqavilə imzaladılar.
I. Müqavilənin məzmunu
Təhsil müəssisəsi ödənişli əsaslarla əcnəbi tələbəyə qəbul olunmuş qaydalara və təhsil proqramlarına uyğun olaraq ixtisası üzrə xxx xxxx təhsili verməyi, əcnəbi tələbə təhsil almağı, hər tədris ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyənləşdirdiyi ABŞ dolları məbləğində təhsil haqqının özü və ya sponsoru tərəfindən təhsil müəssisəsinin hesabına keçirilməsini öhdəsinə götürür.
II. Tərəflərin vəzifələri
2.1. Təhsil müəssisəsi:
əcnəbi tələbi tədris ili başlanana qədər illik təhsil haqqının ən azı 50 faizini təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun təhsil müəssisəsinə qəbul haqqında əmr verir;
təhsil prosesinin yüksək xxxx-metodiki səviyyədə aparılmasını təmin edir;
əcnəbi tələbəyə kitabxana, idman kompleksi, tibbi xidmət, yataqxana, habelə ödənişli əsaslarla təhsil xxxx azərbaycanlı tələbələr üçün müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır;
əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət sənədi verir.
2.2. Əcnəbi tələbə:
təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir; təhsil müəssisəsinin əmlakının korlanmasına yol vermir;
onun təqsiri üzündən təhsil müəssisəsinə vurulmuş zərəri ödəyir.
III. Müqavilənin əlavə şərtləri
3.1. Təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış bu müqaviləni ləğv etmək hüququna malikdir:
daxil intizam qaydaları kobud surətdə pozulduqda;
2.1. bəndində göstərilən müddətdə təhsil haqqı ödənilmədikdə; cinayət məsuliyyətinə cəlb olunduqda;
xarici ölkə vətəndaşları Azərbaycan Respublikasında yaşayış qaydalarını pozduqda.
3.2. Əcnəbi tələbə hər hansı üzürlü və üzürsüz səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda ödənilmiş təhsil haqqı qaytarılmır.
3.3. Müqavilə şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan münaqişələrə Azərbaycan Respublikasının İqtisad Məhkəməsində baxılır.
3.4. Müqavilə imzalandığı tarixdən sayılmaqla 10 gün müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir və qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir.
3.5. Müqavilə Azərbaycan dilində üç nüsxədə tərtib olunmuş və imzalanmışdır. Onun bir nüsxəsi təhsil müəssisəsində əcnəbi tələbənin şəxsi işində, bir nüsxəsi əcnəbi tələbənin özündə, bir nüsxəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyində saxlanılır.
Təhsil müəssisəsinin rəhbəri:
(əcnəbi tələbənin soyadı, adı, atasının adı)
Ünvan: Ünvan:
Bakı şəhəri