Konfidensial/Confidential Administrative Department of the President
10/12
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi”
və
“İnstitute of Spa and Balneology”
arasında
X İ X X Ə T M Ü Q A V İ L Ə S İ
№ 049-03/2023
Bakı şəhəri 31.03.2023-cü il
Bu Müqavilə, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən, İşlər müdiri xxxxxxxxxxxx şəxsində təmsil olunan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi (bundan sonra ”Sifarişçi”), digər tərəfdən Çex Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən, Baş İcraçı Direktoru Dr. ________ şəxsində təmsil olunan “İnstitute of Spa and Balneology”, (bundan sonra ”İcraçı”) arasında aşağıda göstərilən şərtlər daxilində bağlanılır.
1.MÜQAVİLƏNİN PREDMETİ
1.1.Bu Müqavilənin predmetini ”Sifarişçi”yə ”İcraçı” tərəfindən Azərbaycan Respublilkası, Kəlbəcər rayonu İstisu mənşəli suyun tərkibinin tibbi və balneoloji analizi üzrə göstərilən məsləhət xidmətləri (bundan sonra “Xidmət”), ”Sifarişçi” tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı Tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir.
1.2.Bu maddədə nəzərdə tutulan Xidmətin xüsusiyyətləri, müddəti və qiyməti bu Müqaviləyə əlavə edilən və onun tərkib hissəsi xxxx müvafiq Qiymət Razılaşma Protokolu (bundan sonra birlikdə “Əlavə 1”) ilə müəyyən olunur.
2.ƏSAS ANLAYlŞLAR
2.1.Müqavilədə istifadə olunan sözlərin və yaxud söz birləşmələrinin mənası aşağıdakı kimi anlaşılmalıdır:
Tərəflər – Müqavilədə əks olunan bir tərəfdən “Sifarişçi”, digər tərəfdən isə “İcraçı” nəzərdə tutulur;
Müqavilə – mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında Tərəflər arasında imzalanmış bu Müqavilə nəzərdə tutulur;
İSO 9001:2008 – Beynəlxalq Standartlaşdırma Təşkilatının satılan mal və göstərilən Xidmətlər üçün qəbul və tətbiq etdiyi müvafiq standart;
Xidmətlər – bu Müqaviləyə uyğun olaraq İcraçı tərəfindən həyata keçiriləcək Əlavə 1 ilə müəyyən edilən Xidmətlər başa düşülür
Məsuliyyət – bu Müqavilənin əsasında fəaliyyət göstərərkən Müqavilə şərtlərinin pozması nəticəsində bir tərəfin digər tərəfə vurduğu maddi və mənəvi zərərə görə Qanunvericilikdə müəyyən edilən məsuliyyət;
Təhvil-təslim aktı –Tərəflər arasında mövcud xxxx münasibətlər ilə bağlı hər hansı bir faktın (Xidmətlərin göstərildiyini təsdiq edən və s.) müəyyənləşdirilməsini, hüquqi/rəsmi təsdiqini özündə əks etdirən hər iki tərəfin imzaladığı sənəd;
Vergilər və digər məcburi ödənişlər – Tərəflərin ölkələrinin qanunvericiliyində nəzərdə tutulan vergilər və digər məcburi ödənişlər;
Qanunvericilik – Azərbaycan Respublikası ərazisində qüvvədə xxxx və tətbiq olunan qanun, qərar, qayda, fərman, sərəncam, təlimat və sair normativ-hüquqi aktlar.
3.XİDMƏTİN DƏYƏRİ VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ
3.1.Xidmətin xüsusiyyətləri və məbləği hər iki tərəfin təsdiq etdiyi Qiymət Razılaşma Protokolunda göstərilən qiymətlərə əsasən müəyyən edilir. Xidmətin ümumi dəyəri 3600.00 (üç min altı yüz ) ABŞ Dolları təşkil edir. Qiymətlərə Çex Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan vergilər və icbari ödənişlər daxil deyil.
