AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ "BİOLOJİ MÜXTƏLİFLİK HAQQINDA" KONVENSİYASININ TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Hökuməti tərəfindən 1992-ci il iyunun 12-də Rio- de-Janeyro şəhərində imzalanmış Birləşmiş Millətlər Təşkilatının "Bioloji müxtəliflik haqqında" Konvensiyası təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bioloji müxtəliflik haqqında K O N V E N S İ Y A
(5 iyun 1992-ci il)
PREAMBULA
Razılaşan Tərəflər
Bioloji müxtəlifliyin əbədi dəyər olduğunu, həmçinin bioloji müxtəlifliyin və onun komponentlərinin ekoloji, genetik, sosial, iqtisadi, xxxx, tərbiyəvi, mədəni, rekreasiya və estetik əhəmiyyətini dərk edərək,
habelə biosferaya həyat verən sistemlərin təkamülü və qorunması üçün bioloji müxtəlifliyin böyük əhəmiyyətə malik olduğunu dərk edərək,
bioloji müxtəlifliyin qorunmasının bütün bəşəriyyətin ümumi vəzifəsi olduğunu təsdiq edərək,
dövlətlərin öz bioloji resursları üzərində suveren hüquqlara malik olduqlarını bir daha təsdiq edərək,
habelə dövlətlərin öz bioloji müxtəlifliklərinin qorunması və öz bioloji resurslarının davamlı istifadəsi üçün məsuliyyət daşıdıqlarını təsdiq edərək,
insan fəaliyyətinin bəzi növləri nəticəsində bioloji müxtəlifliyin ciddi surətdə azaldığının qeydinə qalaraq,
bioloji müxtəlifliyə dair informasiyanın və biliklərin ümumi çatışmazlığının, bu problemin hamılıqla başa düşülməsini təmin etmək məqsədi ilə xxxx, texniki və təşkilati potensialı inkişaf etdirməyin hədsiz zəruriliyini və bunun müvafiq tədbirlər planlaşdırılıb həyata keçirilməsindən ötrü təməl olacağını dərk edərək,
bioloji müxtəlifliyin öz mənbələrində xeyli azalmasının və ya xxx olmasının səbəblərini qabaqcadan görməyin, qarşısını almağın, aradan qaldırmağın zəruriliyini qeyd edərək,
habelə bioloji müxtəlifliyin azalması və ya çoxalması təhlükəsi yarandığı hallarda şəksiz xxxx faktların olmamasının bu cür təhlükəni aradan qaldırmaq və ya minimuma endirmək üçün tədbirlər görülməsini təxirə salmağa səbəb sayıla bilməyəcəyini qeyd edərək,
daha sonra, in-situ ekosistemlərinin və təbii məskənlərin mühafizəsinin həyat qabiliyyətli populyasiyalarını dəstəkləməyin və bərpa etməyin bioloji müxtəlifliyi qorumağın əsas şərti olduğunu qeyd edərək,
daha sonra, yarandığı ölkədə ex-situ tədbirləri görməyin üstün tutulmasının böyük əhəmiyyətə malik olduğunu qeyd edərək,
ənənəvi həyat tərzinə malik bir xxx yerli icmaların və yerli əhalinin bioloji resurslardan xeyli və ənənəvi asılılığını, bioloji müxtəlifliyin qorunmasına və komponentlərin davamlı istifadəsinə aid xxxx ənənəvi biliklərin, yeniliklərin, praktikanın tətbiqindən ədalətli əsasda birgə faydalanmağın arzu olunduğunu etiraf edərək,
habelə bioloji müxtəlifliyin qorunması və komponentlərinin davamlı istifadəsi işində qadınların mühüm həyati rolunu etiraf edərək və bioloji müxtəlifliyin qorunmasına yönəldilən siyasətin bütün səviyyələrdə hazırlanmasında və həyata keçirilməsində qadınların geniş miqyasda iştirakının zəruriliyini təsdiq edərək,
bioloji müxtəlifliyin qorunması və onun komponentlərinin davamlı istifadəsi işində dövlətlər və hökumətlərarası təşkilatlar ilə qeyri-dövlət sektoru arasında beynəlxalq, məhəlli və qlobal əməkdaşlığın əhəmiyyətini və zəruriliyini qeyd edərək,
bioloji müxtəlifliyin yoxlanması probleminin həlli üçün dünyadakı imkanları yeni və əlavə maliyyə resursları verməklə və texnologiyaların lazımi qaydada əldə olunmasını təmin etməklə xeyli genişləndirməyin mümkün olacağını etiraf edərək,
daha sonra, inkişaf edən ölkələrin tələbatını ödəmək, o cümlədən yeni və əlavə maliyyə resursları vermək, müvafiq texnologiyaları vermək və müvafiq texnologiyaların lazımi qaydada əldə olunmasını təmin etmək üçün xüsusi əsasnamə tələb olunduğunu etiraf edərək,
bununla əlaqədar az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin xüsusi şəraitini qeyd edərək,
bioloji müxtəlifliyin qorunmasının çoxlu kapital qoyuluşu tələb etdiyini və bu cür kapital qoyuluşlarından xeyli ekoloji, iqtisadi və sosial fayda əldə olunmasının gözlənilmədiyini etiraf edərək,
iqtisadi, sosial inkişafın və yoxsulluğu ləğv etməyin inkişaf edən ölkələr üçün ümdə və başlıca vəzifələr olduğunu etiraf edərək,
yer kürəsinin getdikcə xxxxx əhalisinin ərzaq mallarına və səhiyyəyə tələbatını və digər tələbatlarını ödəmək üçün bioloji müxtəlifliyin qorunmasının və davamlı
istifadəsinin həlledici əhəmiyyətə malik olduğunu və bu vəzifələrin həllindən ötrü istər genetik resursların, istərsə də texnologiyaların öyrənilməsinin və onlardan birgə istifadə edilməsinin böyük əhəmiyyətə malik olduğunu dərk edərək,
bioloji müxtəlifliyin qorunmasının və davamlı istifadəsinin nəticə etibarı ilə dövlətlər arasında dostluq münasibətlərini möhkəmləndirəcəyini və bütün bəşəriyyət üçün sülhün möhkəmləndirilməsinə kömək göstərəcəyini qeyd edərək,
bioloji müxtəlifliyin qorunması və komponentlərinin davamlı istifadəsi haqqında mövcud beynəlxalq sazişləri möhkəmlətmək və ona əlavələr etmək istəyərək,
və bioloji müxtəlifliyi indiki və gələcək nəsillər naminə qorumaq və ondan davamlı istifadə etmək əzmində olduqlarını bildirərək,
aşağıdakılar haqqında razılığa gəlmişlər:
M a d d ə 1
Məqsədlər
Bu Konvensiyanın müvafiq maddələrinə uyğun olaraq, əldə edilməsi üçün səy göstərməyin vacib olduğu məqsədləri bioloji müxtəlifliyi qorumaqdan, onun komponentlərindən davamlı istifadə etməkdən və genetik resursların istifadəsi, o cümlədən genetik resursların lazımi dərəcədə öyrənilməsinə imkan yaratmaq yolu ilə bu cür resurslar və texnologiyalar üzərində bütün hüquqları nəzərə almaqla müvafiq texnologiyaları lazımi qaydada vermək yolu ilə, həmçinin lazımi maliyyələşdirmə yolu ilə istifadəsi nəticəsində ədalət və bərabərlik əsasında birgə fayda götürməkdən ibarətdir.
M a d d ə 2
Terminlərdən istifadə
Bu Konvensiyanın məqsədləri üçün:
«Bioloji müxtəliflik» bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir; bu məfhum növ çərçivəsində, növlər arasında müxtəlifliyi və ekosistemlərin müxtəlifliyini ehtiva edir.
«Bioloji resurslar» genetik resursları, orqanizmləri və ya onların hissələrini, populyasiyaları, yaxud ekosistemlərin bəşəriyyət üçün faktik və ya potensial faydası və ya qiyməti xxxx hər hansı digər biotik komponentlərini ehtiva edir.
«Biotexnologiya» konkret istifadə məqsədi ilə məhsul və ya proses hazırlanması, yaxud dəyişdirilməsi üçün bioloji sistemlərdən, canlı orqanizmlərdən və ya onların törəmələrindən istifadə ilə bağlı hər hansı texnologiya növü deməkdir.
«Genetik resursların mənşə ölkəsi» in-situ şəraitində bu genetik resurslara xxxxx xxxx ölkə deməkdir.
«Genetik resursları verən ölkə» istər vəhşi, istərsə də əhliləşdirilmiş populyasiya növlərinin daxil olduğu in-situ mənbələrindən yığılmış, yaxud mənşəcə bu ölkəyə mənsubiyyətindən asılı olmayaraq ex-situ mənbələrindən əldə edilmiş genetik resursları verən ölkə deməkdir.
«Əhliləşdirilmiş və ya yetişdirilən növlər» elə növlər deməkdir ki, insan öz tələbatını ödəmək məqsədi ilə onların təkamül prosesinə təsir göstərir.
«Ekosistem» bitki, heyvan, mikroorqanizm birliklərinin, həmçinin onların qeyri- canlı ətraf mühitinin vahid funksional bütövlük şəklində qarşılıqlı təsir göstərdiyi dinamik kompleks deməkdir.
«Ex-situ-nun qorunması» bioloji müxtəlifliyin komponentlərinin öz təbii məskənlərindən kənarda qorunması deməkdir.
«Genetik material» tərkibində vahid funksional irsiyyət vahidləri xxxx hər hansı bitki, heyvan, mikrob və ya digər mənşəli materiallar deməkdir.
«Genetik resurslar» faktik və ya potensial qiyməti xxxx genetik material deməkdir.
«Məskənlər» bu və ya digər orqanizmlərin, yaxud populyasiyanın təbii məskəni xxxx ərazi tipi və ya müəyyən yer deməkdir.
«İn-situ şəraiti» ekosistemlər və təbii məskənlər hüdudlarında genetik resursların mövcud olduğu şərait, əhliləşdirilmiş və yetişdirilən növlərə aid ediləndə isə onların öz fərqlənmə əlamətlərini kəsb etdikləri mühit deməkdir.
«İn-situ-nun qorunması» ekosistemlərin və təbii məskənlərin qorunması, həmçinin növlərin həyat qabiliyyətli populyasiyalarının öz təbii mühitində, əhliləşdirilmiş və ya yetişdirilən növlərə aid ediləndə isə onların öz fərqlənmə əlamətlərini kəsb etdikləri mühitdə dəstəklənməsi və bərpa olunması deməkdir.
«Mühafizə edilən rayon» təbiəti mühafizənin konkret məqsədlərinə nail olmaq üçün ayrılan tənzimlənən və istifadə edilən coğrafi ərazi deməkdir.
«İqtisadi inteqrasiyanın məhəlli təşkilatı» konkret regionun suveren dövlətləri tərəfindən yaradılmış, üzv dövlətlərin bu Konvensiya ilə tənzim edilən məsələlər barəsində səlahiyyətlər verdikləri və öz daxili prosedurlarına uyğun olaraq Konvensiyanı imzalamaq, ratifikasiya etmək, qəbul etmək, bəyənmək və ya ona qoşulmaq üçün lazımi səlahiyyətlər almış təşkilat deməkdir.
«Davamlı istifadə» bioloji müxtəlifliyin komponentlərindən elə yolla və sürətlə istifadə olunması deməkdir ki, bunlar uzun müddətli perspektivdə bioloji müxtəlifliyin tükənməsinə gətirib çıxarmır, beləliklə, onun indiki və gələcək nəsillərin tələbatını və arzularını ödəmək qabiliyyətini saxlayır.
