Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Əsaslı tikintidə xxxxxx müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İnvestisiya prosesində iştirak edən tərəflərin iqtisadi marağını və məsuliyyətlərini artırmaq, müqavilə intizamını möhkəmləndirmək və tikilən obyektlərdə maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri ilə razılaşdıraraq təqdim etdiyi «Əsaslı tikintidə xxxxxx müqavilələri haqqında qaydalar» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, respublikanın yerli icra hakimiyyəti orqanlarına, nazirlik, komitə, şirkət, konsern, müəssisə və təşkilatlarına tapşırılsın ki, 1994-cü ildən başlayaraq obyektlərin tikintisində xxxxxx müqavilələrinin tərtib edilməsi üçün bu Qaydaları rəhbər tutsunlar və əvvəllər bağlanmış müqavilələrdə müvafiq dəyişikliklər etsinlər.
3. Əsaslı tikintidə xxxxxx müqavilələrinin yeni qaydalar əsasında tərtib edilməsinə xxxxx xxxx metodoloji köməyin təşkili və zəruri izahatlar verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həvalə edilsin.
4. Azərbaycan SSR Nazirlər Sovetinin 20 yanvar 1987-ci il tarixli, 23 xxxxx qərarının I bölməsinin 1, 2, 3, 5, 6, 7, 8, 9-cu bəndləri və II bölməsi, Azərbaycan SSR Nazirlər Sovetinin 4 dekabr 1987-ci il tarixli, 433 xxxxx qərarı ilə təsdiq edilmiş «Əsaslı tikinti məsələləri üzrə Azərbaycan SSR Hökumətinin tam təsərrüfat hesabına və özünün maliyyələşdirməyə keçirilmiş müəssisə, birlik və təşkilatları barəsində qüvvəsini itirmiş qərarların siyahısı»nın 13-cü bəndi qüvvəsini itirmiş hesab edilsin.
5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti, inşaat materialları və tikinti sənayesi şöbəsinə həvalə edilsin.
Baş xxxxx X. XXXXXXXX
Bakı şəhəri, 7 iyun 1994-cü il
№ 228
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əsas tikintidə xxxxxx müqavilələri haqqında Qaydalar
I. Ümumi müddəalar
1.1. Bu «Qaydalar» əsaslı tikintidə xxxxxx Müqaviləsinin bağlanması və onun yerinə yetirilməsinin əsaslarını, sifarişçi və podratçıların hüquq və vəzifələrini, həmçinin iqtisadi maraq və məsuliyyətini müəyyən edir.
Xxxxxx Müqavilələrinin iştirakçıları bu «Qaydaları» və qüvvədə xxxx digər normativ sənədləri əsas götürürlər.
Dövlət ehtiyacları siyahısına daxil xxxx obyektlər üzrə bağlanan xxxxxx müqavilələrinin şərtləri Dövlət sifarişi haqqında Əsasnaməyə uyğun müəyyənləşdirilir. Belə obyektlər əsasən müsabiqə yolu ilə paylanır.
1.2. Xxxxxx Müqaviləsi sifarişçi və podratçı təşkilat arasında qarşılıqlı münasibətləri tənzimləyən əsas hüquqi sənəddir.
Podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud xxxxx və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür.
Tikinti üçün xxxxxx Müqaviləsi əsaslı tikinti və təmir, fəaliyyət göstərən müəssisələrin, bina və qurğuların yenidən qurulması, obyektin yerləşdiyi sahə ilə xxxxx xxxx quraşdırma, sazlama-işəsalma və sair işlərin yerinə yetirilməsi üçün bağlanır.
1.3. Xxxxxx Müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərinin başlıca prinsipi mövcud hüquqi əsaslar çərçivəsində müstəqillikdir.
Bu prinsip aşağıdakı əsaslar istiqamətində həyata keçirilir:
istehsal təsərrüfat sərbəstliyi:
Podratçı iqtisadi, sosial, ekoloji və digər dövlət xxxxx və qaydalarına əməl edərək istehsalat proqramını formalaşdırır, öz fəaliyyətinin bütün texniki-iqtisadi göstəricilərini işləyib hazırlayır və təsdiq edir;
xxxxxx Müqaviləsinin üstünlüyü:
Podratçı sifarişçilərlə olduğu kimi, təhcizatçılarla, banklarla, layihə təşkilatları və başqaları ilə sərbəst müqavilə (kontrakt) bağlayır;
müqavilə qiymətləri:
Podratçı planlaşdırılmış dövr üçün qüvvədə xxxx qayda və tövsiyələrə uyğun, müqavilədə nəzərdə tutulmuş işlərin maya dəyərinin hesabatını hazırlayır.
Xxxxxxxxxx gözlənilən real xərclərini, həmçinin gəlir normalarını və bazar şəraitini nəzərə xxxx Xxxxxxxxxxx təklif etdiyi və Sifarişçinin qəbul etdiyi (bir qayda olaraq sövdələşmələrdə) müqavilə qiymətləri tərəflərin razılığı olmadan dəyişdirilə bilməz.
1.4. Tikinti-investisiya fəaliyyətində dövlət tərəfindən bazar münasibətlərinin aşağıdakı amillərinin tənzimlənməsi nəzərdə tutulur:
istehlakçının mənafeyinin hüquqi təminatı, vergiqoyma, maliyyə-kredit siyasəti, //çıxarılıb//, normalaşdırma, sertifikatlaşdırma, standartlaşma, iqtisadi və sanitariya nəzarəti, inhisara qarşı tədbirlər və sair.
1.5. İnvestorlar (sərmayədarlar) özləri və ya onların tapşırığı ilə Azərbaycan Respublikasının vətəndaşları, həmçinin xarici vətəndaşlar və hüquqi şəxslər əsaslı tikinti üzrə Sifarişçi ola bilərlər.
Sifarişçi xxxxxx Müqaviləsi ilə idarəetmə hüququnu investisiya müddətində Xxxxxxxxxxxx adından çıxış edən və onun marağını gözləyən vəkil edilmiş başqa hüquqi şəxsə və ya vətəndaşa verə bilər.
Xxxxxx Müqaviləsi üzrə Sifarişçi öhdəliklərin tam və ya lazımi səviyyədə yerinə yetirilməməsinə görə podratçı qarşısında əmlak məsuliyyəti daşıyır.
1.6. Mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər.
Tikinti-quraşdırma işlərinin bir hissəsinin yerinə yetirilməsi üçün əgər müqavilədə işin yalnız podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmamışsa Podratçı, başqa subpodrat təşkilatları cəlb edə bilər. Belə hallarda işlərin müəyyən edilmiş müddətdə, lazımi keyfiyyətlə yerinə yetirilməsi üçün Sifarişçi qarşısında bütün məsuliyyəti Baş Podratçı daşıyır və o subpodratçı qarşısında Sifarişçi kimi çıxış edir.
1.7. Xxxxxx müqaviləsi, müqavilənin məğzindən asılı olaraq tikinti, layihə və axtarış işləri, xxxx-tədqiqat və təcrübə-konstruktor işləri müqavilələrinə ayrılır.
1.8. Tikinti təcrübəsində aşağıdakı tip xxxxxx müqavilələri bağlanır:
«tamam-kamal» təhvil müqaviləsi;
kompleks müqavilələr;
ayrıca birbaşa müqavilələr.
1.8.1. Podratçı kompleks işləri və təchizatı yerinə yetirərək, obyektin tikintisinə məsuliyyəti öz üzərinə götürürsə və tikintidə iştirak edən başqa şəxslərə nəzarətçi və Xxxxxxxxx rolundadırsa, bu halda «tamam-kamal təhvil» müqaviləsi bağlanır. Sifarişçi işin bir hissəsini, təchizatı və başqa öhdəlikləri öz üzərinə götürdüyü hallarda da obyektin «tamam-kamal təhvil» verilməsində tam məsuliyyət Podratçının üzərinə düşür.
1.8.2. Podratçı kompleks işin və təchizatın məsuliyyətini öz üzərinə götürürsə, o halda inşaat və mühəndis işlərinin yerinə yetirilməsi, həmçinin avadanlıq və sənaye qurğularının təchizatı və quraşdırılması üçün kompleks müqavilə bağlanır.
Kompleks müqaviləyə əsasən Baş Podratçı, işlərin koordinasiyasını öz üzərinə götürür və həmin işlərə görə Xxxxxxxxx qarşısında məsuliyyət daşıyır.
Obyektdə bütün işlərin başa çatmasına cavabdeh xxxx Xxxxxxxxx həm də kompleks müqavilədə nəzərdə tutulmuş işlərin digər müqavilələrdəki işlərlə koordinasiyasını da təmin edir.
Kompleks müqavilə bir qayda olaraq, obyektin tikintisinin və təchizatının əsas hissəsini əhatə etdiyi üçün, bu müqaviləyə Baş Müqavilə kimi baxılır.
1.8.3. Tikinti işlərinin avadanlıq və materilla təminatından asılı olmayaraq, ayrıca birbaşa müqavilələr, kompleksin bir hissəsini təşkil edən ayrı-ayrı obyektlərdə müəyyən edilmiş tikinti və ya xüsusi mühəndis işlərinin yerinə yetirilməsi üçün bağlanır.
Ayrıca müqavilələr o vaxt bağlanır ki, tikilən obyektdəki istehsalın texnologiyasının müəllifi (sahibi) Sifarişçi özü olur.
Ayrıca müqavilələrlə Podratçı ancaq özünün birbaşa öhdəliklərinə, özünün gördüyü işə və xidmətlərinə görə məsuliyyət daşıyır, bütövlükdə obyektin (kompleksin) tikintisinin tamamlanması və bütün işlərin koordinasiyasına görə isə bütün məsuliyyət Sifarişçinin üzərinə düşür.
Subpodrat müqavilələr baş podratçı üçün birbaşa müqavilələr hesab olunur.
1.9. Tərəflərin razılığı ilə Sifarişçi material və avadanlıqların bir hissəsinin təchizatını öz öhdəsinə götürdüyü hallarda da Podratçı obyekti Müqavilədə nəzərdə tutulmuş bütün şərtlərlə Sifarişçiyə təhvil verməlidir.
1.10. Müqavilə sənədləri, qüvvədə xxxx qanunlara və bu Qaydalara uyğun tərtib olunan xxxxxx Müqaviləsindən və bu müqavilənin tərkib hissəsi xxxx müqavilə əlavələrindən ibarətdir. Tərəflərin razılaşdığı xüsusi şərtlər də müqavilənin tərkib hissəsi hesab olunur.
