AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2008-ci il avqustun 12-də Cenevrə şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında” Sazişə Azərbaycan Respublikasının xxx xxxx bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 517-IVQ
Poçt ödəniş xidmətləri haqqında Saziş Mündəricat
Hissə 1
Poçt ödəniş xidmətlərinə tətbiq edilən ümumi qaydalar Fəsil 1
Ümumi müddəalar
Maddə
1. Sazişin fəaliyyət dairəsi
2. Təriflər
3. Operatorun təyin edilməsi
4. Üzv ölkələrin vəzifələri
5. İstismar funksiyaları
6. Poçt ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqəli vasitələrə mülkiyyət hüququ
7. Kapitalların yuyulması, terrorçuluğun maliyyələşdirməsi və maliyyə cinayətləri ilə mübarizə
8. Məxfilik
9. Texnoloji neytrallıq
Fəsil 2
Ümumi prinsiplər və xidmətlərin keyfiyyəti
10. Ümumi prinsiplər
11. Xidmətin keyfiyyəti
Fəsil 3
Məlumatların elektron mübadiləsini tənzimləyən prinsiplər
12. Funksional uyğunluq
13. Elektron mübadilənin təhlükəsizliyinin təmin edilməsi
14. Keçid üzrə nəzarət və izləmə
Hissə 2
Poçt ödəniş xidmətlərini tənzimləyən qaydalar Fəsil 1
Tapşırıqların emalı
15. Tapşırıqların qəbulu, sistemə daxil edilməsi və ötürülməsi
16. Şəxsiyyətin yoxlanılması və pul vəsaitlərinin ödənilməsi
17. Maksimal məbləğ
18. Kompensasiya
19. Reklamasiyalar
Fəsil 2 Reklamasiyalar və məsuliyyət
20. Təyin olunmuş operatorların istifadəçilər qarşısında məsuliyyəti
21. Təyin olunmuş operatorların qarşılıqlı öhdəlikləri və məsuliyyəti
22. Təyin olunmuş operatorların məsuliyyətdən azad edilməsi
23. Məsuliyyətə dair qeyd-şərtlər
Fəsil 3 Maliyyə münasibətləri
24. Mühasibat və maliyyə normalan
25. Qarşılıqlı hesablaşmalar və klirinq
Hissə 3
Keçid və yekun müddəalar
26. Konqresdə təqdim olunan qeyd-şərtlər
27. Yekun müddəalar
28. Poçt ödəniş xidmətləri haqqında Sazişin qüvvəyə minməsi və fəaliyyət müddəti
Poçt ödəniş xidmətləri haqqında Saziş
İttifaqın üzv ölkələri hökumətlərinin aşağıda imza edən səlahiyyətli nümayəndələri 1964-cü ilin 10 iyul tarixində Vyanada qəbul edilmiş Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 22.4-cü maddəsinə əsasən, ümumi razılıq və bu Nizamnamənin 25.4-cü maddəsinə riayət etmək şərti ilə təyin olunmuş operatorların şəbəkələrinin qarşılıqlı fəaliyyətinin təmin edilməsinə imkan verən sistemlər əsasında etibarlı, münasib və kütləvi istifadəçiyə adaptasiya edilmiş ödəniş xidmətlərinin tətbiqi üçün yuxarıda adı çəkilən Nizamnamənin prinsiplərinə uyğun gələn aşağıdakı Sazişi bağladılar.
Hissə 1
Poçt ödəniş xidmətlərinə tətbiq edilən ümumi qaydalar
Fəsil 1 Ümumi müddəalar
Maddə 1 Sazişin fəaliyyət dairəsi
1. Sazişi imzalayan hər bir üzv ölkə öz ərazisində aşağıdakı poçt ödəniş xidmətlərindən ən azı birinin göstərilməsi üçün bütün imkanlardan istifadə edir:
1.1. nağd pul köçürməsi: göndərici təyin olunmuş operatorun xidmət məntəqəsinə nağd pul vəsaitini verir və bütün məbləğin heç bir tutulma olmadan alıcıya nağd ödənilməsi haqqında xahiş edir;
1.2. nağd ödəmə üçün göndəricinin hesabından köçürmə: göndərici təyin olunmuş operatorun apardığı hesabının debetləşməsi haqqında göstəriş verir və bütün məbləğin heç bir tutulma olmadan alıcıya nağd ödənilməsi haqqında xahiş edir;
1.3. nağd pulun hesaba köçürülməsi: göndərici təyin olunmuş operatorun xidmət məntəqəsinə nağd pul vəsaitini verir və onun heç bir tutulma olmadan alıcının hesabına köçürülməsi haqqında xahiş edir;
1.4. bir hesabdan digərinə köçürmə: göndərici təyin olunmuş operatorun apardığı hesabmı debetləşdirmək göstərişini verir və ekvivalent məbləğin heç bir tutulma olmadan təyin olunmuş ödəyici operatorun açdığı alıcı hesabına daxil etməsini xahiş edir.
2. Bu Sazişin yerinə yetirilməsi üçün zəruri xxxx müddəalar reqlamentdə müəyyən edilir.
Maddə 2 Təriflər
1. Səlahiyyətli orqan: təyin olunmuş operatorun və ya bu maddənin aid olduğu şəxslərin fəaliyyətini qanun və ya reqlamentin verdiyi səlahiyyətlərə uyğun nəzarət edən İttifaq üzv ölkəsinin istənilən milli orqanı deməkdir. Səlahiyyətli orqan pul vəsaitlərinin yuyulması və terrorizmin maliyyələşdirməsi ilə mübarizə üzrə müvafiq inzibati və ya hüquq orqanlarım, o cümlədən maliyyə məlumatlan məsələləri üzrə milli komitəni və nəzarət orqanlarını məlumatlandıra bilər.