3.2.Əlavə 1-də başqa qayda nəzərdə tutulmayıbsa, ödəniş ABŞ Dolları ilə ”Sifarişçi” tərəfindən ”İcraçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
3.3.“Sifarişçi” təhvil təslim aktı imzalandıqdan və hesab faktura təqdim edildikdən sonra 15 ( on beş ) bank günü ərzində ödənişi edir.
3.4.Bu Müqavilə ilə nəzərdə tutulmayan digər ödənişlər ”Sifarişçi” tərəfindən ödənilmir və bu cür ödənişlərin ”İcraçı” tərəfindən tələb edilməsinə yol verilmir.
4.SİFARİŞLƏR VƏ TƏHVİL-TƏSLİM
4.1.”İcraçı” bu Müqavilənin tərkib hissəsi xxxx Əlavə 1-ə uyğun olaraq Xidmət üzrə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. 4.2.Əlavə 1-də başqa qayda nəzərdə tutulmayıbsa, Xidməti 1 (bir) ay ərzində ”Sifarişçi”yə təhvil verilir.
4.3.Xidmət təhvil təslim aktı əsasında təhvil verilir.
4.4.Təhvil təslim zamanı ”Sifarişçi” öz mülahizəsinə əsasən müəyyən etdiyi üsullarla məhsulların keyfiyyətini və uyğunluğunu yoxlaya bilər.
5.KONFİDENSİAL MƏLUMATLARlN QORUNMASl
5.1.“İcraçı” bu Müqavilənin predmeti və bu Müqavilə ilə tənzimlənən münasibətlər əsasında “Sifarişçi” tərəfindən, formasından asılı olmayaraq, “İcraçı”ya (və ya onun işçilərinə/nümayəndələrinə) verilən, həmçinin “İcraçı”nın öz öhdəliklərinin icrası ilə əlaqədar əldə etdiyi məlumat və ya sənədləri konfidensial sayır və həmin məlumatların Müqavilənin qüvvədə olduğu və sonrakı 10 ( on ) il müddət ərzində gizliliyini qoruyur.
5.2.Konfidensial məlumatların hər hansı üçüncü tərəfə açıqlanmasına yalnız qarşı tərəfin yazılı razılığı və ya qanunvericilikdə nəzərdə tutulan hallarda yol verilə bilər.
5.3.İcraçı tərəfindən bu Müqavilənin konfidensiallıq şərtlərinin pozulmasına görə “Sifarişçi”nin seçiminə uyğun ya dəymiş zərərin əvəzi və ya 10 000 (on min) ABŞ dolları həcmində “Sifarişçi”yə dəbbə pulu ödəyir.
6.TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.1.”İcraçı” 6.1.1.“Sifarişçi”nin bütün tələblərinə əməl edir və bu Müqavilədə və Əlavə 1-də göstərilən şərtlər çərçivəsində öz öhdəliklərinin yerinə yetirilməsini vaxtında, tam və lazımınca təmin edir.
6.1.2.Bu Müqavilədə nəzərdə tutulan qaydada Xidmətin yerinə yetirilməsi üçün tələb edilən mal və materialları öz hesabına təmin edir. Xidmətin göstərilməsində iştirak edəcək işçi personalının iş haqqını öz hesabına təmin edir, eyni zamanda müvafiq işçi personalının yüksək peşəkarlığına təminat verir.