Əlavələrə lazımi izahlar, dəqiqləşdirmələr, şərhlər smetalar, hesablamalar, texniki və başqa sənədlər, avadanlıq və materiallar haqqında məlumatlar, tikintinin dəyərinin dəyişməsi haqqında hesablamalar və tərəflərin razılığına (qərarına) əsasən başqa sənədlər aid edilir.
1.11. Xarakterinə görə müqavilə şərtləri-ümumi, əlavə və xüsusi şərtlərə ayrılır.
Ümumi şərtlər bütün hallar üçün prinsip etibarı ilə dəyişməz qalır. Tikinti xxxxx və qaydalarının, dövlət standartlarının tələbləri belə şərtlərdir.
Əlavə şərtlərdə tikilən obyektin konkret xüsusiyyətləri və ya mürəkkəb yerli şərait nəzərdə tutula bilər. Belə şərtlərdə həmçinin tikintinin yerinə yetirilməsi ilə bağlı tələblər də əks etdirilir.
Əlavə şərtlər Müqavilənin əsas şərtlərinə zidd olmamalıdır.
Xüsusi şərtlərin məzmununu, işlərin yerinə yetirilməsi zamanı qarşıya çıxa bilən mübahisə və ixtilafların (texniki, maliyyə, sosial-iqtisadi və s.) aradan qaldırılması mexanizmi təşkil edə bilər.
II. Müqaviləqabağı işlər
2.1. Müqaviləqabağı işlər Müqavilənin bağlanmasına qədərki mərhələdir.
2.2. Podratçının xxxxxx bazarına çıxması əsasən onun fəaliyyətinin reklamı yolu ilə həyata keçirilir.
2.3. Podratçı olmaq iddiasında olanlar, bütün potensial sifarişçilərə öz ixtisaslaşma səviyyəsi, maliyyə, istehsal və maddi imkanları haqqında məlumatlar göndərməlidirlər.
Məlumatların tərkibinə aşağıdakılar daxil olmalıdır:
təşkilatın yaranma və inkişafı tarixinin qısa xülasəsi;
təşkilatın yeri və strukturu;
işçilərin sayı və onların ixtisas səviyyələri;
təşkilatın yerinə yetirdiyi işlərin növü, həcmi və imkanları;
təşkilatın xüsusilə yaxşı yerinə yetirdiyi işlərin və xidmətlərin adı;
bu və ya digər tikinti fəaliyyəti növünə görə lisenziyanın olması, onun müddəti və xxx tərəfindən verilməsi;
son üç ildə dövlət və digər sifarişçilər üçün təşkilat tərəfindən yerinə yetirilmiş əsas obyektlərin siyahısı;
//çıxarılıb//
maliyyə vəziyyəti;
təşkilat tərəfindən yaxın 2-3 ildə yerinə yetirilə biləcək işlərin maksimum və minimum həcmləri (dəyər ifadəsində).
Belə məlumatlar Sifarişçiyə, ona münasib xxxx podratçıların seçilməsinə və gələcək xxxxxx müqavilələrinin bağlanmasına imkan verir.
2.4. Sifarişçi, obyektin (müəssisənin, binanın, qurğunun və ya onların növbələrinin) tikintisinin qiymətinin təyin olunması metodlarından asılı olaraq, əsaslı tikinti üçün xxxxxx Müqaviləsinin tipini və onun bağlanması qaydalarını müəyyən edir.
2.4.1. Xxxxxx müqavilələri aşağıdakı formalarda bağlana bilər:
tikinti tamamlanmış layihəyə görə müəyyən edilmiş qəti qiymətə malik olduqda müsabiqə yolu ilə və tenderlərin nəticələrinə görə. Müsabiqənin şərtlərini Sifarişçi müəyyən edir. Bu ənənəvi xxxxxx Müqaviləsi (kompleks Müqavilə), layihələnməsi və tikintisi qısa müddətdə başa gələn sənaye və mülki tikinti obyektləri üçün bağlanır.
Sifarişçi ilə Podratçının (Baş Podratçının) birbaşa danışıqlarına əsasən bağlanan müqavilə. Bu halda müqavilə qiymətinin əsas iki variantı mümkündür:
1-ci variant — Baş Podratçının xərcləri smeta dəyəri, əsaslandırılan artıq xərclər və təminatlı gəlirin cəmi şəklində ödənilir (sabit müqavilə qiyməti).
2-ci variant –- Podratçının tikinti müddətində faktiki xərclərinin (faktiki qiymət üstəgəl zəmanətli gəlir xərcləri) ödənilməsi (açıq müqavilə qiyməti).
Açıq müqavilə qiyməti variantında Podratçı materialların, nəqliyyat xidmətinin və s. qiymətlərinin qalxması ehtimalından sığorta edilmiş olur. Bu halda bütün işlərin gedişinə nəzarət Xxxxxxxxx tərəfindən aparılır. Sifarişçi təsdiq edilmiş artıq xərcləri ödəməli, Podratçının günahı üzündən baş vermiş artıq xərcləri isə rədd etməlidir. İnşası uzun müddətə başa gələn iri, mürəkkəb tikintilərdə və ya tikintinin qiymətini əvvəlcədən dəqiq müəyyən etmək imkanı olmadıqda, habelə inflyasiya prosesinin güclənməsi və qeyri-müəyyənliyi üzündən podratçının ziyana düşmə ehtimalının real olduğu şəraitdə bu variantdan istifadə edilir.
2.5. Podratçı seçildikdən sonra, Müqavilə hazırlanan dövrdə tərəflər ilkin müqavilə bağlaya bilərlər. İlkin müqavilə bağlandıqdan sonra Podratçı öz istehsalat-təsərrüfat fəaliyyətinin planlaşdırılması, iş proqramının təşkili, layihə-smeta sənədlərinin sifarişi texnoloji-təşkilati layihələrin hazırlanması və s. işləri görə bilər, həmçinin müvafiq material və avadanlıqları sifariş edə bilər.
2.6. İlkin müqaviləyə aşağıdakılar daxil edilir:
Sifarişçinin, podratçının və ehtimal olunan subpodrat təşkilatların adları;
obyektin adı və onun haqqında əsas məlumatlar (işin həcmi, qiyməti, tikintinin tikilib başa gəlməsinin təxmini müddəti);
layihə-smeta sənədlərinin və xxxxxx Müqaviləsinin bağlanmasına xxxxx xxxx sənədlərin tərkibi, həcmi və təqdim edilməsi vaxtı;
tikinti üçün ayrılan meydançanın hazırlığı haqqında məlumat və meydançanın azad olunması şərtləri;
tikintinin avadanlıq, material və məmulatlarla təmin olunması qaydaları:
xxxxxx Müqaviləsinin bağlanmasının vaxtı və qaydaları, ilkin müqavilənin (razılaşmanın) pozulmasında tərəflərin məsuliyyət dərəcələri.
2.7. İlkin müqavilə (razılaşma) Podratçıya öz partnyorları ilə də belə müqavilələr bağlamasına imkan verir. İlkin müqavilə bank idarələrinə Podratçının fəaliyyəti üçün kredit buraxmaq imkanı verir.
Sövdələşmənin pozula biləcəyi halda, ilkin müqavilədə nəzərdə tutulmuş mülki məsuliyyət tədbirləri, tərəflərin mənafelərini qorumaq və planlaşdırmaq üçün təminat yaradır.
Müqavilə təqdim olunmamışdan əvvəl tərəflərdən biri digərindən hüquqi mötəbərlik şəhadətnaməsi tələb etmək hüququna malikdir. //çıxarılıb//
III. Tikintidə xxxxxx müqaviləsi
3.1. Xxxxxx müqaviləsinin tərkibi onun ayrılmaz hissəsi sayılan əlavə sazişlər, qoşmalar, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur.
Müqavilənin mətnində sifarişçinin tapşırığı (işlərin siyahısı, obyektin təsviri) ümumi şəkildə şərh edilir və Müqavilə qoşmalarında aşağıdakı kimi xırdalanır:
Sifarişçi və Podratçının rekvizitləri və tam adları;
müqavilənin dəyəri;
işlərin başlanma və qurtarma müddəti;
ödəmə və hesablaşmanın qayda və şərtləri;
tərəflərin öhdəlikləri;
işlərin görülməsi;
işlərin təhvili və qəbulu;
işlərin və materialların keyfiyyətinə nəzarət;
zəmanət və təminat;
götürülən öhdəliklərin yerinə yetirilməsində tərəflərin məsuliyyət dərəcəsi;
müqavilənin pozulması şərtləri və qaydaları;
başqa şərtlər.
3.2. Xxxxxx müqaviləsinin məğzi (predmeti)
Xxxxxx müqaviləsinin predmeti tam tikilmiş və istismara hazırlanmış obyekt və obyektin tikintisi üçün xxxxx xxxx, yaxud da fəaliyyət göstərən obyektin ehtiyacını ödəyən (onun yenidən qurulması, texniki müsəlləhləşməsi, bərpası və ya təmiri), yerinə yetirilmiş müəyyən iş kompleksi (növü) ola bilər.
3.3. Xxxxxx müqaviləsinin dəyəri
3.3.1. Xxxxxx müqaviləsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qoyduğu qaydalara müvafiq olaraq tikinti məhsullarının respublika Fövqəladə Hallar Nazirliyinin tövsiyələrinə əsasən hesablanan müqavilə qiymətləri ilə müəyyənləşdirilir. Bu zaman yerli şəraiti nəzərə xxxx əlavə sənədlərdən də istifadə oluna bilər.
3.3.2. Tikinti məhsullarının aşağıdakı müqavilə qiymətləri olur:
tikintinin başa çatmasına qədər dəyişilməyən, sabit qiymətlər.
İnflyasiya da nəzərə alınmaqla, podratçının gözlənilən bütün risklərini kompensasiya edən vəsaitlər bu qiymətlərdə nəzərə alınır.
Göstərilən vəsaitlərin miqdarı, tərəflərin razılaşdırdığı proqnozlaşdırma əmsalları və indeksləri əsasında müəyyən edilə bilər. Bir qayda olaraq sabit qiymətlər xxxxxx ticarəti nəticəsində müəyyənləşdirilir.
İşin dəyəri sabit qiymətlər əsasında müəyyən olunursa, bu halda Podratçının nəzərdə tutulan xərclərdən artıq xərc tələb etməyə ixtiyarı yoxdur;
müqavilədə nəzərdə tutulmuş işin dəyərini əvvəlcədən müəyyən etmək mümkün olmadıqda açıq müqavilə qiyməti.
Müqavilənin əlavə şərtlərində nəzərdə tutulan obyektiv səbəblərdən asılı olaraq, açıq müqavilə qiyməti dəqiqləşdirilərək artırılıb, azaldıla bilər.
