BAKI ALİ NEFT MƏKTƏBİNİN
BAKI XXX XXXX MƏKTƏBİNİN
TƏLƏBƏ EVİNİN İNTİZAM VƏ İSTİFADƏ QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bakı Xxx Xxxx Məktəbinin Tələbə Evinin intizam və istifadə qaydaları (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikasının qanunvericiliyinə və Bakı Xxx Xxxx Məktəbinin tələbələrinin daxili intizam qaydalarına uyğun hazırlanmışdır və SOCAR-ın Bakı Xxx Xxxx Məktəbinin (bundan sonra “BANM”) Tələbə Evindən istifadə və intizam münasibətlərini tənzimləyir.
1.2. Bu Qaydalar Tələbə Evindən istifadə edən şəxslərin (bundan sonra “İstifadəçi”) yerləşdirilməsi, yaşaması, fəaliyyəti, təyinatı, təchizatı və saxlanılması, Tələbə Evindən istifadə edilməsi, intizam tənbehlərinin tətbiqi qaydalarını və şərtlərini, İstifadəçilərin hüquq və vəzifələrini müəyyən edir.
1.3. Bu Qaydalar SOCAR-ın daxili normativ sənədi hesab olunur və bu Qaydalarda nəzərdə tutulmuş müddəalar Tələbə Evində yaşayan bütün şəxslər üçün məcburidir.
1.4. Bu Qaydalar Bakı Xxx Xxxx Məktəbində və Tələbə Evində hər kəsin xxxxx xxx biləcəyi yerdə yerləşdirilməlidir.
2. Tələbə Evinə qəbul şərtləri
2.1 Tələbə Evindən BANM-da təhsil xxxx tələbələr, xaricdən dəvət olunmuş qonaqlar(təkbaşına), BANM-da müəllimlik edən və ehtiyacı xxxx müəllimlər (ailələri ilə birlikdə) yararlana bilərlər.
2.2 Tələbə Evinə qəbul tələbə və ya müəllim tərəfindən BANM-ın rektorunun (bundan sonra “Rektor”) adına yazılmış ərizə əsasında Rektorun müvafiq əmri ilə aparılır.
2.3 Tərəflərin (BANM və İstifadəçilərin) hüquq və öhdəliklərinin tənzimlənməsi məqsədi ilə Tələbə Evindən istifadə ilə bağlı müqavilə bağlanılır.
2.4 Müqavilədə yaşayış sahəsindən (otaq) istifadə müddətindən asılı olaraq İstifadəçinin hüquq və vəzifələri, həmçinin müqaviləyə xitam verilməsi şərtləri əks olunur. Müqavilədə bu Qaydalara zidd olmayan əlavə şərtlər nəzərdə tutula bilər.
3. Tələbə Evinə seçim aşağıdakı prioritetlərin ardıcıllığı üzrə aparılır
3.1 Tələbə Evinə seçim prosesində aşağıdakı tələbələrə (öncəki statusa xxxxx xxxx şəxs(lər) olmadıqda ardıcıllığa uyğun digərləri bu hüquqdan istifadə edə bilər) aşağıdakı ardıcıllıqla üstünlük verilir:
a. İnternat məktəblərindən məzun olmuş tələbələr
b. Birinci dərəcə əlilliyi xxxx tələbələr
c. Şəhid övladı xxxx tələbələr
d. Qazilərin övladları
e. Valideyn himayəsindən məhrum olmuş tələbələr
f. Ailəsinin maddi təminatı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı xxxx tələbələr
g. Məcburi köçkünlük statusu olub, Bakı və Sumqayıt şəhərlərində yaşamayan tələbələr.
3.2 Bu Qaydaların 3.1 bəndində müəyyən edilmiş statusa sahib xxxx tələbələr arasından seçim edərkən, eyni zamanda yuxarıda göstərilmiş iki və daha xxx statusa xxxxx xxxx tələbələrə üstünlük verilir.
3.3 Bu Qaydaların 3.1 bəndində qeyd olunmuş güzəştlərdən yararlanmaq istəyən tələbələr müvafiq statusu təsdiq edən sənədlərləri təqdim etməlidir.
3.4 Qaydaların 3.1 bəndində qeyd edilən kateqoriyadan xxxx şəxslərdən Tələbə Evinin sonuncu otağı üçün ilk müraciət edən şəxs müvafiq qaydada Tələbə Evində yerləşdirilir.