6.1.4.Bu Müqavilə ilə nəzərdə tutulan öhdəliklərini elə icra edir ki, Xidmət qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. ”İcraçı” bu Müqavilədə nəzərdə tutulan Xidmətlərlə bağlı bütün tələblərə görə ”Sifarişçi” və 3-cü şəxslər qarşısında tam həcmdə cavabdehdir. Bu Müqavilənin predmetinə uyğun olaraq göstəriləcək Xidmətlər ilə əlaqədar qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin edir və buna görə tam həcmdə cavabdehdir. 6.1.5.”Sifarişçi”dən daxil xxxx yazılı və (və ya) şifahi sorğuları 3 (üç) iş günü ərzində cavablandırır. ”Sifarişçi” tələb edərsə Xidmətin sifarişi ilə bağlı, o cümlədən Xidmətin müvafiq qaydada icrasını təsdiq edən sənədlərin surətini 7 (yeddi) iş günü ərzində təqdim edir.
6.1.6.Bu Müqavilədə nəzərdə tutulmayan və ”Sifarişçi” tərəfindən tələb edilməyən əlavə Xidmətlər göstərdikdə, ”Sifarişçi”dən həmin əlavə xidmətlərə görə Xidmət haqqının, xərclərin ödənilməsini tələb etmir. ”Sifarişçi” həmin əlavə xidmətlərin nəticələrinin aradan qaldırılmasını tələb etdikdə isə bu tələbi yerinə yetirir. 6.1.7.Bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər hüquq və vəzifələrə malikdir.
6.2.”Sifarişçi”
6.2.1.Bu Müqavilə ilə müəyyən olunan qaydada sifarişlərin icrası üçün vacib xxxx müxtəlif mühüm şərtləri müəyyən edir. Bu Müqavilə ilə müəyyən olunmuş qaydada xidmətlə təchiz edilməsi üçün yazılı müvafiq sənəd tərtib edir və ”İcraçı”ya təqdim edir. 6.2.2.Sifarişlərin icrası müddətinə nəzarət edir və istənilən vaxt bununla bağlı “İcraçı”xxx yazılı yaxud şifahi izahat tələb edir. 6.2.3.“İcraçı“ tərəfindən hər hansı sifarişin göstərilməsi vaxtında başlamadıqda və ya onun həddindən artıq yavaş hərəkət etməsi nəticəsində vaxtında qurtarmayacağı məlum olduqda ”Sifarişçi” tərəfindən Müqavilədən imtina edərək, öz seçiminə uyğun olaraq ya bu Müqavilədə göstərilmiş dəbbə pulunun və ya dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 6.2.4.Xidmətdən öz mülahizəsinə əsasən bütün üsullarla qeyri-müəyyən müddət ərzində istənilən yerdə istifadəyə müstəsna hüquqlar ”Sifarişçi”yə məxsusdur və həmin hüquqlardan hər hansı istifadənin “İcraçı”ya verilməsini nəzərdə tutulmur. 6.2.5.Xidməti qəbul etdikdən sonra müvafiq ödənişlərin müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilməsini təmin edir. 6.2.6.Bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər hüquq və vəzifələrə malikdir.
7.FORS – MAJOR
7.1.Tərəflər, fors-major səbəblərinə görə müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca təmin edə bilmədikdə, bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər və həmin öhdəliyin icrası vaxtı baş vermiş fors-major halının müddəti qədər uzadılır. Qeyd: Bu maddədə “fors-major” terminin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji səbəblər, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
7.2.Bir tərəf bu Müqavilə üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər tərəfi dərhal teleqraf, teleks və yaxud telefaks ilə məlumatlandırmalıdır.
7.3.Fors-major hadisələrinin başlanması və bitməsi məlumatı üzrsüz səbəbdən gecikdirilirsə, qarşı tərəf bu məlumatlara istinadı qəbul etməyə bilər. Əgər fors-major 1 (bir) xxxxx xxx uzanarsa, tərəflərdən hər xxxxx xxxx bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
7.4.Fors-major hadisələri səlahiyyətli dövlət orqanı tərəfindən yazılı surətdə təsdiq edilməlidir.
8.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
8.1.Bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu zərərə və bu Müqavilə üzrə üzəriinə götürdüyü öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirilməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır.
