İCARƏ MÜQAVİLƏSİ № 00
İCARƏ MÜQAVİLƏSİ № 00
Bakı şəhəri «__» _______ 2022-ci il
Bundan sonra birlikdə «Tərəflər» və ya müvafiq olaraq «Tərəf» adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən ________________________________ şəxsində, bir tərəfdən və Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən Ləğv prosesində xxxx _____________________ ləğedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (bundan sonra «İcarəyə verən» adlandırılacaq), İcraçı direktor Piriyev Tural Qüdrət oğlu digər tərəfdən, aşağıdakılar barəsində bu müqaviləni (bundan sonra – «Müqavilə» adlandırılacaq) bağladılar:
MÜQAVİLƏNİN PREDMETİ
İcarəyə verən bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Müqavilənin 2-ci maddəsində göstərilən qeyri-yaşayış sahəsini (bundan sonra – “İcarə obyekti” adlandırılacaq) İcarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, İcarəçi isə İcarə obyektini qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürür.
İcarə obyekti İcarəçi tərəfindən ofis məqsədləri (sonuncunun struktur bölməsinin fəaliyyət göstərməsi) üçün istifadə olunacaq.
İcarəyə verən təsdiq edir ki, icarə obyekti onun mülkiyyətindədir, İcarəyə verənin və/və ya üçüncü şəxslərin hər hansı öhdəliklərinin təminatı vasitəsi kimi çıxış etmir, üçüncü şəxslərin hər hansı iddialarından, tələblərindən və/və ya hüquqlarından azaddır.
İcarə obyektinin icarə məqsədləri üçün İcarəçiyə təhvil verilməsi 2 (iki) nüsxədə tərtib edilən və hər iki Tərəfdən imzalanan Təhvil-təslim aktı üzrə həyata keçiriləcək və bu Müqavilə üzrə icarə haqqının və müddətinin hesablanması həmin icarə obyektinin İcarəçiyə təhvil verildiyi tarixdən etibarən hesablanacaq.
İCARƏ OBYEKTİNİN XARAKTERİSTİKASI
İcarə obyekti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş __seriyalı _____ xxxxx ______-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İcarəyə verənə məxsus xxxx və ________________ ünvanında yerləşən ______ kv.m sahədən ibarət qeyri-yaşayış sahəsidir (Reyestr nömrəsi: ______ ).
İCARƏ HAQQI VƏ ONUN ÖDƏNİLMƏSI QAYDASI
Bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada İcarə obyekti Təhvil-təslim aktı üzrə İcarəçiyə təhvil verildiyi tarixdən sonrakı ilk _____ istisna olmaqla, İcarə obyektindən istifadəyə görə İcarəçi İcarəyə verənə ayda ________ manat (ƏDV daxil olmaqla) məbləğində icarə haqqı ödəyir. İcarə müddətinin ilk ____ ayı ərzində İcarə obyekti Xxxxxxx tərəfindən əvəzsiz olaraq istifadə edilir.
Bu Müqavilənin məqsədləri üçün icarə haqqının ödənilməsi üzrə hesabat dövrü təqvim ayı təşkil edir.
İlk hesabat dövrü üzrə icarə haqqı aylıq icarə haqqının həmin ay üzrə icarə obyektinin faktiki icarədə olduğu günlərin sayına müvafiq xxxx hissədə ödənilir. Hər hesabat dövrü üzrə icarə haqqı İcarəyə verən tərəfindən hesab-faktura təqdim edildikdən sonra 10 (on) iş günü ərzində Xxxxxxx tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir.
İcarə obyektinə münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş bütün vergilər və digər icbari ödənişlər İcarəçi tərəfindən ödənilir.
İcarə obyektinin saxlanması ilə bağlı kommunal xidmətlərə - qaz, su, elektrik enerjisi, rabitə vasitələri və internetdən istifadəyə, icarə obyektinin təmizlənməsinə görə ödənişlər (xərclər) İcarəçi tərəfindən ödənilir.
Bu Müqavilə üzrə ilk 1 (bir) illik icarə müddəti tamamlandıqdan sonra illik inflyasiya dərəcəsi 10 (on) faizdən artıq olduğu təqdirdə, İcarəyə verənin 3 (üç) ay əvvəlcədən müraciəti əsasında icarə haqqının məbləğinin artırılması müzakirə edilə bilər. Tərəflər icarə haqqı məbləğinin artırılması barədə razılığa gəldikdə, müvafiq xxxxx məbləği xxxx icarə haqqı məbləğinin 10 (on) %-dən artıq ola bilməz.
