AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” 2012-ci il aprelin 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
№ 400-IVQ
Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında
Saziş
Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti (bundan sonra - Tərəflər);
1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın Tərəfləri olaraq;
öz müvafiq əraziləri arasında beynəlxalq hava əlaqələrinə yardım etməyi arzu edərək;
aviasiya şirkətləri arasında mövcud xxxx rəqabətə əsaslanaraq, beynəlxalq aviasiya sisteminə yardım etməyi arzu edərək; və
beynəlxalq hava daşımalarında uçuşların və aviasiyanın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunmasını arzu edərək, şəxslərin və ya mülkiyyətin təhlükəsizliyinə xətər yetirə bilən, hava əlaqələrinin yerinə yetirilməsinə mənfi təsir göstərən və ictimaiyyətin mülki aviasiyaya xxxx inamına xələl gətirən hava gəmilərinin təhlükəsizliyinə qarşı akt və hədələrə dair ciddi narahatlıqlarını bir daha ifadə edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1 Təriflər
Bu Sazişin məqsədləri üçün, məzmun başqa cür tələb etmədikdə; aşağıdakı terminlər növbəti mənaları ifadə edirlər:
(1) aviasiya hakimiyyəti orqanları - Azərbaycan Respublikasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və ya sözügedən təşkilatın yerinə yetirdiyi funksiyaları və ya oxşar funksiyaları yerinə yetirmək üçün səlahiyyət verilmiş hər hansı şəxs və Hindistan Respublikasına münasibətdə Mülki Aviasiyanın Baş Direktoru və ya sözügedən təşkilatın yerinə yetirdiyi funksiyaları və ya oxşar funksiyaları yerinə yetirmək üçün səlahiyyət verilmiş hər hansı şəxsdir;
(2) Saziş - bu Saziş, onun Əlavəsi və ona edilən hər hansı düzəlişlərdir;
(3) Konvensiya - Konvensiyanın 94(a) maddəsinə əsasən qüvvəyə minmiş və Tərəflərin hər biri tərəfindən ratifikasiya olunmuş hər hansı düzəliş, habelə Konvensiyanın 90-cı maddəsinə əsasən qəbul edilmiş Tərəflərin hər biri üçün müəyyən olunmuş hər hansı müddət ərzində qüvvədə xxxx hər hansı Əlavəsi və ya ona edilən hər hansı düzəliş də daxil olmaqla, 1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyadır;
(4) hava əlaqəsi, beynəlxalq hava əlaqəsi, aviasiya şirkəti və qeyri-kommersiya məqsədləri ilə dayanma — Konvensiyanın 96-cı maddəsində müəyyən edilmiş mənaları bildirir;
(5) təyin edilmiş aviasiya şirkəti - bu Sazişin 3-cü maddəsinə (Təyinetmə və səlahiyyət) uyğun olaraq, təyin olunmuş və səlahiyyət verilmiş aviasiya şirkəti deməkdir;
(6) tarif - sərnişinlərin (və onların baqajının) və/və ya yükün (poçt istisna olunmaqla) daşınması üçün hava əlaqəsində aviasiya şirkətləri, o cümlədən onların agentləri tərəfindən xxxxxx xxxx, dəyər və ya ödəniş və belə haqqın, dəyərin və ya ödənişin əldə
edilməsini tənzimləyən şərtlərdir;
(7) ərazi - Tərəflərə münasibətdə Konvensiyanın 2-ci maddəsi ilə müəyyən olunmuş mənaya malikdir; və
(8) istifadəçi haqqı — xxxx xxxxxx əmlakından, aeronaviqasiya və ya aviasiya təhlükəsizliyi avadanlığından istifadəyə, o cümlədən onunla bağlı xidmətlərə və hava gəmiləri, onların heyətləri, sərnişinləri və yükləri üçün müvafiq avadanlığa görə aviasiya şirkəti üçün müəyyən edilmiş haqdır.
Maddə 2
Hüquqların verilməsi
1. Tərəflərdən hər biri digər Tərəfə bu Sazişin Əlavəsinin müvafiq bölməsində və ya hissəsində müəyyən olunan planlaşdırılmış beynəlxalq hava əlaqəsinin yaradılması məqsədi ilə bu Sazişdə müəyyən olunan hüquqları verir. Belə xidmətlər və marşrutlar bundan sonra müvafiq olaraq, “razılaşdırılmış xidmətlər” və “müəyyən edilmiş marşrutlar” kimi adlandırılacaqdır.
2. Bu Sazişin müddəaları nəzərə alınmaqla, hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) aşağıdakı hüquqlardan istifadə edəcəkdir.
(a) digər Tərəfin ərazisi üzərindən yerə enmədən uçub keçmək;
(b) qeyri-kommersiya məqsədləri ilə digər Tərəfin ərazisində dayanmaq; və
(c) bu Sazişin Əlavəsində həmin marşrut üçün müəyyən olunmuş məntəqələrdə razılaşdırılmış xidməti yerinə yetirərkən, hər bir Tərəfin təyin etdiyi aviasiya şirkəti (şirkətləri), digər Tərəfin ərazisində beynəlxalq xxx və sərnişinləri, o cümlədən poçtu ayrılıqda və birgə yükləmək və boşaltmaq hüququna malik olacaqdır.
3. Bu Sazişin 3-cü maddəsinə əsasən təyin olunanlardan başqa, hər bir Tərəfin aviasiya şirkəti (şirkətləri), bu maddənin 2-ci bəndinin (a) və (b) yarımbəndlərində qeyd edilən hüquqlardan istifadə edəcəkdir.
4. Bu maddənin 2-ci bəndindəki heç bir müddəa bir Tərəfin təyin edilmiş aviasiya şirkətinə (şirkətlərinə) poçt da daxil olmaqla, sərnişinləri və yükü digər Tərəfin ərazisindəki bir məntəqədən digərinə daşımaq hüququ vermir.
5. Əgər xüsusi və fövqəladə vəziyyətlər səbəbindən, bir Tərəfin təyin edilmiş aviasiya şirkəti öz adi marşrutu üzrə xidməti yerinə yetirə bilmirsə, digər Tərəf, Tərəflərin qarşılıqlı olaraq qərara aldığı kimi, belə xidmətin müvəqqəti olaraq dəyişdirilmiş müvafiq marşrut üzrə davam etdirilməsinə kömək etmək üçün səy göstərəcəkdir.