«Texnologiya» biotexnologiyanı ehtiva edir.
M a d d ə 3
Prinsip
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq dövlətlər ətraf mühit sahəsində öz siyasətlərinə müvafiq surətdə öz resurslarının işlənməsində suveren hüquqa malikdirlər və onların yurisdiksiyası çərçivəsində, yaxud nəzarəti altında aparılan fəaliyyətin digər dövlətlərin və ya milli yurisdiksiyanın təsiri hüdudlarından kənardakı rayonların ətraf mühitinə ziyan vurulmasının təmin edilməsi üçün məsuliyyət daşıyırlar.
M a d d ə 4
Yurisdiksiya dairəsi
Digər dövlətlərin hüquqlarına riayət edilməsi şərti ilə və əgər bu Konvensiyada başqa xxxxxx xxxxx şəkildə nəzərdə tutulmamışdırsa, bu Konvensiyanın müddəaları Razılaşan Tərəflərin hər birinə aşağıdakılara aid olanda tətbiq edilir:
a) onun milli yurisdiksiyası hüdudlarında bioloji müxtəlifliyin komponentlərinə aid olanda; və
b) istər milli yurisdiksiyası hüdudlarında, istərsə də milli yurisdiksiyanın hüdudlarından kənarda onun yurisdiksiyası və ya nəzarəti altında həyata keçirilən proseslərə və fəaliyyətə aid olanda bunların nəticələrinin harada təzahür etdiyindən asılı olmayaraq.
M a d d ə 5
Əməkdaşlıq
Razılaşan Tərəflərin hər biri bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi məqsədi ilə milli yurisdiksiyanın hüdudlarından kənardakı rayonlar və digər məsələlər barəsində başqa Razılaşan Tərəflərlə imkan və məqsədəuyğunluq daxilində bilavasitə, yaxud məqsədəuyğundursa, səlahiyyətli beynəlxalq təşkilatlar vasitəsi ilə əməkdaşlıq edir.
M a d d ə 6
Qorunma və davamlı istifadə üzrə ümumi tədbirlər
Razılaşan Tərəflərin hər biri özünün konkret şəraitinə və imkanlarına uyğun olaraq:
a) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin milli strategiyalarını, planlarını işləyib hazırlayır və ya proqramlarını, yaxud məsələn, bu Konvensiyada müvafiq Razılaşan Tərəfə aid tədbirlərin əks etdirildiyi mövcud strategiyaları, planları və ya proqramları bu məqsədə uyğunlaşdırır.
b) müvafiq sektor və ya sektorlararası planlarda, proqramlarda və siyasətdə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün imkan və məqsədəuyğunluq daxilində tədbirlər nəzərdə tutur.
M a d d ə 7
Müəyyənləşdirmə və monitorinq
Hər Razılaşan Tərəf, xüsusən 8-10-cu maddələrin məqsədləri üçün imkan və məqsədəuyğunluq daxilində:
a) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün böyük əhəmiyyəti xxxx komponentlərini, 1-ci Əlavədə göstərilən kateqoriyaların təqribi siyahısını nəzərə almaqla, müəyyənləşdirir;
b) nümunələr götürmək vasitəsi ilə və digər metodlarla bioloji müxtəlifliyin yuxarıdakı a) yarımbəndinə uyğun olaraq müəyyənləşdirilmiş komponentlərinin monitorinqini aparır, bu zaman qorunması təxirəsalınmaz tədbirlər görməyi tələb
edən, həmçinin davamlı istifadəsi üçün daha geniş imkanlar açan komponentlərə xüsusi diqqət yetirilir;
c) bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə xxx mənfi təsir göstərən və ya göstərə biləcək fəaliyyət proseslərini və kateqoriyalarını müəyyənləşdirir və onların nəticələrinin nümunələr götürmək vasitəsi ilə və digər metodlarla monitorinqini həyata keçirir; və
d) yuxarıdakı a), b) və c) yarımbəndlərinə uyğun olaraq müəyyənləşdirmə və monitorinq tədbirləri nəticəsində əldə edilən məlumatları toplayır və sistemləşdirir.
M a d d ə 8
İn-situ-nun qorunması
Hər Razılaşan Tərəf imkan və məqsədəuyğunluq daxilində:
a) mühafizə edilən rayonlar və ya bioloji müxtəlifliyin qorunması üçün xüsusi tədbirlər görülməsi zəruri xxxx rayonlar sistemi yaradır;
b) lazım gələrsə, mühafizə edilən rayonların və bioloji müxtəlifliyin qorunması üçün xüsusi tədbirlər görülməsi zəruri xxxx rayonların seçilməsinin, yaradılmasının rəhbər tutulan prinsiplərini işləyib hazırlayır;
c) mühafizə edilən rayonlarda və ya onların hüdudları xaricində bioloji müxtəlifliyin qorunmasından ötrü onun qorunmasının və davamlı istifadəsinin təmin edilməsi üçün böyük əhəmiyyəti xxxx bioloji resursları tənzimləyir və ya onlardan səmərəli istifadə edir;
d) ekosistemlərin, təbii məskənlərin mühafizəsinə, təbii şəraitdə növlərin həyat qabiliyyətli populyasiyalarının qorunmasına kömək edir;
e) mühafizə edilən rayonların qorunmasına kömək məqsədi ilə həmin rayonlara bitişik rayonların ekoloji cəhətdən əsaslandırılan davamlı inkişafını həvəsləndirir;
f) tənəzzülə uğramış ekosistemlərin reabilitasiyası və bərpası üçün tədbirlər görür və təhlükə altındakı növlərin, məsələn, səmərəli istifadəsi planları və digər strategiyalar hazırlamaq və həyata keçirmək vasitəsi ilə bərpasına kömək edir;
q) biotexnologiyadan əmələ gələn, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə təsir göstərməyə qadir zərərli ekoloji nəticələr verə bilən dəyişmiş canlı orqanizmlərin üzə çıxarılması və istifadə olunması, həmçinin insanın sağlamlığı üçün təhlükə törətməsi ilə bağlı riski tənzimləmək, nəzarət altında saxlamaq və ya məhdudlaşdırmaq vasitələrini müəyyənləşdirir və ya dəstəkləyir;
h) ekosistemlər, məskənlər və ya növlər üçün təhlükə törədən yad növlərin introduksiyasının qarşısını alır, bu cür yad növləri nəzarət altında saxlayır və ya məhv edir;
i) mövcud istifadə üsullarının bioloji müxtəlifliyin qorunması və onun komponentlərinin davamlı istifadəsi ilə uzlaşmasını təmin etmək üçün lazımi şərait yaratmağa çalışır;
j) öz milli qanunvericiliyinə uyğun olaraq yerli əhalinin və icmaların, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün əhəmiyyətə malik ənənəvi həyat tərzini əks etdirən biliklərinə, yeniliklərinə və praktikalarına hörmət bəslənilməsini, onların qorunmasını və dəstəklənməsini təmin edir, bu cür biliklərin, yeniliklərin və
praktikaların daşıyıcılarının təşviqi və iştirakı ilə daha geniş tətbiq olunmasına kömək göstərir, həmçinin bu cür biliklərin, yeniliklərin və praktikanın tətbiqindən faydalanmalardan ədalətlə birgə istifadə olunmasını həvəsləndirir;
k) təhlükə altında xxxx növlərin və populyasiyaların mühafizəsi üçün lazımi qanunvericilik normaları və/və yaxud digər tənzimləyici əsasnamələr işləyib hazırlayır və həyata keçirir;
l) bioloji müxtəlifliyə mənfi təsir göstərilməsi faktı 7-ci maddəyə uyğun olaraq müəyyən edildiyi hallarda müvafiq fəaliyyət proseslərini və kateqoriyalarını müəyyənləşdirir və ya tənzimləyir; və
m) xüsusən inkişaf edən ölkələrdə yuxarıdakı a)-l) yarımbəndlərində göstərilən in-situ-nun qorunması tədbirlərinə maliyyə yardımı və digər yardım göstərilməsində əməkdaşlıq edir.
M a d d ə 9
Ex-situ-nun qorunması
Hər Razılaşan Tərəf imkan və məqsədəuyğunluq daxilində, ən əvvəl əlavə in-situ tədbirləri görmək məqsədi ilə:
a) bioloji müxtəlifliyin komponentlərinin ex-situ-sunu qorumaq üçün tədbirlər görür, əsas etibarilə bu cür komponentlərin əmələ gəldiyi ölkədə;
b) bitkilərin, heyvanların və mikroorqanizmlərin ex-situ-larının qorunması və tətbiqi üçün şərait yaradır və möhkəmləndirir əsas etibarilə genetik resursların əmələ gəldiyi ölkədə;
c) təhlükə altında xxxx növlərin bərpa və reabilitasiyası üçün və onların təbii məskunlaşdığı yerlərdəki müvafiq şəraitdə reintroduksiyası üçün tədbirlər görür;
d) ex-situ-nun qorunması məqsədləri üçün bioloji resursların öz təbii məskənlərində toplanmasını müəyyənləşdirir və tənzimləyir ki, yuxarıdakı c) yarımbəndinə uyğun olaraq xüsusi müvəqqəti ex-situ tədbirləri görülməsinin tələb edildiyi hallar istisna olunmaqla, ekosistemlər və in-situ növlərinin populyasiyaları üçün təhlükə yaranmasın.
e) yuxarıdakı a)-d) yarımbəndlərində şərh edilən ex-situ-nun qorunması tədbirlərinə maliyyə yardımı və digər yardım göstərilməsində əməkdaşlıq edir.
M a d d ə 1 0
Bioloji müxtəlifliyin komponentlərinin davamlı istifadəsi
Hər Razılaşan Tərəf imkan və məqsədəuyğunluq daxilində:
a) milli səviyyədə qərarlar qəbul edilməsi prosesində bioloji resursların qorunması və davamlı istifadəsi məsələlərinə baxılmasını nəzərdə tutur;
b) bioloji müxtəlifliyə mənfi təsir göstərilməsinin qarşısını almaqdan və ya onu minimuma endirməkdən ötrü bioloji resurslardan istifadə sahəsində tədbirlər görür;
c) qorunma və ya davamlı istifadə tələbləri ilə uzlaşan mövcud mədəni adətlərə uyğun olaraq bioloji resurslardan istifadənin ənənəvi üsullarını qoruyur və həvəsləndirir;
d) bioloji müxtəlifliyin azalmasından zərər çəkən rayonlarda vəziyyəti düzəltməkdən ötrü tədbirlər hazırlanmasında və həyata keçirilməsində yerli əhaliyə kömək edir; və
e) bioloji resurslardan davamlı istifadə metodlarının hazırlanmasında öz ölkəsinin hökumət orqanları ilə fərdi sektor arasında əməkdaşlığı həvəsləndirir.
M a d d ə 1 1
Stimullaşdırma tədbirləri
Hər Razılaşan Tərəf imkan və məqsədəuyğunluq daxilində bioloji müxtəlifliyin qorunmasını və onun komponentlərindən səmərəli istifadəni stimullaşdıran və sosial baxımdan özünü doğruldan tədbirlər görür.