Əlavə xərclərin ödənilməsi məsələsi tərəflərin razılığı əsasında həll olunur. Əgər tərəflər razılığa gələ bilməsələr, məsələ məhkəmə qaydasında həll edilir.
3.3.3. Çoxtərəfli müqavilədə nəzərdə tutulmuş işlərin və xidmətlərin ümumi müqavilə qiymətləri, tam investisiya dövrü nəzərə alınmaqla təyin olunur. Bu zaman iştirakçıların investisiya mərhələləri üzrə yerinə yetirdikləri işlərin və xidmətlərin müqavilə qiymətləri ayrıca göstərilir.
3.3.4. Tikintinin Müqavilədə göstərilmiş dəyəri, əgər bu Müqavilənin əlavə şərtlərində əvvəlcədən qeyd olunubsa, aşağıdakı hallarda dəyişilə bilər:
işin həcmində və məzmununda Xxxxxxxxxxxx təklifi ilə dəyişiklik edilərsə;
təchizatçısı Xxxxxxxxx xxxx material və avadanlıqların nomenklaturu dəyişdirilərsə:
Sifarişçinin təklifi ilə tikintinin müddəti artırılarsa;
Sifarişçi və Podratçının ikitərəfli razılığı ilə müqavilənin dəyərində dəyişikliklər edilərsə;
işin gedişi prosesində tikinti materiallarının, konstruksiyaların, avadanlıqların və enerji daşıyıcılarının qiyməti, həmçinin minimum əmək haqqı dəyişilərsə;
Sifarişçidən xxxxx xxxx səbəblərdən və ya gözlənilməz hadisələrin təsirindən iş dayanarsa;
müqavilənin yerinə yetirilməsi dövründə normativ və qanunvericilik aktları dəyişilərsə.
3.4. İşlərin yerinə yetirilməsi müddəti
3.4.1. İşlərin yerinə yetirilmə müddətini tərəflər Müqavilədə obyektin təhvil verilməsinin təqvim tarixini və ya obyektin tikilməyə başlanmasından qurtarmasına qədər xxxx dövrün müddətini göstərməklə, qarşılıqlı razılaşma əsasında müəyyənləşdirirlər.
Müqavilədə göstərilən ilkin işlərdən (bəndlərdən) (məsələn, Sifarişçinin beh köçürməsi, inşaat meydançasının Podratçıya təhvil verməsi və s.) ən gec başlananın vaxtı, tikintinin başlanması vaxtı sayılır.
3.4.2. Xxxxxx müqaviləsində obyektin tikilməyə başlanmasından başa çatmasına qədərki dövr dəqiq göstərilir.
Tərəflərin razılaşdırdığı tikinti işlərinin yerinə yetirilmə qrafikində aralıq müddətlər də nəzərdə tutulur. Əgər tərəflərdən biri qrafikdə nəzərdə tutulan işlərə vaxtında başlamırsa və qrafik pozulursa, digər tərəfin Müqavilədən imtina etmək və ona dəyən zərərin ödənilməsini tələb etmək hüququ var.
3.4.3. Müqavilədə obyektin tikintisi müddətinin ya son həddi (məsələn, obyektin inşasının müddəti, başlanğıc tarixindən təminatla istismara təhvil verilmə tarixinədək 24 aydan artıq olmamalıdır) və ya Müqavilədə nəzərdə tutulmuş bütün işlərin görülüb başa çatmasının dəqiq tarixi (məsələn, «obyekt təminatlı istismara sentyabr ayının 1-də təhvil verilməlidir») göstərilir.
3.4.4. Müqavilədə hər iki tərəfin razılığı ilə iş əsnasında işlərin görülməsi qrafikində dəyişiklik edilməsi lüzumunun yaranması şərtləri də əks etdirilə bilər.
3.4.5. İşlərin yerinə yetirilmə müddətləri günlə, on günlə, ayla və s. ilə göstərilə bilər.
3.4.6. Müqavilədə işin başa çatması vaxtı, şərtləri və işlərin qəbulu qaydaları göstərilir və ümumi halda tikintinin faktiki olaraq başa çatması tarixi və ya tamamlanmış tikinti obyektinin istismara verilməsi üçün qəbul aktının imzalanma tarixi obyektin başa çatma vaxtı hesab edilir.
3.4.7. Çoxtərəfli xxxxxx Müqaviləsində investisiya dövrləri və mərhələləri üzrə iştirakçılar tərəfindən yerinə yetiriləcək işlərin və xidmətlərin başlanmasının və qurtarmasının ümumi vaxtları göstərilir.
3.4.8. Öhdəliyin vaxtından əvvəl yerinə yetirilməsinə görə Podratçıya Xxxxxxxxx tərəfindən əvvəlcədən razılaşdırılmış həvəsləndirici güzəşt və ya mükafat nəzərdə tutula bilər.
3.5. Hesablaşma və ödəmə
3.5.1. Müqavilədə faktiki tamamlanmış işlərin qəbulu və bu işlər üzrə hesablaşma qaydaları, həmçinin tərəflərin razılığı ilə iradların (çatışmazlıqların) aradan qaldırılması müddəti də göstərilir. Müqavilədə konstruktiv elementlər, mərhələlər üzrə görülmüş ayrı-ayrı iş və xidmətlər üzrə də hesablaşmalar nəzərdə tutula bilər.
Müqavilədə maliyyələşdirmənin başqa şərtləri nəzərdə tutulmayıbsa, tərəflər Müqavilədəki işlərin tamamlanması üçün maliyyə vəsaitinin miqdarını və onlardan istifadə qaydalarını razılaşdırırlar.
3.5.2. Müqavilədə Sifarişçiyə kompensasiya ödənişi şərtləri də nəzərdə tutulmalıdır. Bu şərtlər aşağıdakılardır:
ödənişə təqdim olunmuş işlərdə buraxılmış səhvlərin düzəlişi üçün;
Sifarişçiyə vurulmuş ziyan üçün;
görülmüş işlərin qrafikdən xxxx qalma halları üçün.
3.5.3. Obyektin və (və ya onun bir növbəsinin) təhvil verilməsinə qədərki xxxx xərclər Podratçının öz vəsaiti və ya bank krediti hesabına da ödənilə bilər. Bank kreditindən istifadə olunduğu halda Müqavilə qiymətinə bu kreditdən istifadə üçün faiz ödəmə xərcləri də əlavə olunur.
Razılaşmaya görə Sifarişçi müqavilə qiymətinin 30 xxxxx qədər beh vermə yolu ilə, Podratçının ilkin xərclərinin ödənilməsində iştirak edə bilər. Beh (xxxxx) vermə şərtləri (behin miqdarı, köçürülməsi vaxtı və b). Müqavilədə göstərilir.
3.5.4. Görülən işin ödənişi, bir qayda olaraq, obyektin sifarişçi tərəfindən qəbulundan sonra yerinə yetirilir. Müqavilədə başqa ödəniş qaydası da (aralıq hesablaşmaları, beh ödəmə, kredit vermək və s.) nəzərdə tutula bilər.
Adətən aralıq hesablaşmaların dəyəri obyektin tam dəyərinin 95 faizini təşkil edir.
Əgər Müqavilədə başqa müddət nəzərdə tutulmayıbsa, tam hesablaşma, bir qayda olaraq, obyektin bütünlüklə və ya bir növbəsinin, bir buraxılış kompleksinin, yaxud da ayrı-ayrı qurğuların istismara qəbulundan sonrakı bir ay müddətində aparılır. Nağdsız hesablaşma forması, qanunvericilik aktlarının müəyyən etdiyi bank qaydalarına müvafiq olaraq müəyyənləşdirilir. Razılaşmaya görə tərəflərin müqavilədə bank qaydalarının müəyyən etdiyi formalardan hər hansı birini nəzərdə tutmaq ixtiyarları vardır.
3.6. Tərəflərin öhdəlikləri
Müqavilənin məzmunundan və onun yerinə yetirilməsindən asılı olaraq, tərəflərin öhdəlikləri, öhdəliklərin xırdalıqları və icraçıya qarşı qoyulan tələblər sövdələşənlər tərəfindən sərbəst olaraq müəyyən edilir.
3.6.1. Sifarişçinin öhdəlikləri:
tikinti meydançasının hazırlanması;
elektrik və rabitə xətlərinin çəkilməsinə, nəqliyyat yollarının salınmasına müvafiq təşkilatlardan icazə almaq;
tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə almaq;
əgər fəaliyyət göstərən müəssisənin yenidən qurulması tələb olunursa, onda yeni texniki vasitələrlə təmin edilmə və genişlənmə işlərinin haqqında məlumat toplamaq;
tikintinin su, qaz, buxar, istilik və elektrik enerjisi ilə təmin edilməsi üçün icazə almaq;
sahənin geodezi yararlığı haqqında məlumat toplamaq;
tikinti işlərinin başlanmasına qədər bankdan özünün ödəmə qabiliyyətini bildirən arayış alıb, Podratçıya təqdim etmək;
Müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş, müvafiq təşkilatlar tərəfindən işlərin yerinə yetirilməsi üçün verilən icazə sənədlərini vaxtında Podratçıya çatdırmaq;
müəssisə, bina və qurğuların tikilməsi üçün ayrılmış sahəni (trassı) Baş Podratçıya təqdim etmək, müəyyən edilmiş qaydada təsdiq olunmuş texniki-iqtisadi əsaslandırmanı və işçi layihəni vermək, vaxtlı-vaxtında tikintinin maliyyələşdirilməsi hesabının açılmasını və tikintini fasiləsiz maliyyə vəsaiti ilə təmin etmək, həmçinin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərini ödəmək;
təhcizatçısı xxx xxxx avadanlıqların, material və məmulatların, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və obyektin təhvil verilməsi müddətləri ilə sıx xxxxx xxxx qrafikə əsasən Podratçıya kompleks şəkildə təhvil vermək;
quraşdırma və ya başqa xüsusiləşdirilmiş təşkilatlarla, o cümlədən sazlama-işəsalma təşkilatları ilə bilavasitə bağladığı Müqavilələrdəki işlərin Podratçı ilə razılaşdırılmış müddətdə yerinə yetirilməsini təmin etmək;
istismara veriləcək obyektləri kadrlarla vaxtında komplektləşdirmək, bu obyektləri xammal və enerji ehtiyatları ilə təmin etmək, obyektlərin avadanlıqlarını sınaq yoxlanışından keçirmək, hazır obyektləri işçi komissiyasının aktı ilə baş podratçıdan qəbul etmək, bu obyektləri baş podratçı və subpodratçılarla birgə işə salmaq və görülmüş işlərə görə haqq-hesab aparmaq;
yeni çəkilmiş elektrik, su, qaz, kanalizasiya, kabel və başqa kommunikasiya xətləri və şəbəkələrinin fəaliyyətdə xxxx xətlərə və şəbəkələrə qoşulmasını təmin etmək.
