EMİSSİYA PROSPEKTİ
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları xxxx 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların
EMİSSİYA PROSPEKTİ
Qeyd: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs bu Emissiya Prospektində xxxx məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır və
onu qeydiyyata almaqla yerləşdirilən qiymətli kağızlara münasibətini ifadə etmir.
Bakı 2016
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
( Bu emissiya prospektində xxxx məlumatlar 15 may 2015-ci il tarixli Qiymətli Kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmışdır.)
Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları xxxx 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların
EMİSSİYA PROSPEKTİ
M Ü N D Ə R İ C A T
Səhifə
XÜLASƏ 2
1. Emitentin auditorları barədə məlumat 7
2. Seçilmiş maliyyə məlumatı 7
4. Emitentin biznesinin icmalı 9
5. Digər təşkilatlarda iştirak 28
6. Tendensiyalar barədə məlumat 29
7. Emitentin idarəetmə və nəzarət orqanları 29
8. İdarə heyətinin işgüzar praktikası 31
9. Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib xxxx şəxslər 32
10. Emitentin maliyyə məlumatları 33
11. Emitent haqqında əlavə məlumatlar 34
12. Xxxx Xxxxxxx (maraqların toqquşması və təklifin səbəbləri) 40
13. İstiqrazlar barədə məlumat 41
15. Ticarətə buraxılma və onun tənzimlənməsi 48
Bakı 2016
XÜLASƏ
▪ Xəbərdarlıq.
Bu sənəd emissiya prospektinin giriş hissəsidir.
İstiqrazlara investisiya etmək barədə hər hansı bir qərar verməzdən əvvəl bu emissiya prospektini oxuduqdan sonra həyata keçirilməlidir.
Emissiya prospektində xxxx məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investorlara kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış şəxslər mülki məsuliyyəti daşıyırlar.
▪ Əsas anlayışlar
Qiymətli kağızlar bazarı – qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında xxxx hüquqi və iqtisadi münasibətlərin məcmusu;
Emitent – İstiqrazların emissiyasını həyata keçirən hüquqi şəxs. Bu emissiyada emitent SOCAR-dır. İnvestor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxs; Nəzarət orqanı – Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)
Anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların kütləvi təklifi və yerləşdirilməsi üzrə investisiya xidməti;
Market-meyker – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özünün müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxs;
Depo hesabı – mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına xxxx hüquqlara dair qeydləri əks etdirən hesab;
Fond birjasının listinqi – fond birjasının daxili qaydaları ilə müəyyən edilmiş tələblərə əsasən fond birjasında ticarətə qəbul edilən qiymətli kağızların siyahısı;
Qanunvericilik – Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləsini, Qiymətli kağızlar bazarı haqqında Qanununu, digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri əhatə edir.
Faiz ödənişi (və ya kupon) – istiqrazlar üzrə investorlara ödənilən faiz məbləğidir. Kuponlar istiqrazın nominal dəyərindən hesablanır və faizlə göstərilir.
▪ Emitent haqqında məlumat
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR- ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəqli, eləcə də neftin, qazın və neft və qaz məhsullarının satışından ibarətdir. SOCAR-ın mülkiyyət hüququnun 100 xxxxx Azərbaycan Respublikasına (“Dövlət”) məxsusdur.
▪ Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
▪ Qısaldılmış adı: SOCAR
▪ Qeydiyyata alındığı tarix: 24.11.1995
▪ Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871
▪ Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi
▪ Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73.
▪ Telefon: (x00000) 000-00-00 xxx.xxxxx.xx
▪ Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən məlum tendensiyaların təsviri; Emitent yerli və beynəlxalq energetika bazarlarında fəaliyyət göstərir. Emitentin fəaliyyətinə təsir göstərən başlıca qlobal tendensiyalar qismində dünya bazarında təbii qaz, xam neft və neft məhsullarına xxxx tələbatı, bu sahədə əsas istehsalçıların, o cümlədən beynəlxalq təşkilatların bazara təklifini, habelə alternativ enerji sahəsində inkişafı qeyd etmək olar. Ölkə daxili tendensiyalara isə, Azərbaycan
manatının məzənnəsini, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən neft məhsulları və təbii qazın satış qiymətinin dəyişmə ehtimalını və s. aid etmək olar.
▪ Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri;
SOCAR və onun struktur bölmələrinin təsisçiliyi ilə yaradılmış 18 Əməliyyat Şirkəti, 36 Birgə Müəssisə, 5 Alyans, xarici ölkələrdə çoxsaylı törəmə müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin demək olar ki bütün sahələrini əhatə edir. Emitent daxil olduğu qruplarda xxx şirkət kimi iştirak etdiyinə görə heç bir qrupdan asılılığı yoxdur. (SOCAR, onun törəmə, asılı və birgə müəssisələri ilə birlikdə “Qrup” adlandırılır). Şirkətin əsas törəmə cəmiyyətləri və onlarda iştirak payı aşağıdakı kimidir:
Kapitalda pay, % | ||||
Adı | Əsas fəaliyyəti | Təsis edildiyi ölkə | 2015 | 2014 |
SOCAR Turkey Enerji A.X. | Xxxx | Türkiyə | 86.99% | 99.99% |
Azerbaijan (ACG) Ltd | Neft istehsalı | Kayman adaları | 100% | 100% |
Azerbaijan (Xxxx Xxxxx) Ltd | Qaz istehsalı | Kayman adaları | 100% | 100% |
Caspian Drilling Company (CDC) | Qazma əməliyyatları | Azərbaycan | 92% | 92% |
SOCAR Energy Georgia LLC | Satış və paylama | Gürcüstan | 51% | 51% |
SOCAR Overseas LLC | Satış və paylama | BƏƏ | 100% | 100% |
SOCAR Trading Holding | Satış və paylama | Malta | 100% | 100% |
Azerbaijan (BTC) Ltd | Satış və paylama | Kayman adaları | 100% | 100% |
Cooperative Menkent U.A. | Satış və paylama | Niderland Krallığı | 99.90% | 99.90% |
SOCAR Energy Holdings AG | Satış və paylama | İsveçrə | 100% | 100% |
SOCAR Energy Ukraine | Satış və paylama | Ukrayna | 100% | 100% |
Azerbaijan (SCP) Ltd | Satış və paylama | Kayman adaları | 100% | 100% |
SOCAR Petroleum QSC | Satış və paylama | Azərbaycan | 100% | 100% |
Bakı Gəmiqayırma Zavodu | Tikinti | Azərbaycan | 65% | 65% |
Socar Polymer LLC | Kimya məhsulları | Azərbaycan | 71% | 71% |
BOS Shelf LLC | Tikinti | Azərbaycan | 90% | 90% |
▪ audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri;
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“SOCAR”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2015-ci il tarixinə xxxx konsolidasiya edilmiş maliyyə hesabatları Xxxxx & Young Holdings audit şirkəti tərəfindən audit edilmişdir və Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirilməsinə dair auditor rəyi verilmişdir.
▪ son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri.
Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir | |||
2013 | 2014 | 2015 | |
Gəlirlər | 38,433 | 39,674 | 33,103 |
EBITDA | 2,88 | 3,248 | 3,132 |
EBIT | 1,876 | 2,127 | 1,761 |
Mənfəət/(Zərər) | 977 | 1,274 | (1,785) |
Cəmi öhdəliklər | 12,817 | 13,01 | 25,306 |
Cəmi kapital | 10,229 | 11,057 | 14,648 |
Borc öhdəlikləri | 5,066 | 5,797 | 10,911 |
Pul vəsaitləri | 1,206 | 1,492 | 4,881 |
Son dərc olunmuş audit edilmiş maliyyə hesabatlarından bəri emitentin fəaliyyətində ciddi dəyişiklik olmamışdır.
▪ emitentin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə təsir edən ən son hadisələr;
Dünya bazarlarında xam neft və neft məhsullarının qiymətindəki volatillik və Azərbaycan manatının devalvasiyası Emitentin ödəmə qabiliyyətinə nisbi təsir göstərmişdir. Emitentin ödəmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə 2015-ci il ərzində nizamnamə kapitalı 121 milyon manat, Əlavə ödənilmiş kapitalı isə 460 milyon manat artırılmışdır.
▪ emitentin əsas fəaliyyətlərinin təsviri;
SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma, emal və satış fəaliyyət ilə məşğul xxxx Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. SOCAR həmçinin AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu xxxx BTC Xxxx Kəməri, həmçinin "Azəri- Çıraq-Günəşli" (AÇG) və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu xxxx CQBK daxil olmaqla AÇG və Şahdəniz Hasilatın Pay Bölgüsü haqqında Sazişləri (HPBS) və bir sıra beynəlxalq xxxx kəmərlərində əhəmiyyətli paya malikdir.
▪ mühüm iştirak payına sahib xxxx şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti. Dövlət Neft Şirkətinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq nəzarət neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması
əsasında həyata keçirilir.
▪ Qiymətli kağızlar haqqında məlumat
SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında fond birjasında həyata keçiriləcək.
▪ Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il
▪ Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il
▪ İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində
▪ İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz adlı istiqraz
▪ İstiqrazların valyutası: ABŞ dolları
▪ İstiqrazlar ilə təsbit olunan məhdudiyyətlər:
İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı xxxx fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilər. İstiqrazların təkrar bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır.
▪ İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) %
▪ İstiqrazların faizlərinin ödənilmə tarixi və müddəti:
İstiqrazlar üzrə faizlər buraxılışda xxxx ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 xxxx xxx, 3 aylıq müddətdən sonrakı ilk iş günü ödəniləcək. İstiqrazlar üzrə faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün tədavüldə xxxx istiqrazların nominal dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq.
▪ İstiqrazların dəyərinin ödənilmə tarixi: İstiqrazların tədavül müddəti buraxılışdan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 5 (beş) təqvim ili kimi müəyyənləşib.
▪ İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir:
- İstiqrazların ödənilməsi zamanı Xxxxxxxxxx nominal dəyərini Emitentdən almaq;
- İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq;
- Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, xxxxx ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar;
▪ İstiqrazların emitent tərəfindən xxxx satın alınması nəzərdə tutulmur.
▪ gəlirin qısa formada hesablama metodunu göstərməklə gəlir göstəricisi:
İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:
TF = (N*D*G/360)/100
burada,
TF – Bir istiqraz üzrə toplanmış faizlər;
N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %);
G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
▪ istiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat:
İstiqrazların satışı “Bakı Fond Birjası” QSC nin ticarət platformasında həyata keçiriləcək. Bunula bağlı müraciət istiqrazların emissiya prospekti təsdiq edildikən sonra baş tutacaq.
▪ Risk Faktorları
Təklif olunan istiqrazlarla əlaqəli bazar risklərini qiymətləndirmək üçün zəruri xxxx risk faktorları aşağıdakılardır:
- valyuta riski - valyuta kurslarının əlverişsiz şəkildə dəyişməsindən yaranan itki riski;
- xxxx xxxxx - xxxx dərəcələrinin mənfi dəyişməsindən yaranan itki riski;
- inflyasiya riski - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı risk;
- likvidlik riski - müəyyən anda aktivlərin satışı və ya alışı ilə bağlı çətinliklərin yaranmasımümkünlüyü;
- əməliyyat riski - daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləri;
- hesablaşma və kontragent riski - hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləri;
- kredit riski - borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləri;
- təbii - insan fəaliyyətindən asılı olmayan risk (təbii fəlakət, zəlzələ, daşqın, tufan, qasırğa, ildırım və s. risklər);
EMİSSİYA PROSPEKTİ
( İstiqrazların Emitenti barədə tələb olunan məlumatlar )
1. Emitentin auditorları barədə məlumat
Son üç maliyyə ili ərzində auditor əvəzlənməsi olmamışdır.
Adı: Xxxxx & Xxxx Xxxxxxxx (SiAyEs) Xx.Xx. / Ernst & Young Holdings (CIS) )B.V.
Ünvan:
Əlaqə:
Port Baku Tauers Biznes Mərkəzi,
Cənub Qülləsi, 9-cu mərtəbə, Neftçilər prospekti, 153 Bakı, AZ1010, Azərbaycan
Phone: x000 00 0000000
Fax: x000 00 0000000
Məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir | |||
2013 | 2014 | 2015 | |
Gəlirlər | 38,433 | 39,674 | 33,103 |
EBITDA | 2,88 | 3,248 | 3,132 |
EBIT | 1,876 | 2,127 | 1,761 |
Mənfəət/(Zərər) | 977 | 1,274 | (1,785) |
Cəmi öhdəliklər | 12,817 | 13,01 | 25,306 |
Cəmi kapital | 10,229 | 11,057 | 14,648 |
Borc öhdəlikləri | 5,066 | 5,797 | 10,911 |
Pul vəsaitləri | 1,206 | 1,492 | 4,881 |
Emitentin tam adı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
Qısaldılmış adı: SOCAR
Qeydiyyata alındığı tarix: 24.11.1995
Dövlət qeydiyyat nömrəsi (VÖEN): 9900003871
Təşkilati-hüquqi forması: qeydiyyata alındığı vaxt- dövlət müəssisəsi
Emitentin olduğu yer: Azərbaycan Respublikası, AZ1000, Neftçilər prospekti 73.
Telefon: (x00000) 000-00-00 xxx.xxxxx.xx
• Emitentin təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki adları, təşkilati- hüquqi formaları, o cümlədən dəyişikliklərin dövlət qeydiyyatı tarixi;
Emitentin təşkilati-hüquqi forması dəyişdirilməmişdir.
• Maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən əsas investisiyaların təsviri (məbləği göstərilməklə);
Son Maliyyə hesabatı (2015-ci ilin sonuna) 2016-cı ilin İyun ayında dərc edilmişdir. Dərc olunma tarixindən sonra yeni investisiya layihələri olmamışdır.
• İdarəetmə orqanlarının emitentin gələcək investisiyaları ilə bağlı öhdəliklər və həmin öhdəlikləri yerinə yetirmək üçün xxxxx xxxx maliyyə vəsaiti mənbələri ilə bağlı məlumat.
SOCAR-nın gələcək mövcud investisiyalar ilə əlaqədar öhdəlikləri dedikdə, SOCAR-nın Cənub Qaz Dəhlizindəki (CQD) 49% payını, X.Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodunun (BNEZ) və Azərikimya İB-nin EP-300 qurğusunun modernizasiyası, Karbamid zavodu layihəsi, Polimer zavodu lahiyəsi, STAR layihəsini və sair layihələri göstərmək olar. Hər layihə üzrə tələb olunan maliyyə vəsaiti müxtəlif formada formalaşır. Belə ki, SOCAR-nın CQD-dəki 49% pay hissəsi Azərbaycan dövləti tərəfindən SOCAR-nın nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilir vəkeçiriləcəkdir.
