Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 2006-cı il mayın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 2006-cı il mayın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 2006-cı il mayın 11-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş;
1.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında Tikinti Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.3- cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1- ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Koreya Respublikası Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti Xxxxx XXXXXX
Bakı şəhəri, 27 sentyabr 2006-cı il
№ 1696
«Azərbaycan» qəzetində dərc edilmişdir (30 sentyabr 2006-cı il, № 221) (
«VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2006-cı il, № 9, maddə 797) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında
Saziş
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti (bundan sonra
«Razılığa gələn Tərəflər» adlandırılacaq),
iki ölkə arasında hazırda mövcud xxxx dostluq əlaqələrini daha da inkişaf etdirmək və gücləndirmək arzusunu rəhbər tutaraq və
Razılığa gələn Tərəflər arasında mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirməyi arzulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Razılığa gələn Tərəflər mədəniyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığı həvəsləndirəcəklər və inkişaf etdirəcəklər.
Maddə 2
Razılığa gələn Tərəflər xüsusilə teatr, bədii və folklor qruplarının, habelə fərdi ifaçıların mübadiləsini, Razılığa gələn digər Tərəfin təşkil etdiyi beynəlxalq film festivallarında
iştirak etmək məqsədilə filmlərin mübadiləsi vasitəsilə kino sahəsində əməkdaşlığı və rəsm əsərlərindən ibarət sərgilərinin mübadiləsini həvəsləndirəcəklər.
Maddə 3
Razılığa gələn Tərəflər hər iki ölkənin muzeyləri, kitabxanaları və arxivləri arasında məlumat mübadiləsini və əməkdaşlığı həvəsləndirəcəklər.
Maddə 4
Razılığa gələn Tərəflər Razılığa gələn digər Tərəfin təşkil etdiyi beynəlxalq konfranslar, seminarlar, müsabiqələr və mədəniyyət məsələləri ilə bağlı digər görüşlərdə öz nümayəndələrinin iştirakına kömək edəcəklər.
Maddə 5
Razılığa gələn Tərəflər hər bir ölkənin rəssamları arasında görüşləri və mübadilələri və mədəniyyət sahəsində mütəxəssis və təcrübə mübadiləsini həvəsləndirəcəklər.
Maddə 6
Razılığa gələn Tərəflər Koreya Respublikasında «Azərbaycan Mədəniyyəti Günlərinin», Azərbaycan Respublikasında isə «Koreya Mədəniyyəti Günlərinin» keçirilməsi üçün səy göstərəcəklər.
Maddə 7
Bu Sazişin həyata keçirilməsi məqsədilə, Razılığa gələn Tərəflər öz nümayəndələrindən ibarət Azərbaycan-Koreya Birgə Komitəsini yaradacaqlar. Birgə Komitə üç ildən bir növbə ilə Bakıda və Seulda görüş keçirəcəkdir. Zərurət olduqda, Razılığa gələn Tərəflər Birgə Komitənin iclasını daha erkən bir tarixdə çağıra bilərlər. Razılığa gələn Tərəflər Sazişin qüvvəyə minməsindən sonra üç ay ərzində diplomatik kanalları vasitəsilə öz nümayəndələri haqqında bir-birini məlumatlandıracaqlar.
Maddə 8
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi xxxx ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 9
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların başa çatması barədə bir-birinə yazılı bildiriş verəcəklər. Saziş sonuncu bildirişin tarixindən qüvvəyə minəcəkdir.
Bu Saziş beş il müddətində qüvvədə olacaqdır və Razılığa gələn Tərəflərdən biri müvafiq müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyətini Razılığa gələn digər Tərəfə yazılı şəkildə bildirməzsə, Saziş avtomatik olaraq növbəti beşillik
müddətlərə uzadılacaqdır.
Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
2006-cı il mayın 11-də Bakı şəhərində iki əsl nüsxədə, hər biri Azərbaycan, Koreya və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Təfsir zamanı fikir ayrılığı meydana çıxdığı təqdirdə, ingilis dilində xxxx mətn üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Koreya Respublikası Hökuməti adından (imza) |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi
arasında Tikinti Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan sonra — Tərəflər adlandırılacaq),
iki ölkənin Hökumətləri arasında qarşılıqlı əməkdaşlığın inkişafına yardım etmək və yuxarıda qeyd olunan nazirliklər arasında əməkdaşlığı gücləndirmək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Bənd 1. Məqsədlər
Bu Anlaşma Memorandumuna (bundan sonra «Memorandum» adlandırılacaq) uyğun olaraq əməkdaşlığın məqsədləri aşağıdakılardır:
a) tikinti və təlim sahəsində müxtəlif sertifikatlara, normalara, texniki standartlara, texnoloji əməliyyatlara uyğun olaraq təcrübənin təkmilləşdirilməsi, tətbiqi və
strategiyaların yeniləşdirilməsi üzrə qarşılıqlı əməkdaşlıq etmək;
b) tikinti sahəsində, tikinti materialları və konstruksiyalar, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərə aid məqsədli xxxx tədqiqat proqramlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə yardım etmək;
c) tikinti sahəsində, tikinti materialları və konstruksiyalar, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərin istifadəsində təhlükəsizliyin təmin olunması üzrə təcrübə mübadiləsi aparmaq;
d) tikinti materiallarının və konstruksiyaların, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərin istifadəsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq olunmasına yardım etmək;
e) hər iki ölkədə istehsal olunan və ölkəyə idxal olunan tikinti materiallarının və konstruksiyaların, tikintidə istifadə olunan avadanlığın, maşın və mexanizmlərin
beynəlxalq standartlara uyğunlaşdırılması, sertifikatlaşdırılması, sınaq laboratoriyalarının akkreditasiya sisteminin yaradılması üzrə birgə iş aparmaq;
f) tikinti sahəsində qabaqcıl texnologiyaları və təcrübələri bölüşmək, xxxx tədqiqat və təcrübə-konstruktor işləri aparmaqla, qarşılıqlı nailiyyətin əldə olunmasını təmin etmək;
Bənd 2. Əməkdaşlığın formaları
Bu Memoranduma uyğun olaraq əməkdaşlığın formaları aşağıdakıları əhatə edir:
a) layihələndirmə və tikinti işləri ilə bağlı məlumat mübadiləsi;
b) ekspertlərin, tədqiqatçıların təhsili və təlimi, bu kadrların qarşılıqlı mübadiləsi;
c) hər iki ölkədən birində və yaxud üçüncü ölkədə tikinti layihələrində birgə fəaliyyət (habelə birgə təşkilatların, müəssisələrin yaradılması);
d) texniki seminarlarda, sərgilərdə və ekspozisiyalarda iştirak etmək;
e) tikinti ilə bağlı işçi qüvvəsinin, materialların, avadanlığın, maşın və mexanizmlərin təmin edilməsinin asanlaşdırılması və
f) hər iki Tərəfin qarşılıqlı olaraq razılaşdırdığı əməkdaşlığın digər formaları.
Bənd 3. Həyata keçirilmə
1. Tərəflər bu Memorandumun məqsədlərinə nail olmaq niyyətilə hökumət və ya özəl təşkilatlar və digər təşkilatlar arasında işgüzar əməkdaşlığın inkişafına yardım etməli və belə təşkilatlar arasında birgə proqramların həyata keçirilməsinə dəstək verməlidirlər.
2. Tərəflər birgə razılaşdırılmış qaydada və müəyyən edilmiş vaxtlarda ekspertlərin işçi görüşünü keçirmək və əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün yerlər müəyyən edə bilərlər.
3. Tərəflərin razılaşdığı təqdirdə, bu Memoranduma uyğun olaraq birgə fəaliyyət üçün çəkilmiş xərcləri hər bir Tərəf özü ödəyəcəkdir.
Bənd 4. Məsləhətləşmələr
Tərəflər digər Tərəfin sorğusu əsasında bu Memorandumun müddəalarına uyğun olaraq hər hansı məsələ barədə məsləhətləşmələr aparacaq və yarana biləcək hər hansı bir anlaşılmazlıq və fikir ayrılığının qarşılıqlı etimad əsasında aradan qaldırılması üçün səy göstərəcəklər.
Bənd 5. Qüvvəyə minmə və ləğv olunma
Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və bu Memorandumun başa
çatdırılması niyyəti barədə bir Tərəfin digərinə doxsan (90) gün əvvəlcədən yazılı bildiriş göndərdiyi tarixədək qüvvədə qalacaqdır. Düzəlişlər Tərəflər arasında yazılı razılıq yolu ilə qüvvəyə minə bilər.
