Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin QƏRARI
49
Bakı şəhəri 15 noyabr 2022-ci il
“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və 22.0.17-ci maddələrinə əsasən
QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (Xxxx Xxxxxxxx) tapşırılsın ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Xxxxx Xxxxxxx
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı
Qərar 49/2 “15” noyabr 2022-ci il
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı
Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə, habelə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) ilə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. mütəşəkkil banklararası valyuta bazarı (bundan sonra - MBVB) - Mərkəzi Bank ilə banklar arasında, həmçinin bankların öz aralarında valyuta alqı-satqısı əməliyyatlarının aparıldığı ticarət platforması;
1.2.2. valyuta müdaxiləsi - manatın sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank ilə banklar arasında aparılan xarici valyutaların manata qarşı alqı-satqısı əməliyyatları;
1.2.3. banklar - Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları;
1.2.4. valyuta əqdi - xarici valyutaların manata qarşı alqı-satqısı ilə bağlı tərəflər arasında bağlanmış razılaşma;
1.2.5. birbaşa hərrac - Mərkəzi Bank tərəfindən elan olunmuş məzənnə ilə keçirilən hərrac;
1.2.6. rəqabətli hərrac - banklar tərəfindən müəyyən edilmiş məzənnə ilə sifarişlərin təqdim ediliyi hərrac;
1.2.7. sifarişlər kitabı - MBVB-də xarici valyutanın alqı və ya satqısı üzrə daxil edilmiş sifarişlərin məzənnələri əsasında ən yaxşı məzənnədən ən pis məzənnəyə (xarici valyutanın alışı üzrə ən yüksək məzənnədən ən aşağı məzənnəyə, xarici valyutanın satışı üzrə ən aşağı məzənnədən ən yüksək məzənnəyə) doğru sıralandığı pəncərə;
1.2.8. kontragent - Mərkəzi Bankın bağladığı valyuta əqdində qarşı tərəf kimi çıxış edən və MBVB iştirakçısı xxxx bank;
1.2.9. valyutalaşma tarixi - valyuta əqdinin şərtlərinə uyğun olaraq tələb və öhdəliklərin icra olunması üçün tərəflər arasında müəyyən edilmiş gün;
1.2.10. valyuta spotu (bundan sonra - spot) - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi və tərəflər arasında razılaşdırılmış məzənnə ilə xarici valyutanın manata qarşı alqı-satqısını nəzərdə tutan, valyutalaşma tarixi əqdin bağlanıldığı tarixdən 2 (iki) iş günündən gec olmayan maliyyə aləti;
1.2.11. valyuta svopu (bundan sonra - svop) - svopun açılış tarixində svopun açılış məzənnəsi ilə xarici valyutanın manata qarşı alqı-satqısı və svopun qabaqcadan müəyyən edilmiş bağlanış tarixində svopun bağlanış məzənnəsi ilə xarici valyutanın manata qarşı əks istiqamətdə alqı-satqısını nəzərdə tutan maliyyə aləti;
1.2.12. svopun açılış əqdi - svopun açılış tarixində svopun açılış məzənnəsi ilə xarici valyutanın manata qarşı alqı-satqısı
əməliyyatı;
1.2.13. svopun bağlanış əqdi - svopun bağlanış tarixində svopun bağlanış məzənnəsi ilə xarici valyutanın manata qarşı əks istiqamətdə alqı-satqısı əməliyyatı;
1.2.14. svopun açılış tarixi - svopun açılış əqdi üzrə hesablaşmaların həyata keçirildiyi tarix;
1.2.15. svopun bağlanış tarixi - svopun bağlanış əqdi üzrə hesablaşmaların həyata keçirildiyi tarix;
1.2.16. svopun açılış məzənnəsi - svopun açılış tarixində Mərkəzi Bankın xarici valyutanın manata qarşı alqı-satqısı
əməliyyatının məzənnəsi;
1.2.17. svopun bağlanış məzənnəsi - svopun bağlanış tarixində xarici valyutanın manata qarşı əks istiqamətli alqı-satqısının məzənnəsi;