8.2.“İcraçı” tərəfindən bu Müqavilənin konfidensiallıq şərtlərinin pozulmasına görə “Sifarişçi”nin seçiminə uyğun ya dəymiş zərərin əvəzi və ya 10 000 (on min) Avro həcmində “Sifarişçi”yə dəbbə pulu ödəyir.
8.3.Zərər çəkmiş tərəf digər tərəfi ödəniləcək dəbbə pulu, dəymiş zərər, həmçinin onların miqdarı barədə yazılı xəbərdar edir. Xəbərdarlığı xxxx tərəf müvafiq tələbi aldığı gündən hesablanmaqla 10 (on) bank günü ərzində icra etməlidir.
8.4.Dəbbə pulu və müvafiq zərərin əvəzi ”İcraçı”nın hesabına köçürülən məbləğlərdən ”Sifarişçi” tərəfindən tutula bilər.
8.5.Dəbbə pulunun və (və ya) dəymiş zərərin əvəzinin ödənişi tərəflərdən hər hansı birini bu Müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir.
9.MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI
9.1.Bu Müqavilə hər iki tərəf onu imzaladığı gündən etibarən qüvvəyə minir və öhdəliklər bitənədək öz qüvvəsini saxlayır. 9.2.Bu Müqaviləyə vaxtından əvvəl Tərəflərin qarşılıqlı razılığı əsasında və aşağıdakı hallarda birtərəfli qaydada xitam verilə bilər:
9.3.Xxxxx “Sifarişçi” tərəfindən edildikdə, xitam tarixinə qədər qənaətbəxş şəkildə yerinə yetirlən işlərə görə ödəniş etməyə razılaşır.
10.XÜSUSİ ŞƏRTLƏR
10.1.Bu Müqavilə biri “Sifarişçi”də, digəri isə “İcraçı”da qalmaq şərti ilə, eyni hüquqi qüvvəyə xxxxx xxxx 12 (on iki) səhifədən ibarət 2 (iki) nüsxədə, Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur. Müqavilənin Azərbaycan və ingilis dilindəki versiyaları arasında ziddiyyət olduqda, üstünlük ingilis dilindəki versiyaya verilir.
10.2.Bu Müqavilənin şərtlərinə əlavələr və dəyişikliklər yalnız tərəflərin yazılı razılığı əsasında həyata keçirilə bilər.
10.3.Bu Müqaviləyə əsasən Tərəflər öhdəliklərinə götürdükləri vəzifələrin icrasının üçüncü şəxslər tərəfindən təmin olunmasına yalnız qarşı tərəfin yazılı razılığı əsasında yol verə bilərlər.
10.4.Tərəflərdən biri öz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik etdikdə bu barədə digər tərəfi dərhal məlumatlandırır.
10.5.Bu Müqavilə üzrə müəyyən olunmuş öhdəliklərlə xxxxx xxxx və Tərəflərin öz üzərilərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsini müəyyənləşdirən və əsaslandıran sənədlər (Əlavə 1, işlərin yerinə yetirilməsi üçün təsdiq olunan Sifarişlər, Təhvil-təslim haqında Aktlar, aşkar edilmiş nöqsanlar haqqında Aktlar, ”İcraçı” tərəfindən zəmanət verilən Xidmətin siyahısı, İSO-9001:2008 seriyalı və yaxud Azərbaycan Respublikasında rəsmi şəkildə tanınan digər ekvivalent uyğunluq sertifikatları və s.) bu Müqaviləyə əlavə olunur və bu Müqavilənin tərkib hissəsini təşkil edirlər.
11.VERGİLƏR VƏ DİGƏR MƏCBURİ ÖDƏNİŞLƏR
Tərəflər bu Müqavilədən irəli gələn və öz ölkələrinin qanunvericiliyində müəyyən edilən vergi və digər məcburi ödənişlərinin icrasını aidiyyətinə görə öz üzərinə götürür və müvafiq ödənişlərin edilməsinə görə fərdi məsuliyyət daşıyırlar.