M a d d ə 1 2
Tədqiqatlar və kadrların hazırlanması
Razılaşan Tərəflər inkişaf edən ölkələrin xüsusi tələblərini nəzərə almaqla:
a) bioloji müxtəlifliyin və onun komponentlərinin müəyyənləşdirilməsi, qorunması və davamlı istifadəsi tədbirlərini həyata keçirməkdən ötrü kadrların xxxx- texniki təlimi və hazırlığı proqramları tərtib edib həyata keçirir və inkişaf edən ölkələrin konkret tələblərini ödəmək üçün kadrların bu cür təliminə və hazırlığına kömək göstərirlər;
b) xüsusən inkişaf edən ölkələrdə, məsələn, Tərəflərin Konfransının xxxx-texniki və texnoloji məsləhətlər üzrə yardımçı orqanının tövsiyələri əsasında qəbul edilən qərarlara uyğun olaraq bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə kömək edən tədqiqatları həvəsləndirir və stimullaşdırırlar; və
c) 16-cı, 18-ci və 20-ci maddələrin müddəalarına uyğun olaraq bioloji müxtəlifliyin tədqiqi gedişində əldə edilən xxxx nəticələrdən bioloji resursların qorunması və davamlı istifadəsi metodlarının işlənib hazırlanmasında istifadə olunmasını həvəsləndirir və bu nəticələrdən istifadə olunmasında əməkdaşlıq edirlər.
M a d d ə 1 3
İctimaiyyətin maarifləndirilməsi və məlumatlılığının artırılması
Razılaşan Tərəflər:
a) bioloji müxtəlifliyin qorunmasının və bunun üçün tələb edilən tədbirlərin böyük əhəmiyyətinin dərk olunmasını, həmçinin kütləvi informasiya vasitələrində onun təbliğini və bu məsələlərin tədris proqramına salınmasını həvəsləndirir və stimullaşdırırlar; və
b) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi məsələləri üzrə tədris proqramlarının və ictimaiyyətin məlumatlılığını artırmaq barəsində proqramların hazırlanmasında müvafiq hallarda digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.
M a d d ə 1 4
Təsirin qiymətləndirilməsi və mənfi nəticələrin minimuma endirilməsi
1. Hər Razılaşan Tərəf imkan və məqsədəuyğunluq daxilində:
a) təklif etdikləri və bioloji müxtəlifliyə ciddi surətdə mənfi təsir göstərə bilən layihələrin bu cür nəticələrə yol verməmək və ya onları minimuma endirmək məqsədi ilə ekoloji ekspertizadan keçirilməsini tələb edən müvafiq prosedurlar tətbiq edir və məqsədəuyğun hallarda bu cür prosedurlarda ictimaiyyətin iştirakı üçün imkan yaradır;
b) bioloji müxtəlifliyə ciddi surətdə mənfi təsir göstərə bilən öz proqramlarının və siyasətinin ekoloji nəticələrinin lazımi uçotunu təmin etmək üçün müvafiq tədbirlər görür;
c) öz yurisdiksiyası çərçivəsində və ya nəzarəti altında aparılan, digər dövlətlərdə, yaxud milli yurisdiksiyanın hüdudlarından kənardakı rayonlarda bioloji müxtəlifliyə ciddi mənfi təsir göstərə bilən fəaliyyət haqqında müvafiq hallarda ikitərəfli məhəlli və ya çoxtərəfli sazişlər bağlanmasını həvəsləndirmək yolu ilə qarşılıqlı şəkildə bildiriş göndərilməsinə, informasiya mübadiləsinə və məsləhətləşmələr aparılmasına kömək göstərir;
d) onun yurisdiksiyası altında və ya nəzarəti altında xxxx mənbələrdən digər dövlətlərin yurisdiksiyası altındakı rayonda və ya milli yurisdiksiyanın hüdudlarından kənardakı rayonlarda bioloji müxtəliflik üçün labüd, yaxud ciddi təhlükə yarandıqda və ya ziyan vurulduqda bu cür təhlükədən, yaxud ziyandan zərər çəkə bilən dövlətlərə dərhal məlumat verir, həmçinin bu cür təhlükənin və ya ziyanın qarşısını almaqdan və ya onu minimuma endirməkdən ötrü tədbirlər görür; və
e) bioloji müxtəlifliyə ciddi və labüd təhlükə yaradan təbii, yaxud digər səbəblərin doğurduğu hərəkətlər və ya hadisələrlə bağlı təcili surətdə görülən milli tədbirləri dəstəkləyir, bu cür milli səylərə kömək edən beynəlxalq əməkdaşlığı həvəsləndirir, məqsədəuyğun sayılan və iqtisadi inteqrasiyanın bu işdə mənafeyi xxxx dövlətləri, yaxud məhəlli təşkilatları ilə razılaşdırılmış yerlərdə yarana biləcək fövqəladə vəziyyətlər barədə birgə planlar işləyib hazırlayır.
2. Tərəflərin Konfransı aparılan tədqiqatlar əsasında məsuliyyət və vəziyyətin düzəldilməsi, o cümlədən bu cür məsuliyyət sırf daxili məsələ olduğu hallar istisna edilməklə, bioloji müxtəlifliyin bərpası və vurulan ziyanın kompensasiyası məsələsini müzakirə edir.
M a d d ə 1 5
Genetik resursların öyrənilməsi
1. Dövlətlərin öz təbii sərvətləri üzərində suveren hüquqlara malik olduqları etiraf edildiyinə görə genetik resursların öyrənilməsi qaydasını müəyyən etmək hüququ milli hökumətlərə məxsusdur və milli qanunvericiliklə tənzimlənir.
2. Hər Razılaşan Tərəf genetik resurslardan digər Razılaşan Tərəflərin ekoloji cəhətdən təhlükəsiz şəkildə istifadə etmələri məqsədi ilə onların öyrənilməsini
asanlaşdırmaqdan ötrü şərait yaratmağa və bu Konvensiyanın məqsədlərinə xxxx xxxx məhdudiyyətlər qoymamağa çalışır.
3. Bu Konvensiyanın məqsədləri üçün Razılaşan Tərəfin verdiyi, 16-cı və 19-cu maddələrdə göstərilən genetik resurslara ancaq bu cür resursların əmələ gəldiyi ölkələr xxxx Tərəflərin, yaxud bu Konvensiyaya uyğun olaraq həmin genetik resursları öyrənmiş tərəflərin verdikləri genetik resurslar aiddir.
4. Öyrənməyə razılıq verilirsə, bu öyrənmə qarşılıqlı surətdə razılaşdırılmış şərtlərlə təmin edilir və bu maddənin müddəaları ilə tənzim olunur.
5. Genetik resursların öyrənilməsi, bu cür resurslar verən Tərəf başqa qərar qəbul etmirsə, ilkin razılıq əsasında tənzimlənir.
6. Hər Razılaşan Tərəf digər Razılaşan Tərəflərin verdikləri genetik resurslara əsaslanan xxxx tədqiqatları onların tam iştirakı ilə və əgər mümkünsə, həmin Razılaşan Tərəflərdə hazırlayıb aparmağa çalışır.
7. Hər Razılaşan Tərəf genetik resurslar verən Tərəflə bu cür resursların tədqiqinin və işlənməsinin nəticələrindən, eləcə də onların kommersiya və başqa tətbiqi nəticəsində faydalanmalardan ədalətli və bərabərhüquqlu əsasda birgə istifadə etmək məqsədi ilə 16-cı və 19-cu maddələrə uyğun olaraq lazımi qanunvericilik tədbirləri, inzibati və ya siyasi tədbirlər, həm də 20-ci və 21-ci maddələrə uyğun olaraq yaradılmış maliyyələşdirmə mexanizmi vasitəsi ilə tədbirlər görür. Bu cür istifadə qarşılıqlı surətdə razılaşdırılmış şərtlərlə həyata keçirilir.
M a d d ə 1 6
Texnologiyanın öyrənilməsi və verilməsi
1. Hər Razılaşan Tərəf texnologiyaya biotexnologiyanın da daxil olduğunu və istər texnologiyanın öyrənilməsinin, istərsə də Razılaşan Tərəflər arasında verilməsinin bu Konvensiyanın məqsədlərinə çatmağın mühüm ünsürləri olduğunu dərk edərək, bu maddənin müddəalarına uyğun şəkildə digər Razılaşan Tərəflərin bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dəxli xxxx, yaxud genetik resurslardan istifadə edilməsini nəzərdə tutan və ətraf mühitə ciddi ziyan vurmayan texnologiyaları digər Razılaşan Tərəflərin öyrənilməsini təşkil etməyi və/ və yaxud öyrənməyi asanlaşdırmağı öhdəsinə götürür.
2. Yuxarıdakı 1-ci bənddə göstərilən texnologiyanın öyrənilməsi və inkişaf edən ölkələrə verilməsi ədalətli və ən əlverişli, o cümlədən, əgər qarşılıqlı razılaşma varsa, güzəştli və imtiyazlı şəkildə və lazım gələrsə 20-ci və 21-ci maddələrə uyğun olaraq yaradılan maliyyələşdirmə mexanizminə müvafiq surətdə təmin edilir və/ və yaxud asanlaşdırılır. Patentlərlə və digər intellektual mülkiyyət hüquqları ilə müdafiə edilən texnologiyaya aid olanda öyrənmə və verilmə intellektual mülkiyyət hüquqlarının kifayət dərəcədə və səmərəli mühafizəsi nəzərə alınan və ona xxxxx xxxx şərtlərlə təmin edilir. Bu bənd aşağıdakı 3-cü, 4-cü və 5-ci bəndlərə müvafiq olaraq tətbiq edilir.
3. Hər Razılaşan Tərəf genetik resurslar vermiş Razılaşan Tərəflərin, xüsusilə inkişaf edən ölkələrin bu resurslardan istifadə edilməsi nəzərdə tutulan texnologiyaları öyrənmələrinin təmin edilməsi və bu texnologiyaların, o cümlədən
patentlərlə və digər intellektual mülkiyyət hüquqları ilə müdafiə olunan texnologiyanın qarşılıqlı surətdə razılaşdırılmış şərtlərlə, lazım gələrsə, 20-ci və 21-ci maddələrin müddəalarına əsasən və beynəlxalq hüquq normalarına, həmçinin aşağıdakı 4-cü və 5-ci bəndlərə uyğun şəkildə verilməsi üçün zəruri qanunvericilik tədbirləri, inzibati və ya siyasi tədbirlər görür.
4. Hər Razılaşan Tərəf inkişaf edən ölkələrdə istər hökumət orqanlarının, istərsə də fərdi sektorun mənafeyi naminə fərdi sektorun yuxarıdakı bənddə göstərilən texnologiyaları öyrənməsini, bu texnologiyaların birgə işlənməsini və verilməsini asanlaşdırması üçün lazımi qanunvericilik tədbirləri, inzibati və ya siyasi tədbirlər görür və bununla əlaqədar olaraq yuxarıdakı 1-ci, 2-ci və 3-cü bəndlərdə göstərilən öhdəlikləri yerinə yetirir.
5. Razılaşan Tərəflər bu Konvensiyanın həyata keçirilməsinə patentlərin və digər intellektual mülkiyyət hüquqlarının təsir göstərə biləcəyini etiraf edərək, həmin hüquqların Konvensiyanın məqsədlərinə zidd olmayıb kömək göstərməsini təmin etmək məqsədi ilə bu sahədə milli qanunvericiliyi və beynəlxalq hüquq normalarını rəhbər tutmaqla əməkdaşlıq edirlər.
