Xidmət göstərilməsi haqqında müqavilə №
Xidmət göstərilməsi haqqında müqavilə №
Bakı ş. "__" __________ 20 cı il
Bir tərəfdən öz Əsasnaməsi əsasında fəaliyyət göstərən “Gate Baku” MMC-nin direktoru ___________________ şəxsində bir tərəfdən (bundan sonra "Təmsilçi" adlanacaq), digər tərəfdən “ ___________ “ onun direktoru ________________ (bundan sonra "Sifarişçi" adlanacaq) aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar.
Müqavilənin predmeti
“Təmsilçi” tərəfindən, “Sifarişçi”nin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı “Qiymətlərin razılaşdırılması protokolu”nda sadalanan xidmətlərin göstərilməsi.
Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi xxxx “Qiymətlərin razılaşdırılması protokolu”nda müəyyən edilmişdir (əlavə olunur).
Tərəflərin öhdəlikləri
2.1“Sifarişçi”:
malın mülkiyyətçisinin gömrük prosedurları altında yerləşdirilməli xxxx malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini və gömrük əməliyyatlarını həyata keçirmək məqsədilə “Təmsilçi”ni tələb olunan bütün zəruri müşaiyət sənədləri ilə təmin edir;
qanunvericilikdə nəzərdə tutulan elektron gömrük xidmətlərindən istifadə etməklə elektron gömrük bəyannamələrini doldurmaq, elektron imza ilə təsdiq etmək və onun adından elektron sənədi gömrük orqanlarına göndərmək hüququnu “Təmsilçi”yə həvalə edir;
müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən göstərilən xidmətlərin dəyərini vaxtında ödəməyi öz öhdəsinə götürür.
2.2“Təmsilçi”
gömrük orqanlarında “Sifarişçi”ni təmsil edir;
gömrük rəsmiləşdirilməsi zamanı yarana biləcək hər hansı bir xxxx çıxan məsələ haqqında “Sifarişçi”ni vaxtında məlumatlandırır;
müqaviləyə əlavə olunmuş “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən göstərilən xidmətlərin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür.
Tərəflərin məsuliyyəti
3.1. “Sifarişçi” “Təmsilçi”yə təqdim etdiyi sənədlərin və xxxx xxxx məlumatların düzğünlüyünə görə məsuliyyət daşıyır.
3.2. “Təmsilçi” “Sifarişçi”yə ona təqdim olunmuş sənədlər əsasında gömrük bəyyanməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır.
3.3. Müqavilənin şərtləri pozulduğu halda, yarana biləcək mübahisəli məsələlər danışıqlar yolu ilə, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında həll olunur.
3.4. Müqavilədə, eləcə də onun əlavəsində hər hansı bir dəyişiklik 10 gün ərzində hər iki tərəfin razılığı ilə həyata keçirilir və hər iki tərəfin imzası ilə təsdiq olunur.
Ödəniş qaydaları.
4.1. Ödənişlər müvafiq hesab faktura, electron qaimə və xidmət göstərilməsi haqqında AKT təqdim edildikdən və imzalandıqdan sonra Təmsilçinin hesablaşma hesabına nağd şəkildə və ya bank köçürməsi qaydasında AZN-lə həyata keçiriləcəkdir.
5. Müqavilədə nəzərdə tutulmayan hallar
5.1. Tərəflərdən hər biri hazırkı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tərəflərin iradəsindən asılı olmayaraq, hazırkı Müqavilə imzalandıqdan sonra fövqəladə və fors-major hallar ilə əlaqədar yerinə yetirmədikdə digər tərəfin qarşısında məsuliyyət daşımır.
5.2. Öz öhdəliklərini həyata keçirməyən tərəf maneə və müqavilənin öhdəliklərinin həyata keçirilməsinə təsiri barədə digər tərəfə bildiriş verməlidir.
6. Digər şərtlər
6.1. Bu Müqavilə tərəflərin hərəsində bir nüsxə olmaqla eyni hüquqa malik iki nüsxədən ibarət tərtib olunmuşdur.
6.2. Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 5 (beş) il müddətində qüvvədədir.
7. Tərəflərin rekvizitləri və imzaları
"Sifarişçi"
|
"Təmsilçi" |
VÖEN: H/h: Bankın adı Bankın VÖENİ: M/h: Kod: SWIFT:
Direktor ______________
M.Y |
VÖEN: H/h: Bankın adı Bankın VÖENİ: M/h: Kod:
Direktor _______________
M.Y |