İxtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi haqqında müəllif müqaviləsi Bakı şəhəri ____ ____________ 20______ il
Azərbaycan Respublikası
Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədrinin
2020-ci il 1 iyun tarixli 33
nömrəli əmri ilə təsdiq edilmişdir.
5 nömrəli əlavə
Nümunəvi forma
İxtira, faydalı model və sənaye nümunəsinin
yaradılması və istifadəsi haqqında müəllif müqaviləsi
Bakı şəhəri ____ ____________ 20______ il
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən
(təşkilati-hüquqi formasından asılı olmayaraq işəgötürən qismində fəaliyyət göstərən qurumun
rəsmi adı, fiziki şəxsin (şəxslərin) s.a.a (nümayəndə olduqda s.a.a qeyd edilməlidir)
(bundan sonra ismin müvafiq hallarında – İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) bir tərəfdən, “ ”
(ixtira, faydalı model və ya sənaye nümunəsinin adı)
adlı ixtiranın (faydalı modelin və ya sənaye nümunəsinin) müəllif(lər)i (bundan sonra-Müəllif(lər) digər tərəfdən, aşağıdakı şərtlər barədə razılığa gələrək bu Müqaviləni imzaladılar.
1. Müqavilənin predmeti
1.1. Bu Müqavilə
(ixira, faydalı model və ya sənaye nümunəsinin adı)
yaradılması və istifadəsi sahəsində “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra-Qanun) müəyyən edilmiş qaydada və şərtlər daxilində həmin obyektin yaradılmasına və istifadəsinə görə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) ilə “Müəllif(lər)” arasında münasibətləri tənzimləyir.
1.2. İxtiranın, faydalı modelin və ya sənaye nümunəsinin yaradılması və ondan istifadə üçün Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq Müəllif(lər) və İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) arasında müəllif müqaviləsi bağlanılmalıdır.
1.3. Müəllif(lər)in yaratdığı ixtira, faydalı model və ya sənaye nümunəsinə patent almaq hüququ İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) məxsusdur.
1.4. İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və ya sənaye nümunəsinə patent alınması barədə iddia sənədi verməkdən imtina etdikdə və ya onun yaradılmasına dair Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətini bildirmədikdə, patent alınması üçün iddia sənədi vermək hüququ Müəllif(lər)ə keçir.
2. Tərəflərin vəzifələri
2.1. Müəllif(lər) aşağıdakıları öhdəsinə götürür:
2.1.1. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtiranı, faydalı modeli və ya sənaye nümunəsini yaratdıqdan sonra bu barədə İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) 1 (bir) ay ərzində yazılı bildiriş göndərir və həmin obyektə dair bu Müqavilənin “Qeyd” hissəsində göstərilən sənəd və materialları üç aydan gec olmayaraq ona təqdim edir;
2.1.2. iddiaçının və ya patent sahibinin (işəgötürən olmayan) adına patent alınması üçün iddia sənədinin tərtibində ona köməklik göstərir;
2.1.3. iddia sənədi barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc edilənədək yaratdığı (yaratdıqları) ixtira, faydalı model və sənaye nümunəsi barədə, habelə bu Müqavilə üzrə maliyyə məsələlərinə dair və tərəflərə xxxxx xxxx bilən digər informasiyaları açıqlamır;
2.1.4. ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Agentlik) təqdim edilmiş iddia sənədinin ekspertizası zamanı ekspertizanın sorğu və bildirişlərinə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən cavabların (izahların) hazırlanmasında və zərurət yarandığı hallarda iddia sənədi üzrə qanunvericilikdə müəyyən edilmiş digər prosedurların həyata keçirilməsində iştirak edir;
2.1.5. müəlliflik hüququnun gözlənilməsi şərti ilə (özünün (özlərinin) razılığı əsasında iddia sənədi haqqında məlumat dərc olunarkən adının (adlarının) müəllif kimi göstərilməməsi halı istisna olmaqla) ixtiranın, faydalı modelin və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı iddia sənədinə dair məlumatların dərc edilməsinə etiraz etmir (etmirlər).
Qeyd: Şərik müəlliflər arasında yazılı razılaşma (müqavilə) bağlanılır və müqavilədə ixtiranın, faydalı modelin və sənaye nümunəsinin yaradılmasında hər bir şərik müəllifin iştirakının həcmi (yaradıcılıq payı) göstərilir.
2.2. İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) aşağıdakıları öhdəsinə götürür:
2.2.1. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması üçün Müəllif(lər)ə lazımi şərait yaradır;
2.2.2. xxxxxx, faydalı model və sənaye nümunəsini təhvil aldıqdan sonra onun yaradılmasına görə bu Müqavilənin 4.1-ci bəndində göstərilən məbləğdə mükafatı (haqqı) bir aydan gec olmayaraq Müəllif(lər)in bank hesabına köçürür;
2.2.3. İddia sənədi barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc edilənədək bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinə dair informasiyanı, bu Müqavilə üzrə maliyyə məsələlərinə aid və tərəflərə xxxxx xxxx bilən digər məlumatları açıqlamır;
2.2.4. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması barədə Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində onun qeydiyyatı ilə bağlı Agentliyə iddia sənədi ilə müraciət edir;
2.2.5. Agentlik tərəfindən iddia sənədinin ekspertizasının keçirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş xidmət haqqının, patentin alınması və qüvvədə saxlanılması üçün dövlət rüsumunun ödənilməsini təmin edir;
2.2.6. xxxxxx, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi verməkdən imtina etdikdə və ya həmin obyektlərin yaradılması barədə Müəllif(lər)dən bildiriş aldığı tarixdən sonra 3 ay müddətində bu hüquqdan istifadə etmək niyyətinin olub-olmaması ilə bağlı onu (onları) məlumatlandırır.