6. Bir Tərəfin təyin edilmiş aviasiya şirkətləri ayrı-seçkiliyə yol verilməməklə, digər Tərəfin təmin etdiyi hava yollarından, hava limanlarından və digər qurğularından istifadə etmək hüququna malik olacaqdır.
Maddə 3 Təyinetmə və səlahiyyət
1. Tərəflərdən hər biri müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətlərin yerinə yetirilməsi məqsədi ilə aviasiya şirkəti və ya aviasiya şirkətlərini təyin etmək və bu cür təyinatları ləğv etmək və ya dəyişmək hüququna malikdir. Belə təyinatlar yazılı
surətdə edilməli və diplomatik kanallar vasitəsilə digər Tərəfə göndərilməli və aviasiya şirkətinin bu Sazişin Əlavəsində qeyd olunan hava əlaqəsinin növünü yerinə yetirmək hüququna malik olub-olmamasını müəyyən etməlidir.
2. İstismar səlahiyyətləri məqsədi ilə nəzərdə tutulmuş forma və qaydada bu cür təyinatı və hər iki Tərəfin təyin edilmiş aviasiya şirkətindən (şirkətlərindən) ərizəni aldıqdan sonra digər Tərəfin aviasiya hakimiyyəti orqanı ən az gecikdirmə ilə aşağıdakıları təmin etməklə müvafiq istismar səlahiyyətlərini verəcəkdir:
(a) həmin aviasiya şirkəti üzərində faktiki sahibliyi və effektiv nəzarəti aviasiya şirkətini təyin etmiş Tərəf və ya onun vətəndaşları yerinə yetirir;
(b) təyin edilmiş aviasiya şirkəti ərizəyə baxan Tərəfin, adətən beynəlxalq hava əlaqəsinə tətbiq etdiyi qanun və qaydalara əsasən müəyyən olunmuş şərtlərə cavab verir; və
(c) aviasiya şirkətini təyin edən Tərəf bu Sazişin 9-cu maddəsində (Uçuşların təhlükəsizliyi) və 10-cu maddəsində (Aviasiya təhlükəsizliyi) ifadə olunan standartlara riayət edir və onları həyata keçirir.
Maddə 4
İstismar səlahiyyətinin ləğv olunması və ya dayandırılması
1. Tərəflərdən hər biri digər Tərəfin təyin etdiyi aviasiya şirkətinə verilmiş istismar səlahiyyətini aşağıdakı hallarda ləğv edə və ya dayandıra, yaxud zəruri hesab etdiyi şərtləri təyin edə bilər:
(a) həmin aviasiya şirkəti üzərində faktiki sahibliyi və effektiv nəzarəti aviasiya şirkətini təyin etmiş Tərəf və ya onun vətəndaşları yerinə yetirmədikdə;
(b) həmin aviasiya şirkəti bu Sazişin 6-cı maddəsində (Qanunların tətbiqi) istinad olunan qanun və qaydalara riayət etmədikdə; və ya
(c) digər Tərəf bu Sazişin 9-cu maddəsində (Uçuşların təhlükəsizliyi) ifadə olunan standartlara riayət etmədikdə və onları həyata keçirmədikdə.
2. Bu maddənin 1-ci bəndinin (b) və (c) yarımbəndlərinə dair gələcək uyğunsuzluqların qarşısını almaq üçün, təxirəsalınmaz tədbirlərin olduğu hallar istisna edilməklə, bu maddə ilə müəyyən edilən hüquqlar yalnız digər Tərəflə məsləhətləşmələrdən sonra həyata keçiriləcəkdir.
3. Bu maddə hər hansı Tərəfin bu Sazişin 10-cu maddəsinin (Aviasiya təhlükəsizliyi) müddəalarına müvafiq olaraq, digər Tərəfin aviasiya şirkətinə verilmiş istismar səlahiyyətini xxxx götürmək, ləğv etmək, məhdudlaşdırmaq və ya onlara şərt qoymaq hüququnu məhdudlaşdırmır.
Maddə 5
Razılaşdırılmış xidmətlərin həyata keçirilməsini tənzimləyən prinsiplər
1. Hər iki Tərəfin təyin edilmiş aviasiya şirkətləri, özlərinin müvafiq əraziləri arasında müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün ədalətli və bərabər imkana malik olacaqlar.
2. Hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən təmin olunacaq tutum və yerinə yetiriləcək xidmətlərin tezliyi hər iki Tərəf arasında razılaşdırılmalıdır.
3. Hər bir Tərəfin təyin edilmiş aviasiya şirkətləri tərəfindən təmin olunacaq tutumda və yerinə yetiriləcək xidmətlərin tezliyində hər xxxxx xxxxx Tərəflər arasında razılaşdırılmalıdır. Bu cür razılaşma və ya tənzimlənmənin əldə olunmasına qədər qüvvədə xxxx xxxxx və tezliklər istifadə ediləcəkdir.
Maddə 6
Milli qanunvericiliyin tətbiqi
1. Bir Tərəfin ərazisinə daxil olarkən, ərazisi daxilində və ya ərazini tərk edərkən, onun hava gəmisinin istismarı və naviqasiyası ilə bağlı normativ hüquqi aktlarına digər Tərəfin aviasiya şirkəti tərəfindən riayət olunmalıdır.
2. Bir Tərəfin ərazisinə daxil olarkən, ərazisi daxilində və ya həmin ərazini tərk edərkən, onun həmin əraziyə sərnişinlərin, ekipajın, baqajın və ya yükün hava gəmisinə götürülməsi və ya ərazini tərk etməsin aid xxxx qanunlarına, qaydalarına və prosedurlarına (o cümlədən, daxilolma, rəsmiləşdirmə, aviasiya təhlükəsizliyi, immiqrasiya, sərhəd nəzarəti, gömrük, valyuta, sağlamlıq, sanitariya və karantinə aid xxxx qaydalar, yaxud poçt olduqda poçt qaydaları) digər Tərəfin təyin edilmiş aviasiya şirkətlərinin sərnişinləri, ekipajı və ya xxx göndərənləri tərəfindən və ya onların adından riayət olunacaqdır.
3. Tərəflərdən heç biri bu maddədə nəzərdə tutulan qanun, qayda və prosedurların tətbiqində oxşar beynəlxalq hava əlaqəsinə cəlb edilən təyin edilmiş aviasiya şirkətinə münasibətdə öz aviasiya şirkətinə və ya başqa aviasiya şirkətinə üstünlük verməyəcəkdir.