X.Xxxxxx adına BNEZ-də və Azərikimya İB-dəki modernizasiya işləri ilə əlaqədar SOCAR dövlət zəmanəti ilə Azərbaycan Beynəlxalq bankında 1.291 mlrd. manata qədər həcmdə kredit müqaviləsi imzalamışdır. Bu kreditin də xxxx ödənişi Azərbaycan dövləti tərəfindən SOCAR-nın nizamnamə kapitalının artırılması yolu ilə həyata keçiriləcəkdir.
Digər layihələr isə əsasən beynəlxalq maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi yolu ilə maliyyələşdiriləcəkdir ki, onların da xxxx ödənişi layihədən gələn gəlirlər vasitəsi ilə həyata keçiriləcəkdir.
• Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat.
Emissiya olunacaq istiqrazlar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (BFB) yerləşdiriləcək. Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, investisiya şirkətləri və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası 21 iyul 2000-ci il tarixində fond birjası fəaliyyətini həyata keçirməyə icazə verən 5 xxxxx müddətsiz lisenziyanı əldə etmişdir və hazırda Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.
Birjanın fəaliyyəti hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs tərəfindən tənzimlənir. BFB-də Pay bazarı, Borc alətləri bazarı, Repo Bazarı və Törəmə maliyyə alətləri bazarları mövcuddur.
Qanunvericiliyə əsasən birjada ticarət yalnız xxxxx üzvləri arasında təşkil olunur. BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər hüquqi-normativ aktları və BFB-nin nizamnaməsi və daxili qaydaları əsasında təşkil edilmişdir.
Yerləşdiyi ünvan: AZ1025, Bakı, Xətai rayonu, Babək pr, X.Xxxxxxx 11/31, Babək Plaza Əlaqə telefonları: (x000 00) 000-00-00 ; (x000 00) 000-00-00 ( dax: 100)
Faks: (x000 00) 000-00-00
Elektron poçtun ünvanı: xxxx@xxx.xx xxx.xxx.xx
4. Emitentin biznesinin icmalı
• Emitentin satılmış məhsullarının və ya göstərilmiş xidmətlərinin əsas kateqoriyalarını göstərərək emitentin əsas fəaliyyətlərinin təsviri;
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 100% dövlətə məxsus korporativ şirkətdir. SOCAR Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə təsis edilmişdir və 31 dekabr 2015-ci il tarixinə nizamnamə kapitalı 1.617 mlrd. manat təşkil etmişdir.
Qısa məlumat:
SOCAR əsasən Azərbaycan Respublikasının ərazisində hasilat, daşınma və emal fəaliyyət ilə məşğul xxxx Azərbaycanın şaquli inteqrasiya olunmuş milli neft və qaz şirkətidir. SOCAR həmçinin AÇG yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu xxxx BTC Xxxx Kəməri, həmçinin AÇG və Şahdəniz yataqlarında hasil olunan neftin əsas ixrac marşrutu xxxx CQBK daxil olmaqla AÇG və Şahdəniz HPBS- ləri və bir sıra beynəlxalq xxxx kəmərlərində əhəmiyyətli paya malikdir. Bundan əlavə, SOCAR Türkiyənin yeganə neft-kimya istehsalçısı xxxx Petkimdə nəzarət-səhm paketinə malikdir. 2011-ci ilin okytabrında SOCAR, STEAS vasitəsilə (burada nəzarət-səhm paketinə malikdir) Petkim obyektləri yaxınlığında yerləşəcək böyük yeni emal zavodunun – STAR-ın tikintisinin hazırlıq işlərinə başlanmış və hal-hazırda işlərin böyük bir hissəsi tamamlanmışdır.
Xam neft Azərbaycanda 1847-ci ildən hasil edilir və SOCAR hal-hazırda Azərbaycanın xam neft hasilatının təxminən 20% -nə nəzarət edir. Öz hasilatına əlavə olaraq, Şirkət BP tərəfindən idarə olunan AÇG HPBS və Şahdəniz HPBS-ləri daxil olmaqla beynəlxalq neft şirkətləri ilə bir xxx HPBS-ləri bağlamışdır. Şirkət AÇG HPBS-də 11.65% paya, Şahdəniz HPBS-də 10% paya malikdir.
2015 – ci il ərzində SOCAR (birgə müəssisə və əməliyyat şirkətləri ilə birlikdə) 8.2 milyon ton xam neft, və 6.8 mlrd. m³ qaz hasil etmişdir. SOCAR həmçinin, 2015-ci ildə AzACG-dən 3.3 mlrd. m³ səmt qazı almışdır.
XxXxxxxx and XxxXxxxxxxx şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR- ın ümumi təsdiq olunmuş işlənməkdə xxxx xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 xxxxxxx kub metr təşkil etmişdir.
31 dekabr 2015-ci ilin yekunlarına əsasən, AÇG yataqlarının bərpa edilə bilən xam neft ehtiyatları 1200 milyon ton həcmində qiymətləndirilmişdir və Xəzər dənizinin Azərbaycan sektorunda işlənməsinə əsasən ən iri neft yatağı hesab edilmişdir. AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft (AÇG HPBS çərçivəsində SOCAR-ın payı müvafiq olaraq 1.5 milyon ton təşkil etmişdir) hasil edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) hasil edilmişdir.
Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir və 1.2 mlrd. kubmetr qaz ehtiyatı ilə dünyanın ən iri qaz- kondensat yataqlarından biri hesab olunur. Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft (Şahdəniz HPBS çərçivəsində SOCAR-ın payı müvafiq olaraq 0.2 milyon ton təşkil etmişdir) hasil edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin 9.8 mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR- ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir.
2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara uyğun olaraq, SOCAR Azərbaycanı 150 ilə qədər müddət ərzində təbii qazla təmin edəcək qədər ehtiyatlara malikdir. Bundan əlavə, kəşfiyyatla bağlı fəaliyyətin artırılması nəticəsində SOCAR bu yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı kəşf etmişdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır. Şirkətin, həmçinin, müxtəlif işlənmə mərhələlərində xxxx xxx sıra digər kəşfiyyat layihələri də mövcuddur.
SOCAR 2015-ci ildə 22.1 milyon ton xam neft ixrac etmişdir. İxrac edilən neft tenderlər vasitəsilə və uzun müddətli müqavilələr əsasında Gürcüstanın iki limanında, Türkiyə və Rusiyanın isə bir limanınlarında satılır.
Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodunda və Azərikimya İB-də istehsal olunan neft və neft- kimya məhsulları əsasən daxili bazarda mövcud xxxx tələbatın ödənilməsinə yönəldilir.
SOCAR-a Azərbaycanda, Gürcüstanda, Ruminyada, İsveçrədə və Ukraynada genişlənən yanacaqdoldurma stansiyaları məxsusdur.
31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ümumi gəlirləri 32.4 mlrd. AZN, xalis zərəri 1.4 mlrd. AZN, cəmi aktivləri 39 mlrd. AZN, cəmi öhdəlikləri 24.4 mlrd. AZN, cəmi kapitalı 14.6 mlrd. AZN, borcları isə 10.8 mlrd. AZN olmuşdur.
Aşağıdakı xəritə Şirkətin əsas ixrac marşrutları göstərir:
• SOCAR-ın əsas güclü tərəfləri:
SOCAR aşağıdakı əsas mənfəətlərdən yararlandığını düşünür:
Hökumət ilə güclü əlaqələr.
100%-i dövlət mülkiyyətində xxxx müəssisə kimi, SOCAR Azərbaycan Hökumət ilə güclü əlaqələrdən yararlanır. Digər məsələlərlə yanaşı, Hökumət tarixən SOCAR-a maliyyə və strateji dəstək göstərmiş, SOCAR-ın əməliyyatlarını, ehtiyatlarını, istehsal səviyyəsini, daşınma və emalı şəbəkələrinin genişləndirilməsində yardımçı rol oynamışdır. SOCAR Azərbaycanın ən iri vergi ödəyicisidir və 2015- ci ilin sonuna xxxx məlumata əsasən, 1.5 xxxxxxx manat gəlir və digər vergilər, eləcə də sosial xərclərə 136 milyon manat ödəmişdir. Bundan əlavə, 2015-ci ilin nəticələrinə əsasən, SOCAR 52,000-dən xxx işçisi ilə ölkənin ən böyük işəgötürəni hesab edilmişdir.
Şaquli inteqrasiya olunmuş neft və qaz şirkətidir.
SOCAR istehsal-satış zənciri boyunca şaquli inteqrasiya edilmiş şirkətdir və əsasən quruda və Xəzər dənizinin Azərbaycan sektorunda axtarış, kəşfiyyat və işlənmə, emal, daşınma və pərakəndə satış fəaliyyətlərini həyata keçirir. Daxili pərakəndə fəaliyyəti ilə yanaşı, həmçinin Gürcüstan, Rumıniya, İsveçrədə və Ukraynada pərakəndə fəaliyyət həyata keçirir. SOCAR həm ölkə daxilində, həm də nəzarət-səhm paketinə malik olduğu Türkiyənin yeganə neft-kimya istehsalçısı xxxx Petkimdə neft- kimya fəaliyyəti həyata keçirir. Neft və qaz hasilatı sahəsində 50 illik təcrübəsi ilə SOCAR, həmçinin, regionda da geclü mövqeyə malikdir.
Petkim və STEAS-da nəzarət-səhm paketinə malik olması.
2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və Türkiyədə yeganə neft-kimya istehsalçısı xxxx Petkim-də nəzarət-səhm paketinə malik olmaq üçün STEAS vasitəsilə strateji investisiya yatırmışdır. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirmiş və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırmışdır. 2010-cu ildə STEAS Petkim obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə almış və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlamışdır. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod Petkim-in gəlirliliyini və bazar payını artıraraq Petkim üçün xammal xərclərini azaldacaq.
Azərbaycanda bütün karbohidrogen layihələrində iştirakı və Azərbaycanın “apstrim” və “daunstrim”-də inhisar mövqeyi tutması.
SOCAR Azərbaycanda xxxx xxxx və qaz layihələrini inkişaf etdirən bütün beynəlxalq konsorsiumların üzvüdür. Bu baxımdan, SOCAR bugünə kimi imzalanan bütün HPBS-lərdə Podratçı tərəf kimi iştirak edir. Bundan əlavə, SOCAR ölkə daxilində hal-hazırda modernləşdirmə prosesində xxxx illik 6 milyon ton xam neft emalı gücünə malik xxxx xxxx zavodunu istismar edir, Azərbaycanın xxxx kəməri sistemində əhəmiyyətli paya malikdir, SOCAR-ın tabeçiliyində xxxx Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavoduna və “Azərikimya” İB-yə xam neftin çatdırılmasını təmin edir.
• Strategiya
SOCAR-ın məqsədi aşağıdakı prioritetləri rəhbər tutaraq, “apstrim”,“midstrim” və “daunstrim” əməliyyatları ilə Azərbaycanda yeganə şaquli inteqrasiya olunmuş neft və qaz şirkəti kimi öz mövqeyini qoruyub saxlamaqdan ibarətdir:
Təbii qaz ixracını artırılması
Avropada təbii qaz qiymətlərinin yerli və regional bazarlardan yüksək olduğu səbəbindən, SOCAR təbii qazın ixrac edilməsi üçün qaz ehtiyatlarının və hasilatın artırılmasına diqqət yetirir. Bu məqsədlə, SOCAR son illərdə iki böyük qaz yatağının kəşf edilməsi ilə nəticələnən “upstrim” qaz əməliyyatlarına investisiyanı artmışdır. 2010-cu ilin noyabrında Xəzər dənizində Ümid strukturunda böyük qaz yatağı aşkar edilmişdir. İlkin hesablamalara görə, bu yataq 200 mlrd. m³ təbii qaz və 40 milyon ton kondensat ehtiyatın malikdir. 2011-ci ilin avqustunda Şirkət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yatağında böyük qaz ehtiyyatı aşkar etmişdir. İlkin hesablamalara görə, Abşeron yatağı 350 mlrd. m³ qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır.
Bundan əlavə olaraq, 1.2 trln ilkin çıxarıla bilən təbii qaz ehtiyatına xxxxx xxxx Şahdəniz yatağında layihənin ikinci fazası üzrə işlər başlanılmışdır. 2018-ci ildə təbii qazın Türkiyəyə, 2020-ci ildə isə Avropaya ixracı gözlənilir.
Beynəlxalq bazar qiymətlərindən faydalanmaq üçün SOCAR-ın xaricdəki fəaliyyət dairəsinin artırılması
SOCAR öz məhsullarını və təhlükəsiz təchizat mövqeyi üçün daha beynəlxalq qiymətlərdən faydalanmaq üçün, Azərbaycanın hüdudlarından kənarda fəaliyyətini, xüsusən də “daunstrim” fəaliyyətini genişləndirir. Məsələn, SOCAR STEAS vasitəsilə həm özünün, həm də digər istehsalçılar tərəfindən hasil olunan nefti istifadə edə biləcək Petkim sahilində xxxx xxxxx zavod inşa etdirir. Bu obyektdə istehsal olunacaq məhsulların beynəlxalq bazar qiymətləri ilə satılması gözlənilir.
Emal fəaliyyətinin genişləndirilməsi
Hesab olunur ki, yeni, müasir obyektlərin tikilməsi və onların istehlakçılara yaxın yerdə yerləşdirilməsi ilə emal əməliyyatlarnın əhatə dairəsini və səmərəliliyini artırmaq üçün böyük imkanlar var. Bunlara Bakıda yerləşən mövcud neft emalı zavodunun və “Azərikimya” İB-nin modernləşdirilməsi və Türkiyədə yerləşəcək yeni emal zavodunun inşasını misal göstərmək olar.
Fəaliyyət səmərəliliyinin artırılması.
Şirkət yeni texnologiyalar və proseslərin tətbiqi vasitəsilə, fəaliyyətinin, xüsusilə də onun hasilat fəaliyyətinin səmərəliliyinin artırılması üçün uzun müddətdir ki səmərəli addımlar atmaqdadır. Bundan əlavə, SOCAR işə cəlb olunma və daxili təlim proqramı vasitəsilə idarə heyətinin keyfiyyətinin yaxşılaşdırılması üçün fəal çalışır.
Azərbaycanın gələcək inkişafına töhfələrin verilməsi.
SOCAR Azərbaycan iqtisadiyyatının vergi ödənişləri, sosial xərclər və digər ödənişlər vasitəsilə maliyyələşdirilməsində böyük rol oynayır. Bu da öz növbəsində, iqtisadiyyatın digər sektorlarının inkişaf etdirilməsində, məhsulların, xüsusilə son istehlak məhsullarının satışının atırılmasına daha xxx xxxxx verəcəkdir.
• Ehtiyatlar
XxXxxxxx and XxxXxxxxxxx şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR- ın ümumi təsdiq olunmuş işlənməkdə xxxx xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 xxxxxxx kub metr təşkil etmişdir.