Tikinti xxxxx və qaydalarının pozulması halları (tikinti xxxxx və qaydalarından kənarlaşmalar, iradlar) aşkarlandıqda, Sifarişçi həmin halların aradan qaldırılması üçün, lazım gəldikdə isə işlərin dayandırılması haqqında Podratçıya göstəriş verir və bu hallar aradan götürülməyincə işlərin haqqını ödəmir. Kənarlaşmaların (iradların) aradan götürülməsi xərcləri Podratçının hesabına ödənilir.
Yaşayış binalarını, o cümlədən mənzilləri elektrik, qaz və su sayğacları ilə təchiz etdikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim etmək.
3.6.2. Podratçının öhdəlikləri:
razılaşdırılmış qiymətə və müddətdə Müqavilədə nəzərdə tutulmuş bütün işləri başa çatdırıb, Sifarişçiyə təhvil vermək;
tikintini təşkilati-texnoloji xarakterli işçi layihə sənədləri ilə təmin etmək;
lazımi material, konstruksiya, hissə, komplektləşdirmə məmulatları və inşaat texnikasının tikinti meydançasına gətirilməsini təmin etmək;
təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, inşaat meydançası və onun ətrafının təmizliyini təmin etmək;
işin icrasında təhlükəsizlik tədbirlərini təmin etmək;
subpodrat və ya təchizatçı təşkilatlarla müqavilələr bağlanması haqqında Sifarişçiyə məlumat vermək;
Sifarişçinin inşaat meydançasına göndərdiyi yüklərin boşaldılması, qəbulu, saxlanması və qorunmasını, həmçinin bu məqsədlə müvəqqəti bina və qurğuların tikilməsini təmin etmək;
bütün işlər başa çatdıqdan sonra, Xxxxxxxxxxxx göndərdiyi artıq qalan material və avadanlıqların xxxx qaytarılmasını təmin etmək;
Müqaviləyə uyğun olaraq təminatlı istismar dövründə (normal istismar etmək şərtilə) aşkar olunmuş qüsurları aradan götürmək.
3.6.3. Yuxarıda sadalanan öhdəliklərdən əlavə, sövdələşən tərəflərin qəbul edəcəyi Müqavilənin mövzusundan və onun yerinə yetirilmə şərtlərindən asılı olaraq Müqavilədə, obyektin layihəsinin işlənilməsi, inşası və istismarı, böyük ölçülü yüklərin yerinə çatdırılması, texnikanın, avadanlığın, inşaat materiallarının, istehsalat tullantılarının inşaat meydançasından kənar edilməsi və s. haqqında da öhdəliklər nəzərdə tutula bilər.
3.6.4. Hər iki tərəfin razılığına əsasən, qəbul edilmiş qanunvericilik aktlarının tələblərindən asılı olaraq, öhdəliklər dəyişilə və ya onlara əlavələr edilə bilər.
3.7. Müqavilə üzrə işlərin yerinə yetirilməsi
Obyektin layihələşdirilməsindən onun qəbul edilməsinə qədər görülən işlərin və əməliyyatların yerinə yetirilməsi aşağıdakı tədbirlər kompleksindən ibarətdir.
3.7.1. Layihə ilə bağlı münasibətlər ancaq layihə sənədlərinin tərkibi, razılaşdırılması, təhvil verilməsinin vaxtı və şərtləri ilə əlaqəli məsələləri əhatə edir.
3.7.1.1. Müqavilədə layihələşdirmənin mərhələləri, layihə sənədlərinin tərkibi və hər dövr üçün Podratçıya veriləcək sənədlərin nüsxələrinin sayı göstərilir.
3.7.1.2. Müqavilədə layihənin mərhələ üzrə razılaşdırılması məsələsinə ayrıca baxıla bilər. Bu halda digər tərəf işçi sənədləri bütünlüklə (sənədlərin axırıncı hissəsini alandan sonra) təhlil etmək və layihənin kəsirlərini aradan qaldırmaq üçün layihəçilərə göndərmək hüququnu özündə saxlayır.
Tərəfin bu sənədlərin nöqsanı barədə fikrini layihəçilərə bildirməsi üçün müəyyən müddət qoyulmalıdır. Bu müddət ərzində layihəçi layihənin nöqsanları barədə irad və təkliflər almasa, o halda layihə razılaşdırılmış hesab olunur.
3.7.1.3. Layihə sənədlərinin çatdırılması müddəti Müqavilənin mətnində və ya əlavə olunan qrafiklə müəyyən olunmalıdır. Bununla yanaşı Müqavilənin mətnində verilən nüsxələrin sayı dəqiq göstərilməlidir.
Layihənin çatdırılması hər iki tərəfin imzaladıqları aktla iki nüsxədə rəsmiləşdirilir və aktın imzalandığı tarix faktiki olaraq sənədlərin bu və ya digər tərəfə çatdırılması tarixi hesab olunur. Aktlaşdırma şərti Müqavilədə öz əksini tapmalıdır.
3.7.1.4. Müqavilədə layihələşdirmə müddətində tərəflərdən hər birinin əvvəllər razılaşdırılmış layihə həllərini dəyişdirə bilməsi və həmin dəyişmənin yerinə yetirilməsi üçün layihə təşkilatına əlavə tapşırıqlar verə bilməsi halları nəzərdə tutula bilər. Sifarişçinin verdiyi tapşırıq üstün hüquqi qüvvəyə malikdir.
Sifarişçinin layihə həllərini dəyişə bilməsi hüququ məhdudlaşdırılmır. Sifarişçinin dəyişiklikləri ilə əlaqədar Müqavilənin yerinə yetirilməsi müddətinin uzadılması nəticəsində meydana çıxan müvafiq əlavə xərcləri sifarişçi Müqavilədə iştirak edən digər tərəflərə ödəməyə borcludur. Edilən dəyişikliklərə əsasən görüləsi işlərin profili, istiqamətləri Podratçının imkanlarına uyğun gəlmirsə, həmin əlavə işlərin yerinə yetirilməsi üçün icraçını Sifarişçi özü tapmalıdır.
3.7.2. Layihə sənədlərinin dəyişdirilməsi ilə yanaşı, tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi gedişində onların həcmi və xarakterində dəyişikliklər edilməsinə də imkan yaradıla bilər və bunların Müqavilədə nəzərdə tutulması zəruridir.
3.7.2.1. Görülən işlərin həcmi və xarakterində dəyişikliklər edilməsi və əlavələr edilməsi yazılı surətdə rəsmiləşdirilir.
Podratçı işlərdə dəyişmələri naturada o vaxt yerinə yetirə bilər ki, bu dəyişiklikləri və onların yerinə yetirilməsi xərclərini tərəflər razılaşdırmış olsunlar.
3.7.2.2. Əgər işlərin dəyişilməsi müqavilənin qiymətinin artmasına və ya onun yerinə yetirilməsi müddətinin uzadılmasına səbəb olmursa, dəyişikliklər Müqavilədə göstərilmək şərti ilə Sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən cizgilərdə və ya iş icrası jurnalında qeydlər edilməsi, tərəfin yazılı surətdə xəbərdarlıq edilməsi və ya iki tərəfin də imzaladığı protokolun tərtib edilməsi yolu ilə həyata keçirilir.
3.7.2.3. Əgər işlərdə dəyişikliklər onların dəyərinin artmasına və ya yerinə yetirilmə müddətinin uzadılmasına səbəb olursa, bu halda qarşılıqlı qəbul edilə bilən həllin axtarışı üçün danışıqlar aparılmasının mümkünlüyü Müqavilədə nəzərdə tutulmalıdır. Bu danışıqlar, əlavə işlərin icrasına başlanmazdan əvvəl rəsmiləşdirilir.
3.7.3. Subpodrat təşkilatların cəlb olunması ilə görülən işlərin icrası üçün subpodrat Müqavilələrin tərtibində tərəflərin ixtisaslaşma səviyyəsi, görəcəyi işlərin hüdudu, təşkilatın daimi yerləşdiyi yer, təşkilati-texniki imkanları və digər amillər qarşılıqlı razılaşmalar əsasında nəzərə alınır.
3.7.3.1. Sifarişçi və Podratçının, subpodrat təşkilatların cəlb olunmasına aid məsələlərdə əlahiddə hüquqa malik olmaları Müqavilədə ayrıca nəzərdə tutulmalıdır.
Subpodrat təşkilatın cəlb olunması ilk növbədə Podratçının ixtiyarına verilə bilər. Bu halda Podratçı Xxxxxxxxxxx yalnız xəbərdar etmək öhdəliyi götürür.
İkinci halda, Xxxxxxxxxxx təklifi və Sifarişçinin yazılı şəkildə razılığı nəzərdə tutulur.
Üçüncü halda, Sifarişçinin zəmanətinə əsasən bir neçə subpodrat təşkilatın cəlb olunması nəzərdə tutulur.
Göstərilən ilk iki halda subpodrat təşkilatların gördüyü işlərin keyfiyyətinə tam məsuliyyəti Podratçı daşıyır. Üçüncü halda isə bu məsuliyyət Sifarişçinin üzərinə düşür.
3.7.3.2. Sifarişçi, onun və ya nümayəndəsinin tələblərinə cavab verə bilməyən subpodrat təşkilatı, işlərin icrasından kənarlaşdırmağı Podratçıdan tələb etmək hüququna malikdir.
3.7.3.3. Bir qayda olaraq, subpodrat təşkilatlarla haqq-hesabı Podratçı aparır. Bəzi müqavilələrdə haqq-hesabların Sifarişçiyə aidiyyatı olması haqqında şərtlər də nəzərdə tutula bilər. Belə hallarda müvafiq əlavələr tərtib etmək lazımdır.
Sifarişçinin ödənişi gecikdirməsi səbəbindən podratçının subpodrat təşkilatlara əlavə xərcləri (əlavə götürülmüş ssudaya görə faiz ödəmə xərci), Sifarişçi tərəfindən ödənilir.
3.7.4. İş icrası jurnalının aparılması məsələlərində tərəflərin münasibətləri, jurnalın formasına, məzmununa və aparılma qaydasına görə tənzim olunur.
3.7.4.1. İş icrası jurnalının forması TNvəQ-na (Tikinti Xxxxx və Qaydalarına) müvafiq tipləşdirilmiş və ya tərəflərin razılaşdırdığı fərdi şəkildə olur. Fərdi jurnal, tərəflərdən biri xarici təşkilat olduqda tərtib oluna bilər. Bu halda jurnalın forması Müqaviləyə əlavə olunur. Müqavilənin mətnində isə bu əlavənin nömrəsinə istinad edilir.