4. Tələbə Evində yaşayan İstifadəçilərin hüquq və vəzifələri
4.1 İstifadəçilər aşağıdakı hüquqlara malikdir:
4.1.1. Təqdim olunmuş otaqda maneəsiz yaşamaq (xaricolunma və müqaviləyə xitam halları istisna olmaqla);
4.1.2. Ümumi istifadə yerlərindən, avadanlıqlardan və inventarlardan digər şəxslərin hüquqlarına xələl gətirmədən istifadə etmək;
4.1.3. BANM Rəhbərliyinin razılığı ilə yaşayış otağını dəyişmək;
4.1.4. Tələbə Evinin mədəni-ictimai və idman tədbirlərində iştirak etmək;
4.1.5. Öz otağında yalnız saat 09:00-22:00 aralığında ailə üzvlərini, qohum və tanışlarını qəbul etmək;
4.1.6. Qiymətli əşyalarını Tələbə Evinin seyfinə saxlanma üçün təhvil vermək.
4.2 İstifadəçilər aşağıdakı vəzifələri daşıyırlar:
4.2.1. Daxili nizam-intizam, texniki və yanğın təhlükəsizliyi qaydalarına, ümumi sahələrin və eləcə də yaşadığı otağın təmizliyinə ciddi riayət etmək;
4.2.2. Yaşadığı otağa, avadanlıq və inventarlara qayğı ilə yanaşmaq, elektrik enerjisinə və suya qənaət etmək;
4.2.3. Otaqlardan çıxarkən işıqları söndürmək, işlək cihazları elektrik şəbəkəsindən ayırmaq;
4.2.4. Rektor və Tələbə Evi müdiriyyəti tərəfindən Tələbə Evi ilə bağlı verilən göstərişlərə tam və lazımi qaydada əməl etmək;
4.2.5. Mövcud qanunvericiliyə və BANM ilə imzaladığı müqaviləyə əsasən yataqxanaya onun hərəkət və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın əvəzini ödəmək;
4.2.6. Dərslərinə mane olmayan saatlarda Tələbə Evində və həyətində abadlıq işlərində iştirak etmək;
4.2.7. Tələbə Evindən istifadə qaydalarına ciddi şəkildə riayət etmək;
4.2.8. Yoluxucu xəstəliklərin yayılmasının qarşısının vaxtında alınması üçün Tələbə Evi rəhbərliyinə sağlamlıq vəziyyəti haqqında məlumat vermək.
4.3 İstifadəçilərə qadağandır:
4.3.1. Özbaşına bir otaqdan o biri otağa köçmək;
4.3.2. Özbaşına əşyaları bir otaqdan o biri otağa aparmaq;
4.3.3. Xidməti işçilərə və Tələbə Evinin İstifadəçilərinə qarşı qeyri-etik hərəkətlərə yol vermək;
4.3.4. Özbaşına elektrik cihazlarını təmir etmək və icazə olmadan yerlərini dəyişdirmək;
4.3.5. Dini, etnik və irqi ayrı-seçkiliklə məşğul olmaq, bununla bağlı təbliğat aparmaq, bu kontekstdə divarda foto-şəkil, elanlar və sair asmaq;
4.3.6. Yüksək səslə mütaliə etmək və səs yüksəldici cihazlardan başqalarını narahat edəcək səviyyədə istifadə etmək;
4.3.7.Tələbə Evinə spirtli içkilərin, psixotrop vasitələrin və prekursor maddələrin gətirilməsi, istifadəsi və həmçinin Tələbə Evinə alkoqollu vəziyyətdə daxil olmaq ;
4.3.8.Tələbə Evi daxilində, həyətində və bayır divarlarından (hasarlarından) xaricdəki 10 m ərazidə (BANM-ın kampusunda) siqaret çəkmək;
4.3.9.Partlayış üçün təhlükəli xxxx və tez alışan maddələr saxlamaq və otaqlarda alovdan istifadə etmək;
4.3.10. Qapılarda əlavə kilid qoymaq və icazəsiz qapı kilidlərini dəyişmək;
4.3.11. Otaqda heyvan saxlamaq;
4.3.12. Gündəlik tələb olunmayan və tez xarab xxxx qidaları soyuducusu olmayan yaşayış otaqlarında saxlamaq;
4.3.13. Tələbə Evinə kəsici, partlayıcı, silah və başqa təhlükəli əşyaları keçirtmək və saxlamaq;
4.3.14. Binanın içini və ətrafını tullantılarla çirkləndirmək;
4.3.15. Tələbə Evinə gecə saat 00:00-xxx 06:00-dək girmək və çıxmaq (xüsusilə zəruri hallar istisna olunmaqla).
4.3.16. Yaşayış otağından İstifadəçi olmayan şəxslərin istifadə etməsinə şərait yaratmaq.
5. Tələbə Evinə daxil olma saatları və şərtləri
5.1. Tələbələrin Tələbə Evinə yaranmış obyektiv hallarla bağlı qeyd olunan saatlardan sonra daxil olması və tərk etməsi yalnız əsaslandırıldıqdan və Tələbə Evinin rəhbərliyinin razılığı alınmaqla üzürlü hal hesab oluna bilər.