Bu Müqavilə üzrə ilk 1 (bir) illik icarə müddəti tamamlandıqdan sonra devalvasiya ABŞ dollarının Müqavilə bağlandığı tarixə xxxx xxxx məzənnəsindən 2 dəfədən xxx olarsa, icarə haqqının məbləğinin artırılması Tərəflər arasında müzakirə edilə bilər. Tərəflər icarə haqqı məbləğinin artırılması barədə razılığa gəldikdə, müvafiq xxxxx məbləği ilkin icarə haqqı məbləğinin 20 (iyirmi) %-dən artıq ola bilməz
Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində aylıq icarə haqqı İcarəyə verən tərəfindən İcarəçinin yazılı razlığı olmadan birtərəfli qaydada dəyişdirilə bilməz. İcarəyə verən daşınmaz əmlak bazarında baş verə biləcək qiymət dəyişikliklərinə dair riski öz üzərinə götürdüyünü təsdiq edir və bu cür halın baş verməsi İcarəyə verən tərəfindən Müqaviləyə birtərəfli qaydada dəyişiklik edilməsi və ya vaxtından əvvəl xitam verilməsi üçün əsas kimi çıxış edə bilməz.
TƏRƏFLƏRİN HÜQÜQ VƏ VƏZİFƏLƏRİ
İcarəyə verənin hüquqları:
İcarə haqqının bu Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada ödənilməsini İcarəçidən tələb etmək.
Bu müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədi ilə sahəyə (kassa, bunker, arxiv, kommunikasiya otağı və depositariya istisna olmaqla) icarəçini 2 (iki) gün əvvəlcədən xəbərdar etməklə maneəsiz daxil olmaq;
“İcarəçi” tərəfindən icarə haqqının vaxtında və gecikdirilmədən ödənilməsini tələb etmək;
“İcarəçi” tərəfindən icarə obyektinin istifadəsi ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılmasını tələb etmək və ona dəymiş ziyanı tələb etmək;
“İcarəçi” üç ardıcıl müddət üçün icarə haqqının ödənilməsini gecikdirdikdə xəbərdarlıq formasında son ödəmə tarixini qeyd etməklə müraciət etmək.
Müqavilə üzrə icarə müddətinin ilk 12 (ayı) ayı tamamlandıqdan sonra, ehtimal olunan xitam tarixindən ən azı 3 (üç) ay əvvəl Xxxxxxxxx yazılı şəkildə xəbərdar etmək şərtilə Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək; İcarəyə verən icarə müddətinin ilk 12 (on iki) ayı ərzində Müqaviləyə birtərəfli qaydada xitam verə bilməz.
İcarəyə verənin vəzifələri:
İcarə obyektini təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena normalarının tələblərinə uyğun vəziyyətdə Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada Təhvil-təslim aktı imzalandığı tarixdən İcarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə vermək;
İcarə obyektini İcarəçiyə kommunal, telefon və digər istismar xidmətləri üzrə borcları olmadan İcarəçiyə təhvil vermək; Bu yarımbənddə qeyd olunmuş öhdəliklər İcarəyə verən tərəfindən icra edilmədikdə və qeyd olunmuş borclar öz mülahizəsinə əsasən Xxxxxxx tərəfindən ödənildikdə, sonuncu ödənilmiş məbləğləri bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli xxxx xxxxx haqqından tutmaq hüququna malikdir.
