İSTİLİKXANA SIĞORTASININ ÜMUMİ QAYDALARI
İSTİLİKXANA SIĞORTASININ ÜMUMİ QAYDALARI
İstilikxana sığortasının ümumi Qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və İstilikxana sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
SIĞORTANIN ƏHATƏ DAİRƏSİ 1.SIĞORTANIN ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə, dolu düşməsi nəticəsində istilikxanalara və istilikxanalarda yetişdirilən məhsullara dəyən ziyan və zərərlərə qarşı, sığorta məbləği daxilində aşağıdakı təminatlar verilir.
2.SIĞORTA MƏBLƏĞİNİN ƏHATƏ DAİRƏSİ.
Sığorta məbləği, aşağıda göstərilənlərin ümumi dəyərindən ibarətdir:
a) İstilikxanaların, örtük və digər quraşdırma materiallarının dəyəri, eləcə də montac xərcləri daxil olmaqla ümumi dəyəri,
b) İstilikxana konstruksiyasının, hazırlanması və montacı üçün ödənilən haqqlar da daxil olmaqla ümumi dəyəri,
v) Qızdırıcı, hava tənzimləyici, suvarma qurğuları və istilikxanaların digər bu kimi əsas cihaz və avadanlıqlarının dəyəri,
q) İstilikxanalarda becərilən bitkilərin məhsullarının yetişdikləri zaman nəzərdə tutulan təxmini dəyərləri. Əgər sığorta müddəti ərzində bir neçə dəfə məhsul götürülürsə, həmin məhsulların nəzərdə tutulan dəyərlərinin cəmi.
3.ƏLAVƏ MÜQAVİLƏ BAĞLAMAQLA TƏMİNATA DAXİL EDİLƏN HALLAR
3.1. Aşağıdakı hadisələr nəticəsində dəyən zərərlərə, yalnız əlavə müqavilə bağlamaqla bu ümumi qaydalar daxilində təminat verilə bilər:
1. Tətil, lokaut, qarışıqlıq və xalq hərəkatları,
2. Pis niyyətli hərəkətlər,
3. Terror,
4. Yanğın, ildırım, partlayış,
5. Fırtına,
6. Zəlzələ və vulkan.
7. Qar ağırlığı,
8. Şaxta,
9. Sel və su basması,
10. İstilikxananın daxilində baş verən su basması, 11.Torpaq sürüşməsi,
12. Xxxxx,
13. Nəqliyyat vasitələrinin çırpılması,
a) Quru yolları nəqliyyat vasitələri,
b) Su yolları nəqliyyat vasitələri,
v) Hava yolları nəqliyyat vasitələri.
3.2. Aşağıda göstərilən zərərlər, müqavilədə təminat verilən hadisələrlə əlaqədar olsa belə sığorta təminatının əhatə dairəsinə daxil deyildir. Bu cür itgilərə, yalnız əlavə müqavilə bağlanması şərtilə təminat verilə bilər:
1. Təminat verilən hadisənin səbəb olduğu keyfiyyət itgisi,
2. Fəaliyyətin dayanması və ya zəifləməsinin səbəb olduğu gəlir itgisi,
3. Dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər.
4.TƏMİNAT VERİLMƏYƏN HALLAR
Aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlərə təminat verilmir:
1. İstilikxanaların düzgün layihələşdirilməməsi və ya layihənin düzgün tətbiq edilməməsi nəticəsində əmələ gələn zərərlər,
2. İstilikxanalar qurulduğu zaman keyfiyyətsiz materialdan istifadə edilməsi və ya işin keyfiyyətsiz icrası nəticəsində əmələ gələn zərərlər,
3. Müharibə, hər cür hərbi hərəkatlar, istila, xarici düşmən basqınları, döyüş (müharibə elan edilib edilməməsindən asılı olmayaraq), daxili münaqişə, ixtişaş, üsyan, qiyam və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu hər cür zərər və itkilər,
4. Hər hansı bir nüvə enercisindən, nüvə enercisinin yanması nəticəsində yaranan nüvə tullantılarından və ya bunlarla bağlı səbəblərdən yaranan radiasiya və radioaktiv çirklənmələrin və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu hər cür zərər və itkilər,. (bu bənddə göstərilən yanma sözü öz-özünü hərəkətə gətirən hər-hansı bir nüvə parçalanması hadisəsinə də şamil edilir),
5. Səlahiyyətli orqanların sığortalı məhsul və ərazidən istifadə etməsinin səbəb olduğu zərər və itkilər,
6. Sığortalının özünün və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslərin qəsdi və ya kobud səhvi nəticəsində dəyən zərərlər.