1.2.18. svop bənd - svopun bağlanış məzənnəsi ilə açılış məzənnəsi arasındakı fərq;
1.2.19. valyuta forvardı (bundan sonra - forvard) - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi və tərəflər arasında razılaşdırılmış məzənnə ilə xarici valyutanın manata qarşı alqı-satqısını nəzərdə tutan, valyutalaşma tarixinin əqdin bağlanıldığı tarixdən 2 (iki) iş günündən xxx olduğu maliyyə aləti;
1.2.20. valyuta mübadiləsi aparılmayan forvard - bir tərəfin alıcı, digər tərəfin satıcı qismində çıxış etdiyi vəvalyutalaşma tarixində faktiki olaraq valyuta mübadiləsini nəzərdə tutmayan, yalnız forvard məzənnə ilə forvard tarixinə xxxx rəsmi məzənnə arasındakı fərqdən yaranan məbləğin manatla ödənişini nəzərdə tutan maliyyə aləti;
1.2.21. forvard üzrə alıcı - forvard üzrə xarici valyutanın alışı istiqamətində dayanan tərəf;
1.2.22. forvard üzrə satıcı - forvard üzrə xarici valyutanın satışı istiqamətində dayanan tərəf;
1.2.23. forvard məzənnə - forvard üzrə forvard tarixindəxarici valyutanın manata qarşı alqı-satqısının həyata keçirildiyi, valyuta mübadiləsi aparılmayan forvard üzrə forvard tarixində ödəniş məbləğinin hesablanması üçün istifadə olunan məzənnə;
1.2.24. forvard tarixi - tərəflər arasında qabaqcadan müəyyən edilən, forvard üzrə xarici valyutanın manata qarşı alqı- satqısının həyata keçirildiyi, valyuta mübadiləsi aparılmayan forvard üzrə ödəniş məbləğinin hesablandığıtarix;
1.2.25. forvard müddəti - forvard əqdinin bağlanma tarixi ilə forvard tarixi arasındakı günlərin sayı;
1.2.26. valyuta opsionu (bundan sonra - opsion) - sahibinə əvvəlcədən müəyyən edilmiş tarixdə və qiymətə xarici valyutanı almaq (kol opsionu) və ya satmaq (put opsionu) hüququnu verən, opsion yazana isə razılaşdırılmış şərtlərlə valyuta əqdini icra etmək öhdəliyi yaradan maliyyə aləti;
1.2.27. opsionun icra qiyməti - opsion sahibi ilə opsion yazan arasında opsionun icra tarixində xarici valyutanın alınması (satılması) əqdi üzrə əvvəlcədən razılaşdırılmış qiymət;
1.2.28. opsionun icra tarixi - opsion sahibinin opsion yazandan xarici valyutanı almaq (satmaq) hüququndan istifadə oluna biləcək tarix;
1.2.29. opsion premiyası - opsionun yazıldığı tarixə opsion sahibinin opsion yazana ödədiyi məbləğ.
2. Mərkəzi Bankın valyuta müdaxiləsi
2.1. Valyuta müdaxiləsi MBVB-də hərrac vasitəsilə və hərracdankənar həyata keçirilir.
2.2. Valyuta müdaxiləsi zamanı Mərkəzi Bankın kontragenti kimi yalnız banklar çıxış edir.
2.3. Valyuta müdaxiləsinin valyutası, istiqaməti, həcmi, məzənnəsi, həyata keçirilməsi üsulları (hərrac və ya hərracdankənar), eləcə də hərrac üsulunun əsas parametrləri (o cümlədən, hərracın tezliyi və vaxtı, bir bank tərəfindən verilə bilən sifarişlər üzrə say və həcm limiti) və valyuta müdaxiləsində istifadə olunan maliyyə alətləri barədə qərar Mərkəzi Bankın İdarə Heyəti və ya onun həvalə etdiyi daxili komitə tərəfindən qəbul edilir.
3. Hərrac vasitəsilə və hərracdankənar valyuta müdaxiləsi
bilər:
3.1. Hərrac vasitəsilə valyuta müdaxiləsi zamanı keçirilən hərraclarda aşağıdakı tələblərə cavab verən banklar iştirak edə
3.1.1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilən nəzarət tədbirləri
çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan;
3.1.2. Mərkəzi Bank qarşısında vaxtı keçmiş öhdəliyi olmayan;
3.1.3. son saxlama dövründə məcburi ehtiyatlarüzrə tələbi pozmayan.