4. Hər hansı Tərəfin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahələri tərk etməyən sərnişinlər, baqaj və xxx zorakılıq, hava piratçılığı, narkotik maddələrə və s. qarşı təhlükəsizlik tədbirləri ilə bağlı yoxlama istisna edilməklə, sadələşdirilmiş nəzarətdən başqa hər hansı yoxlamadan keçməyəcəklər.
Maddə 7 İstifadəçi haqqı
1. Hər bir Tərəfin səlahiyyətli qiymət təyin edən orqanları tərəfindən digər Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə təyin oluna biləcək istifadəçi haqları bütün istifadəçi kateqoriyaları arasında ədalətli, əsaslandırılmış şəkildə və ayrı-seçkiliyə yol verilmədən müəyyən edilməlidir. Belə istifadəçi haqları digər Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) üçün belə haqların qiymətləndirilməsi, qiymətləndirilmə aparılan zaman hər hansı başqa aviasiya şirkəti üçün mövcud xxxx şərtlərdən az sərfəli xxxx şərtlərlə yerinə yetirilməməlidir.
2. Digər Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) üçün təyin olunan istifadəçi haqları müvafiq xxxx xxxxxx, habelə hava limanında və ya xxxx xxxxxx sistemi daxilində ekoloji, aeronaviqasiya və aviasiya təhlükəsizliyi qurğularını və xxxx xxxxxx daxilində və sistemində xidmətləri təmin edən səlahiyyətli qiymət təyin edən orqanların tam xərclərinə, xxxxx bu xərcləri aşmamaq şərtilə təsir edə bilər. Belə tam xərcə amortizasiyadan sonra aktivlərin rentabelliyi də daxil ola bilər. Ödənişlərin tələb edildiyi qurğu və xidmətlər səmərəli və qənaətli əsasda təmin olunmalıdır.
3. Hər bir Tərəf öz ərazisindəki səlahiyyətli qiymət təyin edən orqanlar, xidmət və
qurğuları istifadə edən təyin edilmiş aviasiya şirkəti (şirkətləri) arasında məsləhətləşmələrin keçirilməsinə şərait yaradacaqdır. Hər bir Tərəf səlahiyyətli qiymət təyin edən orqanlar və aviasiya şirkətləri arasında bu maddənin 1-ci və 2-ci bəndlərində qeyd olunan prinsiplərə uyğun olaraq haqların əsaslılığının dəqiq və şəffaf şəkildə yoxlanılması üçün zəruri ola biləcək informasiyanın mübadilə olunmasına şərait yaradacaqdır. Hər bir Tərəf istifadəçi haqlarında hər hansı dəyişiklik həyata keçirilməzdən əvvəl istifadəçilərin öz rəylərini bildirməsinə imkan vermək məqsədi ilə, belə dəyişikliklər üçün verilən hər hansı təklif barədə istifadəçilərə münasib bildiriş verəcəkdir.
4. Tərəflərdən heç biri bu Sazişin 20-ci maddəsinə (Mübahisələrin həlli) əsasən mübahisələri həlletmə prosesində aşağıdakı hallarda bu maddənin şərtlərini pozmuş hesab olunmur:
(i) o, münasib vaxt ərzində digər Tərəfin şikayətinə səbəb xxxx xxxx və ya qaydanı yoxlamışdırsa və
(ii) belə yoxlamadan sonra o, bu maddəyə uyğun olmayan hər xxxxx xxxx və ya qaydaya düzəliş etmək üçün öz səlahiyyəti daxilində bütün addımları atmışdırsa.
Maddə 8
Gömrük rüsumları və haqları
1. Hər bir Tərəf qarşılıqlı razılıq prinsipi əsasında digər Tərəfin təyin edilmiş aviasiya şirkətini (şirkətlərini) öz milli qanunvericiliyinə əsasən hava gəmisi, yanacaq, sürtgü yağları, sərf olunan texniki ehtiyatlar, ehtiyat hissələr, o cümlədən mühərriklər, standart hava gəmisinin-avadanlığı, hava gəmisi üçün ehtiyat (o cümlədən, məhdudiyyət qoyulmadan, yalnız hava gəmisinin istismarı və ya ona xidmət üçün satılmaq və ya istifadə olunmaq üçün nəzərdə tutulan qida, içkilər və likyor, siqaret və başqa məhsullar), habelə çap olunmuş bilet ehtiyatı, avia-qaimələr, üzərində şirkətin embleminin çap olunduğu çap materialları və təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən ödənişsiz paylanan standart reklam materialı üçün nəzərdə tutulan gömrük vergi və rüsumlarından və digər xxxxx xxxxx və ödənişlərdən tam olaraq azad edir.
2. Bu maddənin 1-ci bəndində qeyd edilən əşyalar yalnız aşağıdakı hallarda ödənişlərdən azad ediləcəkdir:
(a) Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən və ya onun adından digər Tərəfin ərazisinə gətirildikdə;
(b) Tərəflərdən birinin ərazisinə gələrkən və ya oranı tərk edərkən, digər Tərəfin təyin etdiyi aviasiya şirkətinə (şirkətlərinə) məxsus hava gəmisində saxlandıqda; və ya
(c) razılaşdırılmış xidmətləri yerinə yetirərkən, istifadə etmək məqsədilə bir Tərəfin ərazisində digər Tərəfin təyin etdiyi aviasiya şirkətinə (şirkətlərinə) məxsus hava gəmisinə götürüldükdə.
3. Bu maddəyə əsasən vergilərdən azadolmaları belə elementlərin azadolmanı təmin edən Tərəfin ərazisi daxilində tamamilə istifadə və ya sərf olunub-olunmamasından asılı olmayaraq, belə elementlərə sahiblik hüququ qeyd olunan Tərəfin ərazisində başqa şəxsə verilmək şərtilə tətbiq olunur.
4. Hər hansı Tərəfin təyin edilmiş aviasiya şirkətlərinin hava gəmisində, adətən saxlanılan standart hava gəmisi avadanlığı, habelə material və ehtiyatlar digər Tərəfin
ərazisində yalnız həmin Tərəfin gömrük orqanlarının icazəsi ilə boşaldıla bilər. Belə hallarda onlar təkrar ixrac olunanadək və ya gömrük qaydalarına uyğun olaraq, barələrində başqa cür sərəncam verilənədək, həmin gömrük orqanlarının nəzarəti altında saxlanıla bilərlər.