5.AZADOLMALAR
Müəyyən olunmuş bir məbləğdə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərlərin və yaxud dəymiş zərərin müəyyən bir hissəsinin sığortaçı tərəfindən ödənilməyəcəyi razılaşdırıla bilinər.
Bu formada müəyyənləşdirilən azadolma xxxxx və ya məbləği sığorta şəhadətnaməsində göstərilir.
6.SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ SONA ÇATMASI
6.1. Sığorta təminatı, hər bir bitki üçün, həmin bitkinin şitil və ya calaqlarının istilikxanalarda əkilməsi dövründən başlayır və məhsulun toplanmasıyla xxxx xxxxx, digər bütün hallarda isə, başqa bir şərt nəzərdə tutulmayıbsa, şəhadətnamədə başlama və sona çatma vaxtları kimi göstərilən tarixlərdə, saat 2400-də başlayır və gecə saat 2400-də xxxx xxxxx.
ZƏRƏR VƏ ÖDƏNİŞ
7. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
7.1. Sığortalının vəzifələri:
7.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
7.1.2. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
7.1.3. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını baş vermiş hadisə haqqında məlumatlandırmaq;
7.1.4. Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
7.1.5. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
7.2. Sığortalının hüquqları:
7.2.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığorta müqaviləsinə xitam vermək;
7.2.2. Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) almaq;
7.2.3. Sığorta hadisəsinin qarşısı alınması və dəyə biləcək zərərin azalması üçün zəruri xxxx məlumat və məsləhətləri Sığortaçıdan almaq;
7.3. Sığortaçının vəzifələri:
7.3.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
7.3.2. Sığortalıdan hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin səbəblərini, xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya ödəniləcək məbləği müəyyən etmək, və nəticədə hadisəni sığorta hadisəsi kimi tanıdıqda və ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək;
7.3.3. Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar olduqda bu barədə Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək;
7.3.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı və onun maddi durumu haqqında məlumatı yaymamaq;
7.3.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin yeni nüsxəsini (dublikatını) təqdim etmək;
7.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
7.4. Sığortaçının hüquqları:
7.4.1. Sığorta hadisəsinin səbəbini, xarakterini, baş verməsi faktını və şəraitini və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumat və sənədlərin təqdim olunmasını Sığortalıdan və səlahiyyətli orqanlardan tələb etmək; sığorta hadisəsinin baş verməsi şəraitini və səbəblərini müstəqil surətdə araşdırmaq; dəymiş zərərin səbəbini və miqdarını, irəli sürülmüş iddiaların əsaslı olub-olmamasını və hadisənin sığorta hadisəsi olub- olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək və ya keçirilməsini tələb etmək;
7.4.2. Sığortalı tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatın Sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
7.4.3. Sığortalı sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə (lazımınca yerinə yetirmədikdə) sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Xxxxxxxxxx 424-cü maddəsinə əsasən ləğv etmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;
7.4.4. Azərbaycan Respublikasının qanunvericiliyində və sığorta müqaviləsində göstərilmiş əsaslara müvafiq sığorta ödənişinin verilməsindən imtina etmək.
Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
8.SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Hadisə baş verdiyi zaman sığortalı aşağıda göstərilənləri yerinə yetirməlidir:
8.1. Hadisənin baş verdiyi məlum xxxx tarixdən etibarən ən geci beş iş günü ərzində sığorta şirkətinə məlumat verməli,
8.2. Hadisə baş verməsindən ekspert yoxlaması aparılacağı vaxta qədər keçən müddət ərzində zərər çəkmiş bitkinin normal inkişaf etməsi üçün lazımi tədbirlər görməli və sığortaçı tərəfindən bu məqsədlə verilən təlimata imkan daxilində maksimum əməl etməli,
8.3. Ekspert yoxlaması keçirilinə qədər, məcburi hallar istisna olmaqla, zərər çəkmiş bitki və ya istilikxanayla əlaqədar, zərərin miqdarını müəyyənləşdirməyi çətinləşdirə və ya onun miqdarını artıra biləcək heç bir dəyişiklik etməməli,
8.4. Hadisə baş verdiyi zaman istilikxanada xxxx və daha xxx zərər çəkmiş bir məhsulun yerinə mövsümə uyğun olaraq yeni bir məhsul əkmək istəyərsə, istilikxananın təmizlənərək təkrar əkin və ya calaq işlərinin aparılmasına razılıq almaq üçün şirkətə müraciət etməli,
8.5. Hadisənin baş vermə səbəblərini, zərərin miqdarını və dəlilləri müəyyənləşdirmək, eləcə də zərərin, təqsirkar-üçüncü şəxslər tərəfindən ödənilməsi hüququndan istifadə ediləməsi üçün xxxxx xxxx məlumat və sənədləri, sığortaçının tələbinə əsasən gecikdirmədən təqdim etməli,
8.6. Ödənişin məbləği və zərərin təqsirkar-üçüncü şəxsələr tərəfindən ödənilməsi hüququndan istifadə etmə imkanlarının müəyyən edilməsi üçün sığortaçının və ya onun səlahiyyətli nümayəndələrinin sığorta hadisəsinin baş verdiyi yer, sığortalı məhsul və bunlarla əlaqədar sənədlər üzərində araşdırma və yoxlamalar aparmalarına icazə verməlidir.
9.HADİSƏ BAŞ VERDİYİ ZAMAN SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. Hadisə baş verdiyi zaman sığortaçı və ya onun səlahiyyətli nümayəndələri, sığorta olunan bitkiləri və ya əmlakı mühafizə etmək və zərərin miqdarını azaltmaq məqsədilə lazımi və müvafiq formalarda zərər çəkmiş istilikxanaya daxil ola bilərlər. Sığortaçının bu cür hərəkət etməsi onun öz üzərinə hansısa bir ödəniş öhdəliyi götürməsi və müqavilə hüquqlarının hansısa birindən imtina etməsi xxxx xxxx düşülməməlidir.
9.1. Sığortaçı, zərərin miqdarıyla əlaqədar sənədlər ona verildikdən sonra lazımi araşdırmaları maksimum bir ay ərzində başa çatdıraraq zərər və ödənişin miqdarını müəyyənləşdirib sığortalıya bildirməlidir.
10.MÜHAFİZƏ TƏDBİRLƏRİ VƏ XİLAS ETMƏ
10.1. Sığorta hadisəsi baş verdiyi zaman, sığortalı zərərin qarşısını almaq, miqdarını azaltmaq və ya təsir gücünü zəiflətmək üçün lazımi tədbirlər görməlidir.
10.1. Görülən bu təcili tədbirlər və sığortaçının həyata keçirilməsini tələb etdiyi tədbirlərlə əlaqədar çəkilən xərclər sığortaçı tərəfindən ödənilir.
10.2. Sığorta müqaviləsi, əmlakın dəyərindən az məbləğdə bağlandığı hallarda, sığortaçı həmin xərcləri, müqavilədə başqa şərt nəzərdə tutulmayıbsa, sığorta olunmuş əmlakın sığorta məbləği ilə hadisə baş verən tarixdəki həqiqi dəyəri arasındakı nisbətə uyğun olaraq ödəyir.
11.ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Sığorta olunmuş bitki və istilikxanalara dəyə biləcək zərərin miqdarı tərəflər arasında imzalanacaq müqavilə ilə müəyyən edilir.
Tərəflər zərərin miqdarıyla əlaqədar razılığa gələ bilmədikdə, zərərin miqdarının müəyyən edilməsi üçün ekspertə müraciət edilməsi haqqında qərar qəbul edir və bunu protokolla rəsmiləşdirirlər. Bu zaman, zərərin miqdarı aşağıdakı prinsiplər əsasında müəyyən edilir və sığortaçıdan ödəniş tələb edildikdə, ekspertin zərərin miqdarıyla əlaqədar rəyi, ödənişin müəyyən edilməsi üçün əsas götürülür. Tərəflər, məsələnin həlli üçün müştərək bir ekspert təyin etmişlərsə həmin ekspert təyin olunduğu vaxtdan, digər hallarda isə üçüncü ekspertin seçildiyi tarixdən etibarən maksimum üç ay ərzində və bütün hallarda xxxxxx baş verməsindən sonra altı ay ərzində ekspert rəyi elan edilməzsə, tərəflər zərərin miqdarını hər cür dəlillə sübut edə bilərlər.