2. Xxxxx: təyin olunmuş ödəyici operatorun poçt ödəniş xidmətləri üçün nəzərdə tutulmuş pul vəsaitlərinin artırılması məqsədilə təyin olunmuş emitent operator tərəfindən təyin olunmuş ödəyici operatora qabaqcadan qismən köçürmə.
3. Kapitalların yuyulması: valyutanın mənşəyinin kriminal fəaliyyətlə əlaqəli olduğunu bilərək və ya valyutanın qanunsuz mənşəyini ört-basdır etmək və ya gizlətmək və bu fəaliyyətin həyata keçirilməsində iştirak edən şəxsə bu hərəkətin qanuni nəticələrindən yayınmağa kömək etmək məqsədilə bu fəaliyyətdə iştirak etməklə hər hansı müəssisə və ya ayrıca şəxs tərəfindən valyuta köçürülməsi deməkdir, hətta yuyulma fəaliyyəti İttifaqın digər üzv ölkəsinin və ya üçüncü ölkənin ərazisində də baş verərsə, ona həmin qiymət verilməlidir.
4. Ayrılma: istifadəçilərin pul vəsaitlərinin təyin olunmuş operatorun pul vəsaitlərindən məcburi ayrılması, bu istifadəçilərin pul vəsaitlərinin poçt ödəniş xidmətləri üzrə əməliyyatlardan başqa, digər məqsədlər üçün istifadəsinə mane olur.
5. Klirinq mərkəzi: klirinq mərkəzi çoxtərəfli mübadilə çərçivəsində bir operatorun digərinə təqdim etdiyi xidmətlərin göstərilməsi nəticəsində yaranan qarşılıqlı borclar və tələbnamələrlə məşğul olur. Bu mərkəzin vəzifəsi, hesablaşmaları hesablaşma bankı vasitəsi ilə aparılan operatorlar arasında mübadilə uçotunun həyata keçirilməsindən və habelə qarşılıqlı hesablaşmalarda anlaşılmazlıq hallarında zəruri tədbirlərin görülməsindən ibarətdir.
6. Klirinq: iştirakçı tərəflərin qarşılıqlı hesablaşmalarının saldosunun vaxtaşırı müəyyənləşdirilməsi hesabına ödənişlərin sayının minimuma qədər azaltmağa imkan verən sistemdir. Klirinq özünə iki mərhələni daxil edir: ilk mərhələdə ikitərəfli saldoların müəyyənləşdirilməsi, daha sonra ikitərəfli saldolan əlavə etmək hesabına hər bir üzvün birliyə münasibətdə ümumi saldosunun hesablanması həyata keçirilir. Bu baxılan müəssisənin debitor və ya kreditor vəziyyətindən asılı olaraq yalnız bir qarşılıqlı hesablaşma yerinə yetirməyə imkan verir.
7. Yığım hesabı: vahid hesaba müxtəlif mənbələrdən daxil xxxx pul vəsaitlərinin birləşdirilməsi.
8. Qarşılıqlı hesab: təyin olunmuş operatorlar tərəfindən qarşılıqlı əsasda ikitərəfli münasibətlər çərçivəsində açılan xxxx poçt hesabı; bu hesab vasitəsi ilə borclar və öhdəliklər üzrə hesablaşmalar aparılır.
9. Cinayətkarlıq: milli qanunvericiliklə münasibətdə cinayətin törədilməsində və ya hüquq pozuntusunda iştirakın istənilən növü deməkdir.
10. Təminatlı girov: təyin olunmuş operatorlar arasında hesablaşmaların təmin edilməsi üçün nağd pul və ya qiymətli kağızlar şəklində məbləğ.
11. Alıcı: poçt pul köçürməsinin alam qismində göndəricinin qeyd etdiyi fiziki və ya hüquqi şəxs.
12. Üçüncü valyuta: iki valyuta arasında konvertasiya olmadığı halda və ya klirinq/hesabların ödənilməsi üçün istifadə olunan aralıq valyuta.
13. İstifadəçilərlə münasibətdə mükəmməl yoxlama və ehtiyatlılıq: təyin olunmuş operatorların aşağıdakı vəzifələrdən ibarət ümumi öhdəliyi:
- istifadəçinin şəxsiyyətini müəyyənləşdirmək;
- tapşırığın məqsədi haqqında məlumat almaq;
- poçt ödəniş tapşırıqlarına nəzarət etmək;
- istifadəçilərə dair məlumatın həqiqi xarakterini yoxlamaq;
- şübhəli əməliyyatlar haqqında səlahiyyətli orqanlara məlumat vermək.
14. Poçt ödəniş tapşırıqlarına aid xxxx elektron məlumatlar: tapşırıqların icrası, reklamasiya, ünvanın dəyişdirilməsi və ya düzəldilməsinə yaxud kompensasiyaya dair bir təyin olunmuş operatordan digərinə elektron üsulla ötürülən məlumatlar, bu məlumatlar təyin olunmuş operatorlar tərəfindən daxil edilir və ya avtomatik olaraq onların kompüter sistemində yaranır və tapşırığın və ya bəyanatın statusunun dəyişməsi haqqında xəbər verir.
15. Şəxsi məlumatlar: göndərici və ya alıcının şəxsiyyəti haqında identifikasiya məlumatları. Onlar yalnız alındığı məqsədlər üçün istifadə oluna bilərlər.