12.MÜBAHİSƏLƏRİN HƏLLİ
12.1.Bu Müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıqlar və mübahisələr danışıqlar yolu ilə həll edilir. İki tərəfli danışıqlar yolu ilə mübahisələrin həlli mümkün olmadıqda onlar Isveçrə qanunvericiliyə uyğun olaraq Cenevrə, İsveçrə Konfederasiyası məhkəməsində həll edilir.
13.TƏRƏFLƏRİN ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ
Sifarişçi” / “Customer” “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi“/ “The Administrative Department of the President”
VÖEN/TPİN: xxxxxx H/h./S/a: xxxxxxxxxx Bankın adı/Name of Bank: xxxxxxxxxx / Bankın kodu/Bank code: xxxxxx Bankın VÖEN-i/Bank TIN: xxxxxx M/h./C/a: xxxxxxx S.W.İ.F.T.: xxxxxx
İşlər Müdiri/ Head of Administrative Department xxxxxxx
_______________________ (imza, möhür / signature, stamp)
|
S E R V I C E CONTRACT
No 049-03/2023
between
“The Administrative Department of the President”
and
“İnstitute of SPA and Balneology”
Baku city 31.03 2023
This Agreement is signed between “Administrative Department of the President” (hereafter "Customer"), operating under the laws of Azerbaijan Republic, represented by Head of Administrative Department Mr.xxxxx from one side, and “İnstitute of Spa and Balneology”, (hereafter “Contractor”), operating under the laws of Czech Republic, represented by,xxxxxxxxxxxxxxxxxxxxxxxxxx., chairman of the Council of the Institute from the other side, on the conditions showed below.
Parties – shall mean parties from the one side “Customer” and from the other side “Contractor”, specified in this Agreement;
Agreement – shall mean this Agreement signed between the Parties meant for creating, changing or ceasing the civil rights and obligations of two or more parties;
İSO 9001:2008 – the respective standard accepted and applied by International Standardization Organization for the goods sold and Services provided; Services - means the Services defined in Appendix 1 to be performed by the Contractor in accordance with the Contract.
Responsibility – Responsibility for the material and moral damage done to the other party as a result of the violation of the Contract terms and defined in the Legislation;
Acceptance act – official document signed by the Parties reflecting the determination, of any fact (e.g. provision of services and etc.) linked with the existing relations between the parties, its legal/official approval form;
Taxes and other commitments - Taxes and other commitments specified in the legislation of the countries of each Party;
Legislation – Present laws, resolutions, rules, orders, instructions and regulatory legal acts in the territory of Azerbaijan Republic
Note: In this article the term “Force majeure” is applied to natural disasters, epidemics, explosions, fires, earthquakes, storms, tsunami, hurricanes, wars, civil wars, foreign aggressions, revolutions, civil disorders and other similar reasons, legal governmental, municipal and other decrees and also reasons occurred outside the country and unable to be solved by the country.
7.4. Force majeure must be affirmed by authorized state bodies in written form.
The
Parties undertake to execute the corresponding
obligations to pay the taxes and other related compulsory payments
following from this Agreement and specified in the legislation of
their countries and are individually liable for making of related
payments.
13. PARTIES’ ADDRESSES AND BANKING REQUISITES
“İcraçı” / “Contractor” İnstitute of Spa and Balneology/ Institute of Spa and Balneology
Tax payer ID: xxxxxx Bank name: xxxxxxx Bank Tax payer ID: xxxxx IBAN: xxxxxxxxxxxxxxxxx Bank legal address: xxxxx Bank code: xxxxxxxxxxxx ACC: S.W.İ.F.T.: xxxxxxxxxxxx
Baş İcraçı Chairman of the Council of the Institute xxxxxxx
_________________________ (imza, möhür / signature, stamp)
|
|
|
Konfidensial/Confidential Administrative Department of the President