Tərəflər, mübahisənin həll edilməsi üçün ekperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda tərəflərdən hər biri ayrılıqda öz ekspertini təyin edir və bunu notarius vasitəsilə digər tərəfə bildirir. Tərəflərin ekspertləri tətqiqata başlamamışdan əvvəl, seçildikləri tarixdən 7 gün ərzində
üçüncü bir bitərəf ekspert seçir və bunu protokolla rəsmiləşdirilər. Bitərəf ekspertin yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər haqqında digər ekspertlər ilə birlikdə ümumi bir raport halında qərar qəbul etmək səlahiyyəti vardır. Ekspertlərin qərarları tərəflərə eyni vaxtda bildirilir. Tərəflərdən biri digər tərəfin məlumatından sonra 15 gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin ekspertləri üçüncü bitərəf ekspertin seçilməsi haqqında 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəfli ekspert və ya üçüncü bitərəf ekspert tərəflərdən birinin tələbi ilə hadisə baş verən ərazidə iqtisadi mübahisələri həll etmək səlahiyyətinə xxxxx xxxx məhkəmə tərəfindən mütəxəssislərdən seçilir.
Ekspertlərdən, iş bacarıqlarının lazımi səviyyədə olmamasına görə, onların kimliyinin öyrənilməsindən sonra yeddi gün ərzində imtina oluna bilinər. Vaxtında istifadə edilməyən imtina hüququ etibarsız sayılır.
Ekspert vəfat edərsə, istefa verərsə və ya rədd edilərsə, onun yerinə eyni qaydada yeni ekspert seçilir və işi yarımçıq qaldığı yerdən davam etdirir.
Sığortalının vəfat etməsi, seçdiyi ekspertin səlahiyyətlərinə xitam verilməsinə səbəb ola bilməz. Ekspertlər, zərərin miqdarının müəyyən edilməsi, sığortalanmış bitkilərin hadisə baş verdiyi andakı dəyərinin hesablanması üçün lazım olacaq qeydiyyat və sənədləri tələb edə və hadisə yerində tədqiqatlar apara bilərlər.
Ekspertlərin və ya üçüncü ekspertin verəcəyi qərarlar qətidir və tərəflər bu qərara əməl etməlidir. Ekspertin qərarlarına yalnız, qərarın real vəziyyətdən açıq - aşkar fərqləndiyi hallarda və bu qərarın elan edildiyi tarixdən etibarən yeddi gün ərzində hadisənin baş verdiyi ərazidəki iqtisadi mübahisələri həll etmək səlahiyyətinə xxxxx xxxx məhkəmə vasitəsilə etiraz oluna bilər.
Tərəflərdən hər biri öz ekspertinin haqq və xərclərini ödəyir. Üçüncü ekspertin və ya müştərək ekspertin haqq və xərclərini tərəflər bərabər şəkildə ödəyirlər.
Zərər məbləğinin müəyyən edilməsi, bu müqavilədə və qanunvericilikdə göstərilən hökm və şərtlərə, eləcə də onların tətbiq edilməsinə heç bir təsir göstərmir.
12.ÖDƏNİŞİN HESABLANMASI
12.1. Sığorta ödənişi hesablandığı zaman, sığortalı əmlakın hadisə baş verdiyi tarixdəki satış dəyəri əsas götürülür. Sığorta ödəniş dəyəri aşağıdakı qaydalara uyğun olaraq hesablanır:
12.1.1 Zərər və itkinin ümumi məbləğindən, əgər varsa, əvvəlcə sovtac çıxılır.
12.1.2 İstilikxananın şüşələri, konstruksiya, istilik, hava və su sistemi kimi istilikxananın əsas ünsürü hesab edilən cihaz və qurğular üçün şəhadətnamədə göstərilən sığorta dəyəri; məhsul üçün isə məhsulun bir ədədinin və ya kiloqramının qiyməti əsəs götürülür. Xxxxx bu xxxxx şüşənin dəyəri, onun sığortalanma dövründə mövcud xxxx satış qiymətindən, məhsulun qiyməti isə onun zərər tarixindəki yerli topdan satış qiymətindən xxx olmamalıdır.
12.1.3. Şüşə qırıqlarının bitki xxxx ərazidən təmizlənməsi ilə əlaqədar çəkilən xərclərə görə ödəniləcək məbləğ, başqa şərt nəzərdə tutulmayıbsa məhsul, şüşə və konstruksiyanın ümumi sığorta dəyərinin 10 %-i həcmində ola bilər.