16. Poçt məlumatlan: poçt ödəniş tapşırığının göndərilməsi və icrasının izlənilməsi üçün, habelə statistika və mərkəzləşdirilmiş klirinq sistemi üçün zəruri xxxx məlumatlar.
17. Məlumatların Elektron Mübadiləsi (MEM): İttifaqın sistemi ilə xxxxx xxxx şəbəkə və standart formatlardan istifadə etməklə əməliyyatlara dair məlumatların bir kompüterdən digərinə mübadiləsi.
18. Göndərici: təyin olunmuş operatora İttifaq aktlarına uyğun poçt ödəniş tapşırığını icra etmək göstərişini verən fiziki və ya hüquqi şəxs.
19. Terrorçuluğun maliyyələşdirilməsi: terrorçuluğun maliyyələşdirilməsi anlayışına terror aktları, terrorçular və terror təşkilatlarının maliyyələşdirilməsi daxildir.
20. İstifadəçilərin pul vəsaitləri: bu Saziş və onun reqlamentinə uyğun olaraq, göndəricinin qeyd etdiyi alıcıya ödəmək üçün təyin olunmuş emitent operatora göndərici tərəfindən nağd şəkildə verilən və ya emitent operatorun apardığı göndərici hesabından bilavasitə debetləşdirilən məbləğ və yaxud göndərici tərəfindən təyin olunmuş emitent operatora və ya hər hansı digər maliyyə operatorunun sərəncamına verilmiş mühafizə olunan pul vəsaiti.
21. Buraxılış valyutası: təyinat ölkəsinin valyutası və ya təyinat ölkəsinin icazə verdiyi üçüncü valyuta, hansı ki, bu valyutada tapşırıq buraxılır.
22. Təyin olunmuş emitent operator: İttifaq aktlarına uyğun olaraq poçt ödəniş tapşırığını təyin olunmuş ödəyici-operatora ötürən təyin olunmuş operator.
23. Təyin olunmuş ödəyici operator: İttifaq aktlarına uyğun olaraq alıcının ölkəsində poçt ödəniş tapşırıqlarının icrası həvalə olunan təyin olunmuş operator.
24. Fəaliyyət müddəti: poçt ödəniş tapşırığının lazımi qaydada icra oluna və ya xxxx çağınla bildiyi müddət.
25. Xidmətə buraxılış məntəqəsi: istifadəçinin poçt pul köçürməsini verə və ya ala biləcəyi fiziki və ya virtual yer.
26. Mükafatlandırma: alıcıya ödəniş verdiyinə görə, təyin olunmuş emitent operatorun təyin olunmuş ödəyici operatora ödədiyi məbləğ.
27. Xxxx çağırma: göndərici üçün ödəniş anına və ya qüvvədə olma müddətinin bitməsinə (ödəniş aparılmamışsa) qədər özünün poçt ödəniş tapşırığının (nağd və ya köçürmə ilə xxx xxxxxx) xxxx çağırmaq imkanı.
28. Kontragentin riski: tərəflərdən birinin müqavilə şərtlərini yerinə yetirməməyi ilə bağlı risk. O, özünü itki və ya qeyri-likvidlik riski ilə büruzə verir.
29. Likvidliklə bağlı risk: kontragent və ya qarşılıqlı hesablaşma sistemi iştirakçısının müvəqqəti olaraq vaxtında öz öhdəliklərinin tam yerinə yetirə bilməməyini göstərən risk.
30. Şübhəli əməliyyatlar haqqında məlumat: təyin olunmuş operatorun milli qanunvericilik və İttifaqın qətnamələri əsasında səlahiyyətli milli orqanlara şübhəli əməliyyatlar haqqında məlumat çatdırmaq öhdəliyi.
31. Keçid üzrə nəzarət və izləmə: poçt ödəniş tapşırığının keçidinin monitorinqinə, habelə istənilən vaxt onun olduğu yerin və statusunun müəyyən edilməsinə imkan verən sistem.
32. Tarif: göndəricinin poçt ödəniş xidmətinə görə təyin olunmuş emitent operatora ödədiyi məbləğ.
33. Şübhəli tranzaksiya: pul vəsaitlərinin yuyulması və ya terrorçuluğun maliyyələşməsi üzrə cinayət fəaliyyəti ilə bağlı bir dəfəlik və ya təkrarlanan poçt ödəniş tapşırığına dair əvəzin verilməsi haqqında poçt ödəniş tapşırığı və ya ərizə.
34. İstifadəçi: bu Sazişə uyğun olaraq poçt ödəniş xidmətlərinin göstərildiyi fiziki və ya hüquqi şəxs, göndərici və ya alıcı.
Maddə 3 Operatorun təyin edilməsi
1. Konqres bağlandıqdan sonra altı ay ərzində üzv ölkələr Beynəlxalq Büroya poçt ödəniş tapşırıqlarının icrası üzrə nəzarətin həyata keçirilməsi həvalə olunmuş hökumət orqanının adını və ünvanmı bildirir. Bundan başqa, Xxxxxxx bağlandıqdan sonra altı ay ərzində üzv ölkələr Beynəlxalq Büroya öz ərazisində (ərazilərində) öz şəbəkəsini (şəbəkələrini) istifadə etməklə, poçt ödəniş xidmətlərinin göstərilməsini təmin etmək üçün, habelə İttifaq aktlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün rəsmi təyin olunmuş operatorun (operatorların) adını və ünvanım bildirir. İki Konqres arasındakı dövrdə hökumət orqanları və rəsmi təyin olunmuş operatorlara dair hər hansı dəyişikliklər haqqında mümkün qədər tez Beynəlxalq Büronu xəbərdar etmək lazımdır.