M a d d ə 1 7
İnformasiya mübadiləsi
1. Razılaşan Tərəflər inkişaf edən ölkələrin xüsusi tələbatını nəzərə alaraq, bütün ümumi istifadə mənbələrindən bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair informasiya mübadiləsinə kömək edirlər.
2. Bu cür informasiya mübadiləsinə texniki, xxxx və sosial-iqtisadi tədqiqatların nəticələrinin, həmçinin peşə hazırlığına və araşdırmalara dair proqramlar haqqında informasiyanın, xüsusi biliklərin-həm sırf yerli və ənənəvi biliklərin, həm də onların 16-cı maddənin 1-ci bəndində göstərilən texnologiyalarla birlikdə mübadiləsi daxildir. Bundan başqa, mübadiləyə mümkün xxxx xxxxx informasiya repatriasiya da daxildir.
M a d d ə 1 8
Xxxx-texniki əməkdaşlıq
1. Razılaşan Tərəflər bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində zəruri hallarda müvafiq beynəlxalq xxxx-texniki əməkdaşlığa kömək edirlər.
2. Hər Razılaşan Tərəf bu Konvensiyanın həyata keçirilməsində digər Razılaşan Tərəflərlə, xüsusən inkişaf edən ölkələrlə, məsələn, milli siyasətin işlənib hazırlanması vasitəsi ilə xxxx-texniki əməkdaşlığa kömək edir, bu cür əməkdaşlığa kömək göstərilərkən insan resurslarını inkişaf etdirmək və müvafiq qurumlar yaratmaq yolu ilə milli imkanların genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi diqqət yetirmək gərəkdir.
3. Tərəflərin Konfransı xxxx-texniki əməkdaşlığı həvəsləndirmək və asanlaşdırmaq məqsədi ilə özünün ilk müşavirəsində vasitəçilik mexanizmi yaradılması yollarını müəyyənləşdirir.
4. Razılaşan Tərəflər bu Konvensiyanın məqsədlərinə uyğun olaraq texnologiyalar, o cümlədən yerli və ənənəvi texnologiyalar yaradılması və istifadəsi sahəsində milli qanunvericiliyə və siyasətə müvafiq əməkdaşlıq formalarını həvəsləndirir və işləyib hazırlayırlar.
5. Razılaşan Tərəflər bu Konvensiyanın məqsədlərinə aid xxxx texnologiyalar hazırlanması üçün qarşılıqlı razılaşma əsasında birgə xxxx tədqiqat proqramları və birgə müəssisələr yaradılmasına kömək göstərirlər.
M a d d ə 1 9
Biotexnologiyanın tətbiqi və onunla bağlı faydaların bölüşdürülməsi
1. Hər Razılaşan Tərəf biotexnoloji tədqiqatlar üçün genetik resurslar verən Razılaşan Tərəflərin, xüsusilə inkişaf edən ölkələrin, mümkün xxxx xxxxx həmin Razılaşan Tərəflərdə bu cür tədqiqatlar aparılması sahəsindəki fəaliyyətdə səmərəli iştirakının təmin edilməsi üçün lazımi qanunvericilik tədbirləri, inzibati və siyasi tədbirlər görürlər.
2. Hər Razılaşan Tərəf ədalət və bərabərlik əsasında Razılaşan Tərəflərin, xüsusilə inkişaf edən ölkələrin bu Razılaşan Tərəflərin verdikləri genetik resurslara əsaslanan biotexnologiyaların nəticələrinin və faydalarından üstün qaydada istifadə etmələrinin təmin olunmasına kömək və yardım göstərməkdən ötrü bütün mümkün tədbirləri görür. Bu cür istifadə qarşılıqlı surətdə razılaşdırılmış şərtlərlə həyata keçirilir.
3. Tərəflər görüləcək tədbirlərin, o cümlədən məsələn, biotexnologiya nəticəsində yaranan, bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə mənfi təsir göstərməyə xxxxx xxxx hər hansı dəyişmiş canlı orqanizmin təhlükəsiz verilməsi, istifadəsi və tətbiqi sahəsində müvafiq prosedurların hazırlanmasına dair tədbirlərin, o cümlədən ilkin əsaslandırılmış razılaşmanın zəruriliyini və şərtlərini, mümkünsə, protokol formasında nəzərdən keçirirlər.
4. Hər Razılaşan Tərəf 3-cü bənddə göstərilən orqanizmlərlə iş zamanı həmin Razılaşan Tərəfin müəyyənləşdirdiyi istifadə və təhlükəsizlik texnikası qaydaları haqqında hər hansı mövcud informasiyanı, həmçinin müvafiq konkret orqanizmlərin potensial zərərli təsiri haqqında hər hansı mövcud informasiyanı bu orqanizmlərin gətirildiyi Razılaşan Tərəfə bilavasitə verir, yaxud öz yurisdiksiyası altında xxxx və həmin orqanizmləri təqdim edən fiziki və ya hüquqi şəxsdən onların verilməsini tələb edir.
M a d d ə 2 0
Maliyyə resursları
1. Hər Razılaşan Tərəf bu Konvensiyanın məqsədlərinə nail olmaq üçün öz milli planlarına və üstün proqramına uyğun olaraq milli səviyyədə aparılan fəaliyyət növlərini imkan daxilində maliyyələşdirməyi və stimullaşdırmağı öhdəsinə götürür.
2. İnkişaf etmiş ölkələr xxxx Tərəflər yeni və əlavə maliyyə resursları verirlər ki, inkişaf edən ölkə xxxx Tərəflərin bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirmək tədbirlərinin həyata keçirilməsi gedişində çəkəcəkləri razılaşdırılmış əlavə xərclərin
hamısının əvəzini ödəmələri və Konvensiyanın müddəalarına əməl olunmasından fayda götürmələri üçün imkan yaratsınlar; bu cür xərclər inkişaf edən ölkə xxxx Tərəf ilə 21-ci maddədə göstərilən təşkilat qurumu arasında texnologiya əldə edilməsi tədbirlərinə, strategiyasına, proqram üstünlüklərinə, meyarlarına və Tərəflərin Konfransının müəyyənləşdirdiyi əlavə xərclərin təqribi siyahısına uyğun surətdə razılaşdırılır. Digər Tərəflər, o cümlədən bazar iqtisadiyyatına keçid prosesində xxxx ölkələr inkişaf etmiş ölkələr xxxx Tərəflərin öhdəliklərini könüllü surətdə öz üzərlərinə götürə bilərlər. Tərəflərin Konfransı vaxtaşırı siyahılar xülasəsi hazırlayır və lazım gələrsə, ona dəyişikliklər keçirir. Digər ölkələrdən və digər mənbələrdən könüllülük əsasında vəsait verilməsi də həvəsləndiriləcəkdir. Bu öhdəliklər yerinə yetirilərkən adekvatlığa, vəziyyəti qabaqcadan görməyə, vəsaitin vaxtlı-vaxtında axınına tələbat və maliyyələşdirmədə iştirak edən Tərəflərin siyahıya salınmış xərclərin ağırlığını birgə çəkməyin vacibliyi nəzərə alınmalıdır.
3. İnkişaf etmiş ölkə xxxx Tərəflər bu Konvensiyanın həyata keçirilməsi ilə
əlaqədar olaraq ikitərəfli, məhəlli və çoxtərəfli kanallarla da maliyyə resursları verə, inkişaf edən ölkələr sayılan Tərəflər isə həmin resurslardan istifadə edə bilərlər.
4. İnkişaf edən dövlətlər xxxx Tərəflərin Konvensiya üzrə öz öhdəliklərini uğurla yerinə yetirmək qabiliyyəti inkişaf etmiş ölkələr xxxx Tərəflərin Konvensiya üzrə maliyyə resursları və texnologiya verilməsi ilə bağlı öhdəliklərini uğurla yerinə yetirmələrindən asılı olacaq və tam şəkildə belə bir faktla müəyyən ediləcəkdir ki, sosial-iqtisadi inkişaf və yoxsulluğun ləğv edilməsi inkişaf edən ölkələr xxxx Tərəflərin ən mühüm və üstün vəzifələridir.
5. Texnologiyanın maliyyələşdirilməsi və verilməsi ilə bağlı hərəkətlərində Tərəflər ən az inkişaf edən ölkələrin konkret tələbatını və xüsusi vəziyyətini tam şəkildə nəzərə alırlar.
6. Razılaşan Tərəflər inkişaf edən və Tərəflər sayılan ölkələrdə, xüsusilə ən kiçik ada dövlətlərində bioloji müxtəlifliyin bölüşdürülməsindən və məskənindən asılılığın nəticələri xxxx xüsusi şəraiti də nəzərə alırlar.
7. İnkişaf edən ölkələrin, o cümlədən quraqlıq və yarımquraqlıq zonalara, xxxxx və dağ rayonlarına malik ölkələr kimi ekoloji cəhətdən xxx zəif ölkələrin xüsusi vəziyyəti də nəzərə alınacaqdır.
M a d d ə 2 1
Maliyyələşdirmə mexanizmi
1. İnkişaf edən ölkələr xxxx Tərəflərə bu Konvensiyanın məqsədləri üçün qaytarılmamaq şərti ilə və ya güzəştlə maliyyə resursları verməkdən ötrü əsas ünsürləri bu maddədə göstərilən müvafiq mexanizm yaradılır. Bu Konvensiyanın məqsədləri üçün həmin mexanizm Tərəflərin Konfransının rəhbərliyi altında və onun tövsiyələri nəzərə alınmaqla işləyir və Konfransa tabedir. Mexanizmin fəaliyyəti Tərəflərin Konfransının, ola bilər, ilk müşavirəsində qərar verib yaradacağı təşkilati strukturun köməyi ilə həyata keçirilir. Bu Konvensiyanın məqsədləri üçün Tərəflərin Konfransı bu cür resursların əldə edilməsini və istifadəsini tənzimləyən tədbirləri, strategiyanı, proqram üstünlükləri və meyarları müəyyənləşdirir. Pul payı 20-ci
maddədə haqqında danışılan, məbləği vaxtaşırı olaraq Tərəflərin Konfranslarında müəyyənləşdirilən resursların tələbatına uyğun gələn, qabaqcadan xxxxx edilən, adekvat şəkildə və vaxtlı-vaxtında maliyyə vəsaitləri axınının təmin edilməsi zəruriliyi, həmçinin maliyyələşdirmədə iştirak edən Tərəflərin 20-ci maddənin 2-ci bəndində göstərilən siyahıya salınmış xərclərin ağırlığını birgə çəkmələrinin vacibliyi nəzərə alınmaqla verilir. Könüllü pul payları inkişaf etmiş ölkələr xxxx Tərəflərdən, habelə digər ölkələrdən və digər mənbələrdən də daxil ola bilər. Mexanizm demokratik və açıq idarəetmə sistemi əsasında işləyir.
2. Bu Konvensiyanın məqsədlərinə uyğun olaraq Tərəflərin Konfransı özünün ilk müşavirəsində maliyyə resurslarının öyrənilməsini və istifadəsini, o cümlədən bu cür istifadə və onun qiymətləndirilməsi üzərində müntəzəm nəzarət qoyulmasını tənzimləyən tədbirləri, strategiyanı, proqram üstünlüklərini, həmçinin müfəssəl meyarları və rəhbər prinsipləri müəyyənləşdirir. Maliyyələşdirmə mexanizminin işini idarə etməyin həvalə olunduğu müvafiq təşkilati strukturla məsləhətləşdikdən sonra Tərəflərin Konfransı yuxarıdakı 1-ci bəndin müddəalarını yerinə yetirməkdən ötrü xxxxx xxxx tədbirlərə dair qərar qəbul edir.