• Kəşfiyyat və Hasilat
Xam neft və Qaz haqqında ümumi məlumat
Azərbaycanda xam neft 1847-ci ildən hasil edilir. SOCAR tərəfindən idarə və istismar olunan neft yataqlarının çoxu azalan hasilat mərhələsindədir və hesablamalara əsasən Azərbaycanda bərpa edilə bilən neft ehtiyatları azalır. Hasilat səviyyəsinin saxlanılması üçün yataqların yenidən işlənməsi tələb olunur və bu proses SOCAR tərəfindən həyata keçirilir. Abşeron yarımadasından 100 km kənarda yerləşən Günəşli yatağının dayaz sulu hissəsinin işlənilməsi SOCAR-ın dənizdə xam neft istehsalının 76%-ni və ümumi hasilatının isə 60%-ni təşkil edir. Yataq bir neçə yataqların daxil olduğu 28 May NQÇİ-nin istismar fonduna daxil edilib.
Azərbaycanda hasil olunan xam neftin əksəriyyəti "Azeri light" adlandırılır və sıxlığı APİ üzrə 34-34.5 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı xxx aşağı – 0.15%-dir. Əksinə olaraq, Xxxxx tipli xam neftin sıxlığı APİ üzrə 38.5 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0.8% %-dir. Azeri Light CIF Augusta (İtaliya) nefti adlandırılır və Xxxxx tipli xam nefti üzərində xxxx hesabla hər barel üçün 80 sent üstünlüyə malikdir.
2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara uyğun olaraq, SOCAR-ın istismarında olam ehtiyatlar Azərbaycanı 150 ilə qədər müddət ərzində təbii qazla təmin edəcək qədər ehtiyatlara malikdir. Bundan əlavə, kəşfiyyatla bağlı fəaliyyətin artırılması nəticəsində SOCAR bu yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı kəşf etmişdir. Hər iki yataqda qazma işlərinə başlanmışdır. Şirkətin, həmçinin, müxtəlif işlənmə mərhələlərində xxxx xxx sıra digər kəşfiyyat layihələri də mövcuddur.
“Azneft” İB-nin əsas hasilat sahələri
100%-i SOCAR-a məxsus xxxx “Azneft” İB 8 NQÇİ – dən ibarətdir. Azneft İB-nin bir xxx əhəmiyyətli yataqları daha öncə işlənmiş sahələrdir; buna görə də istehsal səviyyəsinə yeni quyuların qazılması, quyuda əsaslı təmir işlərinin tamamlanması, müxtəlif bərpa işlərinin aparılması üçün lazımi texnikanın tətbiq olunması daxil olmaqla, müxtəlif yataqların bərpa olunması ilə nail olunur.
2015 – ci ildə Azneft İB 6.77 milyon ton xam neft hasil və 6.15 mlrd. m³ qaz hasil etmişdir.
Azəri-Çıraq-Günəşli yataqları
AzAÇG – Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqlarının və Günəşli yatağının dərin sulu hissəsinin ("AÇG yataqları") birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdə SOCAR-ın (podratçı qismində) 11.65%-nə xxxxx xxxx və onu idarə edən “Kayman Islands”-da qeydiyyatda olaraq, SOCAR-ın tam mülkiyyətində xxxx törəmə müəssisəsidir. AÇG HPBS 1994-cü ildən başlayaraq otuz il müddətinə nəzərdə tutulur və BP (operator kimi fəaliyyət göstərir və 35,78% faiz paya malikdir), Şevron (11.27%), İNPEKS (10.96%), Statoil (8.56%), ExxonMobil (8.0%), TPAO
(6,75%), İtoçu (4,29%) və ONGC (2.72%), SOCAR 11.65% sazişdə iştirak payına malikdir.
HPBS-nin Azərbaycan qanunvericiliyinə əsasən xüsusi hüquqi statusu vardır.
31 dekabr 2015-ci ilə əsasən, AÇG yataqlarının bərpa edilə bilən xam neft ehtiyatları 1.2 mlrd. ton həcmində qiymətləndirilir və Xəzər dənizinin Azərbaycan sektorunda işlənməsinə əsasən ən iri neft yatağı hesab edilir.
Azərbaycanın Cənubi Xəzər regionunda Bakıdan şərqdə təxminən 100 km dənizdə yerləşən AÇG yataqlar bloku 1984-cü ildə aşkar edilmişdir. Birlikdə təxminən 45 km uzunluğu xxxx AÇG yataqları, təxminən 432,2 km2 ərazini əhatə edir və dənizin 400 m. qədər dərinliyində yerləşir. AÇG yataqlarında hasilat 1997-ci ilin noyabrından başlanmışdır.
AÇG yataqlarından hasil olunmuş karbohidrogenlər sualtı xxxx kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. AÇG yataqlarından hasil edilən xam neft əsasən BTC Xxxx Kəməri vasitəsilə ixrac olunur. AÇG yataqlarından hasil edilən qaz isə Cənubi Qafqaz Xxxx Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirənSOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
AÇG yataqlarından 2015-cu ildə 31.2 milyon ton xam neft (AÇG HPBS çərçivəsində müvafiq olaraq
1.5 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. 2015-ci ildə həmçinin ACG yatağından 12.2 mlrd. m³ qaz (AÇG HPBS çərçivəsində müvafiq olaraq 3.3 mlrd. m³ qaz SOCAR-a təhvil verilmişdir) hasil edilmişdir.
Şahdəniz
Azərbaycan (Şahdəniz) Limited ("AzŞD") Şirkətin tam mülkiyyətində xxxx və Şahdəniz yatağının ("Şahdəniz yatağı") işlənməsi və istismarı ilə əlaqədar Şirkətin HPBS-də ("Şahdəniz HPBS") payının təşkili və idarə edilməsi üçün “Kayman Islands”-da qeydiyyatdan keçmiş SOCAR-ın törəmə müəssisədir. Şahdəniz HPBS 1996-cı ildə başlayaraq otuz il müddətinə nəzərdə tutulur və layihədə BP (operator kimi fəaliyyət göstərir) 28.8%, SOCAR (SGC Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10% paya malikdir.
Şahdəniz yatağı 1,0 trilyon kub metr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və bu yataq 1999-cu ildə kəşf edilmişdir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağından hasil olunan qaz sualtı xxxx kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. Daha sonra qaz CQBK vasitəsilə və Səngəçal terminalının qaz texnoloji emal obyektlərini Azəriqaz dövlət qaz şəbəkəsi sisteminə birləşdirən qaz kəməri ilə ixrac olunur.
Şahdəniz yatağından 2015-ci ildə 2.3 milyon ton xam neft (Şahdəniz HPBS çərçivəsində müvafiq olaraq
0.2 milyon ton SOCAR-ın payına düşür) hasil edilmişdir. Şahdəniz yatağından 2015-ci ildə həmçinin
9.8 mlrd. m³ qaz (HPBS çərçivəsində SOCAR-ın payı 0.8 mlrd. m³ qaz təşkil etmişdir) hasil edilmişdir. Ümumiyyətlə, Şahdəniz yatağının işlənməsi iki mərhələdə nəzərdə tutulur. Şahdəniz Mərhələ 1 əməliyyatlarına 2006-cı ildən başlanmışdır. Mərhələ 1-dən hasilatın ildə 8,9 xxxxxxx kub metr qaz və illik 45,500 ton kondensat olacağı nəzərdə tutulmuş və buna nail olunmuşdur. Mərhələ 1 çərçivəsində 6
quyu qazılmış, platforma inşa edilmiş, xxxxx terminalı tikilmiş və Türkiyəyə 700 km uzunluğunda xxxx kəməri çəkilmişdir. Mərhələ 1 artıq tamamlanmışdır.
Şahdəniz yatağının işlənməsində Mərhələ-2 ümumilikdə Cənubi Qafqaz Xxxx Kəmərinın genişləndirilməsi ilə bərabər "Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi"ni nəzərdə tutur. Mərhələ-2 yeni dəniz platformalarının tikintisi, quyuların qazılması, sualtı xxxx kəmərləri çəkilməsi, Səngəçal terminalının genişləndirilməsi və Cənubi Qafqaz Xxxx Kəməri ilə ixrac edilən qaz həcmlərini ildə 25 xxxxxxx kub metrdən xxx olmaqla bu kəmərin genişləndirilməsi vasitəsilə ildə əlavə 16 mlrd. m³ qaz və 91,5 min ton kondensat nəql etmək üçün nəzərdə tutulur. Bu əlavə həcmin Avropa İttifaqı ölkələrinə, eləcə də Gürcüstan və Türkiyənin mövcud bazarlarına ixracı gözlənilir.
Yuxarıda qeyd edilən məlumatları ümumiləşdirərək, SOCAR-ın neft hasilatı və HPBS-lərindəki paylarını aşağıdakı cədvəldə cəmləşdirmək olar:
Hasilat | Xam neft (mln ton) | Təbii qaz (mlrd. kubmetr) |
SOCAR (Azneft İB) | 8,2 | 6.9 |
AzACG (SOCAR-ın payı) | 1.5 | 3.3 |
AzSD (SOCAR-ın payı) | 0.2 | 0.8 |
• Xam Neftin Nəqli
Ümumi məlumat
Neft Kəmərləri İdarəsi Azərbaycanda neftin saxlanılması və nəqlini həyata keçirir. Neft Kəmərləri İdarəsinin tərkibinə "Abşeron" İstehsalat Bölümü, "Qaradağ" İstehsalat Bölümü, "İxrac" İstehsalat Bölümü, "Dübəndi" İstehsalat Bölümü daxildir. 31 dekabr 2015-ci il tarixinə SOCAR-ın ölkədaxili neft kəməri şəbəkəsinin ümumi uzunluğu 624.6 km olmuşdur. 2015-ci ildə SOCAR daxili xxxx kəməri şəbəkəsi vasitəsilə ümumilikdə 8.2 milyon ton xam neft nəql etmişdir.
SOCAR, həmçinin, beynəlxalq əməliyyat şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və Şimal İxrac Xxxx Kəməri Marşrutu (Bakı-Novorossiysk), BTC Xxxx Kəməri və Qərb İxrac Xxxx Kəməri Marşrutu (Bakı-Supsa) layihələrində (aşağıda qeyd olunduğu kimi) iştirak payına malikdir.
SOCAR-ın dənizdə və qurudakı yataqlarından hasil olunan xam neft (AÇG yataqları və Şahdəniz yatağı istisna olmaqla) Dübəndi neft anbarında saxlanılır və emal zavodunun yaxınlığında yerləşən böyük anbar terminalı xxxx Xxxxx Xxxxx Terminalına nəql olunur. Bu terminaldan xam neft ya emal olunur, ya da Şimal İxrac Xxxx Kəməri Marşrutu vasitəsilə ixrac edilmək üçün nəql olunur. AÇG yataqlarından hasil olunan xam neft Səngəçal Terminalında saxlanılır və buradan BTC Xxxx Kəməri, Qərb İxrac Xxxx Kəməri Marşrutu, Şimal İxrac Xxxx Kəməri Marşrutu və Bakı-Batumi dəmir yolu marşrutu ilə ixrac olunur.
Aşağıdakı cədvəldə qeyd olunan dövrlər ərzində daşınan neftin həcmi ilə bağlı məlumatlar öz əksini tapmışdır:Daşınma aktivi (milyon ton) | 2015 |
Daxili Xxxx Kəmərləri | 8.16 |
Bakı-Novorossiysk (Şimal İxrac Xxxx Kəməri Marşrutu) | 1.78 |
Bakı-Supsa (Qərb İxrac Xxxx Kəməri Marşrutu) | 4.22 |
Bakı-Tbilisi-Ceyhan (BTC Xxxx Kəməri) | 29.26 |
BTC Xxxx Kəməri
2002-ci ildə yaradılmış Azerbaijan (BTC) Limited ("AzBTC") MMC SOCAR-ın tam mülkiyyətindədir və Bakı-Tbilisi-Ceyhan xxxx kəməri layihəsində ikinci böyük səhmdardır. AzBTC Şirkəti BTC Xxxx Kəmərinin tikintisi və istismarı üçün məsul xxxx 11 iri beynəlxalq neft şirkətlərindən ibarət xxxx kəməri konsorsiumu xxxx Xxxx-Tbilisi-Ceyhan Xxxx Kəməri Şirkətində 25% paya malikdir. BP Şirkəti hazırda Bakı-Tbilisi-Ceyhan Xxxx Xxxxxx Xxxxxxx adından xxxx kəmərini istismar edir.
2015-ci ildə Azərbaycanda hasil olunan 18.1 milyon ton neft və kondensat SOCAR tərəfindən BTC Xxxx Kəməri ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və kondensatın 43.5%-ini təşkil etmişdir. BTC Xxxx Kəməri ildə 60 mln ton xam neft ötürücülük gücünə malikdir. Ümumi uzunluğu 1768 xx xxxx BTC kəmərinin 443 km-i Azərbaycandan keçir.
AÇG yataqlarından hasil olunan xam neft BTC Xxxx Kəməri ilə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalına nəql edilir. BTC Xxxx Kəməri Rusiya ərazisindən keçmədən Mərkəzi Asiya ölkələrindən Qara dənizə alternativ xxxx kəmərləri marşrutu təmin edir. AÇG HPBS-i imzalayan tərəflər BTC Xxxx Kəmərindən müstəsna istifadə hüququna malikdir.
Xxxx kəməri vasitəsilə ilk neft Ceyhan terminalına 2006-cı ilin may ayında çatdı. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayında yola salındı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunurdu.
Şimal İxrac Xxxx Kəməri Marşrutu (Bakı-Novorossiysk)
Şimal İxrac Xxxx Kəməri Marşrutu (“ŞİBK”) iki hissədən ibarətdir və Bakıda Səngəçal terminalından Rusiyanın Novorossiysk Qara Dəniz Limanına qədər uzanır. Xxxx kəmərinin Azərbaycan hissəsi SOCAR tərəfindən, kəmərin Rusiya hissəsi Transneft tərəfindən idarə olunur. 2015 ildə Azərbaycanda hasil olunan 1.18 milyon ton neft və kondensatı ŞİBK ilə nəql olunaraq ölkədə hasil olunan neft və kondensatın 2.8%-ini təşkil etmişdir. ŞİBK ildə 9 milyon barel ötürücülük gücünə malikdir. Ümumi uzunluğu 1,330 xx xxxx ŞİBK kəmərinin 231 km-i Azərbaycandan keçir.
Xxxx kəməri vasitəsilə ilk neft Novorossiysk terminalına 1997-ci ilin oktyabr ayında çatdı. Bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 1998-ci ilin mart ayında yola salındı. Kəmərin doldurulması üçün təxminən 0.49 milyon barel neft tələb olunur.
Qərb İxrac Xxxx Kəməri
AÇG HPBS-ə müvafiq olaraq fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən bərpa edilən Qərb İxrac Xxxx Kəməri (QİBK) Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Xam neft oradan tankerlərə yüklənərək Avropa bazarlarına yola salınır. ABƏŞ QİBK kəmərini SOCAR-ın adından idarə edir. 2015-ci ildə Azərbaycanda hasil olunan 2.8 milyon ton neft və kondensat SOCAR tərəfindən QİBK ilə nəql olunmuşdur ki, bu da ölkədə hasil olunan neft və kondensatın 6.73 %-ni təşkil etmişdir. QİBK ildə 6 milyon barel ötürücülük gücünə və 833 km ümumi uzunluğa malikdir.