2. Təyin olunmuş operatorlar poçt ödəniş xidmətlərini bu Sazişə uyğun təqdim edirlər.
Maddə 4
Üzv ölkələrin vəzifələri
1. Üzv ölkələr təyin etdikləri operatorun (operatorların) öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu operatorun (operatorların) İttifaq aktları əsasında digər təyin olunmuş operatorlar qarşısında məsuliyyətini saxlamaqla poçt ödəniş xidmətlərinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görürlər.
2. Özünün təyin etdiyi operator öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi təqdirdə, Sazişi imzalayan üzv ölkə Beynəlxalq Büro vasitəsi ilə bu Sazişin iştirakçısı xxxx digər üzv ölkələri məlumatlandırır:
2.1. qeyd olunan tarixdən başlayaraq və yeni xəbərdarlığa qədər beynəlxalq poçt ödəniş xidmətlərinin göstərilməsinin müvəqqəti dayandırılması haqqında;
2.2. bu xidmətlərin bərpası üçün görülmüş tədbirlər və həmin xidmətlərin təqdim olunmasına görə məsuliyyətin mümkün yeni təyin olunmuş operatorun üzərinə qoyulması haqqında.
Maddə 5 İstismar funksiyaları
1. Təyin olunmuş operatorlar poçt ödəniş xidmətlərinin icrasına görə digər operatorlar və istifadəçilər qarşısında məsuliyyət daşıyır.
2. Onlar milli qanunvericiliyə uyğun olaraq istismar riskləri, likvidlik riskləri və kontragent riskləri kimi risklərə görə məsuliyyət daşıyırlar.
3. Təyin olunmuş operatorlar poçt ödəniş xidmətlərinin təqdim edilməsi üçün öz üzv ölkəsinin tapşırığı ilə seçdikləri təyin olunmuş operatorlarla ikitərəfli və ya çoxtərəfli sazişlər bağlayır.
Maddə 6
Poçt ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqəli vasitələrə mülkiyyət hüququ
1. Poçt ödəniş tapşırığının icrası üçün nağd verilmiş və ya hesabdan debet edilmiş hər bir məbləğ alıcıya ödənilən və ya onun hesabına daxil edilən xxx qədər göndəriciyə məxsusdur.
2. Poçt ödəniş tapşırığının qüvvədə olma müddəti ərzində göndərici, alıcıya ödənilənə və ya məbləğ onun hesabına daxil edilənə qədər, tapşırığı xxxx çağıra bilər.
Maddə 7
Kapitalların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə
1. Təyin olunmuş operatorlar milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq öz öhdəliklərini, habelə kapitalların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizəyə dair öhdəliklərini yerinə yetirmək üçün bütün zəruri vasitələrdən istifadə edirlər.
2. Onlar milli qanunlara və normativ tələblərə əsasən şübhəli tranzaksiyalar haqqında öz ölkələrinin səlahiyyətli orqanlarına məlumat verməlidirlər.
3. Reqlamentdə müştərinin şəxsiyyətinin müəyyənləşdirməsi, zəruri sayıqlıq və kapitalların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə məsələsində reqlament proseduralarının yerinə yetirilməsi ilə bağlı təyin olunmuş operatorların ətraflı öhdəlikləri şərh olunur.
Maddə 8 Məxfilik
1. Təyin olunmuş operatorlar milli qanunvericiliyə, zəruri halda beynəlxalq öhdəliklərə və reqlamentə riayət etməklə istifadəçilərin şəxsi məlumatlarını məxfi şəkildə emal edirlər. Bu maddə Sazişi imzalayan hər bir üzv ölkənin milli qanunvericiliyinə uyğun olaraq şəxsi məlumatların müvafiq orqanlara verilməsinə icazəyə maneə törətməməlidir.
2. Poçt ödəniş tapşırığının icrası üçün zəruri xxxx məlumatlar məxfidir.
3. Statistikanın aparılması üçün və ola bilsin xidmətin və mərkəzləşdirilmiş klirinqin keyfiyyətinin qiymətləndirilməsi üçün təyin olunmuş operatorlar ən azı ildə bir dəfə poçt məlumatlarım Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosuna göndərməlidirlər. Beynəlxalq Büro bütün fərdi poçt məlumatlarmı məxfi emal etməlidir.
Maddə 9 Texnoloji neytrallıq
1. Bu Sazişdə müəyyən edilmiş xidmətlərin göstərilməsi üçün zəruri xxxx məlumatların mübadiləsi bu xidmətlərin təqdim edilməsinin hansısa xüsusi texnologiyanın istifadəsindən asılı olmadığım göstərən texnoloji neytrallıq prinsipi ilə tənzimlənir.
2. Qəbul, sistemə daxiletmə, göndərmə, ödəniş, mükafatlandırma, reklamasiya və ya alıcılara pul vəsaitlərinin ötürülmə müddətinə baxılma şərtləri kimi poçt ödəniş tapşırıqlarının icra qaydaları poçt ödənişin tapşırığının ötürülməsi üçün istifadə edilən texnologiyalardan asılı olaraq dəyişə bilər.