3.2. Məcburi ehtiyatlar üzrə tələbi pozmuş banklar növbəti saxlama dövrü ərzində valyuta hərraclarına buraxılmır.
3.3. Hərraclarda iştirak hüququna xxxxx xxxx bütün banklara hərracdan ən azı 30 (otuz) dəqiqə əvvəl hərracın keçirilməsi ilə bağlı MBVB-də məlumat göndərilir. Məlumatda aşağıdakılar öz əksini tapmalıdır:
3.3.1. hərracın keçirilmə tarixi və vaxtı;
3.3.2. hərracın valyutası və Mərkəzi Bankın əməliyyat istiqaməti (alış və ya satış);
3.3.3. bir bank tərəfindən verilə bilən sifarişlərin sayına limit;
3.3.4. bir bank tərəfindən verilə bilən sifarişin həcminə limit (müəyyən olunduqda);
3.3.5. hərrac məzənnəsi (müəyyən olunduqda);
3.3.6. hərraca çıxarılacaq məbləğ (müəyyən olunduqda);
3.3.7. sifarişlər üzrə məzənnənin əməliyyat gününün rəsmi məzənnəsindən kənarlaşma diapozonu (müəyyən olunduqda).
3.4. Hərrac birbaşa hərrac və ya rəqabətli hərrac formasında keçirilə bilər.
3.5. Birbaşa hərracda sifarişlər yalnız xarici valyutanın manata qarşı əvvəlcədən elan olunmuş hərrac məzənnəsi ilə təqdim edilir. Sifarişlərin həcmi tam təmin oluna bilmədikdə sifarişlər mütənasib qaydada təmin edilir.
3.6. Rəqabətli hərracda sifarişlər bu Qaydanın 3.3.7-ci yarımbəndinə uyğun olaraq kənarlaşma diapozonu tətbiq edildikdə həmin diapozon daxilində, kənarlaşma diapozonu tətbiq edilmədikdə məhdudiyyət olmadan təqdim edilir.
3.7. Rəqabətli hərrac zamanı toplanmış sifarişlər ən yuxarı məzənnə ilə verilmiş sifarişdən hərracda təmin olunacaq məbləğin icra olunmasına imkan verən ən aşağı məzənnə ilə verilmiş sifarişədək təmin edilir. Bərabər qiymət şərtləri ilə verilmiş sifarişlərin həcmi tam təmin oluna bilmədikdə bu sifarişlər mütənasib qaydada təmin edilir.
3.8. Hərracda sifariş qəbulu üçün elan olunmuş müddət ərzində banklar tərəfindənverilmiş sifariş dəyişdirilə və ya xxxx götürülə bilər. Sifarişdə göstərilən şərtlər valyuta əməliyyatının aparılması üçün bankın təklifi hesab olunur.
3.9. Hərracın sonunda bankın manat müxbir hesabında verilmiş sifarişin tam məbləğində manat ekvivalenti olmadıqda sifariş təmin edilmir.
3.10. Hərracda sifariş qəbulu üçün elan olunmuş müddət başa çatdıqdan sonra banklara ən geci 30 (otuz) dəqiqə ərzində hərracın nəticəsi ilə bağlı MBVB-də bildiriş göndərilir. Bildiriş hərracda iştirak edən bank ilə Mərkəzi Bank arasında valyuta əqdinin bağlandığını və tərəflər arasında qarşılıqlı hesablaşmanın aparılması öhdəliyini təsdiq edir.
3.11. Hərracdankənar valyuta müdaxiləsi zamanı xarici valyutanın alqı-satqısı əməliyyatları bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyəti və ya onun həvalə etdiyi daxili komitənin qərarı ilə aşağıdakı məzənnələrdən birinin tətbiqi ilə aparılır:
3.11.1. rəsmi məzənnə ilə;
3.11.2. sifarişlər kitabında əks olunan sifarişlərin məzənnəsi ilə;
3.11.3. müəyyən olunmuş məzənnədən kənarlaşma həddi tətbiq olunmaqla hesablanmış məzənnə ilə.
4. Valyuta müdaxiləsi zamanı istifadə olunan maliyyə alətləri
4.1. Valyuta müdaxiləsi bir qayda olaraq spot vasitəsilə həyata keçirilir.
4.2. Pul və məzənnə siyasətinin məqsədlərindən asılı olaraq spot ilə yanaşı svop, forvard, valyuta mübadiləsi aparılmayan forvard, opsion və digər maliyyə alətlərindən istifadə edilə bilər.
