Müqavilə
Müqavilə
⮚ Azərbaycan Respublikası ilə Gürcüstan arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (15 aprel 1997-ci il)
⮚ Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (19 aprel 1996-cı il)
⮚
⮚ Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (21 aprel 1993-cü il)
⮚ Gürcüstan Respublikası ilə dövlətlərarası müqavilə haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı (16 dekabr 1991-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (15 aprel 1997-ci il)
⮚ Azərbaycan Respublikası ilə Gürcüstan arasında Konsulluq Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (7 mart 1997-ci il)
Azərbaycan Respublikası ilə Gürcüstan arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 1997-ci il fevralın 18-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Gürcüstan arasında neft- qaz sənayesi sahəsində əməkdaşlıq haqqında Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Xxxxxx XXXXXX
Bakı şəhəri, 15 aprel 1997-ci il.
№ 264-IQ
Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası ilə Gürcüstan arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1996-cı il xxxxxx 8-də Tbilisi şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 1996-cı il
№ 64-IQ
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1993-cü il fevralın 3-də Bakı şəhərində imzalanmış müqavilə təsdiqlənsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Xxx XXXXXX.
Bakı şəhəri, 21 aprel 1993-cü il.
№ 580.
Gürcüstan Respublikası ilə dövlətlərarası müqavilə haqqında
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:
Azərbaycan Respublikası Pezidentinin təqdim etdiyi Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluq haqqında Müqavilə təsdiq edilsin.
Azərbaycan Respublikası Ali Soveti
Sədrinin müavini
T. XXXXXXX.
Bakı şəhəri, 16 dekabr 1991-ci il.
№ 26.
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 1997-ci il fevralın 18-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 15 aprel 1997-ci il.
№ 265-IQ
Azərbaycan Respublikasının Prezidenti
Xxxxxx XXXXXX
Azərbaycan Respublikası ilə Gürcüstan arasında Konsulluq Konvensiyasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası ilə Gürcüstan arasında 1996-cı il dekabrın 23-də Tbilisi şəhərində imzalanmış Konsulluq Konvensiyası təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 7 mart 1997-ci il.
№ 254-IQ