3. Poçt ödəniş xidmətləri müxtəlif texnologiyaların kombinasiyası əsasında göstərilə bilər.
Fəsil 2
Ümumu prinsiplər və xidmətlərin keyfiyyəti Maddə 10
Ümumi prinsiplər
1. Şəbəkədən istifadə imkanı:
1.1. poçt ödəniş xidmətləri təyin olunmuş operatorlar tərəfindən özünün (özlərinin) şəbəkəsindən (şəbəkələrindən) və ya digər iştirakçıların şəbəkələrindən istifadə etməklə elə təqdim edilir ki, kütləvi istifadəçilər üçün bu xidmətlərin istifadəsi təmin olunsun;
1.2. təyin olunmuş operatorla müqavilə və ya kommersiya münasibətlərində olmasından asılı olmayaraq, bütün istifadəçilər poçt Ödəniş xidmətlərindən istifadə imkanına malikdirlər.
2. Pul vəsaitlərinin ayrılması:
2.1. istifadəçilərin pul vəsaitləri ayrılır. Bu pul vəsaitləri və onların formalaşdığı axınlar operatorların digər pul vəsaitləri və axınlarından, o cümlədən onların şəxsi pul vəsaitlərindən ayrılmışdır;
2.2. təyin olunmuş operatorlar arasındakı kompensasiya ilə bağlı ödənişlər istifadəçilərin pul vəsaitlərinə aid xxxx ödənişlərdən ayrı həyata keçirilir.
3. Poçt ödəniş xidmətləri üçün buraxılış və ödəniş valyutası:
3.1. poçt ödəniş tapşırığında qeyd olunan məbləğ təyinat ölkəsinin valyutasında və ya təyinat ölkəsinin icazə verdiyi istənilən digər valyutada ifadə olunur və ödənilir.
4. İmtinanın qeyri-mümkünlüyü:
4.1. poçt ödəniş tapşırıqlarının elektron üsulla ötürülməsi imtinanın qeyri- mümkünlüyü prinsipi əsasında həyata keçirilir, bu o deməkdir ki, əgər ötürmə tətbiq edilən texniki standartlara uyğundursa, təyin olunmuş emitent operator yuxanda adı çəkilən tapşırıqların mövcudluğunu şübhə altına qoya bilməz və təyin olunmuş ödəyici operator onların faktiki alındığını inkar edə bilməz;
4.2. elektron poçt ödəniş tapşırıqlarından imtinanın qeyri-mümkünlüyü təyin olunmuş operatorların istifadə etdiyi sistemdən asılı olmayaraq, texniki vasitələrlə təmin olunmalıdır.
5. Poçt ödəniş tapşırıqlarının yerinə yetirilməsi:
5.1. təyin olunmuş operatorlar arasında göndərilən poçt ödəniş tapşırıqları bu Sazişin müddəalarına və milli qanunvericiliyə riayət etməklə icra olunmalıdır;
5.2. təyin olunmuş operatorların şəbəkəsində göndəricinin təyin olunmuş emitent operatora təqdim etdiyi məbləğ təyin olunmuş ödəyici operatorun alıcıya ödədiyi məbləğə uyğundur;
5.3. alıcıya ödəniş təyin olunmuş ödəyici operator tərəfindən göndəricinin müvafiq pul vəsaitlərini xxxxxx ilə bağlı deyildir. Təyin olunmuş emitent operator onu xxxxx və ya qarşılıqlı hesaba keçirmələrə dair təyin olunmuş ödəyici operator qarşısında öz öhdəlik şərtlərinə riayət etməklə həyata keçirməlidir.
6. Tarifqoyma:
6.1. təyin olunmuş emitent operator poçt ödəniş xidmətləri üzrə tarifləri müəyyən
edir;
6.2. tarif göndəricinin tələb etdiyi istənilən əlavə xidmətə görə ödəniş məbləği
qədər artırıla bilər.
7. Tariflərin ödənilməsindən azad edilmə:
7.1. Ümumdünya Poçt Konvensiyasının hərbi əsirlərə və ya nəzarətdə saxlanılan mülki şəxslərə ünvanlanan poçt göndərişlərinin ödənişdən azad edilməsi haqqında müddəaları bu kateqoriyadan xxxx alıcılar üçün poçt ödəniş xidmətlərinə tətbiq oluna bilər.
8. Təyin olunmuş ödəyici operatora mükafat:
8.1. təyin olunmuş ödəyici operator təyin olunmuş emitent operatordan poçt ödəniş tapşırıqlarının icrasına görə ödəniş alır.
9. Təyin olunmuş operatorlar arasında qarşılıqlı hesablaşmaların dövrlülüyü:
9.1. təyin olunmuş operatorlar arasında alıcılara ödənilən və ya onların hesablarına daxil edilən göndəricinin pul vəsaitləri üzrə hesablaşmalar vaxt etibarı ilə onlar arasındakı xidmətlərə görə mükafatların ödənilməsi üzrə hesablaşmalarla üst-üstə düşməyə bilər. Alıcılara ödənilən və ya onların hesabına keçirilən pul vəsaitləri üzrə hesablaşmalar ən azı xxxx xxx dəfə aparılır.
10. İstifadəçilərin məcburi məlumatlandırması:
10.1. istifadəçilərin dərc olunmalı və istənilən göndəriciyə xəbər verilməli xxxx aşağıdakı məlumatlan almaq hüququ var: poçt ödəniş xidmətlərinin göstərilməsi şərtləri, tariflər, xərclər. valyutanın məzənnəsi və mübadilə qaydası, məsuliyyət dərəcəsi, habelə məlumat-sorğu və ya reklamasiya xidmətlərinin ünvanları;
10.2. bu məlumatdan istifadə pulsuzdur.
Maddə 11 Xidmətin keyfiyyəti
1. Təyin olunmuş operatorlar kollektiv firma nişanını istifadə etməklə poçt ödəniş xidmətlərinin müəyyən edilməsi haqqında qərar qəbul edə bilərlər.