3.7.4.2. Jurnalın məzmununa dair tələblər Müqavilənin mətnində şərh edilir. Jurnalda işin icrasının gedişi və onunla bağlı işlərin layihə sənədlərinə uyğun, vaxtında və keyfiyyətlə görülməsi nöqteyi-nəzərindən, tərəflərin qarşılıqlı münasibətləri üçün əhəmiyyətli xxxx şərait və faktlar öz əksini tapır.
3.7.4.3. Müqavilədə nəzərdə tutulmuş «İş icrası Jurnalının aparılma qaydaları» görülən işlərin qeyd olunma dövrünü və obyektini, həmçinin jurnala münasibətdə tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
İşin başlanğıcından onun qurtarmasına qədərki dövrdə iş jurnalının aparılması Podratçının vəzifəsinə daxildir.
Jurnalda görülən işlər haqqındakı qeydlər ayrı-ayrı obyektlər və qurğular üzrə, həmçinin işin növlərinə görə aparılır.
3.7.4.4. Müqaviləyə görə sifarişçinin səlahiyyətli nümayəndəsinə istənilən vaxt iş icrası jurnalına baxmaq və orada işin yerinə yetirilməsi gedişinə və jurnalın Podratçı təşkilatın mütəxəssisləri tərəfindən aparılmasına aid öz fikrini və tələblərini qeyd etmək hüququ verilir.
Sifarişçinin nümayəndəsinin qeydlərindəki tələblər yerinə yetirildikdən sonra, Xxxxxxxxxxx mütəxəssisləri bu haqda jurnalda lazımi qeydlər aparmalıdır.
3.7.4.5. Tərəflərin biri xarici təşkilat olduqda Müqavilədə iş icrası jurnalının hansı dildə aparılacağı göstərilir.
3.7.5. Örtülü işlər mövcud olarsa, ayrı-ayrı işlərin və konstruksiyaların iş arası qəbulu, mühəndis sistemlərinin iş arası sınağı, ayrı-ayrı materialların laboratoriya sınağı və sair aparılmalıdır.
Bu işlərin təşkili və sənədləşdirilməsi, həmçinin üstü açılıb yenidən bağlanılası işlərin görülməsində qaydalardan kənara çıxılmasından törənən əlavə xərclərin ödənilməsi ilə bağlı məsələlərə tərəflərin münasibəti Müqavilədə tənzimlənir.
3.7.5.1. Müqavilədə iş arası qəbula ehtiyacı xxxx işlərin siyahısı və iş arası sınaq tələb edən mühəndis xətlərin və materialların konkret siyahısı müəyyən olunur.
3.7.5.2. Aralıq işlərin qəbulu və sınağının nəticələri aktla sənədləşdirilir. Müqavilədə bu aktların nüsxələrinin sayı və əgər tərəflərdən biri xarici təşkilatdırsa, əlavə olaraq aktın hansı dildə tərtib olunması və ya hansı dilə tərcümə edilməsi də göstərilir.
3.7.5.3. Müqavilənin iş arası qəbul və ya iş arası sınaq işlərinin təşkili hissəsində, üstü bağlanacaq işlərin (örtülü işlərin), konstruksiyaların və sistemlərin aralıq qəbulunu keçirməyin zəruriliyi haqqında Podratçının Sifarişçiyə məlumat verə bilməsi üçün müddət qoyulur. Əgər göstərilən müddətdə Xxxxxxxxxxxx nümayəndəsi iş arası işin qəbuluna gəlməzsə, Müqavilədə Podratçının birtərəfli akt tərtib etməsi hüququ olduğu göstərilir. Bu halda üstü bağlanacaq işlərin keyfiyyətinə görə məsuliyyət Podratçının üstündən götürülmür.
Bununla belə Müqavilədə Sifarişçinin onun qəbul etmədiyi örtülü işləri təkrar yoxlama hüququ saxlanıla bilər. Əgər bu halda Sifarişçi örtülü işlərin layihəyə və texniki şərtlərə uyğun yerinə yetirildiyi qənaətinə gələrsə, onda o, Podratçının örtülü işlərin üstünün təkrar açılıb bağlanması ilə əlaqədar xərclərini ödəyir.
3.8. İşlərin təhvili və qəbulu
3.8.1. Müqavilədə obyektin hazır inşaat hissələrini və ya onun müəyyən hissəsinin qəbulu üçün aşağıdakı ilkin mərhələlər nəzərdə tutula bilər: avadanlığın fərdi sınaqdan sonra qəbulu; avadanlığın kompleks sınağından sonra qəbulu; obyektin tam qəbuluna qədər istismarı nəzərdə tutulan, inşası tamamlanmış binanın, qurğunun və tikilinin istismara qəbulu.
3.8.2. Sifarişçinin və Podratçının fəaliyyətinin tam koordinasiyasını tələb edən təhvil-qəbul sınağı, həmçinin Sifarişçinin belə sınaqların məzmunu ilə əvvəlcədən xxxxx olmaq marağı olduğu hallarda, Müqavilədə, avadanlığın sınaq proqramının Podratçı tərəfindən hazırlanmasının və razılaşdırmaq üçün onu vaxtında (məsələn, sınağa iki ay qalmış) Sifarişçiyə verməsi nəzərdə tutulmalıdır. Razılaşdırma müddəti mümkün qədər qısa nəzərdə tutulur.
3.8.3. Buraxılış dövründə obyektin istismara buraxılması üçün şərait yaratmaq və nəticələri üçün məsuliyyət daşımaq vəzifələri tərəflər arasında, Müqavilədə qəbul edilmiş şərtlərdən asılı olaraq bölüşdürülür.
Obyektin tam qurtarmış şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə, baş Podratçı təşkilatın üzərinə düşür. Podratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli, texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməli, nümunə sınaqlarına başçılıq etmək üçün, təchizatçının müvafiq mütəxəssisləri də daxil olmaqla, kifayət qədər ixtisaslı heyət cəlb etməli, buraxılış dövrü ərzində işin səmərəli təmini üçün, öz hesabına ehtiyat hissələri və istismar materialları (xammal və təchizatı Sifarişçinin vəzifələrinə daxil xxxx materiallardan başqa) göndərməli və avadanlığa texniki qulluqla əlaqədar bütün işləri yerinə yetirməlidir.
3.8.4. Obyektin qəbulu gedişində aşkar edilən qüsurların aradan qaldırılması və ya buraxılış dövrünün uzadılması ilə əlaqədar bütün əlavə xərclər, həmçinin buraxılış dövründə təhlükəsizlik qaydalarına əməl olunması və avadanlığın istismarı qaydalarının pozulması nəticəsində vurulan ziyan təqsirkarın hesabına ödənilir.
Tərəflər Müqavilədə hər bir qəbulun yol verilə bilən gecikmə müddətini müəyyən edə bilərlər. Bu müddət ərzində (10 gündən 30 günə qədər) əlavə xərclərin ödənilməsi məsələsinə baxılmır. Bütün bunlar öz əksini Müqavilədə tapıbsa, təqsirkar tərəf özünün təqsirkar olduğunu inkar etmirsə və ya onun təqsiri sübut olunursa, təqsirkar tərəfindən ödənilməli olacaq əlavə xərclərin məbləği, qoyulan gecikmə müddətindən sonrakı günlər üçün hesablanır.
3.9. İşlərin və materialların keyfiyyətinə nəzarət
3.9.1. Tərəflər, layihə sənədlərinin, tikinti-quraşdırma işlərinin, avadanlıqların və materialların keyfiyyətinə nəzarətin və onların yoxlanılması müddətini, qaydalarını Müqavilədə razılaşdırırlar.
Bir qayda olaraq layihənin keyfiyyətinə — layihə sənədlərinin razılaşdırılmasında və ekspertizasında, tikinti quraşdırma işlərinin keyfiyyətinə — onların icrası və qəbulu vaxtı, avadanlıqların keyfiyyətinə isə qəbul sınaqları gedişində nəzarət edilir.
3.9.2. İstifadə olunan materialların texniki pasportlarında və sertifikatlarda istehsalçı zavod (müəssisə) tərəfindən göstərilən texniki xarakteristikaları olmalıdır. Lazım gəldikdə tərəflərin razılığı ilə Müqavilədə, istənilən materialların texniki xarakteristikasının Sifarişçinin və ya materialı istehsal edən zavodun nümayəndəsinin iştirakı ilə yoxlanılması nəzərdə tutula bilər.
Sınaqların nəticələri aktlaşdırılır.
3.9.3. Layihəçilər işçi cizgiləri Sifarişçiyə təqdim edənə qədər, sınaqlar da nəzərə alınmaqla bəzi material nümunələrinin keyfiyyətinin yoxlanması Müqavilədə nəzərdə tutula bilər. Bu halda nümunələrin təqdim olunma müddəti Müqavilənin mətnində öz əksini tapmalıdır.
3.10. Zəmanət və təminatlar
3.10.1. Zəmanət işlərin yerinə yetirilməsində etibarlı maliyyə təminatının olmasına xidmət edir. Əgər tərəflər üçüncü şəxsin zəmanətçi olmasını lazım bilsələr, onda həm Podratçının, həm də Sifarişçinin zəmanətçisi olmalıdır.
Podratçı Xxxxxxxxxxxx onun ödəniş qabiliyyətini təsdiq edən bank arayışı, bankdan və ya başqa təşkilatdan Müqavilə ilə görülmüş işlərin tam ödənilməsinə və ya aralıq ödənişinə təminat, həmçinin öz əmlakı ilə təminat verməyi də tələb edə bilər.
Öz növbəsində Sifarişçi də, Podratçıdan ona dəyən ziyanı və nəzərdə tutulan cərimələri ödəməyə görə kredit verməyə xxxxx xxxx hüquqi şəxsdən zaminlik öhdəliyi tələb edə bilər.
Əgər Müqavilədə başqa müddəalar nəzərdə tutulmayıbsa, onda zaminlik pul vəsaitinin tutulması və ya ödənilməsinin başqa vaxta keçirilməsi (deponenti) yolu ilə həyata keçirilə bilər və ya kredit verən təşkilatın zəmanəti hesabına təmin oluna bilər.
Üzərinə zaminliyi götürmə haqqında məlumat yazılı formada verilir.
Əgər zaminlik pul vəsaitinin deponenti yolu ilə yerinə yetirilirsə, onda Podratçı müəyyən haqq köçürməklə öz pulunu razılaşdırılmış məlum bir kredit təşkilatında (xxxxxx) təcrid edilmiş konkret hesaba qoymalıdır ki, tərəflər bu hesabdan yalnız hər ikisinin iştirakı ilə istifadə edə bilsinlər.