4.3. Svop
4.3.1. Svopun açılış məzənnəsi əməliyyat gününün rəsmi məzənnəsinə bərabərdir.
4.3.2. Svopun bağlanış məzənnəsi aşağıdakı düstur əsasında hesablanır:
Burada:
- svopun bağlanış məzənnəsi;
- svopun açılış məzənnəsi;
- svop bənd;
- xarici valyuta;
- manat
4.3.3. Svop bənd aşağıdakı düstur əsasında hesablanır:
Burada:
4.4. Forvard
- manat üzrə faiz dərəcəsi;
- xarici valyuta üzrə faiz dərəcəsi;
- svopun açılış tarixi ilə bağlanış tarixi arasındakı günlərin sayı;
- xarici valyuta üzrə bazar təcrübəsinə uyğun il ərzində təqvim günlərinin sayı (360 və ya 365)
Forvard məzənnə aşağıdakı düstur əsasında hesablanır:
Burada:
- forvard məzənnə;
- əqdin bağlandığı tarixə Mərkəzi Bankın xarici valyutanın manata qarşı alqı-satqısı əməliyyatının məzənnəsi;
- manat üzrə faiz dərəcəsi;
- xarici valyuta üzrə faiz dərəcəsi;
- forvard əqdinin bağlanma tarixi ilə forvard tarixi arasındakı günlərin sayı;
- xarici valyuta üzrə bazar təcrübəsinə uyğun il ərzində təqvim günlərinin sayı (360 və ya 365)
4.5. Valyuta mübadiləsi aparılmayan forvard
4.5.1. Valyuta mübadiləsi aparılmayan forvard əməliyyatları üzrə ödəniş məbləği aşağıdakı düstur əsasında hesablanır:
Burada:
- ödəniş məbləği;
N - tərəflər arasında mübadiləsi nəzərdə tutulmayan və yalnız ödəniş məbləğinin hesablanması üçün istifadə olunan baza aktivi qismində çıxış edən valyutanın həcmi;
- xxxxxxx xxxxxxx (bu Qaydanın 4.4-cü bəndində qeyd olunmuş düstur əsasında hesablanır);
- forvard tarixinə xxxx spot məzənnə.
4.5.2. Valyuta mübadiləsi aparılmayan forvard zamanı tərəflər arasında ödəniş aşağıdakı qaydada aparılır:
4.5.2.1. forvard tarixinə xxxx rəsmi məzənnə forvard məzənnədən aşağı (yuxarı) olarsa, forvard üzrə alıcı (forvard üzrə satıcı) forvard üzrə satıcıya (forvard üzrə alıcıya) ödəniş məbləğini ödəyir;
4.5.2.2. forvard tarixinə xxxx rəsmi məzənnə forvard məzənnəyə bərabər olarsa tərəflər arasında ödəniş həyata keçirilmir.
4.6. Valyuta opsionu
4.6.1. Opsion premiyası opsion qiyməti əsasında hesablanır və opsion qiymətinin opsionun nominal dəyərinə xxxx hasilinə bərabərdir.
4.6.2. Kol və put opsionlarının qiyməti müvafiq olaraq aşağıdakı düsturlar əsasında hesablanır:
Bu zaman, d1 və d2 əmsalları aşağıdakı düsturlar əsasında hesablanır:
Burada:
c - kol opsionunun baza valyuta qiyməti;
p - put opsionunun baza valyuta qiyməti;
- opsion yazıldığı tarixə Mərkəzi Bankın xarici valyutanın manata qarşı alqı-satqısı əməliyyatının məzənnəsi;
- opsionun icra qiyməti;
- manat üzrə faiz dərəcəsi;
- xarici valyuta üzrə faiz dərəcəsi;
T - opsionun yazıldığı tarix ilə opsionun icra tarixi arasındakı günlərin sayı;
- məzənnə cütlüyünün volatilliyi;
N(d1) - opsion qiymətinin məzənnə dəyişikliyinə həssaslığı;
N(d2) - opsion sahibi tərəfindən opsionun icra edilmə ehtimalı