Fəsil 3
Məlumatların elektron mübadiləsini tənzimləyən prinsiplər Maddə 12
Funksional uyğunluq
1. Şəbəkələr:
1.1. bütün təyin olunmuş operatorlar tərəfindən poçt ödəniş xidmətlərinin icrası və xidmətin keyfiyyətinə nəzarət üçün zəruri xxxx məlumat mübadiləsini təmin etmək məqsədilə təyin olunmuş operatorlar İttifaqın məlumat mübadiləsi informasiya sistemindən (MEM) və ya bu Sazişə uyğun olaraq poçt ödəniş xidmətlərinin həyata keçirilməsinin funksional uyğunluğunu təmin etmək imkanı verən istənilən digər sistemdən istifadə edirlər.
Maddə 13
Elektron mübadilənin təhlükəsizliyinin təmin edilməsi
1. Təyin olunmuş operatorlar öz avadanlığının lazımi səviyyədə işləməsinə görə məsuliyyət daşıyırlar.
2. Ötürülən məlumatların uyğunluğunu və bütövlüyünü təmin etmək üçün məlumatların elektron ötürülməsi mühafizə olunmalıdır.
3. Təyin olunmuş operatorlar beynəlxalq standartlara uyğun olaraq tranzaksiyaların təhlükəsizliyini təmin etməlidirlər.
Maddə 14
Keçid üzrə nəzarət və izləmə
1. Təyin olunmuş operatorların istifadə etdiyi sistemlər poçt ödəniş tapşırığının emalının monitorinqinə, habelə bu tapşırıq üzrə hələ alıcıya ödənilmədiyi və ya onun hesabına keçirilmədiyi və ya müvafiq halda göndəriciyə əvəz verilmədiyi xxx qədər onun göndərici tərəfindən xxxx çağırılmasının təmin olunmasına imkan verməlidir.
Hissə 2
Poçt ödəniş xidmətlərini tənzimləyən qaydalar Fəsil 1
Tapşırıqların emalı
Maddə 15
Tapşırıqların qəbulu, sistemə daxil edilməsi, ötürülməsi
1. Poçt ödəniş tapşırıqlarının qəbulu, sistemə daxil edilməsi və ötürülməsi şərtləri reqlamentdə müəyyənləşdirilmişdir.
2. Poçt ödəniş tapşırıqlarının qüvvədə olma müddəti uzadılmır və reqlamentdə müəyyən edilir.
Maddə 16
Şəxsiyyətin yoxlanılması və pul vəsaitlərinin ödənilməsi
1. Milli qanunvericiliyə uyğun olaraq alıcının şəxsi məlumatlarının və onun təqdim etdiyi məlumatların uyğunluğunun yoxlanılmasından sonra təyin olunmuş ödəyici operator nağd ödənişi həyata keçirir. Nağd pulların alıcının hesabına köçürülməsi və ya göndəricinin hesabından alıcının hesabına keçirilməsi üçün bu operator pul vəsaitlərini alıcının hesabına daxil edir.
2. Pul vəsaitlərinin ödəniş müddətləri təyin olunmuş operatorların çoxtərəfli və ya ikitərəfli sazişlərində müəyyən edilir.
Maddə 17 Maksimal məbləğ
1. Təyin olunmuş operatorlar onların milli qanunvericiliyinə uyğun göndərmə və alınma üçün müəyyən edilmiş maksimal məbləğlərə dair Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosuna məlumat verirlər.
Maddə 18 Kompensasiya
1. Kompensasiyanın miqdarı:
1.1. poçt ödəniş xidmətləri çərçivəsində ödənilən kompensasiya poçt ödəniş tapşırığının emitent ölkənin valyutasında bütün məbləğini bağlayır. Kompensasiyanın məbləği göndəricinin köçürdüyü və ya onun hesabından silinmiş məbləğə bərabərdir. Təyin olunmuş operator səhv buraxdığı təqdirdə kompensasiyanın məbləğinə poçt ödəniş xidməti üzrə tarif əlavə olunur.
Fəsil 2
Reklamasiyalar və məsuliyyət Maddə 19
Reklamasiyalar
1. Reklamasiyalar poçt ödəniş tapşırığının qəbulu günündən sonrakı gündən başlayaraq altı ay ərzində qəbul olunur.
2. Təyin olunmuş operatorlar öz milli qanunvericiliyinə uyğun olaraq poçt ödəniş tapşırıqlarına dair reklamasiyalar üzrə xərcləri öz müştərilərindən tutmaq hüququna malikdirlər.
Maddə 20
Təyin olunmuş operatorların istifadəçilər qarşısında məsuliyyəti
1. Pul vəsaitlərinin istifadəsi:
1.1. təyin olunmuş emitent operator poçt ödəniş tapşırığının lazımi qaydada alıcıya ödənildiyi və ya pul vəsaitlərinin onun hesabına daxil edildiyi xxx qədər yaxud pulların göndəriciyə nağd qaytarıldığı və ya onun hesabına daxil edildiyi xxx qədər əməliyyat
pəncərəsində qəbul olunan və ya göndəricinin hesabından debetləsən məbləğlərə görə göndərici qarşısında məsuliyyət daşıyır.