İcarəçinin təşəbbüsü və təqsiri olmadan bu Müqaviləyə vaxtından əvvəl xitam verilərsə, İcarə obyektinin təmiri və yaxşılaşdırılması üçün Xxxxxxx tərəfindən çəkilən xərclərin əvəzini İcarəçinin xitam tarixinədək ödədiyi icarə haqqının 50%-dən xxx olmamaq şərtilə İcarəçiyə ödəmək;
Bu Müqaviləyə hər hansı səbəbdən, o cümlədən İcarəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, Müqavilənin xitam tarixindən sonrakı müddət üçün xxxxx şəklində ödənilmiş icarə haqqını tam məbləğdə İcarəçiyə qaytarmaq;
İcarəçinin İcarə obyektindəki fəaliyyətinə müdaxilə etməmək, maneə yaratmamaq və bu fəaliyyəti məhdudlaşdırmamaq;
Bu Müqavilənin qüvvədə olduğu müddətdə mülkiyyətçi ilə bağlı üçüncü şəxslərin İcarəçinin fəaliyyəti və hərəkətləri ilə bağlı olmayan iddia, pretenziya və hərəkətlərinə görə məsuliyyət daşımaq və bununla bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini tam məbləğdə İcarəçiyə ödəmək; İcarəyə verən bu yarımbənddə qeyd olunmuş öhdəliyini icra etmədikdə, İcarəçi çəkilmiş xərclərin əvəzini bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli xxxx xxxxx haqqından tutmaq hüququna malikdir.
İcarə obyekti İcarəçiyə təhvil verildiyi zaman İcarə obyektinin bütün çatışmazlıqları barədə Xxxxxxxxx yazılı şəkildə xəbərdar etmək;
İcarə obyektində onun təyinatı üzrə istifadəsinə mane xxxx çatışmazlıqlar aşkar edildikdə Xxxxxxxxxx tələbi və seçimi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirmək:
a) çatışmazlıqları öz hesabına aradan qaldırmaq;
b) çatışmazlıqlar aradan qaldırılmadan əvvəl bununla bağlı İcarəçi və İcarəye verən arasında razılaşdırılmış büdcə mövcud olduqda çatışmazlıqların aradan qaldırılması ilə bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini ödəmək.
İcarəyə verən bu yarımbəndin “b” abzasında nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, İcarəçi çəkilmiş xərclərin əvəzini bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli xxxx icarə haqqından tutmaq hüququna malikdir.
İcarə obyektinin istismarı ilə əlaqədar müvafiq qurum və təşkilatlarla qarşılıqlı fəaliyyət məsələləri üzrə İcarəçiyə lazımi köməklik göstərmək;
Öz təqsiri və ya ehtiyatsızlığı üzündən İcarəçi İcarə obyektindən təyinatına uyğun istifadə edə bilməməsinə və/və ya sonuncunun fəaliyyətində fasilələr yaranmasına səbəb xxxx halları dərhal aradan qaldırmaq;
Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, o cümlədən bu Müqavilə ləğv edilərkən və ya ləğv edildikdən sonra, İcarə obyektində Xxxxxxx tərəfindən və (və ya) İcarəyə verənin göstərişlərinə əsasən və ya onun sifarişi ilə yaxşılaşdırma üçün aparılan inşa, təmir, tikinti,rekonstruksiya və buna oxşar digər işlərin (icarə obyektində binanın konstruktiv əsas divarları və kolonları istisna olmaqla) nəticəsində baş verən hər hansı dəyişikliyi aradan qaldırmağı və (və ya) köhnə vəziyyəti bərpa etməyi, yaxud İcarə obyektində hər hansı digər dəyişiklik etməyi İcarəçidən tələb etməmək;
İcarəçinin hüquqları:
İcarə obyektinin daxilində və/və ya xaricində mühafizə-yanğın siqnalızasiyası və digər mühafizə sistemləri quraşdırmaq;
İcarə obyektinin daxilində və/və ya xaricində reklam və ya istiqamətverici lövhələr quraşdırmaq, o cümlədən öz fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər artırmalar həyata keçirmək və ya qurğular (avadanlıqlar) quraşdırmaq;
İcarə obyekti bu Müqavilənin 4.2.1-ci bəndində qeyd olunan tələblərə uyğun təhvil verilmədikdə, İcarə obyektini sahibliyə və istifadəyə götürməkdən imtina etmək;
Ehtimal olunan xitam tarixindən ən azı 6 (altı) ay əvvəl İcarəyə verəni yazılı şəkildə xəbərdar etmək şərtilə Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək;
Bu Müqavilənin qüvvədə olduğu müddətdə İcarəyə verənin razılığını almadan (icarə obyektinin binasının konstruktiv əsas divarları və kolonları istisna olmaqla) öz mülahizəsi əsasında qanunveriliciklə icazə verilmiş formada icarə obyektində təmir, rekonstruksiya, yenidən planlaşdırma və digər ayrıla bilinməyən yaxşılaşdırmalar həyata keçirmək;
İcarəyə verənin razılığını almadan İcarə obyektində ayrıla bilən yaxşılaşdırmalar həyata keçirmək. Belə yaxşılaşdırmalar Xxxxxxxxxx mülkiyyətidir və bu Müqaviləyə istənilən əsasla xitam verildiyi zaman İcarəçiyə qaytarılır.