Maddə 9
Uçuşların təhlükəsizliyi
1. Tərəflərdən biri aviasiya qurğuları, hava gəmisi ekipajları, hava gəmisi və təyin edilmiş aviasiya şirkətinin (şirkətlərinin) fəaliyyətinə aid xxxx, digər Tərəfin təyin etdiyi aviasiya şirkətilə əlaqədar riayət olunan təhlükəsizlik standartları ilə bağlı məsləhətləşmələr keçirilməsini tələb edə bilər. Bu cür məsləhətləşmələr tələbin irəli sürüldüyü tarixdən etibarən 30 gün və ya Tərəflər arasında razılaşdırıla biləcək daha uzun müddət ərzində keçirilir.
2. Əgər belə məsləhətləşmələrdən sonra, Tərəflərdən biri həmin vaxt Konvensiyaya uyğun olaraq müəyyən olunmuş standartlara cavab verən, bu maddənin 1-ci bəndində istinad olunan sahələrdəki təhlükəsizlik standartları digər Tərəfin təyin etdiyi aviasiya şirkətinə (şirkətlərinə) münasibətdə effektiv şəkildə təmin edilmədiyini və ona riayət olunmadığını aşkar edərsə, onda digər Tərəfə aşkar olunmuş hallar və minimum standartlara cavab vermək üçün zəruri hesab olunan addımlar barədə bildiriş veriləcək və digər Tərəf müvafiq düzəliş tədbirlərini həyata keçirəcəkdir.
3. Əgər 30 gün müddətində müvafiq düzəliş tədbiri görülməzsə, Tərəflərdən hər biri digər Tərəfin təyin edilmiş aviasiya şirkətinin (şirkətlərinin) istismar səlahiyyətini müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
4. Tərəflər razılaşırlar ki, bir Tərəfin aviasiya şirkəti tərəfindən digər Tərəfin ərazisinə və ya onun ərazisindən hava daşımalarını həyata keçirmək üçün istifadə edilən hər hansı hava gəmisi digər Tərəfin ərazisində olarkən, əsassız ləngiməyə gətirib çıxarmaması şərtilə, hava gəmisinin və onun ekipajının sənədlərinin etibarlılığının, hava gəmisinin və onun avadanlığının vəziyyətinin yoxlanması məqsədilə digər Tərəfin aviasiya hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri tərəfindən hava gəmisində və onun ətrafında yoxlama (bu maddədə yoxlama “perronda yoxlama” adlanır) həyata keçiriləcəkdir.
5. Əgər hər xxxxx xxxxxx yoxlaması və ya yoxlamalar seriyası:
a) hava gəmisi və hava gəmisinin istismarının həmin vaxt Konvensiyaya əsasən müəyyən olunmuş minimum standartlara cavab vermədiyi barədə ciddi narahatçılığa; və ya
b) həmin vaxt Konvensiyaya əsasən uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş standartlara effektiv şəkildə riayət olunmaması barədə ciddi narahatçılığa səbəb olarsa,
yoxlamanı həyata keçirən Tərəf, Konvensiyanın 33-cü maddəsinin məqsədləri üçün azad şəkildə belə bir nəticəyə gələ bilər ki, həmin hava gəmisinə və ya hava gəmisinin ekipajına verilmiş və ya etibarlı hesab edilən sertifikat və ya lisenziyalarla əlaqədar tələblər, yaxud hava gəmisinin istismar olunduğu tələblər Konvensiyaya əsasən müəyyən olunmuş minimum standartlara bərabər deyil və ya onlardan yüksəkdir.
6. Əgər bu maddənin 4-cü bəndinə uyğun olaraq, bir Razılığa Gələn Tərəfin aviasiya
şirkəti tərəfindən istismar olunan hava gəmisinin xxxxxx yoxlamasının keçirilməsinə həmin hava gəmisinin nümayəndəsi tərəfindən icazə verilməzsə, digər Tərəf bu maddənin 5-ci bəndində qeyd edilən ciddi narahatçılıqların olduğunu düşünməkdə və həmin bənddə istinad olunan nəticələrə gəlməkdə azaddır.
7. Xxxxxx yoxlanışı, xxxxxx yoxlanışı seriyası, xxxxxx yoxlanışına buraxılışdan imtina, məsləhətləşmə və ya aviasiya şirkətinin uçuşlarının təhlükəsizliyi üçün digər təcili tədbirlərin görülməsinin zəruriliyi barədə birinci Tərəfin qərara gəlməsi halında, hər bir Tərəf digər Tərəfin aviasiya şirkətinin və ya aviasiya şirkətlərinin istismar səlahiyyətlərini dərhal dayandırmaq və ya dəyişmək hüququnu özündə saxlayır.
8. Bu maddənin 3-cü və ya 7-ci bəndlərinə uyğun olaraq, bir Tərəfin gördüyü hər hansı tədbir belə tədbirin görülməsi üçün əsas aradan qaldırıldıqdan sonra dayandırılır.
Maddə 10 Aviasiya təhlükəsizliyi
1. Beynəlxalq hüquq normalarına əsasən öz hüquq və öhdəliklərinə uyğun olaraq, Tərəflər bir daha təsdiq edirlər ki, qeyri-qanuni müdaxilə hərəkətlərinə qarşı mülki aviasiyanın təhlükəsizliyinin qorunması ilə əlaqədar onların bir-biri qarşısındakı öhdəliyi bu Sazişin ayrılmaz hissəsini təşkil edir. Beynəlxalq hüquq normalarına əsasən onların hüquq və öhdəliklərinin ümumiliyini məhdudlaşdırmadan, Tərəflər xüsusilə 1963-cü il sentyabrın 14-də Tokioda imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”, 1970-ci il dekabrın 16-da Haaqada imzalanmış “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya”, 1971-ci il sentyabrın 23-də Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya”, 1988-ci il fevralın 24-də Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiyaya Protokol” və Tərəflərin hər ikisinin üzv olduğu aviasiya təhlükəsizliyi haqqında hər hansı başqa konvensiyanın şərtlərinə uyğun olaraq hərəkət edirlər.
2. Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi hallarına və belə hava
gəmilərinin, onların sərnişinlərinin və ekipajının, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı yönəldilən başqa qanunsuz hərəkətlərin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınmasında bir-birinə xahiş əsasında bütün lazımi yardımı göstərəcəklər.