Maddə 21
Təyin olunmuş operatorların qarşılıqlı öhdəlikləri və məsuliyyəti
1. Hər bir təyin olunmuş operator öz səhvlərinə görə məsuliyyət daşıyır.
2. Məsuliyyət şərtləri və həcmi reqlamentdə müəyyən edilir.
Maddə 22
Təyin olunmuş operatorların məsuliyyətdən azad edilməsi
1. Təyin olunmuş operatorlar aşağıdakı hallarda məsuliyyət daşımırlar:
1.1. xidmətin icrasının gecikdiyi təqdirdə;
1.2. fors-major vəziyyəti ilə bağlı poçt ödəniş xidmətləri haqqında məlumatların məhv edilməsi nəticəsində onlar poçt ödəniş tapşırığının icrası haqqında hesabat verə bilmədikdə və əgər onların məsuliyyəti barədə sübut digər üsulla təqdim olunmamışdırsa;
1.3. göndəricinin səhvi və ya diqqətsizliyinə görə o cümlədən, pul vəsaitlərinin mənbəyinin, habelə poçt ödəniş tapşırığının səbəblərinin qanuniliyinin təsdiqi daxil olmaqla, öz poçt ödəniş tapşırığının təsdiqi üçün düzgün məlumatın təqdim olunması üzrə onun məsuliyyətinə aid xxxx zərər dəydiyi təqdirdə;
1.4. ötürülən pul vəsaitlərinə həbs qoyulduğu təqdirdə;
1.5. hərbi əsirlər və ya nəzarətdə saxlanılan mülki şəxslərin pul vəsaitlərindən söhbət getdiyi təqdirdə;
1.6. istifadəçi reqlamentdə müəyyən edilmiş müddətdə heç bir reklamasiya təqdim etmədiyi təqdirdə;
1.7. emitent ölkədə poçt ödəniş tapşırığının qüvvədə olma müddəti bitdiyi təqdirdə.
Maddə 23 Məsuliyyətə dair qeyd-şərtlər
1. İkitərəfli saziş halı istisna olmaqla, məsuliyyətə dair 20-22-ci maddələrdə nəzərdə tutulmuş müddəalar qeyd-şərtlərin predmeti ola bilməz.
Fəsil 3 Maliyyə münasibətləri
Maddə 24 Mühasibat və maliyyə normaları
1. Mühasibat uçotunun qaydaları:
1.1. təyin olunmuş operatorlar reqlamentdə müəyyən edilmiş mühasibat uçotu qaydalarına riayət edirlər.
2. Aylıq və ümumi hesabların tərtib olunması:
2.1. təyin olunmuş ödəyici operator hər bir təyin olunmuş emitent operator üçün poçt ödəniş xidmətlərinə görə ödənilən məbləğlər üzrə aylıq hesab tərtib edir. Aylıq hesablar tərkibində avanslar xxxx və saldonun müəyyənləşdirməsinə xidmət edən ümumi hesaba müntəzəm daxil edilir.
3. Xxxxx:
3.1. təyin olunmuş operatorlar arasında mübadilənin tənasübsüzlüyü halında, təyin olunmuş emitent operator ən azı xxxx xxx dəfə hesablaşma dövrünün əvvəlində təyin olunmuş ödəyici operatora xxxxx keçirir. Mübadilələr üzrə hesablaşmalar həftədə bir neçə dəfə həyata keçirildiyi təqdirdə, operatorlar belə avansdan imtina haqqında razılığa gələ bilərlər.
4. Yığım hesabı:
4.1. prinsip etibarı ilə hər bir təyin olunmuş operator istifadəçilərin pul vəsaitləri üçün xüsusi yığım hesabına malikdir. Bu vəsaitlər istisnasız olaraq, alıcılara ödənilmiş poçt ödəniş tapşırıqları üzrə və ya icra olunmamış poçt ödəniş tapşırıqlarının göndəricilərə kompensasiyası üzrə digər təyin olunmuş operatorlarla hesablaşmalar üçün istifadə olunur;
4.2. təyin olunmuş operator avansı keçirdikdə o, təyin olunmuş ödəyici operatorun yığım hesabının kreditinə daxil edilir. Bu xxxxx yalnız alıcılara ödəniş üçün nəzərdə tutulmuşdur.
5. Təminatlı girov:
5.1. təminatlı girovun ödənişi reqlamentdə nəzərdə tutulmuş şərtlərə uyğun tələb edilə bilər.
Maddə 25
Qarşılıqlı hesablaşmalar və klirinq
1. Mərkəzləşdirilmiş qarşılıqlı hesablaşmalar:
1.1. təyin olunmuş operatorlar arasında qarşılıqlı hesablaşmalar reqlamentdə nəzərdə tutulmuş şərtlərə əsasən ümumi klirinq mərkəzinin vasitəsi ilə həyata keçirilə bilər. Onlar təyin olunmuş operatorların uyğun yığım hesablarından icra olunur.
2. İkitərəfli hesablaşmalar:
2.1. saldo əsasında ümumi hesabın göndərilməsi:
Bir qayda olaraq, mərkəzləşdirilmiş klirinq sisteminin üzvi olmayan təyin olunmuş operatorlar qarşılıqlı hesablaşmaları ümumi hesabın saldosu əsasında həyata keçirirlər;
2.2. qarşılıqlı hesab:
2.2.1. təyin olunmuş operatorların poçt-çek müəssisələri olduğu təqdirdə, onlardan hər biri qarşılıqlı hesab açır və bu hesab vasitəsi ilə poçt ödəniş xidmətlərinə aid xxxx qarşılıqlı borclar və məbləğlər ödənilir;
2.2.2. təyinat ölkəsinin təyin olunmuş ödəyici operatorunun poçt-çek müəssisəsi olmadığı təqdirdə, qarşılılıqlı hesab digər maliyyə müəssisəsində açıla bilər.
