Contract
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında 1997-ci il 10 iyun tarixdə Almatı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Xxxxxx XXXXXX
Bakı şəhəri, 26 iyun 1997-ci il
№ 345-IQ