3. Tərəflər qarşılıqlı fəaliyyət göstərərkən, Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən müəyyən edilən aviasiya təhlükəsizliyi ilə bağlı bütün standartlara və Konvensiyanın müvafiq Əlavələrinə uyğun qaydada, hər iki Tərəf qeydiyyata aldıqları hava gəmilərinin istismarçılarının, yaxud əsas fəaliyyət yeri və ya daimi yeri onların ərazisində olan hava gəmilərinin istismarçılarının, eyni zamanda onların öz ərazisindəki hava limanlarının istismarçılarının aviasiya təhlükəsizliyi üzrə belə müddəalara müvafiq surətdə fəaliyyət göstərmələrini tələb edəcəklər.
4. Hər bir Tərəf əraziyə daxilolma və ərazini tərketmə ilə əlaqədar digər Tərəfin tələb etdiyi təhlükəsizlik şərtlərinə riayət etməyə və hava gəmisini mühafizə etmək üçün lazımi tədbirlər görülməsinə, habelə sərnişinlərin, ekipajın və onlara aid baqajın və əl yüklərinin, həmçinin xxx və xxxx ehtiyatlarının hava gəmisinə minmə və ya yüklənmə
vaxtı və ya ondan əvvəl yoxlanılmasına razılıq verir. Hər bir Tərəf konkret təhlükə ilə əlaqədar xüsusi-təhlükəsizlik tədbirlərinin görülməsi barədə digər Tərəfin istənilən sorğusunu müsbət qarşılayacaqdır.
5. Mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi və ya bu cür hava gəmilərinin, onların sərnişinlərinin və ekipajın, hava limanlarının və ya aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı başqa qanunsuz hərəkətlərlə bağlı insident və ya insident təhlükəsi yarandıqda, Tərəflər bu cür insidenti və ya təhlükəni mümkün qədər minimum risklə tez bir şəkildə aradan qaldırmaq məqsədilə kommunikasiyanı asanlaşdırmaq və digər müvafiq tədbirləri görməklə bir-birinə kömək göstərəcəklər.
6. Əgər bir Tərəf digər Tərəfin bu maddənin aviasiya təhlükəsizliyi ilə bağlı müddəalarını pozduğunu hesab etmək üçün məntiqə uyğun əsaslara malik olarsa, həmin Tərəfin aviasiya hakimiyyəti orqanı digər Tərəfin aviasiya hakimiyyəti orqanı ilə dərhal məsləhətləşmələr keçirilməsini tələb edə bilər. Belə tələbin verildiyi tarixdən sonra 15 gün müddətində qənaətbəxş razılığın əldə olunmaması həmin Tərəfin təyin edilmiş aviasiya şirkətinin (şirkətlərinin) istismar səlahiyyətinin xxxx götürülməsi, ləğv olunması, məhdudlaşdırılması və ya ona şərt qoyulması üçün əsas verəcəkdir. Vəziyyətdən asılı olaraq, Tərəflərin hər biri 15 gün başa çatanadək müvəqqəti tədbir görə bilər.
7. Bu maddənin 6-cı bəndinə uyğun olaraq görülən hər hansı tədbir digər Tərəfin bu maddənin şərtlərinə riayət etdiyi zaman dayandırılacaqdır.
Maddə 11
Kommersiya imkanları və vergitutma
1. Hər bir Tərəfin aviasiya şirkəti (şirkətləri) hava əlaqəsinin və digər köməkçi məhsulların və hava əlaqəsini yerinə yetirmək üçün tələb edilən qurğuların reklam olunmasının və satışının həyata keçirilməsi üçün digər Tərəfin ərazisində ofislər yaratmaq hüququna malik olacaqdır.
2. Hər bir Tərəfin aviasiya şirkəti (şirkətləri) digər Tərəfin əraziyə daxilolma, orada qalma və işəgötürmə ilə əlaqədar normativ hüquqi aktlarına uyğun olaraq, hava əlaqəsinin həyata keçirilməsi üçün tələb olunan idarəetmə, satış, texniki, istismar işçi heyətini və başqa mütəxəssisləri, habelə başqa köməkçi məhsul və qurğuları həmin digər Tərəfin ərazisinə gətirmək və orada saxlamaq hüququna malik olacaqdır. İşçi heyətinə xxxx belə tələbat, aviasiya şirkətinin seçiminə əsasən, onun hər hansı millətdən xxxx öz heyəti hesabına və ya digər Tərəfin ərazisində fəaliyyət göstərən və bu cür digər Tərəfin ərazisində eyni qəbildən xxxx xidmətləri yerinə yetirmək səlahiyyətinə xxxxx xxxx hər hansı başqa aviasiya şirkəti, təşkilat və ya şirkətin xidmətlərindən istifadə etməklə ödənilə bilər.
3. Hər bir Tərəfin hər hansı aviasiya şirkəti digər Tərəfin ərazisində hava əlaqəsinin, habelə onun köməkçi məhsullarının, xidmətlərinin və qurğularının satışını birbaşa və aviasiya şirkətinin seçiminə əsasən, özünün agentləri vasitəsilə həyata keçirə bilər. Bu məqsədlə aviasiya şirkəti öz daşıma sənədlərini istifadə etmək hüququna malikdir və istənilən şəxs həmin ərazidə belə daşımanı və onun köməkçi məhsullarını, xidmətlərini və qurğularını həmin ərazinin valyutası ilə və göstərilən Tərəfin qanunvericiliyi ilə qadağan edilmədiyi halda, həmçinin hər hansı sərbəst dönərli valyutada satmaqda sərbəst olacaqdır.
4. Hər bir Tərəfin aviasiya şirkəti (şirkətləri), tələbə əsasən, hava əlaqəsi üzrə daşımalar, onun köməkçi məhsulları, xidmətləri və qurğularının satışı ilə əlaqədar əldə olunan yerli gəlirlərin artıq hissəsini, habelə belə gəlirlər üzrə əldə olunan faizləri (o cümlədən, köçürülməli xxxx depozitlər üzrə qazanılan faizləri) azad şəkildə konversiya və köçürmək hüququna malik olacaqdır. Konversiya və köçürməyə, onlarla əlaqədar məhdudiyyət və ya vergilər olmadan, aviasiya şirkəti tərəfindən köçürmə üçün ilkin ərizə verildiyi tarixdə xxxx əməliyyatlara tətbiq olunan mübadilə kursu ilə icazə verilməlidir.
5. Hər bir Tərəfin aviasiya şirkətinə (şirkətlərinə) digər Tərəfin ərazisində yanacağın alınması da daxil olmaqla, yerli xərcləri yerli valyutada ödəməyə icazə veriləcəkdir.