12.1.4. Qismən dəyən zərərlərə görə veriləcək ödənişlərin məbləği, tam məhv xxxx xxxxxx ödəniləcək ödəniş məbləğindən xxx xxx bilməz.
13.RAZILAŞDIRILMIŞ DƏYƏR
Sığorta müqaviləsi imzalandığı zaman və ya sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində, sığorta olunan qurğu, avadanlıq və sistemlərin dəyəri sığortalı və sığortaçının birlikdə seçdikləri ekspertlər tərəfindən müyyən olunduğu və tərəflərin onu qəbul etdiyi hallarda, hadisə baş verdiyi və ödəniş hesablandığı zaman qəbul edilmiş həmin dəyər əsas götürülür və tərəflərdən heç birinin buna etiraz etmək hüququ yoxdur.
Ekspert xərclərini, razılaşdırılmış dəyərin tətbiq olunmasını tələb edən tərəf ödəyir.
14.ÖDƏNİŞİN VERİLMƏSİ
Sığortaçının cavabdehliyi; sığortalı malların hamısı üçün ümumi sığorta dəyəri müəyyən edilibsə bu dəyər, sığortalı mallar, xüsusiyyətlərinə görə maddə və növlərə bölünübsə, bu maddə və növlərlə
əlaqədar dəyərlərlə məhdudlaşır. Məhsul bir neçə sığorta şirkətində sığorta olunduğu hallarda, ödənişin məbləği hesablandıqdan sonra, sığortaçı öz payına düşən xxxxx ödəyir.
15.ÖDƏNİŞ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA TAMAMİLƏ RƏDD EDİLMƏSİ
Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bu, zərərin miqdarının artmasına səbəb olarsa, xxxxx həmin məbləğ, hesablanacaq ümumi ödəniş məbləğindən çıxılmalıdır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya zərərin miqdarını qəsdən artırmağa çalışarsa, bu müqavilədə müəyyən edilmiş hüquqlarından məhrum olur.
Bu maddədə göstərilən halların mövcudluğu sığortaçı tərəfindən sübut edilməlidir.
16.ZƏRƏR VƏ ÖDƏNİŞİN BAŞA ÇATMASI
16.1. Sığortaçı, hesablanmış ödəniş məbləğini maksimum bir ay ərzində ödəməlidir.
16.2. Sığortalının zərər vurulmasında təqsirkar şəxsə qarşı xxxx iddia hüququ ödənilmiş sığorta ödənişi məbləği müqabilində sığortaçıya keçir. Sığortalı, sığortaçının irəli sürəcəyi iddialarla əlaqədar lazımi məlumat və sənədləri mümkün xxxx ən qısa müddət ərzində təqdim etməlidir.
16.3. Sığorta hadisəsi nəticəsində tam məhv olma baş verdiyi hallarda sığorta müqaviləsi sona çatmış olur. Qismən zədələnmə baş verdiyi hallarda isə, sığorta dəyəri, hadisənin baş verdiyi tarixdən etibarən verilmiş ödənişin məbləği həcmində azaldılır.
Sığorta məbləğinin maddə və ya növlərə ayrılmış olduğu hallarda da eyni qayda tətbiq edilir.
Sığorta məbləğinin azaldıldığı hallarda, bu məbləğ, sığortalının istəyinə əsasən və həmin tarixdən etibarən gün hesabına görə hesablanacaq əlavə sığorta haqqı ödənməsi şərtiylə əvvəlki məbləğə qədər artırıla bilər.
16.4. Qismən zədələnmə baş verdiyi zaman tərəflərin müqaviləni ləğv etmək hüququ vardır. Sığortaçı, ləğv etmə hüququndan yalnız ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, gün hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
17. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
17.1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
17.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
17.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 16.1-ci və 16.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
DİGƏR MÜDDƏALAR
18.SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ, SIĞORTAÇININ MƏSULİYYƏTİNİN BAŞLANMASI VƏ SIĞORTALININ CƏRİMƏLƏNMƏSİ
Sığorta haqqı tamamilə, hissə-hissə ödəniləcəyi hallarda isə, xxxxx xxxx müqavilə bağlandığı və sığorta şəhadətnaməsi təqdim edildiyi zaman ödənilir. Başqa cür razılaşdırılmadığı hallarda, sığorta haqqı və ya xxxxx xxxx ödənməzsə, sığorta şəhadətnaməsi təqdim edilmiş olsa da sığortaçının məsuliyyəti başlamır və bu şərt sığorta şəhadətnaməsinin üst tərəfinə yazılır. Sığortalı, sığorta haqqını və ya sığorta haqqının hissə-hissə ödənməsi qərara alındığı hallarda xxxxx xxxxx şəhadətnamə təqdim edildiyi günün axırına qədər edməzsə, bu onun cərimələnməsi kimi qiymətləndirilir və sığorta haqqı borcu həmin tarixdən etibarən 30 gün ərzində ödənməzsə sığorta müqaviləsi öz-özlüyündə etibarsız hesab edilir. Sığorta haqqının ödənməməsinə baxmayaraq şəhadətnamənin təqdim edilməsi ilə sığortaçının cavbdehliyinin başlayacağı qərara alınmış olduğu hallarda, bu cavabdehlik həmin 30 günlük müddətin ilk 15 günü ərzində davam edir.