5.2. Tələbələr Tələbə Evini 2 (iki) gündən artıq tərk edəcəyi təqdirdə Tələbə Evi rəhbərliyinə qabaqcadan yazılı müraciət etməlidir.
5.3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Tələbə Evindən ayrılıb başqa yerdə 4 gündən artıq yaşayacağı halda, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.
6. Qiymətli əşyaların saxlanması
6.1. İstifadəçilər qiymətli əşyalarını Tələbə Evinin seyfinə saxlanma üçün verə bilərlər. Bu zaman İstifadəçi ilə Tələbə Evinin səlahiyyətli şəxsi arasında akt imzalanır və həmin aktda saxlanmaya verilən əşya təsvir olunur.
6.2. İstifadəçilərin saxlanmaya verilməyən əşyalarının itməsinə görə Tələbə Evi və ya BANM məsuliyyət daşımır.
7. İntizam məsuliyyəti və onun növləri
7.1. Daxili intizam qaydalarını pozan İstifadəçilərə törətdikləri xətalarının dərəcəsindən asılı olaraq aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
7.1.1. Töhmət vermək;
7.1.2. Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
7.1.3. Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməklə yanaşı edilən güzəştlərdən məhrum etmək;
7.1.4. Xxxxxx müqaviləsinə xitam vermək.
7.2. Tələbəyə intizam tənbehi verərkən onun şəxsiyyətini, kollektivdəki nüfuzunu, törətdiyi xətanın xarakterini və həmin əmələ öz münasibətini nəzərə almaq lazımdır. Bu Qaydaların 6.1.1-6.1.4-cü yarımbəndlərdə qeyd edilmiş intizam tənbehlərindən hər xxxxx xxxx tətbiq olunmadan yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər.
8. İntizam tənbehi vermək səlahiyyəti xxxx şəxs
8.1. İntizam tənbehi Rektorun əmri ilə rəsmiləşdirilir.
8.2. Rektor intizam tənbehi vermək səlahiyyətini əmr ilə prorektorlardan birinə və ya BANM-da çalışan digər səlahiyyətli şəxsə/Komitəyə həvalə edə bilər.
8.3. Bu 8.1 və 8.2-ci bəndlərində göstərilən vəzifəli şəxslərdən başqa, digər vəzifəli şəxslərin intizam tənbehi verməyə ixtiyarı yoxdur.
9. İntizam tənbehinin verilməsi şərtləri
9.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İntizam tənbehi intizam xətası törədildikdən sonra yalnız 6 ay ərzində verilə bilər.
9.2. İntizam tənbehi verilməmişdən əvvəl şəxsdən yazılı izahat tələb edilir. Şəxsin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
9.3. İntizam tənbehi almış şəxsin tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
10. Xəbərdarlıq üçün əsas xxxx xxxxxx
10.1. Başqalarına qarşı kobud rəftar etmək, onları narahat edəcək şəkildə bağırmaq, səs-küy salmaq, televizor, radio və musiqi mərkəzlərini yüksək tonla səsləndirmək, bina və həyətin təmizliyinə riayət etməmək.
10.2. Əsaslı səbəb olmadan səlahiyyətli şəxslərin suallarına vaxtında cavab verməmək.
10.3. Binanın dəhlizlərini, otaqlarını, pilləkənlərini, ətraf ərazisini tullantılarla çirkləndirmək.
11. Töhmət üçün əsas xxxx xxxxxx
11.1. Tələbə Evinin divarlarının, əşyalarının üzərini cızmaq və ya sındırmaq, yazı yazmaq, müxtəlif işarələr qoymaq və ya şəkil çəkmək.
11.2. BANM-ın işçilərinə yanlış məlumat vermək.
11.3. Xüsusi olaraq müəyyən edilmiş məkanlardan başqa yerlərdə elan asmaq.
11.4. BANM tərəfindən asılan hər hansı elanı qopartmaq, cırdıqda, dəyişdirmək və ya qaralamaq.
11.5. BANM-ın ərazisinə daxiloma qaydalarını pozmaq.
11.6. Otaqlarda heyvan saxlamaq.
11.7. Bu qaydaların 10-cu hissəsində qeyd edilən hər hansı intizam xətasını təkrarən törətmək.
12. Sonuncu xəbərdarlıqla şiddətli töhmət üçün əsas xxxx xxxxxx
12.1. Sakitliyi və ya iş şəraitini pozmağa yönəlmiş hərəkətlərə yol vermək.
12.2. Tələbə Evinin daxilində icazəsiz elan və bəyanatlar yaymaq, afişa və plakatlar asmaq.
12.3 BANM-da aldığı bu və ya digər sənəddən/vəsiqədən başqasının istifadə etməsinə şərait yaratmaq və ya başqasının sənədindən/vəsiqəsindən istifadə etmək.