• Qazın nəql edilməsi və saxlanılması
Ümumi məlumat
Qaz İxrac İdarəsi SOCAR tərəfindən hasil edilən təbii qazı ixrac edir. Xxxxxxxx Xxxxxxxx yatağındakı payı Şahdəniz HPBS tərəfləri ilə birgə satılır. Şirkətin daxili qaz xxxx kəməri şəbəkəsinin uzunluğu təxmini 3500 km və 2015-ci ildə bu kəmərlərlə 14.1 mlrd. m³ qaz nəql edilmişdir. Daxili qaz xxxx kəmərləri vasitəsilə SOCAR AzACG (AÇG HPBS uyğun olaraq, hasil olunan səmt qazı pulsuz olaraq SOCAR-a təhvil verilir), Şahdəniz və digər şirkətlər tərəfindən hasil olunan qazı nəql edir.
Daxili xxxx kəməri sistemi, əsasən, Sovet dövründə tikilmiş və təxminən 25-30 il ömrü var. Xxxx kəmərlərinin hər il yoxlanılır və lazımi şəkildə təmir edilir. SOCAR həmçinin, beynəlxalq əməliyyat şirkətləri ilə bir sıra birgə müəssisələrə daxil olmuş və SOCAR tərəfindən istehsal olunan qazın xarici bazarlara ixrac edilməsinə imkan verən CQBK və Qaz Xxxx Kəməri (Bakı-Mozdok) layihəsində iştirak payına malikdir.
Cənubi Qafqaz Xxxx Kəməri
Cənubi Qafqaz Xxxx Kəməri Şirkəti (CQBK Ko) bütövlüklə CQBK-nin tikintisinə və istismar əməliyyatlarına cavabdeh xxxx birgə müəssisə şirkətidir. Bu, 7 səhmdarın yaratdığı və ən iri səhmdarlar olan BP ilə Statoylun əməliyyatçılıq etdiyi şirkətdir. SOCAR-ın tam mülkiyyətində xxxx Azərbaycan Cənubi Qafqaz Xxxx Kəməri Ltd törəmə müəssisəsi vasitəsilə CQBK-də 10% səhmə malikdir. 2015-ci ildə CQBK ilə 6.8 mlrd. m³ qaz nəql olunaraq ölkədə hasil olunan təbii qazın 23.5 %-ni təşkil etmişdir Kəmər ilə ilk qaz həcmlərinin çatdırılmasına 2006-cı ilin sentyabr ayında başlandı. 30 iyun 2011-ci ilə əsasən, CQBK-nin uzunluğu 692 km-dir, bunun 443 kilometri isə Azərbaycan ərazisindədir. Xxxx kəmərinin diametri 42 düymdür. Xxxx kəməri yeddi xxxxxxx kub metrədək qazın nəql etmək gücünə malikdir.
Qaz (Bakı-Mozdok) Xxxx Kəməri
14 oktyabr 2009-cu ildə SOCAR və Qazprom ASC arasında imzalanmış alqı-satqı sazişi Bakı və Mozdok arasında çəkilmiş qaz kəməri (“Qaz Xxxx Kəməri”) vasitəsilə Rusiyaya Azərbaycan qazının tədarük edilməsini nəzərdə tutur. 2014-cü ilə qədər Rusiyaya bu kəmər vasitəsi ilə qaz nəql olunmuşdur. 2015-ci ildə isə kəmərin yalnız ölkədaxili hissəsindən istifadə edərək Azərbaycanın müxtəlif rayonlarına qaz nəql olunmuşdur. Belə ki, 2015-ci ildə Qaz Xxxx Kəməri ilə 1.5 mlrd. m³ qaz nəql olunmuşur.
Xəzər dənizindəki Şahdəniz yatağından hasil olunan qaz Qaz kəməri vasitəsilə cənubi Rusiyada yerləşən Mozdoka nəql olunur. Xxxxx ilə ilk qaz həcmlərinin çatdırılmasına 2010-cu ilin yanvar ayının 1-də başlandı. Qaz kəmərinin uzunluğu 680 km-dir, bunun 200 kilometri isə Azərbaycan ərazisindədir. Qaz kəmərinin diametri 42 düymdür və illik 13 xxxxxxx kub metr qaz nəql etmək gücünə malikdir
Qaz nəqli tarifləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 Sentyabr 2005-ci il tarixli № 178 qərarına əsasən, ölkə daxilində təbii qaz nəqli üçün SOCAR-ın tarifləri Xxxxx Xxxxxx tərəfindən tənzimlənir. Tariflər Komitəsi ölkədaxili qaz daşınmasında xxxx kəmərinin 100 km-dən xxx hissəsi üçün təbii qazın hər min kubmetrinin nəqli ƏDV daxil olmaqla, 2 AZN məbləğində müəyyən etmişdir.
• Emal, Marketinq və Satış Ümumi Məlumat
SOCAR, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və SOCAR Trading vasitəsilə satış fəaliyyətini həyata keçirir. Neft hasilatının böyük bir hissəsi SOCAR-ın tam mülkiyyətində xxxx və SOCAR tərəfindən idarə olunan Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavoduna emal üçün nəql edilir. Emal olunan neft məhsulları ilkin olaraq daxili tələbatı ödəmək üçün sərf edilir, qalan hissəsi isə ixrac edilir. Aşağıdakı cədvəllərdə göstərilən dövrlər üçün SOCAR tərəfindən ölkə daxilində satılmış və ixrac edilmiş xam neft, neft məhsulları və təbii qaz məbləğləri ilə bağlı irəli məlumat qeyd olunmuşdur:
1 yanvar – 31 dekabr 2015 | Ölkədaxili | İxrac | ||
(%) | (%) | |||
Xam neft (Min tonlarla ifadə olumuşdur. Şirkət ölkə daxilində xam neft satışını həyata keçirmir. Şirkət Azərbaycanda xam nefti emal zavodları ilə tollinq razılaşması əsasında emal edir.) | 1,626 | 100 % | 0 | - |
Neft məhsulları (Min tonlarla ifadə olumuşdur) | 3,875 | 64 % | 2,211 | 36 % |
Təbii qaz (Milyon kub metrlə ifadə olumuşdur) | 9,646 | 88 % | 1,358 | 12 % |
Xam Neftin Satışı
SOCAR 2015-ci ildə 22,1 milyon ton xam neft ixrac etmişdir ki, bunun da 18,6 milyon tonu dövlətə məxsusdur. SOCAR tərəfindən hasil olunan neftin satışı tenderlər və uzun müddətli müqavilələr vasitəsilə Supsa (Gürcüstan), Batumi (Gürcüstan), Ceyhan (Türkiyə) və Novorossiysk Limanından (Rusiyanın Qara dəniz Limanı) həyata keçirilir. SOCAR satış fəaliyyətini Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və SOCAR Trading vasitəsilə həyata keçirir.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycanda daxili bazarda geniş istehlakçı kütləsinə xam neft və neft məhsullarının satışını idarə edir. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, həmçinin, ilk növbədə SOCAR-ın ixrac məhsullarının beynəlxalq satışına cavabdehdir. Bundan əlavə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi quruda HPBS üzrə Dövlətinpayına düşən neftin satışını və neft dənizdə fəaliyyət göstərən HPBS-lər üzrə Dövlətin və SOCAR-ın neft payına düşən neftin satışı üzrə bir orqan kimi fəaliyyət göstərir.
• Emal zavodu
Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodu
Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodunun (BNEZ) illik layihə emalı gücü 6.0 milyon ton xam neft olmasına baxmayaraq, illik faktiki emal həcmi 4.4 milyon ton xam neft, və ya sutkada 120,000 barel neft təşkil edir. 2015-cu ildə BNEZ tərəfindən 6.478 milyon ton xam neft emal edilmiş, bundan da 6.057 milyon ton emal məhsulu təşkil etmişdir; bu həcm daxili tələbatın təmin olunmasına və təxminən 2.2 milyon ton məhsulunun Gürcüstan və Türkiyəyə ixrac edilməsi üçün imkan yaratmışdır. Bu zavodda həmçinin, reaktiv yanacaq istehsal edilir.
Aşağıdakı cədvəldə 2015-ci ildə Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodunda istehsal edilmiş məhsul qarışığının və emal olunmuş neft məhsullarının həcmləri qeyd edilir:
2015 ( min ton) | |
Xam Neft | 6,478 |
Avtomobil benzini A-92 | 1,224 |
Reaktiv mühərrik yanacağı | 688 |
Hidrotəmizlənmiş benzin | 195 |
Dizel | 2,053 |
Soba mazutu | 313 |
Mühərrik yanacağı DT | 64 |
Neft Bitumu | 172 |
Neft koksu | 254 |
Sürtkü yağları | 25 |
Xxxx qaz | 158 |
Təmizlənmiş quru qaz | 65 |
Digər neft məhsulları | 846 |
Cəmi neft məhsulları | 6,057 |
• Pərakəndə Stansiya Şəbəkəsi
SOCAR Azərbaycan, Gürcüstan, Ruminya, İsveçrə və Ukraynada fəaliyyət göstərən və genişlənən yanacaqdoldurma stansiyası şəbəkəsinə malikdir.
SOCAR Azərbaycanın yerli neft məhsulları bazarında 2008-ci ildə təsis etdiyi “SOCAR Petroleum” vasitəsi ilə fəaliyyət göstərir. Hal-hazırda SOCAR Azərbaycan ərazisində 11 neft bazası və 19 yanacaqdoldurma məntəqəsi (YDM) ilə fəaliyyət göstərir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci ildə neft məhsullarının satışından 873,067 min AZN, sair xidmətlərdən 258 min AZN olmaqla cəmi 873,325 min AZN əldə edilmişdir. SOCAR Petroleum QSC tərəfindən 2015-ci il ərzində neft bazaları vasitəsilə 1,279,840.3 ton və yanacaqdoldurma məntəqələri vasitəsilə 141,717.5 min litr neft məhsulları satılmışdır.
Gürcüstanda fəaliyyət göstərən “SOCAR Energy Georgia” MMC də, SOCAR-ı uğurla təmsil edir. Gürcüstanın onlarla qazpaylayıcı şəbəkəsi “SOCAR Energy Georgia” MMC tərəfindən idarə olunur. Bununla yanaşı, SOCAR Energy Georgia şirkəti Gürcüstanın neft məhsullarının pərakəndə satışları bazarında da səmərəli fəaliyyət göstərir. Müəssisə tərəfindən Gürcüstanda ümumilikdə 115-dən artıq yanacaqdoldurma məntəqəsi istismara verilmişdir.
SOCAR Ruminyada təsis etdiyi SOCAR Petroluem SA şirkəti vasitəsilə investisiya yatırmağa davam edir. 2015-ci ildə Ruminyaya yatırılan investisiyanın həcmi 6.4 mln USD həcmində olmuşdur. Ötən il ərzində SOCAR Petroleum SA-nın satış həcmi 144,884 ton olmuşdur ki, bundan da 93,292 tonu topdan, 51,592 ton pərakəndə satışın payına düşür. Hal-hazırda SOCAR Petroleum SA 27 YDM və 7 isə YDM və QDM birlikdə fəaliyyət göstərməkdədir.
SOCAR Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir uğura imza ataraq, 2011-ci ilin noyabrında "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti ilə saziş imzalamışdır. 2015-ci il ərzində şirkət 3 yeni YDM istifadəyə vermiş və 1 YDM-nin rebrending işlərini tamamlamışdır. Bununla da, İsveçrədə SOCAR-A məxsus bütün YDM-ləri rebrending olunmuşdur. Hal-hazırda İsveçrədə SOCAR-a məxsus 150-dən artıq YDM fəaliyyət göstərir.
SOCAR Ukraynada da fəaliyyətlərini uğurla davam etdirmişdir. İl ərzində 126 min ton topdan, 99 mln litr isə pərakəndə satılmışdır. 2015-ci il ərzində şirkət 8 yeni YDM istifadəyə vermiş və 1 YDM-nin rebrending işlərini tamamlamışdır. Hazırda 58-dən artıq YDM SOCAR brendi altında fəaliyyət göstərir Məlum olduğu kimi, 21 dekabr 2013-cü il tarixində Yunanıstan Qaz Paylayıcı Sistemi şirkətində 66% səhmlərinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elən edilmiş beynəlxalq tenderin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmuşdur. Hal-hazırda Avropa İttifaqının (həmçinin Yunanıstanın Enerji Tənzimləyici Komitəsinin) qanunlarının tələblərinə cavab verən müvafiq sertifikatlaşdırma qərarının və Avropa İttifaqının Anti-inhisar komissiyasının müsbət qərarının əldə olunması üzrə işlər davam etdirilir. Hal-hazırda prosesin ikinci mərhələsində SOCAR tərəfindən 66%
payın müəyyən hissəsinin Avropalı potensial alıcılara satılması üçün proses gedir. Prosesin 2016-ci ilin senyabr ayında tamamlanması nəzərdə tutulur.
• Azərikimya İB
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2010-cu ilin aprelində Azərikimya ASC Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilmiş və bunun nəticəsində Azərikimya İstehsalat Birliyinə çevrilmişdir. Azərikimya İB Azərbaycanda neft-kimya məhsullarının istehsalı ilə məşğul olur və üç istehsalat birliyinə malikdir – Etilen-Polietilen zavodu, Səthi Aktiv Maddələr zavodu, Üzvi Sintez zavodu. Azərkimya İB-nin istehsal fəaliyyətinə yüksək sıxlıqlı polietilen, saflaşdırılmış izopropil, propilen, ağır qətran, propilen oksidi, kaustik soda və xlorid turşusu istehsalı daxildir.
• SOCAR Polimer
SOCAR Polimer layihəsi Azərbaycanın neft-kimya sənayesində dövlət və özəl sektorun birgə iştirakı ilə “layihə maliyyələşməsi” prinsipi əsasında həyata keçirilən ilk layihədir və bu layihə çərçivəsində ildə 180 min ton polipropilen və 120 min ton polietilen istehsal gücündə Polipropilen və Polietilen (HDPE) zavodlarının inşası nəzərdə tutulur.
Ümumi kapital dəyərinin aşağı salınması və səhmdarlara düşən yükün azaldılması üçün investisiya xərclərinin 60%-nin borc hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün müxtəlif maliyyə institutları ilə danışıqlar aparılmışdır və Qazprombank ilə 16 iyun 2015-ci il tarixində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi ümumilikdə 489 mln. ABŞ dollarına qədər uzunmüddətli (10 il) borcun əldə edilməsinə imkan verir. Kreditin iki tranş üzrə götürülməsi nəzərdə tutulmuşdur ki, bu da faiz xərclərini azaltmağa və vəsaitləri Polipropilen (Tranş 1) və Yüksək Sıxlıqlı Polietilen (Tranş 2) qurğularının tikinti qrafikinə uyğunlaşdırmağa imkan verəcəkdir. Əsas məbləğin xxxx ödənilməsi üçün 3 il güzəşt müddəti tətbiq olunmuşdur ki, bu da tikinti müddətini tamamilə əhatə edir. Bu müqavilə çərçivəsində tranşlar üzrə borcun layihə qrafikinə uyğun olaraq alınmasına başlanılmışdır.