İcarəçinin vəzifələri:
İcarə obyektindən birbaşa təyinatı üzrə istifadə etmək;
İcarə haqqını bu Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə İcarəyə verənə ödəmək;
İcarə obyektinə münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş bütün vergiləri və digər icbari ödənişləri vaxtında ödəmək;
İcarə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən İcarəyə verənə ziyan vuran hərəkətlərə yol verməmək;
İcarə obyektinin texniki və yanğın təhlükəsizliyini və onun sanitar-gigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək;
İcarə obyektinin konstruktiv əsas divarları və kolonları ilə bağlı hər hansı konstruktiv dəyişikliklərə səbəb olacaq hərəkətlərə yol verməmək.
İcarə obyektinin konstruktiv əsas divarları və kolonları ilə bağlı hər hansı konstruktiv dəyişikliklərə yol verildikdə və ya fəaliyyətə yararsız vəziyyətə salındıqda İcarəyə verənin tələbi ilə icarə obyektini 3 (üç) ay ərzində əvvəlki vəziyyətinə qaytarmaq.
Müqaviləyə qanunvericilikdə və/və ya bu Müqavilədə nəzərdə tutulmuş əsaslarla xitam verildikdə, xitam tarixindən sonrakı 1 (bir) ay müddətində İcarə obyektini boşaltmaq, onu sanitar-gigiyenik xxxxx və qaydalalara uyğun olaraq və şəxsi əmlakından azad şəkildə İcarəyə verənə təhvil vermək.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Tərəflər bu Müqavilə ilə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə bu Müqavilədə və Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
MÜQAVİLƏNİN MÜDDƏTİ, ONUN DƏYİŞDİRİLMƏSİ VƏ LƏĞV EDİLMƏSİ QAYDASI
Bu Müqavilə üzrə icarə müddəti icarə obyektinin bu Müqavilənin 1.4-cü bəndində göstərilən qaydada Təhvil-təslim aktı üzrə İcarəçiyə təhvil verildiyi tarixdən 24 (iyirmi dörd) ay müddətində müəyyən edilir.
İcarə müddətinin bitməsinə 3 (üç) ay qalmış İcarəyə verən Xxxxxxxxx Müqaviləyə xitam vermək niyyətində olduğu haqqında yazılı şəkildə xəbərdar etmədikdə, bu Müqavilə üzrə icarə müddəti uzadılmış hesab edilir.
Müqavilənin 6.2-ci bəndinin tələblərindən asılı olmayaraq, icarə müddəti bitdikdən sonra Xxxxxxx tərəfindən Müqavilənin bütün şərtlərinin yerinə yetirilməsi şərtilə sonuncunun Müqavilənin yeni müddətə bağlanmasına üstünlük hüququ vardır.
Bu Müqaviləyə yalnız hər iki Tərəfin yazılı şəkildə ifadə olunmuş razılığı ilə dəyişikliklər və ya hər hansı əlavələr edilə bilər.
Müqaviləyə Tərəflərin qarşılıqlı razılığı əsasında, eləcə də Müqavilədə nəzərdə tutulmuş digər əsaslarla vaxtından əvvəl xitam verilir.
XÜSUSİ ŞƏRTLƏR
İcarə obyektinə mülkiyyət hüququnun üçüncü şəxsə keçməsi bu Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas deyil.
İcarəyə verən tərəfindən icarə obyektinin özgəninkiləşdirildiyi və ya icarə obyekti barəsində onun özgəninkiləşdirilməsi ilə nəticələnə bilən sərəncam verildiyi təqdirdə, İcarəyə verən əmlakı əldə edəni (əmlaka dair hüququ əldə edəni) bu Müqaviləyə müvafiq olaraq İcarəçinin icarəyə verilmiş əmlaka dair hüquqları, İcarəçini isə ən azı 10 (on) gün əvvəl yuxarıda qeyd edilən hərəkətləri etmək niyyətində olduğu haqqında xəbərdar etməlidir.