3. Tərəflərin hüquqları
Tərəflər ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı Qanunun 11-ci, 13-cü maddələrində və 30-cu maddəsinin 2-ci hissəsində müəyyən edilmiş hüquqlardan istifadə edirlər.
4. Ödənişlərlə bağlı şərtlər
4.1. İxtiranın, faydalı modelin və ya sənaye nümunəsinin yaradılmasına görə iddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən Müəllif(lər)ə AZN məbləğində birdəfəlik mükafat (haqq) ödənilir.
4.2. Şərik müəlliflər arasında mükafatın (haqqın) bölgüsü və ödənilməsi qaydası (şərtləri) onların öz aralarında bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən yazılı razılaşma əsasında müəyyən edilir və bu barədə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) əvvəlcədən məlumatlandırılır.
4.3. Bu Müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş mükafat (haqq) iddia edilən ixtira, faydalı model və ya sənaye nümunəsi təhvil verildikdən sonra bu Müqavilənin 2.2.2-ci yarımbəndində müəyyən edilmiş müddətdə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən Müəllif(lər)in bank hesabına köçürülməlidir.
4.4. İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) patentin qüvvədə olduğu müddətdə ixtiranın və faydalı modelin sənayedə tətbiqi, habelə sənaye nümunəsinin istifadəsi nəticəsində il ərzində əldə etdiyi xalis gəlirin faizindən az olmamaq şərtilə Müəlli(flər)ə hər ilin sonunda (növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq) mükafat (haqq) ödəməlidir.
Qeyd: bu Müqavilənin 4.3-cü bəndində “iddia edilən ixtira, faydalı model və ya sənaye nümunəsinin təhvil verilməsi” dedikdə Qanuna uyğun olaraq bu Müqavilə əsasında yaradılan həmin obyektlərin təsviri, təsvirə əsaslanan və ixtiranın (faydalı modelin) hüquqi mühafizəsinin həcmini ifadə edən düsturu, zəruri xxxx çertyojlar, digər materiallar və referat, sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm, zəruri olduqda məmulatın ümumi görünüşünün çertyojları, erqonomik sxemi və sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsvirinin Müəllif(lər) tərəfindən İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan təqdim edilməsi başa düşülür.
5. Müqaviləyə xitam verilməsi şərtləri
5.1. Müqaviləyə aşağıdakı hallarda xitam verilir:
5.1.1. Müqavilənin şərtlərinin yerinə yetirilməsinə mane xxxx və ya mane ola biləcək hallar barədə Tərəflərdən birinin digər tərəfə yazılı bildirişinə baxmayaraq, təqdim edilmiş sübutlar əsasında 15 (on beş) gün müddətində tədbir görməməsi;
5.1.2. Tərəflərdən birinin təşəbbüsü ilə. Bu şərtilə ki, təşəbbüs irəli sürən tərəf digər tərəfi 20 (iyirmi) gün əvvəl yazılı şəkildə məlumatlandırsın;
5.1.3. Tərəflərdən birinin Müqavilə üzrə öhdəliklərini bu Müqavilənin qüvvədə olduğu müddətdə yerinə yetirməməsi və ya lazımi səviyyədə yerinə yetirməməsi. Bu halda təqsirkar tərəfin günahı üzündən digər tərəfə dəymiş maddi ziyan (çəkilən xərclər) akt əsasında rəsmiləşdirilməli və ödənilməlidir.
6. Tətbiq olunan hüquq
6.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.
6.2. Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və digər sənədlər İddiaçı və ya patent sahibinin (işəgötürən olmayan) mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Müəllif bu sənədlərin surətini özündə saxlaya bilər.
7. Vergilər və rüsumlar
Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəflər bu Müqaviləyə uyğun olaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara məsuliyyət daşıyırlar.
8.2. Bu Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Digər şərtlər
9.1. Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.
9.2. Bu Müqaviləyə edilən əlavələr və düzəlişlər yazılı şəkildə tərəflər arasında rəsmləşdirildikdən sonra qüvvəyə minir və bu Müqavilənin tərkib hissəsi hesab edilir.
9.3. Bu Müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir.
9.4. Mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə ona inzibati qaydada və ya məhkəmədə baxılır.
9.5. Bu Müqavilədə nəzərdə tutulmayan digər məsələlər Qanuna uyğun olaraq tənzimlənir.
9.6. Bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və patentin qüvvədə olduğu müddətə qüvvədədir.
9.7. Bu Müqavilə 20 il tarixdə 2 (iki) əsl nüsxədə imzalanmışdır, tərəflərin hər birində bir nüsxə olmaqla saxlanılır. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir.
Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri
“İddiaçı və ya patent sahibi “Müəllif(lər)”:
(işəgötürən olmayan)”:
Ünvan:_______________________ s.a.a. _________________________
_____________________________ ______________________________
_____________________________ ______________________________
_____________________________ Müəllif(lər)in ünvan: ____________
Rekvizitlər: ___________________ ______________________________
_____________________________ ______________________________
_____________________________ Bank hesabı:___________________
_____________________________ ______________________________
Telefon: _____________________ Telefon: ______________________
İmza: İmza:
MY.