Hal-hazırda SOCAR Polimer MMC-nin nizamnamə kapitalı 101 milyon AZN təşkil edir. 2015-ci xxxx xxxxx ayının 3-də Polipropilen qurğusu və ümumi təsərrüfat bloku, 2015-ci ilin dekabr ayının 22-ində isə Yüksək Sıxlıqlı Polietilen qurğusu üzrə Layihənin Baş Podratçısı xxxx Tecnimont şirkəti ilə sabit qiymətli Mühəndislik, Satınalma və Tikinti müqaviləsi imzalanmışdır. Qurğuların tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hazırlanması işləri yekunlaşmış və Baş Podratçıya təhvil verilmişdir. Ərazidə artıq tikinti işlərinə başlanılmışdır.
• Karbamid(gübrə) zavodu
Müasir beynəlxalq standartlara uyğun, gündəlik 2000 ton azot gübrəsi-karbamid istehsal edəcək dəyəri 1 mlrd. avroya qədər xxxx SOCAR-ın Karbamid zavodu layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.
Təməli 2011-ci ildə möhtərəm Prezident cənab Xxxxx Xxxxxx tərəfindən qoyulan Karbamid Zavodunun tikintisinin həyata keçirilməsi məqsədilə 13 mart 2013-cü il tarixində SOCAR və Samsung Engineering Co., Ltd. şirkəti arasında Mühəndislik, Satınalma və Tikinti üzrə Müqavilə imzalanmışdır. Sumqayıt şəhərində yerləşəcək zavodun tikintisinin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Zavod ammonyak istehsalı, karbamid mayesi istehsalı və dənəvər karbamid məhsulu istehsalı bölmələrindən ibarət olacaq və əsas xammal kimi təbii qazdan istifadə ediləcəkdir.
Bu layihənin həyata keçirilməsi ilə SOCAR ölkə iqtisadiyyatının əsas sektorlarından xxxx xxxx kənd təsərrüfatının inkişafına mühüm dəstək verəcəkdir. Eyni zamanda, zavodda istehsal olunacaq karbamid məhsulunun daxili tələbatı tam ödəməsi və məhsulun qalan hissəsinin dəmir yolu və Qara dəniz vasitəsi ilə dünya bazarına çıxarılması planlaşdırılır.
• Petkim Ümumi məlumat
Petkim Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılmış və Türkiyə yeganə neft-kimya istehsalçısıdır. 2008-ci ildə SOCAR Petkim obyektlərinin xxxxxx xxxx Petkim Petrokimya Holding A.Ş.- də səhm nəzarət paketini (51%) əldə edir.
Petkim 1.9 milyon ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal edir. Petkim kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 milyon kub metr saxlama həcminə malik Güzzel Hisar anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir.
STAR Layihəsi
SOCAR “Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 milyon ton neft təşkil edən neft emalı zavodunun inşasınına başlamışdır. 2011-ci ilin oktyabrında Azərbaycan Respublikasının Preidenti Xxxxx Xxxxxx və Türkiyənin Baş xxxxxx Xxxxx Xxxxxx Xxxxxxxxx iştirakı ilə layihənin tikinti-hazrlıq mərhələsinin təməli qoyulmuşdur. Zavod ildə 10 milyon ton xam neft (sutkada 214,000 barel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın Petkim üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.
Zavodun qurulmasında əsas məqsəd Petkimin xam maddəsi xxxx naftanın və Türkiyənin idxaldan xxxxx xxxx digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ildə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5.6 xxxxxxx ABŞ dollar təşkil edir. 2014-cü ili May ayında 23
beynəlxalq, eləcə də Türk bankları ilə $3.29 xxxxxxx kredit müqavilələri imzalanmışdır: bu kreditlərin
$2.7 milyardı 18 il, $600 milyonu isə 15 il müddətinə imzalanmışdır.
Gəmiqayırma
2010-cu ildə Şirkət Bakı yaxınlığında gəmiqayırma və gəmi təmiri zavodunun tikilməsi və fəaliyyət göstərməsi məqsədi ilə Sinqapurun Keppel Group şirkəti və dövlət müəssisəi xxxx Azərbaycan İnvestisiya Şirkəti ilə birgə müqavilə imzalamışdır. 2011-ci ildə inşasına başlanılan Gəmiqayırma zavodu 2013-cü ildə istismara verilmişdir. Gəmiqayırma zavodunun neft və qaz sənayesi üçün neft tankerləri və xidmət gəmiləri də daxil olmaqla müxtəlif növ gəmilər istehsal edir.
• Cənub Qaz dəhlizi
Cənub Qaz Dəhlizi layihəsi regionun ən aktual layihələrindən biridir. Şahdəniz 2 layihəsi üzrə hasil edilən qaz sualtı xxxx kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Xxxx Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırlacaqdır. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcəkdir. Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildəplanlaşdırılır.
Şahdəniz – 2 layihəsi
ŞD2 layihəsi 1-ci mərhələdən illik hasil edilən təxminən 9-10 xxxxxxx m3 qazın həcminə 16 xxxxxxx m3 qaz və 1-ci mərhələdən gündəlik hasil edilən 45,000 barel kondensata 105,000 barel kondensat əlavə edəcəkdir.Hasil edilən qaz sualtı xxxx kəməri ilə Səngəçal terminalına və daha sonra CQBK vasitəsilə Türkiyəyə çatdırılacaqdır. ŞD2-dən hasil ediləcək qaz Türkiyə Respublikasına və Avropa istehlakçılarına təchiz ediləcəkdir. Yekun İnvestisiya Qərarı (FID – Final Investment Decision) 17 dekabr 2013-cü il tarixində verilmişdir.
2014-2020-ci illər üzrə ŞD2-nin ümumi kapital xərcləri inflyasiya nəzərə alınmaqla 23.4 xxxxxxx ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 5.4 xxxxxxx ABŞ dolları təşkil edir. Bu məbləğə 16.67% pay(6.67% CQD, 10% isə SOCAR
– 2023-cü ildə SOCAR-ın 10% payı CQD-nə keçəcəkdir) üzrə maliyyələşdirmə, Statoil-dən 6.67% payın alınma qiyməti və 10% payın alınması üzrə ilkin qiymət daxildir. 2013-cü ilin sentyabr ayında 9 Avropa şirkəti ilə Qaz Satışı üzrə Sazişlər imzalanmışdır:
Axpo (İsveçrə) − illik 1.43 xxxxxxx m3, Enel (İtaliya) – illik 0.48 xxxxxxx m3, E.ON (Almaniya) − illik
1.45 xxxxxxx m3, Gas Natural (İspaniya) − illik 0.99 xxxxxxx m3, GDF (Fransa) − illik 2.64 xxxxxxx m3, HERA (İtaliya) − illik 0.30 xxxxxxx m3, Shell (İngiltərə/Niderland) − illik 0.95 xxxxxxx m3, Bulgargaz (Bolqarıstan) − illik 0.95 xxxxxxx m3, XXXX (Yunanıstan) − illik 1 xxxxxxx m3.
Layihələr üzrə işlər təsdiqlənmiş qrafik üzrə aparılır. Şahdəniz – 2 layihəsi üzrə işlər qrafikdən irəli olaraq ümumi işlərin 70%-ə yaxını yerinə yetirilmişdir.
CQBK sisteminin genişləndirilməsi (CQBKG)
CQBKG Şahdəniz yatağının tammiqyaslı işlənməsinin əsas tərkib hissəsidir. Genişləndirmə Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 xxxx diametr ölçüsündə xxxx xxxx kəmərinin və həmçinin Gürcüstan ərazisində 2 ədəd yeni kompressor stansiyalarının inşasını əhatə edir.Yeni borunun uzunluğu:
- Azərbaycan ərazisində – 424 km;
- Gürcüstan ərazisində – 61 km;
- TANAP ara bağlantısında – 2 km;
Genişləndirmə nəticəsində xxxx kəmərinin ötürmə qabiliyyəti əlavə 16 xxxxxxx m3 artırılaraq ümumi
23.4 xxxxxxx m3 səviyyəsinə çatdırılacaq və beləliklə ümumi qaz nəqli həcmi 3 dəfə artacaqdır. Xxxx kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Türkiyə vasitəsilə Avropaya çatdırılmasına xidmət edəcəkdir.
Layihənin 2016-cı ilin əvvəlinə xxxx inkişafını nəzərə alaraq 2014-2020-ci illər üzrə kapital xərclərin inflyasiya nəzərə alınmaqla 4.9 xxxxxxx ABŞ dolları olacağı gözlənilir (CQBKG layihəsinin 17 dekabr 2013-cü il tarixində xxxx Yekun İnvestisiya Qərarı zamanı təsdiqlənmiş büdcəsi 5.3 xxxxxxx ABŞ dolları təşkil etmişdir); 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla təxminən 1.1 xxxxxxx ABŞ dolları təşkil edir. Bu məbləğə 6.67% pay üzrə alqı-satqı qiyməti, 10% payın alınması üzrə ilkin qiymət, 6.67% pay üzrə maliyyələşdirmə və 10% pay üzrə genişləndirmə xərcləri daxildir.
CQBK-nin genişləndirilməsi üzrə 50%-də artıq hissəsi yerinə yetirilmişdir.
Şahdəniz və Cənubi Qafqaz Xxxx Kəməri layihələrdə hazirki pay bölgüsü: BP – 28.8%, SOCAR (SGC Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10%.
Trans-Anadolu Xxxx Kəməri
Azərbaycan və Türkiyə Respublikaları arasında “Anlaşma Memorandumu” 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. Azərbaycan və Türkiyə Respublikaları arasında “HGA – Tranzit Ərazisinə Xxxxx Ölkənin Hökuməti ilə Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmışdır və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur. TANAP-ın inşaatı Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir.
- Borunun uzunluğu: 1,802 km;
- Borunun Diametri:
- Gürcüstan/Türkiyə sərhədi – Eskişehir (1,334 km) – 56 xxxx
- Eskişehir-Türkiyə/Yunanıstan sərhədi (450 km) – 48 xxxx
- Çanaqqala Boğazı (18 km) – 2 x 36 xxxx;
- Borunun fəaliyyətə keçmə tarixi: 2018-ci il;
- İlkin daşıma qabiliyyəti: illik 16 xxxxxxx m3 (illik 31 xxxxxxx m3-ə kimi artırıla bilər);
Gürcüstan-Türkiyə sərhədində CQBK sisteminə birləşərək başlayan TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcəkdir.TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.
2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9.2 xxxxxxx ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6.1 xxxxxxx ABŞ dolları təşkil edir. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir. Layihənin ümumi inkişafı 2016-cı ilin yanvar ayının sonuna 18% təşkil etmişdir.
Hazırki pay bölgüsü: SOCAR-58%; BOTAŞ-30%; BP-12%.
Trans-Xxxxxxxx Xxxx Kəməri
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır.Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan Respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır;
- Borunun uzunluğu: 878 km;
- Yunanıstan – 550 km;
- Albaniya – 215 km;
- Adriatik dənizi – 105 km;
- İtaliya – 8 km;
- Borunun diametri: 48 xxxx (sualtı – 36 xxxx);
- Borunun fəaliyyətə başlama tarixi: 2020-ci ilin yanvar ayı;
- İlkin daşıma qabiliyyəti: illik 10 xxxxxxx m3 (illik 20 xxxxxxx m3-ə kimi artırıla bilər).
2016-ci ilin qiymətləri ilə ümumi kapital xərcləri 5.8 xxxxxxx ABŞ dolları təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 1.2 xxxxxxx ABŞ dolları təşkil edir. Bu məbləğə 20% pay üzrə alqı-satqı qiyməti və 20% payın maliyyələşdirməsi daxildir.
Layihə üzrə hazırki pay bölgüsü: SGC – 20%, BP – 20%, Snam S.p.A. – 20%, Fluxys – 19%, Enagás – 16% və Axpo – 5%.
17 mart tarixində Xxxxx Xxx Xxxxxxx QSC tərəfindən 1 xxxxxxx ABŞ dolları məbləğində 10 illik, kupon xxxxx 6.875% olaraq, dövlət zəmanətli avrobond istiqrazları emissiya edilmişdir.
• Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu;
Hal-hazırda SOCAR tərəfindən bazara yeni məhsul və xidmətlər təklif olunmur.
• Emitentin rəqabət apardığı əsas bazarların təsviri;
Emitent əsasən Azərbaycan bazarında və qismən də Azərbaycandan kənar bazarlarda fəaliyyət aparır. Azərbaycan bazarın da SOCAR yeganə neft-qaz Şirkəti olduğu üçün, təbii monopoliya statusuna malikdir. Gürcüstanın neft məhsulları bazarında SOCAR mühüm mövqe tutur. Digər ölkələrdə isə SOCAR-ın bazarlardakı payı nisbətən aşağıdır.
SOCAR-ın Azərbaycan Respublikasının ərazisində yerləşən idarə və müəssisələrinin tam adları:
- Azneft İstehsalat Birliyi, | - İnformasiya Texnologiyaları və Rabitə İdarəsi |
- Azəriqaz İstehsalat Birliyi | - Neftqaztikinti tresti |
- Azərikimya İstehsalat Birliyi | - Kompleks qazma işləri tresti |
- Geofizika və Geologiya İdarəsi | - Neftqazelmitədqiqatlayihə İnstitutu |
- Neft Kəmərləri İdarəsi | - Azərbaycan Neft Təsərrüfatı jurnalı |
- Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | - Əmək şəraiti normalarının işlənməsi İdarəsi |
- Sərmayələr İdarəsi | - Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi |
- Xxxxxx Xxxxxx xxxxx Xxxx Neft Emalı Zavodu | - Karbamid Zavodu |
- Xxxxxx Xxxxxx xxxxx Xxxx Dərin Özüllər Zavodu | - Bakı Xxx Xxxx Məktəbi |
- Qaz Emalı Zavodu | - Neft-qaz Emalı və Neft-kimya Kompleksi |
- Sosial İnkişaf İdarəsi | - Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi |
- Təhlükəsizlik İdarəsi | - Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi |
- Ekologiya İdarəsi | - Nəqliyyat İdarəsi |
- Qaz İxrac İdarəsi |
• Emitentin rəqabət mövqeyinə dair bəyanatı olduğu halda onun əsaslandırması.
Emitentin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmişdir və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına xxxx tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarət olaraq müəyyən edilmişdir.