Öz mülahizələrinə görə, hər bir Tərəfin aviasiya şirkəti (şirkətləri) digər Tərəfin ərazisində belə xərcləri digər Tərəfin milli qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyutalarda ödəyə bilər.
6. Bu maddədə qeyd olunan hər hansı müddəaya baxmayaraq, bu maddəyə əsasən hüquqların həyata keçirilməsi hazırkı Sazişin məqsədləri ilə xxxxx xxxx və tətbiq edilən ölkədaxili qayda və qanunlara uyğun olur. Əgər bir Tərəf digər Tərəfin təyin edilmiş aviasiya şirkətlərinin yerli gəlirlərinin artıq hissəsinin köçürülməsinə məhdudiyyət qoyarsa, sonuncu birinci Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə qarşılıqlı məhdudiyyətlər qoymaq hüququna malik olacaqdır.
7. Tərəflərini hər ikisinə münasibətdə qüvvədə xxxx gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş mövcud olduğu təqdirdə, həmin Sazişin müddəaları üstünlük təşkil edir.
Maddə 12
Birgə marketinq razılaşmaları
1. Fəaliyyət göstərən və ya marketinq aviasiya şirkəti kimi müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri həyata keçirərkən və ya təklif edərkən, hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) kod-şerinq, blok məsafəsi və ya birgə müəssisə haqqında hər hansı başqa razılaşma kimi aşağıdakılarla birgə marketinq sazişləri bağlaya bilərlər:
(a) eyni Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri); və ya
(b) digər Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri).
2. Birgə marketinq razılaşmasının iştirakçısı kimi fəaliyyət göstərən aviasiya şirkəti (şirkətləri) əsas daşıma hüquqlarına, o cümlədən marşrut hüquqları və tutum hüquqlarına malik olur və adətən bu cür razılaşmalara tətbiq olunan tələblərə cavab verir.
3. Birgə razılaşmalarda iştirak edən bütün marketinq aviasiya şirkətləri əsas marşrut hüquqlarına malik olur və adətən belə razılaşmalara tətbiq olunan tələblərə cavab verir.
4. Bu cür razılaşmalara əsasən həyata keçirilən hava əlaqəsi üçün istismar olunan ümumi tutum yalnız fəaliyyət göstərən aviasiya şirkətini (şirkətlərini) təyin edən Tərəfin tutum hüququna münasibətdə hesablanır. Marketinq aviasiya şirkəti (şirkətləri) tərəfindən bu cür xidmətlər üzrə təklif olunan tutum həmin aviasiya şirkətini təyin edən Tərəfin tutum hüququna münasibətdə hesablanmayacaqdır.
5. Fəaliyyət göstərən aviasiya şirkətinə (şirkətlərinə) əlavə olaraq, hər bir Tərəfin aviasiya hakimiyyəti orqanı marketinq aviasiya şirkətindən (şirkətlərindən), birgə
marketinq razılaşmalarına əsasən hava əlaqəsinə başlamazdan əvvəl, təsdiq olunmaq üçün cədvəlləri, həmçinin, hər hansı başqa sənədləri təqdim etmələrini tələb edə bilər.
6. Belə razılaşmalara əsasən satış üçün xidmətlər təklif edərkən, əlaqədar aviasiya şirkəti və ya onun agenti satış məntəqəsində xidmətin hər bir sektorunda hansı aviasiya şirkətinin uçuşu yerinə yetirəcəyini və alıcının hansı aviasiya şirkəti (şirkətləri) ilə saziş bağladığını alıcıya aydınlaşdırmalıdır.
7. Kod-şerinq xidmətlərini təmin etməzdən əvvəl, kod-şerinq tərəfdaşlar hansı tərəfin təhlükəsizlik, mühafizə, yardım, öhdəlik və müştəriyə aid xxxx digər məsələlər üçün cavabdeh olduğunu razılaşdırırlar. Belə razılaşma kod-şerinq haqqında razılaşmalar həyata keçirilməzdən əvvəl hər iki Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim olunmalıdır.
Maddə 13 Qarışıq xidmətlər
Hər bir Tərəfin təyin edilmiş aviasiya şirkətinə (şirkətlərinə) sərnişin və yükün daşınması ilə əlaqədar; olaraq, digər Tərəfin ərazisində hər hansı məntəqəyə və ya məntəqədən hər hansı beynəlxalq nəqliyyat vasitəsini istifadə etmək icazəsi veriləcəkdir. Bu aviasiya şirkəti (şirkətləri) öz qarışıq daşımalarını icra etməyi və ya onları digər daşıyıcılarla birlikdə, kod-şerinq də daxil olmaqla, razılaşmalar vasitəsilə həyata keçirməyi seçə bilər. Qarışıq xidmətlər birbaşa xidmət kimi, habelə hava əlaqəsi və qarışıq nəqliyyatla birlikdə vahid qiymətlə təklif oluna bilər, bir şərtlə ki, sərnişinlərə və daşımanı yerinə yetirənlərə belə daşımanın tədarükçüləri barədə məlumat verilsin.
Maddə 14
Uçuş cədvəllərinin təsdiq olunması
1. Hər bir Tərəfin aviasiya hakimiyyəti orqanı digər Tərəfin təyin edilmiş aviasiya şirkətindən (şirkətlərindən), onların baxaraq təsdiq etmələri üçün razılaşdırılmış xidmətlərin başlanmasından ən azı 45 gün əvvəl, xidmətin növünə və onun tezliyinə, istifadə olunmalı hava gəmisinin növünə və hər bir məntəqədə uçuş vaxtlarına aid xxxx məlumatların daxil edildiyi uçuş cədvəllərini təqdim etmələrini tələb edə bilər. Oxşar məlumat həm də ən azı 45 gün əvvəl hər bir Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) daşıma mövsümü üçün və eyni zamanda razılaşdırılmış xidmətlərin həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməli olduqda təqdim olunmalıdır.
2. Hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri), həmçinin, bu Sazişin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə dair digər Tərəfin aviasiya hakimiyyəti orqanının razı qalması üçün tələb oluna biləcək hər hansı başqa məlumatı təqdim edəcəkdir.