Əgər Sifarişçi razılığa uyğun zaminlik hesabına öz ödənişlərindən qismən pul tutmaq yolu ilə pul tutarsa, onda o, Podratçıya tutulmuş pulun miqdarını bildirməlidir və bu pulu bildirişdən sonra razılaşdırılmış müddətdə (məsələn 20 gün ərzində) seçilmiş xxxxxx təcrid edilmiş hesaba keçirməlidir.
Sifarişçi müəyyən edilmiş vaxtdan gec olmayaraq, təminat müddətində zaminlik pulunu qaytarmalıdır. Əgər bu müddətə kimi onun iddiası tam ödənilməyibsə, onda o, zaminlik pulunun müvafiq miqdarını saxlaya bilər.
3.10.2. Müqavilədə və onun əlavələrində görülən işlərin təminatı və təminatın qüvvəyə minməsi şərtləri də göstərilməlidir.
Obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verilən təminat müddəti göstərilməlidir. Təminatın vaxtı, təminat müddətində obyektin normal istismarı üçün meydana çıxan qüsurların aradan qaldırılmasına sərf olunan vaxt qədər uzadılır.
Podratçı obyektin layihə göstəricilərinə istinad edərək əsas kosntruksiyaların, qoruyucu panellərin və daşıyıcı karkasın davamlığı və uzunömürlülüyü haqqında obyektin tam qəbulu protokolunun ikitərəfli imzalanmasından sonra, binanı təyinatına görə istismarı, onun lazımi qaydada qorunması və qulluq xxxxxx şərtilə işin növündən asılı olaraq müvafiq qanunvericilik və normativ aktlarla müəyyənləşdirilən müddətdən az olmamaqla, konkret müddətə təminat verir.
Əgər təminat dövründə, Sifarişçi tərəfindən normal istismar şərtilə, obyektin ayrı-ayrı hissələrində və ya bütövlükdə obyektin özündə Podratçının üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində əmələ gələn qüsur və çatışmazlıqlar aşkar olunarsa, Sifarişçi Podratçının iştirakı ilə Müqavilə şərtlərinə uyğun reklamasiya aktı tərtib edir. Aktda qüsurun aşkarlanma tarixi və onun aradan qaldırılmasının təxmini vaxtı qeyd olunmalıdır. Podratçı bu qəbildən xxxx hər hansı bir qüsuru öz gücü və vəsaiti hesabına ləğv etməyi öhdəsinə götürməlidir.
Əgər obyektin təminatlı istismarı prosesində sertifikata cavab verməyən materiallar aşkar olunarsa, onda onların dəyişdirilməsini Podratçı öz hesabına həyata keçirir.
Əgər Podratçı qüsuru inkar etmirsə və onları razılaşdırılmış müddətdə ləğv etməzsə, onda Sifarişçinin üçüncü tərəfi bu işə cəlb etməyə hüququ var. Bu halda çəkilmiş xərclərin ödənişi Podratçının üzərinə düşür.
Müqavilə iştirakçıları bu «Qaydalar»da nəzərdə tutulanlardan başqa da razılaşdırılmış təminatlar və şərtlər nəzərdə tutmaq hüququna malikdirlər.
Müqavilədə başqa müddət qoyulmayıbsa, onda Podratçı onun təqsiri üzündən buraxılmış və obyektin istismara qəbulundan sonrakı 12 ay müddətində üzə çıxmış qüsurları ləğv etməyə borcludur.
3.11. Sanksiyalar
Xxxxxx Müqaviləsində müqavilənin şərtlərini pozanlara qarşı sanksiyalar nəzərdə tutulur.
Müqavilədə onun mövzusunun xüsusiyyətlərini, həmçinin qəbul edilən və ya müqavilə öhdəliklərinin əhəmiyyətini əks etdirən əlavə sanksiyalar da nəzərdə tutula bilər.
3.11.1. Cərimə və penyanın miqdarı, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, tərəflərin razılığı ilə müəyyən olunur.
3.11.2. Əgər Podratçının günahı üzündən işlərin görülməsi və ya obyektin zəmanətli istismara təhvil verilməsi müddətləri gecikirsə onda Sifarişçi Podratçını işlərin görülməsindən kənarlaşdıra bilər. Kənarlaşdırma Podratçını Müqavilə üzrə məsuliyyətdən azad etmir. Bu halda tərəflərin hüquq və vəzifələrinə, Müqavilənin pozulmasında Podratçının məsuliyyətini nəzərdə tutan Müqavilə tələblərinə uyğun baxılır.
3.12. İşlərin dayandırılması və Müqavilənin pozulması
3.12.1. Müqavilədə hansı hallarda işlərin dayandırılması və Müqavilənin pozulmasına yol verildiyi göstərilməlidir. Eyni zamanda müzakirə olunan problemlərin həlli üçün razılığa gəlməkdən ötrü müəyyən vaxt qoyulması da nəzərdə tutulmalıdır.
3.12.2. Tərəflərdən biri işlərin dayandırılmasına və ya Müqavilənin pozulmasına razı deyilsə və onlar şərtləşdirilmiş müddətdə razılığa gələ bilmirlərsə, onda işlərin dayandırılmasını lazım bilən tərəf digər tərəfə, müvafiq əsaslandırmaları göstərməklə, yazılı xəbərdarlıq etməyə borcludur.
Müqavilədə işlərin dayandırılması və Müqavilənin pozulması haqqındakı qərarların qüvvəyə minməsi tarixi göstərilməlidir. Eyni zamanda Müqavilədə işin dayandırılmasının davam etmə müddətinin hüdudu da müəyyənləşdirilməlidir.
3.12.3. İşlərin dayandırılması və Müqavilənin pozulması hallarında, Sifarişçi və Podratçı arasındakı qarşılıqlı hesablaşma aşağıdakı ardıcıllıqla aparılır: görülən işlər üçün hesablaşmaq; cəriməni və ya vurulmuş ziyanı ödəmək.
3.12.4. Müqavilədə qarşısıalınmaz qüvvələrin təsiri şəraitinin müəyyən edilməsi qaydaları nəzərdə tutulmalıdır. Müqavilədə müəyyən vaxt qoyulmalıdır ki, bu müddətdən gec olmayaraq, belə şəraitlə rastlaşan tərəf – digər tərəfə bu haqda xəbər versin.
3.12.5. Müqavilənin pozulması Podratçının günahı üzündən baş verirsə, onda Podratçı ilə aparılacaq haqq-hesab obyektin istismara verilməsindən sonra da nəzərdə tutula bilər. Əgər Müqavilənin pozulmasına Sifarişçi təqsirkardırsa, onda görülmüş işlər üçün hesablaşma Müqavilənin pozulmasından sonra qısa müddətdə aparılmalıdır.
3.12.6. Vurulan ziyanın ödənilməsi qaydası Müqavilənin şərtlərindən biridir və təqsirkarın hesabına ödənilir.
3.12.7. Müqavilənin pozulması nəticəsində tərəflər arasında ortaya çıxan mülki mübahisələrin həlli qaydası müqavilədə nəzərdə tutulmalıdır.
3.13. Mübahisələrin həlli qaydası
3.13.1. Tərəflər arasında mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə, mübahisə məhkəmə qaydasında həll edilir.
3.13.2. Tərəflər respublikanın hüquqi şəxsləri olduğu hallarda yaranmış mübahisələrə məhkəmədə baxılması, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun həyata keçirilir.
Əgər tərəflərdən biri xarici təşkilatdırsa, Müqavilədə mübahisəni həll edəcək təşkilatın adı və yeri (ünvanı), mübahisəyə baxılmasında istinad olunacaq qanunvericiliyin seçilməsi nəzərdə tutulur.
4. Sair (xüsusi) şərtlər
4.1. Bazar münasibətlərinə keçid şəraitində, bir sıra hüquq normalarının öz qüvvəsini itirdiyi, digərlərinin isə tövsiyə xarakteri daşıdığı və ya formalaşma dövründə olduğu hallarda müqavilənin bu bölməsi, tərəflər arasında qarşılıqlı əlaqələr nəticəsində yaranan istənilən öhdəlik və məqsədlərin hüquqi normalarını əks etdirir.
4.2. Bu bölmədə həmçinin Müqavilənin ayrılmaz hissəsi xxxx sənədlərin (onun mətnindən başqa) adları göstərilir. Adətən Müqaviləyə bütün əlavələr belə sənədlər sayılır.
4.3. Müqaviləyə xarici iştirakçılar cəlb olunduqda, Müqavilənin müddəalarında onun yerinə yetirilməsi üçün lazım xxxx xxxxx-texniki ehtiyatların idxalı və ixracı üzrə məsələlər də tənzimlənir. Tərəflərin öhdəliklərində göstərilən ehtiyatların alınma müddətləri və belə öhdəliklərin yerinə yetirilmədiyi halda sanksiyalar da nəzərdə tutulmalıdır.
* kompleks xxxxxx müqaviləsinin nümunəvi forması bu qaydalara əlavə olunur.