Sığorta haqqının hissə-hissə ödənəcəyi qərara alınmış olduğu hallarda, haqqların ödənmə vaxtları, məbləği və ödəmələr vaxtında həyata keçirilməzə görüləcək tədbirlər şəhadətnamənin üstünə yazılır və ya şəhadətnamə ilə birlikdə yazılı şəkildə sığortalıya bildirilir. Sığortalı, sığorta haqqı hissələrindən birini şəhadətnamədə göstərilən və ya yazılı şəkildə ona bildirilən vaxt ərzində ödəməzsə, bu, onun cəriməyə düşməsi kimi qiymətləndirilir. Sığortalı sığorta haqqını göstərilən tarixdən etibarən 15 gün ərzində ödəməzsə sığorta təminatı dayandırılır. Ödənilməmiş sığorta haqqı, sığorta hadisəsinin baş verməməsi şərtiylə, təminatın dayandırıldığı müddət ərzində ödənərsə, təminat dayandırıldığı andan davam etdirilir. Sığorta haqqı borcu, sığorta təminatının dayandırıldığı tarixdən etibarən 15 gün ərzində ödənməzsə, sığorta müqaviləsi heç bir xəbərdarlıq edilmədən öz-özlüyündən etibarsız sayılır.
Şəhadətnamənin üst tərəfinə yazılması şərtilə, hadisə baş verdiyi zaman hələ ödənmə vaxtı çatmamış sığorta haqqlarının, sığortaçı tərəfindən verilməli xxxx ödənişdən xxx olmayan hissəsi bir dəfəyə ödənilir.
Sığorta müqaviləsinin bu maddəyə əsasən etibarsız sayıldığı hallarda, sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sığorta haqqı gün hesabı prinsipilə hesablanaraq tutulur, artıq qalan məbləğ isə sığortalıya qaytarılır.
19.MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ ÖHDƏLİYİ
19.1. Sığortaçı, bu sığorta müqaviləsini sığortalının təklifnamə, təklifnaməsi yoxdursa sığorta şəhadətnaməsi və ya əlavələrində göstərilmiş məlumatına əsasən bağlamışdır. Təklifnamədə aşağıdakı məlumatlar mütləq göstərilməlidir:
1.Sığortalının adı və familiyası. 2.Sığortalının hüquqi statusu.
3. Sığortalının ünvanı.
4.Sığorta olunacaq istilikxanaların yerləşdiyi ərazi (bölgə, royon, kənd) və ölçüləri. 5.İstilkxanalardakı şüşələrin ölçüləri, ümumi sayı və dəyəri.
6.Konstruksiya dəyəri.
7.İstilikxanalarda mövcud xxxx və ya sığorta müddəti ərzində əkiləcək bitgilərin növü, əkiləcəyi və ya şitil ediləcəyi tarix, şitillərin sayı.
8.İstilikxanalarda mövcud xxxx və ya sığorta müddəti ərzində əkiləcək məhsulların tamamilə toplanacağı tarix, nəzərdə tutulan məhsulların təxmini miqdarı və dəyəri.
9.İstilikxana və ya məhsulun başqa sığorta şirkətində də sığorta olunub olunmadığı.
19.2. Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması, sığortaçının sığorta müqaviləsini imzalamaması və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olduğu hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaxta aid sığorta haqqı fərqini tələb edə bilər. Sığortalı səkkiz gün ərzində, sığorta haqqı fərqi kimi tələb olunan məbləği qəbul etmədiyini bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
19.3. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda hadisə, sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində və yaxud bu təklifin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində baş verdikdə, sığorta ödənişi sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir.
