MALİYYƏ DƏSTƏYİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № ____
“Azərbaycan Respublikasının Gənclər Xxxxx tərəfindən gənclər təşkilatları və gənclər evləri tərəfindən maddi-texniki bazalarının möhkəmləndirilməsi ilə bağlı müraciətin edilməsi və ayrılmış vəsaitin istifadəsinə dair hesabatın təqdim edilməsi Qaydası”na Əlavə 1
MALİYYƏ DƏSTƏYİNİN GÖSTƏRİLMƏSİ HAQQINDA MÜQAVİLƏ № ____
Müraciətin nömrəsi: ________
Bakı şəhəri “___” __________ 201__ -cu il
Bir tərəfdən Azərbaycan Respublikasının Gənclər Xxxxx adından (bundan sonra "Donor" adlandırılacaq), Fondun icraçı direktoru xxxxx Xxxxx Xxxxx xxxx Xxxxxxxxx şəxsində, digər tərəfdən isə Təşkilatın adı (bundan sonra "Resipiyent" adlandırılacaq) adından hüquqi ünvanı təşkilatın ünvanı, VÖEN-i təşkilatın VÖEN-i, Xxxxxxx qeydiyyat nömrəsi ______ xxxx təşkilat rəhbərinin adı, soyadı, atasının adı şəxsində bu Struktur qrantı müqaviləsinin tərkib hissəsi sayılan, Əlavə I (Müraciətin təsviri), Xxxxx XX (Maliyyələşdirmə və hesabat qrafiki), Xxxxx XXX (Müraciətin büdcəsi) və Xxxxx XX (Resipiyentin bank tərəfindən təsdiq olunmuş rekvizitləri) qeyd edilmiş şərtlər də daxil olmaqla, aşağıdakılar barədə razılığa gəlmişdirlər:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Donor pulsuz, əvəzsiz və məqsədyönlü şəkildə Müqavilə üzrə Struktur Qrantının Resipiyentə ayrılmasını, Resipiyent isə maliyyənin məqsədyönlü şəkildə istifadəsini təmin edir.
Donor struktur qrantının (bundan sonra “müraciət”) icra edilməsi üçün müraciət üçün ayrılmış vəsait (rəqəm və yazı ilə) AZN məbləğində maliyyə vəsaiti ayırır. Maliyyə dəstəyi yalnız bu Müqavilədə və bu Müqaviləyə Əlavə I, Xxxxx XX və Xxxxx XXX-də göstərilən məqsəd və qaydada istifadə edilə bilər.
Müqavilənin 1.2 bəndində nəzərdə tutulmuş müraciət üzrə işlərin aparılması şərtləri bu Müqavilə ilə müəyyən edilir.
2. MÜQAVİLƏNİN MÜDDƏTİ
Müqavilə imzalandığı gündən qüvvəyə minir.
Maliyyələşdirmə müddəti 12 aydır. Ayrılmış maliyyə vəsaiti maliyyələşdirmə müddətində istifadə olunmalıdır.
Müraciət üzrə maliyyələşdirmə müddətinin əvvəli başlama tarixi tarixi, xxxx bitmə tarixi tarixi müəyyən edilir.
3. HESABAT, HESABAT MÜDDƏTLƏRİ VƏ HESABATIN DİLİ
“Struktur qrantı” çərçivəsində aparılmış işin nəticələri Resipiyentin hesabatlarında göstərilməlidir. Aparılmış işin nəticəsi kimi çap materialları, mətbuat məqalələri, təsviri hesabatlar, foto, video və digər materiallar göstərilməlidir. Müraciətin icrası ilə bağlı press relizlər resipiyent tərəfindən xxxxx@xxxxxxxxxxxxxxx.xx elektron ünvanına göndərilməlidir.
Resipiyent hazırkı Müqavilə və ona Əlavələrlə müəyyən edilmiş məqsədlərə nail olunması üçün maliyyə dəstəyinin istifadə olunmasına nəzarət məqsədilə Donora bu Müqaviləyə Xxxxx XX ilə müəyyən edilmiş dövrlərdə hesabat təqdim edir. “Struktur Qrantı” kateqoriyası üzrə büdcə xərcləri üç mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 40 xxxxx, ikinci mərhələdə, aralıq hesabatının nəticələrinə uyğun olaraq vəsaitin 30 xxxxx, maliyyələşdirilmiş müraciətin tam icrası ilə bağlı yekun hesabat təqdim edildikdən sonra isə vəsaitin qalan 30 xxxxx resipiyentin müvafiq bank hesablarına Azərbaycan manatı ilə ödənilir.