Maddə 15
Statistik məlumatların təqdim olunması
1. Hər bir Tərəfin aviasiya hakimiyyəti orqanı digər Tərəfin aviasiya hakimiyyəti orqanına həmin digər Tərəfin ərazisinə və ərazisindən yerinə yetirilən razılaşdırılmış
xidmətlər haqqında hər ay statistik məlumatları təqdim edəcək və ya bu cür statistik məlumatın onun öz təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən təqdim olunmasını həyata keçirəcəkdir. Həmin statistik məlumatda daşımanın yüklənmə və boşaldılma məntəqələri göstərilir. Belə statistik məlumatlar hər ay başa çatdıqdan sonra mümkün qədər tez, əhatə etdiyi aydan sonra 30 gündən gec olmayaraq təqdim olunur.
2. Hər bir Tərəfin aviasiya hakimiyyəti orqanı, tələbə əsasən, digər Tərəfin aviasiya hakimiyyəti orqanına, həmin digər Tərəfin ərazisinə və ərazisindən həyata keçirilən daşımanın həqiqi mənşəyinə aid xxxx statistik məlumatları təqdim edir və ya bu cür məlumatların onun təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən təqdim olunmasını təmin edir.
Maddə 16 Tariflər
1. Hər bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən həyata keçirilən razılaşdırılmış xidmətlərlə əlaqədar tariflər hər bir təyin edilmiş aviasiya şirkəti tərəfindən, onun bazar konyukturası ilə bağlı mülahizələrindən asılı olaraq, bütün amillər nəzərə alınmaqla münasib səviyyədə müəyyən olunacaqdır.
2. Bu maddənin 1-ci bəndinə əsasən müəyyən olunmuş tariflərin bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən digər Tərəfin aviasiya hakimiyyəti orqanına təqdim olunması tələb edilməyəcəkdir.
3. Yuxarıda qeyd olunanlara baxmayaraq, hər bir Tərəf aşağıda qeyd edilənlərə müdaxilə etmək hüququna malik olacaqdır:
(a) tətbiqi rəqabətə qarşı yönəlmiş davranış hesab olunan və rəqibə zərər vuran, zərərvurma təsirinə xxxxx xxxx, zərər vurmağa yönəlmiş və ya rəqibi marşrutdan kənarlaşdırmaq niyyətilə müəyyən olunan tariflərin qarşısını almaq;
(b) dominant vəziyyətdən sui-istifadə səbəbindən həddən artıq yüksək və ya məhdud tariflərdən müştəriləri qorumaq; və
(c) talançılıq səviyyəsində və ya süni şəkildə aşağı xxxx tariflərdən aviasiya şirkətlərini müdafiə etmək.
4. Bu maddənin 3-cü bəndində ifadə olunan məqsədlər üçün, bir Tərəfin aviasiya hakimiyyəti orqanı digər Tərəfin təyin edilmiş aviasiya şirkətlərindən tariflərin müəyyən olunmasına aid xxxx məlumatı təqdim etməsini tələb edə bilər.
5. Əgər bir Tərəf digər Tərəfin təyin edilmiş aviasiya şirkətinin (şirkətlərinin) tətbiq etdiyi tarifin bu maddənin 3-cü bəndində ifadə olunan mülahizələrə uyğun olmadığını hesab edərsə, o, digər Tərəfə mümkün qədər tez müddətdə narazı qalmasının səbəblərini bildirəcək və məsləhətləşmələrin keçirilməsini tələb edəcək ki, bu cür məsləhətləşmələr müraciətin qəbul olunmasından sonra 30 gündən gec olmayaraq keçiriləcəkdir. Əgər Tərəflər narazılıqla bağlı bildiriş göndərilən tarif barədə razılaşma əldə edərlərsə, Tərəflərdən hər biri həmin razılaşmanın tətbiq edilməsi üçün səy göstərəcəkdir. Belə razılaşma əldə olunmadıqda isə əvvəl qüvvədə xxxx tarif öz qüvvəsini saxlayacaqdır.
Maddə 17 Çoxtərəfli sazişlər
1. Bu Sazişi həyata keçirərkən, Tərəflər beynəlxalq hava əlaqəsinə tətbiq oluna biləcək həddə Konvensiyanın müddəalarına uyğun olaraq hərəkət edəcəklər.
2. Əgər, bu Saziş qüvvəyə mindikdən sonra, hər iki Tərəf bu Sazişin əhatə etdiyi məsələlərin daxil olduğu çoxtərəfli sazişin tərəfləri olarlarsa, istənilən Tərəf, çoxtərəfli sazişi nəzərə almaqla, hazırkı Sazişə yenidən baxılmanın lazım olub-olmadığını müəyyən etmək üçün məsləhətləşmələrin keçirilməsini tələb edə bilər.
Maddə 18 Məsləhətləşmələr
1. Hər bir Tərəf istənilən vaxt bu Sazişin şərhi, yerinə yetirilməsi, tətbiqi, onda dəyişikliklər edilməsi və ya ona riayət olunması ilə əlaqədar məsləhətləşmələrin keçirilməsi barədə yazılı müraciət edə bilər.
2. Tərəflər arasında digər razılaşma olmadıqda, belə məsləhətləşmələr digər Tərəfin müraciəti alındığı tarixdən sonra 60 gün müddətində başlayacaqdır.
Maddə 19 Dəyişikliklər
1. Bu Sazişdə dəyişikliklər Tərəflərin yazılı razılaşması ilə edilə bilər.
2. Razılaşdırılmış hər hansı dəyişiklik bu Sazişin 23-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
3. Bu maddənin 2-ci bəndində qeyd edilənlərə baxmayaraq, Tərəflər bu Sazişin Əlavəsinə edilən dəyişikliyin dərhal qüvvəyə minməsi barədə razılığa gələ bilərlər.
Maddə 20 Mübahisələrin həlli
1. Bu Saziş çərçivəsində meydana gələn və rəsmi məsləhətləşmələr keçirməklə həll olunması mümkün olmayan hər hansı mübahisə, Tərəflərin razılığına əsasən, qərar qəbul olunması üçün müəyyən şəxsə və ya orqana təqdim oluna bilər. Əgər Tərəflər bu cür razılıq əldə edə bilməzlərsə, mübahisə hər hansı Tərəfin tələbinə əsasən aşağıda ifadə olunan prosedurlara uyğun olaraq, arbitraj məhkəməsinə təqdim olunacaqdır.