«Əsaslı tikintidə xxxxxx müqavilələri haqqında qaydalar»a
ƏLAVƏ
Tikinti üçün xxxxxx
müqaviləsi («kontrakt» adlana bilər) ______________________________________________________________________________________ (tikinti obyektinin adı, tabeçiliyi, tikintinin yeri) ______________________________________________________________________________________ Müqavilə bağlayan tərəflər: ______________________________________________________________________________________ (təşkilatın adı və tabeçiliyi) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) __________________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Sifarişçi adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və tabeçiliyi) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Podratçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və tabeçiliyi) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Subpodratçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı və tabeçiliyi) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Təchizatçı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı, tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) İşəsalma-sazlama təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı, tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Layihə təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı, tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) İcra hakimiyyəti adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı, tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Komplektləşdirmə təşkilatı adlanan: ______________________________________________________________________________________ (təşkilatın adı, tabeçiliyi və yerləşdiyi yer) ______________________________________________________________________________ şəxsində (vəzifəsi, soyadı, a.a.a.) ______________________________________________________ əsasən hərəkət edən və bundan sonra (sənədin adı) Bank adlanan: Bu Müqaviləni aşağıdakılara görə bağladıq: I. Müqavilənin mövzusu 1.1. Tərəflər __________________________________________________________________ tikintisinin (obyektin adı) Müqavilədə nəzərdə tutulan təminatını onun istismara verilməsi və Müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər. 1.2. ____________________________________________________________ öz gücü və vəsaiti hesabına (təşkilatın adı) |
_______________________________ gücünə malik |
____________________ |
____________________ |
(gücü) |
(son) |
(nəticə) |
o cümlədən, ayrı-ayrı mərhələlər (komplekslər) üzrə __________________________________________ (adı) tikintini yerinə yetirir, ___________________________________________________________________ (layihəni təsdiq edən layihə təşkilatının adı) ______________________________________________________________________________________ tərəfindən təsdiq edilmiş, _________________________________________________________________ (layihə) layihə-smeta sənədlərinə xxx xxxxx gələn son inşaat məhsulu xxxx ______________________________ kəmiyyət və keyfiyyətinin texniki xüsusiyyətlərini təmin edirlər. II. Müqavilə qiyməti 2.3. Müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri ____________________________ min. manat, o cümlədən: layihələşdirmə işləri üçün _______________________________ min.manat, inşaat işləri üçün _______________________ min.manat, işəsalma-sazlama işləri üçün _________________________ min. manat, ayrı-ayrı mərhələlər üzrə _______________________ min.manat, komplekslər üzrə min. manat. Razılaşdırılmış qiymət ________________________________________________ müqavilə qiymətidir. (sabit, açıq) III. İşlərin yerinə yetirilməsi müddətləri 3.4. Müqavilə üzrə işlərin başlama vaxtı ______________________________________ qurtarma vaxtı _______________________________________________________ Müqaviləyə əsasən, investisiya proseslərinin mərhələləri üzrə işlərin başlanma və qurtarması, avadanlıq, material və digər təchizatların alınma müddətləri müqaviləyə əlavə edilən qrafikdə göstərilir. IV. Tərəflərin hüquq və vəzifələri 4.5. Sifarişçi: tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə alır; tikintini su, qaz, buxar, istilik və elektrik enerjisi ilə təmin etmək üçün ____________________ gec olmayaraq icazə alır; maliyyələşdirmə hesabının açılmasına qədər, Podratçıya özünün ödəmə qabiliyyətini göstərən bank arayışı təqdim edir; xxxxxx müqaviləsi bağlanandan sonra maliyyələşdirməni 15 gündən gec olmayaraq açır və Müqavilə şərtlərinə görə müqavilə qiymətinin _________________ xxxxx miqdarında beh pulu, görülən işlərin, göstərilən xidmətlərin və göndərilmiş avadanlıq, konstruksiya və materialların haqqını razılaşdırılmış qiymətlə ödəyir; layihələşdirmə və mühəndis axtarış işləri üzrə normativ sənədlərə uyğun, layihə tapşırığını və ona əlavə olunmuş əsas məlumatları və materialları ________________ də layihə təşkilatına verir; (tarix) layihə alınan gündən sonrakı 45 təqvim günü ərzində layihəni nəzərdən keçirir və müvafiq təşkilatların razılıqlarından sonra, layihə üzrə öz rəylərini və layihənin təsdiqi tarixini layihə təşkilatına yazılı surətdə bildirir; layihə-smeta sənədlərini razılaşdırmaq üçün ____________________-də(da) (tarix) Podratçıya verir; Podratçının layihə-smeta sənədləri üzrə qeydlərinə 10 gün ərzində baxır və öz qərarını ona bildirir; _______________________-dən(xxx) gec olmayaraq, təsdiq olunmuş investisiya prosesinin qrafikdə nəzərdə tutulmuş müddətdə və layihələndirmə normativlərinin təyin etdiyi sənədlərin tərkibində yerinə yetirilməli xxxx bütün işin layihə-smeta və işçi sənədlərini Podratçıya verir; xxxxx xxxx hallarda, genişləndirilməli, yenidən qurulmalı, yeni texniki vasitələrlə təmin olunmalı fəaliyyət göstərən müəssisələrin, bina və qurğuların müayinə sənədlərini və tikintidən ötrü ayrılmış sahəni obyektin tikintisi üçün maneçilik törədən bütün əşyalardan təmizlənmiş halda aktla Podratçıya təhvil verir; tikinti üçün geodezi bölgü əsası yaradır və tikinti-quraşdırma işlərinin başlanmasından ən azı 10 gün qabaq texniki sənədlərin və tikinti sahəsində bərkidilmiş bu əsasın nişanlarını və nöqtələrini, onların naturada yoxlanması ilə birgə aktla Podratçıya verir; geodezi bölgü əsaslarının inşaat üzrə normativ sənədlərin tələblərinə uyğun gəlməsinə təminat verir; işləri görmək üçün müvafiq təşkilatların verdikləri icazə sənədlərini Podratçıya verir; Müqaviləyə əlavə olunan qrafikə uyğun, təchizatı Sifarişçinin üzərinə düşən material və avadanlıqları adbaad göstərməklə Podratçıya verir; zəruri hallarda Podratçı, Subpodratçı və işəsalma-sazlama təşkilatlarının işçilərini tikinti müddətində yerləşdirmək üçün icarə müqaviləsi üzrə yaşayış yerləri ilə təmin edir; tikinti meydançasında Podratçını telefon rabitəsi ilə təmin edir və ya bu məqsədlə çəkilmiş xərcləri ödəyir; tikinti meydançasında səhiyyə yardımı məntəqəsinin yaradılmasını təmin edir və ya bu məqsədlə çəkilən xərcləri ödəyir; şəhər nəqliyyatı əlaqəsi olmadıqla, Podratçı təşkilatların işçilərinin yaşayış yerindən inşaat meydançasına və geriyə tərəflərin razılaşdırdıqları qrafikə əsasən, avtobuslarda və xüsusi ayrılmış maşınlarda daşınmasını və ya belə xərclərin ödənməsini təmin edir. 4.6. Layihəçi: sifarişçinin verdiyi əsas məlumatlara və layihə tapşırığına uyğun mühəndis axtarış işləri aparır və layihə-smeta sənədlərini işləyib hazırlayaraq bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə Sifarişçiyə təqdim edir; layihə hazırlanan vaxtı rayon planlaşdırılması layihələri və sxemlərini, şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin baş planlarını, sənaye zonalarının planlaşdırılması layihələrini, qəbul edilmiş qanunların, layihələndirmə, tikinti və memarlıq üzrə normativ aktların tələblərini nəzərə alır; sifarişçinin və layihə təşkilatlarının (baş layihəçinin, subpodrat layihə və layihə-axtarış təşkilatlarının), İcra hakimiyyəti orqanlarının, xxxxxx təşkilatlarının (baş podratçının, subpodrat, xüsusiləşdirilmiş tikinti-quraşdırma təşkilatlarının), məhəlli və yerli dövlət nəzarət, hidrometeoroloji və geoloji xidmət orqanlarının və başqa xxxxxx xxxx təşkilatların iştirakı ilə torpaq, su, meşə qanunvericiliyinə və başqa normativ aktlara uyğun inşaat meydançasının (trassanın) seçilməsi üçün əsaslandırılmış hesablamaları və tövsiyələri verir; Sifarişçinin və xxxxxx təşkilatların layihə-smeta sənədlərilə əlaqədar qeydlərinə baxır və 30 gün müddətində bu qeydlərlə əlaqədar qərar qəbul edir; tikinti aparıldığı bütün dövr ərzində, obyekt layihə gücünə çatdırılana qədər və istismara qəbul dövrü müddətində obyektin tikintisinə, görülmüş işlərin layihə həllərinə uyğunluğuna, işlərin təsdiq edilmiş smeta dəyərinə, tikinti-quraşdırma və başqa növ avadanlıqların quraşdırılması işlərinin icrasının keyfiyyətinə və texnologiyasına, tikilən obyektin yerləşdiyi ərazidə yanğın və partlayış təhlükəsizliyinə müəlliflik nəzarətini həyata keçirir; müəlliflik nəzarətinə əsaslanıb, tikintinin gedişində Sifarişçiyə tikintinin dəyərinin aşağı salınmasına, keyfiyyətinin yaxşılaşdırılmasına, tikinti müddətinin qısaldılmasına, tikinti-quraşdırma işlərinin icrası texnologiyasının təkmilləşdirilməsinə aid təkliflər vermək ixtiyarına malikdir. tikintinin gedişatında onun təkmilləşdirilməsi haqqında Sifarişçinin və xxxxxx təşkilatlarının verdiyi təkliflərə baxır və 10 gün müddətində özünün qəbul etdiyi qərar haqqında onlara məlumat verir; əlavə haqq almadan razılaşdırılmış işlərin görülməsi qrafikinin yerinə yetirilməsini təmin edən müddətdə, Sifarişçinin qeydlərinə əsasən layihə sənədlərinə düzəlişlər edir. 4.7. Memarlıq layihəsi yaratmaq üçün bağlanmış müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, həmin layihə bir dəfədən artıq istifadə edilə bilməz. 4.8. Layihə axtarış işlərinin yerinə yetirilməsi haqqında Sifarişçi və Xxxxxxxxxxx imzaladıqları qəbul aktı, layihə-axtarış işlərinin ödənilməsi üçün əsasdır. 4.9. Bu müqavilənin 4.6. maddəsində göstərilən, layihə-smeta sənədlərinin verilməsi müddətinin pozulmasına görə, Layihəçi Sifarişçiyə hər gecikdirilən gün üçün ______________________________ məbləğində cərimə verir. 