Resipiyent “Struktur Qrantı” üzrə yekun hesabatı müraciətin icrası başa çatdıqdan sonra Donora təqdim etməli və maksimum 15 (on beş) təqvim günü ərzində hesabatını tam bitirməlidir. Hesabat göstərilən müddətlərdə təqdim edilmədiyi və ya tam bitirilmədiyi hallarda, Donor ayrılmış vəsaitin qalan hissəsini Resipiyentə ödəməmək hüququnu özündə saxlayır.
Bu Müqavilə ilə tələb olunan təsviri və maliyyə hesabatı xüsusi formaya malikdir. Hesabat təsviri və maliyyə hissələrindən ibarət olmalıdır.
Hesabata müraciət üzrə xərcləri təsdiq edən bütün sənədlər (müqavilələr daxil olmaqla) əlavə edilməlidir.
Resipiyent müraciətin icrasının mütəmadi qaydada kütləvi informasiya və yeni media vasitələrində, həmçinin, Donorun internet səhifəsində kiçik hesabatlar şəklində işıqlandırılmasını təmin etməlidir. Kiçik hesabatlar təsviri olmalı və onların formasını Resipiyent müəyyən etməlidir. Kiçik hesabatda kütləvi informasiya vasitələrində və Donorun internet səhifəsində yerləşdirilmək üçün təqdim edilən tarixə qədər görülən işlər öz əksini tapmalıdır.
Hesabat Azərbaycan dilində olmaqla yazılı şəkildə və Donorun müəyyən etdiyi formada təqdim edilməlidi
4. DONORUN MALİYYƏ DƏSTƏYİ
VƏ STRUKTUR QRANTININ AYRILMASI QAYDALARI
Donorun maliyyə dəstəyinin maksimum məbləği hazırkı Müqavilənin 1.2-ci bəndində göstərilən məbləğdə olacaqdır. Donorun faktiki maliyyə dəstəyi müraciətin icrası ilə əlaqədar təqdim edilən hesabat, maliyyə vəsaitinin mövcudluğu və digər amillərdən asılı olaraq müəyyən ediləcəkdir.
Maliyyə dəstəyi yalnız müraciətdə nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya malların alınması) üçün istifadə edilə bilər.
Maliyyə dəstəyinin məbləği Donorun tələb etdiyi sənədlər təqdim edildikdən sonra ödənilir.
Resipiyent Donorla əlavə razılaşdırılma olmadan maliyyə dəstəyinin xərclərinin məbləğini dəyişdirə və yenidən bölüşdürə bilməz.
Donorun ayırdığı maliyyə dəstəyinin istifadəsindən irəli gələn vergiləri, məcburi dövlət sosial sığorta ayırmalarını və digər dövlət rüsumlarını Resipiyent ödəyir.
Donor, Xxxxxxxxxxxx hesabatın təqdim edilməsi ilə bağlı müəyyən edilmiş müddətləri pozduğuna, həmçinin müraciətin icrası zamanı müraciətin təsdiq olunmuş təsvirindən fərqlənməsinə görə, maliyyə dəstəyinin məqsədsiz istifadəsi halında, maliyyə dəstəyinin saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim edilməklə alınması müəyyən edildikdə, hesabatda müraciətin icrası ilə bağlı ciddi çatışmazlıqların olduğunu müəyyən etdiyi təqdirdə ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edə və qalan məbləği ödəməyə bilər.
Müqavilənin 4.6-cı maddəsində qeyd olunmuş və Xxxxxxxxxx tərəfindən yol verilmiş pozuntular məhkəmədən kənar qaydada Müqaviləyə xitam verilməsinə və Resipiyentə ödənilən məbləğin xxxx tələb olunmasına əsas ola bilər. Bu halda Resipiyentin Donora heç bir maddi iddiası və ya tələbi Donor tərəfindən qəbul edilmir.
Müraciətin həyata keçirilməsi üçün əlavə vəsaitin və/və ya təşkilati dəstəyin cəlb olunması zərurəti yarandıqda, mənbə haqqında Donora öncədən yazılı surətdə məlumat verilməli və onun tərəfdaş qismində iştirakı razılaşdırılmalıdır.
5. MALİYYƏ VƏSAİTİNİN ÖDƏNİLMƏSİ QAYDALARI
Maliyyə dəstəyi ilə bağlı bütün ödəmələr köçürmə yolu ilə həyata keçirilir.