2. Arbitraj məhkəməsi aşağıdakı qaydada təşkil olunmuş üç münsifdən ibarət məhkəmə tərəfindən keçirilir:
(a) arbitraj məhkəməsi üçün tələbin alındığı tarixdən etibarən 30 gün müddətində Tərəflərdən hər biri bir münsif təyin edəcəkdir. Bu iki münsif təyin olunduqdan sonra 60 gün müddətində onlar razılaşma vasitəsilə arbitraj məhkəməsinin sədri kimi fəaliyyət göstərən üçüncü münsifi təyin edəcəklər;
(b) əgər hər hansı bir Tərəf münsif təyin edə bilməzsə və ya əgər bu bəndin (a) yarımbəndinə əsasən üçüncü münsif təyin olunmazsa, Tərəflərdən hər xxxxx xxxx Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının sədrindən 30 gün müddətində xxxxx xxxx münsifi və ya münsifləri təyin etməyi xahiş edə bilər. Əgər Şuranın sədri bu Tərəflərdən birinin ölkəsinin vətəndaşıdırsa, bu əsasda təyinatı belə hüquqdan məhrum edilməyən ən xxxxx xxxxx-prezident yerinə yetirir. Sədr və ya müvafiq hüquqa xxxxx xxxx ən xxxxx
xxxxx-prezident bu bəndə əsasən üçüncü münsifi təyin edərsə, həmin üçüncü münsif Tərəflərdən heç birinin aid olduğu ölkənin vətəndaşı olmamalıdır.
3. Digər razılaşma olmadıqda, arbitraj məhkəməsi bu Sazişə uyğun olaraq yurisdiksiyanın hədlərini və özünün prosedur qaydalarını müəyyən edir. Formalaşdırıldıqdan sonra tribunal özünün yekun qərarını gözləyərkən, müvəqqəti kömək tədbirləri təklif edə bilər. Arbitraj məhkəməsinin göstərişinə və ya Tərəflərdən hər hansı birinin müraciətinə əsasən, arbitrajda baxılmalı xxxx dəqiq məsələləri və riayət olunmalı konkret prosedurları müəyyən etmək üçün, məhkəmə tam təşkil olunduqdan ən geci 15 gün sonra konfrans keçirilir.
4. Digər razılaşma olmadıqda və məhkəmə tərəfindən başqa qərar verilmədikdə, Tərəflərdən hər biri məhkəmə tam təşkil olunduqdan sonra 45 gün müddətində memorandum təqdim edəcəkdir. Cavablar 60 gün sonra veriləcəkdir. Məhkəmə Tərəflərdən hər hansı birinin tələbinə və ya özünün təşəbbüsünə əsasən cavabların verilməli olduğu tarixdən etibarən 15 gün müddətində dinləmə keçirir.
5. Məhkəmə dinləmə başa çatdıqdan sonra 30 gün müddətində və ya dinləmə keçirilməmişdirsə, hər iki cavab təqdim olunduqdan sonra yazılı qərar verməyə çalışacaqdır. Məhkəmənin səs çoxluğu ilə qəbul edilən qərarı üstün qüvvəyə malik olacaqdır.
6. Tərəflərdən hər xxxxx xxxx qərarın verildiyi tarixdən etibarən 15 gün müddətində qərarın aydınlaşdırılmasını tələb edə bilər və belə tələb irəli sürüldükdən sonra 15 gün müddətində qərar barədə aydınlaşdırma verilməlidir.
7. Tərəflərdən hər biri milli qanunvericiliyinə xxxxx xxxx həddə arbitraj məhkəməsinin hər hansı qərarını və ya qətnaməsini tam şəkildə həyata keçirir.
8. Arbitraj məhkəməsinin xərcləri, o cümlədən münsiflərin haqları və xərcləri Tərəflər arasında bərabər bölüşdürüləcəkdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası sədrinin bu maddənin 2-ci bəndinin (b) yarımbəndində ifadə olunan prosedura uyğun olaraq çəkdiyi hər hansı xərc arbitraj məhkəməsinin xərclərinin bir hissəsi hesab olunacaqdır.
Maddə 21 Ləğvetmə
1. Hər bir Tərəf istənilən vaxt bu Sazişi ləğv etmək qərarı barəsində digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərə bilər. Ləğvetmə haqqında belə bildiriş eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim ediləcəkdir.
2. Bu halda digər Tərəf bildirişi aldığı gündən on iki ay sonra, bu müddətin bitməsinədək ləğvetmə bildirişi razılıq əsasında xxxx götürülməzsə, Saziş qüvvəsini itirir. Digər Tərəf müvafiq bildirişi aldığını təsdiq etməzsə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən alındığı gündən 14 gün sonra bildiriş alınmış hesab edilir.
Maddə 22
Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyat
Bu Saziş və onda edilən bütün dəyişikliklər qüvvəyə mindikdən sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyata alınacaqdır.
Maddə 23 Qüvvəyəminmə
Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bunun təsdiqi olaraq, hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyət verilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində “16” aprel 2012-ci il tarixində hər biri Azərbaycan, hindi və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri və ya tətbiqi zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası | Hindistan Respublikası |
Hökuməti adından | Hökuməti adından |
ƏLAVƏ
Marşrut cədvəli
I Bölmə
Azərbaycan Respublikası Hökuməti tərəfindən təyin edilmiş aviasiya şirkətləri üçün marşrutlar:
Mənşə məntəqələri | Aralıq məntəqələr | Hindistandakı məntəqələr | Kənar məntəqələr |
Azərbaycandakı məntəqələr | yoxdur | hər hansı üç məntəqə | yoxdur |
II Bölmə
Hindistan Respublikası Hökuməti tərəfindən təyin edilmiş aviasiya şirkətləri üçün marşrutlar:
Mənşə məntəqələri | Aralıq məntəqələr | Azərbaycandakı məntəqələr | Kənar məntəqələr |
Hindistandakı məntəqələr | yoxdur | hər hansı üç məntəqə | yoxdur |
III Bölmə
1. I və II bölmələrdə qeyd olunan məntəqələr göstərilən sıra ilə xidmət olunmaya da bilərlər.
2. Müəyyən olunmuş marşrutlardakı aralıq və kənar məntəqələr təyin edilmiş aviasiya şirkətinin (şirkətlərinin) seçiminə əsasən hər hansı və ya bütün uçuşlarda buraxıla bilər.
3. I və II bölmələrdə qeyd olunan aralıq və ya kənar məntəqələrə xidmət oluna bilər, bir şərtlə ki, bu cür məntəqələr və digər Tərəfin ərazisindəki hər hansı məntəqə arasında 5-ci hava sərbəstliyi hüquqları həyata keçirilməsin.
4. Eyni xxxx xxxxxx bir Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən digər Tərəfin ərazisindəki iki və ya daha xxx xxxxx məntəqəyə xidmət olunmur.