4.10. Podratçı: layihə-smeta sənədlərini sifarişçidən aldıqdan sonra 45 gün ərzində layihəni araşdırıb öz fikrini bildirməlidir. Əgər bu müddətdə Sifarişçiyə özünün irad və təkliflərini bildirməsə layihə-smeta sənədləri razılaşdırılmış hesab olunur; tikinti xxxxx və qaydalarını gözləməklə, layihə-smeta sənədlərinə xxx xxxxx gələn obyektin tikilməsini öz gücü və ______________________________________________________________ (sifarişçinin və ya özünün vəsaiti, bank krediti) hesabına Müqavilədə nəzərdə tutulan vaxtda yerinə yetirir, tikintisi qurtarmış obyekti istismara təhvil verir, onun tam layihə gücünə çıxmasını təmin edir; tikintini işçi sənədlərlə təmin edir; öhdəliklərə müvafiq olaraq, qrafik üzrə, müqavilə qiymətləri dəyərində, tikintiyə xxxxx xxxx materialları, avadanlıqları, konstruksiyaları, komplektləşdirici məmulatları və inşaat texnikasını inşaat meydançasına gətirir, öz gücü və vəsaiti hesabına onların qəbulunu, boşaldılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün onların buraxılmasını təşkil edir. Podratçı, obyekt istismara verilənə qədər, bu maddədə göstərilən əmlaka mülkiyyət hüququ və əmlakın təsadüfi məhv olması riski hüquqlarını saxlayır; inşaat meydançasına göndərilən və Sifarişçinin əmlakı xxxx inşaat materiallarının, maşınların, avadanlıqların boşaldılmasını, akt üzrə qəbulunu, saxlanılmasını, anbara yığılmasını və işlərin görülməsi üçün buraxılmasını yerinə yetirir; lazım gəldikdə işlərin yerinə yetirilməsi üçün istifadə olunan maşın, avadanlıq, uyğunlaşdırılmış alət və qurğuların təmirini, onlara texniki xidməti yerinə yetirir; işlərin icrası dövründə, inşaat meydançasında yanğına qarşı tədbirlərin, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təmin edir, inşaat meydançasında işıq qurğularını quraşdırır və meydançanı hasarlayır: Sifarişçi ilə razılaşdırılmış qaydada texniki və başqa vasitələrlə inşaat meydançasının mühafizəsini təmin edir; Müqavilə üzrə tikinti işlərinin yerinə yetirilməsi üçün inşaat meydançasında xxxxx xxxx müvəqqəti qurğu və kommunikasiyaların tikintisini yerinə yetirir; Tikintinin gedişi prosesində müntəzəm olaraq inşaat meydançasını inşaat tullantılarından təmizləyir və tikinti işləri tamamlandıqdan sonra isə son təmizləmə işlərini təmin edir; Bünövrələrin tikintisini, hidroizolyasiya və s. işləri müayinə üçün Sifarişçiyə təqdim edərək, onunla bu haqda akt tərtib edir; Gizli işlərin müayinə aktlarını və mühüm konstruksiyaların aralıq qəbul aktlarını işçi qəbul komissiyasına verir, işləmək üçün subpodratçılara şərait yaradır; Subpodrat təşkilatlarla və ya təchizatçılarla bağlanmış Müqavilələr haqqında Sifarişçiyə məlumat verir; Subpodrat təşkilatların gördüyü işləri, tamamlanmış inşaat obyektinin tərkibində təhvil vermək üçün hazırlayır, bu işlərin təhvilini subpodrat təşkilatların iştirakı ilə aparır və onların gördüyü işlərin dəyərini ödəyir. Obyektin bu Müqavilədə göstərilmiş istismara verilmə müddətinin pozulmasına görə Sifarişçiyə, hər gecikmə günü üçün ___________________ Cərimə (penya) ödəməlidir. Sifarişçinin Podratçı və Subpodratçının nümayəndələrinin iştirakı ilə tərtib etdikləri akta əsasən işlərdə və konstruksiyalarda müəyyən olunmuş qüsurların vaxtında aradan qaldırılmadığı təqdirdə Podratçı Sifarişçiyə və ya istismarçı təşkilata, qüsurları ləğv edənə qədər ötən hər gün üçün ________________________ məbləğində cərimə verməlidir. Görülmüş işlərin dəyərinin ödənilməsi və digər müqavilə öhdəlikləri Xxxxxxxxx tərəfindən vaxtlı-vaxtında yerinə yetirildiyi halda, obyekt Podratçının günahı üzündən Müqavilədə nəzərdə tutulmuş vaxtda istifadəyə verilməzsə, tikintinin başa çatdırılması Podratçının öz vəsaiti hesabına aparılır. 4.11. Subpodratçı: Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən tərkibdə, həcmdə və müddətdə subpodrat işlərini işçi çertyojlara uyğun yerinə yetirməyi öhdəsinə götürür; özünün quraşdırdığı avadanlığı fərdi sınaqdan keçirir; avadanlığın kompleks yoxlanılmasında, qurtarmış binanın, qurğunun, inşa obyektinin, buraxılışa hazırlanmış məhsulun və ya görülən xidmətin işçi komissiyaya təhvil verilməsində iştirak edir, obyektin Müqavilədə göstərilmiş vaxtda istismara verilməsini Podratçı və Sifarişçi ilə birgə təmin edir; avadanlıqların, materialların Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən həcmdə və müddətdə təchizatını təmin edir; Sifarişçi və ya Podratçı tərəfindən ona verilən avadanlıq və materialların qəbulunu və onların saxlanılmasını təmin edir; öz aldığı materialların boşaldılmasını, qəbulunu təmin edir; kabel barabanlarının vaxtında qaytarılmasına, onun ünvanına gəlmiş nəqliyyat vasitələrinin vaxtında boşaldılmasına görə Podratçı qarşısında məsuliyyət daşıyır, öz təqsiri üzündən baş vermiş nəqliyyat boşdayanmaları üçün ________________________ cərimə verir. Sifarişçi və Podratçının inşaat müddəti üçün ona istifadəyə verdikləri istehsalat, sanitar-məişət, yaşayış yerlərinin və başqa xidmətlərin haqqını ödəyir; tikintinin gedişi prosesində müntəzəm olaraq iş yerlərini artıq materiallardan, tullantılardan təmizləyir və tikinti işləri qurtardıqdan sonra isə son təmizləmə işlərini yerinə yetirir; subpodrat işlərin yerinə yetirilməsinin Müqavilədə göstərilən müddətinin gecikdirilməsinə görə, işlərin faktiki olaraq başa çatdırılması gününə qədər baş podratçıya, ötən hər gün üçün ___________________________ həcmdə cərimə verir. 4.12. Təchizatçı: bu Müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən müddətdə avadanlıqların, materialların, konstruksiya və məmulatların təchizatını təmin edir; göndərdiyi avadanlığın, materialların, konstruksiya və məmulatların layihə sənədlərindəki təsnifata, dövlət standartlarına, texniki şərtlərə, etalonlara, nümunələrə, həmçinin onların keyfiyyətini təsdiqləyən sertifikatlara, texniki pasportlara və başqa sənədlərə uyğun gəlməsinə təminat verir; avadanlıq, material, konstruksiya və məmulatların tam komplektləşdirilməməsi və ya aşağı keyfiyyətli olması aşkar edildikdə, Sifarişçinin tələbindən keçən 20 gün ərzində onları komplektləşdirir, keyfiyyətli məhsul və ya avadanlıqla əvəz edir; avadanlıq, material, konstruksiya və məmulatların təchizatını gecikdirdikdə və ya yarımçıq həyata keçirdikdə, Sifarişçiyə göndərmədiyi məhsul və ya avadanlığın qiymətinin 8,0 xxxxx qədər cərimə ödəyir; komplektləşdirilməmiş avadanlığın quraşdırmağa göndərilməsi üçün Sifarişçiyə, həmin avadanlığın qiymətinin 20 xxxxx qədər cərimə ödəyir; keyfiyyətinə görə standarta, texniki şərtlərə, pasportlara uyğun gəlməyən məhsulun (materialların, konstruksiyaların, məmulatların) göndərilməsi üçün Sifarişçiyə keyfiyyətsiz məhsulun qiymətinin 20 xxxxx məbləğində cərimə ödəyir; avadanlıqların və məhsulların standartlara və texniki şərtlərin tələblərinə cavab vermədiyi şəkildə — tarasız, qablaşdırılmamış və ya paketləşdirilməmiş (bağlanmamış) şəkildə göndərilməsi üçün Sifarişçiyə, belə şəkildə göndərilmiş məhsulların qiymətlərinin 5 xxxxx miqdarında cərimə ödəyir. 4.13. İşəsalma-sazlama təşkilatları: bu müqaviləyə əlavə olunmuş qrafikdə göstərilən vaxtda və tərkibdə işəsalma-sazlama işlərini yerinə yetirir; quraşdırma dövründə Sifarişçinin mütəxəssislərinə işəsalma-sazlama işlərinin yerinə yetirilməsini, texnoloji və ümumzavod avadanlıqlarının və mühəndis sistemlərinin boşuna iş sınağını keçirməyi öyrədir; Müqavilənin bağlanmasından __________ gün sonra, obyektin normal istismarı üçün xxxxx xxxx mütəxəssislərin ixtisası və sayı haqqında hesablamaları və tövsiyələri Sifarişçiyə verir. Müqavilədə göstərilmiş müddətdə obyektin tam layihə gücünə çatdırılmasını təmin edir; işəsalma-sazlama işlərinin qrafikdə göstərilmiş müddətlərinin pozulması üçün Sifarişçiyə, hər gecikdirilən gün üçün _________________ cərimə ödəyir; Sifarişçinin, Podratçının və Subpodratçının iştirakı ilə tərtib edilmiş aktda aşkarlanmış qüsurların aradan qaldırılması vaxtının gecikdirilməsi üçün Sifarişçiyə və ya istismarçı təşkilata hər gecikdirilmiş gün üçün ___________________ cərimə ödəyir. 4.14. İcra hakimiyyəti orqanı: Tikinti üçün torpaq sahəsi ayrılması haqqında qərarı 10 gün müddətinə Sifarişçiyə verir; Torpaq sahəsinin ayrılması haqqındakı qərarın dəyişdirilməsi ilə bağlı Müqavilədə iştirak edən tərəflərə vurulan ziyanı ödəyir. 4.15. Bank: Sifarişçinin tapşırığı ilə kapital qoyuluşunun maliyyələşdirilməsini həyata keçirir; lazım gəldikdə, Müqavilə üzrə tərəflərdən birinin xahişi ilə tikintinin yerinə yetirilməsi ilə əlaqədar onun müvəqqəti ehtiyacı üçün kredit verir; Müqavilə üzrə tərəflərin gördükləri işə, verilən material və avadanlıqlara göstərilən xidmətlərə görə hesablaşma əməliyyatlarını yerinə yetirir; 4.16. Tərəflər arasında yaranan mübahisəli məsələlər, «Əsaslı tikintidə xxxxxx müqavilələri haqqında Qaydalar»a və bu Müqavilədə göstərilmiş müddəalara, habelə qanunvericilik aktlarına əsasən həll edilir. Xüsusi şərtlər: __________________________________________________________________________ ______________________________________________________________________________________ ______________________________________________________________________________________ 4.17. Bu Müqavilədəki şərtlər yalnız bütün tərəflərin razılığı ilə dəyişdirilə bilər. Müqavilə imzalandığı andan qüvvəyə minir. Müqavilə ________________________ nüsxədə tərtib olunmuşdur. Tərəflərin ünvanı: |
__________________________________________ (adı, atasının adı, soyadı) __________________________________________ __________________________________________ __________________________________________ __________________________________________ |
__________________________________________ (təşkilat və vəzifəsi) __________________________________________ __________________________________________ __________________________________________ __________________________________________ |
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 14 oktyabr 1998-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 623)
2. 29 oktyabr 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 74)
3. 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №11, maddə 675)
4. 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)
5. 16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 702)
6. 16 iyul 2010-cu il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 702)