5. Digər təşkilatlarda iştirak
• Emitentin digər hüquqi şəxslərdə qısa təsviri;
Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (SOCAR)
100
%
100
%
87
%
100
%
92.44
%
Caspian Drilling Company
60
%
Azfen
Azneft
X.Xxxxxx xxxxx Xxxx Neft Emalı zavodu
STEAŞ
100
%
100
%
AzSCP
100
%
Azerigas
SOCAR
Trading Holding Limited
AzACG
100
%
Qaz Emalı xavodu
100
%
100
%
AzSD
SOCAR-Turkey Petro AŞ
100
%
100 100
% %
Azerikimya
Neft Kəmərləri İdarəsi
100
% 100
%
AzBTC
51
%
100
%
Qaz İxrac İdarəsi
10.32
%
SOCAR
Trading S&L DMCC
SOCAR
Trading SA
Kompleks
100
qazma işləri % % tresti
100
Salyanneft MMC
Petkim Petrokimya
4.93 Holding AŞ
%
100
%
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
100
Ali-
% Bayramline
ft MMC
Baku Deep
%
100
X. Xxxxxx
50
%
100
%
Neftqazelm 100 itədqiqatins %
titutu
Water Jacket Plant
Geologiya cə Geofizika İdaərsi
100
Gobustann
49
%
SGC
% eft MMC
SOCAR
Ruminya
100
%
100
%
SOCAR
Overseas
100
%
AzTAP
SOCAR
Energy Georgia
51
%
100
% SGC
Upstream
100
%
58
%
SGC
Midstream
100
%
SOCAR Energy Holding AG
(İsveçrə)
20
%
TAP
SOCAR
Ukraine
100
%
6.67
%
TANAP
Qeyd:
¹ 80%-i SOCAR Overseas-ə məxsus xxxx Star Gulf- Bos Shelf MMC-nin 50% payına maiikdir
Şah Deniz HPBS
6.67
%
100
%
Black Sea Terminal
SCP
31 dekabr 2015-ci il tarixinə SOCAR-ın digər hüquqi şəxslərdə iştirakının qısa təsvirini aşağıdakı sxemdə görmək olar.
Bos Shelf MMC¹
• Emitent daxil olduğu qruplardan asılılığı və bu asılılığın səbəbi.
Emitent daxil olduğu qruplarda xxx şirkət kimi iştirak etdiyinə görə heç bir qrupdan asılılığı yoxdur.
6. Tendensiyalar barədə məlumat
• Audit edilmiş maliyyə hesabatlarının son dərc olunma tarixindən etibarən emitentin emissiya prospektində mənfi dəyişiklik olmadığı barədə məlumat;
Maliyyə hesabatının son dərc olunma tarixindən (iyun 2016) etibarən emissiya prospektinə mənfi təsir edə biləcək hər-hansı bir hadisə baş verməmişdir.
• Emitentin fəaliyyətinə xxxx maliyyə ili dövründə təsir etmə ehtimalı xxxx məlum tendensiyalar, qeyri-müəyyənliklər, tələblər, öhdəliklər və ya hadisələr barədə məlumat.
Xxxx maliyyə ilində SOCAR-nın fəaliyyətinə təsir etmə ehtimalı xxxx tendensiyalara dünya bazarlarında xam neftin qiymətinin dinamikası və Azərbaycan manatının məzənnəsindəki dəyişiklikləri aid etmək olar.
7. Emitentin idarəetmə və nəzarət orqanları
• Emitentin idarəetmə və nəzarət orqanlarının hər bir üzvü barədə aşağıdakı məlumatlar:
- Azərbaycan Respublikasının Dövlət Neft Xxxxxxxxxx Xxxxxxxxxx Xxxxxxxxxx Xxxxxx Xxxxxxx xxxx, doğulduğu il: 1965, Prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti Xxxxxxxxx Xxxxxxx Xxxx xxxx, doğulduğu il: 1930, Birinci vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxx Xxxxxxxx Xxxxxxx xxxx, doğulduğu il: 1961, İqtisadi məsələlər üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxx Xxxxx Xxxxxxx xxxx, doğulduğu il: 1960, Sərmayələr və marketinq üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxx Xxxxx Xxxxxx xxxx, doğulduğu il: 1955, Emal üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxxx Xxxxxxx Xxxxxxx xxxx, doğulduğu il: 1964, vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxx Xxxxx Xxxxx xxxx, doğulduğu il: 1961, Sosial məsələlər üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxx Xxxxx Xxxx xxxx, doğulduğu il: 1958, Kadr, Xxxxx və İnformasiya texnologiyaları üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxx Xxxxxx Xxxxxxxxxx xxxx, doğulduğu il: 1946, Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxxxx Xxxxxx Xxxxx Xxx xxxx, doğulduğu il: 1952, Ekologiya üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxxxx Xxxxx Xxxxxx xxxx, doğulduğu il: 1953, Strateji inkişaf üzrə vitse-prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxxx Xxxxxx Xxxxxx xxxx, doğulduğu il: 1956, Geologiya və geofizika məsələləri üzrə vitse- prezident;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxx Xxxxx Xxxxx xxxx, doğulduğu il: 1965, Yataqların işlənməsi üzrə vitse-prezident.
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Hüquq idarəsinin rəisi Orucov Xxxxx Xxxxxxxx xxxx, doğulduğu il: 1965, üzv;
- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri,
Xxxxxx Xxxxxxxx Xxxxx xxxx, doğulduğu il: 1955, üzv;
- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İşlər İdarəsinin rəisi, Nəbiyev Xxxxx Xxxxx Xxx xxxx, doğulduğu il: 1955, katib
• xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda maraqların toqquşması barədə hesabat.
Maraqların toqquşması SOCAR-nın “Korrupsiya ilə mübarizə üzrə Siyasəti” standartı ilə tənzimlənir. Maraqların toqquşması iki halı əhatə edir: şəxsi və şəxsi kommersiya maraqları
Şəxsi maraqlar – fiziki şəxsin hər hansı şəxsin, sosial, əmlak, maliyyə, siyasi və ya digər maraqlarıdır.
Şəxsi kommersiya maraqları - fiziki şəxsin hər hansı əmlak, maliyyə, siyasi və digər kommersiya maraqlarıdır.
Maraqların toqquşması – işçinin və/ və ya onun yaxın qohumlarının şəxsi maraqlarının şirkətin maraqlarına xxxx xxxx və ya xxxx xxx bilən və onun və/və ya onun yaxın qohumlarının şəxsi xxxxxx xxxx, nəticədə vəzifələrin lazımınca yerinə yetirilməsinə, o cümlədən obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şəraitlərdir. Yaxın qohum anlayışı qeyd olunan standartda həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr deməkdir.
Şəxsi maraqların toqquşması haqqında məlumatlandırma:
Bu məqamlar açıq sənəd xxxx SOCAR Biznes Etikası Xxxxxxxxx tərəfindən tənzimlənir.
Şirkətin maraqları və işçinin şəxsi kommersiya maraqları arasında maraqların toqquşması halı yarananda (faktiki maraqların toqquşması halı) və ya yaranması riski (potensial maraqların toqquşması halı) olanda Şirkətin işçisi bu haqda özünün birbaşa rəhbərinə aşağıdakı məlumatları mütləq ehtiva etdirən xidməti yazı təqdim etməyə borcludur:
- İşçinin adı, soyadı, atasının adı, vəzifəsi, şöbəsi /struktur bölməsi;
- Potensial və ya faktiki maraqların toqquşmasının məzmunu.
Şirkətin işgüzar maraqları və şəxsi maraqlar arasında yaranan faktiki maraqların toqquşması hallarının mövcudluğu, eləcə də Şirkətdə öz birbaşa tabeliyində yaxın qohumları xxxx Şirkətin bütün işçiləri bu haqda müvafiq struktur bölməyə öz ad, familiya və atasının adı, vəzifəsi, işlədiyi struktur bölmənin adı və yaxın qohumu haqqında da eyni məlumatları əks etdirən yazılı xəbərdarlıq etməlidir.
Qeyd olunan məlumatla bağlı öhdəlik (yaxın qohumların mövcudluğu hallarında) Şirkətin yüksək vəzifəsi xxxx, yəni yaxın qohumun birbaşa tabeliyində olduğu Şirkətin işçisinə aiddir.
8. İdarə heyətinin işgüzar praktikası
• Audit və mükafatlandırma (olduqda) komitələrinin üzvlərinin adları və komitələrin əsasnamələri ilə onlara verilmiş səlahiyyət əsasında gördükləri işlərin icmalı;
Audit komitəsinin üzvləri:
SOCAR-ın vitse-prezidenti Xxxxxxx Xxxxxxxxx (sədr)
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Xxxxxxxx Xxxxxxx (üzv) SOCAR-ın Hüquq idarəsinin rəisi Xxxxx Xxxxxx (üzv).
Audit Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;
- daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, iş proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;
- daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Emitentin müvafiq idarəetmə orqanına təkliflər edir;
- kənar auditin təyin edilməsi ilə əlaqədar Emitentin müvafiq idarəetmə orqanına təkliflər verir;
- təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;
- maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;
- kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöüsan və çatışmamazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir;
- maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;
- illik və xxxx maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;
- daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təminedir;
- təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.
• Emitentin, qeydiyyatda olduğu ölkədə mövcud xxxx korporativ idarəetmə standartlarına uyğun olub-olmadığı barədə hesabat. Uyğun olmadığı halda bu barədə izahat.
Azərbaycan Respublikasında xüsusi olaraq korporativ idarəetmə standartları mövcud deyildir. Şirkətlərin idarəetmə forması ümumi olaraq Mülki Məcəllə ilə müəyyən edilir. SOCAR-ın hazırkı korporativ idarəetmə orqanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun yaradılmışdır.
9. Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib xxxx şəxslər
• Emitentin nizamnamə kapitalında on faizdən artıq iştirak payına sahib xxxx şəxslərin adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə kapitalında xxxx xxxx nisbəti;
Emitentin yeganə təsisçisi Azərbaycan Respublikasıdır və Emitentin nizamnamə kapitalındakı bütün paylara sahibdir.
• Mühüm iştirak payına sahib xxxx şəxslər tərəfindən emitentə nəzarətin xüsusiyyəti və bu nəzarətin sui-istifadə edilmədiyinə əmin olmaq üçün lazımi tədbirlərin təsviri;
Emitentin yeganə təsisçisi Azərbaycan Respublikasıdır. Emitentin təsisçisi xxxx Azərbaycan Respublikası onun fəaliyyətinə nəzarəti müxtəlif dövlət orqanların vasitəsilə həyata keçirir.
• Mühüm iştirak payına sahib xxxx şəxslərin dəyişməsinə gətirə bilən və emitentə məlumolan əməliyyatlar barədə məlumat.
Dövlət Neft Şirktəinin 100 % iştirak payı Azərbaycan Respublikasına məxsusdur. Bunu nəzərə alaraq nəzarətin neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında həyata keçirilir.
10. Emitentin maliyyə məlumatları
• Emitentin başa çatmış son iki maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatları;
Emissiya prospektinə əlavə olunur.
• Emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə bu dövrü əhatə edən audit edilmiş maliyyə hesabatları;
Emitent bir ildən artıq fəaliyyət göstərir.
• Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanmadığı təqdirdə, belə maliyyə hesabatları milli uçot standartlarına uyğun olaraq hazırlanmalıdır və ən azı aşağıdakıları özündə əks etdirməlidir:
Maliyyə hesabatları MHBS-ə uyğun hazırlanır və yuxarıda qeyd edilənlər maliyyə hesabatlarında öz əksini tapır.
• Emitentin konsolidasiya olunmuş maliyyə hesabatı (olduqda);
Emissiya prospektinə əlavə olunur.
• Emitent son audit edilmiş maliyyə hesabatlarının tarixindən etibarən rüblük və ya yarımillik maliyyə hesabatlarını dərc etdiyi təqdirdə onlar emissiya prospektinə daxil edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatları audit edildiyi təqdirdə hesabata audit rəyi əlavə edilməlidir. Rüblük və ya yarımillik maliyyə hesabatı audit edilmədikdə bu qeyd edilməlidir;
Son illik maliyyə hesabatı Emissiya Prospektinə əlavə olunur.
• Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquz ay sonra hazırlanarsa bu zaman ən azı yarım illik aralıq audit edilmiş və ya audit edilməmiş maliyyə hesabatı prospektə əlavə edilməlidir. Aralıq maliyyə hesabatı əvvəlki maliyyə ilində eyni dövr üzrə müqayisəli hesabatla birgə tərtib edilməlidir;
Emissiya propekti audit olunmuş son maliyyə hesabatından doqquzdan az müddətdə hazırlanır.
• Emitentin maliyyə vəziyyətinə və ya gəlirliliyinə təsir edən son bir il ərzində hüquqi proseslər barədə məlumat (həllini gözləyən proseslər də daxil olmaqla);
Maliyyə vəziyyətinə və gəlirliliyə təsir edən proseslər barədə məlumat 2015-ci ilin illik Maliyyə hesabatlarının 37 nömrəli qeydində (Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri) geniş məzmunda detallı formada verilmişdir.
• Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində baş verən dəyişikliklər barədə məlumat.
Maliyyə hesabatlarının dərc edilməsindən sonra emitentin maliyyə vəziyyətində ciddi dəyişiklik baş verməmişdir
11. Emitent haqqında əlavə məlumatlar
• Emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən nizamnamə kapitalının miqdarı, səhmlərin (payların) miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat, adi və imtiyazlı səhmlərlə təsbit olunmuş hüquqların məzmunu;
Nizamnamə kapitalı, əlavə ödənilmiş kapital və bölüşdürülməmiş mənfəət
Emitentin 31 dekabr 2015-ci ilin sonuna nizamnamə kapitalı 1.617 mlrd. manat, cəmi kapitalı isə 14.648 mlrd. manat təşkil etmişdir.
Nizamnamə kapitalı. SOCAR, Qrupun bir Holdinq şirkəti kimi, dövlət müəssisəsi hüquqi statusuna malikdir. 2014-cü il ərzində Qrupun nizamnamə kapitalı 178 mln. AZN artırılmışdır. Nizamnamə kapitalında 121 mln. AZN məbləğində xxxxx 2015-ci il ərzində qeydiyyata alınmışdır və müvafiq olaraq, məbləğ əlavə ödənilmiş kapitaldan nizamnamə kapitalına yenidən təsnif edilmişdir.
Əlavə ödənilmiş kapital (“ƏÖK”). 2015-ci il ərzində Dövlət 581 mln. AZN məbləğində nizamnamə kapitalına əlavə ödəniş etmişdir. Bu xxxxx 31 dekabr 2015-ci il tarixinə qeydiyyata alınmamışdır və ƏÖK kimi tanınmışdır.
Dövlətə ayırmalar. Dövlətin qərarlarına uyğun olaraq vaxtaşırı Qrupdan dövlət büdcəsi, ayrı-ayrı dövlət idarələri və hökumətin həyata keçirdiyi layihələr üçün pul şəklində birbaşa maliyyə qoyuluşlar etməsi və ya inşaat və təmir işlərinin maliyyələşdirilməsi (o cümlədən aktivlərin köçürülməsi) tələb olunur. 2015-ci il ərzində bu cür qoyuluşların və maliyyələşdirmənin məbləğləri (dövlət idarələrinin subpodratçılarına ödənişlər formasında), müvafiq olaraq, 140 mln. AZN və 186 mln. AZN (2014-cü il: müvafiq olaraq, 131 mln. AZN və 317 mln. AZN) təşkil etmişdir və əsasən Azərbaycan Respublikasında mövcud xxxx, həmçinin yeni istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri və yenidən qurulması üçün istifadə edilmişdir. Xxxx tərəfindən tikilmiş aktivlərin köçürülməsi formasında maliyyələşdirmə 31 dekabr 2015-ci il tarixinə 13 mln. AZN (2014-cü il: 28 mln. AZN) olmuşdur.