3. Tərəflərin Konfransı bu Konvensiya qüvvəyə mindiyi gündən sonra iki ildən tez olmayaraq, sonra isə müntəzəm qaydada bu maddəyə müvafiq surətdə yaradılan maliyyələşdirmə mexanizminin səmərəliliyi xülasəsini, o cümlədən yuxarıdakı 2-ci bənddə göstərilən meyarları və rəhbər prinsipləri hazırlayır. O bu cür xülasəni nəzərə alaraq, lazım gələndə, mexanizmin işinin səmərəliliyinin yüksəldilməsinə yönəldilən müvafiq tədbirlər görür.
4. Razılaşan Tərəflər bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün maliyyə resursları verilməsi məqsədi ilə mövcud maliyyə qurumlarını möhkəmlətmək məsələsini nəzərdən keçirirlər.
M a d d ə 2 2
Digər beynəlxalq konvensiyalarla əlaqə
1. Bu Konvensiyanın müddəaları hər hansı Razılaşan Tərəfin hər hansı beynəlxalq sazişdən irəli gələn hüquq və vəzifələrinə xələl gətirmir — bu hüquq və vəzifələrin həyata keçirilməsi nəticəsində bioloji müxtəlifliyə ciddi ziyan vurulması halları istisna edilməklə.
2. Dəniz mühitinə gəlincə, Razılaşan Tərəflər bu Konvensiyanın müddəalarını dövlətlərin dəniz hüququnda nəzərdə tutulan hüquq və vəzifələri ilə ziddiyyətə girmədən həyata keçirirlər.
M a d d ə 2 3
Tərəflərin Konfransı
1. Bununla Tərəflərin Konfransı təsis edilir. Tərəflərin Konfransı bu Konvensiya qüvvəyə mindikdən sonra bir ildən gec olmayaraq Birləşmiş Millətlər Təşkilatı Ətraf mühit üzrə proqramının İcraçı direktoru tərəfindən çağırılır. Sonralar Tərəflərin
Konfransı özünün ilk müşavirəsində Tərəflərin Konfransının müəyyən ediləcəyi vaxtaşırılıqla çağırılır.
2. Tərəflərin Konfransının növbədənkənar müşavirələri Konfransın bunu zəruri saydığı hallarda və ya hər hansı Tərəfin yazılı xahişi ilə çağırılır, bu şərtlə ki, həmin xahiş katiblik tərəfindən onların ünvanına göndərildikdən sonrakı altı ay ərzində Tərəflərin azı üçdə biri onu müdafiə etsin.
3. Tərəflərin Konfransı özünün prosedur qaydalarını və təsis edə biləcəyi hər hansı yardımçı orqanlarının prosedur qaydalarını, habelə katibliyin maliyyələşdirilməsini tənzimləyən maliyyə qaydalarını konsensusla razılaşdırır və qəbul edir. O hər növbəti müşavirədə gələn növbəti müşavirəyədək xxxx maliyyə dövrü üçün büdcə təsdiq edir.
4. Tərəflərin Konfransı bu Konvensiyanın yerinə yetirilməsini müntəzəm surətdə izləyir və bu məqsədlə:
a) 26-cı maddəyə müvafiq surətdə təqdim edilməli xxxx informasiyanın forması və verilməsi vaxtaşırılığını müəyyənləşdirir və bu informasiyanı, həmçinin hər hansı yardımçı orqanın təqdim etdiyi məruzələri nəzərdən keçirir;
b) 25-ci maddəyə müvafiq şəkildə bioloji müxtəlifliyə dair təqdim edilən xxxx, texniki və texnoloji tövsiyələri nəzərdən keçirir;
c) lazım gələndə, 28-ci maddəyə uyğun olaraq protokolları nəzərdən keçirir və qəbul edir;
d) lazım gələndə, 29-cu və 30-cu maddələrə uyğun olaraq bu Konvensiyaya və ona əlavələrə düzəlişləri nəzərdən keçirir və qəbul edir;
e) hər hansı protokola, həmçinin ona hər hansı əlavələrə düzəlişləri nəzərdən keçirir, qəbul edir və müvafiq qərar olduqda Tərəflərə bu protokolu qəbul etməyi məsləhət görür;
f) 30-cu maddəyə uyğun olaraq bu Konvensiyaya yeni əlavələri nəzərdən keçirir və lazım gəldikdə qəbul edir;
g) bu Konvensiyanın həyata keçirilməsi üçün zəruri hesab edilən yardımçı orqanlar, məsələn, xxxx və texniki məsələlər üzrə məsləhət orqanları təsis edir;
h) bu Konvensiyanın əhatə etdiyi məsələlərə aid konvensiyaların icra orqanları ilə müvafiq əməkdaşlıq formaları işləyib hazırlamaqdan ötrü katiblik vasitəsi ilə həmin orqanlarla əlaqə yaradır; və
i) bu Konvensiyanın həyata keçirilməsi gedişində toplanan təcrübənin köməyi ilə onun məqsədlərinə nail olmaq üçün tələb edilən hər hansı əlavə tədbirləri nəzərdən keçirir və qəbul edir.
5. Birləşmiş Millətlər Təşkilatı, onun ixtisaslaşdırılmış və atom enerjisi üzrə beynəlxalq agentlik, həmçinin bu Konvensiyanın tərəfi olmayan hər hansı dövlət Tərəflərin Konfransının müşavirələrində müşahidəçi sifəti ilə təmsil edilə bilərlər. Bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə aid sahələrdə iş təcrübəsinə malik olub, Tərəflərin Konfransının müşavirəsində müşahidəçi sifəti ilə təmsil edilmək istədiyini katibliyə bildirən hər hansı digər hökumət və ya qeyri-hökumət orqanları və ya idarələri, əgər müşavirədə iştirak edən Tərəflərin heç olmazsa, üçdə biri etiraz etmirsə, müşavirəyə buraxıla bilərlər. Müşahidəçilərin buraxılışı və iştirakı Tərəflərin Konfransının qəbul etdiyi prosedur qaydaları ilə tənzimlənir.
M a d d ə 2 4
Katiblik
1. Bununla katiblik təsis edilir, ona aşağıdakı funksiyalar həvalə olunur:
a) Tərəflərin Konfransının müşavirələrini 23-cü maddədə nəzərdə tutulduğu kimi təşkil etmək və xidmət göstərmək;
b) hər hansı protokolla ona tapşırılan vəzifələri yerinə yetirmək;
c) bu Konvensiyaya uyğun olaraq ona tapşırılan vəzifələrin yerinə yetirilməsi haqqında məruzələr hazırlamaq və onları Tərəflərin Konfransına təqdim etmək;
d) digər müvafiq beynəlxalq orqanlarla fəaliyyəti əlaqələndirmək, məsələn, onun funksiyalarının daha səmərəli şəkildə yerinə yetirilməsi üçün tələb oluna bilən inzibati sazişlər və razılaşma sazişləri bağlamaq; və
e) Tərəflərin Konfransının müəyyən edə biləcəyi digər bu cür vəzifələri yerinə yetirmək.
2. Özünün ilk müşavirəsində Tərəflərin Konfransı katiblik funksiyalarını bu Konvensiyaya uyğun qaydada yerinə yetirməyə hazır olduqlarını bildirmiş səlahiyyətli beynəlxalq təşkilatlar sırasından katiblik təyin edir.
M a d d ə 2 5
Xxxx, texniki və texnoloji məsləhətlər üzrə yardımçı orqan
1. Bununla bu Konvensiyanın həyata keçirilməsindən ötrü Tərəflərin Konfransını və lazım gələrsə, onun digər yardımçı orqanlarını vaxtlı-vaxtında məsləhətlərlə təmin etmək məqsədi ilə xxxx, texniki və texnoloji məsləhətlər üzrə yardımçı orqan təsis edilir. Bu orqan bütün Tərəflərin iştirakı üçün açıqdır və çoxsahəli xarakterə malikdir. Oraya müvafiq xxxxx sahələrində səlahiyyətli hökumət nümayəndələri daxildirlər. Bu orqan öz işinin bütün aspektləri üzrə məruzələr hazırlayıb Tərəflərin Konfransına təqdim edir.
2. Tərəflərin Konfransının rəhbərliyi altında və müəyyənləşdirdiyi prinsiplərə uyğun olaraq, həmçinin onun xahişi ilə bu orqan:
a) bioloji müxtəlifliyin vəziyyətinə dair elmi və texniki rəylər verir;
b) bu Konvensiyanın müddəalarına uyğun olaraq görülmüş tədbir növlərinin nəticələri haqqında xxxx və texniki rəylər hazırlayır;
c) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində yeni, səmərəli və ən müasir texnologiyaları və «nou-hau»ları aşkara çıxarır, bu cür texnologiyaların işlənməsinə və/ və yaxud verilməsinə kömək göstərməyin yollarına və vasitələrinə dair məsləhətlər verir;
d) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi ilə bağlı tədqiqatlar və araşdırmalar sahəsində xxxx proqramlara və beynəlxalq əməkdaşlığa dair məsləhətlər verir; və
e) Tərəflərin Konfransının və onun yardımçı orqanlarının bu orqan qarşısında qoya biləcəkləri xxxx, texniki, texnoloji və metodoloji xarakterli suallara cavab verir.
3. Tərəflərin Konfransı bu orqanın funksiyalarını, fəaliyyət dairəsini, təşkilini və xarakterini dəqiqləşdirə bilər.
M a d d ə 2 6
Məruzələr
Hər Razılaşan Tərəf bu Konvensiyanın müddəalarını həyata keçirmək üçün gördüyü tədbirlər və bu Konvensiyanın məqsədlərinə nail olmaq baxımından onların səmərəliliyi haqqında məruzələr hazırlayıb Tərəflərin Konfransının müəyyən edəcəyi vaxtaşırılıqla Tərəflərin Konfransına təqdim edir.
M a d d ə 2 7
Mübahisələrin nizama salınması
1. Razılaşan Tərəflər arasında bu Konvensiyanın təfsiri və ya tətbiqi barəsində mübahisə yarananda mənafeyi xxxx tərəflər mübahisəni danışıqlar yolu ilə nizama salmağa çalışırlar.
2. Mənafeyi xxxx tərəflər danışıqlar yolu ilə razılıq əldə etməyə nail olmayanda onlar birlikdə üçüncü tərəfin xeyirxah xidmətlərindən istifadə edə və ya ona vasitəçi olması xahişi ilə müraciət edə bilərlər.
3. İqtisadi inteqrasiyaya girmiş dövlət və ya məhəlli təşkilat bu Konvensiyanı ratifikasiya edərkən, bəyənərkən və ya ona qoşularkən depozitariyə belə bir yazılı ərizə göndərə bilərlər ki, yuxarıdakı 1-ci bəndin və ya 2-ci bəndin müddəalarına uyğun şəkildə həll edilməyən mübahisə məsələsində onlar mübahisənin nizama salınmasının aşağıdakı vasitələrindən birini və ya hər ikisini icbari vasitə kimi qəbul edirlər:
a) II Əlavənin 1-ci hissəsində verilmiş iş qaydasına uyğun olaraq arbitraj araşdırmasını;
b) mübahisənin Beynəlxalq Məhkəməyə verilməsini.
4. Əgər mübahisə tərəfləri yuxarıdakı 3-cü bəndə uyğun olaraq eyni proseduru və ya onlardan hər hansı birini seçmirlərsə, mübahisəyə, tərəflər başqa razılığa gəlməyiblərsə, II Əlavənin 2-ci hissəsinə müvafiq olaraq razılaşma proseduru əsasında baxılır.