2.3. hesablaşmanın valyutası:
2.3.1. hesablaşmalar təyinat ölkəsinin valyutasında və ya təyin olunmuş operatorların qarşılıqlı razılığı ilə müəyyən edilmiş üçüncü valyutada həyata keçirilir.
Hissə 3
Keçid və yekun müddəalar Maddə 26
Konqresdə təqdim olunan qeyd-şərtlər
1. İttifaqın məqsəd və vəzifələrinə uyğun gəlməyən qeyd-şərtlərə yol verilmir.
2. Bir qayda olaraq, mövqeyi digər üzv ölkələrin mövqeyi ilə üst-üstə düşməyən üzv ölkələr imkan dairəsində əksəriyyətin rəyinə qoşulmağa cəhd göstərilməlidir. Qeyd- şərtlər yalnız son dərəcə zəruri halda təqdim olunmalı və müvafiq qaydada əsaslandırılmalıdır.
3. Bu Sazişin maddələrinə edilən bütün qeyd-şərtlər Konqreslərin daxili reqlamentinin müvafiq müddəalarına uyğun olaraq, Beynəlxalq Büronun işçi dillərinin birində yazılı təklif şəklində Konqresə təqdim olunmalıdır.
4. Konqresə təqdim olunan hər hansı qeyd-şərtin icrasının məcburi olması üçün bu qeyd-şərt onun aid olduğu maddəyə düzəlişlərin qəbulu üçün tələb olunan səs çoxluğu ilə bəyənilməlidir.
5. Prinsip etibarı ilə qeyd-şərt onu təqdim edən üzv ölkə və digər üzv ölkələr arasında qarşılıqlı əsasda tətbiq edilir.
6. Bu Sazişə edilən qeyd-şərtlər Xxxxxxxxx təsdiq etdiyi təkliflər əsasında onun yekun protokoluna daxil edilir.
Maddə 27 Yekun müddəalar
1. Konvensiya bu Sazişdə açıq şəkildə bəyan olunmayan bütün hallarda analogiya üzrə tətbiq olunur.
2. Bu Sazişə Nizamnamənin 4-cü maddəsi tətbiq olunmur.
3. Bu Sazişə və onun reqlamentinə dair təkliflərin təsdiq edilməsi şərtləri:
3.1. bu Sazişə dair Konqresə təqdim olunmuş təkliflərin icrasının məcburi olması üçün onlar Sazişi imzalayan, səs hüququna malik, iştirak edən və səs verən üzv ölkələrin əksəriyyəti tərəfindən təsdiq olunmalıdır. Konqresdə təmsil olunan və səs hüququna xxxxx xxxx üzv ölkələrin ən azı yarısı səsvermədə iştirak etməlidir;
3.2. bu Sazişin reqlamentinə aid xxxx təkliflərin icrasının məcburi olması üçün onlar Sazişi imzalayan və səs hüququna xxxxx xxxx Poçt İstismarı Şurası üzvlərinin əksəriyyəti tərəfindən bəyənilməlidir;
3.3. bu Sazişə iki Konqres arasındakı dövrdə verilmiş təkliflərin icrasının məcburi olması üçün onlar aşağıdakı səsləri almalıdır:
3.3.1. təkliflər yeni müddəaların əlavə olunmasına dair olduğu təqdirdə, ən azı yarısının bu Sazişi imzalayan, səs hüququna xxxxx xxxx və səsvermədə iştirak edən üzv ölkələrə məxsus olması şərti ilə, səslərin üçdə ikisi;
3.3.2. təkliflər hazırkı Sazişin müddəalarına düzəlişlərin edilməsinə dair olduğu təqdirdə, ən azı yarısının bu Sazişi imzalayan, səs hüququna xxxxx xxxx və səsvermədə iştirak edən üzv Ölkələrə məxsus olması şərti ilə, səslərin əksəriyyəti;
3.3.3. bu təkliflər hazırkı Sazişin müddəalarının təfsirinə dair olduğu təqdirdə, səslərin əksəriyyəti.
3.4. 3.3.1-ci bənddə nəzərdə tutulmuş müddəalara baxmayaraq, dövlət qanunvericiliyi təklif olunmuş əlavə ilə hələ uyğun gəlməyən istənilən üzv ölkə bu əlavə haqqında xəbərdar olduqdan sonra 90 gün ərzində, onun bu əlavəni qəbul edə bilmədiyi haqqında Beynəlxalq Büronun baş direktoruna yazılı bəyanat vermək hüququna malikdir.
Maddə 28
Poçt ödəniş xidmətləri haqqında Sazişin qüvvəyə minməsi və fəaliyyət müddəti
Bu Saziş 2010-cu ilin 1 yanvar tarixindən qüvvəyə minir və növbəti Konqresin aktları qüvvəyə minənədək qüvvədə qalır.
Bunu təsdiq edərək razılığa gələn ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri bu Sazişi bir nüsxədə imzaladılar və bu nüsxə saxlanılmaq üçün Beynəlxalq Büronun baş direktoruna verilir. Sazişin surəti Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosu tərəfindən hər bir tərəfə göndəriləcəkdir.
Bu Saziş 2008-ci ilin 12 avqust tarixində Cenevrədə imzalanmışdır.
"Poçt ödəniş xidmətləri haqqında Saziş"ə dair Azərbaycan Respublikasının Bəyanatı
1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində "Poçt ödəniş xidmətləri haqqında Saziş"in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).
2. Azərbaycan Respublikası bəyan edir ki, "Poçt ödəniş xidmətləri haqqında Saziş"in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.
3. Azərbaycan Respublikası bu Bəyanatın 1-ci və 2-ci bəndinin müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər hər hansı belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.