• Emitentin nizamnaməsi barədə aşağıdakı məlumat:
fəaliyyət və məqsədlərin təsviri;
Emitentin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft- kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına xxxx tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir.
idarəetmə və nəzarət orqanlarının səlahiyyətləri barədə müddəaların icmalı;
Emitentin idarəedilməsi Emitentin prezidenti və Emitentin Şurası tərəfindən təşkil olunur.
Emitentin prezidentinin səlahiyyətləri:
- Emitentin Baş ofisinin və Şirkətin strukturunun tərkibinə daxil xxxx müəssisələrin səmərəli fəaliyyət göstərməsini təmin edir;
- Emitentin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
- Emitentin Baş ofisinin strukturunu və ştat cədvəlini təsdiq edir, aparatın struktur bölmələrinin əsasnamələrini təsdiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada aparatın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir;
- Emitentin strukturuna daxil xxxx qurumların, rəhbərlərini, onların müavinlərini və baş mühasiblərini vəzifəyə təyin edir və vəzifədən azad edir, həmin qurumların müvafiq olaraq nizamnamələrini və əsasnamələrini təsdiq edir, işəgötürən funksiyalarını həyata keçirən SOCAR-ın kadrların idarə edilməsi komitəsinin tərkibini, hüquq və vəzifələrini müəyyənedir;
- səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslərin və hüquqi şəxs olmayan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edir;
- Emitentin Şurasının işini təşkil edir və ona rəhbərlik edir, habelə Emitentin Şurası haqqında Əsasnaməni təsdiq edir;
- Emitentin adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət hakimiyyəti orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və təşkilatlarla, beynəlxalq təşkilatlarla münasibətdə Emitenti təmsil edir;
- müəyyən edilmiş qaydada müqavilələr (o cümlədən, xarici şirkətlərlə) bağlayır və bunların yerinə yetirilməsini təmin edir;
- vəkalətnamələr verir, hesabları və tədiyə tapşırıqlarını imzalayır;
- Emitentin əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir;
- Emitentin idarə olunması ilə əlaqədar daxili normativ sənədləri təsdiq edir, sərəncamlar və əmrlər verir, həmçinin Emitentin Şurasının qərarlarını imzalayır;
- aidiyyəti şəxslə dəyəri Emitentin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.
Emitentin Şurası kollegial idarəetmə orqanıdır. Emitentin Şurasının tərkibinə Şirkətin prezidenti, vitse- prezidentləri və Emitentin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxsləri daxildir. Emitentin Şurasının iclaslarına Şirkətin prezidenti sədrlik edir.
Emitentin Şurasının iclasında aşağıdakı məsələlər müzakirə olunur və onlar barədə müvafiq qərarlar qəbul edilir:
- Emitentin strukturuna daxil xxxx qurumların fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar;
- Emitentin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunmasıqaydaları;
- Emitentin tərkibinə daxil xxxx müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri;
- Emitentin tərkibinə daxil xxxx müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi;
- Emitentin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu;
- Emitentin tərkibinə daxil xxxx müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr;
- Emitenti inkişaf strategiyasının formalaşdırılması;
- Emitentin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə xxxx əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha xxx hissəsini təşkil edən əqdin bağlanması;
- Emitentin fəaliyyətinə aid xxxx digər məsələlər.
- Emitentin iclasında aşağıdakı məsələlər müzakirə olunur və onlar barədə müvafiq qərarlar qəbul edilir:
- Emitentin strukturuna daxil xxxx qurumların fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar;
- Emitentin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları;
- Emitentin tərkibinə daxil xxxx müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri;
- Emitentin tərkibinə daxil xxxx müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi;
- Emitentin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu;
- Emitentin tərkibinə daxil xxxx müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr;
- Emitentin inkişaf strategiyasının formalaşdırılması;
- Emitentin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə xxxx əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Emitentin aktivlərinin 5 faiz və daha xxx hissəsini təşkil edən əqdin bağlanması;
- Emitentin fəaliyyətinə aid xxxx digər məsələlər.
Emitentin əsas nəzarət orqanları aşağıdakılardır:
- Audit Komitəsi;
- Satınalmalar Komitəsi;
- Risklərin İdarə edilməsi Komitəsi.
Audit Komitəsi
Audit komitəsinin üzvləri: Emitentin vitse prezidenti Xxxxxxx Xxxxxxxxx (sədr), Emitentin iqtisadi məsələlər üzrə Xxxxxxxx Xxxxxxx (üzv), SOCAR-ın Hüquq idarəsinin rəisi Xxxxx Xxxxxx (üzv).
Audit Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir;
- daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, iş proqramlarını, daxili auditin hesabatlarını, nəzarət sisteminin təkmilləşdirilməsinə dair tövsiyələri təsdiq edir;
- daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair Emitentin müvafiq idarəetmə orqanına təkliflər edir;
- kənar auditin təyin edilməsi ilə əlaqədar Emitentin müvafiq idarəetmə orqanına təkliflər verir;
- təsərrüfat subyektlərinin icra orqanlarından kənar və daxili auditorların daxili nəzarət sisteminə dair verdikləri tövsiyələrin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat əldə edir;
- maliyyə risklərinin yüksək olduğu sahələri müəyyənləşdirir və təsərrüfat subyektlərinin icra orqanları tərəfindən onların səmərəli idarə edilməsinə əminlik əldə edir;
- kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöüsan və çatışmamazlıqları müzakirə edir və onların aradan qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir;
- maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirir və öz tövsiyələrini verir;
- illik və xxxx maliyyə hesabatlarının hazırlanması prosesinə və nəticələrinə nəzarət edir;
- daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini təmin edir;
- təsərrüfat subyektinin müvafiq icra orqanlarını daxili auditorlar tərəfindən təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir.
Satınalmalar Komitəsi
Emitentin Satınalmalar Komitəsi malların (işlərin və xidmətlərin) satın alınması sahəsində Emitentin satınalmalar siyasətini həyata keçirən kollegial orqandır.
Komitənin hüquq və vəzifələri aşağıda qeyd edilmişdir:
- Satınalma prosedurlarının satınalmaları tənzimləyən normativ sənədlərin tələblərinə uyğun keçirilməsinə nəzarət etmək, mübahisəli məsələləri həll etmək;
- Potensial malgöndərənlərin (podratçıların) siyahısını təsdiq etmək;
- Səlahiyyət hədləri çərçivəsində satınalma strategiyasını, müsabiqə iştirakçılarının siyahısını, müsabiqə nəticələrinin təsdiq etmək;
- Malların (işlərin və xidmətlərin) müsabiqədən kənar satınalması üzrə satınalma strategiyasını təsdiq etmək;
- Səlahiyyət hədləri çərçivəsində ümumi müqavilə dəyərinin artırılmasına razılıqvermək;
- Struktur vahidləri arasında satınalma prosesini əlaqələndirmək;
- Satınalma müqaviləsi bağlananadək satınalma prosedurlarını dayandırmaq;
- Emitentin satınalmaları tənzimləyən normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi barədə Emitentin prezidentinə təkliflər vermək;
- Emitentin satınalmaları tənzimləyən normativ sənədlərin tətbiqi ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq qərarlar qəbul etmək (sənədlər təsdiq etmək);
- Müsabiqə nəticələri barədə şübhə yarandıqda, yoxlamaların aparılması məqsədilə aidiyyəti struktur bölmələri qarşısında vəsatət qaldırmaq;
- Satın xxxx təşkilat tərəfindən qəbul edilməsi nəzərdə tutulmuş təklifin qiyməti malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənərsə, satınalma nəticələrinin ləğv edilməsi və satınalma prosedurlarının yenidən keçirilməsi barədə qərar qəbul etmək;
- İki və daha xxx strukturv tərəfindən keçirilən satınalma əməliyyatlarının Baş ofis tərəfindən mərkəzləşdirilmiş qaydada aparılması, habelə struktur vahidin istənilən yüksək dəyərli satınalma əməliyyatının Baş ofis tərəfindən həyata keçirilməsi barədə qərar qəbuletmək;
- Emitentin Baş ofisində fəaliyyət götərəcək satınalmalar qruplarının tərkibini təsdiqedir;
- Satınalma əməliyyatlarının səmərəli aparılması, eləcə də ehtimal olunan dəyərin müəyyən edilməsi məqsədilə kənar məsləhətçiləri və ekspertləri cəlb etmək;
- Emitentin şirkətdaxili sənədlərinə uyğun olaraq satınalmalar sahəsində tələb olunan kadrların hazırlanması, ixtisasartırma kurslarının təşkil edilməsi üzrə tədbirlər görmək.
Risklərin İdarə edilməsi Komitəsi
Risklərin İdarə edilməsi Komitəsi Emitentin risklərinin idarə edilməsi sisteminin təşkil edilməsi, fəaliyyətinin təmin edilməsi və işinə nəzarətin aparılması, habelə Emitentə məxsus xxxx risklərin operativ şəkildə idarə edilməsi məqsədi ilə yaradılmış Emitentin kollegial orqandır.
Komitənin aşağıdakı funksiyaları var:
- Risklərin idarə edilməsi sisteminin inkişaf strategiyasının müəyyənləşdirilməsi;
- Risklərin əhəmiyyətlilik meyarlarının təyin edilməsi;
- Risklərin idarə edilməsi sistemi çərçivəsində metodoloji sənədlərin təsdiq edilməsi;
- Risklərin idarə edilməsi sisteminin işinə nəzarət;
- Risklərin statusunun monitorinqi və risklərin reallaşması haqqında məlumatlandırma sisteminin təşkil edilməsi;
- Struktur vahidləri və risklərin idarə edilməsi üzrə İşçi Qrupunun gördüyü tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi;
- İllik Korporativ risklər xəritəsinin nəzərdən keçirilməsi və Emitentin Prezidentinə təsdiq olunmaq üçün təqdim edilməsi.
• Emissiya olunan qiymətli kağızlar baxımından qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr barədə məlumat.
Qiymətli kağızlar barədə emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən emitentin əsas fəaliyyəti ilə bağlı olmayan müqavilələr mövcud deyildir.
(İstiqrazlar barədə məlumat)
12. Əsas Məlumat
• Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması, barədə ətraflı məlumat;
Fond birjası
Emissiya prosesində iştirak edən Bakı Fond Birjası (BFB) SOCAR istiqrazlarının listinqə daxil edilməsi, emitentin anderrayteri üzərindən abunə yazılışı sifarişlərini ticarət sistemində qeydiyyatını və bu istiqrazların ilkin və təkrar bazarlarda alğı-satqısı üçün mütəşəkkil ticarəti təşkil edir.
Bakı Fond Birjasının (BFB) missiyası Qiymətli kağızların ticarətinin təşkilini və bağlanmış əqdlərin effektiv icrasını təmin edən ticarət sisteminin formalaşdırılması və inkişaf etdirilməsidir. BFB-nin strateji baxışı Maliyyə alətlərinin qabaqcıl texnologiyalar əsasında likvid, şəffaf və ədalətli ticarətini təşkil etməklə çevik investisiya imkanları təklif edən etibarlı və dayanıqlı təşkilata çevrilməkdir.BFB- nin fəaliyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2000-ci il 21 iyul tarixində verilmiş AB 044100 nömrəli fond birjası fəaliyyəti üzrə müddətsiz lisenziyaya əsaslanır.
Mərkəzi depozitar
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) Qiymətli Kağızlar Bazarı haqqında Qanunun 16.1-ci maddəsinə əsasən təsis olunan qeyri-kommersiya hüquqi şəxsidir. MDM Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır. SOCAR İstiqrazlarının yerləşdirilməsində MDM-in vəzifələrinə aşağıdakılardır.
- depozitar və reyestrsaxlayıcı (istiqrazların saxlanması və istiqraz mülkiyyətçilərinin reyestrinin aparılması)
- Emitentin ödəniş agenti qismində istiqraz üzrə istiqraz mülkiyyətçilərinə (əsas borc və faiz) ödənişlərin həyata keçirilməsi xidmətlərinin göstərilməsi.
Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” Qanunu ilə tənzimlənir.
Anderrayter
“PSG-Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti maliyyə bazarlarında investisiya xidmətləri göstərən investisiya şirkətidir. Bu emissiyanın anderrayteri kimi SOCAR istiqrazlarına abunə yazılışı üçün sifarişlərin toplanmasını, Emissiya olunan istiqrazları toplanmış sifarişlər üzrə prospektdə qeyd olunmuş qaydada paylanmasını və BFB-nin ticarət sistemində yerləşdirilməsi xidmətlərini göstərir. Anderrayter qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir. Bundan
əlavə, istiqrazlar üzrə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, investisiya şirkəti qismində istiqrazlarla öz hesabına əməliyyatların aparılması və istiqrazlar üzrə investisiya məsləhətlərinin verilməsi kimi investisiya fəaliyyətlərini də göstərə bilər.
• İstiqraz təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat;
SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən borc qiymətli kağızıdır. Hal-hazırda bazar araşdırması onu göstərir ki, insanlar valyuta risklərindən qaçınaraq vəsaitlərinin əksər hissəsini ABŞ dollarında saxlayırlar. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR 500 milyon ABŞ dolları həcmində istiqraz emissiya etməyi planlaşdırır. SOCAR ilkin mərhələdə 100 milyon dollar həcmində istiqraz buraxacaq. Emissiyanın başlıca səbəbi aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyata cəlb edilərək həm Azərbaycanın iqtisadiyyatına, həm də vətəndaşlarına fayda yaratmaqdır.
• Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələrinin maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri;
İstiqrazların buraxılışı hər hansı bir layihəni maliyyələşdirmək üçün nəzərdə tutulmadığından maliyyələşmənin alternativ yolu nəzərdə tutulmayıb.
13. İstiqrazlar barədə məlumat
• Qiymətli kağızların emissiyasını tənzimləyən qanunvericilik;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli Kağızlar Bazarı haqqında Qanunu, MBNP-nın “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında” Qaydalar və “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında” Qaydaları.
• İstiqrazların növü: Faizli, təminatsız, sənədsiz, adlı istiqraz
• Təklif olunan istiqrazların sayı: 100 000 (yüz min) ədəd
• Nominal dəyəri: 1 000 (bir min) ABŞ dolları
• İstiqrazların valyutası: Amerika Birləşmiş Ştatları dolları (USD)
• İstiqrazlar üzrə illik faiz dərəcəsi: 5 (beş) %
• Kupon ödəniş dövrü: Hər 3 xxxx xxx, 3 aylıq müddətdən sonrakı ilk iş günü.