5. Bu maddənin müddəaları hər hansı protokol barəsində tətbiq edilir-əgər həmin protokolda başqa hal nəzərdə tutulmayıbsa.
M a d d ə 2 8
Protokolların qəbul edilməsi
1. Razılaşan Tərəflər bu Konvensiyaya dair protokolların hazırlanmasında və qəbul olunmasında əməkdaşlıq edirlər.
2. Protokollar Tərəflərin Konfransının müşavirəsində qəbul edilir.
3. Katiblik təklif edilən hər hansı protokolun mətnini bu cür müşavirə keçirilməsindən çoxu altı ay əvvəl Razılaşan Tərəflərə göndərir.
M a d d ə 2 9
Konvensiyaya və ya protokollara düzəlişlər
1. Hər hansı Razılaşan Tərəf bu Konvensiyaya düzəlişlər təklif edə bilər. Protokolun hər hansı Tərəfi bu protokola düzəlişlər təklif edə bilər.
2. Bu Konvensiyaya düzəlişlər Tərəflərin Konfransının müşavirəsində qəbul edilir. Hər hansı protokola düzəlişlər müvafiq protokolun Tərəflərinin müşavirəsində qəbul edilir. Katiblik bu Konvensiyaya və ya hər hansı protokola düzəlişin mətnini, bu protokolda başqa hal nəzərdə tutulmamışdırsa, qəbul olunması təklif edilən müşavirənin keçirilməsinə azı altı ay qalmış baxılan sənədin Tərəflərinə göndərir. Katiblik təklif olunan düzəlişlərin mətnini bu Konvensiyanı imzalamış Tərəflərə də məlumat üçün göndərir.
3. Tərəflər bu Konvensiyaya və ya hər hansı protokola təklif olunan hər hansı düzəliş barəsində konsensus əsasında razılıq əldə edilməsi üçün bütün səyləri göstərirlər. Əgər konsensus əldə edilməsi üçün bütün imkanlar tükənəndən sonra da razılığa gəlmək mümkün olmamışdırsa, sonuncu vasitə kimi, düzəliş müşavirədə olub səsvermədə iştirak edənlərin səslərinin üçdə iki çoxluğu ilə qəbul edilir.
4. Depozitari düzəlişlərin ratifikasiyası, qəbul edilməsi və ya bəyənilməsi haqqında düzəlişi yazılı şəkildə alır. Yuxarıdakı 3-cü bəndə uyğun olaraq qəbul edilən düzəlişlər onunla razılaşan Tərəflər üçün bu Konvensiyanın Razılaşan Tərəflərinin və ya müvafiq protokolun Tərəflərinin, əgər bu protokolda başqa hal nəzərdə tutulmamışdırsa, azı üçdə iki hissəsinin ratifikasiya etməsinə, qəbul etməsinə və ya bəyənməsinə dair sənədlər saxlanmağa verəndən sonra doxsanıncı gün qüvvəyə minir. Bundan sonra düzəlişlər hər hansı digər Tərəf üçün bu düzəlişlərin ratifikasiyası, qəbul edilməsi və ya bəyənilməsi haqqında sənədləri həmin Tərəf saxlanmağa təhvil veriləndən sonra doxsanıncı gün qüvvəyə minir.
5. Bu maddənin məqsədi üçün «müşavirədə olub səsvermədə iştirak edənlər» ifadəsi orada olub «lehinə» və «əleyhinə» səs verən Tərəflər deməkdir.
M a d d ə 3 0
Əlavələrin qəbul edilməsi və onlara düzəlişlər keçirilməsi
1. Bu Konvensiyaya və ya hər hansı protokola əlavələr müvafiq surətdə bu Konvensiyanın və ya həmin protokolun ayrılmaz hissəsidir və əgər açıq-aydın başqa hal nəzərdə tutulmamışdırsa, bu Konvensiyaya və ya ona aid protokollara istinad eyni zamanda bunların hər hansı əlavələrinə istinad deməkdir. Bu cür əlavələr prosedur, xxxx, texniki və inzibati məsələlərlə məhdudlaşdırılır.
2. Əgər hər hansı protokolda ona əlavəyə dair başqa hal nəzərdə tutulmursa, bu Konvensiyaya yeni əlavələrin və ya hər hansı protokola əlavələrin təklif olunmasının, qəbul edilməsinin və qüvvəyə minməsinin aşağıdakı prosedurları tətbiq edilir:
a) bu Konvensiyaya və ya hər hansı protokola əlavələr 29-cu maddədə göstərilən prosedura uyğun şəkildə təklif olunur və qəbul edilir;
b) bu Konvensiyaya yeni əlavəni və ya Tərəf olduğu hər hansı protokola əlavə qəbul edə bilməyən hər hansı Tərəf depozitarinin onu təhvil götürməsi haqqındakı bildirişi göndərdiyi gündən sonra bir il ərzində bu barədə depozitariyə yazılı şəkildə məlumat verir. Depozitari hər hansı bu cür məlumat aldığı barədə dərhal bütün Tərəflərə xəbər verir. Hər hansı Tərəf əvvəllər göndərdiyi etiraz ərizəsini istənilən vaxt xxxx götürə bilər, bundan sonra aşağıdakı c) yarımbəndinin müddəalarına əməl edilməklə, əlavə həmin Tərəf üçün qüvvəyə minir;
c) təhvil götürüldüyü barəsində depozitarinin xəbər verdiyi gündən bir il keçəndən sonra əlavə bu Konvensiyanın və ya hər hansı müvafiq protokolun yuxarıdakı b) yarımbəndinin müddəasına uyğun şəkildə məlumat təqdim etməyən bütün Tərəflər üçün qüvvəyə minir.
3. Bu Konvensiyaya və ya hər hansı protokola əlavələrə düzəlişlərin təklif olunması, qəbul edilməsi və qüvvəyə minməsi Konvensiyaya əlavələrin və ya hər hansı protokola əlavələrin təklif olunması, qəbul edilməsi və qüvvəyə minməsi üçün müəyyənləşdirilmiş prosedurun eyni xxxx prosedurla tənzimlənir.
4. Əgər yeni əlavə və ya əlavəyə düzəliş bu Konvensiyaya və ya hər hansı protokola düzəliş keçirilməsi ilə bağlıdırsa, bu cür yeni əlavə və ya düzəliş yalnız o vaxt qüvvəyə minir ki, bu Konvensiya və ya müvafiq protokola düzəliş ondan əvvəl qüvvəyə minmiş olsun.
M a d d ə 3 1
Səsvermə hüququ
1. Aşağıdakı 2-ci bənddə nəzərdə tutulan hal istisna olmaqla, bu Konvensiyanın və ya hər hansı protokolun hər Razılaşan Tərəfi bir səsə malikdir.
2. İqtisadi inteqrasiyanın məhəlli təşkilatları öz səlahiyyətlərinə aid məsələlərdə Konvensiyanın və ya müvafiq protokolun Razılaşan Tərəfləri xxxx üzv dövlətlərin sayına bərabər səslərə malik olmaqla özlərinin səsvermə hüququndan istifadə edirlər. Əgər üzv dövlətlər özləri səsvermə hüququndan istifadə edirlərsə, bu təşkilatlar səsvermə hüquqlarından istifadə etmirlər və əksinə.
M a d d ə 3 2
Bu Konvensiya ilə ona aid protokollar arasında əlaqə
1. İqtisadi inteqrasiya dövləti və ya məhəlli təşkilatı yalnız o halda hər hansı protokolun Tərəfi ola bilər ki, eyni zamanda bu Konvensiyanın Razılaşan Tərəfi olsun və ya belə bir Tərəfə çevrilsin.
2. Hər hansı protokola müvafiq qərarları ancaq bu protokolun Tərəfləri qəbul edirlər. Protokolu ratifikasiya etməmiş, qəbul etməmiş və ya bəyənməmiş Razılaşan Tərəf həmin protokolun Tərəflərinin hər hansı müşavirəsində müşahidəçi sifəti ilə iştirak edə bilər.
M a d d ə 3 3
İmzalanma
Bu Konvensiya 1992-ci il iyunun 5-dən 1992-ci il iyunun 14-dək Rio-de-Janeyroda, habelə 1992-ci il iyunun 15-dən 1993-cü il iyunun 4-dək Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində iqtisadi inteqrasiyanın bütün dövlətlərinin və hər hansı məhəlli təşkilatının imzalanması üçün açıqdır.
M a d d ə 3 4
Ratifikasiya, qəbul və ya bəyənmə
1. Bu Konvensiya və hər hansı protokol iqtisadi inteqrasiyanın dövlətləri və məhəlli təşkilatları tərəfindən ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Ratifikasiya, qəbul və ya bəyənmə haqqında sənədlər saxlanmaq üçün depozitariyə təhvil verilir.
2. Konvensiyanın üzvü xxxx dövlətlərdən heç biri Razılaşan Tərəf olmadığı zaman yuxarıdakı 1-ci bənddə göstərilən və bu Konvensiyanın Razılaşan Tərəfinə çevrilən hər hansı təşkilat müvafiq surətdə Konvensiyadan və ya protokoldan irəli gələn bütün öhdəliklərlə bağlıdır. Bu cür təşkilatın üzvü xxxx xxx və ya bir neçə dövlət Konvensiyanın və ya müvafiq protokolun Razılaşan Tərəfidirsə, həmin təşkilat və onun üzvü xxxx dövlətlər özlərinin müvafiq surətdə Konvensiyadan və ya protokoldan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə dair müvafiq vəzifələri barəsində qərar qəbul edirlər. Belə hallarda təşkilat və üzv xxxx dövlətlər Konvensiyadan və ya müvafiq protokoldan irəli gələn hüquqlardan eyni zamanda istifadə edə bilməzlər.
3. Yuxarıdakı 1-ci bənddə göstərilən təşkilatlar özlərinin ratifikasiya, qəbul və ya bəyənmə barəsindəki sənədlərindən Konvensiyanın və ya müvafiq protokolun tənzimlədiyi məsələlərdə özlərinin səlahiyyət dairəsi haqqında məlumat verirlər. Bu təşkilatlar özlərinin səlahiyyət dairəsindəki hər hansı müvafiq dəyişiklikləri də depozitariyə bildirirlər.
M a d d ə 3 5
Qoşulma
1. Bu Konvensiya və ya hər hansı protokol Konvensiyanın və ya müvafiq protokolun imzalanmaq üçün bağlandığı gündən sonra iqtisadi inteqrasiyaya girən dövlətlərin və məhəlli təşkilatların qoşulması üçün açıqdır.
2. Yuxarıdakı 1-ci bənddə göstərilən təşkilatlar özlərinin qoşulma barəsindəki sənədlərində Konvensiyanın və ya müvafiq protokolun tənzimlədiyi məsələlərdə özlərinin səlahiyyət dairəsi haqqında məlumat verirlər. Bu təşkilatlar özlərinin səlahiyyət dairəsindəki hər hansı müvafiq dəyişiklikləri də depozitariyə bildirirlər.
3. 34-cü maddənin 2-ci bəndinin müddəaları iqtisadi inteqrasiyanın bu Konvensiyaya və ya hər hansı protokola qoşulan məhəlli təşkilatlarına tətbiq edilir.
M a d d ə 3 6
Qüvvəyə minmə
1. Bu Konvensiya ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma haqqında otuzuncu sənəd saxlanmaq üçün təhvil veriləndən sonrakı doxsanıncı gün qüvvəyə minir.