“Struktur Qrantı” çərçivəsində büdcə xərcləri üç mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 40 xxxxx resipiyentin müvafiq bank hesablarına Azərbaycan manatı ilə ödənilir. Müqavilə imzalandığı gündən 45 gün müddətində Xxxxx tərəfindən Resipiyentin hesabına xxxxx şəklində ümumi məbləğin 40%-nin köçürülməsi haqqında sənəd müvafiq quruma (xəzinə, bank) göndərilir.
Müraciətin icrası ilə bağlı Donor tərəfindən ayrılmış məbləğin qalan hissələri isə 30 faiz və 30 faiz olaraq iki yerə bölünməklə ödənilir. Donor tərəfindən aralıq qiymətləndirmə aparılır və qiymətləndirmənin nəticəsindən asılı olaraq 30 faiz, vəsaitin qalan 30 faiz isə maliyyələşdirilmiş müraciətin tam icrası ilə bağlı təsviri və maliyyə hesabatının Donor tərəfindən qəbul edilib, yoxlanılıb, təsdiq edilməsindən sonra Resipiyentin hesabına köçürülür. 10 (on) iş günü müddətində Xxxxx tərəfindən məbləğin Resipiyentin hesabına köçürülməsi haqqında sənəd müvafiq quruma (xəzinə, bank) göndərilir.
Müqavilə müddəti müqavilə bağlanılan ildə bitmədiyi və növbəti təqvim ili davam etdiyi halda, üçüncü mərhələdə ödənilməsi nəzərdə tutulan vəsait (qalan 30 xxxxx) xxxx xxxx dekabr ayında resipiyentin hesabına köçürülə bilər.
Bu Müqavilənin 3-cü maddəsində müəyyən edilmiş qaydada təqdim edilmiş hesabat Donor tərəfindən təsdiq edilməzsə, ikinci mərhələdə maliyyə dəstəyinin verilməsi dayandırılır.
6. RESİPİYENTİN ÖHDƏLİKLƏRİ
Resipiyent müraciətin icrasını bu Müqaviləyə və ona Əlavələrə uyğun olaraq həyata keçirməlidir.
Müqavilədə və ona Əlavələrdə müəyyən edilmiş qaydada tam həcmdə və müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir.
Müraciətin icrası müddətində Donor müraciət çərçivəsində həyata keçirilən fəaliyyətlərin monitorinq və qiymətləndirilməsini Resipiyentə xəbər vermədən həyata keçirə bilər. Belə monitorinq və qiymətləndirmə zamanı da müvafiq maliyyə yoxlamaları aparıla bilər.
Müraciətin icrası müddətində aparılan monitorinq və qiymətləndirmə zamanı Xxxxxxxxxx istənilən sənədi tələb olunan müddətdə Donora təqdim etməlidir.
Resipiyent müraciətin icrasına dair bütün sənədləri, son hesabat Donor tərəfindən qəbul edilən tarixdən 5 (beş) il müddətində özündə saxlayıb, sonra arxivləşdirilməsi barədə qanunvericiliyə uyğun tədbir görməlidir.
7. ƏLAQƏ
Bu Müqavilə münasibətlərindən irəli gələn bütün əlaqə, Müqavilənin nömrəsinin, sorğunun məqsədi və məzmununun göstərilməsi ilə Donorun rəsmi internet səifəsi (xxx.xxxxxxxxxxxxxxx.xx) vasitəsi ilə və ya aşağıdakı ünvanla elektron qaydada internet vasitəsilə həyata keçirilməlidir.
8. FORS MAJOR
8.1. Bu Müqaviləyə əsasən fors major şəraiti tərəflərin günahı olmadan baş vermiş yanğın, dağıntı, zəlzələ, hərbi əməliyyatlar və nəzarət altından çıxmış digər hallar hesab olunur.
8.2. Əgər sadalanan hallar bir aydan artıq müddətdə davam edərsə, tərəflərdən hər biri Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina edə bilər.
8.3. Tərəflərdən biri üçün Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edən şərait yaranmışdırsa, o təcili olaraq digər tərəfi bu vəziyyət və onun müddəti barədə yazılı xəbərdar etməlidir.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
9.1. Tərəflər, hazırkı Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi və/və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
9.2. Tərəflər arasında bu Müqavilə ilə əlaqədar yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir. Narazı tərəf rəsmi qaydada yazılı iddia göndərir. İddia alınan gündən 15 iş günü müddətində cavab verilməlidir. Bu yolla razılıq əldə olunmayan mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilir.