İcarə obyekti Xxxxxxx tərəfindən üçüncü şəxsə icarəyə verilə bilməz
MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Tərəflər arasında bu Müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər (bundan sonra birlikdə «mübahisələr» adlandırılacaq) Tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.
FORS-MAJOR
Tərəflər bu Müqavilə üzrə öhdəliklərini tam və ya qismən icra etmədiklərinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə bilmədikləri və təsirinə mane ola bilmədikləri Müqavilənin bağlanmasından sonra yaranmış qarşısıalınmaz qüvvə hallarının təsirindən əmələ gəlmiş olsun.Bu zaman Tərəflərin öhdəliklərinin icrası müddətləri qarşısıalınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər keçirilir.
Qarşısıalınmaz qüvvə hallarının təsiri nəticəsində öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmayan Tərəf, qeyd edilmiş halların təsirinin başlanması və qurtarması barədə digər Tərəfi dərhal, xxxxx hər bir halda onların başlanmasından sonra 3 (üç) gün müddətindən gec olmayaraq xəbərdar edir və qarşısıalınmaz qüvvə hallarının təsirinin ləğv edilməsi və ya qarşısını almaq üçün və öz öhdəliklərin yerinə yetirilməsini bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək.
Qarşısıalınmaz qüvvə hallarına aşağıdakılar aiddir: təbii fəlakətlər (daşqın, zəlzələ, yanğın və s.), müharibə və ya hərbi əməliyyatlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət hakimiyyəti və ya icra orqanın qəbul etdiyi Müqavilənin icrasının imkansızlığına səbəb xxxx qərarı.
Tərəflər heç birinin iradəsindən asılı olmayan fors-major halları (təbii fəlakətlər, müharibələr, dövlət qanunlarının dəyişməsi, icraedici orqanların qərarları və s.) Tərəflərin qarşılıqlı razılığına əsasən, müqavilə şərtlərinə yenidən baxılması üçün əsas ola bilər.
YEKUN MÜDDƏALAR
Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ – hüquqi aktları ilə tənzimlənir.
Bu Müqavilənin hər hansı müddəasının, o cümlədən yeni normativ-hüquqi aktların qəbul edilməsindən irəli gələn qeyri-həqiqiliyi və ya etibarsızlığı, onun digər müddəalarının və bütövlükdə Müqavilənin qeyri-həqiqiliyinə və ya etibarsızlığına səbəb olmur.
Müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. Bu Müqavilənin tənzimlədiyi məsələlərlə bağlı Müqavilənin qüvvəyə minməsindən öncə Tərəflər arasında xxxx razılaşma, yazışma və danışıqlar Müqavilənin qüvvəyə minməsi ilə eyni vaxtda qüvvədən düşür.
Bu Müqavilə üzrə bütün yazışmalar poçt göndərişləri, kuryer xidmətləri, faks, elektron poçt vasitəsilə həyata keçirilə bilər.
Hər bir Tərəf əlaqə vasitələri (ünvan, email və s.) və bank rekvizitləri dəyişdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində digər Tərəfi yazılı surətdə xəbərdar etməlidir. Belə xəbərdarlığın edilmədiyi təqdirdə müvafiq Tərəfə göndərilən istənilən göndəriş (bildiriş, tələb, pretenziya, email və s.) onun bu Müqavilənin şərtlərinə uyğun olaraq son məlum xxxx ünvanına/elektron poçt ünvanına göndərilir və həmin Tərəf bu ünvanda olmasa/elektron poçt ünvanına sahib olmasa da lazımi qaydada çatdırılmış hesab olunur.
Bu Müqavilə hər Tərəfə bir nüsxə və dövlət qeydiyyatı orqanına bir nüsxə verilməklə 3 (üç) eyni hüquqi qüvvəyə xxxxx xxxx nüsxədə imzalanmışdır.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANI VƏ REKVİZİTLƏRİ
İCARƏYƏ VERƏN |
İCARƏÇİ |
Ləğv prosesində xxxx _____________________ H/h: XX00XXXX00000000000000000000 VÖEN: 9900006801 Bankın adı: Mərkəzi Bank SWIFT Bik: XXXXXX0X Kod: 501004 M/h: XX00XXXX00000000000000000000
|
|
Ləğv prosesində xxxx ______________ ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Xxxxxxx Xxxxx Xxxxxx oğlu
_____________________________ (imza/möhür) |
|