2. Hər hansı protokol ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma haqqındakı sənədlərin həmin protokolda göstərilən gün təhvil verildiyindən sonrakı doxsanıncı gün qüvvəyə minir.
3. Bu Konvensiyanı ratifikasiya edən, qəbul edən, bəyənən, yaxud ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma haqqındakı sənəd saxlanmaq üçün təhvil veriləndən sonra ona qoşulan hər Razılaşan Tərəf üçün Konvensiya həmin Razılaşan Tərəfin ratifikasiya, bəyənmə və ya qoşulma haqqında öz sənədini saxlanmaq üçün təhvil verəndən sonrakı doxsanıncı gün qüvvəyə minir.
4. Razılaşan Tərəf üçün hər hansı protokol, əgər onda başqa hal nəzərdə tutulmamışdırsa, bu protokolu ratifikasiya edən, qəbul edən və ya bəyənən, yaxud yuxarıdakı 2-ci bəndə uyğun olaraq, həmin Razılaşan Tərəfin ratifikasiya, qəbul, bəyənmə və ya qoşulma haqqında öz sənədini saxlanmaqdan ötrü təhvil verdikdən sonrakı doxsanıncı gün və ya Konvensiyanın bu Razılaşan Tərəf üçün qüvvəyə mindiyi gün, hansının sonra baş verməsindən asılı olaraq, qüvvəyə minir.
5. Yuxarıdakı 1-ci və 2-ci bəndlərin məqsədləri üçün iqtisadi inteqrasiyanın məhəlli təşkilatına saxlanmaqdan ötrü təhvil verilən hər hansı sənədə bu təşkilatın üzvü xxxx dövlətlərin saxlanmaqdan ötrü təhvil verdikləri sənədlərə əlavə kimi baxılmır.
M a d d ə 3 7
Qeyd-şərtlər
Bu Konvensiyaya heç bir qeyd-şərtə yol verilmir.
M a d d ə 3 8
Konvensiyadan çıxış
1. Bu Konvensiyanın hər hansı Razılaşan Tərəf üçün qüvvəyə mindiyi gündən iki il keçəndən sonra istənilən vaxt həmin Razılaşan Tərəf depozitariyə yazılı bildiriş göndərib Konvensiyadan çıxa bilər.
2. Hər hansı bu cür çıxış depozitarinin bildirişi aldığı gündən bir il keçəndən sonra və ya çıxış haqqında bildirişdə göstərilən daha sonrakı vaxt qüvvəyə minir.
3. Hər hansı Razılaşan Tərəf bu Konvensiyadan çıxırsa, Tərəfi olduğu hər hansı protokoldan da çıxmış sayılır.
M a d d ə 3 9
Maliyyələşdirmənin müvəqqəti qaydası
21-ci maddənin müddəalarına müvafiq şəkildə tam yenidən qurulması şərti ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının qlobal ətraf mühit Fondu, Birləşmiş Millətlər Təşkilatının ətraf mühit üzrə Proqramı və Beynəlxalq Rekonstruksiya və İnkişaf Bankı bu Konvensiyanın qüvvəyə minməsi ilə Tərəflərin
Konfransının ilk müşavirəsi arasındakı dövrdə və ya 21-ci maddəyə uyğun olaraq, Tərəflərin Konfransı bu cür təşkilat strukturunu müəyyənləşdirənədək 21-ci maddədə nəzərdə tutulan müvəqqəti təşkilat strukturu kimi çıxış edirlər.
M a d d ə 4 0
Katiblik barəsindəki müvəqqəti tədbirlər
Birləşmiş Millətlər Təşkilatının ətraf mühit üzrə Proqramının icraçı direktoru bu Konvensiyanın qüvvəyə minməsi ilə Tərəflərin Konfransının ilk müşavirəsi arasındakı dövrdə 24-cü maddənin 2-ci bəndində nəzərdə tutulan müvəqqəti katiblik yaradır.
M a d d ə 4 1
Depozitari
Bu Konvensiyanın və hər hansı protokolun depozitarisi funksiyalarını Birləşmiş Millətlər Təşkilatının Baş katibi yerinə yetirir.
M a d d ə 4 2
Mətnlərin tam uyğunluğu
İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnlərinin bir-birinə xxx xxxxx olduğu bu Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
BUNLARI TƏSDİQ EDƏRƏK, lazımi səlahiyyətlər verilmiş nümayəndələr bu Konvensiyanı imzaladılar.
Bir min doqquz yüz doxsan ikinci il iyunun beşində Rio-de-Janeyroda imzalanmışdır.
Ə
LAVƏ 1
MÜƏYYƏNLƏŞDİRMƏ VƏ MONİTORİNQ
1. Ekoloji sistemlər və məskənlər: miqrasiya edən növlər üçün zəruri sayılan, yüksək dərəcədə müxtəlifliklə, endemik və təhlükə altında xxxx növlərin çoxluğu və ya vəhşi canlı təbiəti ilə səciyyələnir; sosial, iqtisadi, mədəni və ya xxxx əhəmiyyətə malikdir; yaxud reprezentativ və ya nadir xarakterlidir; yaxud əsas təkamül prosesi ilə və ya digər bioloji proseslərlə bağlıdır;
2. Növlər və birliklər: təhlükə altındadır; əhliləşdirilmiş və ya yetişdirilən növlərin vəhşi qohum növləridir; tibbi, kənd təsərrüfatı və digər iqtisadi qiyməti vardır; yaxud sosial, xxxx və ya mədəni əhəmiyyətə malikdir; yaxud bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi sahəsində tədqiqatlar üçün, məsələn, indikator növləri xxxx xxxxx rol oynayır; və
3. Təsvir edilən genomlar və genlər sosial, xxxx və ya iqtisadi əhəmiyyətə malikdir.
VƏ 1
1 - c i h i s s ə
ARBİTRAJ ARAŞDIRMASI PROSEDURU
M a d d ə 1
ƏLA
İddiaçı Tərəf Xxxxxxxxx bildirir ki, Tərəflər 27-ci maddəyə uyğun olaraq mübahisəni arbitraj araşdırmasına verirlər. Bildirişdə arbitraj araşdırmalarının predmeti, o cümlədən Konvensiyanın və ya protokolun təfsiri, yaxud tətbiqi mübahisə doğuran maddələri göstərilir. Əgər Tərəflər məhkəmə sədri təyin olunanadək mübahisənin predmeti haqqında razılığa gəlmirlərsə, predmet arbitraj məhkəməsi tərəfindən müəyyən edilir. Katiblik bu minvalla aldığı informasiyanı bu Konvensiyanın və ya müvafiq protokolun mənafeyi xxxx bütün Razılaşan Tərəflərinə göndərir.
M a d d ə 2
1. İki tərəf arasında mübahisə zamanı arbitraj məhkəməsi üç üzvdən ibarət olur. Mübahisə tərəflərinin hərəsi bir arbitr təyin edir və bu minvalla təyin olunan iki arbitr qarşılıqlı razılıq əsasında məhkəmənin sədri funksiyasını yerinə yetirən üçüncü arbitr təyin edir. Üçüncü arbitr mübahisə tərəflərindən birinin vətəndaşı ola bilməz, bu tərəflərdən birinin ərazisində gündəlik yaşayış yerinə xxxxx xxx bilməz və ya onun bu işə hər hansı digər şəkildə dəxli ola bilməz.
2. İkidən xxx tərəf arasında mübahisə zamanı mübahisədə ümumi mənafeyi xxxx tərəflər qarşılıqlı razılaşma əsasında bir məhkəmə üzvü təyin edirlər.
3. Hər hansı vakansiya ilkin təyinat üçün nəzərdə tutulan prosedura müvafiq qaydada doldurulur.
M a d d ə 3
1. Əgər ikinci arbitr təyin ediləndən sonra iki ay keçənədək arbitraj məhkəməsinin sədri təyin olunmursa, Tərəflərin xahişi ilə onu sonrakı iki ay ərzində Birləşmiş Millətlər Təşkilatının Baş katibi təyin edir.
2. Əgər mübahisənin tərəflərindən biri xahişi alandan sonra iki ay ərzində arbitr təyin etmirsə, digər tərəfin ixtiyarı var ki, bu barədə Baş katibə məlumat versin; Baş katib sonrakı iki ay ərzində arbitr təyin edir.
M a d d ə 4
Arbitraj məhkəməsi öz qərarlarını bu Konvensiyanın, hər hansı müvafiq protokolun müddəalarına və beynəlxalq hüquq normalarına uyğun şəkildə çıxarır.
M a d d ə 5
Əgər bu mübahisənin tərəfləri başqa razılığa gəlməyiblərsə, arbitraj məhkəməsi öz prosedur qaydalarını müəyyən edir.
M a d d ə 6
Arbitraj məhkəməsi Tərəflərdən birinin xahişi ilə lazımi müvəqqəti müdafiə tədbirləri tövsiyə edə bilər.
M a d d ə 7
Mübahisənin tərəfləri arbitraj məhkəməsinin işinə kömək göstərirlər və məsələn, özlərinin sərəncamında xxxx bütün imkanlardan istifadə edirlər:
a) işə aid bütün sənədlər, informasiya və materialları məhkəməyə təqdim edirlər;
və
b) lazım gələndə ona şahidlər, yaxud ekspertlər çağırmaq və onların ifadələri ilə
xxxxx olmaq imkanı yaradırlar.
M a d d ə 8
Tərəflər arbitraj məhkəməsinin araşdırması gedişində məxfi qaydada aldıqları hər hansı informasiyanın məxfiliyini təmin etməyə borcludurlar.
M a d d ə 9
Əgər arbitraj məhkəməsi işin konkret hallarını əsas götürməklə başqa qərar qəbul etmirsə, məhkəmə xərcləri Tərəflər arasında tən bölünür. Məhkəmə özünün bütün xərclərinin qeydiyyatını aparır və bu xərclər barəsində yekun hesabatını Tərəflərə təqdim edir.
M a d d ə 1 0
Mübahisə predmetindən işə dair qərarın toxuna biləcəyi hüquq xarakterli mənafeyi xxxx hər hansı Razılaşan Tərəf məhkəmənin razılığı ilə işə baxılmasında iştirak etmək hüququna malikdir.
M a d d ə 1 1
Məhkəmə bilavasitə mübahisə predmetində doğan qarşılıqlı iddialara baxıb onların barəsində qərar qəbul edə bilər.
M a d d ə 1 2
Arbitraj məhkəməsi prosedur məsələləri və işin mahiyyətinə dair məsələlər barəsində öz üzvlərinin səs çoxluğu ilə qərar qəbul edir.
M a d d ə 1 3
Əgər mübahisənin tərəflərindən biri arbitraj məhkəməsinə gəlmirsə və ya öz işi barəsində müdafiə məqsədi ilə çıxış edə bilmirsə, digər tərəf məhkəmədən araşdırmanı davam etdirməyi və qəti qərar çıxarmağı xahiş edə bilər. Bir tərəfin olmaması və ya onun öz işi barəsində müdafiə məqsədi ilə çıxış edə bilməməsi araşdırma üçün əngəl ola bilməz. Özünün qəti qərarını qəbul edənədək arbitraj məhkəməsi iddianın faktik və hüquqi cəhətdən əsaslandırılmasına əmin olmalıdır.