10. MÜQAVİLƏYƏ XİTAM VERİLMƏSİ
10.1. Bu Müqavilə, Resipiyent tərəfindən hazırkı Müqavilənin şərtləri pozulduqda, ayrılmış vəsaitin siyasi, dini və ya xeyriyyə məqsədlərinə, xaricdə təhsilə, humanitar yardıma və ya gəlirin artırılmasını nəzərdə tutan fəaliyyətə sərf olunduğu aşkar edildikdə, həmçinin Resipiyent tərəfindən maliyyə dəstəyinin tamının, yaxud müəyyən hissəsinin məqsədsiz istifadə edildiyi halda Donorun təşəbbüsü ilə ləğv edilə bilər.
10.2. Müqaviləyə xitam verilməsi üçün digər hallar :
10.2.1. Resipiyent müvafiq orqan tərəfindən ləğv edildikdə;
10.2.2. Müqavilə bağlandığı an üçün mövcud xxxx şərait əsaslı şəkildə dəyişildikdə.
10.3. Müqavilənin 10.2-ci maddəsində qeyd olunan hallar yarandıqda, Resipiyent 5 iş günündən gec olmayan müddətdə Donoru bu hallar barədə xəbərdar etməlidir.
10.4. Müqaviləyə, 10.2-ci maddəyə uyğun olaraq, vaxtından əvvəl xitam verildikdə, 10 iş günündən gec olmayan müddətdə Tərəflərin razılığa gəldiyi məbləğdə və Müqavilədə nəzərdə tutulmuş qaydada, Struktur Qrant bütöv halda və ya qismən Donorun bank hesabına qaytarılmalıdır.
10.5. Müqavilə Resipiyentin təşəbbüsü ilə ləğv edildikdə, Donor Struktur Qrantın məbləğini tam həcmdə xxxx qaytarmağı Resipiyentdən tələb edə bilər. Bu zaman Struktur Qrantın məbləğinin xxxx qaytarılması Donorun Müqavilənin ləğv edilməsi barədə yazılı bildirişdə müəyyən etdiyi qayda və müddətlərdə yerinə yetirilir.
11.MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR
Hazırkı Müqaviləyə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə yazılı qaydada edilir.
11.2. Əlavə və dəyişikliklər yazılı Protokol şəklində bu Müqavilənin tərkib hissəsi kimi ona əlavə edilir və onun tərkib hissəsi sayılır.
12. YEKUN MÜDDƏALAR
Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şərh edilir.
Müraciətin icrasını təmin etmək üçün ayrılmış maliyyə yardımı hesabına əldə olunan əmlak müraciət başa çatdıqdan sonra, bir qayda olaraq, Donorun qərarı ilə Resipiyentin balansına qəbul edilir.
Müraciətin icrası nəticəsində yaradılmış intellektual mülkiyyət obyektləri, Tərəflər başqa cür razılaşdırmayıblarsa, Resipiyentin mülkiyyəti hesab olunur.
Hazırkı müqavilə 2 (iki) nüsxədə hər iki Tərəf üçün xxxxx xxxx Azərbaycan dilində tərtib edilmişdir, hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir, hər Tərəf üçün bir nüsxə nəzərdə tutulmuşdur.
Bu Müqaviləni imzalamaqla Resipiyent Donorun müraciət maliyyələşdirmə qərarı ilə razılaşır və bu qərara heç bir qaydada etiraz etməməyi öhdəsinə götürür.
Tərəflər hüquqi şəxs olduqda, onların səlahiyyətli şəxslərinin dəyişməsi müqavilənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.
13.TƏRƏFLƏRİN ÜNVANLARI, REKVİZİTLƏRİ VƏ İMZALAR
DONOR Azərbaycan Respublikasının Gənclər Fondu VÖEN: 1501993271
Dövlət Xəzinədarlığı Agentliyi H/h: XX00XXXX00000000000000000000 VÖEN: 1401555071 Kod: 210005 M/h: XX00XXXX00000000000000000000 SWİFT: CTREAZ22
İcraçı direktor: X.X.Xxxxxxx
M.Y
|
RESİPİYENT Təşkilatın adı: VÖEN-i:
BANK: H/h: VÖEN: Kod: M/h: SWİFT:
Rəhbər:
M.Y |