Bakı şəhərində 2006-cı il mayın 11-də iki əsl nüsxədə, Azərbaycan, Koreya və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi adından (imza) | Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi adından (imza) |
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında Nəqliyyat Sahəsində Əməkdaşlıq haqqında
Anlaşma Memorandumu
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan sonra «Tərəflər» adlandırılacaq),
Tərəflər arasında nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığa şərait yaratmaq və onu inkişaf etdirmək, iki ölkənin nəqliyyat müəssisələri və digər təşkilatları arasında tərəfdaşlığı möhkəmləndirmək və genişləndirmək, onların daxili və beynəlxalq bazarlarda rəqabət qabiliyyətliyini artırmaq, həmçinin göstərilən sahədə təcrübə və texnologiyaların qarşılıqlı faydalı mübadiləsini həvəsləndirmək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Bənd 1. Əməkdaşlıq sahələri
Memorandumun müddəalarına uyğun olaraq, əməkdaşlıq avtomobil və dəmir yollarının, liman infrastrukturlarının və digər nəqliyyat infrastrukturlarının inkişafı sahələrində həyata keçiriləcəkdir.
Tərəflər, həmçinin barəsində birgə qərar qəbul etdikləri digər nəqliyyat sahələrində də əməkdaşlıq etmək niyyətindədirlər.
Bənd 2. Əməkdaşlıq formaları
Memorandumun müddəalarına uyğun olaraq, əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:
a) nəqliyyat tikintisi və mühəndisliyi bazarları, eləcə də tikinti işləri üzrə məlumatların mübadiləsi;
b) ekspertlərin, tədqiqatçıların təhsili və təlimi, onların mübadiləsi;
c) Tərəflərin ölkələrində, yaxud üçüncü ölkələrdə layihələndirmə və tikinti layihələrində birgə iştirak (o cümlədən birgə müəssisə və korporasiyalar yaratmaq yolu ilə);
ç) texniki seminarlarda, sərgi və ekspozisiyalarda iştirakın dəstəklənməsi;
d) nəqliyyat tikintisi üçün insan ehtiyatları, avadanlıq və materiallarla təminata kömək;
e) bazara buraxılma, tikintiyə lisenziya alınması və başqa tələblər məsələsində hər iki ölkənin vətəndaşlarının dəstəklənməsi; və
ə) Tərəflərin, barəsində qərar qəbul etdikləri digər əməkdaşlıq formaları.
Bənd 3. Razılaşma çərçivələri
Bu Memorandumun məqsədlərinə nail olmaq üçün Tərəflər hökumət təşkilatları, yaxud özəl təşkilatlar və digər təsisatlar arasında birbaşa əlaqə və əməkdaşlığı təşviq edəcək və onlara yardım göstərəcək, eləcə də göstərilən təşkilatlar arasında əməkdaşlıq üzrə proqramların imzalanmasını dəstəkləyəcəklər.
Tərəflər iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılmasını və onların dostluq əlaqələrini inkişaf etdirmək cəhdlərini dəstəkləyəcəklər.
Əməkdaşlıq yollarını və məlumat mübadiləsini müzakirə etmək üçün Tərəflər ekspertlərin, tarixi və yeri əvvəlcədən razılaşdırılacaq işçi qaydasında görüşünü keçirə bilərlər.
Bənd 4. Məsləhətləşmələr
Hər hansı bir Tərəfin xahişi ilə, Tərəflər bu Memorandumun müddəalarına dair istənilən məsələ üzrə birgə məsləhətləşmələr aparacaq və yaranmış istənilən çətinliklərin, fikir
ayrılıqlarının və ya anlaşılmazlıqların qarşılıqlı inam əsasında həll edilməsinə birgə cəhd edəcəklər.
Bənd 5. Qüvvəyə minmə və qüvvədən düşmə
Bu Memorandum imzalandığı tarixdə qüvvəyə minəcək və Tərəflərdən biri onu ləğv etmək niyyətinə dair 90 (doxsan) gün əvvəlcədən yazılı bildiriş verməklə ləğv edənə qədər qüvvədə qalacaqdır.
Bu Memoranduma Tərəflərin müvafiq yazılı xəbərdarlığından sonra istənilən vaxt düzəlişlər edilə bilər.
Bakı şəhərində 2006-cı il mayın 11-də hər biri Azərbaycan, Koreya və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun müddəalarının təfsiri zamanı fikir ayrılığı meydana çıxdığı təqdirdə, ingilis dilində xxxx mətn üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi adından (imza) | Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi adından (imza) |