M a d d ə 1 4
Məhkəmə özünün tam şəkildə təsis olunduğu tarixdən sonra beş ay ərzində, əgər o bu müddəti çoxu beş aylıq yeni müddətə azaltmağı lazım bilmirsə, qəti qərar qəbul edir.
M a d d ə 1 5
Arbitraj məhkəməsinin qəti qərarı mübahisəsinin predmeti ilə məhdudlaşdırılır və qərarın əsaslandırıldığı motivlər şərh edilir. Qərarda onun qəbul olunmasında iştirak etmiş üzvlərin adları və qəti qərarın qəbul edildiyi tarix göstərilir.
M a d d ə 1 6
Qərar mübahisə tərəfləri üçün məcburidir. Tərəflər şikayət vermək proseduru haqqında qabaqcadan razılığa gəlməyiblərsə, qərardan şikayət vermək olmaz.
M a d d ə 1 7
Tərəflər arasında məhkəmənin qəti qərarının şərhi və ya yerinə yetirilməsi qaydası haqqında yarana bilən hər hansı fikir ayrılığı məsələsini hər hansı tərəf bu qərarı çıxarmış arbitraj məhkəməsində baxılmağa verə bilər.
2 - c i h i s s ə
RAZILAŞDIRMA PROSEDURU
M a d d ə 1
Razılaşdırıcı komissiya mübahisə tərəflərindən birinin xahişi ilə yaradılır. Əgər tərəflər başqa razılığa gəlməyiblərsə, komissiya beş üzvdən ibarət olur; mənafeyi xxxx hər tərəf onların ikisini təyin edir, sədri isə bu üzvlər birlikdə seçirlər.
M a d d ə 2
İkidən xxx tərəfin iştirak etdiyi mübahisə zamanı ümumi mənafeyi xxxx tərəflər qarşılıqlı razılığa gələrək, özlərinin komissiyadakı üzvlərini birlikdə təyin edirlər. Mənafeləri fərqlənən iki və ya daha xxx tərəf varsa, yaxud onların mənafelərinin eyni olduğu barədə razılıq yoxdursa, Tərəflər üzvləri ayrılıqda təyin edirlər.
M a d d ə 3
Əgər razılaşdırıcı komissiya yaradılması haqqında xahişin təqdim edildiyi tarixdən sonra iki ay ərzində tərəflər öz nümayəndələrini təyin etmirlərsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi, bu cür xahişi təqdim edən tərəfin müvafiq müraciəti olduqda, sonrakı iki ay ərzində komissiyanın üzvlərini təyin edir.
M a d d ə 4
Əgər komissiyanın sonuncu üzvləri təyin edildikdən sonra iki ay ərzində ra- zılaşdırıcı komissiyanın sədri seçilmirsə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəflərdən birinin xahişi olduqda sonrakı iki ay ərzində sədri təyin edir.
M a d d ə 5
Razılaşdırıcı komissiya öz qərarlarını üzvlərinin səs çoxluğu ilə qəbul edir. Əgər mübahisənin tərəfləri başqa razılığa gəlməyiblərsə, o öz prosedurunu müəyyən edir. Komissiya mübahisənin həlli üçün təklif irəli sürür və tərəflər bu təklifi can-başla müzakirə edirlər.
M a d d ə 6
Razılaşdırıcı komissiyanın səlahiyyəti haqqında fikir ayrılığı yarandıqda məsələ bu komissiya tərəfindən həll edilir.
Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə
və inkişafa dair konfransının gedişində bioloji müxtəliflik haqqında Konvensiyanı imzalamış
TƏRƏFLƏR
(Rio-de-Xxxxxxx, 3-14 iyun 1992-ci il)
Konvensiyanı imzalayan tərəf İmzalanma tarixi
1. Antiqua və Barbuda 5 iyun 1992-ci il
2. Avstriya 5 iyun 1992-ci il
3. Banqladeş 5 iyun 1992-ci il
4. Belçika 5 iyun 1992-ci il
5. Braziliya 5 iyun 1992-ci il
6. Finlandiya 5 iyun 1992-ci il
7. Hindistan 5 iyun 1992-ci il
8. İndoneziya 5 iyun 1992-ci il
9. İtaliya 5 iyun 1992-ci il
10. Lixtenşteyn 5 iyun 1992-ci il
11. Moldova Respublikası 5 iyun 1992-ci il
12. Nauru 5 iyun 1992-ci il
13. Niderland 5 iyun 1992-ci il
14. Pakistan 5 iyun 1992-ci il
15. Polşa 5 iyun 1992-ci il
16. Rumıniya 5 iyun 1992-ci il
17. Botsvana 8 iyun 1992-ci il
18. Madaqaskar 8 iyun 1992-ci il
19. İsveç 8 iyun 1992-ci il
20. Tuvalu 8 iyun 1992-ci il
21. Xxxxxxxxxxx 8 iyun 1992-ci il
22. Bəhreyn 9 iyun 1992-ci il
23. Ekvador 9 iyun 1992-ci il
24. Misir 9 iyun 1992-ci il
25. Qazaxıstan 9 iyun 1992-ci il
26. Küveyt 9 iyun 1992-ci il
27. Lüksemburq 9 iyun 1992-ci il
28. Sudan 9 iyun 1992-ci il
29. Uruqvay 9 iyun 1992-ci il
30. Vanuatu 9 iyun 1992-ci il
31. Kod-d'İvuar 10 iyun 1992-ci il
32. Efiopiya 10 iyun 1992-ci il
33. İslandiya 10 iyun 1992-ci il
34. Malavi 10 iyun 1992-ci il
35. Mavriki 10 iyun 1992-ci il
36. Oman 10 iyun 1992-ci il
37. Ruanda 10 iyun 1992-ci il
38. San-Marino 10 iyun 1992-ci il
39. Seyşel adaları 10 iyun 1992-ci il
40. Şri-Lanka 10 iyun 1992-ci il
41. Belarus 11 iyun 1992-ci il
42. Butan 11 iyun 1992-ci il
43. Burundi 11 iyun 1992-ci il
44. Kanada 11 iyun 1992-ci il
45. Çin 11 iyun 1992-ci il
46. Komor adaları 11 iyun 1992-ci il
47. Konqo 11 iyun 1992-ci il
48. Xorvatiya 11 iyun 1992-ci il
49. Koreya Xalq Demokratik Respublikası 11 iyun 1992-ci il
50. İsrail 11 iyun 1992-ci il
51. Yamayka 11 iyun 1992-ci il
52. İordaniya 11 iyun 1992-ci il
53. Keniya 11 iyun 1992-ci il
54. Latviya 11 iyun 1992-ci il
55. Lesoto 11 iyun 1992-ci il
56. Litva 11 iyun 1992-ci il
57. Monako 11 iyun 1992-ci il
58. Myanma 11 iyun 1992-ci il
59. Niger 11 iyun 1992-ci il
60. Katar 11 iyun 1992-ci il
61. Trinidad və Tobaqo 11 iyun 1992-ci il
62. Türkiyə 11 iyun 1992-ci il
63. Ukrayna 11 iyun 1992-ci il
64. Birləşmiş Ərəb Əmirlikləri 11 iyun 1992-ci il
65. Zair 11 iyun 1992-ci il
66. Zambiya 11 iyun 1992-ci il
67. Əfqanıstan 12 iyun 1992-ci il
68. Anqola 12 iyun 1992-ci il
69. Argentina 12 iyun 1992-ci il
70. Azərbaycan 12 iyun 1992-ci il
71. Xxxxx adaları 12 iyun 1992-ci il
72. Barbados 12 iyun 1992-ci il
73. Bolqarıstan 12 iyun 1992-ci il
74. Burkino-Faso 12 iyun 1992-ci il
75. Kabo-Verde 12 iyun 1992-ci il
76. Çad 12 iyun 1992-ci il
77. Kolumbiya 12 iyun 1992-ci il
78. Kuk adaları 12 iyun 1992-ci il
79. Kuba 12 iyun 1992-ci il
80. Kipr 12 iyun 1992-ci il
81. Danimarka 12 iyun 1992-ci il
82. Estoniya 12 iyun 1992-ci il
83. Qabon 12 iyun 1992-ci il
84. Qambiya 12 iyun 1992-ci il
85. Almaniya 12 iyun 1992-ci il
86. Qana 12 iyun 1992-ci il
87. Yunanıstan 12 iyun 1992-ci il
88. Qvineya 12 iyun 1992-ci il
89. Qvineya-Bisau 12 iyun 1992-ci il
90. Xxxxx 12 iyun 1992-ci il
91. Liberiya 12 iyun 1992-ci il
92. Malayziya 12 iyun 1992-ci il
93. Maldiv adaları 12 iyun 1992-ci il
94. Malta 12 iyun 1992-ci il
95. Marşal 12 iyun 1992-ci il
96. Mavritaniya 12 iyun 1992-ci il
97. Mikroneziya 12 iyun 1992-ci il
98. Monqolustan 12 iyun 1992-ci il
99. Mozambik 12 iyun 1992-ci il
100. Namibiya 12 iyun 1992-ci il
101. Nepal 12 iyun 1992-ci il
102. Yeni Zellandiya 12 iyun 1992-ci il
103. Paraqvay 12 iyun 1992-ci il
104. Peru 12 iyun 1992-ci il
105. Filippin 12 iyun 1992-ci il
106. Sent-Kits və Nevis 12 iyun 1992-ci il
107. Samoa 12 iyun 1992-ci il
108. San-Tome və Prinsipi 12 iyun 1992-ci il
109. Svazilend 12 iyun 1992-ci il
110. İsveçrə 12 iyun 1992-ci il
111. Tailand 12 iyun 1992-ci il
112. Toqo 12 iyun 1992-ci il
113. Uqanda 12 iyun 1992-ci il
114. Böyük Birləşmiş Britaniya Krallığı
və Şimali İrlandiya 12 iyun 1992-ci il
115. Tanzaniya Birləşmiş Respublikası 12 iyun 1992-ci il
116. Venesuela 12 iyun 1992-ci il
117. Yəmən 12 iyun 1992-ci il
118. Zimbabve 12 iyun 1992-ci il
119. Əlcəzair 13 iyun 1992-ci il
120. Ermənistan 13 iyun 1992-ci il
121. Avstriya 13 iyun 1992-ci il
122. Beliz 13 iyun 1992-ci il
123. Benin 13 iyun 1992-ci il
124. Boliviya 13 iyun 1992-ci il
125. Mərkəzi Afrika Respublikası 13 iyun 1992-ci il
126. Çili 13 iyun 1992-ci il
127. Kosta-Rika 13 iyun 1992-ci il
128. Cibuti 13 iyun 1992-ci il
129. Dominikan Respublikası 13 iyun 1992-ci il
130. Salvador 13 iyun 1992-ci il
131. Avropa İqtisadi Birliyi 13 iyun 1992-ci il
132. Fransa 13 iyun 1992-ci il
133. Qvatemala 13 iyun 1992-ci il
134. Qayana 13 iyun 1992-ci il
135. Haiti 13 iyun 1992-ci il
136. Macarıstan 13 iyun 1992-ci il
137. Honduras 13 iyun 1992-ci il
138. İrlandiya 13 iyun 1992-ci il
139. Yaponiya 13 iyun 1992-ci il
140. Meksika 13 iyun 1992-ci il
141. Mərakeş 13 iyun 1992-ci il
142. Nikaraqua 13 iyun 1992-ci il
143. Nigeriya 13 iyun 1992-ci il
144. Panama 13 iyun 1992-ci il
XXXXXX XXXXXX
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 Mart 2000-ci il