Özəl tibb fəaliyyəti haqqında
Özəl tibb fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx fiziki şəxslər;
özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi;
özəl tibbi praktika - ali və ya xxxx tibb təhsili xxxx şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi;
tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;
tibbi yardımın standartları - müəyyən növ tibbi yardımın xxxxx, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;
əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra - dövlət təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və şərtlərini müəyyən edən normativ hüquqi aktlar.
M a d d ə 2 . Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
M a d d ə 3 . Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi
Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.
I I f ə s i l
ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ
M a d d ə 4 . Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.
Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. 1
Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.2
Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir.
M a d d ə 5 . Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi
Ali və ya xxxx tibb təhsili xxxx, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq xxxx və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. 3
Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Özəl tibbi praktika ilə məşğul xxxx şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.4
Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilir.
Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və xəstələrə bu barədə məlumat verilməlidir.
M a d d ə 6 . İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri
Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.
M a d d ə 7 . Tibbi yardım göstərilməsi barədə müqavilə
Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul xxxx şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib- etməməsindən asılı olmayaraq, icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
M a d d ə 8 . Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirakı
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslər müsabiqə əsasında icbari tibbi sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri daxil olurlar.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır.
Bu müqavilələrdə:
tibbi yardımın keyfiyyətinə tələblər; tibbi yardımın həcmi;
tibbi yardıma görə ödənişin şərtləri və qaydaları; tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir. M a d d ə 9 . Tibbi sənədləşmələr və hesabatlar
Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul xxxx şəxsləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr xxxx dərmanların resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə təmin edir.5
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
M a d d ə 1 0 . Dövlət və bələdiyyə mülkiyyətində xxxx əmlakın özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilməsi
Dövlət və bələdiyyə mülkiyyətində xxxx, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə ehtiyacı xxxx binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq, tibbi yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər.
M a d d ə 1 1 . Mübahisələrin həlli qaydası
Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
M a d d ə 1 2 . Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri
Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir.
M a d d ə 1 3 . Tibbi yardıma görə ödəniş
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş:
bilavasitə xəstələrlə bağlanmış müqavilələr;
üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;
icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə bağlanmış müqavilələr;
xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq, ehtiyacı xxxx şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı tərəfindən həyata keçirilir.
M a d d ə 1 4 . Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərdən vergi tutulması
Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul xxxx şəxslərdən qanunvericiliklə müəyyən olunmuş qaydada vergi tutulur.
I I I f ə s i l
ÖZƏL TİBB FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
M a d d ə 1 5 . Özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin hüquqları
Özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin hüquqları aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;
vərəm xəstəliyindən başqa ictimai təhlükəli xəstəliklər və narkoloji xəstələrin müalicəsi istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək; 6
qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;
özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul xxxx digər şəxslərdən məlumat almaq;
pasiyentin müayinələrinin nəticələri ilə xxxxx olmaq, məsləhətçi kimi bütün növbəti müalicə mərhələlərində iştirak etmək;
peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə xxxxx olmaq;
ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;
tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul xxxx digər fiziki şəxslərlə birgə fəaliyyət göstərmək;
dövlət və bələdiyyə mülkiyyətində xxxx əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları müvəqqəti istifadəyə götürmək;
peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi (kontraktı) əsasında işçilər cəlb etmək. M a d d ə 1 6 . Özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin vəzifələri
Özəl tibbi praktika ilə məşğul xxxx şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;
təxirəsalınmaz tibbi yardıma ehtiyacı xxxx şəxslərə pulsuz tibbi yardım göstərmək;
xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;
tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;
xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən xxxxxx mümkünlüyü barədə məlumat vermək;
özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni xxxxx etmək;
həkim sirrinə əməl etmək;
zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək;
qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; 7
qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.8
M a d d ə 1 7 . Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq hüququ
Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə üsullarını tətbiq edə bilərlər.
Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsaiti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 9
I V f ə s i l
YEKUN MÜDDƏALARI
M a d d ə 1 8 . Beynəlxalq əməkdaşlıq
Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
M a d d ə 1 9 . Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti XXXXXX XXXXXX
Bakı şəhəri, 30 dekabr 1999-cu il
№ 789-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144)
2. 19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240)
3. 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396)
4. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
5. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
6. 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 4-cü maddənin üçüncü hissəsində "müvafiq sertifikatı xxxx" sözləri "müvafiq ixtisasa malik" sözləri ilə əvəz edilmişdir.
2 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 4-cü maddənin beşinci və altıncı hissələri müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilmişdir və maddəyə beşinci hissə əlavə edilmişdir.
3 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 5-ci maddənin birinci hissəsində "və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat xxxx" sözləri "xxxx və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən" sözləri ilə əvəz edilmişdir.
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 5-ci maddənin birinci hissədə “tibb təhsili xxxx,” sözlərindən sonra “qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş,” sözləri əlavə edilmişdir, həmin hissədən “və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən” sözləri çıxarılmışdır.
4 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 5-ci maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilmişdir və maddəyə üçüncü hissə əlavə edilmişdir.
5 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci hissəsində “və narkotik maddələrin” sözləri “maddələr, tərkibində narkotik vasitələr və psixotrop maddələr xxxx dərmanların” sözləri ilə əvəz edilmişdir.
6 20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 144) ilə 15-ci maddənin üçüncü abzasında "ictimai təhlükəli xəstəliklər istisna olmaqla" sözlərindən əvvəl "vərəm xəstəliyindən başqa" sözləri əlavə edilmişdir.
19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240) ilə 15-ci maddəsinin üçüncü abzasında "ictimai təhlükəli xəstəliklər" sözlərindən sonra "və narkoloji xəstələrin müalicəsi" sözləri əlavə edilmişdir.
7 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 16-cı maddəsinin onuncu abzasında "hazırlıq keçməklə peşə sertifikatı almaq" sözləri "hazırlıq keçmək" sözləri ilə əvəz edilmişdir.
8 20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə 16-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə on birinci abzas əlavə edilmişdir.
9 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 17-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.