12.4. Dil, etnik və dini mənsubiyyət, məzhəb fərqliliyi baxımından ayrı-seçkiliyə, ixtilaflara səbəb olacaq fəaliyyətlərə dəstək olmaq.
12.5. Tələbə Evi daxilində, həyətində və bayır divarlarından xaricdəki 10 m ərazidə (BANM-ın kampusunda) siqaret çəkmək.
12.6. Gündəlik tələb olunmayan və tez xarab xxxx qidaları soyucudusu olmayan yaşayış otaqlarında saxlamaq.
13. Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməklə yanaşı verilən güzəştlərdən məhrum edilmə üçün əsas xxxx xxxxxx
13.1. İcazəsiz, qeyri-qanuni toplantılar, mitinqlər, aksiyalar, nümayişlər zamanı onlara qoşulmaq və ya təbliğat aparmaq və belə fəaliyyətlərə təşəbbüs göstərmək.
13.2. Tələbələri və ya başqa şəxsləri Tələbə Evinin normal fəaliyyətini davam etdirməsinə mane olacaq, gecikdirəcək hər hansı bir hərəkətə təhrik etmək.
13.3. Tələbə Evinə kəsici, partlayıcı, silah və başqa təhlükəli əşyaları keçirtmək və saxlamaq.
13.4. Tələbə Xxxxxx rəhbərliyinin icazəsi olmadan digər otağa köçmək və otaqdan əşya və ya məişət avadanlıqlarını çıxartmaq.
13.5. Tələbə Evində kənar şəxslərin gecələməsinə şərait yaratmaq.
13.6. Qapılarda əlavə kilid qoymaq və icazəsiz qapı kilidlərini dəyişmək.
14. İstifadəçi ilə bağlanmış kirayə müqaviləsinə xitam verilməsi üçün əsas xxxx xxxxxx
14.1. Müqaviləyə aşağıdakı əsaslarla xitam verilir:
14.1.1. Öz arzusu ilə;
14.1.2. Bu qaydaları ciddi şəkildə pozduğuna görə;
14.1.3. Müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim- məsləhət komissiyasının arayışına əsasən) tələbələr sırasından xaric edildikdə və təhsil və ya əmək müqavilələrinə xitam verildikdə;
14.1.4. BANM işçilərinin və ya tələbələrinin şərəf və ləyaqətini, şəxsiyyətlərini şifahi və ya yazılı olaraq hər hansı bir şəkildə alçaltdıqda, təhqirə yol verdikdə;
14.1.5. Tələbə Evinə spirtli içkilərin, psixotrop vasitələrin və prekursor maddələrin gətirilməsi, istifadəsi və həmçinin Tələbə Evinə alkoqollu vəziyyətdə daxil olunmaq ;
14.1.6. Partlayış üçün təhlükəli xxxx və tez xxxxxx xxxxx maddələr saxlamaq və otaqlarda alovdan istifadə etmək;
14.1.7. Yaranacaq fövqəladə hallarda yataqxananın fəaliyyəti dayandıqda;
14.1.8. Təsdiqedici sənəd təqdim etmədən Tələbə Evində icazəsiz 3 gündən artıq olmadıqda;
14.1.9. Müqavilədə göstərilmiş digər əsaslara görə.
15. Nəzərdə tutulmayan intizam pozuntuları
15.1. Bu Qaydalarda nəzərdə tutulmayan intizam xətasına yol vermiş İstifadəçiyə qarşı yuxarıda sadalanan intizam xətalarından ən oxşarı (törədilmiş hərəkətin xarakteri, ağırlıq dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla) üçün müəyyən edilmiş intizam tənbehi tətbiq edilir.
15.2. Bir yaşayış otağında baş vermiş hər hansı intizam pozuntusuna görə yaşayış otağından istifadə edən hər bir şəxs eyni dərəcədə məsuliyyət daşıyır.
15.3. İntizam pozuntusu araşdırılarkən 15.2-ci bənddə qeyd olunan hal olduqda digər şəxsin öncədən aidiyyəti üzrə məlumatlandırması nəzərə alınacaqdır.
16. İntizam pozuntusunun təkrar törədilməsi
16.1. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində intizam tənbehi verilməsinə səbəb xxxx hər hansı bir hərəkət və ya hərəkətsizliyə təkrar yol verilərsə, müvafiq əməl üçün nəzərdə tutulan tənbehdən bir dərəcə ağır tənbeh tətbiq edilir.
17. Təhqiqatın aparılması
17.1. İntizam təhqiqatının aparılması və yekunlaşdırılması BANM-ın Tələbələrinin daxili intizam qaydalarına uyğun aparılacaqdır.
17.2. İntizam təhqiqatında Tələbə Evinin rəhbərliyini iştirakı təmin olunmalıdır.