19.4. Ləğv etmə və sığorta haqqı fərqini tələb etmək hüququ vaxtında istifadə olunmadıqda etibarsız sayılır.
20.SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ XƏBƏRDARLIQ ETMƏ MƏSULİYYƏTİ VƏ NƏTİCƏLƏRİ
20.1. Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlak və ya məhsulların təklifnamədə, təklifnamə yoxdursa, sığorta şəhadətnaməsi və əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı maksimum səkkiz gün ərzində bu dəyişiklik haqqında sığortaçıya məlumat verməlidir.
Vəziyyətin sığortaçı tərəfindən öyrənilməsindən sonra:
1. Bu dəyişiklik sığortaçının müqaviləni pozmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə; sığortaçı, səkkiz gün ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər. Sığortalı, səkkiz gün ərzində sığorta haqqı fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunur.
Ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı gün əsasıyla hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
Vaxtında istifadə olunmayan ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
Sığorta olunmuş məhsulların təklifnamədə, təklifnamə yoxdursa, sığorta şəhadətnaməsi və əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənən sığortaçı sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirən hansısa bir hərəkət edərsə, ləğv etmə və ya sığorta fərqini tələb etmə hüququ ləğv olunur.
2 Dəyişiklik hadisənin baş vermə ehtimalının azalmasına kömək edərsə və daha az sığorta haqqı alınmasını tələb edərsə;
Sığortaçı, bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı əsas götürülməklə hesablayır və artıq qalanını sığortalıya qaytarır.
20.2. Bu dəyişiklik sığortaçının müqaviləni pozmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb etdiyi hallarda;
a) sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl,
b) sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində,
v) ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində,
hadisə baş verdikdə, sığorta ödənişi, sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir.
21.MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində, sığortalanmış istilikxana və ya məhsulun mülkiyyət sahibi dəyişərsə, sığorta müqaviləsi yenə də öz hüquqi qüvvəsində qalır və sığortalının müqavilə ilə əlaqədar hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Dəyişiklik zamanı, sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibi vəziyyəti 15 gün ərzində sığortaçıya bildirməlidirlər.
Sığortaçı dəyişikliyi, yeni mülkiyyət sahibi isə sığortanın mövcudluğunu öyrəndikləri tarixdən etibarən səkkiz gün ərzində müqaviləni ləğv edə bilərlər.
Vaxtında istifadə edilməyən ləğv etmə hüququ və qüvvəsini itirmiş hesab olunur.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabı ilə hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
Sığortalı yer və məhsulların sahibinin dəyişməsi zamanı ödənməli xxxx sığorta haqqı borclarına görə, sığortalı və ləğv etmə hüququndan istifadə etməyən yeni mülkiyyət sahibi birlikdə məsuliyyət daşıyırlar. Sığortalı vəfat edərsə, müqavilə ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir.
22.SIĞORTA OLUNMUŞ İSTİLİKXANALARIN YERİ VƏ ONUN DƏYİŞDİRİLMƏSİ
Sığorta təminatı, yalnız sığorta müqaviləsində göstərilən yer və ya yerlər üçün etibarlıdır. Sığorta olunmuş istilikxanaların yeri dəyişdirildiyi zaman maddə S.3.-ün müddəaları tətbiq edilir.
23.XƏBƏRDARLIQ VƏ MƏLUMATLAR.
Sığortalının məlumat və xəbərdarlıqları, sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir.
Sığortaçının məlumat və xəbərdarlıqları da sığorta sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə bildirilən son ünvana eyni formada çatdırılır.
Tərəflərə, imza etdirmək şərtilə, şəxsən təqdim olunan məktub və ya teleqraflar vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda poçt və ya notariusa məlumat verildiyi tarixdən 15 gün sonra saat 2400-da, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə, bu haqda xxxxx məlumat verildiyi tarixdən bir gün sonra saat 24-00 da hüquqi qüvvəyə minəcəkdir.
24.KOMMERSİYA VƏ İŞ SİRRLƏRİNİN QORUNMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri, bu müqavilənin bağlanması ilə əlaqədar sığortalıya və sığortalıya aid öyrənəcəkləri bütün kommersiya və iş sirrlərinin gizli saxlanmamasına görə dəyəcək zərər üçün məsuliyyət daşıyırlar.
25. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
26. ƏRİZƏ FORMASI
26.1. Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
26.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
27. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.