• İstiqrazların tədavül müddəti: 5 (beş) il
• Emitentin tədavüldə xxxx investisiya qiymətli kağızları haqqında məlumat:
Məbləğ (ABŞ dolları) | Emissiya tarixi | Son tarix | Müddət | Xxxx | Xxxxx |
500.000.000 | 09.02.2012 | 09.02.2017 | 5 il | 5.45% | 97.057.000 |
1.000.000.000 | 13.03.2013 | 13.03.2023 | 10 il | 4.75% | 1.000.000.000 |
750.000.000 | 18.03.2015 | 18.03.2030 | 15 il | 6.95% | 750.000.000 |
• İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi depozitarın olduğu yer; Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının ərazisində depozitar sisteminin işini təşkil edən və əlaqələndirən Mərkəzi Depozitardır.
Hüquqi ünvanı: AZ1000, Bakı şəh., Bül-Bül pr., 27
Faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prosp., Ə. Xxxxxxx xxx. 11/31 Telefon: 000-00-0000000
• Təklif olunan istiqrazların reytinqi (olduqda) və bu reytinqə təsir edən amillər barədə məlumat; Məlumat üçün bildirmək istəyirik ki, Fitch və “Standard & Poors” kredit reytinqləri xidməti SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB” və digər beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Moody’s”
“Ba1” olaraq təsdiqləyib.
• İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər;
İstiqrazın sahibi aşağıdakı hüquqlara malikdir:
- İstiqrazların ödənilməsi zamanı Xxxxxxxxxx nominal dəyərini Emitentdən almaq;
- İstiqrazın nominal dəyərindən illik 5 (beş) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində faiz almaq;
- Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, xxxxx ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar;
Emitentin İstiqraz sahibləri qarşısında öhdəlikləri:
- Emitent İstiqraz sahiblərinin İstiqrazlarla təsbit olunan hüquqlarının icrasını təmin etmək öhdəliyini daşıyır.
• İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi: illik 5 (beş) %
• İstiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti;
İstiqrazların nominal dəyəri bu istiqrazların tədavül müddəti bitdiyi tarixdə ödəniləcək. İstiqrazların tədavül müddəti 5 (beş) il kimi müəyyən edilir.
İstiqrazlar üzrə faizlər buraxılışda xxxx ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) xxxx xxx, 3 (üç) aylıq müddətdən sonrakı ilk iş günü olmaqla 5 (beş) il müddətində ödəniləcək. İstiqrazlar üzrə faizlərin ilk ödənişindən sonra hər növbəti ödəniş müddəti üçün tədavüldə xxxx istiqrazların nominal dəyərinin emitent tərəfindən ödənilməmiş hissəsində hesablanacaq.
İstiqrazlar üzrə illik 5 (beş) faiz kupon ödəniləcək. İstiqrazların tədavül müddəti ərzində, hər kupon ödəniş dövründə, Kupon ödənişi gününə istiqraz mülkiyyətçilərinin sahib olduqları istiqrazların nominal dəyərinin 1.25%-i qədər hesablanmış kupon İstiqraz sahiblərinin bank hesablarına köçürüləcək.
• Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti;
Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372 - 384-cü maddələri ilə tənzimlənir.
• Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları;
İstiqrazlar üzrə baza aktivi nəzərdə tutulmayıb.
• Ödənişlər üzrə hesablaşma agentinin adı;
Azərbayca Respublikasının Milli Depozit Mərkəzi
• Təmin edilmiş istiqrazlar təklif olunduqda təminatın dəyərinin istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə aydın və ətraflı məlumat;
Emissiya olunan istiqrazlar təminatsız formada emissiya edilir.
• İstiqrazların emitent tərəfindən xxxx satın alınması nəzərdə tutulmamışdır.
• Gəlirlik dərəcəsi və onun hesablanması qaydası;
İstiqrazlar üzrə faiz gəlirinin məbləği aşağıda göstərilən düsturla müəyyən edilir:
TF = (N*D*G/360)/100
burada,
TF – Bir istiqraz üzrə toplanmış faizlər;
N – Bir İstiqrazın nominal dəyəri (1.000 (bir min) dollar); D – İstiqrazların illik gəlirlik dərəcəsi (5 (beş) %);
G –İstiqrazların ödəniş dövrünün müddəti (3 ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
• İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;
İstiqrazların emissiyası haqqında “09” Avqust 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xxxxxxx Xxxxxxxx Xxxxxxx xxxx tərəfindən qəbul edilmişdir.
• İstiqrazların əldə edilməsi üçün məhdudiyyətlər (olduqda);
İlkin yerləşdirmə zamanı SOCAR istiqrazlarını sadəcə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar ala biləcəkdir. Daha sonra Təkrar bazarda xarici fiziki və hüquqi şəxslər bu istiqrazları əldə edə bilərlər. Yerləşdirmə prosesində fiziki şəxslər daha xxx üstünlüyə malikdirlər.
• İstiqraz üzrə gəlirlərdən mənbədə verginin tutulması barədə məlumat. İstiqraz üzrə gəlirlərdən mənbədən verginin tutulması barədə emitentin öhdəliyi.
Qanunvericiliklə nəzərdə tutulan halda Emitent istiqrazlar üzrə faiz ödənişi zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada ödəmə mənbəyindən vergi tutur.
Fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi-nin 102.1.22. bəndinə əsasən emitent tərəfindən istiqrazlar üzrə ödənilən faiz gəlirləri üzrə (kupon) gəlir vergisindən azaddır.
• Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri;
SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında fond birjasında həyata keçiriləcək.
Abunə yazılışının başlanma tarixi: 20 Sentyabr 2016-cı il
Abunə yazılışının başa çatma vaxtı: 10 Oktyabr 2016-cı il
İstiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi: 13-14 Oktyabr 2016-cı il tarixlərində
SOCAR istiqrazlarına Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini abunə yazılmış şəxslərin nömrəsinə qısa mesaj (SMS) vasitəsilə bildiriş göndərəcək.
• Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası;
Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə (həmin dəyişikliklərin qəbul edilməsi barədə qərar, dəyişikliklərin mətni və əsaslandırılma əlavə edilməklə) müvafiq qərarın qəbul edildiyi gündən beş iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına təqdim ediləcək. Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən beş iş günü ərzində “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlanır və açıqlandığı tarixdən on beş iş günü bitdikdən sonra qüvvəyə minir.
Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl investisiya qiymətli kağızlarının alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən yeddi iş günü ərzində təkliflərini xxxx götürmək hüququna malikdirlər.
• Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı;
Təklif “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 9-cu maddəsinə əsasən dayandırıla bilər.
• İstiqrazlara abunə yazılışı keçirildikdə aşağıdakı məlumat: İstiqrazlara abunə yazılışının qaydası;
SOCAR istiqrazlarına abunə yazılışı investorlar tərəfindən sifarişin anderrayterə təqdim etməklə həyata keçirilir. Abunə yazılışı üçün sifariş investor tərəfindən imzalanmalıdır. Hüquqi şəxslərin təqdim etdikləri sifariş onların səlahiyyətli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Sifariş anderraytera təqdim edilərkən onun üzərində anderrayterin səlahiyyətli şəxsi tərəfindən sifarişin qəbul edildiyi tarix, vaxt, qeydiyyat nömrəsi, sifarişi qəbul edən şəxsin adı, soyadı qeyd edilir və xxxxxxxxxxx tərəfindən uçota alınır.
SOCAR istiqrazlarına abunə yazılışı üçün Anderrayter və anderrayterlə müvafiq xidmət üzrə müqavilə bağlamış İnvestisiya Şirkətlərindən, bu investisiya şirkətləri ilə əməkdaşlıq edəcək ASAN xidmət mərkəzlərindən və agentlik müqaviləsi əsasında xidmət göstərəcək banklardan sifariş vermək mümkün olacaqdır.
Ətraflı məlumat üçün 108 əlaqə nömrəsinə və xxx.xxxxxxxxxxxxx.xx saytına müraciət etməyiniz xahiş olunur.
BFB-də istiqrazların yerləşdirilməsindən əvvəl toplanmış abunə yazılışı sifarişləri Anderrayter tərəfində investorlar arasında bölüşdürülür. Xxxxxxxxxxx tərəfindən SOCAR istiqrazları üçün ayrılmış emissiya məbləğinin (təklif), abunə yazılmış sifarişçilər arasında bölünməsi aşağıdakı qaydalara uyğun həyata keçiriləcək.
Sifarişçilər fiziki və ya hüquqi şəxslər olmaqla iki qrupa bölünür. Sifarişin verilmə tarixi və vaxtı nəzərə alınır.
Bölgü zamanı tələblərin dəyəri nəzərə alınaraq: dəyəri 100 000-dək (100 nominal) xxxx hissəsi adi tələb, dəyəri 100 000-dən (100 nominal) xxx xxxx hissəsi isə yüksək tələb kimi qiymətləndirilir.
Sifarişçilərin tələblərinin ədalətli qarşılanması üçün bölgü iki üsulla aparılır:
- adi tələblər üçün istiqrazların bir-bir bölüşdürülməsi şərti ilə;
- yüksək tələblər üçün istiqrazların mütənasib (proporsional) bölüşdürülməsi şərti ilə;
Bölgü aşağıdakı dörd ardıcıl addımla aparılır.
Bölgü emissiya məbləği tələbləri ödəyə bilmədiyi addımda dayandırılır və sonrakı addımlara ehtiyac qalmır:
1) Fiziki şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (xxxxx xxxx ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;
2) Hüquqi şəxslərin adi tələbləri - sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (xxxxx xxxx ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;
3) Fiziki və hüquqi şəxslərin (heç bir fərq qoyulmadan) yüksək tələbləri - əvvəlki addımlardan sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərin dəyərinə xxxx nisbətindən alınmış əmsalın- hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsini ödəməklə;
4) Fiziki və hüquqi şəxslərin yüksək tələblərinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (xxxxx xxxx ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə;
Abunə yazılışı zamanı sifarişlərin xxxx çağırılması və abunəçilər tərəfindən ödənmiş artıq məbləğin xxxx qaytarılması qaydası və müddəti;
İnvestorlar abunə yazılışı üçün sifarişləri imzaladıqdan sonra onların xxxx çağırılmasını tələb edə bilməzlər. Yalnız Emissiya prospektində edilmiş dəyişikliklərin açıqlanmasından əvvəl İstiqrazların alınması üzrə abunə yazılışına razılaşmış investorlar həmin dəyişikliklərin açıqlandığı tarixdən 7 (yeddi) iş günü ərzində təkliflərini xxxx götürmək hüququna malikdirlər.
Köçürmə əməliyyatı pulun MDM-in klirinq hesabına daxil olması ilə tamamlanmış hesab edilir.
Abunə yazılışının (investisiya etmək üçün qiymətli kağızların sayına və ya məcmu miqdarına) minimum və/və ya maksimum məbləğini;
İnvestisiya etmək üçün SOCAR istiqrazlarının sayına məhdudiyyət yoxdur.
• İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası;
Kütləvi təklif edilən SOCAR istiqrazları, fond birjasında hərrac vasitəsi keçirilmədən, İnvestorlar tərəfindən sifarişlərin anderrayterə təqdim etməklə abunə yazılışı formasında yerləşdiriləcək.
• İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası; İstiqrazların alınması nağd və köçürmə yolu ilə anderrayter vasitəsilə həyata keçirilir. Müştəri tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin “depo” hesabında mövcud xxxx və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə məlumat almaq hüququna malikdir.
• Potensial investorların müxtəlif kateqoriyaları barədə məlumat;
Yerləşdirmədə abunə yazılışı üçün toplanmış sifarişlərin bölüşdürülməsində investorlar sifarişlərinin həcminə və hüquqi və fiziki şəxs olmasına görə kateqoriyalara ayrılıb.
• İstiqrazların satışının başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və satışın xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat;
Abunə yazılışı başa çatdıqdan sonra 2 iş günü ərzində emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini investorun anketində göstərdiyi nömrəyə qısa mesaj (SMS) vasitəsi ilə bildiriş göndəriləcəkdir.
• İstiqrazların təklif qiyməti. Qiymətin məlum olmadığı təqdirdə istiqrazların qiymətin müəyyənləşdirmə metodunu göstərilməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxslər barəsində məlumat;
SOCAR İstiqrazlarına Abunə yazılışının qiyməti - Abunə yazılışı dövründə İnvestorlar tərəfindən sifarişlərin verilmə tarixindən və həcmindən asılı olmayaraq, istiqrazlar nominal qiyməti ilə yəni, 1 istiqraz 1 000 (min) ABŞ dollarına təklif olunur.
• İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği;
İnvestor SOCAR istiqrazlarını ilkin bazardan əldə edən zaman yaranacaq investisiya xidmətləri xərcindən, depo hesab açılışı komissiyasından, klirinq hesabına pul köçürülməsi komissiyasından azaddırlar, çünki SOCAR şirkəti istiqrazların alınması ilə bağlı sadalanan xərcləri öz üzərinə götürür.
• İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyası və ünvanı). Xidmət haqqı;
İstiqrazları öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat.
SOCAR istiqrazlarının anderrayteri xxxx PSG-Kapital QSC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən 01 avqust 2016-cı il tarixdə verilmiş 01 №-li İnvestisiya Şirkəti Fəaliyyəti lisenziyası əsasında investisiya xidmətləri göstərir. SOCAR istiqrazlarının Anderrayteri kimi qiymətli kağızları öhdəlik götürmədən yerləşdirilməsini həyata keçirir.
Tam adı: “PSG-Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PSG-Kapital QSC) Hüquqi ünvanı: AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 13.
Olduğu yer: AZ1029, Bakı, Ələsgər Qayıbov 10Q, "Subhan-S" Plaza
VÖEN-i: 0000000000
Telefon: + 000 (00) 000-00-00, x000 (00) 000-00-00
Elektron poçtun ünvanı: xxxx@xxxxxxxxxx.xx
Emitent Anderrayterlə bağlanılmış müvafiq müqaviləyə əsasən xidmət haqqı kimi ilkin yerləşdirmədə yerləşdirilmiş istiqrazların ümumi həcminin 0.21%-i qədərində komissiya ödəyəcək.
• Anderraytinq müqaviləsinin bağlandığı və ya bağlanacağı vaxtı.
SOCAR və PSG-Kapital QSC arasında anderrayter müqaviləsi Abunə yazılışı başlanacağı tarixə qədər bağlanacaq.
15. Ticarətə buraxılma və onun tənzimlənməsi
• İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda istiqrazların ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri;
SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi, listinqi və tədavülü Bakı Fond Birjasında aparılacaqdır.
• Market meyker(lər) barədə məlumat.
Bazar şərtlərini nəzərə alaraq Emitent İstiqrazların likvidliyinin qorunması məqsədi ilə market-meyker cəlb edə bilər. Bu barədə BFB-nin saytında məlumat açıqlanacaqdır.