Kazus
Kazus
Faktlar: 12 aprel 2006-cı ildə ərizəçi, cənab X.-lə 25000 avroya nəqliyyat vasitəsinin alqı-satqısı haqqında müqavilə bağlayır. Nəqliyyat vasitəsinin şassisinin yoxlanılması üçün 6 oktyabr 2008- ci ildə Daxili İşlər Nazirliyi nəqliyyat vasitəsini və onun qeydiyyat sənədini müvəqqəti olaraq götürdü. Bununla bağlı müvafiq sənədləşmə tərtib olundu. 1 fevral 2010-cu ildə birinci instansiya məhkəməsi cənab X.-i sənədləri saxtalaşdırmağa görə məhkum etdi. Məhkəmə qeyd etdi ki, cənab X.-in nəqliyyat vasitəsinin şassi nömrəsini dəyişdirdiyi sübuta yetirilmədi. Eləcə də şassi nömrəsini dəyişən şəxsin kimliyi - təqsirləndirilən şəxs müəyyən olunmadı.Cinayət işində mülki iddiaçı kimi çıxış edən ərizəçiyə isə məhkəmə izah etdi ki, dəymiş zərərin əvəzinin ödənilməsi mülki qaydada cənab X-dən tələb edə bilər. Hökm qanuni qüvvəyə xxxxx. Daha sonra ərizəçi birinci instansiya məhkəməsinə müraciət edərək nəqliyyat vasitəsinin xxxx qaytarılmasını xahiş etdi və bildirdi ki, onu 25000 avroya alıb və onu əldə edən zaman şassisi nömrəsinin saxtalaşdırıldığını bilmirdi və bilə də bilməzdi. Birinci instansiya məhkəməsi iddianı təmin etdi və onunla əsaslandırdı ki, ərizəçi bilmirdi və bilə bilməzdi ki, nəqliyyat vasitəsi cinayətin törədilməsinin obyekti olmuşdur. Məhkəmə eyni zamanda qeydiyyat sənədlərinin ərizəçiyə xxxx qaytarılmasını qərara aldı.Prokokurorun protesti əsasında qərar ləğv edildi və apellyasiya instansiyası məhkəməsi müəyyən etdi ki, cəmiyyətin maraqları naminə həmin nəqliyyat vasitəsi istismar üçün yararlı deyildir, belə ki, saxtalaşdırılmış şassili nəqliyyat vasitəsindən istifadə yol hərəkəti qaydalarının iştirakçıları üçün təhlükəsiz deyildir. Eləcə də onun istismarının davam etdirilməsi saxtlalaşdırılmış sənədin istifadəsinin davam etdirilməsi ilə nəticələnəcəkdir. Yekun məhkəmə aktına əsasən, məhkəmə ərizəçinin ərizəsini rədd etdi və nəqliyyat vasitəsinin və onun sənədinin müsadirəsi haqqında qərar qəbul etdi.
Ərizəçi hazırki işdə 1 xxxxx Protokolun 1-ci maddəsi baxımından mülkiyyətindən məhrum edildiyini və nəticədə üzərinə fərdi və həddən artıq ağır xxx qoyulduğunu iddia edir.
MÖVQEYİNİZ
Hazırladı: Xxxxx Xxxxxxxxxxxxx